Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-59/2023 05.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs yetkinlik yaşına çatmamış X4 və onun qanununi nümayəndəsi Şahid2 nın iştirakı ilə 04 oktyabr 1987-ci ildə Kürdəmir rayonu, Pirili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Pirili kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı Kürdəmir rayonu Pirili kəndi ərazisində yerləşən kəndarası yolda həmkəndlisi və qonşusu Qanuni nümayəndə Cəmaləddin oğlunun onun həyətyanı sahəsinin qrunt sularının axıb getməsi üçün nəzərdə tutulmuş arxın qarşısını torpaqla doldurmasına irad bildirən zaman nalayiq söyüşlər söyməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisəyə müdaxilə edən xx.xx.2005-ci ildə Kürdəmir rayonu, Pirili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Pirili kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs sol əlini tutub qəsdən buraraq, ona sol əlin V barmağının əsas falanqasında qapalı sınıq ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarət yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, özü, fərdi əməklə məşğuldur. Şahid2 tanıyır, həmkəndlisi və qonşusudur. Cəlal və Zülal Nəsirin oğullarıdır. Onlarla münasibətləri əvvəllər normal olmuş, heç bir düşmənçilik və ədavəti olmamışdır. 2020-ci ilin sentyabr ayında həmkəndliləri ilə birlikdə kəndin örüş sahəsinin zəbt edilməsi ilə bağlı şikayət etmişdir, ərizədə göstərilən torpaq sahəsindən Nəsir də istifadə etdiyi üçün bu onun xoşuna gəlməmiş və həmin vaxtdan bəri Nəsirin onunla münasibətləri pisləşmiş, bir-biri ilə danışmamışlar, Nəsir həmin vaxtdan sonra bir neçə dəfə onu şərləyib tutduracağı ilə hədələmişdir. Qonşularının yaşadıqları evin həyətyanı bağ sahələrinin qrunt sularının axıb getməsi üçün bağ sahələrinin kənarında arx vardır, həmin arxın bir tərəfində Nəsirin də bağ sahəsi yerləşir, Nəsir həmin arxı doldurub bağ sahəsinə yol salmışdır. Doldurulmuş hissəni bir dəfə açıb suyun axıb getməsi üçün arxı təmizləmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Kürdəmir şəhərindən yaşadığı evə gələrkən həmin yerin traktorla doldurulduğunu görüb zəng vuraraq Nəsirdən həmin hissəni doldurmasının səbəbini soruşmuş, Nəsir nalayiq sözlər işlədərək “sənin orda arxın yoxdur, əcəb edib doldurmuşam” dediyi üçün məsələni aydınlaşdırmaq üçün Nəsiri həmin doldurulmuş yerin yanına çağırmışdır. Nəsirin gec gəldiyini görüb gözləmədən çıxıb yaşadığı evə getmiş, təxminən 5 dəqiqə sonra Nəsir zəng vuraraq onu həmin yerə çağırmış, həmin yerə getmiş, yanında heç kim olmamış, Nəsirin yanında isə oğlanları Cəlal və Zülal olmuşdur. Nəsir yanına gəldikdən sonra ünvanına yenə də nalayiq sözlər işlətmiş, buna görə aralarında mübahisə yaranmışdır. Nəsir oğulları Cəlal və Zülala “Usubu döyün” demiş, bundan sonra Cəlal üstünə cumaraq onunla əlbəyaxa olaraq boynundan yapışıb boğmağa başlamış, həmin vaxt Zülal və Nəsir də yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq onu döymüş, onların əlindən çıxmaq üçün Cəlalın çənəsindən dişləmiş, yanlarında olan qonşuları Xanağa, Tural və atası Daşdəmir onları aralaşdırmış, sonra Xanağa və Tural ilə birlikdə yaşadığı evə getmişdir. Təqsirləndirilən şəxs həmçinin ifadəsində bildirmişdir ki, əlbəyaxa dava zamanı onu boğan zaman Cəlalın əlindən çıxmaq üçün onun çənə nahiyyəsindən bir dəfə qəsdən dişləyərək ona xəsarət yetirmiş, Zərərçəkmiş şəxs barmağını burmamış, onun barmağının sınmasından hadisə zamanı xəbəri və məlumatı olmamış, ancaq hadisədən sonra Zülalın hadisə zamanı barmağının sınmasından məlumatı olmuşdur. Hadisə zamanı əlində bıçaq eləcədə hər hansı əşya olmamış, həmçinin hadisə zamanı hər hansı şəxsi eləcədə Zülal və qardaşı Cəlalı öldürəcəyi ilə və ya hər hansı formada hədələməmiş, barəsində şər və böhtan xarakterli məlumat verilmişdir. Hadisə təxminən 5-10 dəqiqə müddətində davam etmiş, ətrafda başqa heç kim olmamış, heç kim toplaşmamışdır. O, barışmaq istəsə də zərərçəkmiş tərəf barışmaq istəmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmamış X4 qanuni nümayəndəsi Şahid2 iştirakı ilə məhkəmədə vediyi ifadəsində ifadəsində göstərdi ki, o, Kürdəmir rayonu Pirili kəndində yaşayır. əvvəllər cinayət törətməyə görə məhkumluğu yoxdur. Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisi və qonşusudur, münasibətləri əvvəllər normal olsada təxminən iki il bundan qabaq Usub atası Nəsir barəsində şikayət etdiyi üçün onunla münasibətləri pisləşmiş, əlaqələri olmamışdır. Yaşadıqları evin həyətyanı sahəsində nar bağ sahəsi olmuşdur, atası Nəsir bir neçə gün bundan öncə həmin nar ağaclarının kənarda olan hissəsindən bir neçəsini kökündən traktor vasitəsilə çıxarmış, həmin traktorun sahəyə girməsindən ötrü sahənin Usub tərəfindən bir neçə gün əvvəl qazılmış hissəsini atası Nəsir torpaqla dolduraraq düzləmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ailə üzvləri ilə birgə yaşadıqları evdə olan zaman Təqsirləndirilən şəxs atası Nəsirə telefonla zəng edərək ona nalayiq sözlər deyərək düzlədiyi yerin yanına çağırmış, atası getmək istəməsə də Usub israr etdiyi üçün getməli olmuşdur. Atası Nəsir telefon danışıqlarını telefonda olan səsucaldanla etdiyi üçün Usubun atasına dediyi nalayiq sözləri eşitmişdir. X6 dəvət etdiyi həmin yerə getmiş, qardaşı Cəlal ilə birlikdə atasının arxasından həmin yerə getmişdir. Həmin yerdə Usub uca səslə atası Nəsirə qarşı ağır formada nalayiq sözlər dediyi zaman qardaşı Cəlal ilə Usubun arasında münaqişə yaranmış, münaqişə zəmnində Usubla Cəlal əlbəyaxa olaraq dalaşmağa başlamışlar, Usub həmin vaxt Cəlalın çənə nahiyəsindən dişləyərək ona xəsarət yetirmiş, Usubun Cəlala xəsarət yetirdiyini gördükdən sonra münaqişəyə qoşularaq onları aralaşdırmağa çalışmış, bu zaman Usub sol əlindən tutub buraraq ona xəsarət yetirmiş, həmin vaxt sol əlinin V barmağında ağrı hiss etməyə başlamış, atası Nəsir, Xanağa və Tural Usubu sakitləşdirib onlardan aralaşdırmış, Usub yaşadığı ev tərəfə getmiş, bundan sonra Cəlal və atası Nəsirlə birlikdə yaşadığı evə tərəf getmişdir. Bu zaman Usub geri qayıdıb onlar tərəf gələrək onları bıçaqla öldürəcəyi ilə sözlə hədələmiş, sonra yenidən qayıdıb getmişdir. Hadisə qısa zaman kəsiyində yaşadığı kənd ərazisində kəndarası yolda baş vermiş, hadisə yerində qonşuları Xanağa, Tural və Daşdəmirdən başqa kənar şəxs olmamış, heç kim toplaşmamışdır.Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, həmin hadisə zamanı özü, eləcədə Şahid1 və Qanuni nümayəndə Təqsirləndirilən şəxs vurmamış, döyməmiş, ona qarşı heç bir fiziki zor tətbiq etməmişdir. Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarəti aralarında olan dava-dalaş zamanı təsadüf nəticəsində almışdır, həmin xəsarəti Usuba heç kim konkret olaraq vuraraq yetirməmişdir. O, Usub ilə barışmaq istəmir, ona dəymiş ziyan ödənilməmişdir. O, Usuba qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid eyni zamanda zərərçəkmişin qanuni nümayəndəsi qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs həmkəndlisi, qohumu və qonşusudur. Münasibətləri əvvəllər normal olmuş, ədavətləri olmamış, ancaq təxminən iki il bundan qabaq Usub onun barəsində şər və böhtan xarakterli şikayət etdiyi üçün həmin vaxtdan bəri münasibətləri pisləşmişdir. Bir müddət əvvəl yaşadığı evin həyətyanı bağ sahəsində olan nar ağaclarının bir neçəsini kökündən çıxarmaq məqsədilə bağ sahəsinə traktorun girişinə şərait yaratmaq üçün bağın kənarında olan qrunt sularının axdığı arxı torpaqla doldurub düzləmiş, xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadıqları evdə olarkən tanımadığı nömrədən zəng gəlmiş, zəngə cavab verərkən danışan şəxsin Usub olduğunu bilmiş, Usubdan nə lazım olduğunu soruşanda Usub telefonda ünvanına nalayiq söyüşlər söyərək onu mübahisə etməyə dəvət etmişdir. Usubun dəvət etdiyi yerə, bağ sahəsinin ətəyinə getmiş, oğulları Cəlal və Zülal da onun arxasından gəlmişdir. Orada nə istədiyini soruşanda Usub ünvanına nalayiq sözlər deyərək həyətyanı sahəsinin qrunt sularının axması üçün olan arxı torpaqla doldurmasına görə onunla mübahisə etmiş, Usubun onu təhqir etməsini görüb oğlu Cəlal Usuba irad tutaraq onunla mübahisə etməyə başlamış, mübahisə zəmnində Cəlal və Usub əlbəyaxa olmuşlar, bu zaman Usub oğlu Cəlalın çənə nahiyəsindən dişləyərək xəsarət yetirmiş, Usubun Cəlala xəsarət yetirdiyini görən digər oğlu Zülal onları aralaşdırmağa çalışanda Usub Zülalın sol əlini buraraq ona da xəsarət yetirmiş, Zülal həmin vaxt barmağından xəsarət aldığı üçün ağrı hiss edərək qışqırmışdır. Müdaxilə edərək onları aralaşdırmış, Usub yaşadığı evə tərəfə gedib sonra geri qayıdaraq onları bıçaqla öldürəcəyi ilə sözlə hədələmişdir. Dava-dalaş böyüməsin deyə Cəlal və Zülalı evə aparmışdır. Hadisə təxminən 5-10 dəqiqə müddətində davam etmiş, ətrafda qonşuları Xanağa və Turaldan başqa kənar şəxs olmamış, heç kim toplaşmamışdır. Qanuni nümayəndə həmçinin ifadəsində göstərmişdir ki, hadisə zamanı özü eləcədə Cəlal Nuriyev və Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurmamış, döyməmiş, ona qarşı heç bir fiziki zor tətbiq etməmişlər. Təqsirləndirilən şəxs bədəni üzərində olan xəsarəti Cəlal və Zülal ilə aralarında olan davadalaş zamanı təsadüf nəticəsində almışdır, həmin xəsarəti Usuba heç kim konkret olaraq vuraraq yetirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs doğma oğludur, onunla birlikdə yaşayır. Qanuni nümayəndə Cəmaləddin oğlu qonşusu və qohumudur. Cəlal və Zülal Nəsirin oğullarıdır. Münasibətləri əvvəllər normal olsada 2020-ci ilin sentyabr ayından münasibətləri pisləşmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində Pirili kəndində yerləşən yaşadığı evdə olarkən küçədən səs-küy eşidib küçəyə çıxdıqda Nəsir, Cəlal və Zülal ilə Usubun mübahisə etdiklərini, Cəlal və Zülal ilə Usubun əlbəyaxa dava etdiklərini görmüş, dərhal onların yanına yaxınlaşaraq onları qonşuları Tural və Xanağanın köməkliyi ilə aralaşdırmış, Usubu yaşadığı evə tərəfə ötürmüşdür. Təminən 5-10 dəqiqə müddətində baş vermiş hadisə zamanı yanlarında Tural və Xanağadan başqa kənar şəxs olmamış, heç kim toplaşmamışdır. Şahid3 həmçinin ifadəsində göstərmişdir ki, hadisədən sonra Cəlalın çənə nahiyyəsində qan izləri görmüş, eləcədə Zülalın sol əlinin V barmağında sınıq xəsarəti olmasını öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirlmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, həmkəndlisi və qonşusudur, münasibətləri əvvəllər normal olsada təxminən iki il bundan qabaq Usub atası Nəsir barəsində şikayət etdiyi üçün onunla münasibətləri pisləşmiş, əlaqələri olmamışdır. Yaşadıqları evin həyətyanı sahəsində nar bağ sahəsi olmuşdur, atası Nəsir bir neçə gün bundan öncə həmin nar ağaclarının kənarda olan hissəsindən bir neçəsini kökündən traktor vasitəsilə çıxarmış, həmin traktorun sahəyə girməsindən ötrü sahənin Usub tərəfindən bir neçə gün əvvəl qazılmış hissəsini atası Nəsir torpaqla dolduraraq düzləmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində ailə üzvləri ilə birgə yaşadıqları evdə olan zaman Təqsirləndirilən şəxs atası Nəsirə telefonla zəng edərək ona nalayiq sözlər deyərək düzlədiyi yerin yanına çağırmış, atası getmək istəməsə də Usub israr etdiyi üçün getməli olmuşdur. Atası Nəsir telefon danışıqlarını telefonda olan səsucaldanla etdiyi üçün Usubun atasına dediyi nalayiq sözləri eşitmişdir. X6 dəvət etdiyi həmin yerə getmiş, qardaşı Zülal ilə birlikdə atasının arxasından həmin yerə getmişdir. Həmin yerdə Usub uca səslə atası Nəsirə qarşı ağır formada nalayiq sözlər dediyi zaman qardaşı onun Usubla arasında münaqişə yaranmış, münaqişə zəmnində o, Usubla əlbəyaxa olaraq dalaşmağa başlamışlar, Usub həmin vaxt onun çənə nahiyəsindən dişləyərək ona xəsarət yetirmiş, qardaşı Zülal Usubun ona xəsarət yetirdiyini gördükdən sonra münaqişəyə qoşularaq onları aralaşdırmağa çalışmış, bu zaman Usub qardaşı Zülalın sol əlindən tutub buraraq qardaşı Zülal xəsarət yetirmiş, qaraşı Zülalın sol əlinin V barmağı sınmışdır. Bundan sonra atası Nəsir, Xanağa və Tural Usubu sakitləşdirib onlardan aralaşdırmış, Usub yaşadığı ev tərəfə getmiş, bundan sonra onlar da yaşadıqları evə tərəf gedən zaman Usub geri qayıdıb onlar tərəf gələrək onları bıçaqla öldürəcəyi ilə sözlə hədələmiş, sonra yenidən qayıdıb getmişdir. Hadisə qısa zaman kəsiyində yaşadığı kənd ərazisində kəndarası yolda baş vermiş, hadisə yerində qonşuları Xanağa, Tural və Daşdəmirdən başqa kənar şəxs olmamış, heç kim toplaşmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs qonşularıdır. Usub və Zülal qohumdurlar, onların münasibtələri əvvəllər normal olsada son zamanlar Usub Zülalın atası Nəsirdən şikayət etdiyi üçün münasibətləri pisləşmişdir. Ancaq onlar arasında daha əvvəl davadalaş və mübahisə olduğunu görməmişdir. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı evin həyətində olarkən küçədən səs-küy gəldiyini eşidib küçəyə çıxdıqda Usubla Cəlal və Zülalın mübahisə etdiklərini eşitsə də onların biri-birlərini vurduqlarını görməmişdir. O, həmin yerə çatanda artıq onlar arasında olan dava qirtarmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləri həm də qonşularıdır. xx.xx.2023-cü il tarixdə saat 17 radələrində həyətdə olarkən küçədən səs-lüy gəldiyini eşidib küçəyə çıxdıqda Usubla Cəlal və Zülalın mübahisə etdiklərini görmüş, lakin onların dalaşdıqlarını və biri-birilərini vurduqlarını görməmişdir. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 66 saylı rəyində göstərilmişdir ki, 2005-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarət vardır: sol əlin V barmağın falanqasında qapalı sınıq xəsarəti. Qeyd olunan xəsarət küt əşya (əşyalar) təsirindən əmələ gəlmiş, törənmə müddəti qərarda göstərilən şəraitə və tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.(bax iş vər. 45-46) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 6-49/2-264/2023 nömrəli məktubdan görünür ki, Nuriyev X3 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur.(bax iş vər.123) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Pirili kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 170 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Pirili kəndində yaşamaqla, himayəsində 3 azyaşlı uşağı olmaqla vardır. (bax iş vər. 82) İş materiallarına əlavə edilmiş AZE 11318282 nömrəli Azərbaycan Respublikası Vətəndaşıın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2012ci il təvəllüqdlü Aydəmir adlı oğlu vardır.(bax iş vər.86) İş materiallarına əlavə edilmiş AZE 11318281 nömrəli Azərbaycan Respublikası Vətəndaşıın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2013cü il təvəllüqdlü Süleyman adlı oğlu vardır.(bax iş vər.85) İş materiallarına əlavə edilmiş AA ******* nömrəli Azərbaycan Respublikası Vətəndaşıın şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüqdlü Nigar adlı qızı vardır.(bax iş vər.84) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Pirili kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunur, onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (bax iş vər. 83) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. (bax iş vər. 129) İş materiallarına əlavə edilmiş sübutların qiymətləndirilməsi haqqında xx.xx.2023-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından cinayət işinin başlanılması rədd edilmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli özünün qismən etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri, işin digər materialları, habelə məhkəmədə tədqiq olunan sübutlarla tamamilə təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq AR CM-in 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla, şahid ifadələri, ekspertiza rəyi ilə müəyyən edilmişdir ki, təqsirlndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 17 radələrində yaşadığı Kürdəmir rayonu Pirili kəndi ərazisində yerləşən kəndarası yolda həmkəndlisi və qonşusu Qanuni nümayəndə Cəmaləddin oğlunun onun həyətyanı sahəsinin qrunt sularının axıb getməsi üçün nəzərdə tutulmuş arxın qarşısını torpaqla doldurmasına irad bildirən zaman nalayiq söyüşlər söyməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisəyə müdaxilə edən xx.xx.2005ci ildə Kürdəmir rayonu, Pirili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Pirili kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs sol əlini tutub qəsdən buraraq, ona sol əlin V barmağının əsas falanqasında qapalı sınıq ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarət yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən qismən peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını,himayəsində 3 azyaşlı uşaqlarının olmasını və onun zərərçəkmiş şəxslə barışmağa cəhd etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən haları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Pirili kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Pirili kəndində yerləşən evi gecə saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-59/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-59/2023
05.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver