Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-53/2023 27.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1988-ci il tarixdə Kürdəmir rayonu Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2021-ci ilin mart ayında tanışı – xx.xx.1987-ci il tarixdə ünvan 2 ünvanda qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs Kürdəmir rayonu Atakişili kəndi ərazisində sonuncunun icarəyə götürdüyü fermada çoban kimi baxmaq və saxlamaq üçün 450 baş xırdabuynuzlu heyvanları təhvil almış, həmin heyvanlardan 300 başını Zərərçəkmiş şəxs hissə-hissə satdıqdan sonra ona etibar edilmiş qalan 150 baş xırdabuynuzlu heyvanları 2021-ci ilin avqust ayından 2022-ci ilin sentyabr ayınadək olan müddətdə vahid niyyətlə Kürdəmir rayonu Atakişili kəndi ərazisindəki özünə məxsus fermada qəsdən talamış, yəni ona etibar edilmiş özgə əmlakını xeyli miqdarda–30000 manat dəyərində ziyan vurmaqla mənimsəmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, fərdi təsərrüfatla məğul olur. Zərərçəkmiş şəxs 2004-cü ildən etibarən tanıyır. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Tərlanla münasibətləri normal olmuşdur. O Tərlana məxsus parnikdə mühafizəçi işləmiş, mühafizəçi işindən başqa, Kürdəmir rayonu ərazisində xırda buynuzlu heyvanlar saxlamışdır. Gecələr mühafizəçi işləmiş, gündüzlər isə heyvanlarına baxmışdır. Tərlanla münasibətləri normal olduğuna görə, 2021-ci ildə Tərlan ona xırda buynuzlu heyvan alacağı təqdirdə onlara çobanlıq edərək nəzarət edə biləcəyini soruşmuşdur. O Tərlanı xırda buynuzlu heyvan alıb ona verəcəyi təqdirdə öz əmlakı kimi saxlayacağına inandırmışdır. Bu səbəbdən Tərlan onunla razılaşmış və ona aylıq 450 manat məvacib verməklə heyvanlarına nəzarət etmək üçün maaşa danışmışlar. Bundan sonra Tərlan Kürdəmir rayonu Atakişili kəndi ərazisində 65 ha örüş sahəsini ferması ilə birlikdə icarəyə götürmüşdür. 2021-ci ilin mart ayında hissə-hissə olmaqla təxminən 10 gün müddətinə 300 baş dişi cinsi və 150 baş erkək cinsli 1 yaşlı quzu alıb həmin fermaya gətirmişdir. Bundan sonra o da özünə məxsus 60 baş qoyunları Tərlanın icarəyə götürdüyü fermaya gətirmişdir. Tərlan tanışları Şahid4, Şahid5 və Şahid3lə birlikdə heyvanları sayaraq ona təhvil vermiş, o da sayaraq qəbul etmişdir. Bundan təxminən 3-4 ay keçəndən sonra Tərlan heyvanlarından hissə-hissə satmağa başlamışdır. Heyvanlardan ümumilikdə 300 başını satmışdır. 2021-ci ilin avqust ayında 150 baş ana qoyun qalanda o Tərlana həmin heyvanları satmamasını və onları birlikdə çoxaldaraq əmək haqqı kimi isə doğulacaq quzuların 3-də birini ona verməsini, bunun əvəzində isə heyvanlara baxacağını və nəzarət edəcəyini təklif etmişdir. Tərlan onunla razılaşmış və 150 baş qoyun onda qalmışdır. O Tərlana ölən və itən heyvanların onluq olduğunu deyərək razılaşmış, Tərlana məxsus 150 baş qoyunu Atakişili kəndində yerləşən öz fermasına apararaq 1 il ərzində saxlamış, həmin il ərzində Tərlan fermaya gəlməmiş və heyvanları saymamışdır. Həmin vaxt fermada o əmisi oğlu Şahid1 və tanışı Şahid2lə birlikdə qoyunlarını otarmışdır. Tərlan tez-tez zəng edib qoyunları soruşanda heç bir problemin olmadığını, heyvanların balalamağa davam etdiyini, arada isə doğulan quzuların sayını demişdir. 2022-ci ilin avqust ayında Tərlana pul lazım olduğuna görə heyvanları satmaq istədiyini demiş, o da heç bir problem olmadığını, heyvanların normal köklükdə olduğunu, rahat kimə istəsə sata biləcəyini demişdir. Tərlan birinci quzuları satmalarını demiş və quzuları Elnurun qəssəbxanasına verməsini tapşırmışdır. Bundan sonra hissə-hissə 70 baş quzunu Tərlanın tanışı Elnur adlı şəxsin qəssəbxanasına gətirib vermişdir. Quzuların 70 başını satandan sonra o da əmək haqqı kimi 46 başını özü götürmüşdür. Tərlan ana qoyunları satmaq istəyəndə ona 40 baş ana qoyunun 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarında öldüyünü demişdir. Tərlan ona bu heyvanlar qışda ölübsə ona indi niyə dediyini soruşanda o Tərlana ölən heyvanları öz quzuları ilə əvəz etmək istədiyini, lakin alınmadığından 40 baş qoyunun əskik olduğunu demişdir. Sonradan Tərlan heyvanlarını satmaq istədiyini deyəndə ona yerdə qalan qoyunların hamısının yemdən zəhərlənərək öldüyünü demişdir. Birinci bu barədə Tərlana demək istəməmiş, öz qoyunlarını Tərlana vermək istəmiş, 40 baş qoyunun öldüyünü Tərlana deyəndən sonra isə Tərlanın və onun bütün heyvanları yemdən zəhərlənib kütləvi ölmüşlər. Tərlan ona 450 baş qoyunu sayıb təhvil verərkən Şahid4, Şahid5 və dostu Abbas yanlarında olmuş, o da sayıb təhvil almışdır. Bununla bağlı Tərlanla arasında şifahi formada razılaşma olmuşdur. 150 baş qoyunun ölməsi ilə bağlı onda hər hansı sübut yoxdur. Həmin heyvanların hamısının zəhərlənərək ölməsini onunla birlikdə fermada qoyun otaran əmisi oğlu Şahid1 və Şahid2 görmüşdür. Onlar bu faktı təsdiq edə bilər. Zərərçəkmiş şəxs dəymiş ziyandan 12020 manat ödədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin ilk dəfə cinayət törətməsini, əməlindən səmimi peşman olmasını, dəymiş zərərdən qismən ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alıb, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, o, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Poliklinika şöbəsində həkim stamotoloq işləyir. Həmçinin işdən kənar vaxtlarda fərdi təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs 2004-cü ildən etibarən tanıyır. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Pərvizlə münasibətləri normal olmuşdur. Əvvəllər Pərviz ona məxsus parnikdə mühafizəçi işləmişdir. Həmçinin 2009-2010-cu illərdə Pərvizə saxlaması üçün 60 baş quzu verərək 4-5 ay sonra həmin quzuları satmaqla hər ikisi gəlir əldə etmişdir. Buna görə Pərvizə inamı olmuşdur. Pərvizin özünün Kürdəmir rayonu Atakişili kəndində kiçik ferması vardır. 2021-ci ilin mart ayında Pərvizə xırda buynuzlu heyvan alacağı təqdirdə onlara çobanlıq edərək nəzarət edə bilib-bilməyəcəyini soruşmuşdur. Pərviz ona xırda buynuzlu heyvan alıb verəcəyi təqdirdə özünün əmlakı kimi saxlayacacağına onu inandırmışdır. Bu səbəbdən Pərvizlə aylıq 450 manat məvacib müqabilində heyvanlarına nəzarət etmək üçün razılaşmışdır. Bundan sonra Kürdəmir rayonu Atakişili kəndi ərazisində 65 ha örüş sahəsini ferması ilə birlikdə icarəyə götürmüşdür. 2021-ci ilin mart ayında hissə-hissə olmaqla təxminən 10 gün ərzində 300 baş dişi cinsi və 150 baş erkək cinsli 1 yaşlı quzu alıb həmin fermaya gətirmişdir. Həmin gün Pərviz də özünə məxsus qoyunları onun icarəyə götürdüyü fermaya gətirmişdir. Tanışları Şahid4, Şahid5 və Şahid3lə birlikdə heyvanları sayaraq Pərvizə təhvil vermişdir. Bundan təxminən 2-3 ay keçəndən sonra heyvanlarından hissə-hissə satmağa başlamış, ümumilikdə 300 başını satmışdır. 2021-ci ilin avqust ayında fermada 150 baş ana qoyun qalanda Pərviz həmin heyvanları satmamasını və onları birlikdə çoxaltmalarını, əmək haqqı kimi isə doğulacaq quzuların 3-də birini ona verəcəyini, bunun əvəzində isə o, heyvanlarına baxacağını və nəzarət edəcəyini demişdir. Buna görə Pərvizə 150 baş ana qoyunu saxlaması üçün razılıq vermişdir. Pərviz həmin qoyunları öz fermasına aparmışdır. Pərviz ona itən və ölən heyvanların onluq olduğunu yəni özü əvəz edəcəyini demişdir. Pərviz ona məxsus 150 baş qoyunu 1 il ərzində saxlamış, o Pərvizə etibar etdiyinə görə həmin il ərzində heyvanları saymamış və gedib baxmamışdır. Pərvizdən tez-tez heyvanlar barədə soruşanda heç bir problem olmadığını, heyvanların balalamağa davam etdiyini, arada isə doğulan quzuların sayını da demişdir. 2022-ci ilin avqust ayında ona pul lazım olduğuna görə heyvanları satmaq istədiyini Pərvizə demiş, Pərviz isə ona satmaqda heç bir problem olmadığını, heyvanların normal köklükdə olduğunu, kimə istəsə rahat sata biləcəyini demiş, həmçinin 116 baş quzu balaladığını bildirmişdir. Pərvizə birinci quzuları satmasını, əvvəlcə razılaşdıqları kimi quzuların üçdə birini ona vermişdir. Bundan sonra Pərviz hissə-hissə 70 baş quzunu Elnur adlı şəxsin qəssəbxanasına gətirib satmışdır. Quzuların 70 başını satandan sonra Pərviz əmək haqqı kimi 46 baş quzunu özü götürdüyünü demişdir. O yerdə qalan ana qoyunları satmağa başlayanda, Pərviz ona problem olmadığını demişdir. Bir müddət sonra Pərviz ona zəng edib görüşmək istədiyini demiş, görüş zamanı Pərviz ona 20 baş ana qoyunun guya qışda öldüyünü, digər heyvanları sata biləcəyini, yazda öz xeyrindən 20 baş qoyunu ona qaytaracağını demişdir. Bir müddət keçəndən sonra Pərviz ona 20 baş qoyundan əlavə 20 baş qoyunun da yolmadığını, guya qışda öldüklərini və ümumilikdə onun 40 baş qoyunu 2021-ci ilin dekabr və 2022-ci ilin yanvar aylarında öldüyünü demişdir. O Pərvizə əgər heyvanlar o vaxt ölmüşdülərsə ona niyə vaxtında demədiyini soruşanda Pərviz ona guya utandığından demədiyini demişdir. 2022-ci ilin sentyabr ayında Pərviz ona and verib yerdə qalan 110 baş qoyunu satmamasını, həmin heyvanları ona verməsini, gələn yazda ümumi qoyunların dəyərini, yəni 30.000 manat pulu tam şəkildə verəciyini demişdir. Pərvizə qalan qoyunlara gəlib baxacağını, bu barədə sonra söhbət edəcəklərini demişdir. Bir neçə gün sonra heyvanlarına baxmaq üçün Pərvizə nə qədər zəng etsə də zənglərinə cavab verməmiş, daha sonra isə telefonunu söndürmüşdür. Sonra isə Pərvizin atası Fəzayıl ona zəng edərək Pərvizin işləmək üçün Bakıya getdiyini, fermada 40 baş qoyun qaldığını bildirmişdir. Buna görə də o Kürdəmir RPŞ-nə müraciət edərək 110 baş heyvanının Pərviz tərəfindən mənimsənildiyini bildirmişdir. O, Pərvizə ümumilikdə 150 baş ana qoyunu etibar etmiş, şikayət ərizəsi yazmamışdan əvvəl fermaya gedib baxanda 40 baş qoyunu orada görüb həmin heyvanların ona məxsus olduğunu düşünmüşdür. Bu səbəbdən ərizəsində 110 baş kimi qeyd etmişdir. Lakin sonradan həmin 40 baş qoyunun Pərvizin özünə məxsus olduğunu, Pərvizin onun 150 baş qoyununu mənimsədiyini bilmişdir. 150 baş qoyunu sayıb təhvil verərkən tanışı Şahid4, Şahid5 və Pərvizin dostu Şahid2 orada olmuşlar. Pərvizlə arasında şifahi formada razılaşma olmuşdur. Pərvizə heyvanları sayıb təhvil verəndən sonra həmin fermaya getməmişdir. Buna səbəb isə Pərviz ona demişdir ki, o heyvanları başqa iki nəfərlə birlikdə növbəli şəkildə otarırlar, həmin şəxslərə qoyunların hamısının ona məxsus olduğunu söyləyib, oraya gedəcəyi təqdirdə Pərvizin yalanı üzə çıxa bilər. O da Pərvizə inanıb etibar etdiyinə görə fermaya gedib baxmamışdır. 2021-ci ilin avqust ayında 150 baş dişi cinsli, 1 yaş yarımlıq, hər birinin diri çəkisi təxminən 45 kiloqram, sağlam və hər birinin orta bazar qiyməti 200 (iki yüz) manat olan ana qoyunları Təqsirləndirilən şəxs Fəzail oğluna təhvil vermişdir.Cinayət nəticəsində ona ümumilikdə 30000 (otuz min) manat maddi ziyan dəymişdir. Həmin ziyandan 12020 manat ödənildiyini, 17980 manat ödənilmədiyini bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsində həmçinin Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyanın qismən ödənildiyini, onunla barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını və ona həbslə bağlı olmayan cəza verilməsini və onun mülki iddiasının təmin edilməsini xahiş edərək və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Kürdəmir rayonunda fərdi təsərrüfatla məğul olmaqla xırda buynuzlu heyvan saxlayır. Təqsirləndirilən şəxs Fəzail oğlu onun əmisi oğludur, Zərərçəkmiş şəxs isə təxminən 2 ildir ki, tanıyır. Onlarla ədavəti və düşmənçiliyi yoxdur. Pərviz əvvəl Tərlanın parnikində mühafizəçi işləmişdir. Pərviz mühafizə işindən başqa isə qoyunlarını onun yanında saxlamışdır. Təxminən 2021-ci ilin mart ayında Tərlan icarəyə ferma götürmüş və Pərvizə ümumilikdə 450 baş qoyunu saxlamaq üçün sayıb təhvil vermişdir. Onlar birinci Tərlanın icarəyə götürdüyü fermada heyvanlarını saxlamış, 3-4 ay sonra isə heyvanları onun fermasına gətirmişlər. 2021-ci ilin dekabr - 2022-ci ilin yanvar ayında heyvanlarından bir qismi zəhərlənib ölmüşdür. Həmin vaxt ona məxsus 4 baş qoyun, Pərvizin özünə məxsus heyvanlarla Tərlanın saxladığı heyvanlarla birlikdə təxminən 16-17 baş qoyunu, Abbasın isə 19 baş qoyunu ölmüşdür. Bundan başqa isə fermada heyvanların ölüm hadisəsi olmamışdır. Pərviz ona Tərlana məxsus heyvanları özünə məxsus heyvan olduğunu demişdir. O Tərlanın cəmi 50-55 baş qoyunu Pərvizə saxlamağa verdiyini düşünmüşdür. Lakin sonradan Tərlanın Pərvizdən şikayət etdiyini və ona etibar etdiyi 150 baş qoyunu Pərvizin mənimsədiyini bilmişdir. Tərlan Pərvizə 450 baş qoyunu sayıb təhvil verərkən orada olmasa da sonradan Tərlanın Pərvizə 450 baş qoyunu sayıb təhvil vermişdiyini öyrənmişdir. Pərvizlə birlikdə ölən heyvanlarını çirkab suların axıdıldığı kanala atsalar da, Tərlana məxsus 150 baş qoyunun ölməsini görməmiş, həmin qoyunların cəsədlərini Pərvizlə birlikdə kanala atmamışdır. Pərviz bu barədə öz ifadəsində yalan danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Kürdəmir rayonunda fərdi təsərrüfatla məğul olmaqla xırda buynuzlu heyvan saxlayır. O Pərviz və Arizlə bir yerdə heyvan saxlamışdır. Zərərçəkmiş şəxs isə təxminən 2 ildir ki tanıyır. Pərviz və Tərlanla ədavəti və düşmənçiliyi yoxdur. Pərviz əvvəl Tərlanın parnikində mühafəçi işləmişdir. Pərviz mühafizə işindən başqa isə qoyunlarını onların yanında saxlamışdır. O Tərlanla heyvanlarını Tərlanın icarəyə götürdüyü fermaya aparanda tanış olmuşdur. Tərlan icarəyə götürdüyü fermada Pərvizə ümumilikdə 450 baş qoyunu saxlamaq üçün sayıb təhvil vermişdir. Həmin vaxt orada o, Tərlan özü, Pərviz və Tərlanın yanında başqa iki nəfər adlarını bilmədiyi şəxs olmuşdur. Onlar birinci Tərlanın icarəyə götürdüyü fermada heyvanlarını saxlamış, 3-4 ay sonra isə heyvanları onun fermasına gətirmişlər. 2021-ci ilin dekabr - 2022-ci ilin yanvar ayında heyvanlarından bir qismi zəhərlənib ölmüşdür. Həmin vaxt ona məxsus 19 baş qoyun, Pərvizin özünə məxsus heyvanlarla Tərlanın saxladığı heyvanlarla birlikdə təxminən 16-17 baş qoyunu, Arizin isə 4 baş qoyunu ölmüşdür. Bundan başqa isə fermada heyvanların ölüm hadisəsi olmamışdır. Pərviz ona Tərlana məxsus heyvanları özünə məxsus heyvan olduğunu demişdir. O Tərlanın cəmi 45-50 baş qoyunu Pərvizə saxlamağa verdiyini düşünmüşdür. Lakin sonradan Tərlanın Pərvizdən şikayət etdiyini və ona etibar etdiyi 150 baş qoyunu Pərvizin mənimsədiyini bilmişdir. 2022-ci ilin oktyabr ayında o öz heyvanlarını götürərək həmin fermadan çıxmışdır.Tərlan Pərvizə 450 baş qoyunu sayıb təhvil verərkən orada orada olmuş və buna şahidlik etmişdir. Pərvizlə birlikdə ölən heyvanlarını çirkab suların axıdıldığı kanala atsalar da, Tərlana məxsus 150 baş qoyunun ölməsini görməmiş, həmin qoyunların cəsədlərini Pərvizlə birlikdə kanala atmamışdır. Pərviz bu barədə öz ifadəsində yalan danışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Kürdəmir rayonunda fərdi təsərrüfatla məşğul olur. Zərərçəkmiş şəxs uzun illərdir ki tanıyır. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs isə təxminən 4-5 ildir ki tanıyır, Tərlanla da Pərvizin münasibəti normal olmuşdur. 2021-ci ildə Pərviz Tərlana xırda buynuzlu heyvan alıb ona verməyi təklif etmişdir. Bundan sonra Tərlan Kürdəmir rayonu Atakişili kəndi ərazisində 65 ha örüş sahəsini ferması ilə birlikdə icarəyə götürmüşdür. 2021-ci ilin mart ayında Tərlan hissə hissə olmaqla ümumilikdə 300 baş dişi cinsi və 150 baş erkək cinsli 1 yaşlı quzu alıb həmin fermaya gətirmişdir. Bundan sonra Pərviz də özünə məxsus 60 baş qoyunları Tərlanın icarəyə götürdüyü fermaya gətirmişdir. Tərlan onun, Şahid5, və Şahid4 iştirakı ilə heyvanları sayaraq Pərvizə təhvil vermişdir. Bundan təxminən 2-3 ay keçəndən sonra Tərlan heyvanlarından hissə-hissə satmağa başlamış, ümumilikdə 300 başını satmışdır. Bundan biraz müddət keçəndən sonra isə Pərvizin Tərlana məxsus 150 baş qoyunun öldüyünü deyərək Tərlana qaytarmadığını eşitmişdir. Pərviz isə həmin 150 baş qoyunun zəhərlənib öldüyünü demişdir. Lakin o həmin qoyunların taleyi barədə məlumatı yoxdur. O yalnız qoyunları sayıb təhvil verərkən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Kürdəmir rayonunda fərdi təsərrüfatla məşğul olur. Zərərçəkmiş şəxs uzun illərdir ki tanıyır. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Tərlanla da Pərvizin münasibəti normal olmuşdur. 2021-ci ildə Pərviz Tərlana xırda buynuzlu heyvan alıb ona verməyi təklif etmişdir. Bundan sonra Tərlan Kürdəmir rayonu Atakişili kəndi ərazisində 65 ha örüş sahəsini ferması ilə birlikdə icarəyə götürmüşdür. 2021-ci ilin mart ayında Tərlan hissə hissə olmaqla ümumilikdə 300 baş dişi cinsi və 150 baş erkək cinsli 1 yaşlı quzu alıb həmin fermaya gətirmişdir. Bundan sonra Pərviz də özünə məxsus 60 baş qoyunları Tərlanın icarəyə götürdüyü fermaya gətirmişdir. Tərlan onun, Şahid4 və Şahid3 iştirakı ilə heyvanları sayaraq Pərvizə təhvil vermişdir. Bundan təxminən 2-3 ay keçəndən sonra Tərlan heyvanlarından hissə-hissə satmağa başlamış, ümumilikdə 300 başını satmışdır. Bundan biraz müddət keçəndən sonra isə Pərvizin Tərlana məxsus 150 baş qoyunun öldüyünü deyərək Tərlana qaytarmadığını eşitmişdir. Pərviz isə həmin 150 baş qoyunun zəhərlənib öldüyünü demişdir. Lakin o həmin qoyunların taleyi barədə məlumatı yoxdur. O yalnız qoyunları sayıb təhvil verərkən iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, 2016-cı ildən Kürdəmir rayon Gigiyena və Epidemiologiya mərkəzinin Sanitar Gigiyena şöbəsinin müdiri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs rayon sakini kimi tanıyır. Tərlanla və Pərvizlə arasında ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs və atası Fəzayılın Atakişili kəndində fermaları vardır. Fermada xırdabuynuzlu heyvanlar-qoyun saxlayırlar. Təqsirləndirilən şəxs qoyunlarını saxladığı fermada 2021-ci ilin dekabr - 2022ci ilin yanvar aylarında heyvanların kütləvi zəhərlənməsindən və heyvanların tələf olmasından məlumatı yoxdur. Çirkab suların axıdıldığı həmin kanala Pərviz tərəfindən qoyunların cəsədlərinin atılmasından məlumatı yoxdur. Əgər həmin kanala ölmüş heyvanlar atılsaydı, bir müddətdən sonra həmin heyvanların leşləri suyun üzərinə çıxardı. Bu da nəticədə həmin yerdə kəskin qoxuya səbəb olar və kənd sakinləri, eləcə də, ətrafda yaşayan şəxslər tərəfindən hiss edilər, təmizlənməsi üçün aidiyyəti üzrə digər qurumlara müaciət olunardı. Məhkəmə iclasında şahid qismində dindriliş Şahid7 ifadəsində göstərdi ki, 2020-ci ildən Kürdəmir rayon Atakişili kənd bələdiyyəsinin sədri vəzifəsində çalışır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs rayon sakini tanıyır. Tərlanla və Pərvizlə arasında ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs və atası Fəzayılın Atakişili kəndində fermaları vardır. Fermada xırdabuynuzlu heyvanlar-qoyun saxlayırlar. Təqsirləndirilən şəxs qoyunlarını saxladığı fermada 2021-ci ilin dekabr - 2022-ci ilin yanvar aylarında heyvanların kütləvi zəhərlənmə olmasından və heyvanların tələf olmasından məlumatı yoxdur. Çirkab suların axıdıldığı həmin kanala Pərviz tərəfindən qoyunların cəsədlərinin atılmasından məlumatı yoxdur. Əgər həmin kanala ölmüş heyvanlar atılsaydı, bir müddətdən sonra həmin heyvanların leşləri suyun üzərinə çıxardı. Bu da nəticədə həmin yerdə kəskin qoxuya səbəb olar və kənd sakinləri, eləcə də, ətrafda yaşayan şəxslər tərəfindən hiss edilər, təmizlənməsi üçün aidiyyəti üzrə digər qurumlara müaciət olunardı. Həmin kanala ölmüş heyvanların atılması ilə bağlı bələdiyyəyə hər hansı müraciət daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, 2017-ci ildən Kürdəmir rayon Atakişili kənd icra nümayəndəsi vəzifəsində çalışır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs rayon sakini tanıyır. Tərlanla və Pərvizlə arasında ədavət və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs və atası Fəzayılın Atakişili kəndində fermaları vardır. Fermada xırdabuynuzlu heyvanlar-qoyun saxlayırlar. Təqsirləndirilən şəxs qoyunlarını saxladığı fermada 2021-ci ilin dekabr - 2022-ci ilin yanvar aylarında heyvanların kütləvi zəhərlənmə olmasından və heyvanların tələf olmasından məlumatı yoxdur. Çirkab suların axıdıldığı həmin kanala Pərviz tərəfindən qoyunların cəsədlərinin atılmasından məlumatı yoxdur. Əgər həmin kanala ölmüş heyvanlar atılsaydı, bir müddətdən sonra həmin heyvanların leşləri suyun üzərinə çıxardı. Bu da nəticədə həmin yerdə kəskin qoxuya səbəb olar və kənd sakinləri, eləcə də, ətrafda yaşayan şəxslər tərəfindən hiss edilər, təmizlənməsi üçün aidiyyəti üzrə digər qurumlara müaciət olunardı. Həmin kanala ölmüş heyvanların atılması ilə bağlı icra nümayəndəliyinə hər hansı müraciət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçının Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə İca Nümayəndliyinin xx.xx.2023-cü il tarixli 1069 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikldə Kürdəmir ayonu Atakişili kəndində yaşayır və himayəsində 3 azyaşlı uşaqları vardır. (bax iş vər.138) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə İca Nümayəndliyinin Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.137) İş materialalrına əlavə edilmiş Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-271/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliknika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur.(bax iş vər.154) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Baş Prokurorluğundan daxil olmuş xx.xx.2023-cü il tarixli, 23-0000-xx-xx-000410 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs DİN-in Vahid məlumat axtarış sistemində məhkumluqları barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. (bax iş vər. 153). İş materiallarına əlavə edilmiş Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 16 mart 2023-cü il tarixli 9/1839 saylı rəyinə əsasən: Ekspertiza təyini haqqında qərarda qeyd edilən 150 baş dişi cinsli, 1 yaş yarımlıq, hər birinin diri çəkisi təxminən 45 kq olan qoyunların 2021-ci ilin avqust ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 30000 (150x200) manat müəyyən edilir.(bax iş vər.95-97) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Pərvizin tutulmasını istəmir, ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünü etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 1-ci bəndində göstərildir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirini etiraf etməklə əməlindən peşman olmasını, himayəsində 3 azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə barışaraq onu vurduğu maddi zərəri qismən ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəzanı yüngülləşdirən halları, habelə cəza təyin etmənin ümumi prinsiplərini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır və hesab edir ki, təqsirləndirilən şəxs maddi ziyandan qismən ödəniş etdiyi üçün zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən,yəni maddi ziyanın ödənilməyən hissəsində təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Atakişili kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşadığı Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Zərərçəkmiş şəxs 20000 manat mülki iddianın verilməsinə dair ərizəsinə baxaraq hesab edir ki, ərizədə göstərilənlər, yəni Təqsirləndirilən şəxs Tərlan Cəfərova maddi ziyan vurması ilə bağlı iş materiallarında kifayət qədər sübutlar vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 12.2-ci maddəsinin tələbinə görə cinayətin əlamətləri olan əməldən zərərçəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanmasını tələb etməyə, onun həyata keçirilməsində zərərçəkmiş şəxs və ya xüsusi ittihamçı qismində istirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəğticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışından məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş 30000 manat maddi ziyandan 12020 manat ödənilmiş, 17980 manatı ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia tələbi qismən təmin edilməklə cavabdeh X1 maddi ziyana görə 17980 manat və ödənilmiş 150 manat dövlət rüsumu mülki iddiaçı Zərərçəkmiş şəxs verilməli, mülki iddia tələbi qalan hissədə təmin edilməməlidir. Təqsirləndirilən şəxs 50 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsində göstrilir ki, cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirli bilinərək, ona 03 il müddətə azadlığın məhdudlaşdlrlması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Küdəmir rayonu Atakişili kəndində yerləşən evi gecə saat 22.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayonu İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə verilmiş mülki iddia 17980 manat və dövlət rüsumu olaraq ödənilmiş 150 manat hissədə təmin edilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmün icrası Kürdəmir rayonu İcra və Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-53/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-53/2023
27.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver