Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-48/2024 30.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ (Cinayət işi üzrə icraata xitam verilməsi barədə) Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs Sabib oğlunun iştirakı ilə xx.xx.1992-ci ildə Kürdəmir rayonunun Karrar qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 1 uşaq atası, orta təhsilli, məhkum olunmamış, X5 Sanayi və Ticarət şirkətində traktorçü, Kürdəmir rayonunun Karrar qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və hazırda barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1, xx.xx.1999-cu ildə Rusiya Federasiyasının Omsk şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, məhkum olunmamış, RVBST MMC-də satış meneceri işləyən, Bakı şəhəri Binəqədi rayonu 9-cu mikrorayon A.Məmmədov küçəsi ev 135 mənzil 3-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və hazırda barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 02 dekabr 2023-cü il tarixdə saat 18:30 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan atası X1 məxsus «Mercedes-Benz E230» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisindən keçən 182-cı kilometrliyində Bakı istiqamətində iki zolaqlı hərəkət hissəsində sağ zolaqla 60-70 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla dönməzdən qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməklə təhlukəsiz manevr aparmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı, qarşıda geriyə dönmək üçün nəzərdə tutulmayan yolayırıcından dönmək məqsədi ilə sola istiqamətlənməzdən əvvəl sol zolaq ilə nəqliyyat vasitəsinin yaxınlaşmadığına əmin olmalı, nəqliyyat vasitəsi yaxınlaşdığı vəziyyətdə isə həmin nəqliyyat vasitəsinə yol verməli, bundan sonra hərəkətin təhlükəsizliyini təmin edərək sola doğru istiqamətlənməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, təhlükəsizlik tədbirlərini vaxtında yerinə yetirməyib arxadan sol zolaq ilə onunla eyni istiqamətdə 80 km/saat sürətlə hərəkətdə olub «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin (sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir) tələblərini pozmuş sürücü 1999-cu iltəvəllüdlü Təqsirləndirilən şəxs2 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes-Benz E240» markalı **-CT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşdurmuş, toqquşmanın təsirindən «Mercedes-Benz E240» markalı **-CT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sola istiqamətlənərək ayırıcı zolağın kənarında olan beton bordürün üzərindən əks hərəkət hissəsinə çıxaraq Qazax istiqamətində 70 km/saat sürətlə hərəkətdə olan sürücü 1982-ci il təvəllüdlü Şahid1 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes-Benz E220» markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan «Mercedes-Benz E220» markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişini 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ bazu sümüyünün sınıqları xəsarətləri almaqla səhhətin uzun müddətə pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs2 02 dekabr 2023-cü il tarixdə saat 18:30 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə riayət etməyərək 70 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 80 km/saat sürətlə özünə məxsus idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes-Benz E240» markalı **-CT-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Karrar qəsəbəsi ərazisindən keçən 182-ci kilometirliyində Bakı istiqamətində iki zolaqlı hərəkət hissəsində sol zolaqla hərəkət etdirərkən həmin Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq sürücü kimi yol hərəkətinin iştirakçısı olmaqla hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, qarşıda geriyə dönmək üçün nəzərdə tutulmayan yolayırıcından dönmək istəyən nəqliyyat vasitəsinin olmasını nəzərə alaraq hərəkətin təhlükəsizliyini təmin edən lazımi hərəkətlər etməli, lazım gəldikdə isə vaxtında tormozlama əməliyyatı aparmaqla avtomobili həmin nəqliyyat vasitəsinə çatmadan dayandırmalı, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, təhlükəsizlik tədbirlərini vaxtında yerinə yetirməyib qarşıda onunla eyni istiqamətdə sağ zolaq ilə 60-70 km/saat sürətlə hərəkətdə olub «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin (hərəkətə başlama, yerdəyişmə, dönmə, ötmə, dayanma zamanı sürücünün apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır) tələblərini pozaraq ötmə əməliyyatı apararaq sola doğru istiqamətlənən 1992-ci il təvəllüdlü sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi «Mercedes-Benz E230» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol yan arxa hissəsi ilə toqquşdurmuş, toqquşmanın təsirindən «Mercedes-Benz E240» markalı **-CT-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sola istiqamətlənərək ayırıcı zolağın kənarında olan beton bordürün üzərindən əks hərəkət hissəsinə çıxaraq Qazax istiqamətində 70 km/saat sürətlə hərəkətdə olan sürücü 1982-ci il təvəllüdlü Şahid1 idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Mercedes-Benz E220» markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan «Mercedes-Benz E220» markalı **-BP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişini 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sağ bazu sümüyünün sınıqları xəsarətləri almaqla səhhətin uzun müddətə pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, «BC» dərəcəli sürücüdür. “Mercedes-Benz E230” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı minik avtomobili atası Firidun Ağayevə məxsusdur. O,da həmin avtomobili etibarnamə ilə idarə edir. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində texniki cəhətdən saz olan etibarnamə əsasında idarə etdiyi “Mercedes Benz E230” minik markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Bakı istiqamətində 60-70 km/ saat sürətlə yolun sağ zolağı ilə hərəkət etdirərkən həmin yolun Kürdəmir rayonu, Karrar kəndi ərazisindən keçən hissəsində özündən qabaqda hərəkətdə olan naməlum avtomobilləri ötüb keçmək üçün yolun sol zolağına keçən zaman həmin vaxt ondan arxada eyni istiqamətdə yolun sol zolağı ilə hərəkət edən sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz E240” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobillə onun idarə etdiyi avtomobilin sol yan hissəsindən vurmuş, sonra onun avtomobilini vuran Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomobil yolun solundakı beton səddə dəyib qarşı yola çıxaraq həmin vaxt qarşı yolda hərəkətdə olan başqa bir avtomobillə toqquşmuşdur. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. Qeyd etmişdir ki, o hərəkətdə olduğu sağ zolaqdan sol zolaqa yer dəyişmə etmişdir. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, o, «BC» dərəcəli sürücüdür. “Mercedes Benz E240” markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə məxsusdur. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində özünə məxsus texniki cəhətdən saz olan “Mercedes Benz E240” minik markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Bakı istiqamətində 80 km/ saat sürətlə yolun sol zolağı ilə hərəkət etdirərkən həmin yolun Kürdəmir rayonu Karrar kəndi ərazisindən keçən hissəsində ondan 15-20 metr qabaqda eyni istiqamətdə yolun sağ zolağında hərəkətdə olan sonradan şəxsiyyəti ona bəlli olan Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E230” minik markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobili yolun sağ zolağından sola yol ayrıcına doğru döndüyünü görmüş və avtomobilə tormuz edərək sola səkmiş buna baxmayaraq onun idarə etdiyi avtomobilin qabaq hissəsi ilə Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobilin sol arxa qapısı arasında toqquşma baş vermiş, sonra onun avtomobili yolun solunda olan beton səddə dəyərək qarşı yola çıxmış və həmin vaxt qarşı yolda hərəkətdə olan Şahid1 idarə etdiyi “Mercedes Benz E220” minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Hadisə zamanı avtomobilində sağ qabaqda anası Yaqut, sağ arxada isə xalası Yeganə əyləşmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı özü xəsarət almamışdır. Lakin avtomobilində olan sərnişinlər anası ilə xalası xəsarət aldığından hadisə yerinə gələn təcili yardımla onları Kürdəmir rayon MX-ya aparmışdır. Qeyd etmişdir ki, sürücü Təqsirləndirilən şəxs1 yolun sağ zolaqından onu gözləmədən qəflətən sola yol ayrıcına döndüyü üçün avtomobillər arasında toqquşma baş vermişdir. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin törətmiş olduğu cinayət əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı tamamilə ödəməsini və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb, barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şəmkir rayonu Qədimqala (Muxtariyyat) kəndində yaşayır. Özü fərdi əməklə məşğul olur. 02 dekabr 2023-cü il tarixdə o, Bakı şəhərindən yaşadığı Şəmkir rayonuna evə gələn zaman Bakı şəhəri avtovağzaldan tanımadığı lakin soradan adını bildiyi sürücü Şahid1 idarə etdiyi “Mercedes Benz E220” minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobilə sərnişin qismində əyləşmişdir. O, avtomobildə sürücünün yanında sağ qabaq sərnişin oturacağında oturmuş və sürücü Şahid1 Bakı şəhərindən çıxıb, Bakı-Qazax- Gürcüstan sərhəddi yoluna daxil olaraq həmin yolla hərəkət edib, saat təxminən 19 radələrində yolun Kürdəmir rayonu Karrar kəndi ərazisindən keçən hissəsinə çatmışdır. Qazax istiqamətində öz yollarında düzünə hərəkətdə olan zaman qəflətən qarşı yoldan sürətlə yolları ayıran beton səddin üstündən onların yoluna sonradan adını bildiyi Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz E240” minik markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobillə çıxmışdır. Həmin vaxt onun olduğu avtomobillə beton səddin üstündən düşən avtomobil arasında məsafə çox az olduğundan avtomobillər arasında toqquşma baş vermişdir. Hadisə nəticəsində o, sağ qolundan sınıq xəsarəti almışdır. Az sonra TTY maşını hadisə yerinə gəlmişdir. Onu xəsarət aldığı üçün xəstəxanaya aparmışdır. Kürdəmir rayon xəstəxanasında müayinə olunub evə getmişdir. Daha sonra Gəncə şəhərinə A.Səhhət xəstəxanısna müraciət etmiş və orada sağ qolundan əməliyyat olunmuşdur. Hazirda onlar barışmışlar. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ona dəymiş olan ziyanı tamamilə ödəmişlər. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və və Təqsirləndirilən şəxs2 barəsində olan cinayət işinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində o, idarə etdiyi “Mercedes Benz E220” minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobili Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə Qazax istiqamətində 70 km/saat sürətlə yolun sağ zolağı ilə düzünə hərəkət etdirərkən həmin yolun Kürdəmir rayonu, Karrar kəndi ərazisindən keçən hissəsində birdən qarşı yoldan sürətlə təxminən 90-100 km/saat sürətlə yolları ayıran beton səddin üstündən onun yoluna sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz E240” minik markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobil düşmüş və həmin vaxt onun idarə etdiyi avtomobillə onun yoluna beton səddin üstündən düşən avtomobil arasında məsafə çox az olduğundan o, heç bir tədbir görə bilməmiş və həmin avtomobil onun avtomobilinin qabaq hissəsinə çırpılmışdır. Hadisə zamanı özü heç bir xəsarət almamışdır. Lakin avtomobilində qabaq sağda olan sərnişin Zərərçəkmiş şəxs xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə oğlu Emin və bacısı Yeganə ilə birlikdə oğlu Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz E240” minik markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonundan Bakı şəhərinə yola düşmüşdür. Avtomobili oğlu Emin idarə etmiş, avtomobildə o, sağ qabaq sərnişin oturacağında əyləşmiş, bacısı Yeganə isə sağ arxada oturmuşdur. Bakı-Qazax yolu ilə hərəkət edib, təxminən saat 19 radələrində yolun Kürdəmr rayonu Karrar kəndi ərazisindən keçən hissəsinə çatmışlar. Yolun sol zolaqında saatda 70 km/sürətlə Bakı istiqamətinə hərəkətdə olduqları zaman qarışda yolun sağ zolaqında hərəkətdə olan sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs1 idarə etdiyi “Mercedes Benz E230” minik markalı ** FZ *** dövlət qeydiyyat nişanlı avtomobillə qəflətən 10-15 metrlik məsafədən qarşılarında sola dönmüşdür. Oğlu Emin tormuz vermiş və bu anda toqquşma baş vermişdir. Toqquşmadan sonra onlardan aslı olmayaraq oğlunun idarə etdiyi avtomobil beton səddin üzərindən əks yola çıxmışdır və əks yolda gələn sonradan adını bildiyi sürücü Şahid1 idarə etdiyi “Mercedes Benz E220” minik markalı ** BP *** dövlət qeydiyyat nişanlı avtomobil onlara çırpılmışdır.Hadisə nəticəsində o, üz, göz və baş nahiyyəsindən xəsarətlər almışdır. Hadisə yerinə gələn təcili yardım onu Kürdəmir RMX-na aparmışdır. İlk yardım olunandan sonra Bakı Medical plazaya yerləşdirilmiş və orada yataraq müalicə olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-cü il tarixdə o, bacısı oğlu Təqsirləndirilən şəxs2 idarə etdiyi “Mercedes Benz E240” minik markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobillə Tərtər rayonundan Bakı şəhərinə yola düşmüşdür. Avtomobili Emin idarə etmiş, avtomobildə qabaq sərnişin oturacağında bacısı Yaqut əyləşmiş, o isə sağ arxada oturmuşdur. Bir qədər yol gələndən sonra o, avtomobildə yatmışdır. Qəflətən möhkəmdən takıltı səsinə ayılmış, qəza baş verdiyini və özünündə əziy xəsarətləri aldığını bilmişdir. Hadisə yerinə gələn təcili yardım avtomobili onu və bacısı Yaqutu Kürdəmir RMX-yə aparmışdır. O, yatmış olduğu üçün yol nəqliyyat hadisəsinin necə və hansı şəkildə baş verdiyini görməmişdir. Baş vermiş hadisəyə görədə heç bir şikayəti və hər hansı bir tələbi yoxdur. İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının 29 dekabr 2023-cü il tarixli 627 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sağ bazu sümüyünün sınıqları-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 02 dekabr 2023-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aid edilir. (bax iş, vər 62-64) İş üzrə təyin olunmuş məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 22 yanvar 2024-cü il tarixli 8/3821 №-li rəyindən görünür ki,” Mercedes Benz E240” minik markalı, ** CT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Sürücü Təqsirləndirilən şəxs2 avtomobili hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı ilə 70 km/saata qədər məhdudlaşdırılmış yolda 80 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «maksimum sürətin məhdudlaşdırılması» yol nişanının) tələblərinə uyğunsuzluq olmuşdur. - “Mercedes-Benz E230” markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (bax iş vər,65-69) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon mərkəzi xəstəxanası, publik hüquqi şəxs tərəfindən verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 02 dekabr 2023-cü il tarixli aktlarında sürücü Təqsirləndirilən şəxs2 Səday oğlunda, Təqsirləndirilən şəxs1 və Şahid1 həmin tarixdə alkoqol sərxoşluğu vəziyyətinin olmadığı qeyd edilmişdir. (bax iş vər, 20-22) İş materialalrına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi tərəfindən verilmiş 25 dekabr 2023-cü il tarixli 3-13- 016/2-179629/2023 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1992-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 xx.xx.2023-ci il tarixdə (xx.xx.2033-cü il tarixədək etibarlı olan) BC 859699 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (bax iş vər, 54) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi tərəfindən verilmiş 25 dekabr 2023-cü il tarixli 3-13- 016/2-179635/2023 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BB 022934 nömrəli «BC» kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. (bax iş vər, 55) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvələr məhkum olunmamışdır. (bax iş vər. 47) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Karrar qəsəbə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş xx.xx.2024-cü il tarixli,86 nömrəli arayışından görünür ki, Ağayev X3 rayonu Karrar qəsəbəsində yaşayır. (bax iş vər. 99) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Karrar qəsəbəsi İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 100) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvələr məhkum olunmamışdır. (bax iş vər. 45) İş materiallarına əlavə edilmiş Bakı şəhəri,Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon mənzil Kommunal İstismar sahəsinin 92 saylı MKİS tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş xx.xx.2024-cü il tarixli, 134 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 subay olmaqla, valideynləri ilə birlikdə Bakı şəhəri, Binəqədi rayonu 9 mkr, A.Məmmədov küçəsi, 135, ev 3-də yaşayır. (bax iş vər. 96) İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Binəqədi rayon İcra Hakimiyyəti Binəqədi rayon mənzil Kommunal İstismar sahəsinin 92 saylı MKİS tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 97) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2lə barışmış və ona dəymiş ziyan ödənilmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli özlərinin etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri ilə, habelə işin materialları ilə tamamilə sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısının almağa maddi imkanı olmuşdur. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməli düzgün olaraq AR CM-nin 263.1-1 maddəsi ilə tövsif olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədikləri üçün cinayət məsuliyyətindən azad edilməli barələrində olan cinayət işinə xitam verilməli və onlar, cinayət məsuliyyətindən azad edilməklə barələrində seçilmiş “başqa yerə getməmək haqqında“ iltizam qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 41.3-cü maddəsinə əsasən dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Həmin Məcəllənin 43.1 və 43.1.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası CM-nin 263-cü maddəsinin qeyd hissəsinin tələbinə görə bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan «Mercedes-Benz E240» markalı **-CT-*** dövlət qeydiyyat nişanlı və «Mercedes-Benz E230» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı atomobillər sahiblərində saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin o, cinayət məsuliyyətindən azad edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs1 əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin o, cinayət məsuliyyətindən azad edilsin və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 əməllərində inzibati xəta tərkibinin əlamətlərinin olması məsələsinin araşdırılması üçün qərarın surəti ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərilsin. İş üzrə maddi sübut olan «Mercedes-Benz E240» markalı **-CT-*** dövlət qeydiyyat nişanlı və «Mercedes-Benz E230» markalı **-FZ-*** dövlət qeydiyyat nişanlı atomobillərin sahiblərində saxlanması nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə (AZ. MEM, VÖEN-**********, AZ34CTRE ********************, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 nömrəli hesab) keçirilsin. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Qərardan 20 gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-48/2024
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-48/2024
30.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver