Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-57/2024 23.04.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1989-cu ildə Ağdam rayonu Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Ağdam rayonu Poladlı kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, təmiz çəkisi – 0.418 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən 564 ailəlik qəsəbə ərazisində saxlanılıb rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli qış gödəkçəsinin sağ ön yuxarı cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0.418 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, O, Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən 564 ailəlik qəsəbədə ailəsi ilə birlikdə yaşayır. Evlidir və 3 azyaşlı uşağı var. Kürdəmir rayonu ərazisində taksiçiliklə məşğul olur. Psixotrop maddə metamfetamindən təxminən 4- 6 aydır ki, istifadə edir. xx.xx.2024-cü il tarixdə saat təxminən 16 radələrində idarə etdiyim “Reno Megane” markalı **-CF-*** dövlət qeydiyyat nişanı avtomobillə sərnişin götürüb Kürdəmir rayonu Şıxımlı kəndinə aparmışdır. Sərnişini düşürdükdən sonra kəndin girişində şəhid plakatının yanında olan bulaqdan su götürmək istəyəndə yerdə siqaret qutusu görmüşdür. Siqareti qurtardığı üçün həmin siqaret qutusunu götürüb baxdıqda içərisində 01 ədəd siqaretin gümüşü rəngli kağızına qablaşdırılmış büküm görmüşdür. Həmin bükümü açıb baxanda görmüşdür ki, içərisində psixotrop maddə metamfetamin var. Həmin bükümü götürüb cibinə qoymuşdur ki, sonra istifadə edər. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən 564 ailəlik qəsəbədə olarkən, polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Ona üzərində narkotik vasitə saxlamağında şübəli olduğunu bildirib RPŞ-yə gətirmişlər. RPŞ-yə şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Onun maddi imkanı olmadığına görə dövlət hesabına seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya və predmet, narkotik vasitə və psixotrop maddə varsa təqdim etsin. Bu təklifdən sonra o, üzərində “patı” yəni psixotrop maddə metamfetamin olduğunu deyib əynində olan gödəkçənin sağ ön yuxarı cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına qablaşdırılmış bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilərkən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd **********864431 seriyalı “Birbank” plastik kartı aşkar edilmişdir. Onun təqdim etdiyi büküm müstəntiq tərəfindən açılmış, içərisində kristal formalı, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm müstəntiq tərəfindən elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 0.50 qram olması müəyyən edilmişdir. 01 ədəd büküm ağ rəngli zərfdə qablaşdırılıb üzəri yazıldıqdan sonra möhürlənərək götürülmüşdür. Üzərindən aşkar olunan ümumi təmiz çəkisi – 0.418 qram psixotrop maddə metamfetamini xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Şıxımlı kəndinin girişində şəhid plakatının yanında olan bulağın yanında yerdən tapmış və şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. O, ***-***-**-** saylı mobil nömrənin sahibini tanımır və qeyd etdiyi onun mobil nömrəsinə yazılmış mesajdan heç xəbəri yoxdur. O, elə bir mesaj görməmişdir. O, heç kimə psixotrop maddə və narkotik vasitə satmamışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa heç bir cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunan psixotrop maddə metamfetamindən başqa evində və ya başqa yerdə ona məxsus narkotik vasitə və ya psixotrop maddə yoxdur. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlindən peşman olmasını və himayəsində 3 azyaşlı uşaqlarının və ailənin yeganə qazanc gətirən şəxs olmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin CAB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən 564 ailəlik qəsəbədə yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və üzərində saxlaması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 17:00 radələrində yaşadığı Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən 564 ailəlik qəsəbə ərazisində piyada gəzərkən saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyi bildirib RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” yəni narkotik psixotrop maddə metamfetamin olduğunu deyib əynində olan gödəkçənin sağ ön yuxarı cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına qablaşdırılmış bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra onun üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilərkən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd **********864431 seriyalı plastik kart aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm müstəntiq tərəfindən açılmış, içərisində kristal formalı, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm müstəntiq tərəfindən elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 0.50 qram olması müəyyən edilmişdir. 01 ədəd büküm 01 ədəd içərisi boş ağ rəngli zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə ona məxsusdur, təxminən 2 gün əvvəl pirə gedərkən tapmışdır. Üzərində istifadə etmək məqsədi ilə saxlamışdır. Ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir. Psixotrop maddə onun özünə məxsusdur. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı Şahid1 da Şahid2 il eyni məzmunda ifadə evrib onun göstərdikləri xüsusatları təsdiq etdi. İş üzrə təyin edilmiş məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/123 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Təqsirləndirilən şəxs üzərindən” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi – 0.418 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi - 0,418 qram, tədqiqata sərf edildi - 0,05 qram, 0,368 qram qalmışdır. (bax iş vər. 39-42) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji dispanserinin xx.xx.2024-cü il tarixli 341 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 151) İş materiallarında olan “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 18-1-49/2-134/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər. 89) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 146-147) İş materialalrına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X9 Filialının xx.xx.2024-cü il tarixli 3-17-1/2-37814/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə əmək pensiyası və ya sosial müavinət ödənilmir. (bax iş vər. 94) İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X7 xx.xx.2015-ci il təvəllüdlidir. (bax iş vər. 169) İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 xx.xx.2017-ci il təvəllüdlidir. (bax iş vər. 170) İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X8 xx.xx.2021-ci il təvəllüdlidir. (bax iş vər. 171) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqaınların və X4 üzrə Dövlət Komitəsi Kürdəmir-Ucar Göyçay MKİS tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2024-cü il tarixli, 61 nömrəli arayışdan görünür ki, onun himayəsinə 5 nəfər vardır və o, Kürdəmir rayon 564 ailəlik qəsbə. Bina 13, mənzil 25də yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqaınların və X4 üzrə Dövlət Komitəsi Kürdəmir-Ucar Göyçay MKİS tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.65) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17.50-də şübhəli şəxs qismində tutulmuşdur. (bax iş vər. 22-23) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16.45-də Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. (bax iş vər. 59-60) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni psixotrop maddəni şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadəsi, məhkəməbioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, himayəsində 3 azyaşlı uşaqlarının olmasını, ailənin yeganə qazanc gətirən şəxs olmasını və onun yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə edilməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (resedivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onların müalicə və digər müəssisələr üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və ona qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 17.50-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2024-cü il tarixdə saat 16.45-də Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayon 564 ailəlik qəsəbə,bina 13, mənzil 25-də yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs profilaktika məqsədilə Ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş ekspertiza tədqiqatından sonra ümumilikdə metamfetaminin 0,368 qram qalığı hökm qanuni qüvvəsinin aldıqdan sonra məhv edilməli, 31,95 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə videoçəkiliş qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 02 il 04 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 il 03 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayon 564 ailəlik qəsəbə, bina 13, mənzil 25-də yerləşən mənzili gecə saat 22:00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Nəcəfov X5 rayon polikilinikasının narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin maddi sübutları saxlama kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilmiş ekspertiza tədqiqatından sonra ümumilikdə metamfetaminin 0,368 qram qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Surac Nəcəfofovun üzərinə şəxsi axtarış aparılması barədə videoçəkiliş qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-57/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-57/2024
23.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver