Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-56/2024 22.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 iştirakları ilə, xx.xx.1990-cı ildə Kürdəmir rayonu Sor-Sor kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə xx.xx.1987-cı ildə Kürdəmir rayonu Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəməsinin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Kürdəmir rayonu Atakişili kəndində tanışı Təqsirləndirilən şəxs2 10 manat pul müqabilində təmiz çəkisi 0.192 qram-xeyli miqdarda kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini və 30 manat pul müqabilində təmiz çəkisi 0.161 qram-xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə heroini almaqla, satış məqsədi olmadan qanunsuz əldə edib saxlayaraq üzərində daşımış, həmin tarixdə saat 13 radələrində əldə etdiyi 0.192 qram psixotrop maddə metamfetamini tanışı Şahid4 ilə qabaqcaqdan razılaşdıqları kimi heç bir mənfəət əldə etmədən ona vermiş, xx.xx.2024-cü il tarixdə saat 21:15 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, Şahid4 onunla birlikdə Kürdəmir rayonu Şüşün kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, Şahid4 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın qabaq ön sağ cibindən bir ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0.192 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, daha sonra Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol iç cibindən bir ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0.161 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə xeyli miqdarda təmiz çəkisi 0,192 qram psixotrop maddə metamfetamini və xeyli miqdarda ümumi təmiz çəkisi 0.287 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, həmin 0.192 qram psixotrop maddə metamfetamini 10 manat pul müqabilində və əldə etdiyi heroinin 0.161 qram çəkidə olan hissəsini isə 30 manat pul müqabilində xx.xx.2024-ci il tarixdə saat 13 radələrində yaşadığı Kürdəmir rayonu Atakişili kəndi ərazisində tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra ona satmış, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 13 radələrində ondan əldə etdiyi 0.192 qram psixotrop maddə metamfetamini tanışı Şahid4 ilə qabaqcaqdan razılaşdıqları kimi heç bir mənfəət əldə etmədən ona vermiş, xx.xx.2024-cü il tarixdə saat 21:15 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, Şahid4 və Təqsirləndirilən şəxs1 birlikdə Kürdəmir rayonu Şüşün kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, Şahid4 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın qabaq ön sağ cibindən bir ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0.192 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüş, daha sonra həmin tarixdə Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol iç cibindən bir ədəd kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0.161 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, xx.xx.2024-cü il tarixdə saat 18:55 radələrində Təqsirləndirilən şəxs2 Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan gödəkçənin sol cibindən bir ədəd siqaret qutusunun içərisindən 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.060 qram və 0.066 qram xeyli miqdarda ümumi təmiz çəkisi 0.126 qram Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş heroinlə eyni tərkibli narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Sor-Sor kəndində yaşayır, fərdi əməklə məşğul olmaqla ailəsini dolandırır, 5-6 ildir narkotik vasitə heroindən istifadə edir. Kürdəmir rayonu Şüşün kənd sakini Şahid4 onun tanışıdır, münasibətləri yaxşı olduğundan birlikdə bir neçə dəfə narkotik vasitə istifadə etmişlər. xx.xx.2024-cü il tarixdə Şahid4la birlikdə Kürdəmir şəhər ərazisində yerləşən “Laçın” kafesində nahar edərkən Rahil “patı” çəkmək isdədiyini dediyindən Rahilə patı təşkil edə biləcəyini və özünündə ağrıları olduğundan ona narkotik vasitə heroin ala bilməsi üçün borca pul verməsini xahiş etmişdir. Aralarında olan razılığa əsasən Rahil ona 10 manatına metamfetamin, 30 manatlıq isə heroin alması üçün 40 manat pul vermişdir. Həmin gün “Rəşka“ kimi tanıdığı Təqsirləndirilən şəxs2 zəng edib özü üçün 10 manatlıq metamfetamin və 30 manatlıq heroin təşkil etməsini xahiş etmiş, Rəşka da onunla razlaşmışdır. Bundan sonra Rəşadətin yaşadığı Kürdəmir şəhəri “dörd yol” deyilən yerdə yerləşən evinə gedərək Rəşadətdən 40 manat pul müqavilində bir ədəd bükümdə metamfetamin və bir ədəd bükümdə heroin almışdır. Narkotik vasitəni Rəşadətdən özü almış, Rahil onlardan kənarda küçənin başında onu gözləmişdir. Həmin narkotik vasitələri Rahillə birlikdə çəkmə yolu ilə istifadə etmişlər, heroindən bir az qaldığına görə gələcəkdə istifadə etmək üçün kağıza büküb cibinə qoymuşdur. Aralarında gedən söhbət zamanı Rahil ona narkotik vasitə olan qurudulmuş marixuana çəkmək istədiyi və ona birlikdə Kürdəmir rayonu Şüşün kəndinə getməyi təklif etdiyinə görə Rahillə birlikdə Şüşün kəndinə getmişlər. Avtomobili yolun kənarında saxladıqdan sonra polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində narkotik vasitə saxlamağında əsaslı şübhə olduğunu bildirib polis şöbəsinə aparmışlar. Üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qış gödəkçəsnin iç cibindən bir ədəd kağız bükümdə olan heroini çıxarıb təqdim etmiş, kütlə elektron tərəzi ilə çəkildikdə 0.161 qram olduğu müəyyən edildikdən sonra qablaşdırılaraq üzəri möhürlənib şəxsi axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır. Məhkəmədən əməlindən səmimi peşmançılıq çəkməsini, ilk dəfə cinayət törətməsini nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 2 ilə yaxındır narkotik vasitələrdən istifadə edir, son 4-5 aydır ki, narkotik vasitə heroini əvvəl çəkmə sonra isə damarını deşib inyeksiya yolu ilə istifadə edir. Uzun müddət Bakı şəhərində fərdi əməklə məşğul olduqdan sonra Kürdəmir rayonuna gəlmiş, rayonda iş tapa bilmədiyinə görə maddi vəziyyəti pisləşdiyindən narkotik vasitə heroin və psixotrop maddə metamfetamin alıb satmaq qərarına gəlmişdir. Bu məqsədlə sosial şəbəkə vasitəsi ilə tanış olduğu “Rəsul” adlı İran vətəndaşı ilə əlaqə yaradaraq danışmış, aralarında razılıq əldə olunduqdan sonra Rəsulun göndərdiyi kart hesablarına pul yükləmiş, Rəsulda narkotik vasitələri fərqli-fərqli yerlərə qoyaraq şəkillərini çəkib ona atmış və o da həmin yerlərə gedərək narkotik vasitələri götürüb həm özü istifadə etmiş həmdə müəyyən pul müqvilində satışı ilə məşğul olmuşdur. Təqsirləndirilən şəxs1 təxminən 4-5 ay aydır tanıyır, onunla ədavəti və düşmənçiliyi yoxdur, Rasimə bir neçə dəfə narkotik vasitə heroin satmışdır. xx.xx.2024-cü il tarixdə saat 13 radələrində Rasim özünə məxsus ***-***-**-** saylı nömrəsi ilə ona məxsus ***-***-**-** saylı nömrəsinə zəng edərək ondan 10 manatlıq metamfetamin və 30 manatlıq heroin almaq istədiyini demişdir. Onunla razılaşıb yaşadığı küçəyə gəlməsini demişdir Rasim yaşadığı küçəyə gələrək təkrar zəng edərək çatdığnı bildirmişdir. Küçəyə çıxıb bir bükümdə metamfetamini 10 manata, bir ədəd bükümdə heroini isə 30 manata ona satmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə özü ilə 02 ədəd büküm narkotik vasitə heroin götürüb küçəyə çıxmış, həmin gün təxminən saat 18 radələrində Kürdəmir şəhəri ərazisində yol ilə gedərkən polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin satışı ilə məşğul olmasında şübhəli olduğunu bildirib onu polis şöbəsinə aparmışlar. Şəxsi axtarış zamanı üzərində narkotik vasitə heroin olduğunu bildirib əynində olan qara rəngli gödəkçəsinin qabaq sol cibində saxladığı siqaret qutusunun içərisində olan 2 ədəd bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi büküm müstəntiq tərəfindən açılmış, içərisinə baxış keçiriləndən sonra bükümlər qablaşdırılmış, üzəri möhürlənmiş və axtarışda iştirak edən şəxslər tərəfindən imzalanmışdır. İzahatı alınarkən Təqsirləndirilən şəxs1 40 manat pul müqavilində bir bükümdə metamfetamin və bir bükümdə heroini satdığını etiraf etmişdir. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır, bütün bunları nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulan cəzanın aşağı həddində cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərdi ki, narkotik vasitə qurudulmuş marixuanadan və psixotrop maddə metamfetamindən təxminən 5-6 aydır ki istifadə edir. Barəsində 01 may 2024-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham hökmü cıxarılmışdır. Təqsirləndirilən şəxs1 3-4 ildir ki tanıyır, Rasimlə birlikdə narkotik vasitələrdən istifadə etmişlər. xx.xx.2024-cü il tarixdə saat təxminən 12 radələrində Rasimlə Kürdəmir şəhərində “Cavidan “marketdə görüşmüşlər. Rasimlə söhbət edəndə ona “mənim üçün metamfetamin alaq ”demiş, Rasim isə“ mənimdə ağrılarım var, mənə 30 manat borca pul ver məndə özüm üçün heroin alım” demişdir. Rasimlə razılaşmış və ona 40 manat pul vermişdir. Rasimlə birlikdə rayon ərazisində biraz gəzmişlər, sonra isə Rasim metamfetamin və heroin alması üçün “Dörd Yol” ərazisində olan Oba marketin yanından sağa dönüb ara küçələrə getmişlər. Lakin Rasimin kimdən narkotik vasitə və metamfetamini aldığını bilməmişdir. Küçədə dayanmış Rasim isə getmiş, təxminən 3-4 dəqiqə sonra Rasim metamfetaminlə heroini alıb gəlmişdir. Metamfetamindən bir hissəsini Rasimlə birlikdə istifadə etmişlər. Sonra isə Kürdəmir rayonu Şüşün kəndinə getmişlər. Evinə girib tapdığı qurudulmuş marixuananın qalan sonuncu hissəsini kibrit qutusuna doldurmuş qalanını isə üzərində olan Palmal siqaret qutusunun içərisinə qoymuşdur. Oradan çıxıb gələndə maşını yolun kənarında saxlamışlar. Bu zaman polis əməkdaşları yaxınlaşmışlar. Rasimlə onu götürüb RPŞ-yə aparmışlar. Tutulduqdan sonra Rasim narkotik vasitəni aldığı şəxsin Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs2 olduğun bilmişdir. Rəşadəti əvəllər tanımamış, onunla heç bir münasibəti olmamışdır. Bu günə qədər narkotik vasitələrdən istifadə etsə də satış ilə məşğul olmamışdır. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkilli vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Şüşün kəndində yaşayan və qeydiyyatda olan Şahid4, və Kürdəmir rayonu Sor-Sor kəndində yaşayan Təqsirləndirilən şəxs1 üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatların yoxlanılması üçün xx.xx.2024-cü il tarixdə saat 21:00 radələrində Şahid4 və Təqsirləndirilən şəxs1 Kürdəmir rayonu Şüşün kəndi ərazisində saxlanılaraq üzərilərində narkotik vasitə saxlamaqda şübhəli olduqlarından şəxsi axtarış aparılması məqsədi ilə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində Şahid4 əynində olan qara rəngli şalvarın qabaq sağ ön cibindən bir ədəd kibrit qutusunu və bir ədəd “Palmall” markalı siqaret qutusunu çıxarıb təqdim etmiş, siqaret qutusunun içərisinə baxış keçirlərkən içərisində bir ədəd sınıq ampula, açıq halda qurudulmuş marixuanaya bənzər kütlə, 02 ədəd kağız bükümü aşkar edilmişdir. Şahid4 bildirmişdir ki həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin, digərinin içərisində isə limon duzu vardır. Şifahi sorğu- sual zamanı Şahid4 bildirmişdir ki, psixotrop maddə metamfetamini Rasim Adıgözlov vasitəsi ilə əldə etmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni isə Şüşün kəndində tapmışdır. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərində narkotik vasitə var və əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd bükümü təqdim etmişdir.Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd büküm açılıb baxış keçirilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu-sual zaman Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 01 ədəd bükümdə narkotik vasitə ona məxsusdur, Kürdəmir şəhəri, Bakı prospektində yaşayan Rəşka adlı şəxsdən 10 manata metamfetamini, 30 manata isə heroini almışdır, şəxsi istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Şahid4 və Təqsirləndirilən şəxs1 rayon sakini kimi tanıyır, onlarla heç bir münasibəti və hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Şahid4 və Təqsirləndirilən şəxs1 üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin X1 əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə icraatına Kürdəmir rayonu ərazisində narkotik vasitələri satışı ilə məşğul olan Kürdəmir rayon sakini “Rəşka” ləqəbli şəxsin kimliyin müəyyən edilərək RPŞ-nə gətirilməsi barədə raport daxil olmuşdur. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 Kürdəmir rayonu Atakişili kəndi ərazisində saxlanılaraq RPŞ-nə gətirilmiş, üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs2 əynində olan qara rəngli gödəkçənin qabaq sol cibindən bir ədəd “Rotmans” markalı siqaret qutusunu çıxarıb, onun içərisini açıb 2 ədəd ağ kağız bükümü təqdim etmişdir. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki, üzərindən aşkar edilmiş heroin bükümləri ona məxsusdur, narkotik vasitələri və psixotrop maddələri “Rəsul” adlı İran vətəndaşından almışdır. xx.xx.2024-cü il tarixdə X2 10 manat pul müqabilində psixotrop maddə metamfetamin, 30 manat pul müqabilində isə narkotik vasitə heroini yaşadığı küçədə satmışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs2 Kürdəmir rayonu ərazisində narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da Təqsirləndirilən şəxs1 başqa konket olaraq kimlərə satması müəyyən edilməmişdir. Aşkar edilmiş 02 ədəd kağız büküm ağ rəngli zərfdə qablaşdırılmış üzəri yazılaraq möhürlənərək götürülmüşdür. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı Şahid2 və Kürdəmir RPŞ-nin İTB-nin baş inspektoru polis baş leytenantı Şahid5 da Şahid1 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-in baş müstəntiqi X4, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3, RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2, Müdafiəçi1 iştirakı ilə Şahid4 üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış keçirilməzədən qabaq müstəntiq Şahid4 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Şahid4 əynində olan qara rəngli şalvarın qabaq sağ ön cibindən bir ədəd kibrit qutusunu və bir ədəd “Palmall” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin kibrit qutusu müstəntiq tərəfindən açılaraq içərisinə keçirilən baxış zamanı yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Bir ədəd Palmall siqaret qutusunun içərisinə baxış keçirlərkən içərisində bir ədəd sınıq ampula, açıq halda qurudulmuş marixuanaya bənzər kütlə, 02 ədəd kağız bükümü aşkar edilmişdir. Şahid4 bildirmişdir ki həmin bükümlərin içərisində psixotrop maddə metamfetamin, digərinin içərisində isə limon duzu vardır. Aşkar edilmiş kağız bükümlərin birinin içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə, digər bükümün içərisində isə limon duzuna bənzər kütlə olması müəyyən edilmişdir. Şahid4 üzərinə müstəntiq tərəfindən şəxsi axtarş keçirilsə də başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şahid4 təqdim etdiyi metamfetaminə bənzər kütlə olan büküm elektron tərəzidə çəkilmiş və təxmini çəkisi 0.22 qram olması, limon duzuna bənzər kütlə olan büküm 0.28 qram, kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütlə 6 qram, açıq halda olan qurudulmuş marixuanaya bənzər kütləni təxmini çəkisini müəyyən etmək mümkün olmamışdır. Aşkar edilmiş kütlələr ağ rəngli zərfdə qablaşdırılmış üzəri yazılaraq möhürlənərək götürülmüşdür. Şifahi sorğu sual zamanı Şahid4 bildirmişdir ki, psixotrop maddə metamfetamini Rasim Adıgözlov vasitəsi ilə əldə etmişdir. Narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütləni isə Şüşün kəndində tapmışdır. - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-in baş müstəntiqi X4, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3, RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2, Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış keçirilməzədən qabaq müstəntiq Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs1 bildirmişdir ki, üzərində narkotik vasitə var və əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd bükümü təqdim etmişdir.Bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi 01 ədəd büküm açılıb baxış keçirilmiş, içərisində narkotik vasitə heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi sorğu-sual zaman Təqsirləndirilən şəxs1 bildirmişdir ki, 01 ədəd bükümdə narkotik vasitə ona məxsusdur, Kürdəmir şəhəri Bakı prospektində yaşayan Rəşka adlı şəxsdən 10 manata metamfetamini, 30 manata isə heroini almışdır, şəxsi istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Rəşka ləqəbli şəxsdən aldığı metamfetamini Rahilə heç bir mənfəət əldə etmədən vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunan içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd kağız büküm 01 ədəd zərfə qoyulmuş üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmiş, zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs1 narkotik vasitə təqdim etməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış protokolundan görünür ki, həmin tarixdə RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1, RPŞ-nin İTB-nin baş inspektroru Şahid5, RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2, Müdafiəçi2 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparılır. Şəxsi axtarış keçirilməzədən qabaq müstəntiq Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində hüquq və vəzifələri izah edir, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs2 üzərində “Kakos” yəni narkotik vasitə heroin olduğunu bildirib, əynində olan qara rəngli gödəkçənin qabaq sol cibindən bir ədəd “Rotmans” markalı siqaret qutusunu çıxarıb, onun içərisini açıb 2 ədəd ağ kağız bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış keçirilmiş və bir ədəd İNOİ markalı sadə düyməli mobil telefon aşkar edilmiş, başqa qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs2 təqdim etdiyi bükümlər müstəntiq tərəfindən açılmış və hər birinin içərisində qəhvəyi rəngli, toz şəkilli narkotik vasitə heroinə bənzər kütlələrin olması müəyyən edilmişdir. Həmin bükümlər Çin istehsalı olan elektron tərəzidə çəkilmiş və təxmini çəkiləri 0.10 qram və 0.7 qram olmaları müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş bükümlər ağ zərfdə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. Aşkar edilmiş siqaret və alışqan iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs2 özünə qaytarılmışdır. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs2 bildirmişdir ki ki, üzərindən aşkar edilmiş heroin bükümləri ona məxsusdur, narkotik vasitələri və psixotrop maddələri “Rəsul” adlı İran vətəndaşından almışdır. xx.xx.2024-cü il tarixdə X2 10 manat pul müqabilində psixotrop maddə metamfetamin, 30 manat pul müqabilində isə narkotik vasitə heroini yaşadığı küçədə satmışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Aşkar edilmiş 02 ədəd bükümdə olan kütlələr ağ rəngli zərfdə qablaşdırılaraq üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs2 narkotik vasitə təqdim etməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - kompleks məhkəmə-kimyəvi və bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/119-120 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ”Şahid4 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5.29 qram, yaşımtıl rəngli, xırdalanmış qurudulmuş bitki mənşəli kütlə, 01 ədəd siqaret qutusunun içərisində təmiz çəkisi 0.18 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis)bitkisindən kustar üsulla hazırlanmış oqranoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Həmin siqaret qutusunun içərisində 01 ədəd bükümdə təmiz çəkisi 0.192 qram ağımtıl rəgli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. 01 ədəd bükümdə təmiz çəkisi 0.918 qram olan maddə narkotik vasitə və psixotrop maddələr -məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/121 nömrəli rəyində qeyd olunmuşdur ki, 1) tədqiqata təqdim olunmuş üzərində “...Rasim Agzölovun üzərindən..” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.161 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/133 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş ”Təqsirləndirilən şəxs2 üzərindən..” sözləri və imzalar olan kağız paketdə 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0.060 qram, 0.066 qram ümumi təmiz çəkisi 0.126 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 02 ədəd bükümdə, Təqsirləndirilən şəxs1 Bəybala oğlunun üzərindən aşkar olunmuş 01 ədəd bükümdə, cəmi 3 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroinin təmiz çəkisi 0.240 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0.190 qram. - sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid4 barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. -“TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli PHŞ-6-49/2-113/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. -xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X5 Filialından alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əlillyə görə pensiya və ya sosial müavinət ödənilmir. -xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2010cu il tarixdə Fizuli-Qubadlı Hərbi Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CMnin 331.3, 62–ci maddələri ilə təqsirli bilinərək 01 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2011-ci tarixdə cəzanın sonu ilə azad edilmişdir. -xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 273 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 394 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - iş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, 1) Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitə heroini və Təqsirləndirilən şəxs1 satdığı narkotik vasitə heroini və psixotrop maddə metamfetamini əldə etiyi mənbəyi müəyyən etmək olmamışdır. Təqsirləndirilən şəxs1 başqa hər hansı bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmişdir. 2) Şahid4 üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etiyi mənbəyi müəyyən etmək olmamışdır. 3) Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 psixotrop maddəni alıb gətirib Şahid4 verməsində heç bir qazanc əldə etməmişdir. 4) Təqsirləndirilən şəxs1la Şahid4 qabaqcadan əlbir olmamışlar. - xx.xx.2024-cü il tarixdə Azercell MMC-dən daxil olmuş diskə baxış zamanı: 507552736_SMS.txt fayla girib baxış keçirilərkən içərisində xx/xx/2024, 17:38:18, **********36,**********16, Evdayam qacaq lomkada budu qardawdiqin zangima cavab da vermirsan, xx/xx/2024,17:41:31,**********36,**********67, Qacaq qardawn darda qoyan qaqaw harakat ela cox pisam bugunluk komay ela sabah gedacam umud yerim sansan bugun qaqaw, pisam bugunluk komay ela sabah gedacam umud yerim sansan bugun qaqaw,xx/xx/2024 ,00:42:51, **********27, **********36, Qaqa sehere da narahat olma nese gotursem 100% sene da pas atacam arxayin ol, xx/xx/2024, 00:04:41,**********27,**********36, Qaqa cesinen daniwanda ewitdim nese alinsa gizlince mene xeber ele oz aramizda goruwek, xx/xx/2024, 00:21:28,**********27,**********36, Qaqa bele bir tike kolam var daw da var falqada ehtiyac varsa vere bilerem xx/xx/2024, 17:45:41, **********44, **********36, Qaqaş pul atmamisan imkan varsa at təzə tema var onnan sənə yolliyacam, xx/xx/2024,22:15:37,**********36,**********44, QAQAW İMKAN ELE BİR İKİ KELME QSA DANWAQ, xx/xx/2024, 09:01:47,**********27, **********36, Qaqa ALLAH Canini saq elesin cixdim vezyetdan ama dawi az qoy demiwdim sen lap az qoymusan cemi 2-3 tustu vurdum İwe gedirem gelim mene biraz daw ver da, xx/xx/2024,09:04:21,**********36,**********27,SAQOL QAQA AXWAM GAL DAWDİYAQ YOXDU ONCUN AZ QOYDUM AXWAM YİG MANA GAL OTRAQ EVDA İKİ QAQA,xx/xx/2024,00:48:52,**********27,**********36, Deyesen borcunu da cixdun tez bazar kola yaman az idi ama yene da saqol, xx/xx/2024, 02:46:17, **********14, **********36, Qaqa başıma oyun gəldi sən verən temanı yaxşı bükməmisən bütün su o, xx/xx/2024,02:46:18,**********14,**********36, lub agzımda patı tamam sikdirdi koladanda əlimə beşdik çet güclə ça, xx/xx/2024, 02:46:22, **********14,**********36,lub agzımda patı tamam sikdirdi koladanda əlimə beşdik çet güclə ça, xx/xx/2024,04:42:50,**********27,**********36, Qaqa yatmamisan? iwivi hell eleye bildin?seher iwe gedenda mene puluynan nese duzub qowa bileceysen? xx/xx/2024,04:44:56,**********36,**********27,HE YİG QAQA NE NEQEDER YAZ DUZELDİM SEHER GOTUR GEDENDE, xx/xx/2024, 04:51:36, **********27, **********36,Qaqa birda sendan xaiw edirem ki ehtiyatini eldan verme caliw elbeel heckesle goruwme hetta menimle de,pulu atdir karta cix colde bir yere at gotursunler,xx/xx/2024,05:24:25,**********27,**********36,i birdana 10~15man kola at taxta qapi terefe zada iwe gedenda pulu qoyum goturduyum yere gotrum ya karti de karta atim bugunku kimi eli bow getmiyim iwe,E GEDENDE YİG GEL GOTUR 15 M. DUZALDİB HAZR QOYACAM 2 CE BESİNDİ QAQULYA. ARXAYİN OL AYİQAM NECEDE GEDRSEN İWE GEL İNDİ GAL NAVAXT İSTESEN GAL, xx/xx/2024, 05:53:31,**********27,**********36,Qaqa imkan olsa 05 ayir menimcun onu böl iki yere 15 verim yarsin indi gotrum axsam da 15 verim o biri yarisin verersen cetin bawin buraxe qaqulya :-) kimi mesajlar yazılmışdır. - Kürdəmir rayon İHB Muradxan kənd ərazi dairəsi üzrə nümayəndəsi V.Nəsirovun imzaladığı xx.xx.2024-cü il tarixli 102 nömrəli arayışda Təqsirləndirilən şəxs1 3 nəfər ailə üzvü ilə (özü, arvadı, oğlu) Kürdəmir rayonu, Sor-Sor kəndində qeydiyyatda olmaqla yaşadığı, nömrəsiz və tarixi göstərilməyən xasiyyətnamədə müsbət xarakterizə edilmişdir. - Kürdəmir rayon İHB Atakişili kənd ərazi dairəsi üzrə nümayəndəsi Ə.Həmidovun imzaladığı xx.xx.2024-cü il tarixli 371 nömrəli arayışda Təqsirləndirilən şəxs2 3 nəfər ailə üzvü ilə (özü, anası, bacısı) Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla yaşadığı, nömrəsiz və tarixi göstərilməyən xasiyyətnamədə müsbət xarakterizə edilmişdir. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Məhkəməsinin 01 may 2024-ci il tarixli hökmündən görünür ki, Şahid4 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.(qərarın 9-cu bəndi) “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0.15 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi 0.161 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin (tədqiqatq sərf edilmiş 0.05 qram, qalıq 0.111 qram) cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlaması, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitəni əldə edib saxlaması və həmin 0.192 qram psixotrop maddə metamfetamini 10 manat pul müqabilində və əldə etdiyi heroinin 0.161 qram çəkidə olan hissəsini isə 30 manat pul müqabilində Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satması özlərinin etirafı, şahid ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs1 orta təhsilli, evli olması, himayəsində bir azyaşlı uşağın olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır . Təqsirləndirilən şəxs2 orta təhsilli, subay olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağın olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-nin 61.-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə saat 23:05-dən xx.xx.2024-cü il tarixdə saat 17:00-dək müddətdə şübhəli şəxs qismində tutularaq RPŞ-nin MSY-də saxlanılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli, məhkəmə iclas zalından həbs edilərək cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 22 may 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 273 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı, məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 394 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji kabinetində proflaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxslərə tətbiq edilən məcburi müalicə tədbirlərinin icrası ilə bağlı məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 26.2-ci maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə əlaqədar cəzaya məhkum edilməklə yanaşı, barəsində məcburi müalicə tədbirləri tətbiq edilmiş şəxslər cəza çəkdikləri müddət ərzində Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müalicə olunurlar. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 0.287 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra 0.147qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə maddi sübut olan 03 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 81,69 (səksən bir manat 69 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün maddi sübutun-narkotik vasitə olan heroinin məhv edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkoloji kabinetində profilaktiki qeydiyyata alınması Kürdəmir rayon icra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi və ekspertiza xərcinin onlardan tutulması hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəyyən etdiyi cəza çəkmə müəssisəsinin rəhbərliyinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi1 108 (bir yüz səkkiz) manat və Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 108 (bir yüz səkkiz) manat məbləğində xidmət haqqı ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 22 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetində proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 30 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində proflaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 0.287 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatından sonra 0.147qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 81,69 (səksən bir manat 69 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün maddi sübutun-narkotik vasitə olan heroinin məhv edilməsi, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkoloji kabinetində profilaktiki qeydiyyata alınması Kürdəmir rayon icra və probasiya şöbəsinə, Təqsirləndirilən şəxs2 barəsində tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən ixtisaslaşdırılmış tibb müəssisəsində məcburi müalicəsi və ekspertiza xərcinin onlardan tutulması hissəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin müəyyən etdiyi cəza çəkmə müəssisəsinin rəhbərliyinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 108 (bir yüz səkkiz) manat məbləğində xidmət haqqı ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 108 (bir yüz səkkiz) manat məbləğində xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslərə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-56/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-56/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver