Məhkəmə qərarları › İş №1(041)-50/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-50/2025

08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-50/2025 08.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1989-cu ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Aparılmış təhqiqat zamanı müəyyən edilmişdir ki, Kürdəmir rayonu Sığırlı kəndində yaşayan Təqsirləndirilən şəxs, xx.xx.2025-ci il tarixdə saat 08:30 radələrində birgə yaşadıqları evdə arvadı Zərərçəkmiş şəxs “çox danışırsan müəllimləri zəng edib yoxlama var uşaqlar dərsə gedəcəklər” deməsi səbəbindən sonuncu ilə aralarında ailə münasibətləri zəminində baş vermiş mübahisə zamanı yaşadıqları evin həyətində Zərərçəkmiş şəxs sürüyərək, baş nahiyəsini həyətdə olan daş parçasına və pilləkənə bir neçə dəfə qəsdən çırparaq, daha sonra yaşadıqları evdə Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrinə yumruqla bir neçə dəfə qəsdən zərbələr vuraraq ona başın sol təpə nahiyəsinin hematoması, alnın sağ yan hissəsinin, sol yanaq nahiyəsinin, sol alt çənə bucağının, boyunun ön səthinin sıyrıqları, sol qulaq seyvanının qançırı, kürək nahiyəsinin hematoması, sol qalça nahiyəsinin hematoması, hər iki əllərin iç səthinin və hər iki diz nahiyəsinin sıyrıqları ilə müşayiət olunan ayrı-ayrılıqda və ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan əməlini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Kürdəmir rayonu, Sığırlı kəndində yaşayır. Zərərçəkmiş şəxs arvadıdır. 2014-cü ildə ailə qurmuş, 2 uşaqları var. Münasibətlərinin normal olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 08:30 radələrində yaşadıqları evdə olduqları zamanı Könül uşaqları X4 və Şahid1 məktəbə getmələri üçün paltarlarını geyindirmiş, uşaqlar məktəbə geciklmişlər. Könülün uşaqlara məktəbə getməmələri, dərsə gecikdiklərini, sabah gedərsiz dediyini eşitmiş, buna əsəbləşdiyi üçün şillə ilə başına və üzünə vurmuşdur. Könülü vurduqdan sonra ona uşaqların dərsə gedəcəklər demiş, bundan sonra Könülü vurmaq istəyərkən Könül əllərini sifətinə tutmuş, qorxusundan qaçaraq həyətə getmişdir. Könülü evə salaraq yumruqla bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vurmuş, aralaşdıqdan sonra hamama gedib əllərini yumuş, bu zaman Könül uşaqlarla birlikdə evdən çıxıb getmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin bildirmişdir ki, hadisə zamanı evdə o, Könül, uşaqları Xəqan və Kənandan başqa heç kim olmamışdır. Həmin vaxt Könülü öldürməklə hədələməmiş, hadisə təxminən 10 dəqiqə davam etmişdir. Könülü oturacaq stulu ilə vurmamışdır. Etdiyi əməldən səmimi peşmançılıq çəkir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 08:30 radələrində yaşadıqları evdə olduqları zaman, uşaqları X4 və Şahid1 məktəbə getmələri üçün paltarlarını geyindirərkən, onlara məktəbə gecikdiklərinə görə məktəbə getməmələrini, sabah gedərsiz demiş, sonra böyük oğlunu gedib atasını oyatması üçün göndərmiş, lakin Səbuhi oyanmamışdır. Həmin vaxt oğluna da “mən neçə il məktəbdə oxudum bir dəfə olsun yoxlama üzü görmədim, heç nə olmaz ” dedikdə, bu zaman Səbuhi heç bir səbəb olmadan onun yanına gələrək ilk dəfə stulla, sonra da yumruqla bir dəfə baş nahiyəsinə zərbə vurmuşdur. Səbuhi oturacaq stolunu götürüb onun sifət nahiyəsinə vurmaq istəyərkən əllərini sifətinə tutduğundan, stol əllərinə dəymiş, qorxusundan qaçaraq həyətə getmişdir. Səbuhi onun arxasınca gələrək həyətdə yenidən onu döyməyə başlamışdır. Səbuhi həyətdə onu sürümüş və baş nahiyəsini həyətdə olan daş parçasına 2 dəfə çırpmışdır. Daha sonra Səbuhi onun baş nahiyəsindən tutaraq ona evə get, yoxsa başını kəsəcəm demiş, evə girmədiyini gördükdə Səbuhi onun boğazından tutaraq sıxmağa başlamış, uşaqlar qışqırdığı üçün Səbuhi boğaz nahiyəsini buraxıb və evə apararaq yenidən bir neçə dəfə yumruqla, şillə ilə və təpiklə bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbələr vuraraq döyməyə başlamışdır. Bundan sonra qonşusu səsləri eşidərək gəlib Səbuhini hamama salmış, o da uşaqları götürüb atasının evinə getmişdir. Zərərçəkmiş şəxs verilmiş suallara cavab olaraq bildirmişdir ki, Kürdəmir rayonunun Sığırlı kəndində yaşayır, Təqsirləndirilən şəxs onun əridir. Onlar 2014-cü ildə ailə qurmuşlar, 2 uşaqları var. Münasibətləri yaxşı olmamışdır. Hadisə zamanı Səbuhi onun başına, əlinə, bel nahiyəsinə zərbələr vurmuşdur. Səbuhinin yetirdiyi xəsarətlərdən sonra başında şiş yaranmış, bədənində sıyrıq və qaraltılar olmuş, lakin qan olmamışdır. Bütün bu xəsarətlər 20 gündən çox müddətə sağalmışdır. İlk döyməsi həyətdə başlamış, hadisə təxminən 10 dəqiqə müddətə baş vermişdir. Təqsirləndirilən şəxs ilə barışmamışdır, barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə müəllimin və qanuni nümayəndəsi Zərərçəkmiş şəxs iştirakları ilə şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atası, Zərərçəkmiş şəxs isə anasıdır. Hadisə zamanı məktəbə 10 dəqiqə gecikmişlər, həmin günü həm də toya gedəcəkdilər. Anası Könül tez oyanıb onları geyindirmişdir. Bu zaman anası saata baxaraq “əgər piyada getsəz, məktəbə 3 saata çatacaqsınız. Gedin atanızı oyadın maşınla aparsın sizi” demişdir. İlk öncə özü getmiş, sonra isə qardaşı atası Səbuhini oyatmağa getmişdir. Bu zaman Səbuhi onlara özlərinin getməsini, məktəbdə yoxlama olacağını, onları məktəbə aparmayacağını bildirmişdir. Bundan sonra anası onların ayaqqabılarını geyindirən zaman, “heç nə olmaz, mən neçə il məktəbdə oxudum, o yoxlamanı bir dəfə də görmədim” dedikdə, atası Səbuhi yerindən qalxıb oturacaq stulunu götürüb anası Könülün başına vurmuşdur. Bu zaman anası yerə yıxılmışdır. Daha sonra anası həyətə qaçmış, atası Səbuhi də anasının ardınca həyətə qaçmışdır. Sonra həyətdə atası Səbuhi anası Könülün başını daşa vurmuşdur. Daha sonra Səbuhi anasının saçından tutub sürüyərək, başını kəsəcəyini bildirmişdir. Sonda qonşuları gəlib anası Könülü atası Səbuhinin əlindən almışdır. Bundan sonra anası onu və qardaşını götürüb nənəsigilə aparmışdır. Məhkəmə iclasında iştirak edən digər Şahid1 şahid X2 dedikləri ilə eyni məzmunlu ifadə verərək təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Qaçayeva X3 RPŞ-nə müraciət edərək, birgə yaşadıqları evdə əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü demişdir (i.v 1); Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən və hökmdən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsulliyətinə cəlb edilmiş, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 73-cü maddəsi ilə xitam verilmişdir. (i.v.28-30); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin (xuliqanlıq) tərkibi müəyyən edilmədiyindən həmin xüsusat üzrə cinayət təqibi hissəvi xitam edilmişir (i.v.48-50); Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin Kürdəmir rayon şöbəsinin canlı şəxsin ekspertizasının xx.xx.2025-ci il tarixli, 47 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlərbaşın sol təpə nahiyəsinin hematoması, alnın sağ yan hissəsinin, sol yanaq nahiyəsinin, sol alt çənə bucağının, boyunun ön səthinin sıyrıqları. Sol Qulaq seyvanının qançırı, kürək nahiyəsinin hematoması. Sol qalça nahiyəsinin hematoması, hər iki əllərin iç səthinin və hər iki diz nahiyəsinin sıyrıqları. Göstərilən xəsarətlər küt əşya təsirindən törənmişdirlər, qərarda göstərilən xx.xx.2025-ci il tarixdə əmələ gəlməyə uyğundurlar. Qeyd olunan xəsarətlər ayrı-ayrılıqda və ümumilikdə dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa Yüngül zərərvurmaya aid edilir (i.v.43-44); Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 18-1-49/2-163/2025 nömrəli məktubdan görünür ki, Qaçayev X1 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur (i.v.22); Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının Sığırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 109 №-li və 110 №-li arayışlarından görünür ki, Qaçayev X1 rayonunun Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi arvadı Zərərçəkmiş şəxs (1999) və uşaqları- oğlu K.Təqsirləndirilən şəxs (2015) və oğlu Şahid1 (2016) ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i.v.24-25); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin etiraf edici ifadəsi, zərərçəkmiş şəxs və şahidlərin ifadəsi, cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma – min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini (CM- 59.2), himayəsində azyaşlı uşaqlarının olmasını (CM-nin 59.1.4) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran- Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi onun şəxsiyyətini müsbət səciyyələndirən hal kimi nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən evində çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iş materialları ilə tanış olmaqla məhkəmə iclaslarında iştirak edərək təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə ümumilikdə 15 (on beş) saat vaxt sərf etmişdir. CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. CPM-in 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Məhkəmə cinayət işinin materiallarını araşdırıb müəyyən etmişdir ki, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi təqsirləndirilən şəxsin müdafiəçisi qismində məhkəmə iclaslarında iştirak edərək, ümumilikdə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 15 (on beş) saat vaxt sərf etmişdir. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi cəmi 15 (on beş) saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 90 (doxsan) manat ödənilməli və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə məhkəmə məsrəfi, maddi sübut və mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 9 (doqquz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Sığırlı kəndində yerləşən evini axşam saat 00:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar