Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-55/2024 23.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1986-cı ildə Kürdəmir rayonu Qarasaqal kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, “DOST” Mərkəzində fəhlə işləyən, Kürdəmir rayonu Qarasaqqal kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonu Aran qəsəbəsində yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs döyməsi ilə bağlı sonuncunun xx.xx.2023-cü il tarixdə rayon polis şöbəsinə şikayət etməsi və cinayət məsuliyyətindən azad olunması üçün onunla barışmaması səbəbindən Zərərçəkmiş şəxs qisas almaq məqsədilə və sonuncunun ağır cinayət törətməkdə ittiham olunması ilə bağlı cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmək niyyəti ilə, 15 noyabr 2023-cü il tarixdə saat 12:02-də Kürdəmir şəhəri ərazisində olarkən istifadəsində olan ***-***-**-** nömrəli mobil telefondan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Növbətçi Hissələri İdarəetmə Xidmətinin “102” xidməti-zəng mərkəzinə zəng edərək 2010-cu il tarixdə arvadı Zərərçəkmiş şəxs 5 aylıq oğlunu yerə çırpması və nəticədə övladının ölməsi barədə biləbilə Azərbaycan Respublikası CM-nin 126.3-cü maddəsində nəzərdə tutulan baş verməyən ağır cinayətin edilməsi haqqında məlumat vermiş, sonra isə rayon polis şöbəsinə gedib Azərbaycan Respublikası CM-nin 296-cı maddəsi ilə xəbərdarlıq edilməsinə baxmayaraq eyni məzmunda şikayət ərizəsi yazaraq və izahat verərək Zərərçəkmiş şəxs baş verməyən ağır cinayət törətməkdə ittiham etməklə bilə-bilə yalan xəbərçilik etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, 2023-cü ilin oktyabr ayında ailə daxili söz-söhbəti və mübahisəsi olduğu üçün qaynı Zaur Nadirov və arvadı Zərərçəkmiş şəxs onun barəsində, yəni onun Laləni döyməsilə bağlı rayon polis şöbəsinə şikayət etmişlər. Bu səbəbdən RPŞ-nin Təhqiqat bölməsində onun barəsində araşdırma aparılmışdır. Araşdırma zamanı arvadı Lalənin onunla barışmadığını və şikayətini geri çəkmədiyini görüb cinayət məsuliyyətinə cəlb ediləcəyini başa düşmüşdür. Bundan sonra o da xx.xx.2023-cü il tarixdə Kürdəmir şəhəri ərazisində olarkən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək arvadı Lalə barəsində həqiqətə uyğun olmayan məlumat vermişdir. Arvadı Lalə ilə ailə qurduqdan və ilk oğlu İlkin Salahov dünyaya gəldikdən bir müddət sonra yaşamaq üçün Kürdəmir rayonu Yeni Şıxımlı kəndinə köçmüşlər. İkinci oğlu Ömər 2010-cu ildə dünyaya gəlmişdir. Oğlu Ömər dünyaya gəldikdə zəif olmuş, tez-tez temperaturu qalxmış, xəstələnmişdir. Ailəsinin maddi imkanı aşağı olduğundan Öməri heç bir həkimə göstərməmişlər. 2010-cu ilin noyabr ayında oğlu Ömərin yenidən temperaturu qalxaraq xəstələnmişdir. Həmin gün onlar anası Yaqutun evinə getmişlər. Həmin gecə anası Yaqut Ömərin hələ də temperaturunun olduğunu görüb Öməri gecə saat 1 radələrində arvadı və anası birlikdə Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Vasif həkimin evinə gətirmişlər. Vasif həkim Öməri müayinə etdikdən sonra uşağın vəziyyətinin yaxşı olmadığını, səhəri günü müalicə üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirməklərini demişdir. Gecə oğlu Ömərin temperaturu daha artması və xəstəliyinin şiddətlənməsi səbəbindən vəfat etmişdir. Lakin o, arvadı Lalədən onun barəsində polisə şikayət etdiyi üçün intiqam almaq məqsədilə Lalə barəsində yalan məlumat vermişdir ki, guya oğlu Ömər 2010-cu ildə arvadı Lalənin onu döyməsindən sonra ölmüşdür. Halbuki belə bir hadisə baş verməmişdir. Oğlu Ömərin ölümündə arvadı Lalənin təqsirinin olması barədə bilə-bilə yalan xəbər vermişdir. DİN-nin 102 xidmətinə müraciəti əsasında Kürdəmir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Bəhruz İsmayılov tərəfindən araşdırma başlanmış və araşdırma zamanı izahat alınarkən ona bilə-bilə yalan xəbərçilik etməyə görə cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, o, arvadından intiqam almaq üçün arvadı Lalə guya cinayət törətməsi barədə yalan izahat vermişdir. Bundan sonra arvadı Lalə döyülməyi ilə əlaqədar RPŞ-də aparılan araşdırma üzrə onunla barışdığı üçün o, da öz müraciətinin yalan olduğunu bildirmiş və bu məzmunda təhqiqatçıya yenidən izahat vermişdir. Hazırda arvadı Lalə ilə barışmışlar və birlikdə yaşayırlar. Arvadı barəsində bilə-bilə yalan xəbərçilik etdiyini dərk etmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin göstərmişdir ki, Ömər doğulduğu vaxt doğum həkimi uşaqda zəiflik olduğunu, müalicə etdirmələrini demişdir. Lakin maddi vəziyyətləri yaxşı olmadığından Ömər doğulduqdan sonra onu müalicə etdirə bilməmişlər. Oğlu Ömərə doğum haqqında şəhadətnaməsi almamışlar. Bu səbəbdən Ömərin ölüm haqqında şəhadətnaməsi də yoxdur. Arvadı Zərərçəkmiş şəxs onun tərəfindən döyülməsi barədə rayon polis şöbəsinə şikayətindən sonra o, Lalədən intiqam almaq üçün DİN-nin 102 xidmətinə zəng edərək xx.xx.2023-cü il tarixdə arvadı barəsində bilə-bilə yalan məlumat vermişdir ki, guya 2010-cu ildə xəstəliyi səbəbindən ölən oğlu Ömərin ölümündə arvadının təqsiri vardır. Arvadından əsəbi olduğu üçün 102 müraciətindən sonra həmin tarixdə Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş və izahat vermişdir. xx.xx.2023-cü il tarixli ərizə və izahatdakı adımın qarşısındakı imzalar ona məxsusdur. Ziyd Salahov həmçinin ifadəsində əməlindən peşman olmasını və himayəsində 1 azyaşlı uşaqının və ailənin yeganə qazanc gətirən şəxs olmasını, uşaqlarından birinin epilepsiya xəstəsi olmasını, zərərçəkmiş şəxs arvadı Zərərçəkmiş şəxs ilə barışaraq hazırda bir yerdə yaşadıqlarını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında göstərdi ki, o, xx.xx.2008-ci il tarixdə Kürdəmir rayonu Qarasaqqal kənd sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuş, həmin evlilikdən 2 oğlu vardır. 2023-cü ilin oktyabr ayında əri ilə arasında ailə daxili sözsöhbəti olduğu üçün əri Ziyad onu döymüşdür. Bu səbəbdən o, ərindən ayrılaraq atası evinə getmişdir. Bundan bir neçə gün sonra Ziyad onun atası evinə gəlib onunla yenidən mübahisə etdiyi üçün qardaşı X8 barəsində rayon polis şöbəsinə şikayət etmişdir. Rayon polis şöbəsinin Təhqiqat bölməsində araşdırma aparılmışdır. Araşdırma zamanı Ziyad ona barışmaq təklif etsə də, o, Ziyadla barışmamışdır. Əri Ziyad xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək onun barəsində həqiqətə uyğun olmayan məlumat vermişdir. Ziyadla ailə qurduqdan və ilk oğlu İlkin Salahov dünyaya gəldikdən bir müddət sonra yaşamaq üçün Kürdəmir rayonu Yeni Şıxımlı kəndinə köçmüşlər. İkinci oğlu Ömər xx.xx.2010-cu ildə dünyaya gəlmişdir. Oğlu Ömərə hamiləlik dövründə onda hansısa virus olmuşdur. Lakin maddi vəziyyətləri aşağı olduğundan hamiləlik vaxtı müalicə ala bilməmişdir. Bu səbəbdən Ömər doğulduqda çox zəif doğulmuşdur. Lakin bununla əlaqədar Öməri heç bir həkimə göstərməmişdirlər. Oğlu Ömər tez-tez xəstələnmişdir. 2010-cu ilin noyabr ayında oğlu Ömər xəstələnərək temperaturu olmuşdur. Həmin gün onlar qaynanasının yanına getmişlər. Qaynanasına Ömərin narahat olduğunu demişlər. Həmin gecə oğlu Ömərin hələ də temperaturunun olduğunu görüb onu gecə saat 1 radələrində əri Ziyad və qaynanası Yaqutla birlikdə Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Vasif həkimin evinə gətirmişlər. Vasif həkim oğlunu müayinə etdikdən sonra uşağın vəziyyətinin yaxşı olmadığını, səhəri günü müalicə üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirmələrini demişdir. Gecə oğlu Ömər temperaturunun daha artması və xəstəliyinin şiddətlənməsi səbəbindən vəfat etmişdir. 2023-cü ilin oktyabr ayında qardaşı Zaur Ziyad barəsində polisə şikayət etdiyi üçün Ziyad da ondan intiqam almaq məqsədilə onun barəsində yalan məlumat vermişdir ki, guya oğlu Ömər 2010-cu ildə onun Öməri döyməsindən sonra ölmüşdür. Belə bir hadisə baş verməmişdir. Təqsirləndirilən şəxs DİNnin 102 xidmətinə müraciəti əsasında Kürdəmir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Bəhruz İsmayılov tərəfindən araşdırma başlanmış və araşdırma zamanı Ziyadın onunun barəsində yalan məlumat verməsi müəyyən edilmişdir. Bundan sonra Ziyad özü yalan məlumat verdiyini etiraf etmişdir. Ömər doğulduğu vaxt doğum həkimi uşaqda zəiflik olduğunu, müalicə etdirmələrini demişdir. Lakin maddi vəziyyətləri yaxşı olmadığından Ömər doğulduqdan sonra onu müalicə etdirə bilməmişlər. Oğlu Ömərə doğum haqqında şəhadətnaməsi almamışlar. Bu səbəbdən Ömərin ölüm haqqında şəhadətnaməsi də yoxdur.Hazırda o, Təqsirləndirilən şəxsla barışmışlar, onlar bir yedrə yaşayırlar. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Təqsirləndirilən şəxs həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 2023cü ilin oktyabr ayında Ziyadı arvadı Lalə ilə mübahisələri olduğu üçün gəlini Lalə oğlu barəsində rayon polis şöbəsinə şikayət etmişdir. Bununla bağlı Kürdəmir RPŞ-nin Təhqiqat bölməsində araşdırma aparılmışdır. Araşdırma zamanı Ziyad Lalənin onunla barışmaması səbəbindən Ziyad da Lalənin barəsində yalandan şikayət etmək qərarına gəlmiş və xx.xx.2023-cü il tarixdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Lalə barəsində həqiqətə uyğun olmayan yalan məlumat vermişdir ki, guya 2010-cu ildə doğulmuş nəvəsi Ömərin Lalə tərəfindən döyülməsindən sonra ölmüşdür. Əslində isə belə hadisə baş verməmişdir. Ziyad və Lalənin xx.xx.2010-cu ildə Ömər adlı ikinci oğulları Kürdəmir rayonu Yenikənd kənd xəstəxanasında doğulmuşdur. Həmin uşaq doğulduqda çox zəif olmuşdur. Həmin dövrdə Ziyad və arvadı Lalə Kürdəmir rayonu Yeni Şıxımlı kəndində yaşayırmışdırlar. 2010-cu ilin noyabr ayında oğlu Ziyad və gəlini Lalə onun yanına gəldikləri vaxt Ömərin bir neçə gündür narahat olduğunu, temperaturunun olduğunu demişlər. Həmin gecə o, nəvəsi Ömərin hələ də temperaturunun olduğunu görmüş, Öməri gecə saat 1 radələrində oğlu Ziyad və gəlini Lalə ilə birlikdə Kürdəmir rayonu Xırdapay kəndində yaşayan Vasif həkimin evinə gətirmişlər. Vasif həkim Öməri müayinə etdikdən sonra uşağın vəziyyətinin yaxşı olmadığını, səhəri günü müalicə üçün Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirmələrini demişdir. Bundan sonra onlar evlərinə qayıtmışlar. Gecə nəvəsi Ömərin temperaturu daha artması və xəstəliyinin şiddətlənməsi səbəbindən vəfat etmişdir. 2023-cü ilin oktyabr ayında Lalənin oğlu Ziyad barəsində şikayət etməsi səbəbindən polisə şikayət etdiyi üçün Ziyad da əsəbiləşib Lalə barəsində belə yalan məlumat vermişdir. Əslində isə X9 Nazirliyinin 102 xidmətinə verdiyi məlumatda göstərdiyi kimi hadisə baş verməmişdir. Həmin məlumatlar Ziyadın öz uydurmasıdır. Hazırda gəlini Lalə ilə oğlu Ziyad barışmışlar və birlikdə yaşayırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 1986-cı ildən Kürdəmir Rayon Xəstəxanasında həkim-pediatr kimi işləyir. O, əvvəllər xəstəxanadan əlavə evində də xəstə qəbul edib müayinə etmişdir. Şahid1 oğlu Ziyad və gəlini ilə 2010-cu ilin noyabr ayında onun yanına nəvəsini gətirməsini xatırlamışdır. Ziyad həmin vaxt küçədə gözləmişdir. Uşaq körpə, yəni 4-5 aylıq olmuşdur. Uşağın anası və nənəsi onun doğulan vaxtdan zəif olduğunu bildirmişlər. O, körpəni müayinə etdikdən sonra onun temperaturunun yüksək olduğunu, vəziyyətinin pis olduğunu görmüşdür. Onlara uşağı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına, lazım gələrsə Bakı şəhərinə aparmalarını məsləhət görmüşdür. Bundan sonra onlardan xəbər almamışdır. Uşağın nə vaxt öldüyünü bilməmişdir. Şahid2 ifadəsində həmçinin göstərmişdir ki, 2010-cu ilin noyabr ayında Şahid1 gəlini Zərərçəkmiş şəxs ilə 5 aylıq uşağı onun yanına müayinəyə gətirmişlər. Həmin vaxt uşağın temperaturunun yüksək olduğunu, vəziyyətinin yaxşı olmadığını görmüşdür. Həmin vaxt o, uşağı müayinə edərkən bədəni üzərində hər hansı xəsarətin və ya xəsarət izinin olmasını görməmişdir. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizasının 07 mart 2024cü il tarixli 3-16-16/2-4/272 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədə “İmza” qrafasındakı imzalar, xx.xx.2023-cü il tarixli izahatın 1-ci və 2-xi vərəqinin aşağı hissəsindəki imzalar və “İmza” qrafasındakı imzalar – Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. (bax iş vər, 77-80) İş materiallarına əlavə edilmiş Kürdəmir RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı Bəhruz İsmayılovun xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarından görünür ki, Kürdəmir rayonu Qarasaqqal kənd sakini X4 xx.xx.2023cü il tarixdə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək həmin tarixdə bacısı Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermişdir. Bu barədə Zərərçəkmiş şəxs da ərizə ilə RPŞ-yə müraciət etmişdir. Həmin məlumatlar əsasında aparılan araşdırma zamanı cinayət işinin başlanması rədd edilərək Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri müəyyən edildiyindən onun barəsində inzibati tədbir görülməsi üçün qərar aidiyyəti üzrə RPŞ-nin İctimai Təhlükəsizlik bölməsinə göndərilmişdir. (bax iş vər, 90-91) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın Qarasaqqal kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 79 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2009-ci il təvəllüdli İlkin və 2012-ci il təvəllüdli Ömər adlı 2 uşağı vardır. (bax iş vər. 86) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın Qarasaqqal kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 87) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 93) İş materiallarına əlavə edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs Maşalah qızının ərizəsindən görünür ki, o təqsirləndirilən şəxs X5 ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş 2009-ci il təvəllüdli X6 barəsində olan tibbi sənədlərdən görünür ki, o, epilepsiya xəstəsidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etməklə Zərərçəkmiş şəxs ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması özünün etirafı, şahid ifadəsi, məhkəmə-xəttşünaslıq ekspertizasının, rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşağının olmasını, uşaqlardan birinin epilepsiya xəstəsi olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, onun ailənin yeganə qazanc gətirən şəxs olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 296.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu Qarasaqqal kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. 112 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 296.2-ci maddələsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 03 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Qarasaqqal kəndində yerləşən evi yaşayış evini gecə saat 22.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs 112 (bir yüz on iki) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-55/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-55/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver