Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-52/2025 22.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, X9, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2, müdafiəçi – fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü ildə Qobustan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Qobustan rayonu, Xilmilli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzaibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, özgə əmlakını xeyli miqdarda gizli olaraq talamaq məqsədi ilə, tamah və vahid niyyəti ilə xx.xx.2024-cü il tarixdə günorta saatlarında Kürdəmir rayonu Carlı kəndi ərazisində nəzarətsiz qaydada otlayan Kürdəmir rayon Carlı kənd sakinləri xx.xx.1976-cu il təvəllüdlü Zərərçəkmiş şəxs3 məxsus 2500 manat dəyərində bir baş dişi cinsli 4-5 yaşlarında diri çəkisi təxminən 350 kq, ət çəkisi isə təxminən 180-190 kq olan bir baş inəyi, xx.xx.1968-ci il təvəllüdlü Zərərçəkmiş şəxs4 məxsus 1800 manat dəyərində 5-6 yaşlı, diri çəkisi 350-360 kq, ət çəkisi 150-160 kq olan bir baş dişi cinsli inəyi, xx.xx.1964-cü il təvəllüdlü Zərərçəkmiş şəxs7 məxsus 2000 manat dəyərində 6-7 yaşlı, diri çəkisi təxminən 350-360 kq, ət çəkisi 150-160 kq olan bir baş dişi cinsli inəyi, xx.xx.1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs6 məxsus 2000 manat dəyərində dişi cinsli, ağ rəngli, diri çəkisi 250-kq, ət çəkisi 120 kq, 5 yaşlı bir baş inəyi və bir baş 2500 manat dəyərində sarı rəngli, 10 yaşlı, diri çəkisi 350 kq, ət çəkisi təxminən 175 kq olan bir baş dişi cinsli inəyi, xx.xx.1997-ci il təvəllüdlü X6 məxsus 3000 manat dəyərində dişi cinsli, 3 yaşlı, ağlı-sarılı rəngli, diri çəkisi 300 kq , ət çəkisi 150 kq olan bir baş inəyi, xx.xx.1970-cı il təvəllüdlü Zərərçəkmiş şəxs9 məxsus 3000 manat dəyərində dişi cinsli, qara rəngli, 8-9 yaşlı, diri çəkisi təxminən 380-400 kq, ət çəkisi 200 kq olan bir baş inəyi, xx.xx.1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs8 məxsus 2500 manat dəyərində dişi cinsli, qrımızı rəngli 6 yaşlı, təxminən 300 kq diri çəkisi və 150 kq ət çəkisi olan bir baş inəyi, xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs5 məxsus 2700 manat dəyərində dişi cinsli, qırmızı rəngli, 7 yaşlı, diri çəkisi təxminən 280-300 kq və 140-150 kq ət çəkisi olan bir baş inəyi, xx.xx.1973cü il təvəllüdlü Zərərçəkmiş şəxs2 məxsus 2500 manat dəyərində dişi cinsli, qara rəngli, 6 yaşlı, diri çəkisi təxminən 300 kq və 150 kq ət çəkisi olan bir baş inəyi və bir baş 1500 manat dəyərində dişi cinsli balası,qara rəngli, təxminən diri çəkisi 200 kq və təxminən 100 kq ət çəkisi olan dananı vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli yolla talayıb, zərərçəkmiş şəxslərə ümumilikdə 26000 manat xeyli miqdarda maddi ziyan vurmaqla oğurlamışdır. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin təhqiqat və istintaq zamanı izahatı, ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Qobustan rayonu Xilmilli kəndində qeydiyyatdadır, çoban kimi işlədiyinə görə müxtəlif yerlərdə fermalarda yaşayıb, daimi yaşayış yeri yoxdur, bu günədək şəxsiyyət vəsiqəsi olmamışdır, doğum haqqında şəhadətnaməsi yoxdur, bu günə qədər hərbi xidmətdə olmamışdır. 2012-ci ildən etibarən Kürdəmir rayonu ərazisində yerləşən Cəlil adlı şəxsin fermasında çoban işləmiş, yaylağa isə Şamaxı rayonu ərazisinə getmişlər. 2019-cu ildə mən Şamaxı rayonu ərazisində fermada çoban kimi işləyərkən fermadan oğurluq etdiyinə görə xx.xx.2019-cu ildə Şamaxı RPŞ-nin İB-də Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. 2021-ci ildən etibarən isə xalası qızı Tünzalə də onunla birlikdə Cəlilin fermasında işləmişlər, Tünzalə ilə qeyri rəsmi ər arvad münasibətləri var. Cəlilin fermasından çoxmaq istəsə də ona 2000 manat borcu olduğuna görə çıxa bilməmişdir. Buna görə də oğurluq edib heyvanları satıb Cəlilin borcunu ödəyib fermadan çıxmaq qərarına gəlmişdir. Cəlilin yatağında olarkən Kürdəmir rayonu Carlı kənd sakinlərinin iri buynuzlu heyvanları nəzarətsiz qaydada harada otladığını görmüşdür. Təxminən xx.xx.2024-cü il tarixdə soraqlaşıb Eldəniz adlı qazel sürücüsünün nömrəsini taparaq Eldənizə zəng edib iri buynuzlu heyvan almaq istəyib istəmədiyini soruşmuşdur. Eldəniz də lazım olsa deyərəm demişdir. Ferma sahibi Eldəniz adlı şəxsin fermasında Eldəniz adlı qazel sürücüsü ilə çörəkdə yemişdir. Eldəniz adlı qazel sürücüsünə demişdir ki Eldəniz adlı şəxsin fermasını icarəyə götürdüyünü, iri buynuzlu heyvanlarının yolda olduğunu, lakin onları satıb xırda buynuzlu heyvan saxlayacağını, iri buynuzlu heyvanları satmaq istədiyini demişdir. Eldəniz də özüdə heyvan almaq istədiyini və ona heyvanlarını satmaqda köməklik edə biləcəyini demişdir. Eldənizə adını gizlədib adının Nurlan olduğunu bildirmişdir. Həmin vaxt tanışı Ramil yanına gəlmək istəmişdir. Üstündə pul olmadığına görə Eldənizdən Ramilin kartına 200 manat pul göndərməsini xahiş etmiş, sonra onun pulunu qaytaracağını demişdir. Eldənizdə kiməsə demiş və Ramilə 200 manat pul göndərmişdir. Bundan sonra Carlı kənd sakinlərə məxsus heyvanları oğurlamaq qərarına gəlmişdir. xx.xx.2024-cü il tarixdə günorta saatlarında piyada Carlı kənd sakinlərinin heyvanlarının otladığı yerə doğru getmişdir. Orada təxminən 70-80 baş iri buynuzlu heyvanı nəzarətsiz qaydada otlamışlar. Həmin heyvanların yanına gedib, heyvanları iki hissyə bölüb təxminən 11 başını ayırıb qabağına salaraq Eldənizin fermasına doğru gəlməyə başlamışdır. Gələrkən özünə məxsus olan iri buynuzlu heyvanlarınıda götürmüşdür. Yolda olarkən Qazel sürücüsü Eldənizə zəng edərək heyvanları gətirdiyini alıcıları Eldənizin fermasına gətirməsini bildirmişdir. Təxminən 2-3 saat ərzində Eldənizin fermasına 11 baş iri buynuzlu heyvanları gətirmişdir. Eldəniz adlı sürücüdə tanımadığı 3-4 nəfər şəxslə birlikdə orada onu gözləmişlər. Eldəniz adlı sürücü və onunla gələn onun tanışlarına gətirdiyi heyvanlara baxmışlar. Gətirdiyi heyvanların arasında ümumilikdə 11 başını seçib almışlar. Heyvanları Eldənizin qazelinə yükləyəndə tanışı Ramil və arvadı gəlmişlər. Ümumilikdə həmin şəxslər 11 başa heyvana görə 9.000 manat pul vermişlər. Eldəniz isə 2 başını almış pulunu verərkən Ramilə göndərdiyi 200 manatı çıxmışdır. Təqsirləndirilən şəxs verilmiş suallara cavabında bildirmişdir ki, 11 baş iri buynuzlu heyvanları oğurlayarkən ona heç kim köməklik göstərməmişdir. Oğurluğu tək etmişdir. Oğurluğu edərkən onu heç kim görməmiş və maneəçilik göstərən olmamışdır. Hazırda zərəçəkmiş şəxslərdən oğurladığı heyvanların hamısını qaytarmışdır, oğurladığı heyvanları satarkən əldə etdiyi 9000 manat pulu borclarına vermiş və şəxsi təlabatlarına ödəmişdir. Odur ki, iş üzrə şahidlərdən heyvanları onlara satarkən aldığı pulları isə xərclədiyindən qaytara bilmir, məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs4 ifadəsində göstərdi ki, yaşadığı evin həyətində xırda və iri buynuzlu heyvanlar saxlayır, 7 baş iri buynuzlu heyvanı var, 4 baş inəyi kəndin mal nobatına buraxır. xx.xx.2024-cü il tarixdə digər həmkəndliləri ilə birlikdə 4 baş heyvanını otarmaq üçün həmin nobata göndərmiş, nobatda həmkəndlisi X10 növbədə olmuşdur. Həmin günü saat 18 radələrində heyvanlar gələn vaxt ona məxsus heyvanların gəlmədiyini görmüş və heyvanları axtarıb 3 başını tapmış, bir başın tapa bilməmişdir. Səhəri günü ondan başqa 8 nəfər həmkəndlisinində heyvanları əskik olduğunu öyrənmişdir. Buna görə də məcbur olub Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra isə polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirtmişlər. Daha sonra isə heyvanları sonradan adını bildiyi Təqsirləndirilən şəxs tərəfindən oğurlanıb Muradxan kənd sakinlərinə aparıb satdığını öyrənmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə heyvanlara baxış keçirib heyvanı tanıyandan sonra saxlanması üçün təhvil almışdır. Oğurlanmış heyvanı dişi cinsli, 5-6 yaşlı, qonur rəngli diri çəkisi 350-360 kq, ət çəkisi 150-160 kq, dəyəri isə 1800 manat olub. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs X9 ifadəsində göstərdi ki, yaşadığı evin həyətində xırda və iri buynuzlu heyvanlar saxlayır, 8 baş iri buynuzlu heyvanı var, 5 baş inəyini kəndin mal nobatına buraxır. xx.xx.2024-cü il tarixdə həmkəndli X4 nobat növbəsində olduğu vaxt 5 baş heyvanını otarmaq üçün həmin nobata qoşmuşdur. Həmin günü saat 18 radələrində heyvanlar gələn vaxt ona məxsus heyvanlardan 2 başının gəlmədiyini görmüş, heyvanları axtarıb bir başın tapsa da, digərini tapa bilməmişdir. Səhəri günü ondan başqa 8 nəfər həmkəndlisinində heyvanları əskik olduğunu öyrənmişdir. Həmkəndliləri də itmiş heyvanlardan bəzilərini tapsalarda, ümumilikdə onunla birlikdə 9 nəfərin heyvanlarını tapa bilməmişlər. Buna görə də məcbur olub Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Sonradan isə heyvanları sonradan adını bildiyi Təqsirləndirilən şəxs tərəfindəb oğurlanaraq Muradxan kənd sakinlərinə satdığını öyrənmişlər. Polis əməkdaşları ilə birlikdə heyvanlara baxış keçirib və heyvanları tanıyandan sonra saxlanması üçün təhvil almışdır. Oğurlanmış heyvanı dişi cinsi, 3 yaşlı, ağlı-sarılı rəngli, diri çəkisi 300 kq ət çəkisi isə 150 kq dəyəri isə 3000 manat olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs5 ifadəsində göstərdi ki, yaşadığı evin həyətində xırda və iri buynuzlu heyvanlar saxlayır, 7 baş iri buynuzlu heyvanı var, 3 baş inəyini kəndin mal nobatına buraxır. xx.xx.2024-cü il tarixdə həmkəndli X4 nobat növbəsində olduğu vaxt 3 baş heyvanını otarmaq üçün həmin nobata qoşmuşdur. Həmin günü saat 18 radələrində heyvanlar gələn vaxt ona məxsus heyvanlardan 1 başının gəlmədiyini görmüş, heyvanları axtarsada tapa bilməmişdir. Səhəri günü ondan başqa 8 nəfər həmkəndlisinində heyvanları əskik olduğunu öyrənmişdir. Həmkəndliləri də itmiş heyvanlardan bəzilərini tapsalarda, ümumilikdə onunla birlikdə 9 nəfərin heyvanlarını tapa bilməmişlər. Buna görə də məcbur olub Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Sonradan isə heyvanları sonradan adını bildiyi Təqsirləndirilən şəxs tərəfindəb oğurlanaraq Muradxan kənd sakinlərinə satdığını öyrənmişlər. Polis əməkdaşları ilə birlikdə heyvanlara baxış keçirib və heyvanları tanıyandan sonra saxlanması üçün təhvil almışdır. Oğurlanmış heyvanı dişi cinsi, qırmızı rəngli 3 qarın doğmuşdur, 7 yaşlı, diri çəkisi təxminən 280-300 kq ət çəkisi isə 140-150 kq qiyməti 2700 manat dəyərində olub. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs6 ifadəsində göstərdi ki, yaşadığı evin həyətində xırda və iri buynuzlu heyvanlar saxlayır, 6 baş iri buynuzlu heyvanı var, 3 baş inəyini kəndin mal nobatına buraxır. xx.xx.2024-cü il tarixdə həmkəndli X4 nobat növbəsində olduğu vaxt 3 baş heyvanını otarmaq üçün həmin nobata qoşmuşdur. Həmin günü saat 18 radələrində heyvanlar gələn vaxt ona məxsus heyvanlardan 2 başı qayıdıb gəlmiş, digərini axtarsa da tapa bilməmişdir. Səhəri günü ondan başqa 8 nəfər həmkəndlisinində heyvanları əskik olduğunu öyrənmişdir. Həmkəndliləri də itmiş heyvanlardan bəzilərini tapsalarda, ümumilikdə onunla birlikdə 9 nəfərin heyvanlarını tapa bilməmişlər. Buna görə də məcbur olub Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Sonradan isə heyvanları sonradan adını bildiyi Təqsirləndirilən şəxs tərəfindəb oğurlanaraq Muradxan kənd sakinlərinə satdığını öyrənmişlər. Polis əməkdaşları ilə birlikdə heyvanlara baxış keçirib və heyvanları tanıyandan sonra saxlanması üçün təhvil almışdır. Oğurlanmış heyvanı hər ikisi dişi cinsi, biri ağ rəngli, diri çəkisi 250-kq , ət çəkisi 120 kq 5 yaşlı dəyəri 2000 manat dəyərində, digəri isə sarı rəngli, 10 yaşlı, diri çəkisi 350 kq, ət çəkisi təxminən 175 kq, dəyəri 2500 manat olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs7 ifadəsində göstərdi ki, yaşadığı evin həyətində xırda və iri buynuzlu heyvanlar saxlayır, 10 baş iri buynuzlu heyvanı var, 4 baş inəyini kəndin mal nobatına buraxır. xx.xx.2024-cü il tarixdə həmkəndli X4 nobat növbəsində olduğu vaxt 4 baş heyvanını otarmaq üçün həmin nobata qoşmuşdur. Həmin günü saat 18 radələrində heyvanlar gələn vaxt ona məxsus heyvanların gəlmədiyini görmüş, heyvanları axtarıb 3 başın tapsa da, digərini tapa bilməmişdir. Səhəri günü ondan başqa 8 nəfər həmkəndlisinində heyvanları əskik olduğunu öyrənmişdir. Həmkəndliləri də itmiş heyvanlardan bəzilərini tapsalarda, ümumilikdə onunla birlikdə 9 nəfərin heyvanlarını tapa bilməmişlər. Buna görə də məcbur olub Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Sonradan isə heyvanları sonradan adını bildiyi Təqsirləndirilən şəxs tərəfindən oğurlanaraq Muradxan kənd sakinlərinə satdığını öyrənmişlər. Polis əməkdaşları ilə birlikdə heyvanlara baxış keçirib və heyvanları tanıyandan sonra saxlanması üçün təhvil almışdır. Oğurlanmış heyvanı dişi cinsli, qara rəngli, 4 qarın doğmuşdur, 6-7 yaşı var, diri çəkisi təxminən 350-360 kq , ət çəkisi 150-160 kq, qiyməti 2000 manat dəyərində olub. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs8 ifadəsində göstərdi ki, yaşadığı evin həyətində xırda və iri buynuzlu heyvanlar saxlayır, 3 baş iri buynuzlu heyvanı var, 2 baş inəyini kəndin mal nobatına buraxır. xx.xx.2024-cü il tarixdə həmkəndli X4 nobat növbəsində olduğu vaxt 2 baş heyvanını otarmaq üçün həmin nobata qoşmuşdur. Həmin günü saat 18 radələrində heyvanlar gələn vaxt ona məxsus heyvanlardan 1 başının gəlmədiyini görmüş, heyvanı axtarsada tapa bilməmişdir. Səhəri günü ondan başqa 8 nəfər həmkəndlisinində heyvanları əskik olduğunu öyrənmişdir. Həmkəndliləri də itmiş heyvanlardan bəzilərini tapsalarda, ümumilikdə onunla birlikdə 9 nəfərin heyvanlarını tapa bilməmişlər. Buna görə də məcbur olub Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Sonradan isə heyvanları sonradan adını bildiyi Təqsirləndirilən şəxs tərəfindəb oğurlanaraq Muradxan kənd sakinlərinə satdığını öyrənmişlər. Polis əməkdaşları ilə birlikdə heyvanlara baxış keçirib və heyvanları tanıyandan sonra saxlanması üçün təhvil almışdır. Oğurlanmış heyvanım dişi cinsli, qrımızı rəngli 6 yaşında iki qarın doğmuşdur, təxminən 300 kq ət çəkisi isə 150 kq qiyməti 2500 manat dəyətində olub. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs9 ifadəsində göstərdi ki, yaşadığı evin həyətində xırda və iri buynuzlu heyvanlar saxlayır, 9 baş iri buynuzlu heyvanı var, 4 baş inəyini kəndin mal nobatına buraxır. xx.xx.2024-cü il tarixdə həmkəndli X4 nobat növbəsində olduğu vaxt 4 baş heyvanını otarmaq üçün həmin nobata qoşmuşdur. Həmin günü saat 18 radələrində heyvanlar gələn vaxt ona məxsus heyvanlardan 1 başının gəlmədiyini görmüş, heyvanı axtarsada tapa bilməmişdir. Səhəri günü ondan başqa 8 nəfər həmkəndlisinində heyvanları əskik olduğunu öyrənmişdir. Həmkəndliləri də itmiş heyvanlardan bəzilərini tapsalarda, ümumilikdə onunla birlikdə 9 nəfərin heyvanlarını tapa bilməmişlər. Buna görə də məcbur olub Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Sonradan isə heyvanları sonradan adını bildiyi Təqsirləndirilən şəxs tərəfindəb oğurlanaraq Muradxan kənd sakinlərinə satdığını öyrənmişlər. Polis əməkdaşları ilə birlikdə heyvanlara baxış keçirib və heyvanları tanıyandan sonra saxlanması üçün təhvil almışdır. Oğurlanmış heyvanı dişi cinsli qara rəngli 8-9 yaşında olmuş, diri çəkisi təxminən 380-400 kq ət çəkisi 200 kq qiyməti 3000 manat dəyətində olub. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, yaşadığı evin həyətində xırda və iri buynuzlu heyvanlar saxlayır, 7 baş iri buynuzlu heyvanı var, 6 baş inəyini kəndin mal nobatına buraxır. xx.xx.2024-cü il tarixdə həmkəndli X4 nobat növbəsində olduğu vaxt 5 baş heyvanını otarmaq üçün həmin nobata qoşmuşdur. Həmin günü saat 18 radələrində heyvanlar gələn vaxt ona məxsus heyvanların gəlmədiyini görmüş, heyvanları axtarıb 4 başını tapmış, lakin 1 başını tapa bilməmişdir. Səhəri günü ondan başqa 8 nəfər həmkəndlisinində heyvanları əskik olduğunu öyrənmişdir. Həmkəndliləri də itmiş heyvanlardan bəzilərini tapsalarda, ümumilikdə onunla birlikdə 9 nəfərin heyvanlarını tapa bilməmişlər. Buna görə də məcbur olub Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Sonradan isə heyvanları sonradan adını bildiyi Təqsirləndirilən şəxs tərəfindəb oğurlanaraq Muradxan kənd sakinlərinə satdığını öyrənmişlər. Polis əməkdaşları ilə birlikdə heyvanlara baxış keçirib və heyvanları tanıyandan sonra saxlanması üçün təhvil almışdır. Oğurlanmış heyvanı dişi cinsli idi, 4-5 yaşlarında, diri çəkisi təxminən 350 kq ət çəkisi isə təxminən 180-190 kq, qara rəngli, həmin heyvanın 2500 manat qiyməti vardır. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, yaşadığı evin həyətində xırda və iri buynuzlu heyvanlar saxlayır, 9 baş iri buynuzlu heyvanı var, 5 baş inəyini kəndin mal nobatına buraxır. xx.xx.2024-cü il tarixdə həmkəndli X4 nobat növbəsində olduğu vaxt 5 baş heyvanını otarmaq üçün həmin nobata qoşmuşdur. Həmin günü saat 18 radələrində heyvanlar gələn vaxt ona məxsus heyvanların 2 başının gəlmədiyini görmüş, heyvanları axtarsada tapa bilməmişdir. Səhəri günü ondan başqa 8 nəfər həmkəndlisinində heyvanları əskik olduğunu öyrənmişdir. Həmkəndliləri də itmiş heyvanlardan bəzilərini tapsalarda, ümumilikdə onunla birlikdə 9 nəfərin heyvanlarını tapa bilməmişlər. Buna görə də məcbur olub Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişlər, polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirmişlər. Sonradan isə heyvanları sonradan adını bildiyi Təqsirləndirilən şəxs tərəfindəb oğurlanaraq Muradxan kənd sakinlərinə satdığını öyrənmişlər. Polis əməkdaşları ilə birlikdə heyvanlara baxış keçirib və heyvanları tanıyandan sonra saxlanması üçün təhvil almışdır. Oğurlanmış heyvanı dişi cinsli idi, 4-5 yaşlarında, diri çəkisi təxminən 350 kq ət çəkisi isə təxminən 180-190 kq, qara rəngli, həmin heyvanın 2500 manat qiyməti vardır Oğurlanmış heyvanı hər ikisi dişi cinsi, hər ikisi qara rəngli, birinin 3 qarın doğmuşdur, 6 yaşı diri çəkisi təxminən 300 kq ət çəkisi isə 150 kq qiyməti 2500 manat dəyərində olmuşdur, digər isə onun balası olmuş diri çəkisi 200 kq ət çəkisi isə təxminən 100 kq dəyəri 1500 manat olmuşdur. Hazırda Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, özünə məxsus Qazel markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili var. Nurlan adlı şəxslə təxminən 1 aydır ki tanış olmuşdur. Belə ki, bir ay əvvəl Nurlan özünə məxsus nömrə ilə ona məxsus olan nömrəyə zəng edərək, özünü Nurlan kimi təqdim etmişdir. Həmin şəxsdən nömrəsini kimdən almasını soruşanda o həmkəndlisi Vahiddən aldığını demişdir. Nurlan “hazırda İsmayıllı rayonundayam, dağdan düşəcəm, çoban işi tap mənə”demişdir. Lakin Nurlan heç bir ferma sahibi razılaşmamışdır. Daha sonra Nurlanla danışanda o “mənim üçün ferma tap, arendaya götürüm”demişdir. Ona həmkəndlisi Eldənizin fermasının olduğunu demişdir. Eldənizlə söhbət edib fermasına adam tapdığını demişdir. Nurlanla yenidən danışıb, Eldənizin fermasına baxmaq istədiyini demişdir. Eldənizin fermasın ona göstərmişdir. Nurlan Eldenizin fermasında heyvanları satmaq istədiyini onlara demişdir. O da Həmkəndliləri Xalid, Əlişə zəng edib heyvan olduğunu demişdir. Nurlanın heyvanlarından 3 baş dişi cinsli, 7-8 qarın doğmuş inəkləri hər birini 950 manatdan almışdır. Bir neçə gün sonra isə polis əməkdaşları zəng edib heyvanlar barədə soruşanda onlara hər şeyi etiraf etmişdir. Nurlanın kimliyi barədə bir məlumatı yoxdur, Nurlan heyvanları tək gətirmiş, onun yanına heç kim olmamışdır. Nurlandan heyvanları alarkən, oğurluq olduğunu bilməmiş, çünki Nurlan həmin heyavanların özünə məxsus olduğunu demişdir. Heyvanların alınmasına xərclədiyi 2300 manat pul ona geri qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, fərdi qaydada kənd ərazisində işləyir. xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində Şahid1 zəng edərək, “Eldənizin fermasında iri buynuzlu heyvan satırlar, almaq istəyirsənsə gəl al” demişdir. Buna görə də həmkəndlisi Şahid4 ilə birlikdə Eldənizin fermasına getmişdir. Fermaya gələndə Eldəniz yanında Nurlan adlı oğlan da orada olmuşdur, fermanın içrisində isə 30 başa yaxın iri buynuzlu heyvan var. Xalidlə birlikdə həmin heyvanlara baxış keçirmişdir. Orada olan heyvanlardan üç başını seçmişdir. Həmin heyvanların qiymətini isə Nurlanla söhbət etmişdir. Həmin üç baş iri buynuzlu heyvana 2600 manat pul verib almışdır. Nurlandan heyvanları alarkən özünə məxsus olduğunu, iri buynuzlu heyvanları satıb xırda buynuzlu heyvan saxlayacağını demişdir. Sonradan isə həmin heyvanların oğurluq olduğunu bilmişdir. Həmin heyvanlar zərərçəkmişlərə qaytarılmışdır. Onun heyvanların alınmasına xərclədiyi 2600 manat pul isə ona geri qaytarılmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, fərdi qaydada kənd ərazisində işləyir. xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində həmkəndlisi Şahid1 Eldənizin fermasında iri buynuzlu heyvan satıldığını, almaq istəyirsə almasını demişdir. Buna görə də həmkəndlisi Şahid2 ilə birlikdə Eldənizin fermasına getmişdir. Fermaya gələndə Eldəniz yanında Nurlan adlı oğlan da olmuşdur, fermanın içrisində isə 30 başa yaxın iri buynuzlu heyvan olduğunu görmüşdür. Əlişlə birlikdə həmin heyvanlara baxış keçirtmişdir. Orada olan heyvanlardan üç başını seçmişdir. Həmin heyvanların qiymətini isə Nurlanla söhbət etmişdir. Həmin üç baş iri buynuzlu heyvana 2500 manat pul verib almışdır. Nurlandan heyvanları alarkən özünə məxsus olduğunu, iri buynuzlu heyvanları satıb xırda buynuzlu heyvan saxlayacağını demişdir. Sonradan isə həmin heyvanların oğurluq olduğunu bilmişdir. Zərərçəkmiş şəxslər heyvanlarını tanımış və onlar öz heyvanlarını geri götürmüşlər. Onun heyvanların alınmasına xərclədiyi 2500 manat pul isə ona geri qaytarılmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Carlı kənd sakinləri Zərərçəkmiş şəxs6 Mirəli qızı, Zərərçəkmiş şəxs2, X11, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs5 və X7 Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək, heyvanlarının çöl sahədən naməlum şəxs tərəfindən oğurlandığını bildirmişlər, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır (cild 1, i/v 1); - xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, X6, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8 Zərərçəkmiş şəxs5 Zərərçəkmiş şəxs2 məxsus oğurlanmış ümumilikdə 11 baş iri buynuzlu heyvanlar Kürdəmir rayonu Muradxan kənd sakinləri Şahid1, İbişov X15 X8 Xalid Əlikram oğlu tərəfindən alınmışdır. Həmin heyvanlara zərərçəkmiş şəxslərin iştirakı ilə baxış keçirilmiş, zərərçəkmiş şəxslər özlərinə məxsus heyvanları əlamətlərinə görə tanımışlar. Bu səbəbdən həmin heyvanlar Şahid1, Şahid2, Şahid3 və Şahid4 götürülərək zərərçəkmiş şəxslərə saxlanması üçün təhvil verilmişdir (cild 1/, i/v 36-44); - “zərərçəkmiş şəxs qismində tanınma haqqında” qərarlardan görünür ki, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs9, X9, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs3 zərərçəkmiş şəxs qismində tanınmışlar (cild 1, i/v 61,72,83,95,110,121,133,144,155); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, cinayətin predmeti olan Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, X9, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 11 baş iri buynuzlu heyvan maddi sübut kimi tanınaraq saxlanması üçün zərərçəkmişlərə təhvil verilmişdir (cild 1, i/v 164); - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, həmin gün saat 15:30-da Təqsirləndirilən şəxs cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (cild 1, i/v 215-216); - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünün yoxlanması məqsədi ilə, Kürdəmir rayonu Carlı kəndi ərazisində yerləşən otlaq sahəsinə gedərək, xx.xx.2024-cü il tarixdə günorta saatlarında orada nəzarətsiz qaydada otlayan iri buynuzlu heyvanlardan 11 başını oğurlayaraq aparıb satdığını əyanı olaraq göstərərək ifadəsində göstərdiyi xüsusatları orada təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmiş və fotoşəkilləri çəkilərək cinayət işinə əlavə edilmişdir (cild 1, i/v 197- 200); - xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs tanınması üçün Şahid1 təqdim edilmiş, Şahid1 Təqsirləndirilən şəxs tanıyaraq həmin şəxsin özünü Nurlan kimi təqdim edib heyvanları satan şəxs olduğunu bildirmişdir. Bu barədə protokol tərtib edilərək cinayət işi materiallarına əavə edilmişdir (cild 1, i/v 227-228); - xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ittiham elan edilmiş, həmin tarixdə barəsində Kürdəmir rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir (cild 1, i/v 229-230, 248-253); - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Kürdəmir Rayon Məhkəməsinin qərarına əsasən Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 (iki) ay, yəni 07 mart 2025-ci il tarixədək uzadılmışdır (cild 2, i/v 45-47); - Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, X9, Əzimov X5 Mirvari Məlik qızı, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 eyni məzmunlu ərizələrlə RPŞ-nə ilə müraciət edərək məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli 9/8689 nömrəli rəyi ilə razı olmadıqlarını, ifadələrinə uyğun heyvanlarının qiymətləndirilməsini xahiş etmişlər (cild 2, i/v 49-57); - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir (cild 2, i/v 97- 98); - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (cild 2 i/v 9-10); - Məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/8689 nömrəli qərarından görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 10 adda iribuynuzlu heyvanların 2024-cü ilin sentyabr ayına olan tarixə orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 21800,00 manat müəyyən edilir, o cümlədən: - Zərərçəkmiş şəxs3 məxsus iribuynuz heyvan-2400,00 manat; - Zərərçəkmiş şəxs4 məxsus iribuynuzlu heyvan - 2000,00 manat; - Zərərçəkmiş şəxs7 məxsus iribuynuzlu heyvan - 2000,00 manat; - Zərərçəkmiş şəxs6 məxsus iribuynuzlu heyvan - 1550,00 manat. - Zərərçəkmiş şəxs6 məxsus iribuynuz heyvan - 2100,00 manat; - X6 məxsus iribuynuzlu heyvan- 1950,00 manat; - Zərərçəkmiş şəxs9 oğluna məxsus iribuynuzlu heyvan - 2600,00 manat, - Zərərçəkmiş şəxs8 məxsus iribuynuzlu heyvan - 1950,00 manat. - Zərərçəkmiş şəxs5 məxsus iribuynuzlu heyvan - 1900,00 manat. - Zərərçəkmiş şəxs2 məxsus iribuynuz heyvan - 3350,00 manat; Həmin iribuynuzlu heyvanların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir. Qeyd: Heyvan satışı bazarlarında mövcud olmuş tələb-təklifdən, heyvanın sağlamlıq durumundan, yaşından, cinsindən, çəkisindən, köklük dərəcəsindən və digər əlamətlərindən ası olaraq müəyyən edilmiş qiymətdə qismən dəyişiklik olması istisna edilmir. Aparılmış tədqiqatın dəyəri 50 (əlli) manat təşkil edir (cild 2, i/v 31-34); - Təqsirləndirilən şəxs doğum haqında şəhadətnaməni və şəxsiyyət vəsiqəsi ümumiyyətlə almadığından, onun barəsində Qobustan rayonu, Xilmilli kənd İƏD üzrə nümayəndəliyindən fotoşəkilli arayış alınaraq istintaq materiallarına əlavə edilmişdir (cild 2, i/v 59); - Qobustan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(026)-107/2025 nömrəli qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs doğum faktının qeydə alınması barədə ərizəsi təmin edilərək, atası 01 iyul 1952-ci iul təvəllüdlü X14 və anası 28 iyun 1959-cu il təvəllüdlü X3 olan Təqsirləndirilən şəxs 14 iyun 1994-cü il tarixdə Qobustan rayonu Xilmilli kəndində doğulması faktı müəyyən edilmişdir (cild 2, i/v 91-96); İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxslərin ərizələrindən görünür ki, onların Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 177.2.4-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq xeyli miqdarda talama –bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəfləridir; 198.1-ci maddəsinə əsasən Bu Məcəllənin 197.1.1, 197.1.2, 197.1.4, 197.1.5-1, 197.1.6—197.1.9-cu maddələrində sadalanan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər; Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanın ödənilməsini (CM- 59.1.13) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların isə müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri, Təqsirləndirilən şəxs oğurladığı heyvanların polis əməkdaşları tərəfindən tapılaraq zərərçəkmiş şəxslərə qaytarılsa da onların satışından əldə etdiyi pulların iş üzrə şahidlər Şahid1, Şahid2 və Şahid4 qaytarılmaması nəzərə alınmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin islah olunması yalnız onun cəmiyyətdən təcrid edilməsi yolu ilə mümkün olduğuna görə ona müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hal, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalı, cəzaçəkmə müddətinin başlanğıcı həbs olunduğu tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalı, iş üzrə maddi sübut Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, X9, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 11 baş iri buynuzlu heyvan maddi sübut kimi tanınaraq saxlanması üçün zərərçəkmişlərə təhvil verilməsi nəzərə alınmalı, ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia və müsadirə ediləcək əmlak yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE**********002088501, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ 41, NABZ013601**********3944 SFİFT BİK CTREAZ22 hesaba keçirilsin. İş üzrə maddi sübut olan Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs6, X9, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs8, Zərərçəkmiş şəxs5 və Zərərçəkmiş şəxs2 məxsus ümumilikdə 11 baş iri buynuzlu heyvanların zərərçəkmiş şəxslərə təhvil verilməsi, mülki iddia və müsadirə ediləcək əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərdiyi cəmi 25 (iyirmi beş) saat hüquqi yardıma görə fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 150 (yüz əlli) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev
Məhkəmə qərarları › İş №1(041)-52/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-52/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver