Məhkəmə qərarları › İş №1(041)-5/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-5/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-5/2025 23.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Kürdəmir rayon Sığırlı bələdiyyəsinin sədri X8 Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vahid qəsdlə 2020-ci ildən etibarən, Kürdəmir rayonu Sığırlı bələdiyyəsinə məxsus, Sığırlı kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı torpaq sahəsinin 9.45 ha hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qanunsuz zəbt edərək əkin əkərək, eləcə də Sığırlı bələdiyyəsinə məxsus Sığırlı kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı torpaq sahəsinin 0.0123 ha və 0.0326 ha hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qanunsuz zəbt edərək süni göllər qazaraq öz başına tutmuşdur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli biləməyərək göstərdi ki, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Kürdəmir rayonu Sığırlı kəndində ümumilikdə təxminən 20 ha torpaq sahəsini əkib becərir. 2.36 ha və 2.54 ha öz adınadır, 3.63 ha X14 məxsus, 3 ha X17 məxsus, 2.86 X19 məxsus, 4.39 ha X15 məxsus, X20 məxsus 1.03 ha torpaq sahəsini, 0.31 ha X3 məxsus torpaq sahələrini əkib becərir. Həmin şəxslərlə şifahi formada öz aralarında razılaşmışlar. Həmin torpaq sahələrini 5-6 ildir əkib becərir. Kürdəmir rayon Sığırlı bələdiyyəsinin keçmiş sədri Nümayəndəla bələdiyyənin balansında olan örüş təyinatlı torpaqlardan onlara verilməməsi ilə əlaqədar mübahisələri yaranmış, bununla bağlı dəfələlə ayrı-ayrı orqanlara şikayətləri olmuşdur. Onların şikayətləri əsasında mütəxəssislər yerində ölçmə işləri aparmış və zəbt edilmiş örüş təyinatlı torpaqlar kənd sakinlərinə qaytarılmışdır. Onun icarə əsasında əkdiyi 9.45 ha torpaq sahəsinin də bələdiyyə mülkiyyətində olması müəyyən edilmişdir. Bundan sonra həmin torpaq sahəsindən istifadə etməmişdir. Yuxarıda adlarını qeyd etdiyi kənd sakinlərinin də zəbt etdikləri torpaq sahələri geri alınsa da, onlar barəsində heç bir tədbir görülməmiş, bələdiyyənin sədrindən şikayətçi olduğuna görə onun barəsində cinayət işi qaldırılmışdır. Halbuki, zəbt edilmiş bələdiyyə torpaqları onun şikayətləri əsasında kənd camaatına qaytarılmışdır. Sığırlı bələdiyyəsinin keçmiş sədri Nümayəndə qanunsuz hərəkətləri ilə əldə etdiyi mənfəətdən məhrum etdiyi üçün ondan şikayətçi olmuşdur. Verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, özünə məxsus və adlarını qeyd etdiyi şəxslərlə şifahi formada razılaşdıqlarına görə onların torpağını əkib becərir. Bayramn qeyd etdiyi tikililər qardaşı X14 məxsus 3.63 ha torpaq sahəsinin içərisindədir, çünki həmin torpaq sahəsində ferma təsərrüfatı yaradaraq xırda buynuzlu heyvanlar saxlayır. Bundan başqa Kürdəmir rayonu Sığırlı kəndi ərazisində 5.11 ha torpaq sahəsini X5 ailəsinə məxsus torpaq sahəsini notarial qaydada almışdır. Həmin torpaq sahəsində damlanma üsulu ilə nar bağı yaratmış, nar bağınını sulanması üçün həmin sahənin içərisində göl yaratmışdır. Nümayəndə da həmin torpaq sahəsindən şikayət edib, lakin həmin torpaq sahəsini notarial qaydada almışdır. Kürdəmir rayon Sığırlı Bələdiyəsinə məxsus torpaq sahəsini zəbt etməmiş, öz torpaq sahəsində və icarəyə götürdüyü torpaq sahələrində əkin işləri, nar bağı sahəsi və nar bağını sulamaq üçün göl qazmışdır. Müxtəlif vaxtlarda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə şikayət etmiş, bununla bağlı orada araşdırma aparılmışdır. Nümayəndə öz tanışlarına əkdirdiyi yəni, Şahid2, Bayram özünün, X16, Şahid4, X6, Şahid3 əkdiyi örüş təyinatlı torpaqlar kəndin camaatına qaytarılsın. Çünki kənddə heyvanları otarmağa yerləri yoxdur. 9.45 ha torpaq sahəsini zəbt etməmiş, belə ki həmin sahənin bir hissəsi təxminən 700 metr uzunluğunda, və 60-100 metr enində olan hissəsini əkib becərmir, torpaqları gəlib ölçərkən orada bildirmişdir ki bu torpaqdan istifadə etmir. Lakin buna baxmayaraq həmin torpaq sahəsinidə istifadə etdiyi kimi göstəriblər. Qohumlarından və kənd camaatının mülkiyyətində olan torpaq sahələrini əkəndən sonra, özü aşkar etmişdir ki təxminən 4.5 ha torpaq sahəsi artıqdır, bunu da bələdiyyəyə bildirmişdir. Süni gölləri isə öz torpağında zənn edərək qazdırmışdır, hazırda isə həmin torpaqların bələdiyyə mülkiyyətində olduğunu öyrəndiyinə görə gölləri doldurub bələdiyyə təhvil verməyə hazırdır. Sığırlı bələdiyyəsinin keçmiş sədri Nümayəndə özü məhkəmədə verdiyi izahatında bələdiyyənin mülkiyyətində olan torpaqların yerlərini mütəxəssislər ölçmə işləri aparandan sonra bildiyini etiraf etmişdir. Bu halda kənd camaatının əksəriyyəti barəsində cinayət işi başlanılmalı idi. Əkin kimi istifadə etdiyi 9.45 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını bilməmiş, uzun müddət istifadəsində olan həmin torpaq sahəsini yaxın qohumundan şifahi olaraq icarə əsaslarla ondan almış, mütəxəssis rəyindən sonra torpaq sahəsindən ümumiyyətlə istifadə etməmişdir. Süni göllər qazaraq istifadə etdiyi 0.0123 ha və 0.0326 ha torpaq sahəsinin isə mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda yerləşdiyindən, sərhədlərini müəyyən edə bilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs izahatının sonunda ona bəraət verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi Sığırlı bələdiyyəsinin keçmiş sədri Nümayəndə izahatında göstərdi ki, Əliyev X2 ərazisində bir neçə nəfər şəxsə məxsus torpaqları alıb özü üçün ferma yaradaraq və əkin işləri aparıb süni göllər qazmışdır. O aldığı torpaqlardan başqa Sığırlı bələdiyyəsinə məxsus bir neçə torpaq sahəsini də zəbt etmişdir. Dəfələrlə Səfailə həmin torpaqları boşaldıb bələdiyyəyə təhvil verməsini şifahi formada və bir dəfə də yazılı formada bildirmişdir. Buna baxmayaraq Səfail Bələdiyyəyə məxsus torpaqları qaytarmadığına görə məcbur olub ondan şikayət etmişdir. Bundan sonra isə Səfail Şahid2, ondan, Şahid1, Şahid4, X4 və Şahid3 şikayət etdiyinə görə gələn mütəxəssisə torpaqları ölçdürmüşdür. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsindən daxil olmuş məktubda göstərilənlər yalandır. 0.67 ha torpaq sahəsini əkib becərmir və həmin torpaq sahəsini zəbt etməmişdir. Həmin torpaq sahəsinin yanında ona və ailəsinə məxsus 2.27 ha pay torpaq sahəsi vardır. Məktubda göstərilən 0.67 ha torpaq sahəsi isə həmin torpaq sahəsinin yanıdır, su arxının üstüdür. Öz torpağında taxıl əkmişdir. Həmin 0.67 ha torpaq sahəsini əkib becərməmiş, torpaq sahəsində bitən yabanı otları isə taxılı biçməmişdən əvvəl biçmişdir. Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətinə məxsus qeyd olunan torpaq sahələrini təxminən 2 ildir ki öz başına tutaraq əkin işləri aparıb süni göllər yaratmışdır.Şahid1 istifadəsində 20 ha torpaq sahəsi var, icarəçidir və icarə haqqını da vaxtı-vaxtında ödüyür. Lakin, onun 20 ha torpaq sahəsindən əlavə torpaq sahəsini zəbt etməsi inandırıcı deyil. Lakin, Gülaxanın artıq torpaq sahəsinin olmasından xəbəri yoxdur, onun əgər artıq torpaq sahəsi varsa oda bələdiyyə qaytarmalıdır. Şahid4 istifadəsində 15 ha torpaq sahəsi var, icarəçidir və icarə haqqınıda vaxtı-vaxtında ödüyür. Lakin, onun 15 ha torpaq sahəsindən əlavə torpaq sahəsini zəbt etməsi inandırıcı deyil. Lakin, Elçin artıq torpaq sahəsinin olmasından xəbərim yoxdur, onun əgər artıq torpaq sahəsi varsa oda bələdiyyə qaytarmalıdır.Şahid5 Sığırlı kəndi ərazisində torpaq sahəsini əkib becərir. Lakin ölçüləndən sonra 9 ha torpaq sahəsini zəbt edilməsi göstərilibsə deməli o da zəbt etmişdir.Lakin Eyyubun torpağını ölçmüş və o 13 ha torpaq sahəsini bələdiyyə mülkiyyətinə qaytarmışdır. Cəmşidin istifadəində 39 ha torpa sahəsi var, əlavə göstərilmiş 5 ha torpaq sahəsi isə onun torpaq sahəsi ilə yanaşı olsa da o həmin torpaqdan istifadə etmir, həmin torpaq ümumi istifadədir. Həmin torpaqları Səfail ölçdürdüyünə görə Cəmşid tərəfindən zəbt olunduğunu göstərmişdir.Həmin 0.67 ha torpaq sahəsini X9 biçmiş və otları isə X10 bağlamışdır. Verilən suallara cavab olaraq Nümayəndə bildirmişdir ki, kənd camaatının, o cümlədən Təqsirləndirilən şəxs əkib becərdiyi torpaq sahəsinin bələdiyyə torpaqlarına aid olmasını mütəxəssislər ölçmə işləri aparana kimi bilməmişdir. Səfailin şikayətlərindən sonra həqiqətən də, bir neçə kənd sakinlərinin bələdiyyə torpaqlarının zəbt etdikləri aşkar edilmiş və həmin torpaqlar bələdiyyəyə qaytarılmış, onlar barəsində də, materiallar hüquq mühafizə orqanlarına göndərilmişdir. Səfail də bundan sonra əkibbecərdiyi 9.45 ha torpaq sahəsindən istifadə etməmişdir. Dəfələrlə istifadə etdiyi torpaq sahələri ilə bağlı bələdiyyə ilə icarə müqaviləsi bağlamasını təklif etsə də, Səfail onun təkliflərinə imtina etmişdir. Hazırda 9.45 ha torpaq sahəsindən istifadə edilmir, süni göllər kimi istifadə edilən 0.0123 ha və 0.0326 ha torpaq sahəsi Təqsirləndirilən şəxs istifadəsindədir. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi tanınmış Sığırlı Bələdiyyəsinin yeni seçilmiş sədri X21 izahatında bildirdi ki, Sığırlı bələdiyyəsinin 19 fevral 2025-ci il tarixli ilk iclasında bələdiyyənin sədri seçilmişdir. Hazırki cinayət işi üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi kimi iş materialları ilə tanış olmuş və Təqsirləndirilən şəxs istifadəsində və zəbt etdiyi torpaq sahələrinə yerində baxış keçirmişdir. Sığırlı bələdiyyəsinin mülkiyyətində olan 9.45 ha torpaq sahəsinin qazi və müharibə veteranlarına verilməsi üçün boşaldılaraq bələdiyyəyə qaytarılmasını tələb edirik, süni göllər kimi istifadə edilən 0.0123 ha və 0.0326 ha torpaq sahəsinin isə olduğu kimi qalmasına etiraz etmirik. Təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Sığırlı kəndində 2 ha torpaq sahəsini 2007-ci ildən etibarən əkib becərir. Həmin torpaq sahəsinin sərhədlərini müəyyən edə bilmədiyinə göə başqa bir yerdən götürüb əkin işləri aparır. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsindən daxil olmuş məktubda barəsində göstərilənlər həqiqətdir. Çünki 1.2 ha torpaq sahəsini öz başına tutub əkib becərmişdir. Lakin bu vaxta kimi də bu barədə bir söz deyən olmamışdır. Siğırlı kənd sakini Əliyev X1 təxminən 10 ha torpaq sahəsini qanunsuz zəbt edərək əkin işləri aparmış, bundan başqa 2 ədəd süni göl yaratmışdır. Səfailin şikayəti əsasında əkib becərdiyi yer ölçülmüş, zəbt etdiyi 1.20 ha torpaq sahəsini Bələdiyyə mülkiyyətinə qaytarmışdır. Səfail ilə ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətinə məxsus qeyd olunan torpaq sahələrini təxminən 2 ildir ki öz başına tutaraq əkin işləri aparıb sünu göllər yaratmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Sığırlı kəndində 39 ha torpaq sahəsi var. Sonuncu dəfə həmin torpaq sahəsini 2022-cildə əkib becərmişdir. Həmin torpaq sahəsi örüş təyinatlı torpaq sahəsidir, həmin torpaq sahəsinin 8 ha əkib becərir, digər torpaqlarda isə heyvanlarını otarır. Həmin torpaq sahəsini 2000-ci ildə atası almışdır, 2007-ci ildə isə atası rəhmətə getdiyinə görə həmin torpaq sahəsi müqavilə əsasında verilmişdir. Bundan sonra isə həmin torpaq sahəsini istifadə edir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsindən daxil olmuş məktubda göstərilən 44.1 ha yox, 39 ha torpaq sahəsinin 19 ha hissəsi əkin üçün yararlı torpaqlardır, qalan torpaq hissəsi isə yulğun ağacları çox olduğuna görə əkin üçün yararlı deyildir. Səfail ilə ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs bələdiyyə mülkiyyətinə məxsus qeyd olunan torpaq sahələrini təxminən 2 ildir ki özbaşına tutaraq əkin işləri aparıb sünu göllər yaratmışdır. Səfailin şikayəti əsasında torpaq sahələri ölçülmüş və zəbt edilən torpaq sahələri bələdiyyəyə təhvil verilmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 2018-ci ildə mən Kürdəmir ryonu Sığırlı kəndində 15 ha torpaq sahəsini 15 illik müddətdə icarəyə götürmüşdür. Həmin torpaq sahəsi örüş təyinatlı torpaq sahəsidir. Torpaq sahəsinin sərhədlərində iki tərəfində xəndək qazılıb, bir tərəfində su kanalı, digər tərəfində isə böyük su arxı vardır. Həmin torpaq sahəsini icarəyə götürmüş, Səfailin şikayəti əsasında mütəxəssis tərəfindən ölçü işləri aparandan sonra artıq torpaq sahəsini bələdiyyəyə təhvil vermişdir. Halbuki, Təqsirləndirilən şəxs özü Sığırlı kəndi ərazisində bir neçə nəfər şəxsə məxsus torpaqları alıb özü üçün ferma yaradaraq və əkin işləri aparıb süni göllər qazmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, 2007ci ildə Kürdəmir ryonu Sığırlı kəndində 61 ha torpaq sahəsini 30 illik müddətdə icarəyə götürmüşdür. Həmin torpaq sahəsinin 30 ha əkin, 30 ha isə örüş təyinatlı torpaq sahəsidir. Həmin torpaq sahəsinin sərhədlərində iki tərəfində su kanalı, iki tərəfində isə xəndək qazılmışdır. Səfailin şikayətindən sonra Daşınmaz Əmlakdan mütəxəssis gəlib ölçü işləri aparmış və istifadəsində olan artıq torpaq sahəsini bələdiyyəyə təhvil vermişdir. Təqsirləndirilən şəxs həmkəndlisidir, onunla ədavəti və düşmənçiliyi yoxdur. Əliyev X2 ərazisində bir neçə nəfər şəxsə məxsus torpaqları alıb özü üçün ferma yaradaraq və əkin işləri aparıb süni göllər qazmışdır. O aldığı torpaqlardan başqa Sığırlı bələdiyyəsinə məxsus qeyd olunan torpaq sahələrini təxminən 2 ildir ki öz başına tutaraq əkin işləri aparıb sünu göllər yaratmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Sığırlı kəndində 20 ha torpaq sahəsini 2003-ci ildən etibarən əkib becərir. Əkib becərdiyi 20 ha torpağa görə vergi ödəyir. Həmin torpaq sahəsindən başqa torpaq sahəsi yoxdur. Səfailin şikayətindən sonra Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar ərazi idarəsinin mütəxəssisləri ölçmə işləri aparmış və istifadəsində olan torpaq sahəsi 23.35 ha müəyyən edilmişdir. Artıq göstərilən 3.35 ha torpaq sahəsinin harada olduğunu bilmir. Siğırlı kənd sakini Təqsirləndirilən şəxs özü isə Siğırlı kəndində təxminən 10 ha torpaq sahəsini qanunsuz zəbt edərək əkin işləri aparmış, bundan başqa 2 ədəd süni göl yaratmışdır. Həmin göllər hazırda da onun istifadəsindədir. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilən: - Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini R.Şahbazovun Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə ünvanladığı xx.xx.2023-cü il tarixli “torpaq qanunvericiliyinin tələblərinin pozulması barədə” müraciətində billdirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 28 noyabr tarixli 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin tələblərinə əsasən Xidmətin Ucar ərazi şöbəsinin işçiləri tərəfindən Kürdəmir rayonu Sığırlı kənd ərazisində monitorinq keçirilən zaman vətəndaş Təqsirləndirilən şəxs tərəfindən heş bir hüquqmüəyyənedici sənəd olmadan bələdiyyə mülkiyyətinə aid 750,0 kv.m ərazidə süni göl yaradıldığı və 9.45 ha torpaq sahəsində əkin işlərinin aparıldığı aşkar edilmişdir. “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət nəzarəti haqqında” Əsasnamənin 9.5-ci yarımbəndini nəzərə alaraq torpaq sahələrinin özbaşına tutulması (zəbt edilməsi) hallarının qarşısının alınması üçün həmin şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə tədbirlərin görülməsi xahiş edilmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 16 saylı Ucar Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyində göstərilir ki, naturada göstərilən 9.45 ha torpaq sahəsi elektron bazada təqdim olunan torpaqlarının elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən Kürdəmir rayonu Sığırlı bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində aparılan torpaq islahıtına dair kompleks yerquruluşu lahiyəsində 9.45 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı örüş uqdoiyalı ərazi kimi göstərilmişdir və 9.45 ha torpaq sahəsi Torpaqların elektron kadastr uçotu informasiya sistemi məlumatlarına əsasən JN-1020 nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktı ilə X7 və ailə üzvlərinin mülkiyyətinə verilmiş torpaq sahəsinin JN-1020A hissəsi ilə qonşuluqda yerləşir. Baxış zamanı naturada göstərilən Təqsirləndirilən şəxs tərəfindən qazılmış olduğu bildirilən 0.012 ha torpaq sahəsi (sünu göl) Sığırlı bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaq kateqoriyalı, örüş uqodiyalı ərazidə yerləşir. Baxış zamanı naturada göstərilən Təqsirləndirilən şəxs tərəfindən qazılmış olduğu bildirilən 0.075 ha torpaq sahəsinin (süni göl) 0.0326 ha hissəsi Sığırlı Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərüfatı təyinatlı kateqoriyalı, örüş uqodiyalı, 0.0424 ha hissəsi isə **********01 reyestr nömrəli çıxarışla X18 və ailə üzvlərinin mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı, əkin uqodiyalı torpaq sahəsi ilə üst üstə düşür.(bax cild 1 iş vər 158161). - Məhkəmə tərəfindən təyin edilmiş məhkəmə-torpaqşünaslıq ekspertizasına cavab olaraq Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2024-cü il tarixli, 10/8864 nömrəli rəyindən görünür ki, 1.Azərbaycan Respubliaksı İqtisadiyyat Nazirliyi yanında X29 Xidməti “Daşıənmaz Əmlakın Dövlət Reystri” Publik hüquqi şəsi 16 saylı Ucar Ərazi İdarəsinin mətəxəssis rəyinə əasaən qeyd olunur ki, **********98 nömrəli çıxarışa əssən Təqsirləndirilən şəxs mülkiyyət hüququ dövlət qeydiyyatına alınmış 2.3675 ha torpaq sahəsinin koordinatları Kürdəmir rayon Polis şöbəsinin müraciəti ilə əlaqədar apardıqları araşdırma zamanı müəyyən edilən 9.45 ha,0.075 ha və 0.012 ha torpaq sahələri ilə üst-üstə düşmür.

2. Mütsəxəssis rəyinə əsasən qeyd olunur ki, Kürdəmir rayon Polis şöbəsinin müraciəti ilə əlaqədar aparılan araşdırma zamanı müəyyən edilən 0.012 ha torpaq sahəsi (süni göl) Sığırlı Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı ərazidə yerləşir.0.075 ha torpaq sahəsinin (süni göl) 0.0326 ha hissəsi Sığırlı bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı,örüş uqodiyalı,0.0272 ha hissəsi isə **********01 reystr nömrəli çıxarışla Təqsirləndirilən şəxs Xudayar oğlunun mülkiyyət hüququ qeydiyyata alınmış kənd təsərrüfatı təyinatlı əkin uqodiyalı torpaq sahəsi ilə 1.6610 ha torpaq sahəsi ilə üst-üstə düşür.

3. Kürdəmir rayon Polis şöbəsinin müraciəti ilə əlaəqdar aparılan araşdırma zamanı müəyyən edilən 9.45 ha torpaq sahəsi idarənin elektron bazada təqdim olunan Torpaqların elektron kadastrı uçotu informasiya sistemi məlumatlarında (TEKUİS) əsasən Kürdəmir rayonu Sığırlı bələdiyyəsinin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, əkin uqodiyalı, Kürdəmir rayonu Sığırlı kəndi ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində 9.45 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətinə aid olmaqla kənd təsərrüfatı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı ərazi kimi göstərilmişdir.

4. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki,Kürdəmir rayon Poliss şöbəsinin müraciəti ilə əlaqar aparılan araşdırma zamanı Təqsirləndirilən şəxs istifadəsində olan torpaq sahəsinin (sahələrinin) ümumi ölçüsü 9.537 ha olmuşdur.

5. Mütəxəssis rəyinə əsasən qeyd olunur ki, Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş mülkiyyət,i stifadə və icarə hüququ olmadan özbaşına istifadə etdiyi 9.5218 ha torpaq sahəsi mövcuddur.

5. Mütəxəssi rəyinə əsasən qeyd olunur ki, Təqsirləndirilən şəxs tərəfindən qanunla müəyyən edilmiş mülkiyyət,istifadə və icarə hüququ olmadan özbaşına istifadə etdiyi torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaqlara aiddidr. - Kürdəmir RİHB-nın Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 114 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 4 nəfərədən ibarət ailə tərkibi vardır və onlardan 1-si azyaşlıdır. (bax İ cild iş vər. 321) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci il tarixdə Nərimanov rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 162.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il islah işləri cəzası, 20% dövlət nəfinə tutulma cəzasına məhkum edilmişdir. xx.xx.2013-cü il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə 127.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə, 02 il şərti sınaq müddəti cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci ildə cəzasını çəkib qurtarmışdır. xx.xx.2021-ci il tarixdə barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi olan ********* nömrəli cinayət işi Kürdəmir rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsiə əsasən xitam edilmişdir.(bax cild 1 iş vər 204-205) - “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli 18-1-49/2-798/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax cild 1 iş vər 260) -Azərbaycan Respublikası Əmək və X25 Nazirliyinin tabeliyində X35 Fondu 1 saylı X36 Filialından daxil olmuş məktuba əsasən Təqsirləndirilən şəxs əlilliyə görə əmək pensiyası və ya sosial müavinət ödənilməsi barədə Mərkəzləşdirilmiş elektron informasiya sistemində məlumat aşkar edilməmişdir.(bax cild 1 iş vər 259) - Kürdəmir RİHB-nın Sığırlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax cild İ iş vər.322) - zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Sığırlı bələdiyyəsinin sədri X8 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. - zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Sığırlı bələdiyyəsinin sədri X8 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində Sığırlı bələdiyyəsinin mülkiyyətində olan 9.45 ha torpaq sahəsinin qazi və müharibə veteranlarına verilməsi üçün boşaldılaraq bələdiyyəyə qaytarılması tələb edildiyi, süni göllər kimi istifadə edilən 0.0123 ha və 0.0326 ha torpaq sahəsinin isə olduğu kimi qalmasına etiraz edilmədiyi bildirilmişdir. Məhkəmə istintaqı ilə müəyyən edilmiş hallardan görünür ki, Təqsirləndirilən şəxs kənd təsərrüfatı təyinatlı torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozmada təqsirli bilinərək, ona Azərbaycan Respublikası CM-nin 188.3-cü maddəsi ilə ittiham elan edilmişdir. Azərbaycan Respublikası CM-nin 188.1-cü maddəsinə görə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma, səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 188.2. Qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparma, bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 188.3. Bu Məcəllənin 188.1-ci və 188.2-ci maddələrində nəzərdə tutulmuş əməllər kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə, üç ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. İlk növbədə qeyd olunmalıdır ki, Cinayət Məcəlləsinin bu normasında müəyyən olunan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, maddədə nəzərdə tutulan əməllərin törədilməsi iqtisadi sistemdə və ekoloji potensialın yüksəldilməsində çox mühüm rol oynayan torpaqdan qanuni istifadə, ona sahiblik və onun barəsində sərəncam vermənin qaydalarını pozur, torpaqların təyinatının dəyişməsinə səbəb olur. Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə görə torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür. Torpaq Məcəlləsinin 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri — dövlət mülkiyyətində olan torpaq sahələri üzərində — Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində — bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində — Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Torpaq Məcəlləsinin 9-cu maddəsində Azərbaycan Respublikasının vahid torpaq fondu və onun tərkibi əhəmiyyətinə görə dəqiq və ardıcıllıqla müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaqlar onun vahid torpaq fondunu təşkil edir. Məqsədli təyinatına və hüquqi rejiminə uyğun olaraq, Azərbaycan Respublikasının torpaqları aşağıdakı kateqoriyalara bölünür: kənd təsərrüfatı təyinatlı torpaqlar; yaşayış məntəqələrinin (şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin) torpaqları; sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar; xüsusi qorunan ərazilərin torpaqları; meşə fondu torpaqları; su fondu torpaqları; ehtiyat fondu torpaqları. Torpaq Məcəlləsinin 110-cu maddəsinə görə aşağıdakı hərəkətlərin törədilməsində təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar: torpaq sahələrinin özbaşına tutulması; torpaq sahələrində qanunsuz tikinti aparılması; torpaqların kateqoriyalarının qanunvericiliyə riayət edilmədən dəyişdirilməsi və s. Cinayət Məcəlləsinin qeyd olunan normasında nəzərdə tutulan torpaq üzərində qanunla müəyyən edilmiş mülkiyyət hüququnun pozulmasına görə cinayət məsuliyyəti yaradan əməllər isə torpaq sahəsini özbaşına tutma, dəyişdirmə və becərmədə ifadə edilmişdir. Bu əməllər öz növbəsində qeyd olunan cinayətin obyektiv cəhəti hesab edilir. Cinayət hüququnda torpaq sahəsini özbaşına tutma dedikdə, torpağın mülkiyyətçisinin və ya digər qanuni sahibinin razılığı, yaxud dövlət və ya bələdiyyə torpağının istifadəyə ayrılması haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmiş sərəncam olmadan torpaq sahəsini ələ keçirmə başa düşülür. Bu zaman əməli törətmiş şəxs qanunsuz ələ keçirdiyi torpaq sahəsinə faktiki sahiblik etməyə və ya ondan faktiki istifadə etməyə başlamış olur (torpaq sahəsinin hüdudlarını müəyyən edən hasar çəkir, orada tikinti, abadlaşdırma və s. təsərrüfat-məişət təyinatlı fəaliyyəti həyata keçirməyə başlayır). Özbaşına becərmə dedikdə isə, hər hansı torpaq sahəsində onun mülkiyyətçisinin və ya başqa qanuni sahibinin icazəsi olmadan bitkilərin əkilməsindən, onlara qulluq edilməsindən və onların yetişdirilməsindən ibarət fəaliyyət başa düşülməlidir. Torpağın becərilməsi həmin torpaq sahəsinin əkin üçün yararlı vəziyyətə gətirilməsi (kollardan, daşlardan təmizləmə və s.), şumlanması, toxum səpilməsi və s. bu kimi hərəkətlərin məcmusudur. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs 2020-ci ildən etibarən mülkiyyətində, istifadəsində və icarəsində olmayan, Kürdəmir rayonu Sığırlı bələdiyyəsinə məxsus, Sığırlı kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı torpaq sahəsinin 9.45 ha hissəsini qanunsuz zəbt edərək əkin əkməsi, eləcə də Sığırlı bələdiyyəsinə məxsus Sığırlı kəndi ərazisində yerləşən kənd təsərrüfatlı təyinatlı torpaqlar kateqoriyalı, örüş uqodiyalı torpaq sahəsinin 0.0123 ha və 0.0326 ha hissəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qanunsuz zəbt edərək süni göllər qazaraq özbaşına tutması tam olaraq öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilməməsini onunla əsaslandırmışdır ki, əkin kimi istifadə etdiyi 9.45 ha torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olmasını bilməmiş, uzun müddət istifadəsində olan həmin torpaq sahəsini yaxın qohumundan şifahi olaraq icarə əsaslarla ondan almış, mütəxəssis rəyindən sonra torpaq sahəsindən ümumiyyətlə istifadə etməmişdir. Süni göllər qazaraq istifadə etdiyi 0.0123 ha və 0.0326 ha torpaq sahəsinin isə mülkiyyətində olan torpaq sahəsinin qonşuluğunda yerləşdiyindən, sərhədlərini müəyyən edə bilməmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özü etiraf etməsə də, iş üzrə dindirilmiş şahid ifadələri, mütəxəssis və ekspert rəyləri, şahid ifadələri və işdə olan digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun göstərdikləri xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə tövsif olunmuş, o, həmin maddə ilə təqsirli bilinməli, ona təqsirləndirildiyi maddənin sanksiyası həddində cəza təyin edilməlidir. İnsan Hüquqları və X13 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbərt xarakterizə olunmasını, habelə himayəsində 1 azyaşlı uşaqının olmasını, zərərçəkmiş hüquqi şəxsin ondan şikayətçii olmadığını, onunla barışdığını, ailədə yeganə qazanc gətirən şəxs olmasını, zəbt etdiyi torpağı əkib becərərək ailəsini dolandırdığını iş üzrə cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən tamamilə təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin CM-nin 41.2-ci maddəsin əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdər hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X13 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirməməyi məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, ondan 100 manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi3 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2025-ci il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi3 ibtidai məhkəmə prosesində iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən 240 (iki yüz qırx) manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Sığırlı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 100 (yüz manat) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 240 (iki yüz qırx) manat xidmət haqqı ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar