Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-54/2024 22.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil X1 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Kürdəmir rayonu, Sor-Sor kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Kürdəmir rayonu Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına görə istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə, xeyli miqdarda, ümumi təmiz çəkisi - 365.01 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evdə və evin həyətindəki tövlədə saxlamış, xx.xx.2024-cü il tarixdə saat 20:10 radələrində, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun razılıq ərizəsi əsasında yaşadığı Kürdəmir rayonu Sor-Sor kəndindəki fərdi yaşayış evinin həyətində yerləşən tövləyə baxış keçirilən zaman, torpağa basdırılmış halda olan 02 ədəd kauçuk qabda qablaşdırımış 49 ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri – 5.71qr, 6.60qr, 6.46qr, 6.89qr, 6.64qr, 6.08qr, 6.11qr, 6.6qr, 5.32qr, 6.28qr, 6.01qr, 6.54qr, 6.82qr, 6.25qr, 6.14qr, 6.4qr, 6.81qr, 6.65qr, 6.51qr, 6.31qr, 6.68qr, 6.86qr, 6.36qr, 6.3qr, 6.44qr, 6.24qr, 6.04qr, 6.26qr, 6.24qr, 6.89qr, 6.37qr, 6.81qr, 6.24qr, 6.50qr, 6.74qr, 6.94qr, 6.18qr, 6.62qr, 6.04qr, 6.86qr, 6.22qr, 6.38qr, 6.98qr, 6.45qr, 6.06qr, 6.81qr, 6.25qr, 6.49qr, 6.29qr, ümumi çəkisi 314.67 qram, yaşadığı evin yataq otağındakı şkafdan isə 01 ədəd kauçuk qabda qablaşdırılmış 08 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri – 6.57qr, 5.85qr, 5.27qr, 5.49qr, 5.27qr, 4.38qr, 6.77qr, 5.04qr, ümumi təmiz çəkisi – 44.64 qram, həmçinin həmin qutuların içində olmuş, 12 yanvar 2024-cü il tarixdə məhkəmə-bioloji ekspertizası zamanı nümunə kimi götürülərək tədqiqata sərf edilmiş - 5.7 qram eyni tərkibli - ümumi çəkisi 365.01 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu, Sor-Sor kəndində yaşayır, fərdi əməklə məğul olur, özü narkotik vasitə marixuananın istifadəçisidir, marixuananı siqaretin filtrinə doldurub çəkməklə istifadə edir. 2023-cü ilin fevral ayında 01 ədəd kibrit qutusunda təxminən 20-30 ədəd çətənə tumu tapmış və tələbatını ödəmək üçün həmin tumları 2023-cü ilin aprel ayının ortalarında Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində yerləşən, özünə məxsus əkin sahəsində əkib, tumlara mütəmadi olaraq qulluq edib diblərini boşaldaraq su vermişdir. 2023-cü ilin sentyabr ayının axırlarında çətənə kolları yetişdiyinə görə yarpaqlarını dərib həmin sahədə torpağın üstünə sərib qurutmuş, sonra onları quru saxlamaq məqsədilə 100 ədəd kibrit qutusda qablaşdırmış və yaşadığı evin həyətində kauçuk düyü qablarına doldurub tövlədəki torpağa basdırmışdır. Marixuananın qalan hissəsini yataq otağında olan şkafdakı düyü qabına yığıb hissəhissə özü üçün istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə saat 20 radələrində polis əməkdaşları yaşadığı ünvana gələrək evdə, həyətyanı sahədə və üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirmişlər. Aralarında gedən söhbət zamanı səmimi olaraq yaşadığı evin həyətindəki tövlədə marixuana basdırdığını, həmçinin yaşadığı evdə marixuana saxladığını etiraf etmişdir. Yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə etiraz etməmiş, əvvəl tövlədə basdırdığı 2 ədəd düyü qablarının sonra isə yataq otağında saxladığı içində qurudulmuş marixuana olan kirbit kutularının yerini göstərmişdir. Polis əməkdaşları tərəfindən tövlədə torpağa basdırdığı 02 ədəd düyü qabından içində qrudulmuş marixuana olan 49 ədəd kibrit qutuları, yaşadığı evdə yataq otağında da 8 ədəd içində narkotik vasitə qrudulmuş marixuana olan kibrit qutuları götürülərək qablaşdırılmışdır. Bu günə qədər narkotik vasitələrin satışı ilə məşğul olmamış, heç bir cinayət əməli törətməmişdir. İstintaq zamanı verdiyi ifadələrində də özü əkib becərdiyi çətənə kollarından əldə etdiyi narkotik vasitə qrudulmuş marixuananı öz istifadəsi üçün saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirsə də, əsassız olaraq ona narkotik vasitələrin satışı ilə bağlı ittiham irəli sürülmüşdür. Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməli düzgün qiymətləndirərək, narkotik vasitəni öz istifadəsi üçün əldə edib saxladığı üçün peşman olduğunu və barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024cü il tarixdə məxfi mənbədən Kürdəmir rayonu, Sor-Sor kənd sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi üzərində saxlaması, daşıması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olan məlumatı yoxlamaq məqsədilə həmin tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən evinə getmişlər, özlərini təqdim etdikdən sonra yaşadığı evdə və yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə saxlaması və daşımasında şübhəli olduğunu bildirərək hüquq və vəzifələrini izah etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tövlədə 02 ədəd düyü qabında təxminən 50-60 ədəd kibrit qutusunda narkotik vasitə saxladığını etiraf edərək, yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Video çəkilişdən istifadə edərək baxış zamanı Təqsirləndirilən şəxs göstərməsinə əsasən həyətdə yerləşən tövlədə basdırdığı yer qazılmış və oradan 02 ədəd içərisində kibrit qutusu olan kauçuk qab aşkar edilmişdir. Birinci düyü qabından 33 ədəd, ikinci düyü qabından isə 16 ədəd kibrit qutuları və yoxlama zamanı içərilərində yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlələr olduğu aşkar edilmişdir. Ümumi sayı 49 ədəd kibrit qutuları 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs başqa bir yerdə də narkotik vasitə saxlayıb-saxlamamağı soruşlanda o, yaşadığı evdəki yataq otağında da 8 ədəd kibrit qutusunda narkotik vasitə saxladığını etiraf etmiş və özünün göstərməsinə əsasən yataq otağındakı şkafda olan 01 ədəd düyü qabında saxladığı 8 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin düyü qabı müstəntiq tərəfindən götürülərək içərisinə baxılmış və içərisindən 8 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə müəyyən olunmuşdur. Kibrit qutuları içərisi boş 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmişdir. Şifahi soğru-sual zamanı Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında çöl sahədə təxminən 15 ədəd çətənə kolu əkdiyini, həmin çətənə kollarını sahədə qurudaraq kibrit qutularına qablaşdırıb yaşadığı evdə və evin həyətində olan tövlədə düyü qablarında saxladığını, çətənə kollarını əkib becərməkdə, qurutmaqda və kibrit qutularına qablaşdırmaqda ona heç kimin kömək etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs rayon polis şöbəsinə gətirilmiş və üzərinə axtarış keçirilsə də qanunsuz əşya, predmet və narkotik vasitə aşkar edilməmişdir. Lakin üzərindən aşkar edilmiş mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, həmin protokola imza edilmiş, çəkilmiş videogörüntü nümayiş etdirilmişdir. Ona qarşı hər hansı fiziki və psixi zorakılıq edilməmiş, hər şeyi səmimi olaraq etiraf etmişdir. Daxil olmuş məxvi məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi və saxlaması barədə məlumatları olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 anoloji ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi və əlavə olaraq bildirdi ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin İTB-nin XÜ baş inspektoru vəzifəsində işləyir. Kürdəmir rayonu Sor-Sor kəndində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib yaşadığı evdə, yaşadığı evin həyətyanı sahəsində, üzərində saxlaması və daşıması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuş, xx.xx.2024-cü il tarixdə saat 20:11-də polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən fərdi yaşayış evinin giriş darvazasının qarşısına gəlmişlər. Giriş qapısını Təqsirləndirilən şəxs özü açmış və onlar xidməti vəsiqələrini ona nümayiş etdirərək, özlərini təqdim etmişlər. Sonra müstəntiq Təqsirləndirilən şəxs yaşadığı evdə və yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə saxlaması və daşımasında şübhəli olduğunu bildirərək hüquq və vəzifələrini izah etmişdir. Bu zaman, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tövlədə 02 ədəd düyü qabında təxminən 50-60 ədəd kibrit qutusunda narkotik vasitə saxladığını etiraf edərək, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra video çəkilişdən istifadə edərək baxışa başlanmışdır. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən fərdi yaşayış evinin həyətinə daxil olmuşlar. Həyətdə giriş darvazasının sağ tərəfində tövləyə girib, tövlənin künc hissəsində olan torpağı Təqsirləndirilən şəxs göstərərək həmin yerdə narkotik vasitələri gizlətdiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi yer qazılmış və oradan 02 ədəd içərisində kibrit qutusu olan kauçuk qab aşkar edilmişdir. Birinci düyü qabından 33 ədəd, ikinci düyü qabından isə 16 ədəd kibrit qutuları aşkar edilmişdir. Həmin kibrit qutularından hissə-hissə açılmış və içərilərində yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Şifahi sorğu sual zamanı isə Təqsirləndirilən şəxs bildirmişdir ki, özü əkib becərdiyi çətənə kollarından əldə etdiyi marixuananı qurudaraq öz istifadəsi üçün kibrit qutularına qablaşdırmışdır. Bundan sonra Təqsirləndirilən şəxs başqa bir yerdə də narkotik vasitə saxlayıb-saxlamamağı soruşlanda o, yaşadığı evdəki yataq otağında da 8 ədəd kibrit qutusunda narkotik vasitə saxladığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən yaşadığı evə daxil olub ona məxsus yataq otağındakı şakfda olan 01 ədəd düyü qabında saxladığı 8 ədəd kibrit qutusunu təqdim etmişdir. Həmin düyü qabı müstəntiq tərəfindən götürülərək içərisinə baxılmış və içərisindən 8 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kibrit qutuları içərisi boş 01 ədəd zərfdə qablaşdırılaraq üzəri “DİN-nin 137 saylı möhürü” ilə möhürlənmişdir. Şifahi soğru-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 2023-cü ilin aprel ayında çöl sahədə təxminən 15 ədəd çətənə kolu əkmişdir. Həmin çətənə kollarını sahədə qurudaraq kibrit qutularına qablaşdırıb yaşadığı evdə və evin həyətində olan tövlədə düyü qablarında saxlamışdır. Ona çətənə kollarını əkib becərməkdə, qurutmaqda və kibrit qutularına qablaşdırmaqda heç kim köməklik göstərməmişdir. Bundan sonra RPŞnin inzibati binasında videoçəkiliş ilə Təqsirləndirilən şəxs oğunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əşya və predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra o, üzərində qanunla qadağan edilən əşya, predmet, narkotik vasitə və psixotrop maddə olmadığını bildirərək, üzərində saxladığı 01 ədəd “Redmi” markalı smartfon mobil telefonu və 01 ədəd “Samsung” markalı sadə düyməli mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilsə də qanunsuz əşya və predmet, narkotik vasitə və qurudulmuş marixuana aşkar edilməmişdir. Aşkar edilmiş mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs əvvəllər kiməsə narkotik vasitə satması barədə konkret olaraq heç bir hal müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: -xx.xx.2024-cü il tarixdə tərtib edilmiş baxış keçirilməsi və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib yaşadığı evdə, yaşadığı evin həyətyani sahəsində və üzərində saxlaması və daşıması barədə məxfi əməliyyat məlumatı daxil olduğu üçün təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmişdir. xx.xx.2024-cü il tarixdə saat 20:11-də Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X3, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, İTB-nin baş inspektoru, polis baş leytenantı Şahid4, PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 və İTB-nin sahə rəisi, polis mayoru Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən fərdi yaşayış evinin giriş darvazasının qarşısına gəlmişlər. Həmin ünvanın giriş qapısı polis əməkdaşları tərəfindən döyülmüşdür. Giriş qapısını Təqsirləndirilən şəxs özü açmış və onlar xidməti vəsiqələrini Təqsirləndirilən şəxs nümayiş etdirərək, özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs yaşadığı evdə, yaşadığı evin həyətyanı sahəsində və üzərində narkotik vasitə saxlaması və daşımasında şübhəli olduğunu bildirərək hüquq və vəzifələrini izah etmişlər. Bu zaman, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan tövlədə 02 ədəd düyü qabında təxminən 50-60 ədəd kibrit qutusunda narkotik vasitə saxladığını etiraf edərək, yaşadığı evə baxış keçirilməsinə etiraz etməyib bu barədə ərizə ilə müraciət etmişdir. Onlar bundan sonra video çəkilişdən istifadə edərək baxışa başlamışlar. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən fərdi yaşayış evinin həyətinə daxil olmuşlar. Həyətdə giriş darvazasının sağ tərəfindən tövlə vardır. Həmin tövləyə girib tövlənin künc hissəsində olan torpağı Təqsirləndirilən şəxs göstərərək bildirmişdir ki, həmin yerdə narkotik vasitələri gizlətmişdir. Təqsirləndirilən şəxs göstərdiyi yer Şahid4 tərəfindən qazılmış və oradan 02 ədəd içərisində kibrit qutusu olan polietilen qab aşkar edilmişdir. Daha sonra isə həmin kibrit qutuları düyü qabından çıxarılaraq torpağın üstünə düzülmüşdür. Birinci düyü qabından 33 ədəd, ikinci düyü qabından isə 16 ədəd kibrit qutuları aşkar edilmişdir. Həmin kibrit qutularından hissə-hissə açılmış və içərilərində yaşıl rəngli, kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Şifahi sorğu sual zamanı isə Təqsirləndirilən şəxs bildirmişdir ki, özü əkib becərdiyi çətənə kollarından əldə etdiyi marixuananı qurudaraq kibrit qutularına qablaşdırmışdır. Aşkar edilmiş ümumi sayı 49 ədəd kibrit qutuları 01 ədəd zərfdə qablaşdırılaraq üzəri “DİN-nin 137 saylı möhürü” ilə möhürlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs başqa bir yerdə də narkotik vasitə saxlayıb-saxlamamağı soruşlanda o, yaşadığı evdəki yataq otağında da 8 ədəd kibrit qutusunda narkotik vasitə saxladığını etiraf etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs göstərməsinə əsasən yaşadığı evə daxil olub ona məxsus yataq otağına keçmişlər. Yataq otağındakı şkafda olan 01 ədəd düyü qabında saxladığı 8 ədəd kibrit qutusunu polis əməkdaşlarına təqdim etmişlər. Həmin düyü qabı polis əməkdaşları tərəfindən götürülərək içərisinə baxılmış və içərisindən 8 ədəd kibrit qutusunda qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilmişdir. Həmin kibrit qutuları içərisi boş 01 ədəd zərfdə qablaşdırılaraq üzəri “DİN-nin 137 saylı möhürü” ilə möhürlənmişdir. Şifahi soğru-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 2023-cü ilin aprel ayında çöl sahədə təxminən 15 ədəd çətənə kolu əkmişdir. Həmin çətənə kollarını sahədə qurudaraq kibrit qutularına qablaşdırıb yaşadığı evdə və evin həyətində olan tövlədə düyü qablarında saxlamışdır. Ona çətənə kollarını əkib becərməkdə, qurutmaqda və qablaşdırmaqda heç kim köməklik göstərməmişdir. Baxış keçirilməsi ilə bağlı heç bir etirazı yoxdur. - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında videoçəkiliş ilə Təqsirləndirilən şəxs oğunun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq əşya və predmet varsa təqdim etməsi təklif olunmuş, bu təklifdən sonra o, üzərində qanunla qadağan edilən əşya, predmet, narkotik vasitə və psixotrop maddə olmadığını bildirərək, üzərində saxladığı 01 ədəd “Redmi” markalı smartfon mobil telefonu və 01 ədəd “Samsung” markalı sadə düyməli mobil telefonu çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilsə də qanunsuz əşya və predmet, narkotik vasitə aşkar edilməmişdir. Aşkar edilmiş mobil telefonlar iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, “Redmi” markalı telefonun üzərində olan nömrəni bilmir, “Samsung” markalı mobil telefonun üzərində isə ***-***-**-** və ***-***-**-** saylı nömrələr vardır. Yaşadığı evin tövləsindən aşkar edilmiş 02 ədəd kauçuk qabda qablaşdırdığı ümumi sayı 49 ədəd kibrit qutusunda olan və yaşadığı evin yataq otağından aşkar edilmiş 01 ədəd kauçuk qaba qablaşdırılmış 08 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana özünündür. Şəxsi istifadəsi üçün 2023-cü ilin aprel ayında 15 ədəd çətənə kolu əkib becərmişdir. Çətənə kollarını 2023-cü ilin sentyabr ayının sonlarında dərib çöllük sahədə qurudaraq kibrit qutularına qablaşdırmışdır. Həmin kibrit qutularını yaşadığı evin həyətyanı sahəsində olan tövlədə düyü qablarında qablaşdıraraq torpağa basdırmış və bir hissəsini isə yaşadığı evin yataq otağında olan şkafda düyü qabında saxlamışdır. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. -iş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/39 nömrəli rəyindən görünür ki, 1) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı..49 ədəd...” sözləri və imzalar olan kağız paketdə 49 ədəd kibrit qutusunda olan ümumi təmiz çəkisi – 319.57 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından ..8 ədəd...” sözləri və imzalar olan kağız paketdə ümumi sayı 08 ədəd kibrit qutusunda olan ümumi təmiz çəkisi – 45.44 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş 57 ədəd kibrit qutusunda olan marixuana orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə eyni tərkiblidir. - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/306 nömrəli rəyindən görünür ki, 1. “Azərbaycan Respublikası DİN Zərflər üçün №137” dairəvi möhrü əksi ilə möhürlənmiş vəziyyətdə üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı..49 ədəd...” sözləri və imzalar olan kağız paketdə 49 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaların ayrı-ayrılıqda təmiz çəkisi – 5.71qr, 6.60qr, 6.46qr, 6.89qr, 6.64qr, 6.08qr, 6.11qr, 6.6qr, 5.32qr, 6.28qr, 6.01qr, 6.54qr, 6.82qr, 6.25qr, 6.14qr, 6.4qr, 6.81qr, 6.65qr, 6.51qr, 6.31qr, 6.68qr, 6.86qr, 6.36qr, 6.3qr, 6.44qr, 6.24qr, 6.04qr, 6.26qr, 6.24qr, 6.89qr, 6.37qr, 6.81qr, 6.24qr, 6.50qr, 6.74qr, 6.94qr, 6.18qr, 6.62qr, 6.04qr, 6.86qr, 6.22qr, 6.38qr, 6.89qr, 6.45qr, 6.06qr, 6.81qr, 6.25qr, 6.49qr, 6.29qr, ümumi çəkisi 314.67 qram olmuşdur. 2. tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı evin qonaq otağından ..8 ədəd...” sözləri və imzalar olan kağız paketdə 01 ədəd polietilen torbada ümumi sayı 08 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaların ayrı-ayrılıqda təmiz çəkisi – 6.57qr, 5.85qr, 5.27qr, 5.49qr, 5.27qr, 4.38qr, 6.77qr, 5.04qr ümumi təmiz çəkisi – 44.64 qram olmuşdur. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 342 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. -“TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024cü il tarixli 18-1-49/2-61/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2024-cü il tarixli tələbnadən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF 1 saylı X7 Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-20571/2024 nömrəli əktubundan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə əmək pensiyası və ya sosial müavinət ödənilmir. -"xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli BKC/LGL-3771/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrələrdən xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmuş telefon danışıqları, göndərilmiş və qəbul edilmiş SMS-lər, həmin müddət ərzində abunəçilərin hansı ünvanda olmaları, habelə həmin nömrələrə daxil olan və çıxan zənglər barədə siyahılara baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. -"xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli AZF/LGL-1971/24 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** saylı mobil nömrələrdən xx.xx.2023cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmuş telefon danışıqları, göndərilmiş və qəbul edilmiş SMS-lər, həmin müddət ərzində abunəçilərin hansı ünvanda olmaları, habelə həmin nömrələrə daxil olan və çıxan zənglər barədə siyahılara, 01 ədəd CD diskdə olan 04 ədəd fayla baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. - iş üzrə verilmiş əməliyyat tapşırığının 3-13-86/1-240600007/2024 saylı cavabından görünür ki, keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs yaşayış evinin həyətində yerləşən tövlədən və evin yataq otağındakı şkafdan aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitəni əldə etməkdə, daşımaqda və saxlamaqda köməklik göstərən şəxs olmamışdır. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə cinayət işinin materiallarını araşdırıb, tərəflərin çıxışlarını dinləyərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən yalnış olaraq Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edildiyindən, törədilən cinayət əməlinə düzgün hüquqi qiymət verilməklə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən kifayət qədər ətraflı araşdırma aparılsa da, Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin (sübutların yoxlanılması, sübutların qiymətləndirilməsi, sübutların kifayət etməsi) tələblərini pozmaqla mövcud sübutlara düzgün qiymət vermədən E.V.İsmaylovun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif edilmiş, ona həmin maddə ilə ittiham elan olunmaqla ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə istintaqında tədqiq edilən, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi izahatında, şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində “həmin narkotik vasitələri özü istifadə etmək üçün əkib becərdiyini və saxladığını” göstərmiş, ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə ifadə verməmişdir. Cinayət işinin materiallarında olan Təqsirləndirilən şəxs izahat və ifadələrində özünün narkotik vasitə olan marixuana istifadəçisi olduğunu qeyd etmişdir. Həmçinin, cinayət işi üzrə dindirilən müvafiq əməliyyat tədbirində iştirak etmiş Kürdəmir rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili Şahid1, Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2, Kürdəmir RPŞ-nin İTB-nin XÜ baş inspektoru Şahid4 məhkəmə istintaqı zamanı şahid qismində verdiyi ifadələrində daxil olmuş məxvi məlumatda Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsi, üzərində saxlaması, daşıması barədə əməliyyat məlumatı daxil olmasını, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumatlarının olmadığını, Təqsirləndirilən şəxs yaşadığı ünvana və üzərinə baxış keçirilən zamanı narkotik vasitələri özü istifadə etmək məqsədilə əkib becərdiyini və saxladığını bildirməsinin şahidi olduqlarını bildirmişlər. Bundan əlavə, Təqsirləndirilən şəxs məxsus ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələrdən xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmuş telefon danışıqları, göndərilmiş və qəbul edilmiş SMS-lər, həmin müddət ərzində abunəçilərin hansı ünvanda olmaları, habelə həmin nömrələrə daxil olan və çıxan zənglər barədə siyahılarına baxış keçirilmiş və onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir məlumat aşkar edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki bu qəbildən olan işlərə baxılarkən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işinin materiallarında olan, sübutların qiymətləndirilməsi haqqında qərarda (səh.207, abzas 8) göstəriluir: “Təqsirləndirilən şəxs yaşadığı evin yataq otağındakı şkafdan və fərdi yaşayış evinin həyətində yerləşən tövlədən aşkar edilmiş ümumi təmiz çəkisi 365.01 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın bir-birinə yaxın çəkilərdə 57 ədəd kibrit qutularında qablaşdırması, həmçinin əvvəllər də Təqsirləndirilən şəxs narkotik vasitə satması barədə məlumatların daxil olması bir daha onun satış məqsədi ilə narkotik vasitənin saxlamasına dəlalət edir”. Məhkəmə ibtidai istintaq orqanının dəlalətini əsaslandıran halları əsassız hesab edir ona görə ki, əvvələn, gizlədilmiş ümumi təmiz çəkisi 365.01 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın yerini heç bir təsir və təzyiq olmadan Təqsirləndirilən şəxs özü polis əməkdaşlarına göstərmiş və bütün izahatlarında bildirmişdir ki, 2023-cü ilin fevral ayında 01 ədəd kibrit qutusunda təxminən 20-30 ədəd çətənə tumu tapmış və tələbatını ödəmək üçün həmin tumları 2023-cü ilin aprel ayının ortalarında Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində yerləşən, özünə məxsus əkin sahəsində əkib, tumlara mütəmadi olaraq qulluq edib diblərini boşaldaraq su vermişdir. 2023-cü ilin sentyabr ayının axırlarında çətənə kolları yetişdiyinə görə yarpaqlarını dərib həmin sahədə torpağın üstünə sərib qurutmuş, sonra onları quru saxlamaq məqsədilə 100 ədəd kibrit qutusda qablaşdırmış və yaşadığı evin həyətində kauçuk düyü qablarına doldurub tövlədəki torpağa basdırmışdır. Marixuananın qalan hissəsini yataq otağında olan şkafdakı düyü qabına yığıb hissə-hissə özü üçün istifadə etmişdir. İstintaq zamanı verdiyi ifadələrində də özü əkib becərdiyi çətənə kollarından əldə etdiyi narkotik vasitə qrudulmuş marixuananı öz istifadəsi üçün saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını bildirmişdir. İş üzrə dindirilən şahidlər də, onun narkotik vasitələrinin satışı ilə məşğul olması barədə eşitmədiklərini bildirmişlər. İkincisi, əldə edilən və saxlanılan narkotik vasitələrin miqdarına görə əməlin tövsifi 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları” əsasında müəyyən edilir. Siyahının 109.1-ci bəndində təmiz halda qramlarla qurudulmuş marixuananın 5 qramı xeyli miqdar, 500 qramı külli miqdar, 50000 qramı xüsusilə külli miqdar hesab edilmişdir. Hazırki iş üzrə, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ümumi təmiz çəkisi 365.01 qram təşkil etdiyindən, xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma kimi əməl Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilir, 500 qramdan yuxarı olardısa külli miqdar kimi əməl həmin Məcəllənin 234.1-1-ci maddəsi ilə tövsif ediləcəkdir. Üçüncüsü, təqsirləndirilən şəxs ifadələrində qeyd etmişdir ki, 2023-cü ilin sentyabr ayının axırlarında yetişdirdiyi çətənə kollarının yarpaqlarını dərib həmin sahədə torpağın üstünə sərib qurutmuş, sonra onları quru saxlamaq məqsədilə 100 ədəd kibrit qutusda qablaşdırmışdır. Bundan 3 ay sonra 57 ədəd kibrit qutusu aşkar edilərək götürülmüş, qalan 43 ədəd kibrit qutusunun taleyi isə açıq qalmışdır. Yəni, həmin kibrit qutuları ya satılmış, yaxud da təqsirləndirilən şəxs tərəfindən istifadə edilmişdir. İbtidai istintaq tərəfindən keçirilmiş narkoloji ekspertizanın rəyində Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etdiyi, onun narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyi, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı olduğu, narkoloji kabinetdə qeydiyyata alınması müəyyən edilmişdir. İbtidai istintaq və məhkəmə araşdırması zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı heç bir əməliyyat məlumatı əldə edilmədiyindən, həmin narkotik vasitənin təqsirləndirilən şəxs tərəfindən istifadə edildiyi ehtimalların əksər hissəsini təşkil edəcəkdir. Dördüncüsü, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın 57 ədəd kibrit qutusunda aşkar edilərək götürülməsinə baxmayaraq, çəkiləri 5.71 qramdan 6.94 qrama qədər dəyişən miqdarda olması onu göstərir ki, qurudulmuş marixuana çəkilmədən, xaotik qaydada kibrit qutularına doldurulmuşdur. Bu hal bir daha onu göstərir ki, təqsirləndirilən şəxsin qurudulmuş marixuananı kibrit qutularında saxlamasında niyyəti onu satmaq yox, ifadəsində qeyd etdiyi kimi quru qalması olmuşdur. Beşincisi, yuxarıda adı çəkilən Plenumun Qərarında tövsiyə olunan əsas hal istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi və başqa sübutlar ibtidai araşdırma və məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. Göstərilən və oxşar halların siyahısını daha da artırmaq imkanlarının olmasına baxmayaraq məhkəmə qeyd edir ki, hər bir əmələ ehtimallara görə yox, məhkəmə istintaqında əldə edilmiş mötəbər sübutlara görə hüquqi qiymət verilməlidir. Azərbaycan Respublikası CPM-nin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. 144. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. 145.2. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Sadalanan bütün xüsusatlar onu göstərir ki, iş üzrə mövcud olan heç bir sübut növü Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni məhz satış məqsədilə əldə etdiyini və saxladığını təsdiq etmir. Məhkəmə qeyd edir ki, cinayət işinin materiallarında öz əksini tapan sübutlarla Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əldə etdiyi sübut olunur və cinayət işində mövcud olan heç bir sübut bu halı təkzib etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.4.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər. Cinayət prosessual qanunvericiliyin bu tələblərinə riayət edilib-edilməməsi məsələsi ilə bağlı qeyd olunmalıdır ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşınmasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında həmin nəticəsini əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmiş, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab edilən narkotik maddəni əldə edib saxlaması onun ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadələrlə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəməbioloji ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş məlumatlarla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Moiseyev Rusiya Federasiyasına qarşı iş üzrə 09 oktyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın daha ümumi şəkildə yalnız qanunla cinayətlərin müəyyən olunmasının və cəzanın göstərilməsinin mümkün olduğu (nullum crimen, nulla poena sine lege) və cinayət qanununun, məsələn analogiya üzrə təqsirləndirilən şəxsin zərərinə olaraq geniş təfsir edilməli olmadığına dair prinsiplərindən irəli gəlir ki, hüquq pozuntusu qanunla aydın müəyyən edilməlidir. Beləliklə, təqsirsiz şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasına və təqsirli şəxslərin cinayət məsuliyyətindən kənarda qalmasına şərait yaratmamaq məqsədilə məsuliyyəti müəyyən edən cinayət qanununun müddəası qeyri-müəyyən və ikimənalı olmamalıdır. Göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlərin yalnız CM ilə müəyyən edilməsi və cinayət qanununun tətbiqi zamanı analogiyaya yol verilməməsi tələbi cinayət qanununda təsbit olunmuş qanunçuluq prinsipindən irəli gəlir(CM-in 5.1 və 5.2-ci maddələri). Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən qanunçuluq prinsipinin mahiyyəti cinayət qanununun tətbiqi ilə bağlı hüquqtətbiqedən orqanın fəaliyyətinin yalnız qanuna əsaslanmasından və qanun əsasında həyata keçirilməsindən, eləcə də əməlin cinayət sayılması və belə əməli törədən şəxsin təqsirli hesab edilməsi və onun barəsində cəzanın tətbiqinə yalnız cinayət qanunu əsasında yol verilməsindən ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” 21 oktyabr 2011-ci il tarixli Qərarı). Hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipinə əsaslanır və bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyri-məhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Avropa Məhkəməsinin bildirdiyinə görə, bu, o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir. (51 Bax: Kempbell və X4rşı, 1984. 4852) Məhkəmənin öz qərarını hansı dərəcədə əsaslandırması həmin qərarın xarakterindən asılı olaraq dəyişir. Hər hansı konkret işdə qərarın əsaslandırılması vəzifəsinə əməl edilib-edilmədiyini müəyyənləşdirmək üçün tərəflərin məhkəməyə təqdim etdikləri müxtəlif arqumentləri nəzərə almaq lazımdır Təqsirsizlik prezumpsiyası 6-cı maddənin 1-ci bəndi ilə təmin edilən ədalətli məhkəmə araşdırması hüququnun bir aspektidir və cinayət törətməkdə ittiham olunan bütün şəxslərə şamil olunur. 6-cı maddənin 2-ci bəndində yer alan «cinayət törətməkdə ittiham olunan» ifadəsinin mənası həmin maddənin 1-ci bəndində yer alan «cinayət ittihamı» ifadəsinin mənası ilə eynidir. Elə işlər var ki, orada şəxsin həqiqətən cinayət törətməkdə ittiham olunub-olunmadığını müəyyənləşdirməyə ehtiyac yaranır. 6-cı maddənin 2-ci bəndi bu məsələdə sübutetmə yükünü ittiham orqanlarının üzərinə qoyur. Həmin bənd tələb edir ki, birinci instansiya məhkəməsi işə baxmağa belə bir əqidə ilə başlamamalıdır ki, təqsirləndirilən şəxs həqiqətən ittiham olunduğu cinayət əməlini törədib; bundan başqa, istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll olunmalıdır. Təqsirsizlik prezumpsiyası ibtidai istintaqın necə nəticələnməsindən asılı olmayaraq, cinayət prosesinin bütün mərhələlərinə aiddir. Odur ki, məhkəmə yuxarıda sadalananları hazırki iş üzrə tətbiq edərək hesab edir ki, istintaq orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəza məsələsinə gəldikdə, Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli olması, subay olması, fərdi əməklə məşgul olması, daimi yaşayış yerinin olması, əvvəllər məhkum olunmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə olaraq az ağır cinayətin törətməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə, təqsirini etiraf etməklə əməlindən peşman olmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngulləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Sor-Sor kəndində qeydiyatda olmaqla yaşayır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə faktiki yaşayış yeri olan Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 21.30-dan xx.xx.2024-cü il tarixdə saat 20.00-dək müddətdə şübhəli şəxs qismində tutularaq RPŞ-nin MSY-də saxlanmış, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(041)-03/2024-saylı qərarı ilə 03 (üç) ay müddətində, yəni xx.xx.2024-cü il tarixədək “həbs” qətimkan tədbiri seçilmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli 4(041)- 13/2024 saylı qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustqlığı” qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməli, şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, həbs və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 6 (altı) gün müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Belə ki, hazırkı cinayət işi üzrə müvafiq ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var narkoloji kabinetində profilaktiki qeydiyyata alınması məsləhət görülür. Buna görə də ekspert rəyi nəzərə alınmaqla təqsirləndirilən şəxsin narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmaqla narkomaniya xəstəliyindən məcburi müalicənin təyin edilməsi məqsədəuyğundur. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 359.31 qram qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilməli, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 63.90 (altmış üç manat 90 qəpik) manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan qrudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Şirvan Regional vəkil bürosunun vəkili Müdafiəçi 192 (bir yüz doxsan iki) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün, həbsdə və ev dustaqlığında saxlanıldığı 4 (dörd) ay 6 (altı) gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 (iki) il 3 (üç) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Sor-Sor kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri ləğv edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi 365.01 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalmış 359.31 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 2 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 63.90 (altmış üç manat 90 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi və narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutunnarkotik vasitə olan qrudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 192 (bir yüz doxsan iki) manat xidmət haqqı ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-54/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-54/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver