Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-57/2023 20.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun onun müdaiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil X7 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1972-ci ildə Bərdə rayonu Otuzikilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Otuzikilər kəndində pasport qeydiyyatında olmaqla, Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində Motodrom yaşayış massivində inşa edilmiş sənədsiz evdə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə, tanışı, özünü vəkil kimi təqdim edən X11 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Bərdə rayonu Darğalar kənd sakini Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək, vahid niyyətlə 38.000 (otuz səkkiz min) manat muqablində sonuncunun oğlu X18 rayon polis şöbəsinin istintaq bölməsinin icraatında istintaq olunan cinayət işi üzrə həbsdən azad etdirəcəyinə yalandan vədlər verərək Zərərçəkmiş şəxs aldadıb, ilk dəfə 2022-ci ilin iyun ayının axırlarında Kürdəmir şəhəri Bakı prospektində yerləşən “Azpetrol” X4 yaxınlığında sonuncudan əlbə-əl 20.000 (iyirmi min) manatı və 2022-ci ilin iyul ayının axırlarında Kürdəmir şəhəri Bakı Prospektində yerləşən “Azpetrol” X4 yaxınlığında ondan 18.000 (on səkkiz min) manatını nəğd şəkildə alıb ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs xeyli miqdarda, yəni 38.000 manat maddi ziyan vurmaqla vahid niyyətlə dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, onun Bakirlə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Bakiri qardaşı Qnyazın vasitəsi ilə tanımışdır. 2022 ci ilin iyun ayında Bakı şəhərində tikintidə yəni iş yerində olan zaman qardaşı zəng vurub qudası İlqarın qudası Bakirin oğlu Orxanı Bərdə RPŞ-də həbs etdiklərini deyib onun azadlığa çıxarması üçün onlardan 40000 (qırx) min manat pul istədiklərini onu həbsdən azad etməyə sözü keçən bir şəxs tapmasını demişdir. Ona “axtaracam tapa bilsəm sənə zəng vurub deyəcəm”demişdir. Təxminən Qnyazla danışdıqdan 1 saat sonra yenidən Qnyaz zəng vurub adam tapa bilib bilmədiyini soruşmuşdur. Ona “işçim Elgün var onun əmisi Xəzər rayon məhəkəməsində vəkil işləyir, Elgün əmisi ilə danışsın əgər razılıq versə sənə zəng vurub deyəcəm”demişdir. İşçisi Elgün onun yanında əmisinə zəng vurub danışmış Elgünün əmisi telefonda “başqa yerdəyəm zəng vurub sizə işi həll edə bilcəyim barədə məlumat verəcəm” demişdir. Təxminən Elgün 2 saatdan sonra iş yerində olan zaman yanına gəlmiş və “əmim deyir ki, işi həll edəcəm, Gəncə həbsxanası ilə danışmışam, qaçırılan qız azyaşlıdır, hələlik işin həlli üçün 20000 (iyirmi min) manat versinlər” demişdir. Qnyaza zəng vurub “iş 35000 (otuz beş) min manata həll olunacaq, bu gün 20000 (iyirmi) min manat işi düzəldən şəxsə pul verilməlidir” demişdir. Qnyaz “gözlə İlqarla danışım,sənə zəng vuracam” demişdir. Təxminən 1 saat sonra Qnyaz zəng vurub 20000 (iyrimi) min manatın hazır olduğunu demiş, ona pulu taksi ilə göndərmələrini istəmişdir. Onlar pulu taksi ilə göndərməyə razı olmamışdır. Qnyaz “,sən gəl Kürdəmirə yol yarı olsun bizdə pulu götürüb gəlirik Kürdəmirə” demişdir. Elə həmin günü saat 23 radələrində Kürdəmirə gəlmiş, qardaşı Qnyazla Kürdəmir şəhəri Bakı prospektində yerləşən Azpetrol deyilən yerin yanında görüşmülər. Həmin vaxtı Qnyazın yanında sonradan tanıdığı Bakir və Eynulla olmuş, qardaşının və Eynullanın yanında Bakirdən 20000 (iyirmi )min manatı almış, onlara “sizin işinizi Xəzər məhkəməsində vəkil işləyən Oqtay adlı şəxs həll edir, söz verib ki, 3-4 günə iş həll olunacaq Orxan həbsdən azad olunacaq”demişdir. Pulu aldıqdan sonra Oqtay telefonla zəng vurub “pul hazırdır? yoxsa yox? ”soruşmuş, ona “pul məndədir” demişdir. Oqtay ona telefonla kart şəkli atmış, həmin karta Kürdəmir rayonu ərazisində 7000 (yeddi) min manat pul göndərmiş, sonra isə Oqtayla danışmış və o telefonda “gedirəm Gəncə həbsxanasına Orxanla görüşməyə” demişdir. Səhərisi günü Oqtay zəng edib “Gəncə həbsxanasında hamı ilə danışmışam iş yolunda gedir, lakin şikayətçidən barışıq ərizəsi alınmalıdır, qalan pulu da gətir”demişdir. Bakirə zəng vurub “qalan iş 35000 (otuz beş) min manat yox 38000 (otuz səkkiz) min manata düzəlir, əlavə siz mənə 18000 (on səkkiz) min manatı vercəksiniz” demişdir. Bakirdə telefonda razılaşmış, təxminən 10 gündən sonra yenidən Qnyaz Bakir, Nofəl və İlqarla Kürdəmir rayonunda birinci dəfə görüşdükləri yerdə görüşmüş və Bakirdən 18000 (on səkkiz) min manat alıb Bakıya getmişdir. Səhərisi günü Oqtayla Səbail rayonu ərazisində Azneft deyilən yerdə görüşmüş, ona 20000 (iyrimi min) manat pul vermiş, Oqtayda “gedirəm Bərdəyə şikayətçi olan şəxslərdən barışıq ərizəsi alacam və Orxanın işini aparan müstəntiq ilə görüşəcəm” demişdir. Təxminən 3 gün sonra Oqtayla Bakı şəhəri Binə qəsəbəsində görüşmüş, görüş zamanı Oqtay “iş düzəlir barışıq ərizəsi almışam, müstəntiqlə görüşdüm, 2-3 gün günə bizi yenidən Bərdəyə çağıracaqlar” demişdir. Oqtayla Binə qəsəbəsində görüşdükdən təxminən 3-4 gün sonra onunla birlikdə, Bərdə rayonu Darğalar kəndinə Bakir gilə getmiş, bir gecə Bakir gildə qalmışlar, səhərisi gün Bərdə RPŞ-nə Orxanın adını bilmədiyi müstəntiqinin yanına getmişlər. Oqtay yanında müstəntiqlə söhbət etmiş, sonra Oqtay polis şöbəsindən çıxanda “iş məhəkəməyə gedəcək orada həll olunacaq”demişdir. Oqtayın yanında Bakirə zəng vurmuş, Bakir “gəl bizə bizdən gedin evdə söhbət edək” demişdir. Oqtayla birgə Bakir gilə getmişlər, Oqtay Bakirə işin həlli yolunu danışmış və işin məhkəmədə həll olunacağını bildirmişdir. Bakirinin baldızı Mehparəyə 3000 (üç) min manat pul qaytarmış və həmin vaxtı Bakirdə orda olmuşdur. Oqtayla birgə Bakiya yola çıxmışlar. Bakiya çatanda Bakir telefonla zəng vurub “qayıdın gəlin bizim pulu qaytarın biz bu işə razı deyilik” demişdir. Oqtaya Bakirin dediklərini yolda olanda demiş, Oqtayda “səhər sənə 20000 (iyrimi) min pul verəcəm” demiş və Oqtaydan Bakıya çatanda ayrılmışdır. Səhərisi günü Oqtayla Binə qəsəbəsində görüşmüş, ondan aldığı 27000 (iyrimi yeddi) mindən 20000 (iyirimi) mini qaytarmış və qalan 7000 (yeddi) manatı isə “işin həlli üçün müyyən şəxslərə vermişəm alın həmin pulları da qaytaracam” demişdir Oqtaydan aldığı 20000 (iyrimi) mini avtobus ilə Bərdə şəhərinə Bakirin özünə göndərmiş, sonuncu dəfə Oqtayla Binə qəsəbəsində 20000 (iyrimi) verəndə görüşmüşdür. Oqtay ondan sonra telefonlarını gec-gec açmağa başlamış, sonuncu dəfə onunla danışanda “məndə qalan 7000 (yeddi) mini işin həlli üçün xərcələmişəm, mənim heç kimə borcum yoxdur, istiyirsənsə məni get məndən məhkəməyə şikayət et”demişdir. 25 dekabr 2022-ci il tarixdə Bakirin onun barəsində Kürdəmir RPŞ-nə şikayət etdiyini öyrənmişdir. Bakirin oğlu Orxanı həbsdən azad etmək üçün ümumilikdə 38000 (otuz səkkiz) min manat pulu 2022 ci ilin iyun ayında ayrı-yarı vaxtlarda birinci dəfə 20000 (iyrimi) min manat Kürdəmir şəhəri Bakı prospektində yerləşən Azpetrol YDM-nin yanında Bakirdən qardaşım Qnyazın, Eynullanın iştirakı ilə almış, ikinci dəfə isə Kürdəmirdə birinci dəfə görüşdüyü yerdə onlardan 18000 (on səkkiz) min manat alımışdır. Bakirdən aldığı 38000 (otuz səkkiz) min manat pulu işçisi Elgün vasitəsi ilə tanıdığı əmisi Oqtay adlı şəxsə vermiş, yəni həmin puldan 7000 (yeddi) manatı Kürdəmir rayonunda olan zaman rayon ərazisində yerləşən mağazada ödəmə terminalından Oqtayın onun telefonuna atdığı kart nömrəsinə göndərmiş, qalan 20000 (iyrimi) min manatı isə təxminən 2022 ci ilin iyun ayında Səbail rayonu “Azneft” dairəsi deyilən yerdə Oqtayın idarə etdiyi ağ rəngli “Hyundai Sonata” markalı avtomaşında olan zaman vermiş, Oqtaya pulu verən zaman onların yanında, avtomaşını idarə edən tanımadığı bir nəfər sürücü olmuşdur. Qalan 11000 (on bir) manat pulun, 4000 (dörd) min manatını Oqtayın qardaşı oğlu işçisi Elgünə Oqtayı işi düzəltmək üçün tapdığına görə vermiş, 3000 (üç) min manatını isə Oqtayla birgə Bərdə şəhərində Bakir gildə olan zaman Bakirin baldızı Mehparəyə vermiş, qalan 4000 (dörd) min manat isə özündədir. Oqtay ondan aldığı 27000 (iyrimi yeddi) manat puldan 20000 (iyirmi) mini Binə qəsəbəsində görüşən zaman qaytarmış, qalan 7000 (yeddi) mini isə qaytarmamışdır. Bakirdən aldığı 38000 (otuz səkkiz) min manat puldan 23000 (iyirmi üç) min manatını Bakirə qaytarmışdır. Bakirdən pulu alanda söz vermişdir ki, oğlu 3-4 günə həbsdən azad olunacaq, lakin Oqtay onu aldadıb pulu almış və Bakirin oğlu Orxanı həbsdən azad etməmişdir. Oqtayı işçisi Elgünün vasitəsi ilə tanımış, onların sadəcə adlarını bilir yaşadığı ünvanları dəqiq bilmir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin ilk dəfə cinayət etməsini, əməlindən səmimi peşman olmasını, dəymiş zərəri tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələblərinin olmadığını nəzərə alıb, ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, oğlu Orxan Əzizov xx.xx.2022 ci il tarixdə həmkəndlisi X1 evlənmək məqsədi ilə qaçırdığına görə, Nəsibə və onun ailə üzvləri oğlundan şikayətçi olduğu üçün, oğlu Orxanın barəsində Bərdə RPŞ-də araşdırma aparılmış və oğlunu həbs etmişlər. Oğlunu həbsdən azad etmək istəmiş, ona görə də yaxın dostlarına və qohumlarına oğlunu həbsdən azad etmək üçün vəzifəli şəxs tapmalarını xahiş etmişdir. Xalası oğlu Eynulla telefonla zəng vurub “mən adam tapmışam gəl rayonda görüşək” demişdir. Eynulla ilə Bərdə rayonunda görüşmüş, görüş zamanı Eynulla “Otuzikilər kəndində Azər adında oğlan var o, bu işi həll edə bilər” demişdir. Eynulla ilə razılaşmış və yaxın qohumu İlqar ilə Azərin qardaşı, Bərdə rayonu Otuz ikilər kənd sakini Şahid3 ilə, Bərdə rayonu ərazisində görüşmüşlər, olanları Qnyaza danışmış, Qnyaz qardaşı Azərə telefonla zəng vurmuş, telefonu mikrofona qoymuş, oğlunu həbsdən azad etməsi ilə bağlı telefonda Azərdən xahiş etmişdir. Azər də oğlunu həbsdən çıxaracağı ilə bağlı işi həll edəcəyini demiş, telefonda Azərlə oğlu Orxanı həbsdən azad edilməsinə görə Azərə cəmi 35 (otuz beş min) manat pul verəcəyi, pulu verdikdən 3-4 gündən sonra isə oğlu azadlığa çıxacağı barədə razılaşmışlar. Həmin pulu Azərə vermək üçün, telefonla danışdıqdan 3-4 gün sonra Qnyaz və Eynulla ilə birlikdə Bərdə şəhərindən Kürdəmir rayonuna taksi ilə gəlmişlər, Azərlə Kürdəmir rayonu Bakı prospektində yerləşən Azpetrol YDM-nin yanında görüşmüş və Azərə 20 (iyrimi min) manat pul vermişdir. Azər pulu sayıb və cibinə qoymuş, həmin vaxtı Azər “3-4 günə oğlun azadlığa çıxacaq, qalan 15 min manatı isə oğlun azadlığa çıxanda verəcəksiniz” demişdir. Azərlə görüşdükdən təxminən bir həftə sonra o telefonla zəng vurub, “iş 35000 (otuz beş min manat) düzəlmir 3000 (üç min) manatda verlməlisiz” demişdir. Telefonda Azərlə razılaşmış, Azərə telefonda “bizim razılığımız belə olmuşdur ki, mən sənə pulu verəndən 3-4 gün sonra oğlum Orxanı azadlığa çıxaracaqsan” demişdir. Azərdə ona “qalan 18 (on səkkiz min manatı) verin oğlun azadlığa çıxacaq” demişdir. Sonuncu dəfə Azərlə danışdıqdan təxminən 10 gündən sonra yenidən İlqar Qnyaz xalası oğlu Nofəl ilə birlikdə Kürdəmir rayonuna gəlib, Azərlə görüşüb, Azərə qalan 18 (on səkkiz min) manatı vermişdir. Azər “narahat olma sənin oğlun qısa müddətə azadlığa çıxacaq” demişdir. Azər vəd etdiyi müddətdə oğlu Orxan azadlığa çıxmamışdır. Buna görə də Azərlə telefonda danışb niyə işin uzandığını bildirmişdir. Azər isə hər dəfəsində onu əmin edirərək qısa zamanda çıxacağın və səbirli olmasını demişdir. 18.000 manatı Azərə Kürdəmir rayonundan verəndən təxminən 1 həftə sonra, Azər Bərdə rayonuna Oqtay adlı şəxslə gəlmişdir. Azər Oqtay adlı şəxsi Orxanın vəkili kimi təqdim etmiş, işi həll etmək üçün Bərdə RPŞ-nə gedəcəklərini demişdir. Azər və Oqtayla birlikdə Bərdə RPŞ-nə getmişlər. Həmin günü saat 14 radələrində Azər Oqtayla birlikdə evinə qayıtmışlar. Azərlə Oqtay çörək yedikdən sonra, çıxıb gedərkən Azər 3.000 manatı xalası qızı Mehparəyə verərək “bu pul lazım olmadı, iş biraz uzanacaq, avqust ayında məhkəmə olacaq məhkəmə zamanı da Orxanı açıb buraxacaqlar” demişdir. Bunu deyib çıxıb getmişlər. Qohumu İlqarla telefonla danışıb Azərin dediklərini demişdir. İlqar isə “Azərin hərəkətlərindən xoşum gəlmir, deyəsən o səni aldadır” demişdir. Bundan sonra RPŞ-nə gəlib Orxanın müstəntiqi ilə görüşmüşdür. Müstəntiq isə “Azərlə Oqtay səni aldadıb, gedin pulunuzu alın, onlara bura gəlməyiblər” demişdir. RPŞ-dən çıxıb Azərə zəng edib “qayıt rayona, sən bizi aldatmısan gətir pulumu qaytar.” demişdir. Azər də hazırda yolda olduğunu və qayıda bilməyəciyini demişdir. Azərin qardaşı Qnayaza zəng edib Azərin onu aldatdığını demişdir. Hər gün Azərə zəng edib pulunu qaytarmasını bildirmişdir. Təxminən 1 həftə sonra RPŞ-dən zəng edib, RPŞ-nə gəlməsini və kiminsə 3.000 manat pul göndərdiyini demişlər. RPŞ-nə gedib 3.000 manatı götürmüşdür. Bundan təxminən 10 gün sonra Azər 17.000 manatı Bərdə rayonuna işləyən avtobusla göndərmişdir. Yerdə qalan 15.000 manatı isə Azərə nə qədər zəng edib istəsə də, o müxtəlif bəhanələr gətirərək ona vaxt verməsini və pulu qaytaracağını desə də pulunu hazır ki vaxta kimi qaytarmamışdır. Buna görə də Kürdəmir RPŞ-nə gəlib ərizə ilə müraciət etmişdir. Azərlə Kürdəmir rayonu ərzisində iki dəfə görüşmüş, birinci dəfə görüşəndə Azərin yanında heç kim olmamış, öz yanında isə Qnyaz və Eynulla olmuş, Azərə həmin şəxslərin yanında 20 (iyrimi min) manat pul vermişdir. İkinci dəfə də Kürdəmirdə Azərlə görüşəndə onun yanında heç kim olmamış, öz yanında isə Qnyaz İlqar və xalası oğlu Nofəl olmuşdur. Sonuncu dəfə Azərə Kürdəmirdə pul verəndən təxminən 10-15 gün sonra Azər yaşadığı evə Oqtay adlı şəxslə gəlmiş, Oqtayı oğlunun vəkili kimi təqdim etmişdir. Oqtayı birinci dəfə görmüşdür. Onlarda olan zaman Azər və Oqtaya “mən bu işdən narahatam oğlum azadlığıa çıxmadı” demişdir. Onlar isə “narahat olma oğlun tezliklə azadlığa çıxacaq” deyərək əmin etmişlər. Azər və Oqtay bir gün evdə qalanda “nə səbəbə görə gəlmisiz?” soruşmuşdur. Azər və Oqtay isə ona “Orxanın işinə görə gəlmişik, Bərdə RPŞ-nə müstəniqlə görüşəcəyik” demişlər. Azər və Oqtay çıxanda Azər baldızı X2 3000 (üç min) verib “bu pula ehtiyac olmadı,iş 35000 (otuz beş min) manata düzəlir” deyərək çıxıb getmişlər. Təxminən Azər və Oqtay çıxandan 30 dəqiqə sonra RPŞ-nə getmişlər, Azər və Oqtay adlı şəxslərin RPŞ-nə gəlib gəlməmələrini soruşmuşlar, RPŞ-də “bura Oqtay və Azər adlı şəxslər oğlunuz Orxanın işi ilə bağlı gəlməyiblər”demişlər. RPŞ-dən məlumat aldıqdan sonra Azərin onu aldadıb, pulunu dələduzluq yolu ilə ələ keçirdiyinə əmin olmuşdur. Azərə dəfələrlə telefonla zəng vurmuş, o ümulmilikdə cəmi 38 (otuz səkkiz) manat puldan 23 (iyrimi üç min) manatını ayrı ayrı vaxtlarda göndərmiş, hal hazırda Azərdə 15 (on beş min) manat pulu qalmışdır. Dəfələrlə Azərə pulunu qaytarmasını telefonla zəng vurub bildirsə də o hər dəfə bir yolla onu aldadıb və pulunu qaytarmaqdan boyun qaçırmışdır. Təqsirləndirilən şəxs oğlu Orxan Əzizovu həbsdən azad etmək üçün təxminən 2022-ci ilin iyun ayının sonlarında 20.000 manat, və 2022-ci ilin iyul ayının əvvəllərində isə 18.000 manat, Kürdəmir şəhəri Bakı prospektində yerləşən YDM-nin yaxılnığında Azərin qardaşı Qnyaz, qohumları İlqar, Eynulla, Nofəlin iştirakı ilə ümumilikdə 38 (otuz səkkiz min) pul vermişdir. Azərlə yaşadığı evə gələn Oqtay adlı şəxsi tanımır, Oqtayla onu Azər tanış edib, tanışlıq zamanı Azər Oqtayı ona və ailə üzvlərinə oğlu Orxanın barəsində Bərdə RPŞ-də olan Cinayət işi ilə bağlı vəkili olduğunu, oğlunun azadlığa çıxmasını Oqtayın həll edəcəyini demişdir. Pulu Azərə vermiş, Azərin isə konkret olaraq kimlərə nə qədər pul verib–verməməsindən xəbəri yoxdur. Zərərçəkmiş şəxs ifadəsində həmçinin Təqsirləndirilən şəxs tərəfindən ona dəyən maddi ziyanın tam ödənildiyini, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edərək və bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs yeznəsidir. Təqsirləndirilən şəxs isə əvvəllər tanımamış, onlarla ədavəti və düşmənçiliyi olmamışdır. Bacısı oğlu Orxan Əzizov xx.xx.2022 ci il tarixdə həmkəndlisi X1 evlənmək məqsədi ilə qaçırdığına görə, Nəsibə və onun ailə üzvləri Orxandan şikayətçi olduğu üçün, Orxanın barəsində Bərdə RPŞ-də araşdırma aparılmış və Orxanaı həbs etmişlər. 2022 ci il iyun ayının əvvəllərində qudası İlqar onlara gəlmiş, ona “bacım oğlu Orxanı həbsdən azad etmək istəyirik, lakin elə bir sözü keçən adam tapa bilmirik” demişdir. İlqar da ona “qudam Qnyaza zəng edərəm görək qardaşı Azərə zəng etsin və görək bu işi həll edə bilərmi” demişdir. Həmin günü İlqar zəng edib Qnayazın nömrəsini vermişdir. Qnyaza zəng vurub, onunla həmin günü Bərdə rayonu ərazisində Bakir və qardaşı Nofəl ilə görüşmüşdür. X15 zəng vurub telefonu mikrafona qoymuş, Azər onlarla danışmış və söz vermişdir ki, bu işi həll edəcək və bu işin həll olması üçün 35 (otuz beş) min manat alacaq. Bakir də telefonda Azərlə razılaşmışdır. Bakı şəhəri ilə Bərdə rayonunda arasında olan Kürdəmir rayonunda görüşmək barədə qərara gəlmişlər. Təxminən Azərlə telefonda danışandan 3-4 gün sonra Bakir və Qnyaz ilə birlikdə, Bərdə şəhərindən Kürdəmir rayonuna taksi ilə gəlmişlər. Azərlə Kürdəmir rayonu ərazisində görüşmüşlər. Bakir Azərə 20 (iyrimi min) manat pul vermişdir. Sonra isə Bərdə rayonuna qayıtmışlar. Azər yenidən Bakirdən 18 (on səkkiz) min manat pul istəmiş, təxminən 10 gündən sonra X19 və Qnyaz İlqara məxsus avtomaşınla Kürdəmir rayonuna gedib, Azərlə görüşüb 18 (on səkkiz min) manatı pul vermişlərdir. Orxanın işinin həll edilməsi üçün Azərlə Kürdəmir rayonu ərzisində 2022-ci ilin iyun ayının axırlarında bir dəfə görüşmüş, yanında Qnyaz və Bakir olmuş, Bakir Azərə 20 (iyrimi min) manat pul vermişdir. Sonradan Bakirlə görüşən zaman “Azər və yanında Oqtay adlı şəxs bizə gəldi, bir gün qaldılar, bizə 3 (üç) min manat qaytardılar, dedilər ki, iş 35 (otuz beş) min manata həll olunacaq” demişdir. Azərin yanında gələn Oqtay adlı şəxsin sonradan Orxanın vəkili olduğu və işi o həll edəcəyini öyrənmişdir. X22 aldatmış, oğlu Orxanı həbsdən azad etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Hüseyn qızı ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs bacısının yoldaşıdır. Onlarla ədavəti və düşmənçiliyi yoxdur. Bakirin oğlu Orxan Əzizov xx.xx.2022 ci il tarixdə həmkəndlisi X1 evlənmək məqsədi ilə qaçırdığına görə, Nəsibə və onun ailə üzvləri şikayətçi olduğu üçün, Bakirin Orxanın barəsində Bərdə RPŞ-də araşdırma aparılmış və Orxanı həbs etmişlər. Bakir oğlunu həbsdən azad etmək istəmiş, ona görədə yaxın dostlarına və qohumlarına oğlunu həbsdən azad etmək üçün vəzifəli şəxs tapmalarını xahiş etmişdir. Bakir qohumları Qnyazın qardaşı Təqsirləndirilən şəxsla tanış olmuşdur. Azər Bakiri əmin etmişdi ki oğlunu həbsdən çıxaracaq, bunun müqabilində isə 38.000 manat pul almışdır. 2022-ci ilin yay aylarında Azər Oqtay adlı şəxslə Bakirin evinə gəlmişlər. Azəri əvvəllər tanısalar da, Oqtayı ümumiyyətlə tanımamışlar. X13 çörək yeyəndən sonra, Azərə “Azər bu iş niyə həll olunmur, yaman çox ləngidirsən, sən Bakirdən pulu alanda 3-4 günə Orxanı azad etdirəcəyini desən də artıq üstündən xeyli vaxt keçməsinə baxmayaraq Orxanı həbsdən çıxara bilməmisən” demişdir. Azər də onu kənara çəkib 3.000 manat qaytarıb “bu pul artıqdıq, verərsən Bakirə” demişdir. Pulu götürüb Bakirə vermişdir. Bakir Azərə ümumilikdə 38.000 manat pulu Bakirin oğlu Orxanı həbsdən azad edəcəyinə dair yalan vədlər verib aldadaraq ələ keçirmişdir. Oqtayı əvvəllər tanımamış, onu Azər tanış etmiş və Oqtayı vəkil kimi təqdim etmişdir. Azər Bakirdən 38.000 manat pul almış, həmin puldan 26.000 manatı qaytarmış, Azərin həmin puldan işi həll etmək üçün kimə nə qədər pul verməsindən xəbəri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs yeznəsidir. Şahid3 isə qudasıdır, Təqsirləndirilən şəxs isə onun qardaşıdır. Onlarla ədavəti və düşmənçiliyi olmamışdır. Bakirin oğlu Orxan Əzizov xx.xx.2022 ci il tarixdə həmkəndlisi X1 evlənmək məqsədi ilə qaçırdığına görə, Nəsibə və onun ailə üzvləri Orxandan şikayətçi olduğu üçün, Orxanın barəsində Bərdə RPŞ-də araşdırma aparılmış və Orxanı həbs etmişlər. 2022 ci il iyun ayının əvvəllərində qohumu Eynulla onlara gəlib Bakirin oğlunu həbsdən qurtarmaq üçün adam axtardığını, ona köməklik etmək üçün sözü keçən adamının olub-olmamasını soruşmuşdur. Qudası Qnyaza zəng edib “Bakirin oğlu Orxan həbsdədir, onu qurtarmaq üçün Azərə zəng edib deyə bilərsənmi? Bəlkə onun adamı var?” demişdir. Qnyaz danışacağını demişdir. Qnyazın nömrəsini Eynullaya verib “gedin özünüz danışarsız”demişdir. Bir müddət keçəndən sonra Qnyaz, Bakir və Eynulla üçün görüşüb söhbət etmişlər, və Qnyaz qardaşı Azərə zəng edib telefonu səs gücləndiricisə qoyub, Azərə Bakir danışanda Azər onun oğlu Orxanı həbsdən çıxaracağını deyib, bunun üçün Bakirdən 35.000 manat istəmişdir. Bakir də telefonda Azərlə razılaşmış, Bakı şəhəri ilə Bərdə rayonu arasında olan Kürdəmir rayonunda görüşmək barədə razılaşmışlar. Təxminən Azərlə telefonda danışandan 3-4 gün sonra Bakir və Qnyaz ilə birlikdə, Bərdə şəhərindən Kürdəmir rayonuna taksi ilə gəlib, Azərlə görüşmüşlər. Bakir Azərə 20 (iyrimi min) manat pul vermişdir. Bunları Bakir özü danışmışdır. Bir müddət keçəndən sonra, Azər yenidən Bakirdən 18 (on səkkiz) min manat pul istəmiş, Bakir də bu barədə danışmışdır. Təxminən 10 gündən sonra Bakir Nofəl və Qnyaz ona məxsus avtomaşınla Kürdəmir rayonuna getmişlər, Azərlə görüşüb, ona 18 (on səkkiz min) manatı pul vermişlər. Azər də Orxanın maksimum 3-4-günə türmədən çıxaracağı barədə danışıb Bakiri əmin etmişdir. Lakin Azərin vəd etdiyi müddətdə Orxan türmədən çıxmamışdır Azərə bu barədə zəng edib soruşanda isə o müxtəlif bəhanələr gətirməyə başlamışdır. 18.000 manatı Azərə Kürdəmir rayonundan verəndən təxminən 1 həftə sonra, Azər Bərdə rayonuna Oqtay adlı şəxslə Bakirin evinə gəlmişdir. Azər Oqtay adlı şəxsi Orxanın vəkili kimi təqdim edib “Bərdə RPŞ-nə gedirlər işi həll etməyə”demişdir. Azər və Oqtayla birlikdə Bərdə RPŞ-nə getmişlər. Həmin günü saat 14 radələrində Azər Oqtayla birlikdə Bakirin evinə qayıtmışlar. Azərlə Oqtay çörək yedikdən sonra, çıxıb gedərkən Azər 3.000 manatı Mehparəyə verərək “bu pul lazım olmadı, iş biraz uzanacaq, avqust ayında məhkəmə olacaq məhkəmə zamanı da Orxanı açıb buraxacaqlar” demişdir. Bakir bunları danışanda Azərin Bakiri aldatmasından şübhələnmişdir. Bakirə “get polisə, gör Azər ora gəlib ya yox” demişdir. Bakir polis şöbəsinə gedib gələndə Azərin polisə getmədiyini demişdir. Bakirə “Azərə zəng elə uzaqlaşmamış, çağır pulunu al” demişdir. X21 zəng etsə də, Azər onu aldadaraq pulunu vermədən yayınmışdır. Bundan sonra isə Azər hissə-hissə 23.000 manatı Bakirə qaytarmışdır. Orxanın işinin həll edilməsi üçün Azərlə Kürdəmir rayonu ərzisində 2022-ci ilin iyun ayının axırlarında bir dəfə görüşmüş, yanında Qnyaz və Bakir olmuş, Bakir Azərə 18.000 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs qudası, Təqsirləndirilən şəxs isə onun qardaşıdır. Bakirin oğlu Orxan Əzizov xx.xx.2022 ci il tarixdə həmkəndlisi X1 evlənmək məqsədi ilə qaçırdığına görə, Nəsibə və onun ailə üzvləri Orxandan şikayətçi olduğu üçün, Orxanın barəsində Bərdə RPŞ-də araşdırma aparılmış və Orxanı həbs etmişlər. 2022 ci il iyun ayının əvvəllərində Bakirin oğlunu həbsdən qurtarmaq üçün adam axtardığını, ona köməklik etmək üçün sözü keçən adamının olub-olmamasını soruşmuş, o, qardaşı Azərə zəng edib telefonu səs gücləndiricisə qoyub, Azərə Bakir danışanda Azər onun oğlu Orxanı həbsdən çıxaracağını deyib, bunun üçün Bakirdən 35.000 manat istəmişdir. Bakir də telefonda Azərlə razılaşmış, Bakı şəhəri ilə Bərdə rayonu arasında olan Kürdəmir rayonunda görüşmək barədə razılaşmışlar. Təxminən Azərlə telefonda danışandan 3-4 gün sonra Bakir və o, birlikdə, Bərdə şəhərindən Kürdəmir rayonuna taksi ilə gəlib, Azərlə görüşmüşlər. Bakir Azərə 20 (iyrimi min) manat pul vermişdir. Bunları Bakir özü danışmışdır. Bir müddət keçəndən sonra, Azər yenidən Bakirdən 18 (on səkkiz) min manat pul istəmiş, Bakir də bu barədə danışmışdır. Təxminən 10 gündən sonra Bakir Nofəl və o, avtomaşınla Kürdəmir rayonuna getmişlər, Azərlə görüşüb, ona 18 (on səkkiz min) manatı pul vermişlər. Azər də Orxanın maksimum 3-4-günə türmədən çıxaracağı barədə danışıb Bakiri əmin etmişdir. Lakin Azərin vəd etdiyi müddətdə Orxan türmədən çıxmamışdır Azərə bu barədə zəng edib soruşanda isə o müxtəlif bəhanələr gətirməyə başlamışdır. 18.000 manatı Azərə Kürdəmir rayonundan verəndən təxminən 1 həftə sonra, Azər Bərdə rayonuna Oqtay adlı şəxslə Bakirin evinə gəlmişdir. Azər Oqtay adlı şəxsi Orxanın vəkili kimi təqdim edib “Bərdə RPŞ-nə gedirlər işi həll etməyə”demişdir. Azər və Oqtayla birlikdə Bərdə RPŞ-nə getmişlər. Həmin günü saat 14 radələrində Azər Oqtayla birlikdə Bakirin evinə qayıtmışlar. Azərlə Oqtay çörək yedikdən sonra, çıxıb gedərkən Azər 3.000 manatı Mehparəyə verərək “bu pul lazım olmadı, iş biraz uzanacaq, avqust ayında məhkəmə olacaq məhkəmə zamanı da Orxanı açıb buraxacaqlar”demişdir. Bakir bunları danışanda Azərin Bakiri aldatmasından şübhələnmişdir. Bakirə “get polisə gör Azər ora gəlib ya yox” demişdir. Bakir polis şöbəsinə gedib gələndə Azərin polisə getmədiyini demişdir. Bakirə “Azərə zəng elə uzaqlaşmamış, çağır pulunu al”demişdir. X21 zəng etsə də, Azər onu aldadaraq pulunu vermədən yayınmışdır. Bundan sonra isə Azər hissə-hissə 23.000 manatı Bakirə qaytarmışdır. Orxanın işinin həll edilməsi üçün Azərlə Kürdəmir rayonu ərzisində 2022-ci ilin iyun ayının axırlarında bir dəfə görüşmüş, yanında Qnyaz və Bakir olmuş, Bakir Azərə 18.000 manat pul vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Hüseyn oğlu ifadəsində göstərdi ki, Bakirin oğlu Orxan Əzizov xx.xx.2022 ci il tarixdə həmkəndlisi X1 evlənmək məqsədi ilə qaçırdığına görə, Nəsibə və onun ailə üzvləri Orxandan şikayətçi olduğu üçün, Orxanın barəsində Bərdə RPŞ-də araşdırma aparılmış və Orxanı həbs etmişlər. 2022 ci il iyun ayının əvvəllərində qohumu Eynulla onlara gəlib Bakirin oğlunu həbsdən qurtarmaq üçün adam axtardığını, ona köməklik etmək üçün sözü keçən adamının olub-olmamasını soruşmuşdur. Bakir danışanda Azər onun oğlu Orxanı həbsdən çıxaracağını deyib, bunun üçün Bakirdən 35.000 manat istəmişdir. Bakir də telefonda Azərlə razılaşmış, Bakı şəhəri ilə Bərdə rayonu arasında olan Kürdəmir rayonunda görüşmək barədə razılaşmışlar. Təxminən Azərlə telefonda danışandan 3-4 gün sonra Bakir və Qnyaz ilə birlikdə, Bərdə şəhərindən Kürdəmir rayonuna taksi ilə gəlib, Azərlə görüşmüşlər. Bakir Azərə 20 (iyrimi min) manat pul vermişdir. Bunları Bakir özü danışmışdır. Bir müddət keçəndən sonra, Azər yenidən Bakirdən 18 (on səkkiz) min manat pul istəmiş, Bakir də bu barədə danışmışdır. Təxminən 10 gündən sonra Bakir Nofəl və Qnyaz ona məxsus avtomaşınla Kürdəmir rayonuna getmişlər, Azərlə görüşüb, ona 18 (on səkkiz min) manatı pul vermişlər. Azər də Orxanın maksimum 3-4-günə türmədən çıxaracağı barədə danışıb Bakiri əmin etmişdir. Lakin Azərin vəd etdiyi müddətdə Orxan türmədən çıxmamışdır Azərə bu barədə zəng edib soruşanda isə o müxtəlif bəhanələr gətirməyə başlamışdır. 18.000 manatı Azərə Kürdəmir rayonundan verəndən təxminən 1 həftə sonra, Azər Bərdə rayonuna Oqtay adlı şəxslə Bakirin evinə gəlmişdir. Azər Oqtay adlı şəxsi Orxanın vəkili kimi təqdim edib “Bərdə RPŞ-nə gedirlər işi həll etməyə” demişdir. Azər və Oqtayla birlikdə Bərdə RPŞ-nə getmişlər. Həmin günü saat 14 radələrində Azər Oqtayla birlikdə Bakirin evinə qayıtmışlar. Azərlə Oqtay çörək yedikdən sonra, çıxıb gedərkən Azər 3.000 manatı Mehparəyə verərək “bu pul lazım olmadı, iş biraz uzanacaq, avqust ayında məhkəmə olacaq məhkəmə zamanı da Orxanı açıb buraxacaqlar” demişdir. Bakir bunları danışanda Azərin Bakiri aldatmasından şübhələnmişdir. Bakirə “get polisə gör Azər ora gəlib ya yox” demişdir. Bakir polis şöbəsinə gedib gələndə Azərin polisə getmədiyini demişdir. Bakirə “Azərə zəng elə uzaqlaşmamış, çağır pulunu al” demişdir. X21 zəng etsə də, Azər onu aldadaraq pulunu vermədən yayınmışdır. Bundan sonra isə Azər hissə-hissə 23.000 manatı Bakirə qaytarmışdır. Orxanın işinin həll edilməsi üçün Azərlə Kürdəmir rayonu ərzisində 2022-ci ilin iyun ayının axırlarında bir dəfə görüşmüş, yanında Qnyaz və Bakir olmuş, Bakir Azərə 18.000 manat pul vermişdir. İş materiallarına əlavə edilmiş Binəqədi rayon İcra Hakimiyyəti Başçının Xocəsən qəsəbə İnzibati Ərazi Dairəsi üzrə İca Nümayəndliyinin xx.xx.2023-cü il tarixli 2-10-4/2-75/2023 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikldə Binəqədi rayonu Xocəsən qəsəbəsi, Motodrom yaşayış massivində inşa edilmiş sənədsiz evdə yaşayır. (bax iş vər.317) İş materiallarına əlavə edilmiş Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Xocəsən qəsəbə İnzibati Ərazi Dairəsi üzrə X6 Azər Xəlil oğluna verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.318) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 174). İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə,saatv 15.50-də tutulmuşdur. (bax iş vər 85-86) İş materialalrına əlavə edilmiş təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında qərardan görnür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə, saat 15.30-da başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və o, Kürdəmir RPŞ MSY-dən azad edilmişdir. (bax iş vər 119-120) İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, X11 xx.xx.2023-cü il tarixdə, saat 16.30-da tutulmşdur. (bax iş vər 141-142) İş materialalrına əlavə edilmiş Kürdəmir rayon prokuroru Tural İbrahimov tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli göstərişdən görünür ki, Oqtay Kərimov şübhəli şəxs qismində tutulduqdan sonra səhhətində olan problemlərə görə vəfat etdyiə görə onun ölümü ilə bağlı hüquqi varis kimi tanınma və digər zəruri hərəkətlər yerinə yetirilməsi göstərilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxs qismində tanınanadək ölmüş şəxsin hüquqi varisi qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə X14 ölmüş atası təqsirləndirilən şəxs qismində tanınadək ölmüş X8 hüquqi varisi qismində tanınmış, qərarın surəti Zaur Kərimliyə elan edilərək hüquq və vəzifələri izah olunmuş, xx.xx.2023-cü il tarixdə o,qərarla tanış edlmişdir. (bax iş vər 287- 289) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X11 cinayət əməlini törətdikdən sonra öldüyü üçün onun barəsində bəraətverici əsaslar olmadan cinayət təqibinə xtam verilmişdir. (bax iş vər.299- 314) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, X11 və Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respubliaksı CM-nin 178.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. (bax iş vər.299-314) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Bərdə RPŞ-nin İB-nin müstəntiqi X3 və digərlərinin əməlinə hüquqi qiymət verilməsi üçün material ayrılmaqla Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə ərazi aidiyyəti üzrə Bərdə rayon prokurorluğuna göndərilmişdir. (bax iş vər.299-314) Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməsi özünü etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarının 39-cu bəndində göstərilir ki, məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı,törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 1-ci bəndində göstərildir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X5 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, təqsirini etiraf etməklə əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsə vurduğu maddi zərəri tamamilə ödəməsini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır, cəzanı ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, cəzanı yüngülləşdirən halları, habelə cəza təyin etmənin ümumi prinsiplərini nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayonu Xocəsən qəsəbəsində Motodrom yaşayış massivində inşa edilmiş sənədsiz evdə yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə yaşadığı Bakı şəhərinin ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya İdarəsinə həvalə edilməlidir. İş mülki iddia, maddi sübut, kspertiza və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək, ona 03 il müddətə azadlığın məhdudlaşdlrlması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhərinin ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Bakı şəhəri, Binəqədi rayonu Xocəsən qəsəbəsində Motodrom yaşayış massivində yerləşən evi gecə saat 22.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçrilməsi yaşayış yeri üzrə Bakı şəhəri İcra və Probasiya idarəsinə həvalə edilsin. İş üzrə maddi ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-57/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-57/2023
20.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver