Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-52/2023 04.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə xx.xx.1987-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, evli, ünvan 1 ünvanda qeydiyyatda olan və faktiki Kürdəmir rayonu Dəyirmanlı kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə xx.xx.2023-ci il tarixdə saat 22 radələrində Kürdəmir rayonu Dəyrmanlı kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin hasarından qanunsuz olaraq həyətyanı sahəsinə keçərək, həyətyanı sahədə yerləşən tövlənin qarşısından 01 ədəd “STİHL” markalı 300 manat qiymətində odun doğrayan aparatı, evin arxa pəncərəsinin açıq olmasından istifadə edərək evə qanunsuz daxil olaraq hamam otağından 01 ədəd “Yağmur” markalı 250 manat qiymətində su qızdırıcısını, yataq otağından 01 ədəd “Paşa Bahçe” markalı 70 manat qiymətində güldanı, 01 ədəd “Paşa Bahçe” markalı 25 manat qiymətində konfet qabını, 01 ədəd “Paşa Bahçe” markalı 30 manat qiymətində meyvə qabını, 02 ədəd ”Nur” markalı hər birinin qiyməti 25 manat olan ümumi 50 manat qiymətində şamdanı, 01 ədəd “Nur” markalı 30 manat qiymətində çırağı, 03 dəst “Emcal” markalı hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 60 manat qiymətində padnosu, “Emcal” markalı ümumi qiyməti 30 manat olan 01 ədəd çaydan və 01 ədəd çaynik dəstini, “Emcal” markalı 01 dəst 18 ədədlik 270 manat qiymətində fincan dəstini, 03 dəst “Lifesinil” markalı ümumilikdə 600 manat qiymətində qazan dəstlərini, 01 ədəd 30 manat qiymətində “AĞ cicəyim“ markalı süni büket gülünü, 02 dəst “Karaca” markalı ümumilikdə 150 manat qiymətində pərdəni, ümumi qiyməti 220 manat olan 06 dəst “Karaca” markalı yataq dəstlərini, ümumilikdə 60 manat qiymətində 02 dəst “Karaca” markalı süfrə dəstini, 04 ədəd “Karaca” markalı ümumi qiyməti 100 manat olan can dəsmalını, 02 qutu “Karaca” markalı ümumilikdə 40 manat qiymətində əl dəsmalını, 01 ədəd “Karaca” markalı 30 manat qiymətində yataq odeyalını, 02 ədəd “KİĞİLİ” markalı ümumilikdə 150 manat qiymətində gödəkçəni, 10 dəst “Baby kinds” markalı hər birinin qiyməti 15 manat olmaqla ümumilikdə 150 manat qiymətində uşaq paltarını, 03 dəst “Erfolq” markalı 36 ədəd ümumilikdə 50 manat qiymətində nəlbəkini, 12 ədədlik “Erfolq” markalı ümumilikdə 200 manat qiymətində qaşıq dəstini, 12 ədədlik ümumilikdə 100 manat qiymətində bıçaq dəstini, 01 ədəd “BOSCH” markalı 30 manat qiymətində blenderi, 01 dəst “Zara” markalı 230 manat qiymətində kişi kostyumunu, 01 ədəd “Supermax” markalı 80 manat qiymərində televizor aparatını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3335 manat maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, 2023-cü ilin yanvar ayında işsizdir, müxtəlif yerlərə işləmək üçün getsə də iş tapa bilməmişdir, buna görə də maddi vəziyyəti pisdir. Maddi vəziyyəti pis olduğuna görə oğurluq etmək qərarına gəLmiş və xx.xx.2023-ci il tarixdə təxminən axşam saat 22 radələrində yaşadığı kənd ərazisinə çıxaraq oğurluq etmək üçün ev axtarmış, həmin zaman qapısında qıfıl olan ev görərək oradan oğurluq etmək qərarına gəlmiş, qapının kənarında olan qaladan həyətə keçmiş, həyətdə dam olduğunu görmüş, qapının kənarında köhnə işləməyən odun doğrayan aparatını götürüb götürərək qala tərəfə qoymuş, sonra evin arxa tərəfinin pəncərəsinin açıq olduğunu görüb içəri daxil olmuşdur. İçəri daxil olduqda hamam otağında yerdə su qızdıcı olduğunu görüb götürərək pəncərənin kənarına qoymuş, sonra evin qapıları açıq olduğundan otaqlardan birinə girib, 01 ədəd güldanı 01 ədəd konfet qabınl, 01 ədəd meyvə qabını, gəlinliyə aid 02 ədəd şamdanı və 01 ədəd çıraqı, 03 dəst padnusu, 01 ədəd çaydanı və 01 ədəd çayniki dəstini, fincan dəstlərini (18 ədəd), 03 dəst qazan dəstlərini, 01 ədəd gəlinlik üçün süni büket gülü, 02 dəst pərdəni, 06 dəst yataq dəstlərini, 02 dəst süfrə dəstlərini, 04 ədəd can dəsmalını, 02 qutu əl dəsmalını, 01 ədəd yataq üçün ədyalı, 02 ədəd gödəkcəni, 10 dəst uşaq paltarını, 03 dəst nəlbəkini (36 ədəd), (12 ədəd) qaşıq dəstini və (12 ədəd) bıçaq dəstlərini, 01 ədəd blenderi, 01 dəst kişi kostyumu, 01 ədəd televizor aparatını götürüb həmin otaqdan çıxmış, sonra evdən oğurladığı əşyaları həyətə yığıb qaladan keçirtmiş, qalanın digər tərəfində kisəyə yığıb velosipedə yükləmiş, sonra həmin əşyaları kənd ərazisində kanalın kənarında gizlətdib üzərini kollarla örtmüşdür, Səhəri gün saat 11 radələrində əmlakları gizlətdiyi yerə gedərək həmin odun doğrayanı və su qızdırıcını söküb Kürdəmir rayoni “Köhnə bazar “ adlanan yerdə metal qəbul edən Xəyal adlı şəxsə 33 manata satmışdır. Sonra Bakı şəhərinə gedərək Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən “Sədərək” ticarət mərkəzinin qarşısında sataraq, ümumilikdə 453 manat gəlir əldə etmiş və həmin pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Oğurluq edən zaman ona köməklik göstərən olmamış, oğurluğu tək etmişdir, bundan başqa heç bir oğurluq etməmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin ilk dəfə cinayət etməsini, əməlindən səmimi peşman olmasını, dəymiş zərəri ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını, himayəsində üç nəfər az yaşlı uşağın olmasını nəzərə alıb, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasınını vaxtı və yeri barədə Zərərçəkmiş şəxs lazimi qaydada məluma verilməsinə baxmayaraq, o, məhkəməyə ərizə göndərərək məhkəmə iclasılarnın onun iştirakı oladan keçirilməsi, dəymiş ziyanını ona tam ödənilməsini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını və onunla barışdığını bildirmişdir. Məhkəmə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmiş və onun ibtidai istintaqda verdiyi ifadəsini elan etmişdir. Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Dəyirmanlı kəndində yerləşən ailəsinə məxsus yaşayış evi olduğunu, uzun müddətdir ki, qardaşı ilə birlikdə Bakı şəhərində yaşadığını, atası və anası isə Dəyirmanlı kəndində yerləşən evdə yaşadıqlarını, 2022-ci ilin noyabr ayının sonlarında atası İnşallah və anası Afətin onun yanında yaşamaq üçün Bakı şəhərinə gəldiklərini, Kürdəmir rayonu Dəyirmanlı kəndində yerləşən evlərində təxminən 2 aydır ki yaşayış olmadığını, həmin evə yeznəsi Ramil ilə bacısı Zərifənin hər gün gedib nəzarət etdiklərini, xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olduğunu, həmin tarixdə səhər saat 09 radələrində yeznəsi Ramilin ona telefonla zəng edərək Dəyirmanlı kəndində yerləşən evlərində oğurluq hadisəsinin baş verdiyini bildirdiyini, dərhal oğurluq hadisəsi ilə bağlı DİN- in 102 mərkəzi-zəng xidmətinə məlumat verdiyini, 20.01,2023-cü il tarixdə Bakı şəhərindən Kürdəmir rayonu Dəyirmanlı kəndində yerləşən evlərinə gəldiyini, evin həyətyanı sahəsində olan tövlədən 01 ədəd odun doğrayan maşının, evə girərkən, hamamda olan 01 ədəd su qızdırıcısını, 01 ədəd güldanı, 01 dəst konfet qabı dəstlərini, meyvə qabı dəstlərini, gəlinliyə aid 02 ədəd şamdanı və 01 ədəd çıraq, çaydan və çaynik dəstini, 03 ədəd padnusu, fincan dəstlərini (8 ədəd), 03 dəst qazan dəstlərini, 01 ədəd gəlinlik üçün süni büket gülü, 02 dəst pərdəni, 06 dəst yataq dəstlərini, 02 dəst süfrə dəstlərini, 02 ədəd can dəsmalı, 02 qutu əl dəsmalını, 01 ədəd yataq üçün ədyalı, 02 ədəd gödəkçəni, 10 dəst uşaq paltarını, 03 dəst nəlbəkini (36 ədəd), qaşıq və bıçaq dəstlərini, 01 ədəd blenderi, 01 dəst kişi kostyumunu, 01 ədəd televizor aparatının oğurlanmasını aşkar etdiyini, 2022-ci ilin sentyabr ayında Dəyirmanlı kəndində yerləşən evlərinə getdiyini, baş vermiş oğurluq hadisəsi ilə bağlı heç kimdən şüphələnmədiyini, 01 ədəd “STİHL” markalı odun doğrayan aparatın qiymətinin 300 manat, 01 ədəd “Yağmur” markalı su qızdırıcısının qiyməti 250 manat, 01 ədəd “Paşa Bahcə” markalı güldanın qiymətinin 70 manat, 01 ədəd “Paşa Bahcə” markalı konfet qabının qiymətinin 25 manat, 01 ədəd “Paşa Bahcə” markalı meyvə qabı qiymətinin 30 manat, gəlinliyə aid ”Nur” markalı 02 ədəd şamdanın hər biri 25 manat cütü 50 manat və 01 ədəd “Nur” markalı çırağın qiymətinin 30 manat, 03 dəst “Emcal” markalı padnusun qiymətinin 60 manat, “Emcal” markalı 01 ədəd çaydan və 01 ədəd çaynik dəstinin qiymətinin 30 manat, “Emcal” markalı fincan dəstlərinin (18 ədəd) ümumi qiymətinin 270 manat, 03 dəst “Lifesinil” markalı qazan dəstlərinin qiymətinin 600 manat, 01 ədəd gəlinlik üçün “AĞ cicəyim“ markalı süni büket gülün qiymətinin 30 manat, 02 dəst “Karaca” markalı pərdənin qiymətinin 150 manat, 06 dəst “Karaca” markalı yataq dəstlərinin qiymətinin ümumilikdə 220 manat, 02 dəst “Karaca” markalı süfrə dəstlərinin qiyməti 60 manat, 04 ədəd “Karaca” markalı can dəsmalının qiyməti 100 manat, 02 qutu “Karaca” markalı əl dəsmalının qiymətinin 40 manat, 01 ədəd “Karaca” markalı yataq üçün ədyalın qiymətinin 30 manat, 02 ədəd “KİĞİLİ” markalı gödəkcənin ümumilikdə qiymətinin 150 manat, 10 dəst “Baby kinds” markalı uşaq paltarının qiymətinin 150 manat, 03 dəst “Erfolq” markalı nəlbəkinin (36 ədəd) qiymətinin 50 manat, “Erfolq” markalı (12 ədəd) qaşıq dəstinin qiymətinin 200 manat və (12 ədəd) bıçaq dəstlərinin qiymətinin 100 manat, 01 ədəd “BOSCH” markalı blenderin qiymətinin 30 manat, 01 dəst “Zara” markalı kişi kostyumunun qiymətinin 230 manat, 01 ədəd “Supermax” televizor aparatının qiymətinin 80 manat olmaqla ümumilikdə ona 3335 manat maddi ziyan dəydiyini, həmin evin atasına məxsus olsa da lakin oğurlanan əşyalar onun vəsaiti hesabına alındığı üçün ona maddi ziyan dəydiyini bildirmişdir. Dəymiş maddi ziyan təqsirləndirilən şəxs tərəfindən ona tam ödənilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Dəyirmanlı kəndində qayınatası Zərərçəkmiş şəxs məxsus yaşayış evi vardır, təxminən 2022-ci ilin noyabr ayından həmin evdə yaşayış yoxdur, qaynatası İnşallah və ailəsi 2 aya yaxındır ki Bakı şəhərində yaşamışlar, evdə yaşayış olmadığına görə hər gün evə gedib nəzarət etmişdir. xx.xx.2023-cü il tarixdə səhər saat 09 radələrində özünə məxsus olan 2 baş iribuynuzlu heyvanlarını qaynatası İnşallahın evinin həyətyani sahəsində olan tövləyə aparan zaman tövləni açıq vəziyyətdə olduğunu və 1 ədəd odun doğrayan aparatın tövlədə olmadığını, sonra evə daxil olan zaman evin pəncərəsinin açıq vəziyyətdə olduğunu, evə nəzarət edəndə evdə bütün əşyaların dağınıq vəziyyətdə, eləcə evdə bəzi əşyaların yerində olmadığını görmüşdür. Hamama baxan zaman 1 ədəd su qızdırıcısının da yerində olmadığını aşkar etdikdən sonra dərhal qaynı İbrahimə telefonla zəng edərək evdə oğurluq hadisəsinin baş verdiyini bildirmişdir. İbrahimin də DİN-in 102 xidmətinə məlumat verdikdən sonra evə polis əməkdaşlarının gəlmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində evə nəzarət etmək üçün getdiyi zaman hər şeyin yerində olmuşdur, baş vermiş oğurluq hadisəsi ilə bağlı heç kimdən şüphələnməyib. Hazırda dəymiş ziyan Səmidov Amil tərəfindən tam şəkildə ödənilmişdir. Məhkəmə iclasnın vaxtı və yeri barədə Şahid2 lazimi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yolun kənarında kirayə obyekdə metal qəbulu işi ilə məşğul olduğunu, hər gün səhər saat 08 radələridən 18 radələrinə qədər metal qəbul etdiyini, xx.xx.2023-ci il tarixdə işdə olan zaman saat təxminən 13 radələrində sonradan adını bildiyi Təqsirləndirilən şəxs onun metal qəbul etdiyi yerə gələrək su qızdırıcıya və odun doğrayan apara məxsus metaldan ehtiyat hissələri göstərdiyini, həmin metlları satdığını, Təqsirləndirilən şəxs metalları hardan əldə etdiyini soruşanda o həmin metalları evində olan əşyalardan sökdüyünü, pula ehtiyacı olduğu üçün satmaq qərarına gəldiyini bildirdiyini, o da onun bu sözünə inanıb onun gətirdiyi metallı tərəzidə çəkib. 21 kq çəkisi olduğunu müəyyən etdiyini,Təqsirləndirilən şəxs odun doğrayan aparatın içərisində olan misi və su qızdırıcının içərisini sökülü halda gətirdiyini,həmin zaman yanında heç kimin olmadığını, Amilin həmin zaman tək olduğunu, su qızdırıcının hisələri digər metallarla birlikdə Bakı şəhərində metal qəbil edilən yerə satdığını, yığılan metalları fərqli yerlərə satdığını, həmin metalları hara satmasını xatırlamadığını, odun doğryan aparatın içərisindən çıxarılmış metalı nə vaxtsa istifadə etmək üçün saxladığını, oğurluq metalları alarkən Təqsirləndirilən şəxs həmin metalın özünə məxsus olduğunu bildirdiyini,yararsız odun doğrayan aparatını və su qızdıcısı sökdüyünü,pula ehtiyacı olduğudnan satdığını,həmin metalı təqdim edə biləcəyini bildirmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. ( bax iş vər. 115) İş materiallarına əlavə edilmiş Küdəmir rayon İcra Hakimiyyəti Başçının Yenikənd İnzibati Ərazi Dairəsi üzrə İca Nümayəndliyinin xx.xx.2023 il tarixli 562 saylı arayışından görünür ki, Kürdəmir rayonu Dəyirmanlı kənd sakini Təqsirləndirilən şəxs ailə tərkibi həyat yoldaşı 1989-cu il təvəllüdlü X3, oğlanları 2008-ci il təvəllüdlü X5 və 2011-ci il təvəllüdlü X7, 2019-cu il təvəllüdlü qızı X4r. (bax iş vər.118) İş materiallarına əlavə edilmiş Küdəmir rayon İcra Hakimiyyəti Başçının Yenikənd İnzibati Ərazi Dairəsi üzrə İca Nümayəndliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, hal-hazırda Kürdəmir rayonu Dəyirmanlı kəndində yaşayır, ailəlidir, 3 üvladı var, nizam-intizamlıdır, kənd ictimai işlərdə fəal iştirak edir. Kənd icra nümayəndəliyinə heç bir səhv və nöqsanlı hərəkətləri müraciət olunmayıb (bax iş vər.119) İşdə olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-ci il tarixli 9/3197 rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən istifadədə olmuş malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2023-cü ilin yanvar ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 2450.0 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir ( bax iş vər. 136-137). İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 6-49/2-249/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-da həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. (bax iş vər.139) Şahid2 təqdim etdiyi “STİHL” markalı odun doğrayan aparatının 01 ədəd metal hisəsi maddi sübut kimi tanınmış və saxlanılması üçün Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünü etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibibin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının talanması hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 1ci bəndində göstərildir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirini etiraf etməklə əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurduğu maddi zərəri tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin himayəsində üç uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəzanı yüngülləşdirən halları, habelə cəza təyin etmənin ümumi prinsiplərini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı iki gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmin Məcəllənin 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu Dəyirmanlı kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşadığı Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə “STİHL” markalı odun doğrayan aparatının 01 ədəd metal hisəsi hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il, 11 (on bir) ay, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Dəyirmanlı kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə “STİHL” markalı odun doğrayan aparatının 01 ədəd metal hisəsi hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-52/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-52/2023
04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver