Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-58/2025 22.04.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X3 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvi, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakları ilə, xx xxxxx 1966-cı ildə Kürdəmir rayonu Pirili kənində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, evli, Kürdəmir rayonu, Pirili kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qadağan edilmiş vaxtda, yəni 10 yanvar 2025-ci il tarixdə saat 17 radələrində Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində 2079 nömrəli şəhadətnamə ilə sahib olduğu 19-A-2579 nömrəli “Huglu” markalı, 12 çaplı, tək lüləli, yivsiz ov tüfəngi ilə lazımi icazə olmadan ovlanması tamamilə qadağan edilmiş hər birinin qiyməti 330 manat olan 06 (altı) ədəd bəzgək quşunu qanunsuz ovlayaraq ümumilikdə təbiətə xeyli miqdarda, yəni 1980 (min doqquz yüz səksən) manat miqdarda ziyan vurmaqla ovlanması tamamilə qadağan edilmiş quşları lazımi icazə olmadan və qadağan edilmiş vaxtda qanunsuz ovlamışdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 258.2.3-cü maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, Kürdəmir rayonu, Pirili kəndində ailə üzvlərilə birlikdə yaşayır. Onun özünə məxsus “Huglu G-12” markalı, 12 çaplı tək lülə, 19A2579 nömrəli yivsiz ov silahı vardır. Həmin silahdan indiyə kimi istifadə etməmişdir. İlk dəfə 10 yanvar 2025-ci il tarixdə özünə məxsus taxıl sahəsində qanqal qıran zaman canavardan qorunmaq məqsədilə həmin silahı özü ilə götürmüşdür. Saat 17 radələrində Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində əlində silah olan zaman başının üzərindən bir sürü bəzgək quşunun uçmasını görmüşdür. O, silahdan 3 dəfə atəş açmış və həmin sürüdən 06 (altı) ədəd bəzgək quşunu vurmuşdur. O, quşları sonradan yemək məqsədilə özü ilə götürüb idarə etdiyi “VAZ 2106” markalı, **-BD-*** qeydiyyat nişanlı avtomobilinin arxa yük yerinə qoymuşdur. Bir müddət sonra isə polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Ondan quş ovlayıb-ovlamadığını soruşduqda o, özünə məxsus silah ilə 06 (altı) ədəd bəzgək quşu ovladığını demiş və ovladığı quşları polis əməkdaşlarına təhvil vermişdir. Bundan sonra polis əməkdaşları onu polis şöbəsinə gətirmişlər və izahatını alaraq sərbəst buraxmışlar. O, əməlindən səmimi peşmandır, zərəri tam ödəmişdir, zərər çəkmiş hüquqi şəxs ondan şikayət və tələbi yoxdur. Zərər çəkmiş hüquqi şəxsin nüamyəndəsi Nümayəndə ifadəsində göstərdi ki, 2018-ci ilin sentyabr ayından 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində aparıcı məsləhətçi-müfəttiş vəzifəsində işləyir. Kürdəmir rayonu, Pirili kənd sakini Təqsirləndirilən şəxs tanımır, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs 10 yanvar 2025-ci il tarixdə Kürdəmir rayonu Sor-Sor kəndi ərazisində 06 (altı) ədəd bəzgək quşlarını ovlayaraq təbiətə ziyan vurmuşdur. 06 (altı) ədəd bəzgək quşunun qanunsuz ovlanması nəticəsində təbiətə 1980 manat məbləğində maddi ziyan dəymişdir. Zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını bildirdi. Şahid1 Zülfü oğlu ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-nin İTB-nin XÜ baş inspektoru vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Kürdəmir rayonu, Pirili sakini kimi tanıyır. Onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində Kürdəmir RPŞ-nin İTBnin sahə rəisi, polis leytenantı Şahid2 ilə birlikdə xidmətdə olarkən həmin kəndin ərazisində bir nəfər şəxsin ov etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Kürdəmir rayonu, Pirili kənd sakini Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsi 01 ədəd ov tüfəngi və ovladığı 06 (altı) ədəd ov quşu ilə birlikdə Kürdəmir rayon Polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan olunaraq tədqiq olunmuş ifadəsində göstərmişdir ki, Kürdəmir RPŞ-nin İTB-də polis sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs Kürdəmir rayonu, Pirili sakini kimi tanıyır. xx.xx.2025-ci il tarixdə Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində Kürdəmir RPŞ-nin İTB-nin sahə rəisi, polis leytenantı Şahid2 ilə birlikdə xidmətdə olarkən həmin kəndin ərazisində bir nəfər şəxsin ov etdiyini görüb ona yaxınlaşıb özlərini təqdim etmişlər. Həmin şəxs özünü təqdim edərək Kürdəmir rayonu, Pirili kənd sakini Təqsirləndirilən şəxs olmasını bildirmişdir. Həmin şəxsi 01 ədəd ov tüfəngi və ovladığı 06 (altı) ədəd ov quşu ilə birlikdə Kürdəmir rayon Polis şöbəsinin növbətçi hissəsinə təhvil vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyədək icraat zamanı əldə edilmiş, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmayan sənədləri və digər iş materiallarını da iş üzrə mötəbər sübutlar kimi qəbul edir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş : -xx.xx.2025-ci il tarixli əşyaya baxış protokolundan görünür ki, baxış Kürdəmir RPŞnin inzibati binasının həyətində elektrik işıqlanması şəraitində keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özünə məxsus məxsus ov silahını və ovladığı 06 ədəd bəzgək quşunu təqdim etmişdir. Ov silahının “Huglu G-12” markalı, 12 çaplı tək lüləli olması, üzərində 19A2579 nömrəsinin qeyd olunduğu müəyyən edilmişdir. Silah 2079 nömrəli şəhadətnamə ilə Təqsirləndirilən şəxs məxsusdur. Yivsiz ov silahı qəhvəyi dəstəkli olmaqla özünə məxsus parça qabı vardır. Təqsirləndirilən şəxs tərəfindən ovlanmış 06 ədəd bəzgək quşuna baxış keçirilərkən həmin quşlarda ov silahından atılmış qırma izlərinin olması, eləcə də 04 ədədinin başının gövdədən qoparılması müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs həmin quşların onun tərəfindən ovlanmasını, diri olanların başının onun tərəfindən qoparılmasını bildirmişdir. Baxış zamanı çəkilmiş fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 3-14-47/2- 016/2025 nömrəli məktubdan və məktuba əlavə olunmuş cədvəldən görünür ki, Kürdəmir rayonu, Sor-Sor kəndi ərazisində Təqsirləndirilən şəxs tərəfindən 06 (altı) ədəd bəzgək quşunun qanunsuz ovlanması nəticəsində təbiətə ümumilikdə 1980 (bir min doqquz yüz səksən) manat məbləğində ziyan dəymişdir. - “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli 18-1-49/2-99/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında yoxdur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. - Şəxsiyyət vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1966-cı ildə Kürdəmir rayonunda anadan olmuş, həmin rayonun Pirili kəndində yaşayır. - Kürdəmir RİHB-nın Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci-ci il tarixli, 50 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs 4 nəfərdən ibarət ailə tərkibi vardır. - Kürdəmir RİHB-nın Pirili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayaış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutları hərtərəfli və müqayisəli təhlil edərək, hesab edir ki, Təqsirləndirilən şəxs istinad edilən cinayət əməlini törətməsi öz ifadəsi, bir-birinə və işin faktiki hallarına uyğun gələn zərər çəkmiş şəxsin və şahidlərin ifadələri və işdəki digər sənədlərlə tam sübuta yetirilir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası CM-nin 258.2.3-cü maddəsi ilə tövsif olunması ilə razılaşır, hesab edir ki, o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinin tələbinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və içtimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinin tələblərindən və cinayət qanunu normasının izahı ilə bağlı Ali Məhkəmə Plenumunun qərarında nəzərdə tutulan müddəalarından görünür ki, cinayət törətməkdə təqsiri olan şəxsə cəza təyin edilərkən aşağıdakılar mütləq nəzərə alınmalıdır : -Qəsdin obyekti, təqsirin forması və cinayətin ağırlıq dərəcəsi (cinayətin xarakteri); -Cinayətin nəticəsinin ağırlığı, törədilməsi üsulu, vurulmuş zərərin həcmi və s. (cinayətin ictimai təhlükəlilk dərəcəsi); - Cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar; - Təqsirkarın şəxsiyyətini səciyyələndirən hallar; - Cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (cəzanın məqsədi). Məhkəmə əməlindən səmimi peşman olmasını, dəymiş zərəri tam ödəməsini və zərər çəkmiş şəxsin hüquqi varisinin ondan şikayət və tələbinin olmamasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmə məsələsini həll edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutaraq onun əməlində Azərbaycan Respublikasının CM-nin 61.1.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halın olmadığını qeyd etməklə, cəzasını yüngülləşdirən halları, onun əmlak vəziyyətini, təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və Azərbaycan Respublikası CM-nin 258.2.3-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini ədalətli, məqsədə uyğun və onun islah olunması, həm də cəzanın məqsədlərinə nail olunması baxımından yetərli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, onun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-nin 132.1-ci və 132.1.1-ci maddəsinə əsasən, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən, xüsusi müsadirə cinayət-hüquqi tədbiri əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Həmin Məcəllənin 99-1.1.1.-ci maddəsinə əsasən, şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə edilməli əmlaklar sirasına aid edilmişdir. İş üzrə maddi sübut olan 01 ədəd 19-A-2579 nömrəli “Huglu” markalı, 12 çaplı, tək lüləli, yivsiz ov tüfəngi Təqsirləndirilən şəxs törətdiyi cinayətin alət və vasitəsi olduğundan dövlət nəfinə xüsusi müsadirə olunmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi xx.xx.2025-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2025-ci il tarixdə höküm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə X1 məhkəmədə hüquqlarının müdafiəsinə 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi2 90 manat ödənilməlidir. Hökmün icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 132, 99-1, 197-198, 344-349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 258.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu, Pirili kəndində yerləşən evi gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsin gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut, cinayətin alət və vasitəsi olan 01 ədəd 19-A-2579 nömrəli, “Huglu” markalı, 12 çaplı, tək lüləli, yivsiz ov tüfəngi dövlət nəfinə xüsusi müsadirə edilsin. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 15 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 manat ödənilsin. Hökmün icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov
Məhkəmə qərarları › İş №1(041)-58/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-58/2025
22.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver