Məhkəmə qərarları › İş №1(041)-57/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-57/2025

01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-57/2025 01.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şahbazova Göyçək Kamil qızının katibliyi, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi, Zərərçəkmiş şəxs nümayəndəsi Şahid1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1988-ci il tarixdə Kürdəmir rayonun Şilyan kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olan, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olan və yaşayan, 18 fevral 2025-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs 23 iyul 2021-ci il tarixdən hesablanmaqla 09 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-2946/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Kürdəmir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli, 3(041)-7/2023 saylı qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 20 gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla 25 aprel 2023-cü il, 19 iyun 2023-cü il və 14 avqust 2023-cü il tarixlərdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 20 noyabr 2023-cü il tarixinə kimi 4008,00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə cinayət əməlini törətməkdə təqsirli olması, məhkəmə istintaqında cinayət işinin bütün materialları ilə birlikdə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələri, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də işin biri-digərini tamamlayan digər halları ilə kifayət qədər sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən 2015-ci ildə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş və ondan uşağın saxlanılması üçün hər ay 108 manat olmaqla alimentin tutulması qət edilmişdir. Həmin qətnamə üzrə yaranmış borcunu Zərərçəkmiş şəxs ilə aralarında razılaşmaya əsasən ödənilmişdir. 2021-ci il tarixdə Kəmalə himayəsində olan uşağı tək saxlaya bilmədiyi üçün alimentin miqdarının artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)- 2946/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən ondan 23 iyul 2021-ci il tarixdən hesablanmaqla 09 sentyar 2011-ci təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanlması üçün hər ay hər uşağa 175,00 manat məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra icra edilməsi üçün yaşadığı yer üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildirişlə birlikdə ona göndərilmişdir. Bir neçə dəfə ödəniş etsə də, imkanının kifayət qədər olmadığından və səhlənkarlıq etdiyindən aliment borcunu ödəməmişdir. Alimenti ödəmədiyindən icra məmuru tərəfindən məcburi icra tədbirlərinə başlanmışdır. Ona aliment borcunun ödənilməsi üçün könüllü müddət barədə bildiriş verilməsinə, dəfələrlə borcun ödənilməsi barədə xəbərdarlıqlar edilməyinə, Kürdəmir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilməyinə, inzibati tənbehdən sonra yenidən könüllü müddət təyin olunaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsilə nəzərdə tutulan məsuliyyəti izah edilməklə dəfələrlə xəbərdarlıq edilməyinə baxmayaraq, Azərbaycan Respublikası adından çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini icra etməmişdir. Təqdimat verilən günə, yəni 20 noyabr 2023-cü il tarixə kimi Zərərçəkmiş şəxs ödənməmiş aliment borcu 4008,00 manat təşkil etmişdir. Təqsirləndirilən şəxs o, verilmiş suallara cavabında həmçinin bildirdi ki, Zərərçəkmiş şəxs Bakı şəhərində qardaşı ilə birlkdə yaşadığı vaxtlarda qonşuları kimi tanımış və belə münasibətləri yaranmışdır. Təxminən 2010-cu ildə el adəti ilə ailə həyatı qurmuşlar, 2011ci ildə evliliklərini rəsmiləşdirmişlər. Həmin evlilikdən 09 sentyabr 2011-ci təvəllüdlü X5 qızı adlı övladladları doğulmuşdur. Evləndikdən sonra Bakı şəhərində yaşamışlar. Həmin vaxtlar fərdi əmək fəaliyyəti ilə məşğul olmuşdur. Əvvəllər Kəmalə ilə münasibətləri yaxşı olsa da Kəmalənin valideynləri ailələrinə daim müdaxilə etdiyindən aralarında tez-tez sözsöhbət yananmış, ona görə də münasibətləri sonradan pisləşmişdir. Bu səbəbdən Kəmalə ayrılmaq qərarına gəlmişdir. Hazırda fərdi qaydada ustalıq fəaliyyəti ilə məşğul olur, yəni təmir-tikinti işlərində rəngsaz işləyir. Hazırda Bakı şəhərində “X8” kurort mərkəzində ustalıqla məşğuldur. Aylıq gəliri 700-800 manat təşkil edir. Daim işlədiyindən və Məşğulluq Mərkəzi tərəfindən təklif olunan işlərin əmək haqqları onu qane etmədiyindən, orada qeydiyyatda durmamışdır. Aliment borcundan ödənişlər edəcək. Boşandıqdan sonra Aytac Hüseynova ilə ailə həyatı qurmuş, hazırda övladları doğulmuşdur. O, aliment borcundan 1800 manat ödəmiş, hazırda onun 2000 manat aliment borcu qalmışdır. Maddi vəziyyəti aşağı olduğundan alimenti tam ödəyə bilməyəcəkdir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs X4 ifadəsində göstərdi ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş və övladları onun himayəsində qalmışdır, övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün məhkəmə tərəfindən hər ay bir uşaq üçün 108 manat məbləğində aliment təyin edilmişdir. Həmin qətnamə üzrə Təqsirləndirilən şəxs yığılmış aliment borcu aralarında olan razılığa əsasən silinmişdir. Bundan sonra alimentin artırılması ilə bağlı məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-2946/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən alimentin miqdarı artırılaraq Təqsirləndirilən şəxs 23 iyul 2021-ci il tarixdən hesablanmaqla 09 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Kürdəmir Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. İcra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, icra məmuru tərəfindən adına olan əmlakın aşkar edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, akt tərtib edilməklə yaşadığı ünvanda əmlakına baxış keçirilmişdir. Təqsirləndirilən şəxs tərəfindən bugünədək cəmi iki dəfə toplam 892 manat məbləğində aliment borcundan ödəniş edilmişdir. Dəfələrlə Təqsirləndirilən şəxs alimentin ödənilməsini tələb etsə də, təyin edilmiş alimenti qəsdən ödəməmişdir. Məhkəmə qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Kürdəmir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli inzibati qərarlarına əsasən isə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 20 noyabr 2023-cü il tarixə ödənməmiş aliment borcu 4008,00 manat təşkil etmişdir. Zərərçəkmiş şəxs X3 verilmiş suallara cavabında həmçinin göstərdi ki, Təqsirləndirilən şəxs hazırda fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla fəhləlik və ustalıq edir. O, əgər istəsə idi ən azından hər ay hissə-hissə olsa da alimenti ödəyə bilərdi. Təqsirləndirilən şəxs uşağı ilə maraqlanmır, nə maddi, nə də ki mənəvi dəstək durmur. Özü hazırda Serdal Erden adlı şəxs ilə ailə hayatı qurmuş və hazırda Türkiyə Respublikasının Çorum şəhərində yaşayır. Tez-tez Azərbaycana valideynlərinin yanına gəlir. Övladı yay tətillərində Türkiyədə öz yanında, təhsili ilə bağlı olaraq digər vaxtlarda valideynləri ilə yaşayır. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs tam alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Şahid2 ifadəsində göstərmişdir ki, Bakı şəhəri Binəqədi rayon məhkəməsinin 2(001)-2946/2021 saylı, 13 aprel 2021-ci il tarixli icra sənədinə əsasən, 09 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Kürdəmir rayon icra və probasiya şöbəsində 19 avqust 2021-ci il tarixdə başlanılmış icraat zamanı tələbin icrasını təmin etmək məqsədi ilə borcluya bildiriş göndərilmiş, lakin tələb yerinə yetirilməmişdir. Məcburi icra tədbirləri keçirtmək üçün edilmiş sorğular və digər yoxlamalar qənaətbəxş olmamışdır. Bundan sonra borclunun yerinin müəyyən edilməsi məqsədi ilə 10 yanvar 2022-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Kürdəmir rayon Polis şöbəsinə göndərilmiş, 10 mart 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Kürdəmir rayon icra və probasiya şöbəsinə təqdim edilmişdir. Borclu şöbədə izahat verərkən, aliment ödənişlərindən yayınmadığını və bundan sonra ödənişlərini aparacağını bildirmişdir. Əlavə olaraq Kürdəmir Rayon Məhkəməsinin 04 fevral 2022-ci il tarixli qərardadına əsasən Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu yenidən aliment ödəməkdən yayınmış və çağırışlara gəlməmişdir. Bundan sonra borclunun yerinin yenidən müəyyən edilməsi məqsədi ilə 10 may 2022-ci il tarixdə borclunun axtarılması haqqında qərar qəbul edilərək icra olunması üçün Kürdəmir rayon Polis şöbəsinə göndərilmiş və 14 noyabr 2022-ci il tarixdə Kürdəmir rayon Polis şöbəsi tərəfindən iş üzrə borclu Təqsirləndirilən şəxs Kürdəmir rayon icra və probasiya şöbəsinə təqdim edilmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə və qətnamədəki tələbi icra etmədiyinə görə Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə Kürdəmir Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə maddəsi ilə təqsirli bilinərək 20 gün müddətinə, inzibati həbslə tənbeh edilmişdir. İnzibati tənbehdən sonra ona tələbi icra etməsi üçün məsuliyyəti elan olunmaqla yeni müddət verilmişdir. Ancaq o, öz hərəkətlərini davam etdirmiş və icra sənədi üzrə müəyyən olunmuş tələbi və borcları təmin etməmişdir. Qətnamə üzrə borcunu ödəməsi üçün Təqsirləndirilən şəxs 14 avqust 2023-cü il tarixdə yenidən son xəbərdarlıq təqdim edilmişdir. Təqsirləndirilən şəxs öhdəliyini lazımı qaydada yerinə yetirməmiş, borcunu ödəməmiş və ödənilməsinə təşəbbüs göstərməmişdir. İcra sənədi üzrə tələbkara ödəməli olduğu 4900,00 manat aliment pulundan 892,00 manat ödəniş etmiş və nəticədə 4008,00 manat borcu qalmışdır. İcraat zamanı Təqsirləndirilən şəxs dəfələrlə xəbərdarlıqlar edilməsinə, inzibati məsuliyyətə cəlb olunmasına, onunla profilaktik söhbətlər aparılmasına baxmayaraq qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını təmin etməmişdir. Tələbkar Zərərçəkmiş şəxs etibarnamə üzrə numayəndəsi anası Şahid1 şöbəyə 16 noyabr 2023-cü il tarixli ərizə ilə müraciət edərək, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb olunması üçün təqdimatın verilməsini xahiş etmişdir. Məhkəmə qərarının icrası üzrə tələbin yerinə yetirilməsi və icrasının məcburiliyi dəfələrlə Təqsirləndirilən şəxs nəzərinə çatdırılmış, lakin o, öz hərəkət və hərəkətsizliyi ilə icra sənədi üzrə tələbi qanunla müəyyən edilmiş qaydada və müddətdə təmin etməmiş, inzibati məsuliyyətə cəlb edilməsindən nəticə çıxarmamış, Zərərçəkmiş şəxs qanunla qorunan hüquqlarının pozulmasına səbəb olan şərait yaratmışdır. Təqsirləndirilən şəxs əməlində qərəzlilik elementləri olduğundan onun AR CM-nin 306.1-ci maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilməsi məsələsinə baxılmasını üçün İstintaq İdarəsinə təqdimatla müraciət edilmişdir. Məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxsin nümayəndəsi və eyni zamanda şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Samir tüfeyli həyat tərzi sürdüyündən, ailəsi atıb getdiyindən, qızı ayrılmaq qərarına gəlmiş və övladları Kəmalənin himayəsində qalmışdır, Kəmalə övladını tək başına saxlamaqda çətinlik çəkdiyi üçün aliment tələbi ilə məhkəmədə iddia qaldırmış, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 2(001)-2946/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 23 iyul 2021-ci il tarixdən hesablanmaqla 09 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175,00 manat sabit pul məbləğində alimentin tutularaq qızı Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Kürdəmir Rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Məhkəmə qətnaməsini icra etmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyi üçün Kürdəmir Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli inzibati qərarlarına əsasən isə 20 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsə də, təqdimat verilən günə, yəni 20 noyabr 2023-cü il tarixə qızı Kəmaləyə ödənməmiş aliment borcu 4008,00 manat təşkil etmişdir. Zərərçəkmiş şəxsin nümayəndəsi və eyni zamanda şahid qismində dindirilmiş Şahid1 verilmiş suallara cavabında bildirmişdir ki, Təqsirləndirilən şəxs hazırda da fərqli işlərdə çalışıb yetərli qazanc əldə edir. Lakin, aliment öhdəliyini icra etmir. Aliment verməsini tələb etdikdə ödəməyəcəyini bildirir. Təqsirləndirilən şəxs uşağı ilə maraqlanmır, nə maddi, nə mənəvi dayaq durmur. Qeyd edilən ödənməmiş aliment borcunun Təqsirləndirilən şəxs tam alınaraq qızı Kəmaləyə ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görülməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə cinayət işinin başlanılması qərara alınmışdır (i.v. 1); Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi və icra sənədinə əsasən, 09 sentyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Təqsirləndirilən şəxs hər ay 175 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir (i.v.14-20); icra vərəqinin icraya yönəldilməsini təsdiq edən xx.xx.2021-ci il tarixli «İcraata başlamaq haqqında» qərarın və müvafiq bildirişin surətindən görünür ki, borclu Təqsirləndirilən şəxs icraata başlama haqqında qərarın surəti göndərilmiş və o, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş 13 aprel 2021-ci il tarixli icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilmişdir (i.v.21-23); Kürdəmir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli borclunun axtarışı haqqında qərarında görünür ki, borclu Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir (i.v.25); Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 8(041)-14/2022 saylı qərardadından görünür ki, Kürdəmir rayonu, Şikyan kəndində qeydiyyatda olan, Binəqədi rayon Məhkəməsinin 2(001)-2946/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə borclu, xx.xx.1988-ci ildə anadan olmuş Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır (i.v. 30); Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli izahatından görünür ki, izahatda Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2946/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədini maddi imkanının olmadığından ödəmədiyini, hazırda 2300 manat borcunun olduğunu bildirmiş və ona icra sənədinin icrasından yayındığı təqdirdə barəsində Azərbaycan Respublikası CM-nin 306.1ci maddələrinin tələbləri izah olunmuşdur (i.v. 49); Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(041)-7/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 20 gün müddətinə inzibati tənbeh-həbs tətbiq edilmişdir (i.v. 51-52); xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli, xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarından görünür ki, Kürdəmir rayon İcra və Probasiya şöbəsi tərəfindən Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 2946/2021 saylı, 13 aprel 2021-ci il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinin icrasından yayındığına görə Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddələri çərçivəsində barəsində tədbirlər görüləcəyi barədə xəbərdar olunmuşdur (i.v.60-63); Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Qarasu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəiyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur (i.v. 72); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v.92-93); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin 12/242950028 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs istintaq hərəkətlərində iştirak etməsi üçün xx.xx.2024-cü il tarixdə Ədliyyə Nazriliyinin İstintaq idarəsinə məcburi gətirilməsi qərara alınmışdır (i.v.105); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş 19 fevral 2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır (i.v. 113-114); təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v. 119-120); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2024-cü il tarixli, 12/242950028 nömrəli qərarından görünür ki, ********* nömrəli cinayət işi üzrə xx.xx.1988-ci il ildə Kürdəmir rayonu, Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş, ittiham elan etmək üçün tutularaq Bakı şəhər Nərimanov RPİ-nin müvəqqəti saxlama yerinə təhvil verilməsi qərara alınmışdır (i.v.122); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2024-ci il tarixli, 12/242950028 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulub istintaq orqanına təhvil verilənədək dayandırılmışdır (i.v. 125- 126); Kürdəmir RPŞ-nin xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, Kürdəmir rayonu, Şilyan kəndində doğulmuş, Kürdəmir rayonu, Şilyan kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs tutularaq Kürdəmir RPŞ-yə gətirilmişdir (i.v. 130); Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göyçay Regional Ədliyyə İdarəsinin xx.xx.2025-ci il tarixli, 12/242950028 nömrəli qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə başlanılmış ********* nömrəli cinayət işi üzrə icraat təzələnmiş və ibtidai istintaq davam etdirilmişdir (i.v. 131); qətimkan tədbiri seçmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbirinin seçilməsi qərara alınmış və Bakı şəhəri Nərimanov RPİ-nin MSY-dən azad edilmişdir (i.v. 152); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, qanuni qüvvəyə minmiş məhkəmə qərarları və onların icraya yönəldilməsini təsdiq edən sənədlər, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Təqsirləndirilən şəxs həm ibtidai araşdırma dövründə, həm də məhkəmə istintaqında vermiş olduğu ifadələrdə maddi imkanı olmadığından məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borc məbləğini ödəməkdən qərəzli yayınmaması ilə bağlı ifadələrinə məhkəmə hüquqi qiymətin verilməsini zəruri hesab edir. Bununla bağlı məhkəmə qeyd edir ki, adıçəkilən qətnamə əsasında xx.xx.2021-ci il tarixdə icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmiş, Təqsirləndirilən şəxs borcun ödənilməsi barədə dəfələrlə xəbərdarlıq edilərək izahatı alınmış, borclu icra sənədi üzrə ödəniş etməmiş, 4008,00 manat borcu qalmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs uzun müddət ərzində borc məbləğini ödəməyə cəhd göstərməmiş, həmin borcu ödəməkdən müxtəlif bəhanələrlə indiyə qədər yayınmışdır. Borcun ödənilməməsinin onun maddi imkanı ilə əlaqədar olması barədə qeyd olunanlara dair məhkəmə qeyd edir ki, bu hal ötən müddət ərzində borclunun icra sənədini icra etməməsinə haqq qazandıra bilməz. Həmçinin, Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində də fərdi əməklə məşğul olduğunu, Bakı şəhərində “X8” kurort mərkəzində ustalıqla məşğul olduğunu, aylıq gəlirinin 700-800 manat təşkil etdiyini göstərmişdir. Aylıq 700-800 manat manat qazanc əldə edən şəxsin 4008,00 manat borcu uzun müddətdə ödəməməsi məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməsinə dəlalət edir. Təqsirləndirilən şəxs Dövlət adından çıxarılmış məhkəmə qətnaməsinə etinasız yanaşmasının ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu hərəkətlərə yol verməklə o, məhkəmə orqanlarını nüfuzdan salır və bununla da, vətəndaşların məhkəmə sisteminə inamını azaldır. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübüt növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir; 306.1-ci maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını, qərarını və ya əmrini qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə — iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməməsini (CM-59.2), alminet borcundan qismən ödənilməsini (CM-59.1.14) nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri, təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqi, təqsirləndirilən şəxsin rəsmi qaydada işləmədiyi və islah işləri cəzasının icrasının mümkün olmadığı, həmçinin, məhkəmə qərarı qanuni qüvvəsinə minən vaxtdan ötən müddət ərzində borcun ödənilməsini təmin etməmiş şəxsin cərimə cəzasına məhkum edilməsinin ağlabatan və cəzanın məqsədinə nail olunması baxımından yetərli vasitə hesab oluna bilmədiyi, az ciddi cəza növünün cəzanın məqsədlərini təmin edə bilməməsi nəzərə alınaraq hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu tarixindən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və müsadirə ediləcək əmlak yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2025-ci il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi məhkəmədə Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinə 17 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi 187 manat ödənilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdən 18 fevral 2025-ci il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz olunsun və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəkməklə, ona təyin edilmiş cəzanın əvvəli 01 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi PX-in 02 saylı İstintaq Təcridxanasına həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə xərcləri və müsadirə ediləcək əmlakın olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına sərf etdiyi 17 saat vaxta görə, hər iş saatına 11 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 187 manat ödənilsin. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar