Məhkəmə qərarları › İş №1(041)-58/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-58/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-58/2024 07.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxx 1993-cü ildə Göyçay rayonu, İkinci Ərəbcəbirli kəndində anadan olmuş, subay, orta təhsilli, “Mars Overseas” şirkətinin Göyçay Rayon filialında sürücü köməkçisi işləyən, məhkum olunmayan, Göyçay rayonu, İkinci Ərəbcəbirli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Ukrayna Respublikasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Ukrayna Respublikasının 345945 nömrəli sürücülük vəsiqəsini 2016-cı ilin iyul ayında istintaqa məlum olmayan tarix və saatda Ukraynanın Dnepropetrovsk şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etmiş, həmin saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə 1 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X5 şəhərində fəaliyyət göstərən 9 saylı səyyar “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BC651006” nömrəli sürücülük vəsiqəsini əldə etmişdir. Bundan başqa o, 1 fevral 2022-ci il tarixdə əldə etdiyi Azərbaycan Respublikasının “BC651006” nömrəli sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddəti bitdiyi üçün həmin vəsiqəni dəyişdirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Ukrayna Respublikasının 345945 nömrəli sürücülük vəsiqəsini və qeyd edilən saxta sürücülük vəsiqəsini təqdim etməklə 1 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X5 şəhərində fəaliyyət göstərən 9 saylı səyyar “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “BC651006” nömrəli sürücülük vəsiqəsini 07 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 rayonunda fəaliyyət göstərən Kürdəmir Regional “Asan Xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, 2015-ci ildə Ukrayna Respublikasının Dneprpetrovsk şəhərinə qohumlarının yanına işləmək məqsədi ilə getmişdir. 2016-cı ilin mart-aprel ayında Ukraynada olarkən B kateqoriyası üzrə sürücülük vəsiqəsi almaq qərarına gəlmişdir. Dneprpetrovsk şəhərində olarkən Dima adlı şəxslə həmin şəhərdə yerləşən kafelərin birində tanış olmuşdur. Söhbət əsnasında Dimaya sürücülük vəsiqəsi almaq istədiyini bildirmişdir. Dima ona sürücülük vəsiqəsi almaqda köməklik göstərə biləcəyini bildirərək ondan pasportunun şəkilini və 400 dollar pul vəsaiti istəmişdir. O, Dimaya heç bir sürücülük nəzəriyyəsinə və idarəetmə vərdişlərinə yiyələnmədiyini bildirdikdə, Dima ona narahat olmamağı, həmin şeylərə ehtiyac olmadığını və bütün işləri özünün təşkil edəcəyini ona bildirmişdir. Dima adlı kafedə təsadüfən tanıdığı şəxs onu Ukraynanın Dnepr şəhərində yerləşən tanımadığı birtəbəli bir ofisə aparmış və ona həmin yerdə bir neçə sənədə imza çəkdirmiş, ondan sonra ona sürücülük vəsiqəsinin 2-3 ay ərzində hazır olacağını bildirmişdir. O da heç nəzəriyyə imtahanı vermədən və heç bir rəsmi dövlət orqanına müraciət etmədən, sürücülük vərdişləri yoxlanılmadan sürücülük vəsiqəsinin verilməsinin qanunsuz olduğunu və Dimanın həmin sənədi ona saxtalaşdıraraq verdiyini anlamış, bu barədə Dimadan soruşduqda Dima ona heç bir problem olmayacağını, ondan əlavə başqa şəxslərə də bu yolla saxta sürücülük vəsiqəsi hazırladığını və heç bir problem yaranmadığını bildirmişdir. Sənədlərə imza çəkdikdən sonra Dimanın ondan istədiyi 400 dollar pul vəsaitini təqdim etmişdir. 3 ay sonra yəni təxminən 2016-cı ilin iyul ayında Dima ona Ukrayna Respublikasına məxsus olan 345945 qeydiyyat nömrəli sürücülük vəsiqəsini təqdim etmişdir. Özünə məxsus avtomobili olmadığına görə həmin sürücülük vəsiqəsini Ukraynada demək olar ki, istifadə etməmişdir. Bir neçə dəfə dostlarına məxsus nəqliyyat vasitəsini idarə etmişdir. 2022-ci ilin yanvar ayının sonlarında Azərbaycan Respublikasına geri dönmüşdür. Dönüşünün məqsədi isə ailə üzvləri ilə görüşmək istəyinin olması olmuşdur. Lakin həmin dövrdə Ukrayna Respublikasında müharibə başladığından o, geri dönə bilməmişdr. Dimanın ona dediklərinə inandığından heç bir problem yaranmayacağını düşünərək həmin saxta sürücülük vəsiqəsi ilə 01 fevral 2022-ci ildə ASAN Xidmətin Göyçayda olarkən səyyar xidmətinə yaxınlaşmış və Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi almaq qərarına gəlmişdir. Səyyar asan xidmətdə ona 1 illik müvəqqəti sürücülük vəsiqəsi (BC651006) xx.xx.2022-xx.xx.2023 təqdim edilmiş və bildirilmişdir ki, 1 illik dövr ərzində sorğu aparılacaqdır. Lakin üzərindən bir il müddət keçdikdən sonra ona hər hansı məlumat verilməmiş və əldə etdiyi sürücülük vəsiqəsinin etibarlıllıq müddəti bitmişdir. Beləcə o, xarici sürücülük vəsiqəsini və həmin vəsiqə əsasında əldə etdiyi Azərbaycan Respublikasına məxsus BC651006 nömrəli sürücülük vəsiqəsini yenidən Asan ximətə təqdim edib Azərbaycan Respublikasına məxsus sürücülük vəsiqəsi əldə etmək qərarına gəlmişdir. 07 sentyabr 2023-cü il tarixdə Kürdəmir Regional “Asan Xidmət” mərkəzinə yaxınlaşaraq qeyd etdiyi sənədləri həmin asan xidmət mərkəzinə təqdim etmişdir. Lakin orada təqdim etdiyi Ukrayna Respublikasına məxsus xx.xx.2016-cı il tarixli 345945 nömrəli xarici sürücülük vəsiqəsinin saxta olmasına dair şübhələr yarandığından hər iki dövlətə məxsus olan sürücülük vəsiqələri ondan alınmışdır. Beləcə Ukrayna Respublikasına məxsus olan 345945 qeydiyyat nömrəli sürücülük vəsiqəsinin yoxlama nəticəsində saxta olduğu aşkar olunmuşdur. Dimanın Ukraynanın rəsmi dövlət orqanında işləmədiyini və vəzifəli şəxs olmadığını, habelə Dimanın hazırladığı sürücülük vəsiqəsinin saxta olmasını bilmiş, lakin Dimanın danışığı onu arxayın salmış və ona heç bir problem yaranmayacağını düşünmüşdür. Təqsirləndirilən şəxs həmçinin ifadəsində əməlinin məsuliyyətini dərk edir və əməlindən peşmandır. Odur ki, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş vahid Məlumat-Axtarış Sismətindən (VMAS) çıxarılmış “sərhədkeçmə” haqqında məlumatdan görünür ki, xx xxxx 1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs ümumvətəndaş pasportu var (№ C********) və o, xx.xx.2015-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən Gürcüstan Respublikası ərazisinə keçmiş, xx.xx.2018-ci il tarixdə Gürcüstan Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə daxil olmuş, xx.xx.2018-ci il tarixdə Azərbaycan Respublikası ərazisindən Gürcüstan Respublikası ərazisinə keçmiş, xx.xx.2022-ci il tarixdə Ukrayna Respublikası ərazisindən Azərbaycan Respublikası ərazisinə daxil olmuşdur. Təqsirləndirilən şəxs bundan başqa ölkə ərazisini tərk etməsi halı müşahidə olunmamışdır. (bax iş vər, 48-53) İş materialalrına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-16/2-129464/2023 nömrəli məktubdan və həmin məktubun qoşmasından görünür ki, məktuba əlavə edilmiş siyahıda adları qeyd olunan Azərbaycan Respublikası vətəndaşları (Təqsirləndirilən şəxs xx.xx.1993-cü il, siyahı üzrə 4-cü şəxs) xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş, həqiqiliyi şübhə doğuran sürücülük vəsiqəsinin dəyişdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “ASAN xidmət” mərkəzinə müraciət etmişlər. Baş X6 İdarəsindən daxil olmuş məktuba əlavə edilmiş raportdan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2023cü il tarixdə Kürdəmir Regional “Asan Xidmət” mərkəzinə sürücülük vəsiqəsi əldə etmək üçün müraciət edərək Ukrayna Respublikasına məxsus xx.xx.2016-cı il tarixli 345945 nömrəli xarici sürücülük vəsiqəsi və Azərbaycan Respublikasına məxsus BC651006 nömrəli sürücülük vəsiqəsini həmin asan xidmət mərkəzinə təqdim etmişdir. Lakin xarici sürücülük vəsiqəsinin saxta olmasına dair şübhələr yarandığından hər iki dövlətə məxsus olan sürücülük vəsiqələri ondan alınmışdır. (bax iş vər, 4-5, 9) İş materiallarına əlavə edilmiş DİN-in Baş X6 İdarəsinin 25 sentyabr 2023-cü il tarixli müraciətinə əlavə etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs BDPYİ-nin Qeydiyyat İmtahan şöbəsinin 9 saylı səyyar “Asan Xidmət” mərkəzindəki məntəqəsinə sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı müraciət etmiş və ona “BC 651006” nömrəli sürücülük vəsiqəsi verilmişdir. (bax iş vər, 6) İş materillalalrına əlavə edilmiş sənədlərin məhkəmə-texniki ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 5/1442 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Ukrayna Respublikasının Təqsirləndirilən şəxs adına 345945 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı mətbəə çap üsulu ilə deyil, printer vasitəsilə çap edilmişdir. Həmçinin tədqiqata təqdim edilmiş Ukrayna Respublikasının Təqsirləndirilən şəxs adına 345945 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədin blankı Mərkəzdə olan “SDU ultra” məlumat sistemindəki eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etmir. (bax iş vər, 20-21) İş materiallarına əlavə edilmiş Göyçay rayon İHB-nın Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 48 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs valideynləri iə birlikdə Göyçay rayonu 2-ci Ərəbcəbirli kəndində yaşayır. (bax iş vər. 30) İş materiallarına əlavə edilmiş Göyçay rayon İHB-nın Ərəbcəbirli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 31) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Psixi Sağlamlıq Mərkəzi” Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 564 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs, mərkəzə müraciət etməmiş və dispanser müşahidəsi aparılmamışdır. (bax iş vər. 32) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 23) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni nəqliyyat vasitəsini idarə etmək üçün hüquq verən vəsiqə hesab edilən Ukrayna Respublikasının saxta sürücülük vəsiqəsini pul müqabilində aldıqdan sonra həmin saxta vəsiqəni Azərbaycan Respublikasında səlahiyyətli orqanlara təqdim etməklə saxta vəsiqə əsasında Azərbaycan Respublikasının original sürücülük vəsiqəsini almaq məqsədilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Ukrayna Respublikasının 345945 nömrəli sürücülük vəsiqəsini 2016-cı ilin iyul ayında istintaqa məlum olmayan tarix və saatda Ukraynanın Dnepropetrovsk şəhərində şəxsiyyəti istintaqa məlum olmayan şəxsdən əldə etmiş, həmin saxta sürücülük vəsiqəsini Azərbaycan Respublikasının original sürücülük vəsiqəsi almaq məqsədilə 1 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X5 şəhərində fəaliyyət göstərən 9 saylı səyyar “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib istifadə etməklə Azərbaycan Respublikasının “BC651006” nömrəli sürücülük vəsiqəsini əldə etməsi, bundan başqa o, 1 fevral 2022-ci il tarixdə əldə etdiyi Azərbaycan Respublikasının “BC651006” nömrəli sürücülük vəsiqəsinin 1 illik etibarlılıq müddəti bitdiyi üçün həmin vəsiqəni dəyişdirmək məqsədi ilə şəxsiyyəti istintaqa məlum olmayan şəxs tərəfindən istintaqa məlum olmayan vaxtda və şəraitdə blankı mətbəə çap üsulu ilə deyil, printerdə çap edilmiş, eyni növ sənədin nümunəsi ilə eynilik təşkil etməyən tam saxta Ukrayna Respublikasının 345945 nömrəli sürücülük vəsiqəsini və qeyd edilən saxta sürücülük vəsiqəsini təqdim etməklə 1 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X5 şəhərində fəaliyyət göstərən 9 saylı səyyar “ASAN xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsindən əldə etdiyi Azərbaycan Respublikasının “BC651006” nömrəli sürücülük vəsiqəsini 07 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə X4 rayonunda fəaliyyət göstərən Kürdəmir Regional “Asan Xidmət” mərkəzindəki Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin Qeydiyyat İmtahan şöbəsinin məntəqəsinə saxta olduğunu bilə-bilə təqdim edib təkrar istifadə etməsi özünün etirafı, şahid ifadəsi, sənədlərin məhkəmə-texniki ekspertizasının, rəyi ilə, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşman olmasını, ilik dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 320.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası islah işləri cəzası təyin etməyi məqsədə müvafiq sayır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 13.3ci bəndinə əsasən məhkəmələr cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-ci bəndinə əsasən cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 49.1-ci maddəsinə əsasən ona təyin olunacaq islah işləri cəzasını öz iş yerində çəkməlidir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 45.1-ci maddəsinə əsasən islah işləri növündə cəzanın icrası müddəti məhkumun işlədiyi və onun qazancından tutulmaların aparıldığı aylar və günlərlə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İslah işləri cəzasının icrası Göyçay rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi ziyanın və mülıki iddianını olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 70 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan Ukrayna Respublikasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2016-cı il tarixli 345945 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli BC 651006 nömrəli sürücülük vəsiqəsi cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona hər ay qazancının 15 faizi dövlət nəfinə tutulmaqla, 01 il müddətə islah işləri cəzası təyin edilsin. İslah işləri cəzasının əvvəli məhkumun işlədiyi və aylıq qazancından tutulmaların başladığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə maddi ziyanının və mülki iddia olmaması nəzərə alınsın. İş üzrə maddi sübut olan Ukrayna Respublikasına məxsus olduğu göstərilən Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2016-cı il tarixli 345945 nömrəli sürücülük vəsiqəsinə oxşar sənədi və Azərbaycan Respublikasının Təqsirləndirilən şəxs adına verilmiş xx.xx.2022-ci il tarixli BC 651006 nömrəli sürücülük vəsiqəsi cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar