Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-56/2025 09.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi fərdi qaydada fəaliyyət göstərən X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Kürdəmir rayonunda anadan olmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş və götürülmüş, Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs, satış məqsədi olmadan xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən “Bəhmənoğlu” mağazanın yaxınlığında tanışı X4 60 manat müqabilində, xeyli miqdarda təmiz çəkisi 5.58 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, sağ ayağında olan corabın içərisində yarım kibrit qutusunda təmiz çəkisi 5.58 qram kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, X14i onun dostudur, aralarında ədavətləri və düşmənçilikləri yoxdur. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Ağakərimə zəng edib narkotik maddə qurudulmuş marixuana tapmasını xahiş etmiş, aralarında razılıq əldə olunduqdan sonra həmin gün saat 21 radələrində onun kartına 60 manat göndərdikdən sonra Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən Bəhmənoğlu marketin qarşısında görüşmüşlər və orada 1 ədəd kibrit qutusunda narkotik vasitə almışdır. Həmin kibrit qutusunda olan marixuananın bir hissəsini çəkərək istifadə etmiş, qalan hissəsini isə siqaretin gümüşü kağızına büküb corabında gizlətmişdir. 21 yanvar 2025-ci il tarixdə, saat 12:20 şəhəri H.Əliyev prospektində piyada gəzərkən hərəkətdə olarkən Kürdəmir RPŞ-nin polis əməkdaşları yaxınlaşıb üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirmişlər və videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib, sağ ayağında olan corabda gizlətdiyi marixuananı çıxarıb təqdim etmiş, narkotik vasitəni necə əldə etdiyini polis əməkdaşlarına izah etmişdir. Əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında şahid X15 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin NMQ-nın əməliyyat müvəkilli vəzifəsində işləyir. xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu Topalhəsənli kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması barədə daxil olan məlumat əsasında həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs Kürdəmir şəhəri H,Əliyev prospektində saxlanılaraq hüquq-vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib sağ ayağında corabın içərisindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etmişdir. Həmin bükümə baxış keçirilərkən içərisində yaşıl rəngli kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edildiyindən həmin kütlə qablaşdırılaraq götürülmüşdür. Şöbəyə gətirildəkdən sonra Təqsirləndirilən şəxs şübəli şəxs qismində tutulmuş, hüquq və vəzifləri izah edilmiş, müdafiəçi ilə təmin olundan sonra videoçəkiliş vasitəsi ilə üzərindən aşkar edilmiş narkotik vasitəyə baxış keçirmişdir. Sorğu sual zamanı Təqsirləndirilən şəxs həmin marixuananı xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən Bəhrəmoğlu adlı marketin qarşısında 60 manat pul müqavilində dostu Ağakərim adlı şəxsdən aldığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişd, onun kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Kürdəmir RPŞ-nin NMQ-nın əməliyyat müvəkilli X12 da şahid X15 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdilər. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 12:00 radələrində Kürdəmir şəhəri H,Əliyev prospektində video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis polkovnik leytenantı X7, Kürdəmir RPŞ-nin CABnin əməliyyat müvəkkili polis leytenantı Şahid1, Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi polis kapitan Şahid3, Kürdəmir RPŞ-nin İTB-nin polis sahə nəfəri polis serjantı X13,Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı X5 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzədən qabaq X30 Baxşıyevə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. Bunu deyib əynində olan sağ ayağında corabın içərisindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı 49 manat və 285 manat pul, bir ədəd siqaret , bir ədəd mobil telefon aşkar edilmişdir. Həmin kibrit qutusuna baxılmış içərisində yaşıl rəngli kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə çəkilmiş və təxmini çəkisi 8.12 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutusu bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür. Aşkar edilmiş pullar isə Təqsirləndirilən şəxs qaytarılmışdır. - xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək qablaşdırılmış ağ rəngli zərfə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis polkovnik-leytenantı X7, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı X13 ,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri polis baş serjantı X8, Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakı keçirilmişdir. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı sağ ayağında olan corabın içərisindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu tərəfimdən içərisinə baxıldıqda içərisindən yaşıl rəngli, kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənər kütlə olması müəyyən edilmişdir. . Həmin kibrit qutusu bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, 01 ədəd kibirit qutusundadır. Ona təqdim edilmiş zərfə baxış keçirilərkən isə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin zərf onun üzərindən aşkar edilən qurudulmuş marixuananın qablaşdırıldığı zərfdir, zərfin tamlığı pozulmamış, onun üzərində ki is öz imzasızıdr. Zərfin tamlığı tərəfimdən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd siqaretin gümüşü kağızına qablaşdırılmış içərisində yarım kibrit qutusunda yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutusu ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkisi, 7.32 qram olması müəyyən edilmişdir. Şifahi suallara cavab olaraq bildirdi ki, həmin kibrit qutusunda olan marixuana ona məxsusdur, həmin marixuananı Ağakərim Adlı tanışından 30 manat pul müqabilində əldə etmişdir. xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən Bəhrəmoğlu adlı marketin qarşısında görüşüb 30 manat pul verib almışdır. Ağakərimin həmin narkotik vasitəni kimdən alıb gətirdiyini bilmir. Polis əməkdaşları tərəfinən üzərinə şəxsi axtarış keçirilən zaman və RPŞ-nə gətirərkən heç bir fiziki zor tətbiq edilməmişdir. Ağakərimin adını özünə məxsus mobil telefonda Kərim kimi qeyd etmişdir.Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış keçirilən zaman Ağakərim adlı şəxsin adını mobil telefonda X32 kimi qeyd edildiyi, həmin şəxsin isə 050- ***-**-** nömrə istifadə etdiyi, xx.xx.2025-ci il tarixdə 21:07-də iki dəfə həmin nömrə illə danışdıqları məlum olmuşdur. Həmin kibrit qutusu polietilen torbaya qablaşdırılaraq ağ zərfdə qablaşdırılmış üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. - Təqsirləndirilən şəxs məxsus, şəxsi axtarış zamanı aşkar edilmiş Samsung markalı smartfon markalı mobil telefona baxış keçirilən zaman, Baxış zamanı “Samsung markalı smartafon mobil telefon gələn və çıxan zənglər olan bölməsinə girərkən X9 məxsus ***-***- **-** saylı mobil nömrənin telefonda “Kerim qaqa.xaliq” kimi yazıldığı,həmin nömrə ilə xx.xx.2025-ci il tarixdə saat 19:15- saniyədə 31 saniyyə, həmin gün 20:32-də 54 saniyə , həmin gün 21:07-də 12 saniyə danışıldığı müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bildirmişdir ki özünə məxsus plastik kartdan telefonunda olan Birbank proqramı vasitəsi ilə Ağakərim Nəbiyevə məxsus plastik karta 60 manat pl göndərmişdir. Təqsirləndirilən şəxs birbank proqramına baxış keçirilməsinə etiraz etməyib özü təhlükəsizlik kodunu daxil edərək proqrama girmişdir. Həmin proqramda tarixcə olan hisssinə girib baxdıqda xx.xx.2025-ci il tarixdə saat 20:40-da, qəbzin nömrəsi **********6 olan, köçürməni alan Ağ******N****** , ****1665 nömrəli kart hesabına 60 manat pulun köçürüldüyü müəyyən edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki Ağakərim Nəbiyevə məxsus plastik karta 60 manat pulu köçürüb ondan narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin yazılanlarda Ağakərimə göndərdiyi pulun öz əksini tapdığı çekdir. - məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/59nömrəli rəyindən görünür ki, 1)Təqsirləndirilən şəxs üzərindən ..” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd gümüşü rəngli kağıza bükülmüş 01 ədəd yarımçıq halda kibri qutusunda təmiz çəkisi 5.58 qram olan bitki mnşəli kütlə tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 5.58 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 0.5.56 qram. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 2901.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.1ci maddəsi ilə təqsirləndirli bilinərək 01 il 06 ay islah işləri 15% cəzasına məhkum edilmişdir. xx.xx.2015-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci, 67.1, 127-ci maddəsi ilə təqsirləndirli bilinərək 09 ay azadlıqdan məhrum etmə cəzaısn aməhkum edilmişdir. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası MM-n xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən azad olunub. - “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli PHŞ-18-1-49/2-81/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. - xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X27 Filialından alınmış məktuba əsasən Təqsirləndirilən şəxs əlillyə görə pensiya, müavinət və təqaüd almır. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 286 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzəb çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. - iş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı tanışı X1 60 manat pul müqabilində aldığını müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hər hansı bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, saxlamasına, daşımasına köməklik göstərən olmamışdır. - Kürdəmir RİHB-nin Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xasiyyətnamədə Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. - Kürdəmir RİHB-nin Topalhəsənli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin verdiyi xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Kürdəmir rayonu Topalhəsənli kəndində qeydiyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ailə üzvləri- xx.xx.1992-ci il təvəllüdlü arvadı X10, uşaqları xx.xx.2011-ci il təvəllüdlü X20 və xx.xx.2015-ci il təvəllüdlü X11r. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ibarətdir, məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən qrudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 5.58 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5.56 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İnsan Hüquqları və X6 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effekliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Hazırki iş üzrə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar az ağır cinayətlər növünə aid edilsə də, əməlin ictimai təhlükəliliyi və kriminanlığı baxımından eyni növ digər cinayət əməllərindən daha aşağı, şəxsi xarakterli və şəxsin sağlamlığından irəli gələn asılılıqla bağlı olmaqla, məcburi müalicə yolu ilə aradan qaldırılması mümkün olan cinayətlər kateqoriyasına daxildir. Təqsirləndirilən şəxs orta təhsilli, evli olması, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmasını, himayəsində azyaşlı uşaqların olmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmançılıq çəkməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Baxşıyev X18 rayonu Topalhəsənli kəndində qeydiyatda olmaqla orada yaşayır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə faktiki yaşayış yeri olan Kürdəmir rayonu Topalhəsənli kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-cü il saat 15.00-dan xx.xx.2025-ci il saat 12:00-dək müddətdə şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSY-da saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində qəti cəza CM-in 69.3-cü maddəsində nəzərdə tutulmuş qaydalar üzrə təyin edilməli, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, həmçinin narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi 5.58 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5.56 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat 95 qəpik) manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, narkomaniyadan xəstəliyindən məcburi müalicə təyin edilməsi, narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan qrudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 120 (bir yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Topalhəsənli kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji kabinetində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi 5.58 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə qrudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalmış 5.56 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 31.95 (otuz bir manat 95 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinə nəzarətin həyata keçirilməsi, narkomaniya xəstəliyindən məcburi müalicə, narkoloji kabinetdə qeydiyyata alınması, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması, hökmün maddi sübutun-narkotik vasitə olan qrudulmuş marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X3 120 (bir yüz iyirmi) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-56/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-56/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver