Azərbaycan Respublikası adından QƏRAR Kürdəmir rayon İş № 1(041)-5/2023 04.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 iştirakları ilə, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə işə baxan hakimə verilmiş etiraza baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 etirazla məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Kürdəmir rayon Məhkəməsinin hakimi (sədr) Müseyib Bayramovun və ümumiyətlə Kürdəmir rayon Məhkəməsinin icraatından alınaraq başqa rayon məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə iclasında Müdafiəçi1 etirazı əsaslandıraraq göstərdi ki, Kürdəmir rayon Məhkəməsinin 1(041)-05/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş əməlin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən onun təqsirsiz hesab edilməsi və ona həmin maddə üzrə bəraət verilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin ləğv edilməsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasına görə Təqsirləndirilən şəxs1 məhkəmə məsrəfindən azad olunması, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, iltizam qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydasının Təqsirləndirilən şəxs1 izah edilməsi, Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 gün bir günə bir gün hesabı ilə ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkməsinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müssisəsində qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, hökm qanuni qüvvəyə mindikdən sonra onun cəzaçəkmə müəssisəsinə göndərilməsinin təmin edilməsi, Təqsirləndirilən şəxs2 müdafiəçisinin verdiyi mülki iddianın baxılmamış saxlanılması, Təqsirləndirilən şəxs2 882,16 (səkkiz yüz səksən iki manat on altı qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübut olan Kürdəmir RPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılan “Hyundai Elantra” minik markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Grandeur” minik markalı, **-ZN-*** dövlət qeydiyya nişanlı avtomobillərin hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılması, “Hyundai Elantra” minik markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 qaytarılmasının nəzərə alınması, cinayət işi üzrə Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 verdiyi mülki iddianın baxılmamış saxlanılması, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 verdiyi mülki iddianın baxılmamış saxlanılması, cinayət işi üzrə zərərçəkmiş şəxs X1 tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması, təqsirləndirilən və zərərçəkmiş şəxslərə maddi ziyanla bağlı mülki iddia icraatı qaydasında iddia qaldırmaq hüquqlarının izah edilməsi, iş üzrə maddi sübut olan Kürdəmir RPŞ-nin DYPB-nin cərimə meydançasında saxlanılan “Hyundai Elantra” minik markalı, **-UZ-*** dövlət qeydiyyat nişanlı və “Hyundai Grandeur” minik markalı, **-ZN-*** dövlət qeydiyya nişanlı avtomobillərin hökm qanuni qüvvəsini aldıqdan sonra sahiblərinə qaytarılması, “Hyundai Elantra” minik markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs4 qaytarılmasının nəzərə alınması, cinayət işi üzrə Zərərçəkmiş şəxs4 tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması, cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 verdiyi mülki iddianın baxılmamış saxlanılması, cinayət işi üzrə Zərərçəkmiş şəxs2 verdiyi mülki iddianın baxılmamış saxlanılması, cinayət işi üzrə zərərçəkmiş şəxs X1 tərəfindən verilmiş mülki iddianın baxılmamış saxlanılması, təqsirləndirilən və zərərçəkmiş şəxslərə maddi ziyanla bağlı mülki iddia icraatı qaydasında iddia qaldırmaq hüquqlarının izah edilməsi hökm edilmişdir. Kürdəmir rayon Məhkəməsinin 1(041)-05/2023 saylı hökmündən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 1(106)- 453/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya protestinə və apellyasiya şikayətlərinə baxılmasına xitam verilərək Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə bəraət verilməsinə və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməsinə dair Kürdəmir rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(041)-05/2023 saylı hökmü ləğv edilmiş və cinayət işi yenidən baxılması birinci instansiya məhkəməsinə məhkəmə baxış mərhələsinə qaytarılmışdır. Bütün bunları nəzərə alıb hesab edir ki, həmin cinayət işinə Kürdəmir rayon Məhkəməsinin hakimi (sədr) Müseyib Bayramov və ümumiyətlə Kürdəmir rayon Məhkəməsi tərəfindən baxıla bilməz. Odur ki, etirazın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 etirazı müdafiə edərək barəsində olan cinayət işinin Kürdəmir rayon Məhkəməsinin icraatından alınaraq başqa rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclaında zərərçəkmiş şəxsin hüququ varisi Zərərçəkmiş şəxs1 məhkəməyə etiraz verərək Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinin Kürdəmir rayon Məhkəməsinin icraatından alınaraq başqa rayon Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Müdafiəçi2 etirazı qəbul etməyərək əsassız olduğunu bildirdilər və sözü gedən cinayət işinin Kürdəmir rayon Məhkəməsində baxılmasını xahiş etdilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinə əsasən etiraz məsələsini birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özü-özünə və ya ona edilmiş etirazı — apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs1 Kürdəmir rayon Məhkəməsinin hakimi (sədr) Müseyib Bayramova və ümumiyətlə Kürdəmir rayon Məhkəməsinə etmiş olduqları etirazları apellyasiya instansiyası məhkəməsinin hakimi tərəfindən həll edildiyindən, hakimə edilmiş etiraz cinayət işi materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilməlidir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 109, 321-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ : Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilmələrinə cinayət işinə baxan Kürdəmir rayon Məhkəməsinə edilmiş etiraz baxılması üçün cinayət işi materialları ilə birlikdə Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. HAKİM X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-5/2023
Kürdəmir Rayon Məhkəməsi Qərar — İş №1(041)-5/2023
04.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver