Məhkəmə qərarları › İş №1(041)-5/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-5/2024

10.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-5/2024 10.01.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxsin nümayəndəsi X1 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Cəlilabad rayonu, Maşlıq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, 1 uşaq atası, orta təhsilli, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Cəlilabad rayonunun Maşlıq kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan və hazırda barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 07:12-də idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus QAZ-3302 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Sığırlı kəndinin ərazisindən keçən 169,5-ci kilometrliyində Qazax istiqamətində 70-80 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətinin təmin olunması məqsədi ilə idarə olunma ilə əlaqədar hərəkətləri (tormozlama, manevr və sair) vaxtında və səlis yerinə yetirməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, avtomobilin yolun hərəkət hissəsi ilə dayanaqlı hərəkətini təmin edə bilməyib idarəetməni itirdiyindən avtomobil hərəkət hissəsindən sağ tərəfə çıxaraq beton maneəyə dəyərək irəliyə doğru gedib daha sonra 1962-ci il təvəllüdlü Şahid2 idarə etdiyi dayanmş vəziyyətdə olan DAF- FT 1** XF *** markalı **-BB-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcının Krone markalı **- ZA-*** dövlət qeydiyyat nişanlı tentli furqon yarımqoşqusunun arxa hissəsi ilə toqquşmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan QAZ-3302 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin sərnişini 1991-ci il təvəllüdlü Zərərçəkmiş şəxs koma ilə müşayiət olunan qapalı kəllə beyin travması, alın sümüyünün, əng sümüyünün, sağ said və sol baldır sümüklərinin qapalı qəlpəli sınıqları xəsarətləri almaqla yetirilən anda həyat üçün təhlükəli olduğundan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, ailəsi ilə birlikdə Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır, özünə məxsus QAZ-3302 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə sürücülük fəaliyyəti ilə məşğul olmaqla ailəsini dolandırır. 16 aprel 2023-cü il tarixdə saat 04:30 radələrində özünə məxsus avtomobillə Zərərçəkmiş şəxs və Şahid1lə birlikdə Bakı şəhəri Xocasən qəsəbəsindən çıxıb, İmişli rayonuna yola düşmüşdür. Avtomobilini özü sürmüş, Zərərçəkmiş şəxs yanında ortada, ondan sonra Şahid1 əyləşmişdir. Gündüz vaxtı Kürdəmir rayonu Sığırlı kəndi ərazisində Qazax istiqamətində 70-80 km/saat sürətlə hərəkət edərkən bir anlıq sükan arxasında yuxulamış və nə baş verdiyini bilməmişdir. Ayılanda ambulansda getdiyini və özünün də xəsarətlər aldığını bilmişdir. Sonradan ona məlum olmuşdur ki, həmin vaxtı Bakı-Qazax-Gürcüstan sərəhəddi yolunun Kürdəmir rayonu Sığırlı kəndi ərazisindən keçən hissəsində idarə etdiyi özünə məxsus QAZ-3302 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qazax istiqamətində hərəkətdə olan zaman ani olaraq sükan arxasında yatmış və avtomobili yolun hərəkət hissəsindən sağa çıxıb, əvvəl sağ kənarda olan beton səddə dəymiş, bundan sonra qarşıda yolun tam kənarında ehtiyyat hissəsində dayanmış vəziyyətdə olan sonradan adını bildiyi sürücü Şahid2 «DAF-FT 105 XF» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı tipli yük avtomobilinin «Krone» markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı tentli-furqon tipli yarımqoşqusunun sağ arxa hisəssinə avtomobilinin qabaq qarşı hissəsi ilə çırpılaraq yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı onun hər iki ayağı ambutasiya olumuş, yanında sərnişini olan Zərərçəkmiş şəxs da ağır bədən xəsarətləri almışdır. Hadisədən sonra Zərərçəkmiş şəxs maddi yardım üçün 500 manat pul təklif etmiş, lakin Elçinin qardaşı Anar Əliyev pulun az olduğunu bildirərək qəbul etməmişdir. Hər iki ayağı ambutasiya olduğundan 1-ci dərəcəli əlillik almış, hazırda heç bir yerdə işləyə və qazanc əldə edə bilmədiyi üçün zərərçəkmişə kömək edə bilmir. Törətmiş olduğu cinayət əməlindən peşman olmasını nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi X2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qardaşıdır, Təqsirləndirilən şəxs səhlənkarlığı üzündən baş vermiş yol nəqliyyat hadisəsi zamanı qardaşı ağır xəsarət aldığından təmiz danışa və hərəkət edə bilmir, bu səbəbdən məhkəmə iclasına gələ bilməmişdir. Qəzadan sonra qardaşı Zərərçəkmiş şəxs bir neçə dəfə ağır əməliyatlar keçirmiş, səhətinin qismən yaxşılaşması üçün bundan sonra da əməliyyat keçirməlidir, maddi durumları zəif olduğu üçün hazırda qardaşını əməliyyat etdirə bilmirlər. Qardaşının səhətinin düzəlməsində, yəni əməliyat olunması üçün onlara maddi kömək lazımdır, lakin Təqsirləndirilən şəxs bu günə kimi onlara kömək etmədiyi üçün Təqsirləndirilən şəxs şikayətcidirlər. İş üzrə Şahid2 məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, «BCE» dərəcəli sürücüdür. «DAF-FT 105 XF» markalı **-BB-*** dövlət qeydiyyat nişanlı yəhərli dartıcı tipli, «Krone» markalı **-ZA-*** dövlət qeydiyyat nişanlı tentli-furqon tipli yarımqoşqulu yük avtomobilini etibarnamə ilə idarə edir. xx.xx.2023-cü il tarixdə o, həmin yarımqoşqulu yuk avtomobili ilə Bakı şəhərindən Qırmızı korpüyə qayıdırmış, Bakı-Qazax-Gürcüstan sərhəddi yolu ilə hərəkət edib, həmin yolun Kürdəmir rayonu Sığırlı kəndi ərazisindən keçən hissəsinə çatmışdır. Həmin yerdə avtomobilini yolun sağ kənarına tam ehtiyat hissəyə çıxarıb yatmaq üçün saxlamışdır. Avtomobilində yatan vaxtı, avtomobilinin arxa hissəsindən möhkəmdən takıltı səsi eşitmişdir. Yerə düşüb baxanda sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi QAZ-3302 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə yoldan çıxıb, avtomobilin qabaq qarşı hissəsi ilə onun dayandığı yerdə avtomobilinin arxa qoşqusunun sağ tərəfinə çırpıldığını, sürücünün və yanındakı sərnişilərdən bir nəfərin xəsarətlər aldığını görmüşdür. Onlara köməklik etmiş və avtomobildən çıxartmışdır. Təcili yardımla xəstəxnaya yola salmışdır. Bundan sonra polis əməkdaşları gəlmiş və onun iştirakı ilə hadisə yerinə baxış keçirmişlər.Həmin hadisə zamanı o,özü heç bir xəsarət almamışdır. İş üzrə Şahid1 məhkəmə iclasında elan edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə birlikdə Zabilin idarə etdiyi QAZ-3302 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Bakı şəhərindən İmişli rayonuna kartof almağa yola düşmüşlər. Avtomobili Zabil idarə etmiş, ortada Elçin və sağda o,özü əyləşmişdir. Bakı-Qazax- Gürcüstan sərhəddi yolu ilə hərəkət edib, yolun Kürdəmir rayonu Sığırlı kəndi ərazisindən keçən hissəsinə çatmışlar. Saat 07 radələri olmuşdur. O, həmin zaman avtomobildə yuxulmaşdır. Birdən takıltı səsi eşitdiyini və özünündə yerə yıxıldığını bilmişdir. Ayağa duranda görmüşdür ki, Zabil avtomobili yolun sağ kənarında ehtiyat hissədə dayanmış qoşqulu yük avtomobilin arxa hissəsinə vurmuşdur. Zabil ilə Elçin xəsatələr almış və avtomobildə sıxılıb qalmışlar. O, yol adamlarının köməkliyi ilə Zabili və Elçini avtomobildən çıxarmış, onları Kürdəmir rayon xəstəxanasına təcili yardımla yola salmışdır. Daha sonra özüdə xəstəxanaya gəlmişdir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - «Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi» publik hüquqi şəxsin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 246 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthində aşkar olunan xəsarətlər-hər iki aşağı ətrafın baldır hissəsindən travmatik amputasiyası, döş sümüyü, sağ İİ-V qabırqaların sınığı, Vİİ döş, İ bel fəqərələrinin sınığı-küt əşyanın zərbəvi təsirindən törənmiş. Qərarın təsviri hissəsində göstərilən tarixdə yol nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir (bax iş vərəqi 51-53). - «Məhkəmə-Tibbi Ekspertiza və X3-Təcrübi və Tədris Birliyi» publik hüquqi şəxsin Kürdəmir rayon şöbəsi tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 253 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarətlər-koma ilə müşaiyət olunan qapalı kəllə beyin travması, alın sümüyünün, əng sümüyünün, sağ said və sol baldır sümüklərinin qapalı qəlpəli sınıqları-küt əşyanın zərbəvi təsirindən törənmiş; qərarın təsviri hissəsində göstərilən 16 aprel 2023-cü il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir(bax iş vərəqi 54- 57). - Yol-nəqliyyat hadisələrinin məhkəmə eksprertizasının xx.xx.2023-cü il tarixli, 8/1166 nömrəli rəyindən görünür ki, QAZ-3302 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (bax iş vərəqi 38-39). - 16 aprel 2023-cü il tarixli 69 və 70 nömrəli şərxoşluq vəziyyətinin tibbi müayinəsi aktlarından görünür ki, Şahid2 və Təqsirləndirilən şəxs sərxoşluq vəziyyəti müəyyən olunmamışdır (bax iş vərəqi 19-20). - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- İmtahan İdarəsi tərəfindən verilmiş 16 may 2023-cü il tarixli 3-13-16/2-62193/2023 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) AE 406813 nömrəli «B» katoqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (bax iş vərəqi 43). - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- İmtahan İdarəsi tərəfindən verilmiş 16 may 2023-cü il tarixli 3-13-16/2-62045/2023 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1962-ci il təvəllüdlü Şahid2 xx.xx.2023-cü il tarixdə (xx.xx.2032-ci il tarixədək etibarlı olan) BD 861037 nömrəli «B C CE» katoqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır (bax iş vərəqi 42). -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır (bax iş vərəqi 45). - Cəlilabad RİHB-nın Muğan kənd inzibati ərazi dairəsiüzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs 3 nəfər ailə üzvü ilə (özü, arvadı və xx.xx.2022-ci il təvəllüdlü oğlu) Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır. (bax iş vərəqi 77-78). - Cəlilabad RİHB-nın Muğan kənd inzibati ərazi dairəsiüzrə nümayəndəliyinin verdiyi xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət tərəfdən xarakterizə edilmişdir (bax iş vərəqi 79). İş materiallarına yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokol, hadisənin sxemi, hadisə yerindən çəkilmiş fotoşəkillər və disk, nəqliyyat vasitələrinə aid sənədlər, sürücülük vəsiqələri, etibarnamələr və digər sənədlər əlavə edilmişdir. Əvvələn qeyd edilməlidir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinə daxil edilən yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri ehtiyatsızlıqdan törədilən cinayətlərə aid olmaqla, buraya daxil olan maddələrin bir çoxu, o cümlədən Cinayət Məcəlləsinin 263-cü maddəsi blanket norma hesab edilir. Bu maddədə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları adlanan «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinə görə: İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 4) yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalıdırlar; 5) hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməlidirlər (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər); 6) yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər; 7) nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. Hazırki cinayət əməlinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinin pozulması nəticəsində törədilməsi işdə olan baxış keçirilməsi haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi və fotoşəkillər, canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair ekspert rəyləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/1166 nömrəli məhkəmə ekspertizasının rəyi, proses iştirakçılarının ifadələri və işdə olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə, habelə işin materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan az ağır cinayət törətməsini (CPM-nin 59.1.1-ci maddəsi) himayəsində azyaşlı uşağın olmasını (CPM-nin 59.1.4-cü maddəsi) iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, törətdiyi yol-nəqliyyat hadisəsi nəticəsində hər iki aşağı ətrafın baldır hissəsindən travmatik amputasiyasını, məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinin tələbinə görə nəqliyyat vasitəsini idarə etmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Cəlilabad rayonunun Maşlıq kəndində yaşayır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Cəlilabad rayonunun Maşlıq kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını və onun hökmün icrasına maneçilik törətməyəcəyini nəzərə alaraq barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirməməyi məqsədə uyğun hesab edir. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan QAZ-3302 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs saxnaldığı nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Cəlilabad rayon icra və probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Cəliabad rayonu Maşlıq kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Cəlilabad rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 128 (bir yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan QAZ-3302 markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs saxnaldığı nəzərə alınsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Cəlilabad rayon icra və probasiya şöbəsinə tapşırılsın. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar