Məhkəmə qərarları › İş №1(041)-47/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-47/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-47/2025 19.03.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evlli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Qocalı ə/d, Pirəköcə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, istintaqa məlum olmayan vaxtda və mənbədən, xeyli miqdarda təmiz çəkisi 105.0 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, 27.11,2024-ci il tarixdə saat 20:00 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirə salınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayonu Pirəköcə kəndi ərazisində üstü yoxlanılarkən əynində olan qara rəngli qış gödəkcəsinin sol yan içərisində olan cibindən 01 ədəd polietilen torbada təmiz çəkisi 95.0 qram, qış gödəkcəsinin sol yan cibində 02 ədəd kibrit qutusunda hər birinin ayrı-ayrılıqda təmiz çəkiləri 5.50 qram və 4.50 qram olan xeyli miqdarda çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, evlidir, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır, 2-ci Qarabağ müharibəsi veteranıdır, özü narkotik vasitə qurudulmuş marixuana istifadəçisidir, həmişə olmasa da ara bir istifadə edir, Vətən müharibəsində iştirak edən zamanı oradan çətənə toxumu tapıb gələndə özü ilə gətirmiş və 2024-cü ilin mart-aprel aylarında həmin toxumu yaşadığı kənddə çöl sahədə 01 ədəd çətənə tumunu torpağa əkmişdir. Bitkiyə quluq edib yetişdirmiş, təxminən sentyabr ayının sonlarında yarpaqlarını dərib qurudub özü istifadə etmək üçün 01 ədəd polietilen torbaya yığaraq çöl sahədə kolluqda gizlətmişdir. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində 01 ədəd polietilen torbada olan narkotik vasitənin bir hissəsini 02 ədəd kibrit qutusuna yığıb 01 ədəd polietilen torbanı gizlətmiş, qalan 02 ədəd kibrit qutusunu isə üzərində saxlayaraq kənd ərazisinə çıxmışdır. Yol ilə gedərkən həmkəndlisi Vəfadar Nağıyevlə rastlaşmış, birlikdə söhbət edən zaman Kürdəmir RPŞ-nin əməkdaşları onlara yaxınlaşıb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmalarında əsaslı şübhələri olduğunu bildirmişlər və videoçəkliş vasitəsi ilə üstü yoxlanılarkən üzərində narkotik vasitə olduğunu bildirmiş və qara rəngli gödəkçənin sol iç cibindən 01 ədəd polietilen torba və qara rəngli qış gödəkçənin sol yan cibindən 02 ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Verilmiş suallara cavabında Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, sorğu-sual zamanı Vəfadar Nağıyev də üzərində narkotik vasitə olduğunu bildirmiş və qara rəngli qış gödəkçəsinin sol yan cibindən 02 ədəd kağız büküm və 01 ədəd siqaretə doldurulmuş narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir, təqdim etdiyi kütlələrə baxış keçirilərək içərisində həqiqətən də narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs izahatının sonunda Qarabağ müharibəsi iştirakçısı olmasını, əməlindən səmimi peşmançılıq çəkməsini nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Videokonfrans əlaqə sistemindən istifadə edilməklə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, bir ədəd çətənə bitkisini yaşadığı kəndin meşəlik ərazisində heyvanları otararkən 2024-cü ilin yay ayında özü istifadəsi üçün əkmişdir. Keçən ilin noyabr ayının əvvəlində həmin bitkinin yarpaqlarını dərərək torbada evinin həyətində ağacın dibində gizlətmişdir. 27 noyabr 2024-ci ildə həmin yarpaqlardan özü istifadə etmək üçün iki ədəd siqaret kağızında büküm və bir ədəd siqaret dənəsinə doldurub saat 20 radələrində evdən çıxmış, kəndin çıxışında yerləşən dükana getməyə başlamışdır. Yolda yanından ötüb keçən maşını saxlatdırmış və onu dükana aparmağı xahiş etmişdir. Maşında kəndçisi X17 da olmuşdur. Dükana çatanda ona zəng gəlmiş, hava yağışlı olduğundan maşının içərisində oturub telefonla danışmış, sonra maşının qapısını açıb yerə düşmək istəyərkən polis əməkdaşları onu saxlamışlar. O, Təqsirləndirilən şəxs narkotik vasitə vermədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin Cinayət Axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir, X6 və Təqsirləndirilən şəxs Kürdəmir rayonu Pirəköcə kənd sakini kimi tanıyır. xx.xx.2024-ci il tarixdə Təqsirləndirilən şəxs və Vəfadar Nağıyevin qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş və xx.xx.2024-ci il tarixdə saat 20:00-da Kürdəmir rayonu Pirəköcə kəndi ərazisində Vəfadar Nağıyeva və Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğlarını bildirib üzərlərinə videoçəkliş vasitəsi ilə üst yoxlaması keçirilmişdir. İlkin olaraq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı narkotik vasitə olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs da üzərində narkotik vasitə olduğunu bildirib qara rəngli gödəkcəsinin sol iç cibindən 01 ədəd polietilen torba və qara rəngli qış gödəkcənin sol yan cibindən 02 ədəd kibrit qutusunı çıxarıb təqdim etmiş, kütlələrə baxış keçrilən zaman narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olduğu müəyyən edilmişdir. Daha sonra Vəfadar Nağıyevin üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predment olub-olmaması barədə soruşulmuş, Vəfadarda üzərində narkotik vasitə olduğunu bildirib, qara rəngli qış gödəkcənin sol yan cibindən 02 ədəd kağız büküm və 01 ədəd siqaretə doldurulmuş narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Verilmiş suallara cavabına şahid qismində dindirilmiş Şahid4 həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs və Vəfadar Nağıyevlə heç bir münasibəti, ədavəti və düşmənçiliyi yoxdur, onlara qarşı heç bir zor və güc tətbiq edilməyib. Təqsirləndirilən şəxs narkotik maddələrin satışı ilə məşğul olmasını eşitməmişdir. Üzəri yoxlanılarkən, üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs və X15 RPŞ-yə gətirildikdən sonra şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin olunduqdan sonra vidioçəkliş vasitəsi ilə üzərlərindən aşkar olunan narkotik vasitəyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs və Vəfadar Nağıyevin üzərlərində aşkar olunan kütlələrin narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-nin XÜ-nün baş inspektoru polis kapitanı Şahid3 və Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid5 Şahid4 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etmişlər. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2024-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i/v 1); - xx.xx.2024-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 22:20-də Təqsirləndirilən şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni xx.xx.2024-ci il tarixdə saat 20:00-dan hesablanmışdır (i/v 49-50); - xx.xx.2024-ci il tarixli qərardan görünür ki, aparılmış ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilkin ibtidai istintaq materialları ilə sübut edildiyindən o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ittiham elan olunmuş, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir (i/v 94-95); -xx.xx.2024-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması və əşyaların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs və X1 zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl ilkin olaraq Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra ona həmin narkotik vasitəni təqdim edilməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərində olan qara rəngli qış gödəkcəsinin sol iç cibindən 01 ədəd polietilen torbada və qış gödəkcəsinin sol yan cibindən 02 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kürlə təqdim etmişdir. 01 ədəd polietilen torbaya və 02 ədəd kibrit qutusuna baxış keçirilmiş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs üstünü yoxlayarkən heç bir qanunsuz əşya və ya predment aşkar edilmişdir. Sonra həmin kütlələr qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfindən imzalanaraq götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq, üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, şəxsi istifadə etmək üçün üzərində saxladığını, həmin kütləni əkmiş olduğu çətənə kolundan əldə etdiyini bildirmişdir.Bundan sonra X7 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bu təklifdən sonra X9 üzərində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra ona həmin narkotik vasitəni təqdim edilməsi təklif edilmişdir. Vəfadar Nağıyev üzərində olan qara rəngli qış gödəkcəsinin sol yan cibindən 02 ədəd kağız bükümdə və 01 ədəd siqaretə doldurulmuş qurudulmuş marixuanaya bənzər kütlə təqdim etmişdir. 02 ədəd kağız bükümdə və 01 ədəd siqaretə baxış keçirilərkən içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Daha sonra Vəfadar Nağıyev üstünü yoxlayarkən üzərində 02 ədəd siqaret qutusu və 01 ədəd kağız kəsiyi aşkar olunmuşdur. Bundan sonra həmin 02 ədəd siqaret qutusu və 01 ədəd kağız kəsiyi iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Sonra həmin kütlələr qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və tərəfimdən imzalanaraq götürülmüşdür (i/v 15-17); - xx.xx.2024-ci il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq qablaşdırılmış halda təqdim edilmiş zərfin içərisindəki 01 ədəd polietilen torbada və 02 ədəd kibrit qutusu açılmış, içərisinə baxış keçirilərkən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. 02 ədəd kibrit qutularında olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 7.71 və 8.83 qram olması, 01 ədəd polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə ilə birlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 98.60 qram olması müəyyən olunmuşdur. 01 ədəd polietilen torbada və 02 ədəd kibrit qutusunda olan kütlə 01 ədəd ağ rəngli zərfdə qablaşdırılmış,üzəri yazıldıqdan sonra iştirakçılar tərəfindən imzalanmışdır.Şifahi soğru zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, istifadə etmək üçün üzərində saxladığını, 2024-cü il tarixdə 01 ədəd çətənə kolu əkdiyini və həmin çətənə kolunun toxumunu İkinci Qarabağ müharibəsi zamanı ordan tapdığını, əkmiş olduğu bitkinin yarpaqlarını qurudub 01 ədəd polietilen torbaya yığdığını, kənd ərazisində kolluqda gizlətdiyini, lazım olduğu halda polietilen torbadan götürüb istifadə etdiyini və sonra yenidən kolluqda gizlətdiyini, üzərində aşkar olunan kütlənin satmaq niyyəti olmadığını, hər hansı etirazı və vəsatəti olmadığını, polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. Marixuananın ümumi çəkisi -105,0 qram, cəmi tədqiqata istifadə olundu-0,30 qram (03 obyektdən 0,10 qram) qalıq- 104,70 qram. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) təşkil edir (i/v 69-71); - məhkəmə-bioloji ekspertizanın xx.xx.2024-ci il tarixli 18/942 saylı rəyindən görünür ki, 1) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada təmiz çəkisi- 95,0qram, 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi- 5,50qr, 4,50qr. ümumi çəkisi- 105,0qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. 2)Tədqiqata təqdim olunmuş üzərində: “...X5 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi- 1,01qr, 0,25qr, 01 ədəd siqaret dənəsində təmiz çəkisi- 0,30qram, ümumi çəkisi-1,56qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. (i/v 83-87); - xx.xx.2024-cü il tarixli “maddi sübut qismində tanımaq haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş təmiz çəkisi 105.0 qram tərkibində narkotik maddələr olan çətənə (Kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 104.70 qram qalığı iş üzrə əhəmiyyət kəsb etdiyindən, eləcə də sübut xarakteri daşıdığından cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. X2 və Təqsirləndirilən şəxs üstünün yoxlanılması və götürülmüş əşyalara baxış keçirilməsi aparılan zaman aparılmış videoçəkilişin qeydə alındığı 03 (üç) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır (i/v 113); -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i/v 120); - Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-ci il tarixli 18-1-49/2-1230/2024 nömrəli məktubdan görünür ki, Məmişov X14 RMX-nin poliklinika şöbəsində həkim narkoloqun və həkim pisixiatırın qeydiyyatında yoxdur (i.v.121); -cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025ci il tarixli 52 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qediyyata alınması məsləhət görülür (i/v 167); -iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananı, hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamışdır. Onun həmin narkotik vasitəni naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, o narkotik vasitə olan marixuananı istifadə etmək üçün üzərində saxlamışdır.X2 üzərində aşkar edilərək götürülmüş narkotik vasitə olan marixuananı, hansı şəraitdə və hansı mənbədən əldə etməsini müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, X9 narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamışdır. Onun həmin narkotik vasitəni naməlum şəraitdə əldə etməsi barədə məlumatlar daxil olsa da, hansı mənbədən və necə əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmiş, o narkotik vasitə olan marixuananı istifadə etmək üçün üzərində saxlamışdır. Bir sıra əməliyyat axtarış tədbirlərinin keçrilməsinə baxmayaraq Təqsirləndirilən şəxs və X5 Respublika ərazisində həmçinin Kürdəmir rayonu ərazisində hər hansı cinayət törətməsi barədə məlumat daxil olmamışdır (i/v 182); - Kürdəmir rayon İHB-nın Qocalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Məmişov X14 rayonu, Qocalı kənd İƏD-nin Pirəköcə kəndində qeydiyyatda olmaqla Pirəköcə kəndində yaşayır, ailə üzvləri- arvadı xx.xx.1995-ci il təvəllüdlü X18, xx.xx.2018-ci il təvəllüdlü qızı X11, xx.xx.2019-cu il təvəllüdlü qızı X12, xx.xx.2021-ci il təvəllüdlü oğlu X10 ibarətdir (i/v 152); - Kürdəmir rayon İHB-nın Qocalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsinin Pirəköcə kəndində yaşayır. Kənddə olduğu müddət özünü nizam-intizamlı aparmış, kənd ağsaqqallarının dərin hörmətini qazanmış, ərazidə keçirilən tədbirlərdə yüksək fəallıqla iştirak etmiş, onun barəsində nimayəndəliyə heç bir şikayət daxil olmamışdır (i/v 153); - Azərbaycan Respublikası Müdafiə Nazirliyi Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyasının xx.xx.2024-cü il tarixdə verdiyi 158331 nömrəli vəsiqədən görünür ki, Təqsirləndirilən şəxs müharibə veteranıdır (i/v 160); - İ-10390 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmişdir (i/v 161); - İ-5801 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilmişdir (i/v 162); - İ-43588 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir (i/v 163); - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(041)-213/2025 saylı qərarından görünür ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilmişdir. Həmin qərardan görünür ki, bir ədəd çətənə bitkisini yaşadığı kəndin meşəlik ərazisində heyvanları otararkən 2024-cü ilin yay ayında özü istifadəsi üçün əkmişdir. Həmin narkotik vasitədən özü istifadə etmişdir. Heç kimə narkotik vasitə verməmiş və satmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən İ siyahının 109.1-ci bəndinə əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edərək peşman olmasını bildirməsini, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində üç azyaşlı uşaqlarının olmasını, müharibə veteranı olmasını, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və ona qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilərək Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Məmişov X14 rayonunun Pirəköcə kəndində qeydiyyatda olmaqla orada yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Kürdəmir rayonunun Pirəköcə kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurdulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 104.70 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs profilkatika məqsədilə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs və X5 üzərindən aşkar edilmiş narkotik vasitə ilə bağlı olan məhkəmə bioloji ekspertiza tədqiqatının dəyəri olan 31,95 (otuz bir manat doxsan beş qəpik) manatın yarısının Təqsirləndirilən şəxs aid olması nəzərə alınaraq həmin məbləğin yarısı- 16 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, xx.xx.2025cü il tarixdən xx.xx.2025-ci tarixdək Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Təqsirləndirilən şəxs məkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X3 90 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 noyabr 2024-ci il tarixdən 29 noyabr 2024-cü il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01(bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Kürdəmir rayonunun Pirəköcə kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs profilkatika məqsədilə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurdulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan ümumilikdə 104,70 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aparılmış videoçəkilişin qeydə alındığı 03 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyərinin ona aid hissəsi olan 16 (on altı) manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar