Məhkəmə qərarları › İş №1(041)-55/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-55/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-55/2023 04.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X4 Müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X7 iştirakı ilə xx xxxx 1987-ci ildə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda qanunsuz olaraq ümumilikdə 24,42 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib saxlayaraq daşımış, həmin narkotik vasitənin bir qismini, yəni 2.72 qramını heç-bir gəlir və mənfəət əldə etmədən 28 mart 2023-ci il tarixdə, saat 17 radələrində Kürdəmir rayonu Sığırlı kəndində, tanışı xx.xx.1973-cü il tarixdə Kürdəmir rayonu Atakişli kəndində anadan olmuş, məhkumluğu olmayan, evli, Kürdəmir rayonu Atakişli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şahid3 pay qismində vermiş, həmçinin həmin narkotik vasitənin bir hissəsini isə yəni 0.38 qramını 30 mart 2023-ci il tarixdə saat 18 radələrində Kürdəmir rayonu Sığırlı kəndində, tanışı xx.xx.1991-ci il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, məhkum olunmayan, subay, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan X14 heç-bir gəlir və mənfəət əldə etmədən pay qismində vermiş, Rüsal Qaybalıyev isə həmin narkotik vasitənin bir hissəsini Təqsirləndirilən şəxs xəbəri və iştirakı olmadan heç-bir gəlir və mənfəət əldə etmədən təmiz çəkisi 0.09 qramını xx.xx.1990-cı il təvvəllüdlü Kürdəmir rayonu Sığırlı kəndində anadan olmuş, məhkum olunmayan, subay, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla, yaşayan Şahid5 pay qismində vermiş, xx.xx.2023-ci il tarixdə saat 22:30 radələrində Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Həşimov X12 rayonu Sığırlı kəndiərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.09 qram kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, tədbirlərin davamı olaraq xx.xx.2023-ci il tarixdə saat 00:40 radələrində isə Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X1 rayonu Sığırlı kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, şöbənin inzibati binasında sonuncunun üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli şalvarın sol ön cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0.29 qram kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, daha sonra isə tədbirlərin davamı olaraq xx.xx.2023-ci il tarixdə saat 02:25 radələrində Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Şahid3 Kürdəmir rayonu Atakişli kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan boz rəngli gödəkcənin sol ön cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 2.72 qram kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, eləcədə tədbirlərin davamı olaraq xx.xx.2023-ci il tarixdə saat 04:10 radələrində Təqsirləndirilən şəxs Kürdəmir rayonu Sığırlı kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, şöbənin inzibati binasında üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sağ ön cibindən 05 ədəd kibrit qutusunda hər-birinin ayrı-ayrılıqda təmiz çəkisi 5.63 qram, 3.74 qram, 3.46 qram, 5.01 qram və 3.48 qram ümumi təmiz çəkisi 21.32 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazılanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, narkotik vasitə marixuanadan bir neçə aydır ki, istifadə edir. 2022-ci ilin may ayında yaşadığı kənd ərzisində çöl sahəsində bir ədəd çətənə kolu əkib-becərərək qulluq edib yetişdirmiş,yetişəndən sonra yarpaqlarını toplayaraq 30 ədəd kibrit qutusunda saxlayıb və hissə-hissə istifadə etək üçün saxlamışdır. O, həmin qutuları çöl sahəsində öz torpaq sahəsində qamışların altında saxlayaraq arabir istifadə etmişdir. xx.xx.2023-cü il tarixdə çöl sahəyə gedib qalan 5 qutuları əynində olan qara rəngli gödəkcənin sağ yan cibinə qoyaraq yaşadığı evdə saxlamaq üçün gətirəndə küçədə Kürdəmir RPŞ-nin əməkdaşları onu saxladaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirb onu Kürdəmir RPŞ-yə gətirmiş, şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmışdır. Ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və o, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində qurudulmuş marixuana olan 5 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Üzərindən aşkar edilmiş 5 ədəd kibrit qutusu bir ədəd zərfə qoyularaq üzəri möhürlənmiş, zərflər onun, müdafiəçi və şahidlər tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir.Verilən suala cavab olaraq o, yaşadığı kənd ərazisində çöl sahəsində bir ədəd çətənə kolu əkdiyini, üzərində aşkar edilən narkotik vasitə qurudulmuş marixuananı əkib becərdiyi bir ədəd çətənə kolundan əldə etdiyini və həmin narkotik vasitəni şəxsi istifadə etmək üçün saxladığını, Rüsal ilə birlikdə bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuana istifadə etdiyini, Rüsalla yaxın münasibətləri olduğunu və Rüsal Qaybalıyevin üzərindən aşkar olunan narkotik vasitəni ona pay kimi verdiyini, əvəzində hər hansı mənfəət və qazanc əldə etmədiyini, tanışı usta Mahirlə bir neçə dəfə narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini, Mahirlə xx.xx.2023-ci il tarixdə söhbətləşən zaman Mahirin ondan narkotik vasitə istədiyini, üzərində olduğunu deyib 01 ədəd kibrit qutusunda narkotik vasitəni Şahid3 verdiyini, qarşılığında Mahirdən hər hansı mənfəət və qazanc əldə etmədiyini, Mahirə həmin narkotik vasitəni pay kimi verdiyini, narkotik vasitə qurudulmuş marixuanadan istifadə etsə də, satışı ilə məşğul olmadığını, ona heç bir formada təzyiq göstərilmədiyini, heç bir cinayət əməli törətmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən səmimi peşman olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını, ailəsinin yeganə gəlir gətirəni olmasını bildirib ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin X5 əməliyyat müvəkkili vəzifəsində işlədiyini, Kürdəmir rayonu Sığırlı kəndində yaşayan Şahid5 rayon sakini kimi tanıdığını, xx.xx.2023-ci il tarixdə Şahid5 qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqda bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini, xx.xx.2023-ci il tarixdə saat 22.30 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində Şahid5 yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə gətirdiklərini, şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, Şahid5 üzərində narkotik vasitə olub-olmaması soruşularaq varsa təqdim etməsi bildirildiyini, Dilqəmin əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etdiyini, həmin bükümün içərisinə baxdıqda kəskin iyli yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edildiyini, bundan sonra üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçrildiyini, üzərindən heç bir qanunsuz əşya və ya predmed aşkar edilmədiyini, aşkar edilmiş kütlənin bir ədəd zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürləndiyini, zərflər onun, müdafiəçi və şahidlər tərəfindən imzalandığını və ekspertizaya təqdim olunacağı bildirildiyini, bundan sonra Şahid5la şifahi qaydada sorğu sual aparılan zaman narkotik vasitəni istifadə etmək üçün üzərində saxladığını, üzərindən aşkar olunan narkotik vasitəni Şahid4 heç bir mənfət və qazanc əldə etmədən ona verdiyini bildirdiyini, həmin tədbirlərin davamı kimi xx.xx.2023-ci il tarixdə saat 00.40 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində X14 yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Kürdəmir RPŞ-yə gətirdiklərini, Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, Rüsal Qaybalıyevə üzərində narkotik vasitə olub-olmaması soruşularaq varsa təqdim etməsi bildirildiyini, Rüsalın əynində olan qara rəngli cins şalvarın sol yan cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etdiyini, həmin bükümün içərisinə baxdıqda kəskin iyli yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğunu, bundan başqa üzərində şəxsi axtarış keçrilən zaman heç bir qanunsuz əşya və ya predmed aşkar edilmədiyini, aşkar edilmiş bir ədəd gümüşü rəngli büküm bir ədəd zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürləndiyini, iştirakçılar tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirildiyini, bundan sonra Rüsal Qaybalıyevlə şifahi qaydada sorğu sual aparılan zaman narkotik vasitəni istifadə etmək üçün üzərində saxladığını, aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs heç bir mənfət və qazanc əldə etmədən ona verdiyini bildirdiyini, həmin tədbirlərin davamı kimi xx.xx.2023-ci il tarixdə saat 02.25 radələrində Kürdəmir rayonu Atakişli kəndi ərazisində Şahid3 yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə gətirdiklərini, şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, Şahid3 üzərində narkotik vasitə olub-olmaması soruşularaq varsa təqdim etməsi bildirildiyini, Mahirin əynində olan boz rəngli gödəkcənin sol qabaq cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etdiyini, həmin qutunun içərisinə baxdıqda kəskin iyli yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğunu, bundan başqa üzərində şəxsi axtarış keçrilən zaman üzərində heç bir qanunsuz əşya və ya predmed aşkar edilmədiyini, aşkar edilmiş bir ədəd kibrit qutusu bir ədəd zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürləndiyini, zərfin üzəri iştirakcılar tərəfindən imzalandığını və ekspertizaya təqdim olunacağı bildirildiyini, həmin tədbirlərin davamı kimi xx.xx.2023-ci il tarixdə saat 04.10 radələrində Kürdəmir rayonu Sığırlı kəndi ərazisində Təqsirləndirilən şəxs yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə gətirdiklərini, şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olub-olmaması soruşularaq varsa təqdim etməsi bildirildiyini, Bəhruzun üzərində narkotik vasitə olduğunu bildirirərək, əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən içərisində qurudulmuş marixuana olan 5 ədəd kibrit qutusunu çıxarıb təqdim etdiyini, həmin qutuların içərisinə baxdıqda kəskin iyli yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğunu, bundan başqa üzərində şəxsi axtarış keçrilən zaman heç bir qanunsuz əşya və ya predmed aşkar edilmədiyini,üzərindən aşkar edilmiş 5 ədəd kibrit qutusu bir ədəd zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN N°137” möhürü ilə möhürləndiyini, zərfin üzəri iştirakcılar tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirildiyini,bundan başqa xx.xx.2023ci il tarixdə X2 qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması və yaşadığı evdə saxlaması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə etdikdən sonra məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirildiyini,xx.xx.2023-ci il tarixdə X2 yaşadığı evin qarşısına gəlib küçə qapısını Süleyman Şəmiyev açdığını, xidməti vəsiqələrini çıxarıb təqdim edəndən sonra, Süleymana yaşadığı evdə və üzərində nakotik vasitə saxlamağında şübhəli olduğunu müstəntiq tərəfindən bildirildiyini, bundan sonra Süleyman Şəmiyevə hüquq və vəzifələri izah edildiyini, polis əməkdaşlarına səmimi etiraf edərək yaşadığı evdə kibrit qutularında marixuana saxladığını bildirdiyini, yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini və bu barədə ərizə ilə müraciət etdiyini, bundan sonra Süleyman Şəmiyevin göstərməyinə əsasən həyətinə daha sonra yaşadığı evə daxil olduqlarını, yaşadığı evdə gizlətdiyi kibrit qutularında olan marixuanaları çıxarıb təqdim etdiyini, 04 ədəd kibrit qutuları müstəntiq tərəfinfən qablaşdırılaraq üzəri yazılandan sonra möhürlənərək götürüldüyünü, bundan sonra Süleyman Şəmiyevi RPŞ-yə gətirdiklərini, şübhəli şəxs qismində tutularaq hüquq və vəzifələri izah edildiyini, Süleymanın təqdim edilmiş müdafiəçilərin siyahısından seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra şəxsi axtarışa başlanıldığını, bundan sonra Süleymana üstündə, paltarında və paltarlarının ciblərində, əşyalarında və bədənində ola biləcək əşyaları təqdim etməsi təklif edildiyini, Süleyman Şəmiyevin üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirdiyini, bundan sonra əynində olan göy rəngli cins şalvarın qabaq sol cibində saxladığı qara kağız bükümdə olan marixuananı təqdim etdiyini, bundan sonra Süleyman Şəmiyevin üzərində axtarış aparıldığını, üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmadığını, aşkar edilmiş siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarıldığını,üzərindən aşkar edilmiş 01 ədəd büküm bir ədəd zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN N°137” möhürü ilə möhürləndiyini, zərfin üzəri iştirakcılar tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirildiyini, Şahid5, X15, Şahid3, Təqsirləndirilən şəxs və X3 rayon sakini kimi tanıdığını, lakin onlarla heç bir münasibəti, ədavəti və düşmənçiliyi olmadığını,onlara qarşı heç bir zor və güc tətbiq edilmədiyini, onların heç birinin barəsində narkotik vasitələrin satışı ilə məşğul olması barədə eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 da Şahid2 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindiriliş X17 ifadəsində göstərdi ki, narkotik vasitə marixuanadan bir neçə aydır ki, istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə yaşadığı Kürdəmir rayonu Sığırlı kəndi ərazisində olan zaman saat təxminən 18 radələrində həmkəndlisi Bəhruzla rastlaşdığını, bir az söhbətləşəndən sonra Bəhruza üzərində narkotik vasitəsi olubolmadığını soruşduğunu, Bəhruzun ona narkotik vasitəsi olduğunu dediyini, bundan sonra Bəhruzun ona bir ədəd gümüşü rəngli bükümdə narkotik vasitə marixuana verdikdən sonra həmin narkotik vasitəni götürüb üzərində saxladığını, həmin vasitəni axşam istifadə etməsini düşündüyünü, Bəhruzdan aralaşdıqdan sonra yolda həmkəndlisi Şahid5la rastlaşdığını, Bəhruzla bir az söhbətləşdikdən sonra Dilqəmin ona narkotik vasitə qurudulmuş marixuana istifadə etmək istədiyini, lakin tapa bilmədiyini dediyini, Dilqəmə üzərində olduğunu, həmin narkotik vasitənin bir hissəsini ona verə biləcəyini dediyini, bundan sonra Təqsirləndirilən şəxs ona verdiyi narkotik vasitənin bir hissəsini Şahid5 verdiyini, qalan hissəsini isə istifadə etmək üçün üzərində saxladığını, xx.xx.2023-cü il tarixdə saat 00:40 radələrində yaşadığı kənd ərazisində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları onu saxlayaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib onu Kürdəmir RPŞ-yə gətirdiklərini, şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, üzərində narkotik vasitə olub-olmaması soruşularaq əgər varsa təqdim etməsi bildirildiyini, əynində olan qara rəngli cins şalvarın sol yan cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etdiyini, həmin bükümün içərisinə baxdıqda kəskin iyli yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğunu, bundan başqa üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuz əşya və ya predmed aşkar edilmədiyini,üzərindən aşkar edilmiş bir ədəd gümüşü rəngli bükümün bir ədəd zərfə qoyularaq üzəri möhürləndiyini, zərflər onun, müdafiəçi və şahidlər tərəfindən imzalandığını və ekspertizaya təqdim olunacağı bildirildiyini, üzərindən aşkar olunan bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin narkotik vasitəni istifadə etmək üçün üzərində saxladığını, həmin narkotik vasitəni həmkəndlisi Təqsirləndirilən şəxs pay kimi ona verdiyini, narkotik vasitənin bir hissəsin həmkəndlisi Şahid5 pay kimi verdiyini, Təqsirləndirilən şəxs uzun müddətdir həmkəndlisi kimi tanıdığını, Bəhruzla yaxşı münasibəti olduğunu, buna görə də Təqsirləndirilən şəxs ona narkotik vasitəni pay kimi verdiyini, Şahid5 onun həmkəndlisi olduğunu, Dilqəmlədə yaxın münasibətləri olduğunu, Şahid5 narkotik vasitəni pay kimi verdiyini, heç bir qazanc və gəlir əldə etmədiyini, Təqsirləndirilən şəxs narkotik vasitə qurudulmuş marixuanadan istifadə edən kimi bildiyini, lakin Bəhruzun narkotik vasitə satmasını eşitmədiyini, birinci dəfə idi ki Bəhruzdan narkotik vasitə istədiyini və Bəhruzun ona narkotik vasitə verdiyini, ona heç bir formada təzyiq göstərilmədiyini, heç bir cinayət əməli törətmədiyini, narkotik vasitə satışı ilə məşğul olmadığını, bir neçə aydır ki narkotik vasitə istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismndə dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, narkotik vasitə marixuanadan bir neçə aydır ki, istifadə etdiyini, qaynaq işi ilə məşğul olduğunu, xx.xx.2023cü il tarixdə Kürdəmir rayonu Sığırlı kəndində qaynaq işi ilə məşğul olan zaman saat təxminən 16 radələrində Təqsirləndirilən şəxs onun olduğu yerə gəldiyini, Təqsirləndirilən şəxs uzun müddətdir tanıdığını, Bəhruzla görüşüb bir az söhbətləşdiklərini və Bəhruzun narkotik vasitə qurudulmuş marixuanadan istifadə etdiyini bildiyi üçün ondan narkotik vasitəsi olub-olmadığını soruşduğunu, Bəhruzda ona narkotik vasitəsi olduğunu dedikdə Bəhruzdan həmin vasitədən ona verməsini istədiyini və Bəhruzun ona bir ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuana verdiyini, narkotik vasitəni istifadə etmək üçün üzərində saxladığını, xx.xx.2023-cü il tarixdə yaşadığı Kürdəmir rayonu Atakişli kəndi ərazisində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları onu saxladıqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə gətirdiklərini, şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, ondan üzərində narkotik vasitə olub-olmaması soruşulduğunu və əgər varsa təqdim etməsi bildirildiyini, əynində olan boz rəngli gödəkcənin sol qabaq cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd kibrit qutusunu çıxarıb təqdim etdiyini, həmin qutunun içərisinə baxdıqda qutunun içərisində kəskin iyli yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğunu, bundan başqa üzərində şəxsi axtarış keçrilən zaman üzərində heç bir qanunsuz əşya və ya predmed aşkar edilmədiyini, üzərindən aşkar edilmiş bir ədəd kibrit qutusu bir ədəd zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürləndiyini, zərflər onun, müdafiəçi və şahidlər tərəfindən imzalandığını, ekspertizaya təqdim olunacağı bildirildiyini, üzərindən aşkar olunan kütlə narkotik vasitə qurudulmuş marixuana olduğunu, xx.xx.2023-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs əldə etdiyini, istifadə etmək üçün üzərində saxladığını, Təqsirləndirilən şəxsla aralarında yaxın münasibət olduğunu, Bəhruzun narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini bildiyi üçün ondan istədiyini və Bəhruzun ona narkotik vasitəni pay kimi verdiyini, birinci dəfə idi ki Bəhruzdan narkotik vasitə istədiyini, üzərindən bir dəfə istifadə etdiyini, qalan hissəsini istifadə etmək üçün üzərində saxladığını, lakin narkotik vasitə satmadığını, ona heç bir formada təzyiq göstərilmədiyini, heç bir cinayət əməli törətmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıdığını, xx.xx.2023-ci il tarixdə barəsində rayon PŞnin əməkdaşları tərəfindən əməliyyat keçirildiyini, üzərində və yaşadığı evdən narkotik vasitə-qurudulmuş marixuana aşkar edildiyini,həmin narkotik vasitələrin ona məxsus olduğunu, lakin tutulduğu vaxt məsuliyyətdən yayınmaq məqsədilə guya Təqsirləndirilən şəxs alması barədə yalan məlumat verdiyini, həqiqətəndə isə həmin narkotik vasitələri Bəhruzdan almadığını, özünü əkdiyi koldan yığdığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iş üzrə Şahid5 lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir mlumat vermədən məhkəmə iclasına gəlməmişdir. İş üzrə Şahid5 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə marixuanadan bir neçə aydır ki, istifadə etdiyini, xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Kürdəmir rayonu Sığırlı kəndi ərazisində həmkəndlisi Şahid4 ilə rastlaşdığını, Rüsaldan üzərində qurudulmuş marixuanası olub-olmamasını soruşduğunu, Rüsalın üzərində narkotik vasitə olduğunu və bir bükümünü ona verdiyini, həmin bükümü alıb istifadə etmək üçün üzərində saxladığını, xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadığı kənd ərazisində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları onu saxladıqlarını, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞyə gətirdiklərini, şübhəli şəxs qismində tutularaq seçdiyi müdafiəçi ilə təmin olunduğunu, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanıldığını, üzərində narkotik vasitə olub-olmaması soruşularaq varsa təqdim etməsi bildirildiyini, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən içərisində qurudulmuş marixuana olan bir ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etdiyini, həmin bükümün içərisinə baxdıqda kəskin iyli yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunduğunu, bundan başqa üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuz əşya və ya predmed aşkar edilmədiyini, üzərindən aşkar edilmiş bir ədəd gümüşü rəngli büküm bir ədəd zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürləndiyini, zərflər onun, müdafiəçi və şahidlər tərəfindən imzalandığını və ekspertizaya təqdim olunacağı bildirildiyini, üzərində aşkar olunan bükümün içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu,xx.xx.2023-cü il tarixdə həmkəndlisi Rüsal adlı şəxslə kənd ərzisində görüşən zaman ondan əldə etdiyini, narkotik vasitəni Rüsalın pay kimi verdiyini, qarşılığında Rüsala heçnə vermədiyini, ona heç bir formada təzyiq göstərilmədiyini, heç bir cinayət əməli törətmədiyini bildirmişdir. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-ci il tarixli 18/387 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən..." sözləri yazılmış və imzalar olan kağız paketdəki 5 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri-5,63qram, 3,74qram, 3,46 qram, 5,01 qram, 3,48qram, ümumi çəkisi-21,32 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs üzərindən və Şahid5, X9, Şahid3 oğlunun üzərindən götürülmüş marixuanalar eyni tərkiblidir. Marixuananın ümumi təiz çəkisi-21,32 qram, tədqiqata istifadə olundu-0,1 qram (hər ob- 0,02qram), 21,22 qram qalıq qalmışdır. (bax cild İ, iş vər. 155-156) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 12 fevral 2021-ci il tarixli, 109 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən süi-istifadə nəticəsində yaranmış naromaniya xəstəliyindən əzab çəkir. Nakomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəsəliyindən məcburi müalicəyə ehtiyac var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (bax İİ cild,iş vər. 102) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan məktubdan görünür ki, Mənəfov X18 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. (baxİİ cild iş vər.71) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax İİ cild ,iş vər: 73-74) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvəli 31 mart 2023-cü il tarixdən hesablanmaqla 02 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilmişdir. (bax İ cild,iş vər.219-224) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra hakimiyyəti başçısının Sığırlı kəndi üzrə icra nümayəndəliyinin verdiyi xasiyyətnamə ilə o yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materillarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2017-ci il təvəllüdli Yusif Mənəfov və xx.xx.2019-ci il təvəllüdli Ömər Mənəfov adlı övladlartı vardır. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sbutların qiymətləndirilməsi haqqında qərarda Şahid5, X17 və Şahid3 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti Kürdəmir RPŞnin X6 göndərilməsi göstərilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan qrudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, məhkəmə-kimyəvi ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qrudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşaqlarının olmasını və ailənin yeganə qazanc gətirən olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs AR CM-nin 234.1-ci maddəsinin sanksiyasında sanksiyasında nəzərdə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X13 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və ona qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində xx.xx.2023-cü il tarixdə 02 ay 15 gün müddətə həbs qətimkan tədbiri seçilərək həbsetmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs AR CM-nin 93.1.2-ci maddəsinə əsasən nun narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, ərazi narkoloji kabinetdə qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 21,22 qram narkotik vasitə olan qrudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə olan 49,74 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X16 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatında daxil olaraq xx.xx.2023-cü il tarixdə hökm çəxarılmışdır. Müdafiəçi X16 məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 30 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X11 180 manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 31 mart 2023-cü il tarixdən 04 iyul 2023-cü il tarixə kimi yəni, 03 ay 04 gün, bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından, yəni 06 ay, 08 gün müddət çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Sığırlı kəndində yerləşən evi gecə saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi üzrə narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 21,22 qram narkotik vasitə olan qrudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X10, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 30 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X11 180 (bir yüz səksən) manat ödənilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar