Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-49/2025 29.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X20 Sabir oğlunun sədrliyi, Məhkəmənin iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi “Praym Leqal” Vəkil bürosunun vəkili Müdafiəçi2, zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X10 iştirakları ilə, xx xxxxxx 1948-ci ildə Kürdəmir rayonu, Axtaçı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, ailəli, təqaüdçü, hazırda Kürdəmir rayonu, Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3, 179.2.4 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı əsasında yenidən təşkil edilərək “X14 Xidməti” publik hüquqi şəxsinə çevrilmiş Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin tabeliyində fəaliyyət göstərən və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin 02 aprel 2024-cü il tarixli, 13-4/3-1-24ü/2024 və 23 aprel 2024-cü il tarixli, 13- 4/3-1-38ü/2024 nömrəli əmrləri əsasında Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti publik hüquqi şəxsinin tabeliyində X15 Sistemlərinin İstismarı İdarəsinə birləşdirilmiş, hüquqi ünvanı ünvan 3lioservis İdarəsinin xx.xx.2018-ci il tarixdən 08 aprel 2024-cü il tarixədək olan müddət ərzində rəisi vəzifəsində işləyərkən, İdarənin xx.xx.2006cı il tarixdə təsdiq edilmiş Nizamnəməsinə əsasən İdarənin fəaliyyətinə rəhbərliyi həyata keçirilməsi, işçilər arasında iş bölgüsünü müəyyənləşdirilməsi, İdarənin əmlakı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində sərəncam verilməsi, istehsalat-təsərrüfat fəaliyyətini təmin etmək üçün hüquqi və fiziki şəxslərlə müqavilələr bağlanılması və digər səlahiyyətlərə malik təşkilati-sərəncamverici və inzibati- təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 20 avqust 2021-ci il tarixli, 12-21 nömrəli müqavilə əsasında keçmiş X7 İdarəsinin balansında olan “R-15 təsərrüfatlararası beton kanalı”nın 2021-ci ilin avqust-noyabr aylarında İdarə tərəfindən aparılmış əsaslı təmirtikinti işlərinin icrası ilə əlaqədar, həmin işlərin icrası və təhvili ilə bağlı 2021-ci ilin avqust, sentyabr, oktyabr və noyabr ayları üzrə tərtib edilmiş rəsmi sənəd hesab edilən “Görülmüş işlərin qəbulu-forma 2” aktlarını öz imzası və Kürdəmir Melioservis İdarəsinin üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan dairəvi möhürü ilə təsdiq edərək, aktlara qazılmış torpağın daşınması, kipləşdirilməsi, kanal ətrafının kol-kosdan təmizlənməsi və kanalın mövcud en kəsiyində torpağın qazılması işlərinin icra edilməsi barədə qəsdən vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə iş həcminin dəyərini qəsdən artıraraq, X7 İdarəsinə məxsus ümumilikdə 18601, 20 manat (on səkkiz min altı yüz bir manat iyirmi qəpik) məbləğində xeyli miqdarda pul vəsaitinin artıq xərc edilməsi ilə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə talamış, rəsmi sənədlərin məzmununa vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, təkrarən, həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 20 avqust 2021-ci il tarixli, 12-21 nömrəli müqavilə əsasında keçmiş X7 İdarəsinin balansında olan “Şilyan-Qarasu ərazisində OB 1 nov kanal”ın üzərindəki hidrotexniki qurğuların 2021-ci ilin dekabr ayında İdarə tərəfindən aparılmış əsaslı təmir-tikinti işlərinin icrası ilə əlaqədar, həmin işlərin icrası və təhvili ilə bağlı 2021-ci ilin dekabr ayı üzrə tərtib edilmiş rəsmi sənəd hesab edilən “Görülmüş işlərin qəbulu-forma 2” aktını öz imzası və Kürdəmir Melioservis İdarəsinin üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan dairəvi möhürü ilə təsdiq edərək, akta “OB 1 nov kanal”ın magistralı boyu keçidlərdə olan su keçirici quyuların tikilməsi, “D=1000 mm” dəmir-beton borunun quraşdırılması və “D=720 mm” metal boru xəttinin sökülərək təmizlənib yerinə qoyulması işlərinin icra edilməsi barədə vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə iş həcminin dəyərini qəsdən artıraraq, X7 İdarəsinə məxsus ümumilikdə 30201,51 manat (otuz min iki yüz bir manat, əlli bir qəpik) məbləğində xeyli miqdarda pul vəsaitinin artıq xərc edilməsi ilə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə təkrarən talamış, rəsmi sənədlərin məzmununa vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa o, təkrarən həmin vəzifədə işləyərkən xidməti vəzifələrinin icrası ilə əlaqədar özü üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 22 noyabr 2022-ci il tarixli, 010 nömrəli müqavilə əsasında keçmiş X7 İdarəsinin balansında olan “Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin (L=1,1 km)” 2022-ci ilin dekabr ayında İdarə tərəfindən aparılmış əsaslı təmir-tikinti işlərinin icrası ilə əlaqədar, həmin işlərin icrası və təhvili ilə bağlı 2022-ci ilin dekabr ayı üzrə tərtib edilmiş rəsmi sənəd hesab edilən “Görülmüş işlərin qəbulu-forma 2” aktını öz imzası və Kürdəmir Melioservis İdarəsinin üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan dairəvi möhürü ilə təsdiq edərək, akta siyirtmələrin, flansların, əks klapanın, vantuzun quraşdırılması və torpaq işlərinin icra edilməsi barədə vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə iş həcminin dəyərini qəsdən artıraraq, X7 İdarəsinə məxsus ümumilikdə 14533,02 manat (on dörd min beş yüz otuz üç manat iki qəpik) məbləğində xeyli miqdarda pul vəsaitinin artıq xərc edilməsi ilə ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə təkrarən talamış, rəsmi sənədlərin məzmununa vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilmədi və ifadəsində göstərdi ki, 15 yanvar 2018-ci il tarixdən 08 aprel 2024-cü il tarixədək Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin tabeliyində Kürdəmir Melioservis İdarəsində rəis vəzifəsində işləmiş, 2024-cü ilin aprel ayında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin strukturunda baş vermiş dəyişikliklərlə Kürdəmir Melioservis İdarəsi ləğv edilərək X15 Sistemlərinin İstismarı İdarəsinə birləşdirilmişdir. Kürdəmir Melioservis İdarəsinin fəaliyyəti kanalların lildən təmizlənməsi və qurğuların təmiri işlərinin görülməsindən ibarət olmuşdur. İdarə tender əsasında qazandığı işlər üzrə Respublika ərazisində işlər görmək imkanına malik olmuş, rəisi olduğu dövrdə Kürdəmir Melioservis İdarəsi ilə X7 İdarəsinin sifarişi ilə bir neçə dəfə işlər görülmüşdür. Həmin işlər tam yerinə yetirilməklə X7 İdarəsinə təhvil verilmişdir. Belə ki, 20 avqust 2021-ci il tarixdə X7 İdarəsi ilə Kürdəmir Melioservis İdarəsi arasında “R-15 təsərrüfatlararası beton kanalın əsaslı təmiri” işlərinin görülməsi ilə bağlı müqavilə bağlanmışdır. Müqaviləyə əsasən Kürdəmir Melioservis İdarəsi tərəfindən X7 İdarəsinin balansında olan R-15 təsərrüfatlararası beton kanalının 880 metr uzunluğunda hissəsinin əsaslı təmiri işləri həyata keçirilmişdir. Həmin kanalın təmir olunan hissəsi hər iki tərəfdən kəsilməklə ora gələn suyun alternativ yolla aparılması təşkil edilmiş, kanalın içərisi lildən və kol-kosdan təmizlənmiş, orada olan köhnə beton hissələri ekskavatorlar vasitəsilə çıxarılmış və yük maşınlarına yüklənib atılmışdır. Sonra kanalın en kəsiyinin düzəldilməsi məqsədilə həmin hissə ekskavatorla qazılaraq oraya torpaq daşınıb tökülmüş və bərkidilməklə hamarlanmışdır. Daha sonra kanalın həmin hissəsinin betonlanma işləri aparılmışdır. Bu işlərin görülməsi ilə əlaqədar 2021-ci ilin avqust-noyabr aylarında Forma-2 aktları tərtib edilmiş, X7 İdarəsinə tam təhvil verilmişdir. “R-15 təsərrüfatlararası beton kanalın əsaslı təmiri” işləri ilə əlaqədar Kürdəmir Melioservis İdarəsi tərəfindən tərtib edilən Forma-2 aktlarında yerinə yetirilməsi rəsmiləşdirilmiş bütün işlər tam görülmüş, Forma-2 aktında iş həcmi artırılmamışdır. Həmin işlərin görülməsindən 3 ilə yaxın müddət keçdiyini nəzərə alaraq həmin kanalın kənarında kol-kos yaranması, torpaq səthinin korlanması halları baş verə bilər. Buna görə də Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı qazılmış torpağın daşınması, kipləşdirilməsi, kanal ətrafının kol-kosdan təmizlənməsi və kanalın mövcud en kəsiyində torpağın qazılması işlərində iş həcminin artırılması göstərilmişdir. Halbuki, Kürdəmir Melioservis idarəsi tərəfindən işlər tam görülərək təhvil verilmişdir. Yoxlamaya dair tərtib edilmiş akta əsasən “kanalın dib yamaclarındakı köhnə betonun əl ilə sökülməsi” işi 873 m3 əvəzinə 700 m3 olması göstərilmişdir. Təmir olunan hissə təxminən 880 metr uzunluğunda olmuşdur. Həmin hissədən köhnə beton tam çıxarılmasa, orada nə en kəsiyinin düzəldilməsi, hamarlanması və yenidən betonlanması işləri tam yerinə yetirilə bilməz, çünki yenidən betonlanma vibrasiya aparatı vasitəsilə aparılmışdır, bu zaman kanalda köhnə beton qalıqları qalarsa, bu betonlaşma işlərinə mane ola bilərdi. Təqsirləndirilən şəxs həmçinin bildirdi ki, X7 və Kürdəmir Melioservis İdarəsi arasında suvarma kanallarının və üzərindəki hidrotexniki qurğuların əsaslı təmir işlərinin aparılması məqdəsilə xx.xx.2024-cü il tarixdə bağlanmış müqaviləyə əsasən Kürdəmir Melioservis İdarəsi tərəfindən 2021-ci ilin dekabr ayında Şilyan Qarasu ərazisində OB 1 nov kanalın üzərindəki hidrotexniki qurğuların əsaslı təmiri işləri yerinə yetirilmişdir. Həmin nov kanal üzərində 5 ədəd hidrotexniki qurğu olmuşdur. Həmin qurğular sökülərək təmir edilmiş və yenidən yerinə quraşdırılmışdır. Qurğular quraşdırıldıqdan sonra qurğu betonlaşdırılmışdır və kanala su verilmişdir. Həmin işlər zamanı X8 üzərindən keçən 60 metr uzunluğunda “D=720mm” metal boru xəttinin sökülərək təmizlənib yerinə qoyulması işi həyata keçirilməli olmuş, çünki həmin borudan su zəif axmışdır. Həmin metal boru sökülərək çıxarıldıqdan sonra borunun çox hissəsində çürümə getdiyini gördükdən sonra, o, bunun təmirinin mümkün olmayacağını başa düşmüş və həmin borunun əvəzinə Şirvan şəhərində Mexaniki Təmir Zavodundan aldığı, işlənmiş, lakin yaxşı vəziyyətdə olan D=830 mm diametrli boru alaraq rəngləməklə tam yararlı vəziyyətə gətirmiş, həmin yerə quraşdırmışdır. Bundan əlavə kanal Şilyan kəndi ərazisində kənd arası yolun altından keçdiyi üçün həmin hissədə 10 metr uzunluğunda “D=1000mm” dəmir beton boru qoyulmuş və kəndə su verilişi təmin edilmişdir. Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı tərtib edilmiş aktda hansı səbəbdən “D=720mm” metal borunun təmir edilməməsi, “D=1000mm” olan dəmir beton borunun yerində olmaması və betonlaşma işlərinin aparılmamasının göstərilməsinin səbəbini bilmir. Kürdəmir Meliorasiya İdarəsi tərəfindən həmin işlər tam görülmüş, Forma-2 aktında həcmi artırılmamışdır. O, əlavə olaraq qeyd etmişdir ki, Qarasu-2 nasos stansiyasının “D=500mm-lik” təzyiqli boru xəttinin (L=1,1 km) əsaslı təmiri işləri ilə əlaqədar xx.xx.2022-ci il tarixdə X7 ilə Kürdəmir Melioservis İdarəsi arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin icrası ilə əlaqədar 2022-ci ilin dekabr ayında Kürdəmir Melioservis İdarəsi tərəfindən Qarasu-2 nasos stansiyasının “D=500mm-lik” təzyiqli boru xəttinin əsaslı təmiri aparılmış, 1100 metr uzunluğunda hissədə 500 mm diametrli polietilen boru xətti çəkilmişdir. İşlərin görüldüyü ərəfədə Qarasu-2 nasos stansiyası tam qurulmadığından qurğulara quraşdırılmalı olan avadanlıqlar, yəni siyirtmələr, flanslar, əks klapan və vantuz quraşdırılmadan X7 İdarəsinə verilmişdir. Həmin avadanlıqlar nasos stansiyada qurğular quraşdırıldıqdan sonra yerinə qoyulmalı olmuş, lakin işlər görüldükdən sonra həmin avadanlıqların yerinə quraşdırılması Forma-2 aktında göstərilmişdir. Bu səbəbdən Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan yoxlama zamanı tərtib edilmiş aktda həmin avadanlıqların olmaması və quraşdırılmaması müəyyən edilməklə işlərin dəyərinin 14533,02 manat məbləğdə artırıldığı müəyyən edilmişdir. Halbuki, o, qeyd etdiyi avadanlıqları X7 İdarəsinə vermişdir. Həmin avadanlıqlar nasos stansiyada olan qurğularla eyni vaxtda quraşdırılmalı olmuş, buna görə 2022-ci ilin dekabr ayında tərtib edilən Forma-2 aktında avadanlıqların quraşdırılması göstərilmişdir. Lakin, Kürdəmir Melioservis İdarəsi tərəfindən işlər görülən zaman nasos stansiyada heç bir qurğu olmadığından həmin avadanlıqların quraşdırılması mümkün olmamışdır. Həmin avadanlıqlar X7 İdarəsinə verilmişdir ki, qurğu quraşdırıldığı zaman yerinə qoyular. Həmin avadanlıqların Qarasu-2 nasos stansiyasına quraşdırılması barədə Forma-2 aktında göstərildiyi üçün avadanlıqların X7 İdarəsinə təhvil verilməsinə dair əlavə sənədləşmə aparılmamışdır. Səhhətində olan problemlər ilə əlaqədar o, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən keçirilən yoxlamada iştirak edə bilməmişdir. O, İdarə tərəfindən icra olunan heç bir iş üzrə iş həcmini artırmamış, ona heç kim iş həcminin artırılması ilə bağlı kömək göstərməmişdir. O, göstərilən pul vəsaitlərini əldə etməmişdir. Nə də ki, həmin pulu heç kimlə bölməmişdir. Aktlarda göstərilən Kürdəmir Melioservis İdarəsinin digər işciləri də aktları imzaları ilə təsdiq etmişlər. O, həmin işçilərə aktlar üzrə göstərilən bütün işlərin icra edildiyini bildirmiş və işçilər də bunun əsasında aktları imzaları ilə təsdiq etmişlər.Həmçinin bildirdi ki,o,açıq ürək cərrahiyə əməliyatı edilmiş və bungörə də mütəmadi olaraq müalicə və müayinə etdirmək üçün Bakı şəhərinə gedib gəlir. Eləcə də həyat yoldaşı ağır onkoloji xəstədir, onun da Bakı şəhərinə gedib-gəlmə ehtiyacı vardır. Bunların nəzərə alınmasını xahiş etdi. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi X17 ifadəsində göstərdi ki, X15 Sistemlərinin İstismarı İdarəsinin müdiri işləyir. Azərbaycan Respublikasının Prezidentinin “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” 30 mart 2023-cü il tarixli, 2074 nömrəli fərmanına əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Su X3 əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılmış və Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilmişdir. “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli, 2356 nömrəli fərmanı əsasında Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin çevrilmə formasında yenidən təşkili yolu ilə X14 Xidməti publik hüquqi şəxsi yaradılmış, həmin fərmanın icrası ilə əlaqədar Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin X7 İdarəsinin adı dəyişdirilərək X15 Sistemlərinin İstismarı İdarəsi adlandırılmış və İdarə X14 Xidməti publik hüquqi şəxsin tabeliyinə verilmişdir. X15 Sistemlərinin İstismarı İdarəsinin fəaliyyəti Kürdəmir rayonu ərazisində meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərmək, torpaqların su təminatını həyata keçirmək, mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını təşkil etmək və s. ibarətdir. “R-15 təsərrüfatlararası beton kanalı”, “Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xətti ” və “Şilyan Qarasu ərazisində OB 1 nov kanalın üzərindəki hidrotexnik qurğular” keçmiş X7 İdarəsinin balansında olmuş, hazırda həmin su obyektləri X15 Sistemlərinin İstismarı İdarəsinin balansındadır. Hər üç obyekt təyinatı üzrə istifadə olunmaqdadır. Hər üç obyekt üzrə “görülmüş işlərin qəbulu” aktı ( forma 2 ) tərtib olunduqdan sonra keçmiş X7 İdarəsinə görülmüş işlər təhvil verilmiş və X7 İdarəsi tərəfindən Kürdəmir Melioservis İdarəsinə görülmüş işlərin dəyəri köçürülmüşdür. Yəni “görülmüş işlərin qəbulu” aktı (forma 2 ) Kürdəmir Melioservis İdarəsinə müvafiq xidmət haqlarının ödənilməsinə əsas vermişdir. “Görülmüş işlərin qəbulu” aktı (forma 2 ) olmadığı halda Kürdəmir Melioservis İdarəsinə ödəniş icra edilə bilməzdi. X15 Sistemlərinin İstismarı İdarəsinin Kürdəmir Melioservis İdarəsinə göstərilən işlərin icrası ilə əlaqədar qalıq borcu qalmamışdır. Təqsirləndirilən şəxs yaşlı olmaqla xəstədir. Baxmayaraq ki, o, dəymiş ziyanı ödəməmişdir, lakin onun tutulmasını istəmir. Gələcəkdə dəymiş ziyanla bağlı mülki iddia qaldıracaqdır. Odur ki, yuxarıda göstərdiklərini nəzərə alınmasını xahiş etdi. Şahid X12 ifadəsində göstərdi ki, o, Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti publik hüquqi şəxsinin tabeliyində X15 Sistemlərinin İstismarı İdarəsinin baş mühəndisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin baş məsləhətçi-nəzarətçi müfəttişi Şahid5 tərəfindən 29 may 2024-04 iyun 2024-cü il tarixlərdə keçmiş X7 İdarəsinin balansında olan “R-15 təsərrüfatlar arası beton kanalının”, Şilyan Qarasu ərazisində “OB 1” nov kanalın üzərindəki hidrotexnikin qurğuların və “Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin” müvafiq olaraq 2021-ci ilin avqust-noyabr aylarında, 2021-ci ilin dekabr ayında və 2022-ci ilin dekabr ayında Kürdəmir Melioservis İdarəsi tərəfindən icra edilən əsaslı təmir işləri üzrə iş həcminin artırılıb-artırılmaması xüsusatı üzrə yoxlama keçirilmiş və həmin yoxlamada o da X15 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi olaraq iştirak etmişdir. Ondan başqa X15 Sistemlərinin İstismarı İdarəsinin işçiləri Şahid2 və X9 da yoxlamada iştirak etmişlər. “R-15 təsərrüfatlar arası beton kanalı”, “Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin” və Şilyan- Qarasu ərazisində “OB 1” nov kanalın üzərindəki hidrotexnikin qurğularda aparılmış əsaslı təmir işlərinə baxış keçirilmişdir. Baxış zamanı o və İdarənin digər iki nəfər işçisi Şahid5 göstəriş və tapşırıqlarına əsasən zəruri ölçmə işləri və digər texniki yoxlama işlərini icra etmişlər. Yoxlama zamanı Şahid5 tərəfindən, göstərilən əsaslı təmir işləri üzrə tərtib edilmiş “2 saylı forma” üzrə icra edildiyi göstərilmiş işlər yerində baxış keçirməklə yoxlanılmış və müqayisəli təhlil aparılmışdır. Hər yoxlamanın sonunda yoxlamanın nəticələrini özündə əks etdirən “Nəzarət-ölçü işlərinin nəticəsi üzrə” aktlar tərtib edilmişdir. Həmin aktlarda “R-15 təsərrüfatlar arası beton kanalı” üzrə görülmüş əsaslı təmir işləri üzrə 18601,20 manat , Şilyan- Qarasu ərazisində “OB 1 nov kanalın” üzərindəki hidrotexnik qurğuların əsaslı təmiri işləri üzrə 30201,51 manat və “Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin ” əsaslı təmir işləri üzrə 14533,02 manat məbləğində iş həcminin artırıldığı göstərilmiş və həmin aktların doğruluğunu o da öz imzası ilə təsdiq etmişdir. Şahid2 ifadəsində göstərdi ki, o, Azərbaycan Dövlət Su X4 Su Meliorasiya Xidməti publik hüquqi şəxsinin tabeliyində X15 Sistemlərinin İstismarı İdarəsinin ümumi şöbəsinin rəisi vəzifəsində işləyir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin baş məsləhətçi-nəzarətçi müfəttişi Şahid5 tərəfindən 29 may 2024-04 iyun 2024-cü il tarixlərdə keçmiş X7 İdarəsinin balansında olan “R-15 təsərrüfatlar arası beton kanalının”, Şilyan -Qarasu ərazisində “OB 1” nov kanalın üzərindəki hidrotexnikin qurğuların və “Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin ” müvafiq olaraq 2021-ci ilin avqust-noyabr aylarında, 2021-ci ilin dekabr ayında və 2022-ci ilin dekabr ayında Kürdəmir Melioservis İdarəsi tərəfindən icra edilən əsaslı təmir işləri üzrə iş həcminin artırılıb-artırılmaması xüsusatı üzrə yoxlama keçirilmiş və həmin yoxlamada o da X15 Sistemlərinin İstismarı İdarəsinin nümayəndəsi olaraq iştirak etmişdir. Ondan başqa X15 Sistemlərinin İstismarı İdarəsinin işçiləri Şahid2 və X9 da yoxlamada iştirak etmişlər. “R-15 təsərrüfatlar arası beton kanalı”, “Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin ” və Şilyan Qarasu ərazisində “OB 1” nov kanalın üzərindəki hidrotexnikin qurğularda aparılmış əsaslı təmir işlərinə baxış keçirilmişdir. Baxış zamanı o və İdarənin digər iki nəfər işçisi Şahid5 göstəriş və tapşırıqlarına əsasən zəruri ölçmə işləri və digər texniki yoxlama işlərini icra etmişlər. Yoxlama zamanı Şahid5 tərəfindən, göstərilən əsaslı təmir işləri üzrə tərtib edilmiş “2 saylı forma” üzrə icra edildiyi göstərilmiş işlər yerində baxış keçirməklə yoxlanılmış və müqayisəli təhlil aparılmışdır. Hər yoxlamanın sonunda yoxlamanın nəticələrini özündə əks etdirən “Nəzarət-ölçü işlərinin nəticəsi üzrə” aktlar tərtib edilmişdir. Həmin aktlarda “R-15 təsərrüfatlar arası beton kanalı” üzrə görülmüş əsaslı təmir işləri üzrə 18601,20 manat, Şilyan- Qarasu ərazisində “OB 1 nov kanalın” üzərindəki hidrotexnik qurğuların əsaslı təmiri işləri üzrə 30201,51 manat və “Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin ” əsaslı təmir işləri üzrə 14533,02 manat məbləğində iş həcminin artırıldığı göstərilmiş və həmin aktların doğruluğunu o da öz imzası ilə təsdiq etmişdir. Şahid3 Ərzuman oğlu şahidlər Şahid4 və Şahid2 ifadələrinə uyğun ifadə verdi. Şahid X5 ifadəsində göstərdi ki, o, 1992-ci ilin mart ayından 2021-ci ilin iyun ayınadək keçmiş X7 İdarəsində baş mühəndis, 2021-ci ilin iyun ayından indiyə qədər isə X7 İdarəsinin bazasında yaradılmış X15 Sistemlərinin İstismarı İdarəsinin Ümumi şöbəsində doqquzuncu dərəcəli mühəndis vəzifəsində işləyir. X7 İdarəsinin balansında olan Şilyan Qarasu ərazisində OB 1 nov kanalın üzərindəki hidrotexnik qurğuların əsaslı təmiri 2021-ci ilin dekabr ayında keçmiş Kürdəmir Melioservis İdarəsi tərəfindən icra edilmişdir. O, həmin vaxt səhhəti ilə əlaqədar öz istəyi ilə baş mühəndis vəzifəsində çıxmışdır. Lakin, o, 30 ilə yaxın həmin vəzifədə işlədiyindən İdarənin balansında olan kanallarda hansı işlərin görülməsindən, işlərin hansı podratçı təşkilat tərəfindən icra edilməsindən məlumatlı olmuşdur. Kürdəmir Melioservis İdarəsi tərəfindən Baş Şirvan Kollektorunun Kürdəmir rayonu Şilyan kəndi ərazisindən keçən hissəsinin üzərində qurulmuş “OB 1 nov kanalı” akveduk (borulu keçid) yerindən çıxarılıb dəyişdirilməli olduğu halda həmin boru yerindən çıxarılmamış, dəyişdirilməmişdir. Həmin işlər icra edilərkən o, özü şəxsən bunun şahidi olmuşdur. Həmçinin, əsaslı təmir işləri zamanı kanalın üç ədəd dönmə quyuları təmir edilmişdir. Yəni, heç bir quyu tikilməmiş, sadəcə köhnə quyunun yerində təmir işləri aparılmışdır. O, özü şəxsən bunun da şahidi olmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə Şahid5 lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o,məhkəməyə ərizə göndərərək məhkəmə iclasına gələ bilməyəcəyini və ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Şahid5 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunun 03 aprel 2024-cü il tarixli, 2-2/1-042574/2024 nömrəli məktubu ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinə daxil olmuş Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin X7 İdarəsinin maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması barədə Kürdəmir rayon prokurorluğunun 02 aprel 2024-cü il tarixli qərarının icrası ilə əlaqədar Xidmət tərəfindən 24 aprel 2024-cü il tarixli, 73 nömrəli əmr verilmiş və həmin əmr əsasında o, X7 İdarəsinin 2021-ci ilin yanvar ayından 2024-cü ilin yanvar ayına kimi olan dövr ərzində maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılması işinə cəlb edilmişdir. 2021-ci ilin avqust-noyabr aylarında icra edilmiş X7 İdarəsinin R-15 təsərrüfatlar arası beton kanalının əsaslı təmiri işləri, 2022-ci ilin dekabr ayında X7 İdarəsinin Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin (L=1,1 km) əsaslı təmiri işləri və 2021-ci ilin dekabr ayında X7 İdarəsinin Şilyan Qarasu ərazisində “OB 1” nov kanalın üzərindəki hidrotexnikin qurğuların əsaslı təmir işləri də həmin yoxlamanın predmetini təşkil etmişdir. Yoxlamaya təqdim edilən sənədlər ilə müəyyən edilmişdir ki, X7 İdarəsinin balansında olan R-15 təsərrüfatlar arası beton kanalının əsaslı təmiri işi ilə bağlı həmin İdarənin rəisi X6 və Kürdəmir Melioservis İdarəsinin rəisi Təqsirləndirilən şəxs Sirac oğlu arasında 20 avqust 2021-ci il tarixli, 12-21 nömrəli müqavilə bağlanmışdır. 29 may 2024cü il tarixdə tərəfindən X7 İdarəsinin “Sudan istifadə və SİB-lərlə iş” şöbəsinin rəisi, baş mühəndis vəzifəsini müvəqqəti icra edən Rəşad Nəsirov, X7 İdarəsinin Təmir tikinti üzrə sahə rəisi Şahid2 və X7 İdarəsinin topoqrafı Şahid3 iştirakları ilə X7 İdarəsinin R-15 təsərrüfatlar arası beton kanalına yerində baxış keçirilmişdir. Kürdəmir Melioservis İdarəsinin sabiq rəisi Təqsirləndirilən şəxs Sirac oğluna yoxlamada iştirak etməsi ilə bağlı sifarişçi X7 İdarəsi tərəfindən dəfələrlə rəsmi çağırış məktubları və teleqramlar göndərilsə də Təqsirləndirilən şəxs heç bir üzrlü səbəb göstərmədən yoxlamaya gəlməmiş, yoxlamada iştirak etməmişdir. Yoxlama zamanı Kürdəmir Melioservis İdarəsi tərəfindən 2021-ci ilin avqust-noyabr aylarında yerinə yetirildiyi rəsmiləşdirilmiş 207086,08 manat dəyərində tikinti-quraşdırma işlərinin həcmi nəzarət qaydasında yoxlanılmış və nəticədə yoxlanılmış işlərin dəyərinin 18601,20 manat (ƏDV-siz) artırıldığı müəyyən edilmişdir. Belə ki, yoxlama zamanı göstərilən işlərin icrası ilə bağlı 2021-ci ilin avqust, sentyabr, oktyabr və noyabr aylarında “2 saylı forma” üzrə yerinə yetirilməsi rəsmiləşdirilmiş işlərin faktiki icra vəziyyəti yoxlanılmış və R-15 təsərrüfatlar arası beton kanalında görülmüş işlərin “2 saylı forma” üzrə qiymətinin artırıldığı, yəni “2 saylı forma” üzrə göstərilən ölçü, miqdar və dəyərdə işlərin görülmədiyi müəyyən edilmişdir. Yoxlamanın yekununda “Nəzarət-ölçü işlərinin nəticəsi üzrə” 29 may 2024-cü il tarixli akt tərtib edilmiş və aktda Kürdəmir Melioservis İdarəsi tərəfindən 2021-ci ilin avqust-noyabr aylarında yerinə yetirildiyi rəsmiləşdirilmiş 207086,08 manat dəyərində tikinti-quraşdırma işlərinin həcmi nəzarət qaydasında yoxlanılması və nəticədə yoxlanılmış işlərin dəyərinin 18601,20 manat (ƏDVsiz) artırıldığının müəyyən edilməsi göstərilmişdir. Kürdəmir Melioservis idarəsinə göstərilən xidmətin müqabilində 207086,08 manat dəyərində ödənişin icra edilməsi sifarişçi X7 İdarəsi tərəfindən yoxlamaya təqdim edilən 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2024-cü il tarixə kimi olan dövrdə podrat təşkilatlar tərəfindən obyektlər üzrə tikintitəmir və abadlıq işlərinə xərclənmiş vəsaitlər və yerinə yetirilmiş işlər barədə arayış ilə təsdiq olunmuşdur. Bundan başqa yoxlamaya təqdim edilən sənədlər ilə müəyyən edilmişdir ki, X7 İdarəsinin balansında olan Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin (L=1,1 km) əsaslı təmiri işləri ilə bağlı həmin İdarənin rəisi X13 və Kürdəmir Melioservis İdarəsinin rəisi Təqsirləndirilən şəxs Sirac oğlu arasında 22 noyabr 2022-ci il tarixli, 010 nömrəli müqavilə bağlanmışdır. 03 iyun 2024-cü il tarixdə tərəfindən X7 İdarəsinin adları göstərilən işçiləri, Rəşad Nəsirov, Şahid2 və Şahid3 iştirakları ilə X7 İdarəsinin Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinə (L=1,1 km) yerində baxış keçirilmişdir. Kürdəmir Melioservis İdarəsinin sabiq rəisi Təqsirləndirilən şəxs Sirac oğluna yoxlamada iştirak etməsi ilə bağlı sifarişçi X7 İdarəsi tərəfindən dəfələrlə rəsmi çağırış məktubları və teleqramlar göndərilsə də Təqsirləndirilən şəxs heç bir üzrlü səbəb göstərmədən yoxlamaya gəlməmiş, yoxlamada iştirak etməmişdir. Yoxlama zamanı Kürdəmir Melioservis İdarəsi tərəfindən 2022-ci ilin dekabr ayında yerinə yetirildiyi rəsmiləşdirilmiş 209044,01 manat dəyərində tikinti-quraşdırma işlərinin həcmi nəzarət qaydasında yoxlanılmış və nəticədə yoxlanılmış işlərin dəyərinin 14533,02 manat (ƏDVsiz) artırıldığı müəyyən edilmişdir. Belə ki, yoxlama zamanı göstərilən işlərin icrası ilə bağlı 2022-ci ilin dekabr ayında “2 saylı forma” üzrə yerinə yetirilməsi rəsmiləşdirilmiş işlərin faktiki icra vəziyyəti yoxlanılmış və Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttində (L=1,1 km) görülmüş işlərin “2 saylı forma” üzrə qiymətinin artırıldığı, yəni “2 saylı forma” üzrə göstərilən ölçü, miqdar və dəyərdə işlərin görülmədiyi müəyyən edilmişdir. Yoxlamanın yekununda “Nəzarət-ölçü işlərinin nəticəsi üzrə” 03 iyun 2024-cü il tarixli akt tərtib edilmiş və aktda Kürdəmir Melioservis İdarəsi tərəfindən 2022-ci ilin dekabr ayında yerinə yetirildiyi rəsmiləşdirilmiş 209044,01 manat dəyərində tikinti-quraşdırma işlərinin həcmi nəzarət qaydasında yoxlanılması və nəticədə yoxlanılmış işlərin dəyərinin 14533,02 manat (ƏDV-siz) artırıldığının müəyyən edilməsi göstərilmişdir. Kürdəmir Melioservis idarəsinə göstərilən xidmətin müqabilində 209044,01 manat dəyərində ödənişin icra edilməsi sifarişçi X7 İdarəsi tərəfindən yoxlamaya təqdim edilən 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2024-cü il tarixə kimi olan dövrdə podrat təşkilatlar tərəfindən obyektlər üzrə tikinti-təmir və abadlıq işlərinə xərclənmiş vəsaitlər və yerinə yetirilmiş işlər barədə arayış ilə təsdiq olunmuşdur. Bundan başqa yoxlamaya təqdim edilən sənədlər ilə müəyyən edilmişdir ki, X7 İdarəsinin balansında olan Şilyan Qarasu ərazisində OB 1 nov kanalın üzərindəki hidrotexnik qurğuların əsaslı təmiri obyekti üzrə həmin İdarənin rəisi X6 və Kürdəmir Melioservis İdarəsinin rəisi Təqsirləndirilən şəxs Sirac oğlu arasında 20 avqust 2021-ci il tarixli, 12-21 nömrəli müqavilə bağlanmışdır. 04 iyun 2024-cü il tarixdə tərəfindən X7 İdarəsinin adları göstərilən işçiləri, Rəşad Nəsirov, Şahid2 və Şahid3 iştirakları ilə X7 İdarəsinin Şilyan Qarasu ərazisində OB 1 nov kanalın üzərindəki hidrotexnik qurğulara yerində baxış keçirilmişdir. Kürdəmir Melioservis İdarəsinin sabiq rəisi Təqsirləndirilən şəxs Sirac oğluna yoxlamada iştirak etməsi ilə bağlı sifarişçi X7 İdarəsi tərəfindən dəfələrlə rəsmi çağırış məktubları və teleqramlar göndərilsə də Təqsirləndirilən şəxs heç bir üzrlü səbəb göstərmədən yoxlamaya gəlməmiş, yoxlamada iştirak etməmişdir. Yoxlama zamanı Kürdəmir Melioservis İdarəsi tərəfindən 2021-ci ilin dekabr ayında yerinə yetirildiyi rəsmiləşdirilmiş 42000,00 manat dəyərində tikintiquraşdırma işlərinin həcmi nəzarət qaydasında yoxlanılmış və nəticədə yoxlanılmış işlərin dəyərinin 30201,51 manat (ƏDV-siz) artırıldığı müəyyən edilmişdir. Belə ki, yoxlama zamanı göstərilən işlərin icrası ilə bağlı 2021-ci ilin dekabr ayında “2 saylı forma” üzrə yerinə yetirilməsi rəsmiləşdirilmiş işlərin faktiki icra vəziyyəti yoxlanılmış və Şilyan Qarasu ərazisində OB 1 nov kanalın üzərindəki hidrotexnik qurğular üzərində görülmüş işlərin “2 saylı forma” üzrə qiymətinin artırıldığı, yəni “2 saylı forma” üzrə göstərilən ölçü, miqdar və dəyərdə işlərin görülmədiyi müəyyən edilmişdir. Yoxlamanın yekununda “Nəzarət-ölçü işlərinin nəticəsi üzrə” 04 iyun 2024-cü il tarixli akt tərtib edilmiş və aktda Kürdəmir Melioservis İdarəsi tərəfindən 2021-ci ilin dekabr ayında yerinə yetirildiyi rəsmiləşdirilmiş 42000,00 manat dəyərində tikinti-quraşdırma işlərinin həcmi nəzarət qaydasında yoxlanılması və nəticədə yoxlanılmış işlərin dəyərinin 30201,51 manat (ƏDV-siz) artırıldığının müəyyən edilməsi göstərilmişdir. Kürdəmir Melioservis idarəsinə göstərilən xidmətin müqabilində 42000 manat dəyərində ödənişin icra edilməsi sifarişçi X7 İdarəsi tərəfindən yoxlamaya təqdim edilən 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2024-cü il tarixə kimi olan dövrdə podrat təşkilatlar tərəfindən obyektlər üzrə tikinti-təmir və abadlıq işlərinə xərclənmiş vəsaitlər və yerinə yetirilmiş işlər barədə arayış ilə təsdiq olunmuşdur. Bununla da X7 İdarəsinin balansında olan R-15 təsərrüfatlar arası beton kanalının, Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin (L=1,1 km) və Şilyan Qarasu ərazisində “OB 1” nov kanalın üzərindəki hidrotexniki qurğuların əsaslı təmir işləri üzrə Kürdəmir Melioservis İdarəsi tərəfindən görülmüş işlərin qəbulu aktlarında (2 saylı forma) görülmüş işlərin dəyərinin ümumilikdə 63335,73 manat (18601,20+14533,02+ 30201,51) artırılması müəyyən edilmişdir. “R-15 təsərrüfatlararası beton kanalın əsaslı təmiri” obyekti üzrə 2021-ci ilin avqust-noyabr aylarında yerinə yetirildiyi rəsmiləşdirilmiş 207.086,08 manat dəyərində təmir-tikinti işlərinin yoxlanılması zamanı işlərin dəyərinin 18.601,20 manat məbləğdə artırılması, qeyd olunan obyekt üçün Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2021-ci il tarixli 31360 nömrəli ekspertiza rəyi ilə təsdiq edilmiş smeta sənədləri, sifarişçi və podratçı tərəfindən rəsmiləşdirilmiş və sifarişçi tərəfindən yoxlamaya təqdim olunmuş “2 saylı forma” aktları əsasında, yerində nəzarət-ölçü işləri aparılmaqla müəyyən edilmişdir. Qeyd olunan obyekt üçün "xxxx" MMC tərəfindən smeta sənədləri tərtib olunmuş və həmin smetada “R-15 təsərrüfatlararası beton kanalının” 4600,0 p/metr hisəsinin təmir olunaraq köhnə betonun sökülməsi, yeni beton örtüyün düzəldilməsi və bu işlərin görülməsi məqsədi ilə digər yardımçı işlərin də görülməsi nəzərdə tutulmuşdur. Rəsmiləşdirilmiş “2 saylı forma” aktlarında isə yoxlanılan dövrdə kanalın 800,0 p/metr hissəsinin təmir olunması sənədləşdirilmiş, qalan digər hissədə işlər görülməmiş və sənədləşdirilməmişdir. Belə ki, smeta sənədlərində “R-15 təsərrüfatlararası beton kanalının” 4600,0 p/metr hissəsinin dib və yamaclarının B12,5 markalı betonla betonlanması işləri üşün 5016,3 m3 beton işlərinin görülməli olduğu hesablanmış və bu smetaya əlavə olunmuş sxemdə də öz əksini tapmışdır. Mütanasib olaraq smetada kanalın 1,0 p/metr hisəsinin betonlanması üçün 1,0905 m3 (5016,3:4600,0=1,0905) beton işlərinin görüləcəyi hesablanmışdır. Rəsmiləşdirilmiş “2 saylı forma” aktlarında isə kanalın dib və yamaclarında 870,1 m3 beton örtüyün düzəldilməsi işləri sənədləşdirilmişdir ki, bu da kanalın 800,0 p/metr hissəsində təmir işlərinin görülməsini göstərir. Həmçinin, yerində nəzarət-ölçü işləri aparılanda da “R-15 təsərrüfatlararası beton kanalının” 800,0 p/metr hisəsində yeni beton örtüyünün düzəldilməsi işlərinin görüldüyü müəyyən olunmuşdur. 2450,0 m3 İİ qrup qruntun çalovun tutumu 0,65 m3 olan ekskavatorla qazılıb yükünü özüboşaldan avtomaşına yüklənməsi işlərində daşınan qruntun çəkisi artırılmışdır. Belə ki, smetada kanalın 4600,0 metr hissısində dambaların dağılmış hissələrinin bərpası üçün 11240,0 m3 İİ qrup qruntun qazılaraq a/maşına yüklənməsi və yüklənmiş 19670,0 ton qruntun 8,5 km məsafədən daşınıb kanalın dambasına tökülməsi hesablanmışdır ki, buda İİ qrup qruntun 1,0 m3-nin çəkisinin smetada 1,75 ton hesablandığı deməkdirki, bu da İİ qrup qruntun xüsusi çəkisinə uyğundur. Mütənasib olaraq 2450,0 m3 İİ qrup qruntun çəkisi 4290,0 m3 (2450,0*1,75=4287,5) olar. Rəsmiləşdirilmiş “2 saylı forma” aktlarında dambanın təmiri üçün 2450,0 m3 qruntun gətirilməsi rəsmiləşdirildiyi üçün gətirilən qruntun həcmi qədər sıxlaşdırma olmalıdır, yəni gətirilən 2450,0 m3 qrunt 18,0 tona qədər vərdənə ilə sıxlaşdırmalıdır. Smeta sənədlərində də gətirilən qruntun həcmi qədər vərdənə ilə sıxlaşdırma verilmişdir. Həmçinin, kanalın ətrafının əl ilə kol-kosdan təmizlənməsi işlərində smeta üzrə kanalın 4600,0 p/metr hissəsində 55200,0 m2 iş həcmi hesablanmaqla 1,0 p/metr kanal üzrə 12,0 m2 sahəni əhatə edir ki, bu da kanalın (əlavə olaraq 20,0 p/metr hesablanmaqla) 820,0 p/metr hissəsində 9840,0 m2 sahəni əhatə edir. Kanalın dib və yamaclarından köhnə betonun əl ilə sökülməsi işlərində smeta üzrə kanalın 4600,0 p/metr hissəsində 4013,04 m3 iş həcmi hesablanmaqla 1,0 p/metr kanal üzrə 0,872 m3 betonun sökülməsi hesablanmışdır ki, bu da kanalın 800,0 p/metr hissəsində 700,0 m3 köhnə betonun sökülməsi deməkdir. ”Qarasu-2 nasos stansiyasının D=500mm-lik təzyiqli boru xəttinin (L=1,1 km) əsaslı təmiri” obyekti üzrə 2022-ci ilin dekabr ayında yerinə yetirildiyi rəsmiləşdirilmiş 209.044,01 manat dəyərində təmir-tikinti işlərinin yoxlanılması zamanı işlərin dəyərinin 14.533,02 manat məbləğdə artırılması, qeyd olunan obyekt üçün Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib olunmuş smeta sənədləri, sifarişçi və podratçı tərəfindən rəsmiləşdirilmiş və sifarişçi tərəfindən yoxlamaya təqdim olunmuş “2 saylı forma” aktı əsasında, yerində nəzarət-ölçü işləri aparılmaqla müəyyən edilmişdir. Qeyd olunan obyekt üzrə yerinə yetirildiyi rəsmiləşdirilmiş 209.044,01 manat dəyərində tikinti-quraşdırma işlərinin həcmi yerində nəzrət-ölçü qaydasında yoxlanılması zamanı bəzi işlərin yerinə yetirilmədiyi müəyyən olundu, və bu işlər hər bir hal üzrə nəzarət-ölçü işlrinin nəticəsi üzrə aktda göstərilmişdir. “Şilyan Qarasu ərazisində OB 1 nov kanalın üzərindəki hidrotexniki qurguların əsaslı təmiri” obyekti üzrə 2021-ci ilin dekabr ayında yerinə yetirildiyi rəsmiləşdirilmiş 42.000,00 manat dəyərində təmir-tikinti işlərinin yoxlanılması zamanı işlərin dəyərinin 30.201,51 manat məbləğdə artırılması, isə qeyd olunan obyekt üçün Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib olunmuş və Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Təsisatdankənar Dövlət Ekspertiza Baş İdarəsinin xx.xx.2020-ci il tarixli 30306 nömrəli ekspertiza rəyi ilə təsdiq edilmiş smeta sənədləri, sifarişçi və podratçı tərəfindən rəsmiləşdirilmiş və sifarişçi tərəfindən yoxlamaya təqdim olunmuş “2 saylı forma” aktı əsasında, yerində nəzarət-ölçü işləri aparılmaqla müəyyən edilmişdir. Qeyd olunan obyekt üzrə yerinə yetirildiyi rəsmiləşdirilmiş 42.000,00 manat dəyərində tikinti-quraşdırma işlərinin həcmi yerində nəzrət-ölçü qaydasında yoxlanılması zamanı bəzi işlərin yerinə yetirilmədiyi müəyyən olundu, və bu işlər hər bir hal üzrə nəzarət-ölçü işlərinin nəticəsi üzrə aktda göstərilmişdir. Yerində nəzarət-ölçü işləri aparılan zaman OB-1 nov kanalınin magistralı boyu keçidlərdə olan su keçirici quyuların yenidən tikilmədiyi, quyulara birləşən və çıxan lotokların köhnə olduğu, quyuların ölçülərinin smeta sənədlərində və “2 saylı forma” aktında göstəriləndən fərqli olduğu müəyyən olunmuşdur. Baxış zamanı Baş Şirvan kollektorunun üstündən keçən D=720 mm metal borunun köhnə olduğu, kollektorun üstündən keçən 60,0 metr uzunluqda metal borunun isə sökülərək təzədən yerinə qoyulmadığı, həmçinin, yeni D=1000 mm dəmir beton borunun qoyulması müəyyən olunmamışdır. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı zamanı əldə edilmiş, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmayan sənədləri və digər iş materiallarını da iş üzrə mötəbər sübutlar kimi qəbul edir. Belə ki, cinayət işində olan məhkəmə iclasında tədqiq olunmuş: - 04 fevral 2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış aparılan yer keçmiş X7 İdarəsinin rəisi X6 və Kürdəmir Melioservis İdarəsinin rəisi Təqsirləndirilən şəxs Sirac oğlu arasında bağlanmış 20 avqust 2021-ci il tarixli, 12-21 nömrəli müqavilə əsasında Kürdəmir Melioservis İdarəsi tərəfindən 2021-ci ilin avqustnoyabr aylarında əsaslı təmir işləri icra edilmiş X7 İdarəsinin balansında olan “R-15 təsərrüfatlar arası beton kanalı” və X7 İdarəsinin rəisi X6 ilə Kürdəmir Melioservis İdarəsinin rəisi Təqsirləndirilən şəxs Sirac oğlu arasında bağlanmış 20 avqust 2021-ci il tarixli, 12-21 nömrəli müqavilə əsasında Kürdəmir Melioservis İdarəsi tərəfindən 2021-ci ilin dekabr ayında əsaslı təmir işləri icra edilmiş X7 İdarəsinin balansında olan Şilyan Qarasu ərazisində “OB 1 nov kanalın” üzərindəki hidrotexnik qurğulardır. X7 İdarəsinin balansında olan ““R-15 təsərrüfatlar arası beton kanalı” Kürdəmir rayonu Təklə kəndinin çöl ərazisindən keçir. Kanalın baxış aparılan hissəsi 29 may 2024-cü il tarixdə müvafiq yoxlamanın aparıldığı 800 metr hissədir. Kanal öz mənbəyini X11 götürür. Kanalın mənbəyindən baxış aparılan yerə qədər olan məsafə 8370 metrdir. Kanalın sol kənarından eni 4 metr olan torpaq avtomobil yolu keçir. Kanalın sağ kənarı isə çöl ərazidir. Kanalın sağ və sol ətrafları kol-kosla örtülüdür. Kanal beton kanalıdır. Kanalın kənarlarında maili formada olan betonların üzəri də kol-kosla örtülüdür. Kanala baxış keçirərkən kanaldan su axır, yəni kanal təyinatı üzrə istifadə olunmaqdadır. Baxış aparılan X7 İdarəsinin balansında olan “OB 1 nov kanalı” Baş Şirvan Kollektorunun Kürdəmir rayonu Şilyan kəndi ərazisindən keçən hissəsinin üzərində qurulmuşdur. Nov kanalın Baş Şirvan Kollektorunun (kanalın) üzərindən keçən hissəsi metal borudur. Metal borunun üzəri açıq mavi rəngdə boyanmışdır. Boya köhnədir. Metal boruya baxış keçirdikdə kanalın yalnız üzəri və ətraflarının rəngləndiyi, metal borunun kollektorun üzərində qalan hissəsinin (metal borunun alt hissəsinin) rənglənmədiyi müəyyən edildi. Bundan başqa baxış zamanı metal borunun çevrəsi ölçülməklə çevrənin uzunluğunun 230 sm olduğu müəyyən edildi. Bu halda metal borunun diametrinin ölçüsü “D=73 sm—D=730 mm” təşkil etmişdir. Həmçinin, baxış zamanı kanalın birinci dönmə quyusunun ölçü parametrləri yoxlanılaraq uzunluq: 280 sm, en 274 sm, dərinlik 260 sm, divarın qalınlığı 24 sm olduğu müəyyən edilmişdir. Həmin quyuya bitişik asma novun quyuya birləşdirilməsinə nəzər saldıqda quyunun yeni tikilmədiyi, yalnız köhnə quyunun təmir edildiyi müəyyən edilmişdir. Kanalın birinci dönmə quyusu kollektordan təxminən 30-35 metr məsafədə yerləşir. Bundan başqa baxış zamanı kanalın ikinci və üçüncü dönmə quyularının ölçü parametrləri yoxlanılmış, həmin quyular metal boru və birinci dönmə quyusunun yerləşdiyi çöl ərazidən kənarda Şilyan kəndinin içərisində asfalt kənd yolunun kənarında, bir-birinə paralel istiqamətdə yerləşmişdir. Paralel şəkildə yerləşən quyular arasında olan məsafə 15-20 metr təşkil edir. Baxış zamanı kanalın ikinci dönmə quyusunun ölçü parametrləri yoxlanılaraq uzunluq: 264 sm, en 276 sm, dərinlik 240 sm, divarın qalınlığı 40 sm, kanalın üçüncü dönmə quyusunun ölçü parametrləri yoxlanılaraq uzunluq: 258 sm, en 257 sm, dərinlik 280 sm, divarın qalınlığı 30 sm olduqları müəyyən edilmişdir. Baxış zamanı hər iki dönmə quyusunun yeni tikilmədiyi, yalnız köhnə quyuların təmir edildiyi müəyyən edilmişdir. Eyni zamanda baxış zamanı “2 saylı forma” üzrə icra edildiyi göstərilmiş və Təqsirləndirilən şəxs ifadəsində həmin işi icra etdiyini göstərdiyi “D=1000 mm” ölçüdə borunun hansı yerə qoyulması və quraşdırılmasını müəyyən etmək mümkün olmamışdır. - xx.xx.2006-cı il tarixdə təsdiq edilmiş Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin Kürdəmir Melioservis İdarəsinin Nizamnaməsinin təsdiq olunmuş surətindən görünür ki, Kürdəmir Melioservis İdarəsinin rəisi İdarənin fəaliyyətinə rəhbərliyi həyata keçirilməsi, işçilər arasında iş bölgüsünü müəyyənləşdirilməsi, İdarənin əmlakı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində sərəncam verilməsi, istehsalat-təsərrüfat fəaliyyətini təmin etmək üçün hüquqi və fiziki şəxslərlə müqavilələr bağlanılması və digər səlahiyyətlərə malikdir. - Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin sədrinin xx.xx.2018-ci il tarixli, 003-k nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdən köçürmə qaydasında Kürdəmir Melioservis İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. - Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin sədrinin xx.xx.2024-cü il tarixli, 23 nömrəli əmrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 08 aprel 2024-cü il tarixdə İdarənin ləğvi ilə əlaqədar Kürdəmir Melioservis İdarəsinin rəisi vəzifəsindən azad edilmişdir. - 20 avqust 2021-ci il tarixli, 12-21 nömrəli müqavilənin surətindən görünür ki, X7 İdarəsinin balansında olan “R-15 təsərrüfatlar arası beton kanalı”nın və “OB 1 nov kanalın üzərindəki hidrotexnik qurğular”ın əsaslı təmiri işlərinin icrası ilə bağlı həmin İdarənin rəisi X6 ilə Kürdəmir Melioservis İdarəsinin rəisi Təqsirləndirilən şəxs arasında müqavilə bağlanmışdır. - 22 noyabr 2022-ci il tarixli, 010 nömrəli müqavilənin surətindən görünür ki, X7 İdarəsinin balansında olan “Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin (L=1,1 km)” əsaslı təmiri işlərinin icrası ilə bağlı həmin İdarənin rəisi X13 ilə Kürdəmir Melioservis İdarəsinin rəisi Təqsirləndirilən şəxs arasında müqavilə bağlanmışdır. - 29 may 2024-cü il tarixli “Nəzarət-ölçü işlərinin nəticəsi üzrə” aktdan görünür ki, Kürdəmir Melioservis İdarəsi tərəfindən X7 İdarəsinin R-15 təsərrüfatlar arası beton kanalın əsaslı təmiri obyekti üzrə 2021-ci ilin avqust-noyabr aylarında yerinə yetirildiyi rəsmiləşdirilmiş 207086,08 manat dəyərində tikinti-quraşdırma işlərinin həcmi nəzarət-ölçü qaydasında yoxlanılmış və nəticədə yoxlanılmış işlərin dəyərinin 18601,20 manat (ƏDVsiz) artırıldığı müəyyən edilmişdir. - 03 iyun 2024-cü il tarixli “Nəzarət-ölçü işlərinin nəticəsi üzrə” aktdan görünür ki, Kürdəmir Melioservis İdarəsi tərəfindən X7 İdarəsinin “Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin (L=1,1 km)” əsaslı təmiri obyekti üzrə 2022-ci ilin dekabr ayında yerinə yetirildiyi rəsmiləşdirilmiş 209044,01 manat dəyərində tikintiquraşdırma işlərinin həcmi nəzarət-ölçü qaydasında yoxlanılmış və nəticədə yoxlanılmış işlərin dəyərinin 14533,02 manat (ƏDV-siz) artırıldığı müəyyən edilmişdir. - 04 iyun 2024-cü il tarixli “Nəzarət-ölçü işlərinin nəticəsi üzrə” aktdan görünür ki, Kürdəmir Melioservis İdarəsi tərəfindən X7 İdarəsinin “Şilyan Qarasu ərazisində OB 1 nov kanalın üzərindəki hidrotexnik qurğuların” əsaslı təmiri obyekti üzrə 2021-ci ilin dekabr ayında yerinə yetirildiyi rəsmiləşdirilmiş 42000,00 manat dəyərində tikinti-quraşdırma işlərinin həcmi nəzarət-ölçü qaydasında yoxlanılmış və nəticədə yoxlanılmış işlərin dəyərinin 30201,51 manat (ƏDV-siz) artırıldığı müəyyən edilmişdir. - “R-15 təsərrüfatlararası beton kanalı”nın əsaslı təmir-tikinti işlərinin icrası və təhvili ilə bağlı 2021-ci ilin avqust, sentyabr, oktyabr və noyabr ayları üzrə tərtib edilmiş “Görülmüş işlərin qəbulu-forma 2” aktlarından görünür ki, Təqsirləndirilən şəxs aktları öz imzası və Kürdəmir Melioservis İdarəsinin üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan dairəvi möhürü ilə təsdiq etmişdir. - “Şilyan-Qarasu ərazisində OB 1 nov kanal”ın üzərindəki hidrotexniki qurğularının əsaslı təmir-tikinti işlərinin icrası və təhvili ilə bağlı 2021-ci ilin dekabr ayı üzrə tərtib edilmiş “Görülmüş işlərin qəbulu-forma 2” aktından görünür ki, Təqsirləndirilən şəxs aktı öz imzası və Kürdəmir Melioservis İdarəsinin üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan dairəvi möhürü ilə təsdiq etmişdir. - “Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin (L=1,1 km)” əsaslı təmir-tikinti işlərinin icrası və təhvili ilə bağlı 2022-ci ilin dekabr ayı üzrə tərtib edilmiş “Görülmüş işlərin qəbulu-forma 2” aktından görünür ki, Təqsirləndirilən şəxs aktı öz imzası və Kürdəmir Melioservis İdarəsinin üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan dairəvi möhürü ilə təsdiq etmişdir. - “Azərbaycan Meliorasiya və X21 Səhmdar Cəmiyyətinin X7 İdarəsində 01 yanvar 2021-ci il tarixdən 01 yanvar 2024-cü il tarixə kimi olan dövrdə podrat təşkilatlar tərəfindən obyektlər üzrə tikinti-təmir və abadlıq işlərinə xərclənmiş vəsaitlər və yerinə yetirilmiş işlər barədə” arayışdan görünür ki, 29 may 2024, 03 iyun 2024 və 04 iyun 2024-cü il tarixli “Nəzarət-ölçü işlərinin nəticəsi üzrə” aktlarda göstərilən pul vəsaitləri Kürdəmir Melioservis İdarəsinə ödənilmişdir. - Təqsirləndirilən şəxs barəsində verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - X2 X1 çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. - Kürdəmir rayon İHB-ın Xırdapay kənd İƏD üzrə nümayəndəsi İ.Qədirov tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 140 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 4 nəfərdən ibarət ailə tərkibi vardır. - Kürdəmir rayon İHB-ın Xırdapay kənd İƏD üzrə nümayəndəsi R.Musayev tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. - Tibbi sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs ürək damar xəstəliyindən əziyyət çəkir, o çətin ürək cərahiyyə əməliyyatı keçirmişdir. Mütəmadi olaraq müayinə və müalicə alır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 33-cü maddəsinə görə hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər və cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144, 145-ci maddələrinin müddəalarının pozulması yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 125-cü maddəsinə görə məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilər. Sübutlar Azərbaycan Respublikası cinayət prosessual qanunvericiliyində müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair Azərbaycan Respublikasının CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan məlumatlar, sənədlər və digər əşyalar başa düşülür. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145-ci maddəsinə görə, hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə görə, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər Məhkəmə Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamda özünü təqsirli bilməməsi və bunun üçün gətirdiyi arqumentləri iş mteriallarında olan və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq olunmayan mülahizələri və özünü müdafiə cəhdi kimi qiymətləndirir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxsin gətirdiyi bütün arqumentlər digər sübutlarla tam, hərtərəfli və obyektiv müqayisəli şəkildə təhlil edilməklə yoxlanıldı. Təqsirləndirilən şəxsin ifadəsində onun təqsirli olmamasını əsaslandırmaq üçün irəli sürdüyü arqumentllər maliyyə təsərrüfat fəaliyyətinin yoxlanması barədə sənədlər, dindirilmiş zərər çəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələri və digər istintaq hərəkəti protokolları ilə tam təkzib olundu. Sübutlarla müəyyən olundu ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs olaraq Kürdəmir Melioservis İdarəsinin xx.xx.2018-ci il tarixdən 08 aprel 2024-cü il tarixədək olan müddətdə rəisi vəzifəsində işləmişdir. Bu vəzifədə olarkən İdarənin fəaliyyətinə rəhbərliyi həyata keçirilməsi, işçilər arasında iş bölgüsünü müəyyənləşdirilməsi, İdarənin əmlakı barədə qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində sərəncam verilməsi, istehsalat-təsərrüfat fəaliyyətini təmin etmək üçün hüquqi və fiziki şəxslərlə müqavilələr bağlanılması və digər təşkilatisərəncamverici və inzibati-təsərrüfat səlahiyyətlərinə malik olmuşdur. X7 İdarəsinin balansında olan “R-15 təsərrüfatlararası beton kanalı”nın 2021-ci ilin avqust-noyabr aylarında, Şilyan-Qarasu ərazisində OB 1 nov kanal”ın üzərindəki hidrotexniki qurğuların 2021-ci ilin dekabr ayında, “Qarasu-2 nasos stansiyasının D=500 mm-lik təzyiqli boru xəttinin (L=1,1 km)” 2022-ci ilin dekabr ayında əsaslı təmir-tikinti işlərinin icrası ilə əlaqədar “Görülmüş işlərin qəbulu-forma 2” aktlarını öz imzası və Kürdəmir Melioservis İdarəsinin üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan dairəvi möhürü ilə təsdiq etmiş, aktlara qazılmış torpağın daşınması, kipləşdirilməsi, kanal ətrafının kol-kosdan təmizlənməsi və kanalın mövcud en kəsiyində torpağın qazılması işlərinin icra edilməsi barədə qəsdən vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatlar daxil etməklə iş həcminin dəyərini qəsdən artırmış, ona etibar edilmiş özgə əmlakını vahid niyyətlə öz qulluq mövqeyindən istifadə edərək xeyli miqdarda ziyan vurmaqla mənimsəmə və israf etmə yolu ilə təkrarən talamış, rəsmi sənədlərin məzmununa vahid tamah niyyəti ilə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Beləliklə, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli məhkəmə iclasında tədqiq olunmuş sübutlarla tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası CM-nin 179.1-ci maddəsində mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talamaya görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Qeyd olunan cinayətin təkrar, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və xeyli miqdarda ziyan vurmaqla törədilməsi Azərbaycan Respublikası CM-nin 179.2.2-ci, 179.2.3 və 179.2.4-cü maddələri ilə cinayət məsuliyyəti yaradır. Həmçinin, Azərbaycan Respublikası CM-nin 313-cü maddəsinə əsasən, vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, Təqsirləndirilən şəxs ona istinad edilən mənimsəmə və ya israf etmə cinayət əməlini təkrar, yəni 2021-ci ilin avqust-noyabr aylarında, 2021-ci ilin dekabr ayında və 2022-ci ilin dekabr ayında törətmiş, cinayət əməlini törədərkən qulluq mövqeyindən, yəni Kürdəmir Melioservis İdarəsinin rəisi vəzifəsinin ona verdiyi səlahiyyətlərdən istifadə etmiş, nəticədə vurulmuş ziyan xeyli miqdar təşkil etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs mənimsəmə və ya israf etmə cinayətini törədərkən, rəsmi sənədlərin məzmununa bilə- bilə yalan, təhrif olunmuş, həqiqəti əks etdirməyən məlumatlar daxil etmişdir. Qeyd olunanlara əsasən, məhkəmə Təqsirləndirilən şəxs əməlinin tövsifi ilə əlaqədar məsələni müzakirə edərək, belə qənaətə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq AR CM-nin 179.2.2-ci,179.2.3-ci ,179.2.4-cü və 313-cü maddələri ilə tövsif olunmuşdur. O, həmin maddələrlə də təqsirli bilinməlidir. Məhkəmə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddələrlə cəza təyin edilib-edilməməsi məsələsi əlaqədar aşağıdakıların qeyd edilməsini zəruri sayır. Belə ki, Azərbaycan Respublikası CM-nin 15-ci maddəsində cinayətlərin təsnifatı müəyyən edilmiş, əməllər (hərəkət və ya hərəkətsizliklər) xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərə bölündüyü təsbit olunmuşdur. Həmin Məcələnin 15.2-ci maddəsinə əsasən, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər, CM-nin 15.3-cü maddəsinə görə, bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər az ağır cinayətlər hesab olunur. Qeyd olunan hüquq normalarının təhlilindən görünür ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihamlar üzrə CM-nin 313-cü maddəsi böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikası CM-nin 10.2-ci maddəsinə əsasən, ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilmə vaxtı, onun nəticələrinin baş verdiyi andan asılı olmayaraq, cinayətin törədildiyi vaxt sayılır. Məhkəmədə tədqiq olunmuş sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş CM-nin 313-cü maddəsi ilə olan ittiham üzrə cinayət əməllərini 2021-ci ilin avqust-dekabr və 2022-ci ilin dekabr ayında törətmişdir ki, həmin vaxtdan 02 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75-ci maddəsində cinayət məsuliyyətinə cəlb etmə müddətlərinin keçməsi əsası ilə şəxsin cinayət məsuliyyətindən azad edilməsinin əsasları müəyyən edilmişdir. Həmin normanın tələblərinə görə cinayət törətdiyi gündən aşağıda müəyyən edilən müddətlər keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz: 75.1.1 böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə; 75.1.2 az ağır cinayətin törədildiyi gündən yeddi il keçdikdə; 75.1.3 ağır cinayətin törədildiyi gündən on iki il keçdikdə; 75.1.3 xüsusilə ağır cinayətin törədildiyi gündən iyirmi il keçdikdə. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Eyni zamanda maddədə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımının dayandırılması və bərpa olunmasının da əsaslar göstərilmiş, 75.3-cü maddədə qeyd edilmişdir ki, cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Göründüyü kimi, hər bir əmələ görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin müstəqil hesablanmalı olması birbaşa Cinayət Məcəlləsinin 75-ci maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə cinayətin xarakterindən və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq konkret müddətlərin keçməsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuşdur. Maddədə göstərilmiş müvafiq müddətlər keçdikdə, şəxsin cinayət məsuliyyətinə cəlb edilə bilməməsi imperativ formada qeyd olunmuşdur. Nəzərə alınmalıdır ki, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdikdə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin tələbinə uyğun olaraq cinayət təqibi və ya cinayət işi üzrə icraat başlanıla bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata isə xitam verilməlidir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverici əsas hesab olunmayan cinayət təqibini istisna edən hallara aid olduğundan, bu əsasla cinayət təqibinə xitam verilərkən həmin Məcəllənin 41.2-ci maddəsinin tələblərinə əməl edilməlidir. Cinayət Məcəlləsinin 75.2-ci maddəsində təsbit edilmişdir ki, müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Maddənin məzmunundan göründüyü kimi, yeni cinayətin törədilməsi əvvəlki cinayətə görə cinayət məsuliyyətinə cəlb etmə müddətinin axımını dayandırmır və hər bir cinayət üzrə bu müddət müstəqil hesablanır. Qanunverici Cinayət Məcəlləsinin 75.2-ci maddəsini bütün cinayətlərin yenidən törədilməsi hallarına aid olan norma kimi nəzərdə tutmuş, davam edən və ya uzanan cinayətlər üçün fərqli qayda müəyyən etməmişdir. Azərbaycan Respublikası CM-nin 15, 75, 313-ci maddələrinin birgə təhlilindən görünür ki, Təqsirləndirilən şəxs qarşı elan olunmuş CM-nin 313-ci maddəsi ilə olan ittiham üzrə həmin əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan, bunun üçün iki il cinayət məsuliyyətinə cəlb etmə müddəti nəzərdə tutulduğundan və cinayətin törədildiyi gündən hökm çıxarılan günədək iki ildən artıq müddət keçdiyindən onun qeyd olunan ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikası CPM-in 39.1.3-cü maddəsinə əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Göstərilən Məcəllənin 43.3-cü maddəsinin məzmunundan göründüyü kimi, məhkəmə baxışının gedişində cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsi müəyyən edildiyi halda məhkəmə yalnız müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarmağa haqlıdır. Belə razılıq olmadığı halda isə məhkəmə CPM-in 44.2.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs barədə ittiham hökmü çıxarır, lakin ona cəza təyin etmir. Məhkəmə iclasdında Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini etiraf etməmişdir və cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar icraata xitam verilməsini xahiş etməmişdir. Odur ki, məhkəmə hesab edir ki, CPM-in 44.2.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs barəsində CM-nin 313-ci maddəsi ilə ittiham hökmü çıxarılmalı, lakin ona həmin maddə ilə cəza təyin edilməməlidir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 179.2.2,179.2.3 və 179.2.4-cü maddələri ilə cəza təyin edilməsi ilə əlaqədar aşagıdakıları qeyd edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs qocalığını, xəstəlikdən əziyyət çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. Məhkəmə qeyd etməyi zəruri sayır ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 179.2.2, 179.2.3, 179.2.4-cü maddələrinin sanksiyasında cərimə, azadlığın məhdudlaşdırılması və müəyyən müddətə azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Ona həmin cəzalardan hansının təyin olunmasını müzakirə edərək məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs vurulmuş zərəri ödəməmişdir, ona cərimə cəzasının təyin edilməsi islah olunması və cəza təyin etmə prisipləri baxımından daha yüngül cəza hesab oluna bilər. Eləcə də, təqsirləndirilən şəxsin 77 yaşı vardır. Açıq ürək cərrahiyə əməliyyatı edilmişdir. Ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi də açıq aşkar ağır cəza hesab olunmalıdır. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona AR CM-nin 179.2.2, 179.2.3 və 179.2.4-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli və cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Qeyd olunan hüquq normasının tətbiqi ilə əlaqədar məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin yaşayış yerinə və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyarkən, cəza təyin etmənin humanizm prinsipini rəhbər tutaraq, onun sağlamlıq vəziyyətinin nəzərə alınmasını, xəstəlikdən əziyyət çəkməsini, mütəmadi olaraq Bakı şəhərində müalicə və müayinəyə ehtiyacının olmasın nəzərə alınmasını, yaşayış və qeydiyyatda olduğu ərazi Kürdəmir rayonu olsa da, Bakı şəhəri ərazisi hüdudları daxilində də hərəkət etməsinə icazə verilməsini ədalətli, qanuni və məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs Sirac oğlunun cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altina vermə haqqında” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarın 23-cü bəndinə görə, hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sirac oğlu cinayəti törədərkən rəhbər vəzifədə çalışmışdır, hazırda təqaüddə olsa da, onun barəsində CM-nin 46.2-ci maddəsi tətbiq edilməklə əlavə cəza kimi dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasının təyin edilməsi də cəzanın məqsədlərinə nail olunması baxımından məqsədəuyğundur. Təqsirləndirilən şəxs Sirac oğluna təyin ediləcək Dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Hökmün icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia verilməmiş, maddi sübut və məhkəmə xərcləri yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Sirac oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə Azərbaycan Respublikası CPM-nin 39.1.3-cü və 44.2.1-ci maddələrinə əsasən ona cəza təyin edilməsin. Təqsirləndirilən şəxs Sirac oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2, 179.2.3 və179.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs Sirac oğluna 02 (iki) il müddətə Dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə əlavə cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Sirac oğlunun üzərinə Bakı şəhəri və Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu, Xırdapay kəndində yerləşən evini gecə saat 24.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs Sirac oğluna təyin edilmiş 02 (iki) il müddətə Dövlət orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs Sirac oğlu barəsində olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Marif Kazımov
Məhkəmə qərarları › İş №1(041)-49/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-49/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver