Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-51/2025 11.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Gəncə şəhərində anadan olmuş. Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, işsiz, Göygöl rayonunun Hacıməlik qəsəbəsində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs 24 iyul 2024-cü il tarixdə saat 16:20 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddesinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrni idarəetmə hüququna dair sürücülük vəsiqəsi olmadan idarə etdiyi özünə məxsus texniki cəhətdən saz vəziyyətdə olan VAZ-21074 markalı **-XP-*** dövlet qeydiyyat nişanlı minik avtomobilini Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Kürdəmir rayonunun Muğanlı kəndi ərazisindən keçən 179,1-ci kilometrliyində Qazax istiqamətində 100 km/saat sürətlə hərəkət etdirərkən həmin Qanunun 36-cı maddesinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, avtomobill hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, qarşıda onunla eyni istiqamətdə yük avtomobilinin olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin avtomobillə təhlükəsiz ara məsafəsi saxlamaqia hərəkətini davam etdirməli, lazım gələrsə təhlükəsiz manevr aparmaqla həmin avtomobili sol tərəfdən keçib getməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyib diqqətini yol şəraitindən ayırdığından eyni istiqamətdə hərəkətdə olan yük avtomobilini son anda görərək həmin avtomobillə toqquşmamaq üçün idarə etdiyi avtomobili sola doğru istiqamətləndirdiyindən arxadan ona nisbətən sol zolaqia 80 km/saat sürətlə hərəkətdə olan Şahid1 hərəkəti üçün təhlükə yaradaraq onun idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan «Chevrolet Cruzex markalı **-EU-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin qabaq sağ hissəsi ilə toqquşdurmuş, toqquşmadan sonra VAZ-21074 markalı **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobili hərəkət hissəsindən çıxıb boş torpaq sahədə dayanmış 1984-cü il təvəllüdlü Şahid2 idarə etdiyi «Mercedes-Benz Atego 816L markalı xüsusi təyinatlı bortlu kran-maniplyator tipli 77-M0-380 dövlət qeydiyyat nişanlı yük avtomobilinin sol yan hissəsinə çırpılmış, nəticədə onun tərəfindən yol-hərəkəti qaydalanının pozulması ehtiyatsızlıqdan VAZ-21074 markalı **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sərnişini 1981-ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol bud sümüyünün boyununun çıxığı, sol sirkə kasasının sınığı, sol dizin bayır kənarının əzilmiş-cırılmış yarası xəsarətləri almaqla sağlamlığı uzun müddətə pozan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, valideynləri ilə birlikdə Göygöl rayonunun Hacıməlik qəsəbəsində yaşayır. 24 iyul 2024-cü il tarixində özünə maxsus VAZ-21074 markalı sedan tipli **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini sürücülük hüququ olmadan idarə edərək anası Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərindən Göygöl rayonuna yola düşmüşlər. Avtomobildə anasından başqa sərnişin olmamış, avtomobil texniki cəhətdən saz vəziyyətdə olmaqla təxminən 20 (iyirmi) kq çəkidə yataq dəsti yükü olmuşdur. Saat 16:20 radələrində Bakı-Qazax yolunun Kürdəmir rayonunun ərazisindən keçən hissəsində Qazax istiqamətində sağ hərəkət zolağında 100 km/saat sürətlə hərəkətdə olarkən anası ilə söhbət etmiş, ani vaxtda qarşıya baxdıqda yaxın məsafədə markasını və nömrəsini xatırlamadığı yük avtomobilinin hərəkət etdiyini görmüş, yük avtomobili ilə toqquşmamaq üçün sükanı sola almış, sol hərəkət zolağına çıxandan sonra baş verənlərdən xəbəri olmamışdır. Kürdəmir rayon mərkəzi xəstəxanasında müayinə olunarkən baş verənlərdən məlumatı olduğunu, yəni hadisə yerində olan yol adamlarının yük avtomobili ilə toqquşmamaq üçün VAZ-21074 markalı avtomobilin sol hərəkət zolağına çıxan zaman arxa sol qanadının həmin hərəkət zolağında hərəkətdə olan «Chevrolet Cruze» markalı minik avtomobilinin qabaq sağ qanadına dəyərək yoldan sağa çıxıb qabaq hissəsinin aralıda dayanmış vəziyyətdə olan “Mercedes-Benz Atego” markalı yük avtomobilinin sol yan hissəsi ilə toqquşduğunu bilmişdir. Digər avtomobillərin sürücülərini tanımır, onlarla, onların ailə üzvləri ilə heç bir qohumluq əlaqəsi və ədavəti yoxdur. Hadisə diqqətsizliyindən baş verdiyindən heç kəsdən şikayəti və iddiası yoxdur. Yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan anasının müalicə xərclərinə köməklik etmiş, edir və edəcəkdir. Törətmiş olduğu cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmamasının nəzərə alıb, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun anasıdır, Təqsirləndirilən şəxs isə qardaşıdır. Qardaşı Eşqinin təqsiri üzündən baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Eşqininin özü və anası xəsarət aldıqları üçün hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə Kürdəmir rayon mərkəzi xəstəxanasına aparılmış, onları müayinə edib ilkin tibbi yardım göstərmişlər. Anası Gəncə şəhərində yerləşən Memarial xəstəxanasında müalicə olunaraq sol çanaq nahiyəsindən əməliyyat olunmuşdur. Xəstəxanada bir həftə yatdıqdan sonra evə buraxılmış, evdə olarkən 1-2 gündən sonra insult keçirtdiyi üçün hazırda danışa bilmir. Qardaşı Eşqin müalicə xərclərinə köməklik edərək anasının qulluğunda durur, ona köməklik edir, ondan heç bir şikayətləri və iddiaları yoxdur. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, “B” kataqoriyalı sürücüdür. 24 iyul 2024-cü il tarixində saat 13:15 radələrində etibarnamə ilə idarə etdiyi “Chevrolet Cruze” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı şəhərindən Şəmkir rayonuna yola düşmüşdür. Azyaşlı qızı qabaq oturacaqda əyləşmiş, təxminən 15 (on beş) kq yükü və avtomobili texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Saat 16:20 radələrində işıqlı və quraqlıq hava şəraitində Kürdəmir rayonunun ərazisindən keçən Bakı- Qazax yolunda Qazax istiqamətində sol hərəkət zolağında 80 km/saat sürətlə düzünə hərəkətdə olmuş, sağ hərəkət zolağında nömrəsini ve markasını xatırlamadığı yük avtomobili aşağı sürətlə hərəkət etmişdir. Həmin an yük avtomobilinin arxası ilə eyni istiqamətdə və eyni zolaqda hərəkətdə olan ağ rəngli VAZ-21074 markalı minik avtomobili yük avtomobilinə dəyməmək üçün təxminən 2-2,5 metr məsafədən yoluna çıxmış, VAZ- 21074 makalı minik avtomobilinin sürücüsü sükanı sağa alan zaman VAZ-21074 markalı avtomobilin arxa sol qanadı onun avtomobilinin qabaq sağ qanadına dəymiş və VAZ- 21074 makalı avtomobili sağa istqamətlənərək yoldan çıxıb, yoldan aralıda dayanmış yük avtomobilinin sol yan hissəsine çırpılmışdır. VAZ-21074 markalı minik avtomobilinin sürücüsü cavan oğlan və sərnişini qadın xəsarət aldıqlan üçün onlan hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə xəstəxanaya aparmışlar. Hadisə yerində qalıb hadisə yerinə baxış keçirilməsində iştirak etmiş, toqquşma yerini göstərtmiş. tərtib olunan hadisə yerinin baxış protokolu və sxemlə tanış olduqdan sonra imza etmişdir. Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobilnin əzilməsi nəticəsində ona dəymiş maddi ziyanın sürücü Təqsirləndirilən şəxs tərəfindən ödənilməsini tələb edir, dəymiş maddi ziyan qarşı tərəfdən ödənilməsə mülkü məhkəmə icraatı qaydasında məhkəmədə iddia qaldıracaqdır. Hadisə nəticəsində qızı və özü heç bir xəsarət almamışdır. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi publik hüquqi şəxs Ucar rayon şöbəsinin rəisi əvəzi Vahid Xıdırov tərəfindən verilmiş 21 avqust 2024-cü il tarixli canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair 287 nömrəli ekspert rəyindən görünür ki, 1981ci il təvəllüdlü Zərərçəkmiş şəxs sol bud sümüyünün boyununun çıxığı, sol sirkə kasasının sınığı, sol dizin bayır kənarının əzilmiş-cırılmış yarası olmuşdur. Bu xəsarətlər bərk küt alətin təsirindən əmələ gəlmişdir, xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gəlməsi istisna edilmir. Qeyd edilən xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa az ağır zərər vuran xəsarətlərə aid edilir. - Azərbaycan Respublikası Səhiyyə nazirliyi «Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi» publik hüquqi şəxs məhkəmə-kimya şöbəsinin verdiyi 12 avqust 2024-cü il tarixli qan nümunəsinin ekspertizasına dair 2586/K nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu). fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. - Azerbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 19 sentyabr 2024-cü il tarixli 8/2324 nömrəli məhkəmə ekspertizasının rəyindən görünür ki, 1. Təqdim edilmiş VAZ-21074 markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (arxa sol qanadda, arxa bamperdə, arxa sol farada), «Chevrolet Cruze markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq sağ qanadda, qabaq sağ bamperdə, qabaq sağ farada) olan zədələr, İzlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmetlə kontaktda olması, dəyməsi, o cümlədən avtomobillərin biri-birləri ilə toqquşması nəticəsində yaranması mümkündür. Təqdim edilmiş VAZ-21074 markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərində (qabaq bamperdə, kapotda, qabaq sol qanadda, qabaq sol qapıda) olan zədələr, izlər öz formasına, morfoloji quruluşuna, xarakterinə və sair əlamətlərinə görə hər hansı sərtliyi bərk olan predmete kontaktda olması, dəyməsi, o cümlədən digər nəqliyyat vasitəsi ilə toqquşması nəticəsində yaranması mümkündür. 2. llkin kontakt anında toqquşma VAZ- 21074 markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa sol hissəsi ilə “Chevrolet Cruze” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilinqabaq sağ hissəsi arasında təxminən 5-10 dərəcə bucaq altında baş vermişdir. VAZ-21074 markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs və “Chevrolet Cruzes” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olubolmaması, onların hadisənin qarşısını almağa texniki imkanlarının olub-olmadığı müəyyənləşdirilməsi üçün yol nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin edilərək rəy alınmışdır. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 23 noyabr 2024-cü il tarixli 8/2431 nömrəli məhkəmə ekspertizasının rəyi ilə müəyyən edilmişdir ki, 1.2. istintaq tərəfindən təqdim olunan məlumatlara əsasən VAZ-21074 markalı **-XP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. 3.4. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən “Chevrolet Cruze” markalı **-EU-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərini texniki nöqteyi-nəzərdən tədqiq etməyə lüzum yoxdur. - Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-imtahan İdarəsi tərəfindən verilmiş 26 İyul 2024-cü il tarixli 3-13-16/2-121543/2024 nömrəli mektubunda DİN-nin BDYPİ-nin Qeydiyyat-imtahan idarəsinin kompüter uçot bazasının melumatlarına əsasən xx.xx.2003-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsinin verilmədiyi göstərilmişdir. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Göygöl RİHB-nın Hacıməlik qəsəbə İƏD üzrə nümayəndəsinin verdiyi arayış və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs 4 nəfər ailə üzvü ilə (özü, atası, anası və qardaşı) Göygöl rayonu Hacıməlik qəsəbəsində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Məhkəmə qeyd edir ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının hüquqi və təşkilati əsasları “Yol hərəkəti haqqında” 08 noyabr 1968-cı il tarixli Vyana Konvensiyası, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının 03 iyul 1998-ci il tarixli Qanunu ilə və digər normativ hüquqi aktlarla tənzimlənir və bu qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və cinayət məsuliyyətinə səbəb olur. Cinayət Məcəlləsinə daxil edilən yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma cinayətləri ehtiyatsızlıqdan törədilən cinayətlərə aid olmaqla, buraya daxil olan maddələrin bir çoxu, o cümlədən Cinayət Məcəlləsinin 263-cü maddəsi blanket norma hesab edilir. Bu maddədə nəzərdə tutulmuş cinayətlərin obyektini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “Yol hərəkəti haqqında” Qanunun və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. Yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqları adlanan «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinə görə: İ. Yol hərəkətinin iştirakçıları: 1) yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; 2) yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar; 3) yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; 4) yol örtüyünü zədələməməli və ya çirkləndirməməli, yol nişanlarını çıxarmamalı, qarşısını kəsməməli, zədələməməli, özbaşına yol nişanları, svetoforlar və hərəkətin təşkilinin digər texniki vasitələrini quraşdırmamalıdırlar; 5) hərəkətə maneçilik törədən əşyaları və ya materialları ataraq, boşaldaraq və ya yolda qoyaraq yol hərəkətini çətinləşdirməməli və ya onun təhlükəsizliyi üçün qorxu törətməməlidirlər (bu cür maneənin və ya təhlükənin yaranmasına yol verməmək mümkün olmadıqda, onların mümkün qədər tez aradan qaldırılması üçün lazımi tədbirlər görməli, bunu dərhal etmək mümkün olmadıqda isə, əl altında olan vasitələrlə digər hərəkət iştirakçılarının xəbərdar edilməsini və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verilməsini təmin etməlidirlər); 6) yol hərəkəti qanunvericiliyinə riayət olunması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının sərəncamlarını yerinə yetirməlidirlər; 7) nəqliyyat, yol, kommunal və digər müəssisə və təşkilatların vəzifəli şəxsləri, yolda hər hansı bir iş aparan fəhlələr, eləcə də digər şəxslər müəyyən edilmiş yol hərəkəti qaydalarına təsir göstərə biləcək maneələr yaratmaqdan və başqa hərəkətlərdən çəkinməlidirlər. Hazırki cinayət əməlinin «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinin pozulması nəticəsində törədilməsi işdə olan baxış keçirilməsi haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi və fotoşəkillər, canlı şəxsin məhkəmə-tibbi ekspertizasına dair ekspert rəyləri, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin xx.xx.2023-cü il tarixli, 8/1166 nömrəli məhkəmə ekspertizasının rəyi, proses iştirakçılarının ifadələri və işdə olan digər mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri ilə, habelə işin materialları ilə tam sübuta yetirilmişdir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə tövsif olunub. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun ilk dəfə hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan az ağır cinayət törətməsini (CPM-nin 59.1.1-ci maddəsi) zərərçəkmiş şəxslə barışmasını, dəymiş ziyanı ödəməsini (CPM-nin 59.1.12, 59.1.13-cü maddələri) iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyyə olunur ki, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasında təqsirləndirilən şəxslərə cəza təyin edilərkən məhkəmələr nəzərə almalıdırlar ki, törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü və həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza cəzanın məqsədlərini təmin edə bilmir. Odur ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində cəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını və onun hökmün icrasına maneçilik törətməyəcəyini nəzərə alaraq barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirməməyi məqsədə uyğun hesab edir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məntəqə tipli cəzaçəkmə müəssisəsinə göndərilən və hökm qüvvəyə mindiyi zaman həbsdə olmayan məhkum icra məmurunun təqdim etdiyi müvafiq göstərişə əsasən müəyyən edilən vaxtda məntəqə tipli cəzaçəkmə müəssisəsinə şəxsən gəlməlidir. İş üzrə maddi sübut VAZ-21074 markalı **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibində saxlanıldığı nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 328 (üç yüz iyirmi səkkiz) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Müdafiəçi təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 29 aprel 2025-ci il tarixə kimi 10 saat, 29 aprel 2025-ci il tarixdən hazırki vaxta qədər 14 saat vaxt sərf etmişdir. 10 saat vaxta görə 60 manat, 14 saat vaxta görə 154 manat, ümumilikdə 214 manat pul müdafiəçiyə xidmət haqqı hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Təqsirləndirilən şəxs məkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 214 (iki yüz on dörd) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı onun məntəqə tipli cəzaçəkmə müssisəsində qeydiyyata alındığı gündən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında” qətmkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut VAZ-21074 markalı **-XP-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibində saxlanıldığı nəzərə alınsın. Təqsirləndirilən şəxs 328 (üç yüz iyirmi səkkiz) manat ekspertiza xərci tutularaq Məhkəmə Ekspertiza mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia, maddi ziyan və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən 29 aprel 2025-ci il tarixə kimi 10 saat, 29 aprel 2025-ci il tarixdən hazırki vaxta qədər 14 saat vaxt sərf etməklə hüquqi yardım göstərdiyindən 10 saat vaxta görə 60 manat, 14 saat vaxta görə 154 manat olmaqla, ümumilikdə Müdafiəçi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 214 (iki yüz on dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-51/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-51/2025
11.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver