Məhkəmə qərarları › İş №1(041)-53/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-53/2024

01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-53/2024 01.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1985-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir rayonu Şüşün kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş,- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xx.xx.2024-cü il tarixdə saat 13 radələrində tanışı Şahid2 vasitəsilə Kürdəmir rayonu Atakişili kəndi ərazisində Şahid1 10 manat pul müqabilində aldığı xeyli miqdarda təmiz çəkisi 0.192 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, eləcə də istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, ümumi təmiz çəkisi 5.47 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 21:15 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu Şüşün kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın qabaq ön sağ cibindən bir ədəd kibrit qutusunda təmiz çəkisi 5.29 qram, bir ədəd siqaret qutusunun içərisində təmiz çəkisi 0.18 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmin siqaret qutusunun içərisində 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.192 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, bir ədəd içərisində heroin izləri olan şüşə ampula aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, narkotik vasitə qurudulmuş marixuanadan və psixotrop maddə metamfetamindən təxminən 5-6 aydır ki istifadə edir. Bu günki günə qədər təxminən 5-6 dəfə metamfetamindən və qurudulmuş marixuanadan istifadə etmişdir. Təxminən 1 həftə əvvəl Şüşün kəndində piyada gəzərkən yerdən sellofan bükümün içərisində nəşə yəni qurudulmuş marixuana tapmışdır. Həmin marixuanın bir hissəsini istifadə etdikdən sonra, qalan hissəsini yaşadığı evə aparıb qoymuşdur. Şahid2 3-4 ildir ki tanıyır. Onunla ədavəti və düşmənçiliyi olmamışdır. Rasimində narktotik vasitələrdən istifadə etdiyini bilmişdir. Çünki əvvəllərdə Rasimlə birlikdə narkotik vasitələrdən istifadə etmişlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində özünə məxsus ***-***-**-** saylı nömrə ilə Rasimin istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edib görüşmək istədiyini demişdir. Rasimlə Kürdəmir şəhərində “Cavidan “marketdə görüşmüşlər. Rasimlə söhbət edəndə ona “mənim üçün metamfetamin alaq ”demiş, Rasim isə“ mənimdə ağrılarım var, mənə 30 manat borca pul ver məndə özüm üçün heroin alım” demişdir. Rasimlə razılaşmış və ona 40 manat pul vermişdir. Rasimlə birlikdə rayon ərazisində biraz gəzmişlər, sonra isə Rasim metamfetamin və heroin alması üçün “Dörd Yol” ərazisində olan Oba marketin yanından sağa dönüb ara küçələrə getmişlər. Lakin Rasimin kimdən narkotik vasitə və metamfetamini aldığını bilməmişdir. Küçədə dayanmış Rasim isə getmiş, təxminən 3-4 dəqiqə sonra Rasim metamfetaminlə heroini alıb gəlmişdir. Metamfetamindən bir hissəsini Rasimlə birlikdə istifadə etmişlər. Sonra isə Kürdəmir rayonu Şüşün kəndinə getmişlər. Evinə girib tapdığı qurudulmuş marixuananın qalan sonuncu hissəsini kibrit qutusuna doldurmuş qalanını isə üzərində olan Palmal siqaret qutusunun içərisinə qoymuşdur. Oradan çıxıb gələndə maşını yolun kənarında saxlamışlar. Bu zaman polis əməkdaşları yaxınlaşmışlar. Rasimlə onu götürüb RPŞ-yə gətirmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, üzərində narkotik vasitə varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra üzərində narkotik vasitə və psixotrop maddə olduğunu etiraf edib, əynində olan şalvarın sağ cibində olan kibrit qutusunu, həmin cibində olan Palmal siqaret qutusunun içərisində olan metamfetamini, limon duzunu, və bir ədəd açıq şəkildə olan qurudulmuş marixuananı çıxarıb təqdim etmişdir. Həmin bükümlər ağ zərfdə qablaşdırılmış, üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Üzərindən aşkar olunan 01 ədəd kibrit qutusunda olan təmiz çəkisi 5.29 qram qurudulmuş marixuananı, 01 ədəd siqaret qutusunun içərisində olan 0.18 qram çəkisi olan qurudulmuş marixuananı, həmin siqaret qutusunun içərisində olan 01 ədəd bükümdə təmiz çəkisi 0.192 qram psixotrop maddə metamfetamini istifadə etmək məqsədi ilə saxlamışdır. Rasimə 10 manat dəyərində psixotrop maddə metamfetamin, özü üçün isə 30 manat dəyərində heroin alması üçün 40 manat pul vermişdir. Rasimlə birlikdə gedib, tanımadığı şəxsdən Rasim alıb gətirmişdir. Rasim özü də narkotik vasitələrdən istifadə etsə də satış ilə məşğul olmamışdır. Üzərindən aşkar edilmiş qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə saat təxminən 18 radələrində Şüşün kəndində yerdən tapmışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində başqa bir cinayət əməli törətməmişdir. Həmin kütlə ona məxsusdur, ona heç bir formada təzyiq göstərilməmişdir. istifadəsində ***-***-**-** saylı nömrədir. Həmin nömrə isə uzun illərdir ki istifadə edir, lakin kimin adına olduğunu bilmir. ***-***-**-** saylı nömrəni təxminən 5-6 il əvvəl istifadə etsə də sonradan istifadə etməmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olmasını və himayəsində 1 azyaşlı uşağının və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oğli ifadəsində göstərdi ki, evli olub boşanmışdır, uşağı yoxdur. Əvvəllər Bakı şəhərində ofisant işləmişdir. Təxminən 2 ildir ki narkotik vasitələrdən istifadə etməyə başlamışdır. 4-5 ay kimi narkotik vasitə heroini çəkmə yolu ilə istifadəndən sonra, damarını deşib inyeksiya yolu ilə heroini qəbul etməyə başlamışdır. Təxminən 1 ildir ki isə Kürdəmir rayonu Atakişili kəndində yerləşən evində yaşayır. Kürdəmir rayonuna gələndən sonra isə heç bir yerdə işləyə bilmədiyinə görə maddi durumu aşağı düşmüşdür. Öz tələbatlarını ödəmək məqsədi ilə narkotik vasitə heroini və psixotrop maddə metamfetamini alıb, satmaq barədə qərara gəlmişdir. Bu məqsədlə sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Rəsul” adlı iran vətəndaşı ilə əlaqə yaratmışdır. Onun dediyi kart hesablarına pul göndərmiş, o isə heroinlə metamfetamini qoyduğu yerin şəkilin atmış, həmin yerə gedib oradan götürmüşdür. Aldığı heroinlə metamfetamini özü bükümlərə ayırıb satışı ilə məşğul olub gündəlik tələbatlarını ödəmişdir. Şahid2 təxminən 4-5 ay olarki tanıyır. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Rasimlə tanış olandan sonra ona ayda 1-2 dəfə narkotik vasitə heroin satmışdır. Sonuncu dəfə “Rəsul”la təxminən xx.xx.2024-cü il tarixdə danışmış 1 qram heroini 80 manata, 0.5 qram metamfetamini isə 40 manata almaq barədə razılaşmışdır. Onun dediyi kart hesabına 120 manat pul göndərmiş, o isə heroinlə metamfetamini isə atdığı Dəmiryolunun kənarının şəkilini atmışdır. Heroin bir bükümdə metamfetamində bir bükümdə olmuşdur. Onları götürüb yaşadığı evə gəlib, onları bükümlərə ayırmışdır. Heroinin bir hissəsini özü istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Rasim özünə məxsus ***-***-**-** saylı nömrəsi ilə ona məxsus ***-***-**-** nömrəsinə zəng edərək ondan 10 manatlıq metamfetamin və 30 manatlıq heroin almaq istədiyini demişdir. Onunla razılaşıb yaşadığı küçəyə gəlməsini demişdir Rasim yaşadığı küçəyə gələrək təkrar zəng edərək çatdığnı bildirmişdir. Küçəyə çıxıb bir bükümdə metamfetamini 10 manata, bir ədəd bükümdə heroini isə 30 manata ona satmışdır. Daha sonra isə xx.xx.2024-cü il tarixdə saat 18:50 radələrində üzərində olan 02 ədəd heroinlə küçəyə çıxmışdır. Təxminən 3-4 dəqiqə piyada gəzdikdən sonra polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirib RPŞ-nə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir. Bu təklifdən sonra əynində olan qara rəngli gödəkçəsinin qabaq sol cibində saxladığı siqaret qutusunun içərisində olan 02 ədəd bükümdə heroini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra isə üzərində ***-***-**-** saylı nömrəni işlətdiyi sadə düyməli İNOİ markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş başqa qanunsuz əşya aşkar edilməmişdir. Təqdim etdiyi 02 ədəd bükümlər müstəntiq tərəfindən açılmış içərisinə baxış keçirilmiş, içərisində toz şəkilli ,qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlələr olduğu müəyyən edilmişir. Daha sonra həmin bükümlər çəkilmiş və çəkiləri 0.10 qram və 0.7 qram olmaları müəyyən edilmişdir. Daha sonra həmin bükümlər ağ zərfdə qablaşdırılmış üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Siqaret və alışqan özünə qaytarılmış telefonu isə ayrıca götürülmüşdür. Üzərindən aşkar olunan 0.126 qram çəkidə olan heroin özünündür. Həmin heroini xx.xx.2024-cü il tarixdə İran vətəndaşı kimi tanıığı Rəsul adlı şəxsin verdiyi hesab nömrəsinə 120 manat pul göndərdikdən sonra metamfetamin və heroin əldə etmişdir. Həmin metamfetamini satmaq və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Arada bir psixotrop maddələrin satışı ilə məşğul olduğuna görə Rasimə də psixotrop maddə metamfetamini 10 manata heroini isə 30 manata satmışdır. Rasimlə telefonla danışıb razılaşdıqdan sonra, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində 10 manat pul müqabilində metamfetamini 30 manata isə heroini Kürdəmir ryonu Atakişili kəndi ərazisində, yaşadığı evin yaxınlığında görüşüb satmışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində başqa hər hansı cinayət əməli törətməmişdir. Həmin kütlə özünə məxsusdur, heç bir formada təzyiq göstərilməmişdir. İstifadəndə ***-***-**-** saylı nömrədir. Şahid2 başqa hec kimə psixotrop maddə satmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oğli ifadəsində göstərdi ki, narkotik vasitə heroindən təxminən 6-7 ildir ki istifadə edir. Bu günki günə qədər təxminən 10-15 dəfə heroindən istifadə etmişdir. Təqsirləndirilən şəxs 3-4 ildir ki tanıyır. Rahildə arada bir psixotrop maddədən və qurudulmuş marixuanadan istifadə etmişdir. Rahillə birlikdə bir neçə dəfə narkotik vasitələrdən istifadə etmişlər. xx.xx.2024-cü il tarixdə Rahil zəng edərək görüşmək istədiyini demişdir. Rahillə “Cavidan” marketin yanında görüşüb birlikdə “Laçın” kafesində çörək yemişlər. Rahillə söhbət zamanı Rahil ona” olsaydı pati çəkərdim”demiş, ona “təşkil edə bilərəm, mənimdə ağrılarım var, mənə borca pul ver məndə özümə heroin alım” demişdir. Rahil ona 10 manatına metamfetamin, 30 manatlıq isə heroin alması üçün 40 manat pul vermişdir. Rahillə birlikdə, “Rəşka“ kimi tanıdığı Kürdəmir rayon sakinin istifadəsində ***-***-**-** saylı nömrəsinə özünə məxsus ***-***-**- ** saylı nömrə ilə zəng edib özü üçün 10 manatlıq metamfetamin, və 30 manatlıq heroin təşkil etməsini və gəlib götürəcəyini demişdir. Rəşka da razlaşmışdır. Rahillə birlikdə Rəşkanın yaşadığı “Dörd Yol” deyilən ərazidə olan oba marketin yanında aralığa girib evinə doğru getmişlər. Rahilə küçənin başında gözləməsini, gedib heroinlə metamfetamini götürüb gələcəyini demişdir. Rəşkanın yaşadığı ünvanına getmiş, Rəşkaya təkrar zəng edərək küçədə olduğunu demişdir. Rəşka küçəyə çıxaraq bir ədəd bükümdə metamfetamini bir ədəd bükümdə isə heroini vermiş, bunların müqabilində isə ona 40 manat pul vermişdir. Rəşkadan onları götürüb Rahilin yanına gəlmişdir. Rahillə birlikdə yarımtikili evin içinə girib metamfetamini və heroini çəkmə yolu ilə istifadə etmişlər. Rahil ancaq metamfetamindən çəksə də, özü hər ikisindən yəni metamfetamindən də və heroindən istifadə etmişdir. Bundan sonra isə Rahil marixuana çəkmək istəmişdiri. Buna görə də onun yaşadığı Şüşün kəndinə getmişlər. Maşını yolun kənarında saxlamışlar. Bu zaman polis əməkdaşları yaxınlaşmışlar. Rahillə onu götürüb RPŞ-yə gəltirmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Dövlət hesabına müdafiəçi ilə təmin olunmuşdur. Üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə varsa təqdim etməsi bildirilmişdir. Bundan sonra üzərində narkotik vasitə olduğunu etiraf edib, əynində olan qış gödəkçəsnin iç cibindən bir ədəd kağız bükümdə olan heroini çıxarıb təqdim etmişdir. Həmin büküm müstəntiq tərəfindən açılmış içərisinə baxış keçirilmiş və içərisindən narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış zamanıda Rəşkadan heroin və psixotrop maddəni 40 manata aldığını etiraf etmişdir. Bundan sonra üzərindən aşkar edilmiş büküm zərfdə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. Üzərindən aşkar olunan 01 ədəd bükümdə olan 0.161 qram çəkisi olan heroini istifadə etmək məqsədi ilə saxlamışdır. Rəşka kimi tanıdığı şəxslə danışıb ondan 10 manatlıq metamfetamin və 30 manatlıq heroini xx.xx.2024-cü il tarixdə saat təxminən 13 radələrində yaşadığı küçədə görüşüb almışdır. Rəşkanın əsl adı isə Rəşadət olmalıdır. Ona metamfetamini satmamış, 10 manat pul vermişdir ki onun üçün metamfetamin alsın, 30 manat isə borca vermişdir ki özü üçün heroin alsın. Heç bir mənfəət güdməmişdir. Rahilin verdiyi pula da Rəşkadan heroinlə metamfetamin almışdır. narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində başqa hər hansı cinayət əməli törətməmişdir. Həmin kütlə özünə məxsusdur, heç bir formada təzyiq göstərilməmişdir. İstifadəsində ***-***-**-** saylı nömrədir. Həmin nömrə isə uzun illərdir ki istifadə edir. ***-***-**-**, ***-***-**-**, ***-***-**- **, ***-***-**-**, ***-***-**-** saylı nömrəni təxminən 5-6 il əvvəl istifadə etsə də sonradan istifadə etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantıdır. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Şüşün kəndində yaşayan və qeydiyyatda olan Təqsirləndirilən şəxs, və Kürdəmir rayonu Sor-Sor kəndində yaşayan Şahid2 üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatların yoxlanılması üçün RPŞnin rəisinə raportla məruzə edilmiş, rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarlar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:15 radələrində Təqsirləndirilən şəxs və Şahid2 Kürdəmir rayonu Şüşün kəndi ərazisində saxlanılaraq üzərilərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarından və üzərilərində şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində İB-nin baş müstəntiqi Fuad Babayev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğundan şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəifələrini izah edib üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsini təklif etmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın qabaq sağ ön cibindən bir ədəd kibrit qutusunu və bir ədəd “Palmall” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutusu müstəntiq tərəfindən açılaraq içərisinə keçirilən baxış zamanı yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bir ədəd Palmall siqaret qutusunun içərisinə baxış keçirlərkən içərisində bir ədəd sınıq ampula, açıq halda qurudulmuş marixuanaya bənzər kütlə, 02 ədəd kağız bükümü aşkar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin, digərinin içərisində isə limon duzu vardır. Aşkar edilmiş kağız bükümlərin birinin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, digər bükümün içərisində isə limon duzuna bənzər kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə müstəntiq tərəfindən şəxsi axtarş keçirilsə də başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi metamfetaminə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 0.22 qram olması, limon duzuna bənzər kütlə olan büküm 0.28 qram, kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütlə 6 qram, açıq halda olan qurudulmuş marixuanaya bənzər kütləni təxmini çəkisini müəyyən etmək mümkün olmamışdır. Aşkar edilmiş kütlələr ağ rəngli zərfdə qablaşdırılmış üzəri yazılaraq möhürlənərək götürülmüşdür. Şifahi sorğu sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, psixotrop maddə metamfetamini Rasim Adıgözlov vasitəsi ilə əldə etmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni isə Şüşün kəndində tapmışdır. Şəxsi istifadəsi üçün üzərində saxlamışdır.Polis şöbəsinə gətirilərkən və sonra ona heç bir psixi və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onlarla heç bir münasibəti və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/119-120 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ”Təqsirləndirilən şəxs üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5.29 qram, yaşımtıl rəngli, xırdalanmış qurudulmuş bitki mənşəli kütlə, 01 ədəd siqaret qutusunun içərisində təmiz çəkisi 0.18 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis)bitkisindən kustar üsulla hazırlanmış oqranoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Həmin siqaret qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0.192 qram ağımtıl rəgli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 0.918 qram olan maddə narkotik vasitə və psixotrop maddələrə aid deyildir. 01 ədəd şüşə ampulanın içərisində narkotik vasitə heroin izləri vardır. Marixuananın ümumi təmiz çəkisi-5,47 qram, tədqiqata sərf edildi - 0,04 qram(hər 02 obyektdən-0,02 qram nümunə götürüldü), 5,43 qram qalmışdır. Metamfetaminin təmiz çəkisi-0,192 qram, tədqiqata sərf edildi - 0,05 qram, 0,142 qram qalmışdır. İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji dispanserinin xx.xx.2024-cü il tarixli 274 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddələrdən və narkotik vasitədən istifadə edir. Psixotrop maddə olan metamfetamindən və narkotik vasitə olan qurudulmuş marixuanadan sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər,333) İş materiallarında olan “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli PHŞ-6-49/2-113/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər. 301) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 295-296) İş materialalrına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X5 Filialının xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X5 Filialından alınmış məktuba əsasən Təqsirləndirilən şəxs, əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir. (bax iş vər. 302) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Köhünlü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 147 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2011-ci il təvəllüdü Ayan adlı qızı vardır. (bax iş vər, 308) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Köhünlü kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəli tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.310) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 22.00-da-də şübhəli şəxs qismində tutulmuşdur. (bax iş vər. 31-32) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12.00-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. (bax iş vər. 148-149) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddəni və narkotik vasitəni şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadəsi, məhkəmə-bioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, himayəsində 1 azyaşlı uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını və onun yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və ona qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 22.00-da şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 12.00-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Teyubov X4 rayonu Şüşün kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən nakomaniyadan məcburi müalicə edilməli və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalan marixuananın 5,43 qram qalığı, ekspertiza tədqiqatından sonra narkotik vasitə olan heroinin 0,142 qram qalığı və içərisində heroin izləri olan 1 ədəd şüşə ampula hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməli, 63,90 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə videoçəkiliş qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Şüşün kəndində yerləşən evi yaşayış evini gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən nakomaniyadan məcburi müalicə təıyin edilsin və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalan marixuananın 5,43 qram qalığı, ekspertiza tədqiqatından sonra narkotik vasitə olan heroinin 0,142 qram qalığı və içərisində heroin izləri olan 1 ədəd şüşə ampula hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə videoçəkilişin qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 63,90 (altmış üç manat doxsan qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar