Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-49/2023 13.06.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 2001-ci ildə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında» iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz təmiz çəkisi 11,07 qram 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin və psixotrop maddələrin siyahısı”na daxil olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2023-cü il tarixdə saat 12:00 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində, tanışı Şahid1 təmənnasız, pay qismində əvəzsiz olaraq, heç bir mənfəət əldə etmədən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 0,90 qram çəkidə olan hissəsini vermiş, xx.xx.2023-ci il tarixdə saat 22:30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu Sığırlı kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçəsinin sol ön cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi 10,17 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuananı aşkar olunaraq götürülmüş, həmin tarixdə saat 00:30 radələrində əməliyyat və istintaq tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şahid1 Kürdəmir rayonu Sığırlı kəndində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ cibindən 01 ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 0,90 qram xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Qurudulmuş marixuanadan mütəmadi olaraq istifadə edir. Şahid1 Elbrus oğlu həmkəndlisidir, onunla ədavəti və düşmənçiliyi yoxdur. Elnarla münasibəti normaldır, dostluq münasibəti var həmçinində qayınıdır. ***-***-**-** saylı nömrə öz adınadır, və həmin nömrəni 3-4 ildir ki istifadə edir. Təxminən 2022-ci ilin mart ayının sonlarında ona məxsus Kürdəmir rayonu Sığırlı kəndi ərazisində, bağ sahəsinin künc hissəsində 02 ədəd çətənə kolu əkmişdir. Həmin yer ağacların arasında görünməz yer olmuşdur. Həmin çətənə kollarına qulluq edib, dibərini boşaldıb, peyin və su vermişdir. Həmin çətənə kolları yetişdiyinə görə onları dərib, nar ağaclarının arasına sərib qurutmuşdur. Kötüklərini isə yandırıb məhv etmişdir. Çətənə kollarından əldə etdiyi qurudulmuş marixuananı isə torbaya doldurub orada gizlətmişdir. Sonradan isə həmin qurudulmuş marixuanadan hissə-hissə özü çəkərək istifadə etmişdir. Sonuncu qalan hissəsini isə xx.xx.2023-cü il tarixdə bir ədəd sellofan kəsiyinə doldurub istifadə etmək məqsədi ilə üzərində olan gödəkçənin cibinə qoymuşdur. Həmin günü saat 12 radələrində Elnar özünə məxsus ***- ***-**-** saylı nömrədən ona məxsus ***-***-**-** saylı nömrəyə zəng edərək, hal əhval tutub nəşəsi varsa birlikdə çəkməyi təklif etmişdir. Ona “təzə çəkmişəm, istəyirsənsə gəl sənə bir büküm verim özün çəkərsən” demişdir. Bir az keçəndən sonra Elnarla görüşüb ona bir ədəd kibrit qutusunda bir iki dəfə çəkmək üçün narkotik vasitə qurudulmuş marixuana vermişdir. Elnar qohumu və dostu olduğuna görə ona həmin narkotik vasitəni pay qismində pulsuz olaraq vermişdir. Həmin gün saat 22:30 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində piyada gəzərkən polis əməkdaşları yaxınlşaraq özlərini təqdim edib üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhələrin olduğunu bildirib RPŞ-nə dəvət etmişlər. Onlarla birlikdə RPŞ-nə gəlmişdir. RPŞ-də şübhəli şəxs qismində tutulmuşdur. Hüquq və vəziifələri izah olunmuşdur. Təqdim edilmiş müdafiəçilərin siyahısı ilə tanış olduqdan sonra seçdiyi vəkil Müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, üzərində qanunsuz əşya və predmet, narkotik vasitə varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan gödəkçənin sol cibində saxladığı 01 ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Həmin büküm müstəntiq tərəfində açılmış içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə ağ zərfdə qablaşdırılmış üzəri yazılandan sonra möhrlənərək götürülmüşdür. Üzərindən aşkar edilmiş kütlə qurudulmuş marixuanadır, özünə məxsusdur, istifadə etmək məqsədi ilə 2022-ci ilin mart ayının sonunda 2 ədəd çətənə kolu əkib becərmişdir. Həmin çətənə kolundan əldə etmişdir. Elnar qayınıdır, o birlikdə narkotik vasitə qurudulmuş marixuananı istifadə etməyi təklif etmiş, lakin həmin vaxt qurudulmuş marixuanadan istifadə etdiyinə görə ona bir siqaretlik nəşəni pulsuz, pay qismində vermişdir. Narkotik vasitə qurudulmuş marixuanadan istifadə etsə də, heç bir zaman narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olmasını, ilk dəfə cinayət əməli törtməsini və ailənin yeganə gəlirgətirəni olmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkilli vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs Kürdəmir rayonu Sığırlı kəndi ərazisində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində İB-nin müstəntiqi Allahverdi Osmanov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, qara rəngli qış gödəkcəsinin ön sol cibindən 01 ədəd polietilen büküm təqdim etmişdir. Bundan sonra ona üzərində, paltarında və paltarlarının ciblərində olan əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində heç bir əşyası olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçrilmiş, üzərindən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd polietilen bükümə baxış keçrilmiş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. 01 ədəd polietlen büküm içərisində olan kütlə ilə birlikdə 01 ədəd zərfə qoyulmuş, üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi büküm içərisində olan narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni əkmiş olduğu 2 ədəd çətənə bitkisindən əldə etdiyini, istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni satmaq məqsədi olmadığını, narkotik vasitənin üzərindən istifadə etdiyini, polis şöbəsinə gətrilərkən ona qarşı hər hansı bir zor və ya güç tədbiq olunmadığını, üzərində aşkar olunan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin ona məxsus olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində yaşayan və qeydiyyatda olan Şahid1 Elbrus oğlunun üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Şahid1 Kürdəmir rayonu Sığırlı kəndi ərazisində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində İB-nin müstəntiqi Allahverdi Osmanov tərəfindən Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Şahid1 ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi müdafiəçi X4 ilə təmin edilmişdir. Şahid1 üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Şahid1 yenidən hüquq və vəifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Şahid1 üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, qara rəngli şalvarının ön sağ cibindən 01 ədəd kibrit qutusu təqdim etmişdir. Bundan sonra ona üzərində və paltarının ciblərində olan əşyaları tqədim edilməsi təklif edilmiş, bu təklifdən sonra o 22 manat pul 50 qəpik qəpik 01 ədəd alışqan təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış keçrilmiş, şəxsi axtarış zamanı onun üzərindən 01 ədəd papaq aşkar olunmuşdur. Aşkar olunan və təqdim etdiyi əşyalara baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. 01 ədəd kibrit qutusu kəsiyi içərisində olan kütlə 01 ədəd zərfə qoyulmuş, üzəri möhürlənmişdir. Zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi sorğu zamanı Şahid1 təqdim etdiyi bükümün içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin vasitəni istifadə etmək üçün üzərində saxladığını, ona qarşı hər hansı zor və güç tədbir olunmadığını, əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı Elnarla dost olduğuna görə pay qismində, təmənnasız vermişdir. Ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Onun narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitməmiş, bu barədə məxfi mənbələrdən heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu Sığırlı kəndində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 22:30 radələrində Təqsirləndirilən şəxs Kürdəmir rayonu Sığırlı kəndi ərazisində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində İB-nin müstəntiqi Allahverdi Osmanov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, qara rəngli qış gödəkcəsinin ön sol cibindən 01 ədəd polietilen büküm təqdim etmişdir. Bundan sonra ona üzərində, paltarında və paltarlarının ciblərində,olan əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra o üzərində heç bir əşyası olmadığını bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçrilmiş, üzərindən hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd polietilen bükümə baxış keçrilmiş, içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. 01 ədəd polietlen büküm içərisində olan kütlə ilə birlikdə 01 ədəd zərfə qoyulmuş, üzəri möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi büküm içərisində olan narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni əkmiş olduğu 2 ədəd çətənə bitkisindən əldə etdiyini, istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni satmaq məqsədi olmadığını, narkotik vasitənin üzərindən istifadə etdiyini, polis şöbəsinə gətrilərkən ona qarşı hər hansı bir zor və ya güç tədbiq olunmadığını, üzərində aşkar olunan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlənin ona məxsus olduğunu bildirmişdir. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində yaşayan və qeydiyyatda olan Şahid1 Elbrus oğlunun üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2023-cü il tarixdə saat 00:30 radələrində Şahid1 Kürdəmir rayonu Sığırlı kəndi ərazisində saxlanılaraq üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan və üzərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində İB-nin müstəntiqi Allahverdi Osmanov tərəfindən Şahid1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Şahid1 ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi müdafiəçi X4 ilə təmin edilmişdir. Şahid1 üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Şahid1 yenidən hüquq və vəifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Şahid1 üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, qara rəngli şalvarının ön sağ cibindən 01 ədəd kibrit qutusu təqdim etmişdir. Bundan sonra ona üzərində və paltarının ciblərində olan əşyaları tqədim edilməsi təklif edilmiş, bu təklifdən sonra o 22 manat pul 50 qəpik qəpik 01 ədəd alışqan təqdim etmişdir. Onun üzərinə şəxsi axtarış keçrilmiş, şəxsi axtarış zamanı onun üzərindən 01 ədəd papaq aşkar olunmuşdur. Aşkar olunan və təqdim etdiyi əşyalara baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. 01 ədəd kibrit qutusu kəsiyi içərisində olan kütlə 01 ədəd zərfə qoyulmuş, üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi sorğu zamanı Şahid1 təqdim etdiyi bükümün içərisində olan kütlənin narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin vasitəni istifadə etmək üçün üzərində saxladığını, ona qarşı hər hansı zor və güç tədbir olunmadığını, əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuananı Elnarla dost olduğuna görə pay qismində, təmənnasız vermişdir. Ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Onun narkotik vasitələrin satışı ilə məşğul olmasını eşitməmiş, bu barədə məxfi mənbələrdən heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Elbrus oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs yeznəsidir, həmçinin dostudur. Arada bir narkotik vasitə qurudulmuş marixuanadan istifadə edir. Xəyal da onun kimi narkotik vasitə qurudulmuş marixuanadan arada bir istifadə edir. Xəyalla düşmənçiliyi və ədavəti yoxdur. Xəyalda mütəmadi olaraq narkotik vasitə qurudulmuş marixuanası olduğunu bildiyinə görə, xx.xx.2023-cü il tarixdə saat 12 radələrində könlümə qurudulmuş marixuana istifadə etmək düşmüşdür. Lakin özündə marixuana olmadığına görə Xəyalın istifadəsində olan ***-***-**-** saylı nömrəsinə zəng edib varıdırsa birlikdə marixuana çəkməyi təklif etmişdir. Xəyal “ mən istifadə eləmişəm, istəyirsənsə gəl götür” demişdir. Xəyalla Sığırı kəndi ərazisində görüşmüş, Xəyal bir ədəd kibrit qutusunun içərisində bir iki dəfə istifadə üçün marixuana vermişdir. Bunun müqabilində isə ona heç nə verməmişdir. Ondan marixuananı götürüb cibinə qoymuş, həmin günü bir hissəsini istifadə etmiş bir hissəsini isə cibinə qoymuşdur. xx.xx.2023-cü il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində olan zaman saat 00.30 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşmışlar, özlərini təqdim edib narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib RPŞ-yə gətirmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Bundan sonra əynində olan qara rəngli şalvarının ön sağ cibindən 01 ədəd kibrit qutusu təqdim etmiş, Üzərində və paltarının ciblərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra 22 manat pul 50 qəpik qəpik 01 ədəd alışqan təqdim etmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçrilmişdir. Pulları və papağı geri qaytarılmışdır. 01 ədəd kibrit qutusu kəsiyi içərisində olan kütlə 01 ədəd zərfə qoyulmuş üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərf onun, müdafiəçisinin və şahidlər tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanandır, 3-4 aydır ki yaxındır ki, çəkmə yolu ilə narkotik vasitə qurudulmuş marixuanadan isitadə edir, şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2023-ci il tarixdə saat 12 radələrində Xəyal adlı tanışı, yaşadığı kənd ərazisində heç bir mənfəət əldə etmədən pay kimi vermişdir. Qurudulmuş marixuananın müqabilində ona pul və.sair heç nə verməmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Telefonunun üzərində 077-335-393-34 saylı mobil nömrə vardır. həmin kütlə ona məxsusdur, ona heç bir formada təzyiq göstərilməmişdir. şəxsi axtarış zamanı Xəyal qohumu və yeznəsi olduğuna görə əleyhinə heç nə demək istəmədiyinə görə narkotik vasitəni tapdığını demişdir. Lakin hazırda həqiqəti deyərək həmin qurudulmuş marixuananı ona Xəyal pay qismində, pulsuz vermişdir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/245 №-li rəyində göstərilir ki, 1) Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi-10.17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim olunmuş Şahid1 Elbrus oğlunun üzərindən və Təqsirləndirilən şəxs üzərindən götürülmüş marixuanalar eyni tərkiblidir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş marixuananın təmiz çəkisi 10,17 qram, tədqiqata sərf olundu-0,02 qram, qalıq 10,15 qram. (bax iş vər. 77-79) İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/244 №-li rəyində göstərilir ki, Şahid1 üzərindən..” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd kəsilmiş kibrit qutusunda təmiz çəkisi-0,90 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Şahid1 üzərindən aşkar olunaraq götürülmüş marixuananın təmiz çəkisi 0,90 qram, tədqiqata sərf olundu-0,02 qram, qalıq 0,88 qram. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 3(041)-521/2023 saylı qərarından görünür ki, Şahid1 Azərbaycan Respublikası İXMnin 206-ci maddəsi ilə inzibati xəta törətməkdə təqsirli bilinib 400 manat miqdarında inzibati cərimə olunmuş, Kürdəmir rayon PŞ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Şahid1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,88 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi göstərilmişdir. İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji dispanserinin xx.xx.2023-cü il tarixli, 669 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik isitifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 163) İş materiallarında olan “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-193/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər. 141) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 147) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 658 nömrəli arayışından görünür ki, Bəkirov X5 rayonu Sığırlı kəndində yaşayır. (bax iş vər. 150) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 151) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında prptokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 23.00-da şübhəli şəxs qismində tutulmuşdur. (bax iş vər.13-14) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin MSYdən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 fevral 2023-cü il tarixdə saat 23.50-də Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. (bax iş vər. 114-115) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, məhkəmə-bioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını, iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və ona qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə,saat 23.00-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə, saat 23.50-də Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu Kürdəmir rayonu Sığırlı kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Bəkirov X5 rayon polikilinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumilikdə 10,15 qram qrudulmuş marixuana hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməlidir. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 3(041)-521/2023 saylı qərarı ilə rayon PŞ-nin maddi sübutların saxlanılması kamerasında saxlanılan Şahid1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,88 qram qurudulmuş marixuana qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi nəzərə alınmalıdır. İş üzrə olan 49,74 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Sığırlı kəndində yerləşən evi gecə saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Bəkirov X5 rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübutlar kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs aşkar olunmuş ekspertiza tədqiqatından sonra qalıq qalan ümumilikdə 10,15 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli 3(041)-521/2023 saylı qərarı ilə Şahid1 üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalan 0,88 qram qurudulmuş marixuananın məhv edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-49/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-49/2023
13.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver