Məhkəmə qərarları › İş №1(041)-54/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-54/2023

05.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-54/2023 05.10.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X5 Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Kürdəmir şəhərində anadan olmuş, orta təhsilli, məhkumluğu olmayan, evli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə şəxsi istifadəsi üçün, satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi- 1.697 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində saxlayaraq daşımış, xx.xx.2023-ci il tarixdə saat 17:10-da Kürdəmir RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı, Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli idman şalvarının sağ ön cibindən 01 ədəd polietilen bükümdə təmiz çəkisi 1.697 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir şəhəri M.B.Qasımov küçəsi ev 16-da yaşayır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində piyada olan zaman Kürdəmir RPŞ-nin əməkdaşlarının onun yaşadığı küçəyə gəldiklərini görmüş, aralarında tanışlıq olduğu üçün polis əməkdaşlarına yaxınlaşıb onlarla görüşmüş, həmin vaxt polis əməkdaşları ona onlarla birlikdə şöbəyə getməli olduğunu bildirmişlər. Polis əməkdaşlarının dəvəti ilə şöbəyə getmiş, şöbədə polis əməkdaşları tərəfindən ona 01 ədəd sellofan büküm narkotik vasitə olan heroin verilmiş və həmin heroinin ona məxsus olduğunu deməsini bildirmişlər, o da qorxduğu üçün həmin salafani götürərək qara rəngli idman şalvarının sağ ön cibinə qoymuş, həmin vaxt polis əməkdaşları ona heroini xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 8 mkr bazarının qarşısında piyada gəzərkən səkinin kənarından tapdığını deməsini bildirmişlər. Həmin vaxt polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Bundan sonra müdafiəçi ilə təmin olunmuş, vidioşəklişlə üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməsi bildirilmişdir, bu təklifdən sonra qara rəngli idman şalvarının sağ ön cibinə qoyduğu salafan bükümü təqdim edərək içərisində “heroin” olduğunu bildirmişdir. Üzərində narkotik vasitə olan heroin ona məxsus olmamışdır. O istintaqda narkotik vasitənin ilkin olaraq ona məxsus olduğunu bildirməsinə səbəb polis əməkdaşlarından qorxması olmuşdur. O hər hansı bir şəxsdən narkotik vasitə əldə etməmiş, tapmamaış və heç bir şəxsə narkotik vasitə satmamışdır. Təqsirləndirilən şəxs ifadəsinin sonunda polis şöbəsində narkotik vasitə olan heroinin ona məxsus olmasını etiraf etsə də, məhkəmə istintaqında həmin heroinin ona məxsus olmadığını və bütün bunların polis əməkdaşları tərəfindən ona qarşı qurulmuş plan olduğunu bildirərək, barəsində ədalətli hökmü çıxarılmasını xahiş etdi. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir rayon polis şöbəsinin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir, Təqsirləndirilən şəxs əvəllər tanımamış, onunla heç bir münasibəti və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumatın yoxlanılması üçün tərəfindən əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan polis şöbəsinə aparmış, üzərində videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirmiş, qara rəngli idman şalvarının sağ ön cibinə qoyduğu salafan bükümü təqdim edərək içərisində “heroin” olduğunu bildirmiş, sonra həmin salafan açılmış, içərisində narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Aşkar edilmiş 01 ədəd salafan büküm içərisindəki kütlə ilə birgə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs ilə ədavəti və düşmənçiliyi olmamış, ona qarşı heç bir zor və güc tətbiq edilməmiş, onun narkotik maddələrin satışı ilə məşğul olmasını eşitməmişdir. Onun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin ona məxsus olmaması barədə fikirləri əsassızdır. Belə ki, onun üzərinə baxış video görüntü ilə və müdafiəçisinin bilavasitə iştirakı ilə keçirilmiş, lakin Təqsirləndirilən şəxs və onun müdafiəçisi tərəfindən şifahi və yazılı şəkildə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin İTB-nin polis nəfəri polis baş serjantı Şahid2 da Şahid1 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi və əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs və ailəsini rayon sakini kimi yaxşı tanıyır, aralarında ədavətləri və düşmənçilikləri olmayıb. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən əməliyyat axtarış tədbirində şəxsən iştirak etmiş, ona qarşı heç bir təsir və təzyiq göstərilməmiş, əməliyyat və istintaq hərəkətləri müdafiəçisinin iştirakı ilə həyata keçirilmiş, bununla bağlı Təqsirləndirilən şəxs tərəfindən şifahi və yazılı şəkildə heç bir şikayət olmamışdır. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-ci il tarixli “şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, həmin tarixdə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, videoçəklişlə müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçilrilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ ön cibindən 01 ədəd polietilen büküm çıxarıb təqdim edərək içərisində “kakos” yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsun təqdim etdiyi polietilen bükümə baxış keçirilən zaman içərisində qəhvəyimtil rəngli, narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən edilmişdir. Bundan sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və qanunla qadağan edilən əşya və predmet aşkar edilməmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs həmin polietilen büküm içərisində olan narkotik vasitəni xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 8 mkr bazarının qarşısında səkinin yanında yerdən tapdığını, 30 ildir ki, narkotik vasitə istifadə etdiyi üçün həmin bükümə baxdıqda narkotik vasitə heroin olmasını bildiyini, həmin heroindən üzərindən götürüb 2 dəfə istifadə etdiyini, qalan hissəsini isə özü istifadə etmək üçün üzərində saxladığını və heç kimə narkotik vasitə satmadığını bildirmişdir. Aşkar edilmiş 01 ədəd polietilen büküm içərisindəki kütlə ilə birgə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. (i/v 31-32) - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-ci il tarixli 18/772 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış kağız paketdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi-1,697qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı) (i/v 39-42) - cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 814 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (i/v 112) - Məhkəmənin təyin etdiyi təkrar məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi təkrar ambulator məcburinarkoloji tibbi yoxlama haqqında xx.xx.2023-cü il tarixli, 5498 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin (heroin) qəbuli nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olundu, lakin Təqsirləndirilən şəxsdə abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətin formalaşmasını nəzərə alaraq, həmçinin narkomaniya xəstəliyinə xas olan xarakterik klinik təzahürlərin sönməsi ilə əlaqədar olaraq, hal-hazırda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmasına zərurət yoxdur. - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin məktubdan görünür ki, Şəmiyev X2 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. Lakin həkim narkoloqun qeydiyyatında durur. (i/v 90) - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Şəmiyev X2 rayon Məhkəməsinin xx.xx.2004-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutlan cinayət əməlini törətdiyi üçün 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2006-ci il tarixdə Bakı şəhəri Nərimanov rayonu məhkəməsinin xx.xx.2006-ci il tarixli qərarı ilə CM-nin 76-ci maddəsinə əsasən 07 ay 02 gün vaxtından əvvəl şərti azad olunub. Şəmiyev X2 rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə nəzərdə tutlan cinayət əməlini törətdiyi üçün 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2013-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Şəmiyev X2 rayon Məhkəməsinin xx.xx.2014-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutlan cinayət əməlini törətdiyi üçün 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə Qaradağ rayon məhkəməsinin qərarı ilə 02 ay 24 gün əvvəl şərti azad edilib. Şəmiyev X2 rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutlan cinayət əməlini törətdiyi üçün narkomaniyadan məcburi mualicə təyin edilməklə, 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Qaradağ rayonu Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə 27 gün vaxtından əvvəl azad edilib. xx.xx.2019-cu il tarixdə cəza tam icra olunduğundan qeydiyyatdan çıxarılıb. Təqsirləndirilən şəxs aşkar olunmuş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 1.647 qram olan narkotik vasitə heroin cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli saymaması barədə ifadəsinə işdə olan sübutlara istinadən hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəməyə verdiyi ilkin ifadələrində ona elan edilmiş ittihamda özünü tam təqsirli bildiyi halda, çıxışında üzərindən aşkar edilərək götürülmüş narkotik vasitənin polis əməkdaşları tərəfindən cibinə qoyulduğunu bildirmiş, lakin bununla bağlı heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini özünü müdafiə və cinayət məsuliyyətindən yayınmaya cəhd kimi qiymətləndirir ona görə ki, cinayət işində olan götürmə və baxış protokolunda, habelə onun üzərində keçirilmiş şəxsi axtarışın video görüntülərində müstəntiqin sualına cavab olaraq narkotik vasitədən 30 ildir ki, istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, 8 mkr bazarının qarşısında piyada gəzərkən səkinin kənarında, yerdə olan 01 ədəd sellofan büküm diqqətini çəkdiyini, həmin bükümü götürüb içərisinə baxdıqda narkotik vasitə “kakos” yəni heroin olduğunu görərək özü istifadə etmək üçün bükümü cibinə qoyduğunu, Kürdəmir rayonuna gəldikdən sonra həmin büküm içərisində olan heroinin üzərindən 2 dəfə götürüb istifadə etdiyini, qalan hissəsini isə özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Baxış zamanı təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Bundan əlavə, təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsi barədə bir neçə dəfə məhkəməyə müraciət etmiş və müraciətlərində etdiyi cinayət əməlindən peşman olduğunu bildirmişdir. Məsələ ilə birbaşa əlaqəsi olmasa da, təqsirləndirilən şəxsin əvvəllər də narkotik vasitə olan heroindən istifadə etməsi və satışına görə dəfələrlə cinayət məsuliyyətinə cəlb edilməsi, məhkəmə-narkoloji ekspertizasının rəyində narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkməsi, Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim narkoloqun qeydiyyatında durması onu göstərir ki, təqsirləndirilən şəxs heroindən mütəmadi istifadə etmiş və etməkdə davam edir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsi təkrarən arşdırılmış, tədqiq edilən sübutlarla onun ifadəsində göstərilən dəlilləri öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası CPM-nin 145.1-ci maddəsinə görə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliliyi üzrə qiymətləndirilir. Cinayət təqibi üzrə toplanmış sübutların məcmuyuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilir. Həmin Məcəllənin 145.2-ci maddəsinə görə təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmuyunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Bundan əlavə, ibtidai istintaq zamanı cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 814 saylı rəyində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkdiyi və narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğu qeyd edildiyi halda, məhkəmənin təyin etdiyi təkrar məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi təkrar ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2023-cü il tarixli, 5498 nömrəli rəyində müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin (heroin) qəbuli nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunduğu, lakin onda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını, öz vəziyyətinə tənqidi münasibətin formalaşmasını nəzərə alaraq, həmçinin narkomaniya xəstəliyinə xas olan xarakterik klinik təzahürlərin sönməsi ilə əlaqədar olaraq, hal-hazırda onun narkomaniyadan məcburi müalicə olunmasına zərurətin olmadığı göstərilmişdir. Məhkəmə hər iki rəyi sübut kimi qəbul edir ona görə ki, rəylərdə ziddiyyət yoxdur, birinci rəyin 2023-cü ilin may ayında, ikinci rəyin 2023-cü ilin avqust ayında verildiyi nəzərə alınarsa ikinci rəydə qeyd edildiyi kimi Təqsirləndirilən şəxs müddətlə bağlı narkomaniya xəstəliyinə xas olan xarakterik klinik təzahürlərin sönməsi ilə əlaqədar olaraq, hal-hazırda onun narkomaniyadan məcburi müalicə olunmasına zərurətin olmadığı göstərilmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özü etiraf etməsə də, iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. O, həmin maddə ilə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. İnsan Hüquqları və X1 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.5 qram müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halların olmamasını və şəxsiyyətini mənfi səciyələndirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, həmçinin cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməməlidir. Belə ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-ci il tarixli 814 saylı rəyində Təqsirləndirilən şəxs heroindən sui-istifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkdiyi narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğu, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülmüş, lakin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin vəkilinin vəsatəti əsasında yenidən narkoloji ekspertiza keçirilmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Şəxsi təkrar ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında xx.xx.2023-cü il tarixli, 5498 nömrəli rəyində isə hal-hazırda Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə olunmasına zərurət olmadığı qeyd edilmişdir. Ona görə də, məhkəmə hesab edir ki, təkrar ambulator məcburi-narkoloji tibbi yoxlama haqqında rəy nəzərə alınmaqla Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməməli, həmçinin onun ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və sonra qalıq qalmış 1.647 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 49.74 (qırx doqquz manat 74 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Məhkəmə məsrəfinin Təqsirləndirilən şəxs tutulması, hökmün maddi sübutunnarkotik vasitə olan heroinin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilməlidir İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 14 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində qeydiyyatda olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, ümumi təmiz çəkisi 1.647 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 49.74 (qırx doqquz manat 74 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Məhkəmə məsrəfinin Təqsirləndirilən şəxs tutulması, hökmün maddi sübutunnarkotik vasitə olan heroinin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində pul ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM X.X. İMANOV Təqsirləndirilən şəxs Göyçay rayon poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməli, nakomaniyadan məcburi müalicə olunmalı, iş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi çəkisi 13.19 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə olan 96 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il, 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Göyçay rayonu Mallı-Şıxlı kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və Göyçay rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - ekspertiza tədqiqatından sonra qalıq qalmış 13.19 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. Təqsirləndirilən şəxs 95.95 (doxsan beş manat 95 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən /imza var/ Əsli ilə düzdür: X6 Kürdəmir rayon məhkəməsinin məhkəmə baxışının QƏRARİ müdafiəçinin hüquqi yardımının ödənilməsi haqqında Kürdəmir şəhəri iş № 1(041)-16/2023 xx.xx.2023 X5 Xalıq oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin müdafiəçinin göstərdiyi hüquqi yardımı ödəməyə kifayət qədər maddi imkanı olmadığından məhkəmənin müvafiq qərarı ilə o, vəkilin göstərdiyi hüquqi yardımın haqqını ödəməkdən azad edilmiş və göstərdiyi hüquqi yardımın haqqı dövlət büdcəsi hesabına ödənilməklə müdafiəçi ilə təmin edilmiş, hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 tərəfindən həyata keçirilmişdir. İşə əlavə edilmiş, vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə vəkilin hesabatında iş saatı cinayət prosesini həyata keçirən orqanda 10 saat kimi qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiəçinin hüquqi yardımını ödəməyə kifayət qədər vəsaiti olmadıqda, məhkəmənin əsaslandırılmış qərarı ilə o, müdafiəçinin göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ödəmə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Belə olan halda vəkil Müdafiəçi2 cinayət prosesini həyata keçirən orqanda Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli 31 nömrəli və həmin qərara dəyişikliklər edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin müdafiəsinə görə müdafiəçiyə sərf etdiyi hər iş saatı üçün 6 (altı) manat pul müəyyən edilmişdir. Odur ki, cinayət prosesini həyata keçirən orqanda müdafiəçinin göstərdiyi hüquqi yardımın hər iş saatına 6 manat hesablamaqla vəkil Müdafiəçi2 dövlət büdcəsi hesabına 60 manat məbləğində pul ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193.2, 193.3, 193.5 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs hüquqlarını cinayət prosesini həyata keçirən orqanda 10 (on) saat müdafiə etdiyi üçün müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 hər iş saatı 6 manatdan hesablanmaqla 60 (altmış) manat məbləğində əmək haqqı ödənilsin. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, məlumat üçün vəkil Müdafiəçi2 göndərilsin. HAKİM X.X İMANOV Kürdəmir rayon məhkəməsinin məhkəmə baxışının QƏRARİ müdafiəçinin hüquqi yardımının ödənilməsi haqqında Kürdəmir şəhəri iş № 1(041)-16/2023 xx.xx.2023 X5 Xalıq oğlunun sədrliyi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmə iclasında baxılarkən müəyyən edildi ki, təqsirləndirilən şəxsin müdafiəçinin göstərdiyi hüquqi yardımı ödəməyə kifayət qədər maddi imkanı olmadığından istintaq orqanının müvafiq qərarı ilə o, vəkilin göstərdiyi hüquqi yardımın haqqını ödəməkdən azad edilmiş və göstərdiyi hüquqi yardımın haqqı dövlət büdcəsi hesabına ödənilməklə müdafiəçi ilə təmin edilmiş, hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi1 tərəfindən həyata keçirilmişdir. İşə əlavə edilmiş, vəkil tərəfindən dövlət hesabına göstərilən hüquqi yardım barədə vəkilin hesabatında iş saatı istintaq orqanda 25 saat kimi qeyd edilmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.3-cü maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiəçinin hüquqi yardımını ödəməyə kifayət qədər vəsaiti olmadıqda, məhkəmənin əsaslandırılmış qərarı ilə o, müdafiəçinin göstərdiyi hüquqi yardımı ödəməkdən azad edilməli və ödəmə dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməlidir. Belə olan halda vəkil Müdafiəçi1 istintaq orqanda Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardım dövlət büdcəsi hesabına ödənilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx.xx.2001-ci il tarixli 31 nömrəli və həmin qərara dəyişikliklər edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli qərarına əsasən təqsirləndirilən şəxsin müdafiəsinə görə müdafiəçiyə sərf etdiyi hər iş saatı üçün 6 (altı) manat pul müəyyən edilmişdir. Odur ki, istintaq orqanda müdafiəçinin göstərdiyi hüquqi yardımın hər iş saatına 6 manat hesablamaqla vəkil Müdafiəçi1 dövlət büdcəsi hesabına 150 manat məbləğində pul ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 193.2, 193.3, 193.5 və 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs hüquqlarını cinayət prosesini həyata keçirən orqanda 25 (iyirmi beş) saat müdafiə etdiyi üçün müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1 hər iş saatı 6 manatdan hesablanmaqla 150 (bir yüz əlli) manat məbləğində əmək haqqı ödənilsin. Qərarın surəti icra edilməsi üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına, məlumat üçün vəkil Müdafiəçi1 göndərilsin. HAKİM X.X İMANOV AZƏRBAYCAN RESPUBLİKASİ KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ AZ 3300, Kürdəmir şəhəri, Tel: (020) ******* Heydər Əliyev prospekti, 22 Faks: (020) ******* Kürdəmir şəhəri iş 1(041)-16/2023 xx.xx.2023 Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(041)-16/2023 nömrəli qərarları icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərar – 01 vərəqədə X6 surəti: Kürdəmir şəhəri iş 1(041)-16/2023 xx.xx.2023 Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-ci il tarixli, 1(041)-16/2023 nömrəli qərarları icra edilməsi üçün Sizə göndərilir. Qoşma: Qərar – 01 vərəqədə X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar