Məhkəmə qərarları › İş №1(041)-59/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-59/2024

23.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-59/2024 23.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1961-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, evli, Kürdəmir şəhəri R.Behbudov küçəsi,ev 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində Kürdəmir şəhəri C.Cabbarlı küçəsində tanışı, xx.xx.1972ci il təvəllüdlü, Zərərçəkmiş şəxs onun qohumu Şahid3 haqqında nalayiq sözlər danışması səbəbindən aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edib, kənar şəxslərin yanında uca səslə söyüşlər söyüb, özü ilə gətirdiyi soyuq silah hesab edilməyən bıçağı silah qismində istifadə etməklə, Zərərçəkmiş şəxs 02 dəfə qəsdən zərbə vurub ona sol üzdə səthi dəri kəsiyi, sağ budda kəsilmiş deşilmiş yara ilə müşayiət olunan, ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən bədən xəsarətləri yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, əvvəllər dəfələrlə cinayət törətməyə görə məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Zərərçəkmiş şəxs tanışıdır, onunla münasibətləri normal olub, ədavət və düşmənçilikləri olmayıb. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Kürdəmir şəhəri S.Şıxalıyev küçəsində yerləşən parkda Kərimlə birlikdə 0.7 litrlik spirtli içki araq içmiş, sonra Kərimlə birlikdə Kürdəmir şəhəri dəmiryol vağzalının yanında yerləşən Tofiq adlı şəxsin işlətdiyi çayxanaya gəlib oturub çay içmiş, tanışı Mətləb də gəlib onlarla birlikdə oturub çay içmiş, tanışı Gündüz isə çayxanada digər masada oturub çay içmiş, söhbət zamanı Kərim Gündüzün arvadı ilə yaxın münasibəti olduğunu demiş, Gündüz Kərimin bu sözlərini eşidib çayxanadan çıxıb getmiş, Gündüzün pis olduğunu görüb Kərimə Gündüz barəsində dediyi sözlərə görə irad tutmuş, Kərim isə Gündüz barəsində işlətdiyi sözlərin hamısını sübut edə biləcəyini dediyi üçün Kərimə “gəl çayxanadan çölə çıxaq orada söhbət edək, sən mənə sübut elə” demiş, birlikdə çayxanadan çölə çıxmışlar, çayxananın qarşısında küçədə ağaclıq yerdə dayanıb Kərimlə söhbət etmiş, Kərimə Gündüzün arvadı barəsində dediyi nalayiq sözləri sübut etməsini istədikdə Kərim onu söymüş, aralarında mübahisə yaranmış, Kərim yerdən ağac götürüb onu sağ boyun nahiyyəsindən bir dəfə vurmuş, eləcədə təpiklə sinəsindən bir dəfə vurmuş, yerdən şüşə butulka götürüb ona tərəf tullamış, əlbəyaxa olmuşlar, bundan sonra cibində olan özünə məxsus bıçağı çıxarıb Kərimin üz nahiyyəsindən bir dəfə və sağ bud nahiyyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarətlər yetirmiş, sonra isə çıxıb getmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanışıdır, onunla aralarında ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə günorta saatlarında Elşən ilə birlikdə Kürdəmir şəhəri S.Şıxalıyev küçəsi ərazisində parkda 0.7 litrlik spirtli içki araq içmiş, sonra birlikdə Kürdəmir şəhəri C.Cabbarlı küçəsində, Kürdəmir dəmiryol vağzalının yaxınlığında yerləşən Tofiqin çayxanasında çay içmişlər, tanışı Gündüz də çayxanada olmuş, söhbət zamanı Elşən Gündüzün necə oğlan olduğunu soruşmuş, Gündüzün normal oğlan olduğunu demiş, bundan sonra Elşən onu söhbət etmələri üçün çölə dəvət etmiş, birlikdə çayxananın qarşısına çıxmışlar, orada dayanıb söhbət etmişlər, Elşən Gündüzün qeyrətsiz kişi olub-olmadığını soruşmuş, Elşənə bu barədə heç nə deyə bilməyəcəiyini dedikdə Elşən Gündüzü yanlarına çağırsada Gündüz çıxıb getmiş, yanlarına gəlməmiş, Elşən bu zaman onun ünvanına nalayiq sözlər işlədərək cibindən bıçaq çıxarıb qəflətən sol üz nahiyyəsindən bir dəfə və sağ bud nahiyyəsindən bir dəfə bıçaqla qəsdən vuraraq ona xəsarətlər yetirmiş, bundan sonra yerdən ağac götürüb Elşəni özündən uzaqlaşdırmış, müvazinətini itirib yerdə oturmuş, Elşən çıxıb getmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə aralarında xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Kürdəmir şəhəri C.Cabbarlı küçəsi ərazisində baş vermiş hadisə təxminən 15-20 dəqiqə müddətində davam etmiş, ətrafda tanıdığı və tanımadığı şəxslər olmuş, onlar hadisənin şahidi olmuşdur. Hazırda müalicə olunmuş və özünü yaxşı hiss edir. Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs spirtli içki aludəçisi və səfeh həyat tərzi sürən şəxslər kimi tanıyır, onların heç bir ilə düşmənçiliyi və ədavəti yoxdur. Kürdəmir şəhəri C.Cabbarlı küçəsində, Kürdəmir dəmiryol vağzalının yaxınlığında yerləşən obyektdə oğlu Şahid2 ilə birlikdə çayxana işlədir. xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində obyektə gəlmiş, həmin vaxt Elşən və Kərimin çayxananın giriş hissəsində, qapıdan çöldə küçədə mübahisə etmələrini görüb yanlarında keçib çayxananın həyətinə girmiş, orada həyətdə odun doğramağa başlamış, təxminən 5-6 dəqiqə sonra Elşənlə Kərimin əlbəyaxa dalaşdıqlarını, bir-birinin ünvanına ucadan nalayiq ifadələr işlətdiklərini görmüş, elə həmin vaxt Elşən əlində olan dəstəyi tünd qırmızı rəngli olan bıçaqla Kərimin üz və sağ bud nahiyyəsindən vurmuş, Kərim yerdə oturaraq Elşənə “niyə məni bıçaqla vurdun” demiş, Elşən isə çıxıb getmiş, Kərim də dəmiryol vağzalı tərəf getmişdir. Kərim bıçaq zərbəsindən xəsarət aldığı üçün onun üz və sağ bud nahiyyələri qanamışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş, hadisə zamanı ətrafda kənar şəxslər toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs spirtli içki aludəçisi və səfeh həyat tərzi sürən şəxslər kimi tanıyır, onların heç bir ilə düşmənçiliyi və ədavəti yoxdur. Kürdəmir şəhəri C.Cabbarlı küçəsində, Kürdəmir dəmiryol vağzalının yaxınlığında yerləşən obyektdə atası Şahid1 ilə birlikdə çayxana işlədir. xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində obyektə gəlmiş, həmin vaxt Elşən və Kərimin çayxananın giriş hissəsində, qapıdan çöldə küçədə mübahisə etmələrini görüb yanlarında keçib çayxananın həyətinə girmiş, orada həyətdə odun doğramağa başlamış, təxminən 5-6 dəqiqə sonra Elşənlə Kərimin əlbəyaxa dalaşdıqlarını, bir-birinin ünvanına ucadan nalayiq ifadələr işlətdiklərini görmüş, elə həmin vaxt Elşən əlində olan dəstəyi tünd qırmızı rəngli olan bıçaqla Kərimin üz və sağ bud nahiyyəsindən vurmuş, Kərim yerdə oturaraq Elşənə “niyə məni bıçaqla vurdun” demiş, Elşən isə çıxıb getmiş, Kərim də dəmiryol vağzalı tərəf getmişdir. Kərim bıçaq zərbəsindən xəsarət aldığı üçün onun üz və sağ bud nahiyyələri qanamışdır. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş, hadisə zamanı ətrafda kənar şəxslər toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Urfalla oğlu və Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır. Onların heç bir ilə düşmənçiliyi ədavəti yoxdur, onların hər ikisi spirtli içki aludəçisidir, səfeh həyat tərzi yaşayırlar. xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Kürdəmir şəhəri C.Cabbarlı küçəsində, dəmiryol vağzalının yanında Tofiqin çayxanasında çay içərkən Elşən, Kərim və Mətləb çayxanaya gəlib digər masada əyləşib çay içmişlər. Çay içərkən onlar mübahisə etmişlər və masadan qalxıb çölə çıxmışlar, bir az sonra evə getmək üçün çayxanadan çıxanda Elşən və Kərimin çayxananın qarşısında küçədə bilmədiyi səbəbdən mübahisə etdiklərini görmüş, onların yanında dayanmayaraq siqaret almaq üçün “Gilə” marketə getmiş, təxminən 10-15 dəqiqədən sonra camaatın Tofiqin çayxanası tərəfə toplaşdıqlarını görüb həmin yerə getdikdə Kərimin pilləkanda əyləşdiyini, üz və sağ bud nahiyyəsindən bıçaq xəsarətlərin olduğunu görmüşdür. Bir neçə dəqiqə sonra təcili yardım avtomobili gəlib Kərimi Kürdəmir RMX-yə aparmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla üz və sağ bud nahiyyəsindən qəsdən vuraraq xəsarət yetirməsini görməsədə orada olan xatırlamadığı şəxslərdən Təqsirləndirilən şəxs dəstəyi tünd qırmızı rəngli qatlanan bıçaqla Zərərçəkmiş şəxs üz və sağ bud nahiyyələrindən qəsdən vuraraq xəsarət yetirdiyini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Urfalla oğlu və Təqsirləndirilən şəxs şəhər sakini kimi tanıyır. Onların heç bir ilə düşmənçiliyi ədavəti yoxdur, onların hər ikisi spirtli içki aludəçisidir, səfeh həyat tərzi yaşayırlar. xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Kürdəmir şəhəri dəmiryol vağzalının yanında Tofiqin çayxanasında çay içərkən Elşən, Kərim və Mətləb çayxanaya gəlib digər masada əyləşib çay içmişlər. Çay içdikdən sonra Elşən Kərimlə birlikdə çayxanadan çölə çıxmış, həmin vaxt evə getmək üçün çayxanadan çölə çıxdıqda Elşən və Kərimin bilmədiyi səbəbdən küçədə mübahisə etməyə başlamışlar, bir-birinin ünvanlarına nalayiq söyüşlər söyərək əlbəyaxa olmuşlar, həmin vaxt Təqsirləndirilən şəxs cibindən çıxardığı dəstəyi tünd qırmızı rəngli olan qatlanan bıçaqla Zərərçəkmiş şəxs üz nahiyyəsindən bir dəfə və sağ bud nahiyyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarət yetirmiş və çıxıb getmişdir. Kərim də yaxınlqıda yerləşən obyektin qarşısındakı pilləkanda oturmuş, Elşənin onu bıçaqla vurması nəticəsində xəsarətlər aldığı üçün təcili yardım avtomobili ilə Kürdəmir RMX-na getmişdir. Kərim və Elşən arasında baş vermiş hadisə təxminən 15-20 dəqiqə müddətində davam etmiş, ətrafda kənar şəxslər toplaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Urfalla oğlu və Təqsirləndirilən şəxs şəhər sakinləri kimi tanıyır. Onların heç bir ilə düşmənçiliyi ədavəti yoxdur, onların hər ikisi spirtli içki aludəçisidir, səfeh həyat tərzi yaşayırlar. Kürdəmir şəhəri C.Cabbarlı küçəsində, Kürdəmir dəmiryol vağzalının yaxınlığında yerləşən “Misli” mərc oyunları obyektini işlədir. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində obyektdə olarkən Kərim sərxoş halda obyektin qarşısına gələrək obyektin qarşısında olan pilləkəndə oturmuş, həmin vaxt Kərimin bədənindən qan axdığını görüb onun bıçaq xəsarəti aldığını bilmiş, ətrafda olan şəxslərin çağırışı ilə gəlmiş təcili yardım avtomobili Zərərçəkmiş şəxs Kürdəmir RMX-na aparmışdır. Bundan sonra DİN-nin 102 xidmətinə zəng vuraraq Zərərçəkmiş şəxs bıçaqlanması barədə məlumat vermişdir. Kərimin kim tərəfindən vurulmasını görməsədə sonradan onun Təqsirləndirilən şəxs tərəfindən Şahid1 işlətdiyi çayxananın yaxınlığında bıçaqla qəsdən üz və sağ bud nahiyyəsindən vurulmasını eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 16:30 radələrində Kürdəmir şəhəri dəmiryol vağzalının yanında Tofiqin çayxanasında çay içərkən Elşən və Kərim çayxanaya gəlib digər masada əyləşib çay içmişlər. Onlar çay içərkən Elşən Kərimlə sözlə mübahisə etmiş, sonra Elşən Kərimlə birlikdə çayxanadan çölə çıxmış, onlardan bir neçə dəqiqə sonra evə getmək üçün çayxanadan çölə çıxanda Elşən və Kərim çayxananın qarşısında küçədə bilmədiyi səbəbdən mübahisə etmişlər, əlbəyaxa olmuşlar, həmin vaxt Təqsirləndirilən şəxs cibindən tünd qırmızı rəngli dəstəyi olan bıçağı çıxarıb Kərimin üz nahiyyəsindən bir dəfə və sağ bud nahiyyəsindən bir dəfə qəsdən vuraraq ona xəsarətlər yetirmiş, sonra çıxıb getmiş, Kərim isə müvazinətini itirib yerə yıxılmış, sonra isə ayağa qalxıb gedib vağzalın qarşısında yerləşən obyektin pilləkanında əyləşmiş, həmin vaxt Kərimin bədənində bıçaq xəsarəti aldığı hissəsindən qan axmış, bir neçə dəqiqə sonra ətrafda olan şəxslərin məlumatı əsasında təcili yardım avtomobili gələrək Kərimi Kürdəmir RMX-na aparmışdır. Hadisə təxminən 15-20 dəqiqə müddətində davam etmiş, ətrafda kənar şəxslər toplaşmışdır. İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 54 saylı rəyində göstərilmişdir ki, 1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarətlər vardır: sol üzdə səthi dəri kəsiyi, sağ budda deşilmiş-kəsilmiş yara xəsarətləri. Qeyd olunan xəsarətlər iti xassəyə malik əşya (əşyalar) təsirindən əmələ gəlmiş, törənmə müddəti qərarda göstərilən şəraitə və tarixə, yəni xx.xx.2024-cü il tarixə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə qeyd olunan xəsarətlər ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aiddir. (bax iş vər. 149-151) İş materialalrına əlavə edilmiş Məhkəmə-tibbi ekspertinin xx.xx.2024-cü il tarixli 53 saylı rəyindən görünür ki, 1961-cı il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində heç bir xəsarət aşkar olunmadı. (bax iş vər, 147-148) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə ballistik ekspertizasının xx.xx.2024-cü il tarixli 18/105 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq – zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan, təsərrüfatməişət təyinatlı turist bıçağıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. (bax iş vər. 125-128). İş materiallarına əlavə edilmiş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi muayinə” barədə xx.xx.2024-cü il tarixli, 02 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətdə olmuşdur. (bax iş vər. 19). İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-47/2024 nömrəli məktubundan görünür ki, Əhmədov X4 RMX-nin poliklinika şöbəsində həkim narkoloqun qeydiyyatında durur, eləcədə Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur. (bax iş vər. 114) İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 16.30 radələrində Kürdəmir şəhəri C.Cabbarlı küçəsi ərazisində Təqsirləndirilən şəxs ilə tanışı Zərərçəkmiş şəxs arasında olan mübahisə zamanı Təqsirləndirilən şəxs üzərində gəzdirdiyi bıçaqla tanışı Zərərçəkmiş şəxs üz və sağ bud nahiyyələrindən qəsdən vuraraq xəsarətlər yetirmişdir. Hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ağacla, eləcədə təpiklə vuraraq döyməmişdir. Hadisə təxminən 15-20 dəqiqə müddətində davam etmiş, ətrafda kənar şəxslər toplaşmış, Təqsirləndirilən şəxs kənarda olan şəxslərin dincliyinə narahatçılıq törədərək ümumi qəbul olunmuş davranış qaydalarına məhəl qoymayaraq, öz şəxsiyyətini ətrafdakıların şəxsiyyətinin fövqündə üstün tutub, Kürdəmr şəhəri C.Cabbarlı küçəsində uca səslərlə söyüş söyməyə və qışqırmağa davam edərək, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. (bax: i/v 177) İbtidai istintaq zamanı xx.xx.2024-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə tanışı Zərərçəkmiş şəxs ifadələrində göstərdikləri xüsusatları birbirlərinin üzünə demişdirlər. (bax: i/v 248-250) İş materiallarəna əlavə edilmiş Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2024-ci il tarixli 100 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi aşkar edilmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri sübut edir. Yuxarıda göstərilənləri nəzərə alan ekspert psixoloq belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərini və başqalarının dediklərinə xüsusi qiymət vermə subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə çətin daxil olma kimi psixoloji əlamətlər aşkar olunmur. Ekspert komosiyyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavabvlandırır. Təqsirləndirilən şəxs əvvəllər və hal-hazırda hər hansı bir ruhi-əsəb xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və ya onu idarə edə bilmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs gördüyü hadisələri düzgün qavramaq və təsvir etmək imkanına malikdir. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Onun əməli Azərbaycan Respublikası CMnin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırda hər-hansı bir ruhi - əsəb xəstəliyi keçirmir. Onun tibbi xarakterli məcburi tədbirlərə ehtiyacı yoxdur. Məhkəmə psixoloji ekspertizası üzrə yekun hissə Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən fizioloji affekt vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs cinayət hadisəsi törədərkən onda hərəkətlərinə mühüm təsir göstərə bilən fərdi-psixoloji xüsusiyyətlər (həyəcan və.s) olmamışdır. (bax iş vər, 172-175) İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1980-ci il tarixdə Ağsu rayon xalq məhkəməsi tərəfindən Azərbaycan SSR cinayət məcəlləsinin 143 maddəsinin 2-ci hissəsi ilə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və Salyan rayon xalq məhkəməsinin xx.xx.1981-ci il tarixli qərarı ilə CM 50-2 maddəsinə əsasən 01 il 07 ay 12 gün şərti azad edilmiş, xx.xx.1990-ci il tarixdə Kürdəmir rayon xalq məhkəməsi tərəfindən Azərbaycan SSR cinayət məcəlləsinin 208 maddəsinin 1-ci hissəsi ilə 01 il 06 ay islah işləri-15%, 01 nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilib, xx.xx.1992-ci il tarixdə Kürdəmir rayon xalq məhkəməsi tərəfindən Azərbaycan SSR cinayət məcəlləsinin 207 maddəsinin 2-ci hissəsi, 190-1, 189-1 maddəsinin 2-ci hissəsi, 220 maddəsinin 1-ci hissəsi, 38, 23-1-ci maddələri ilə 03 il əməyə mütləq cəlb olunmaqla şərti cəzaya məhkum edilmiş, Kürdəmir rayon xalq məhkəməsinin xx.xx.1993-cü il tarixli qərarı ilə 03 il cəzaçəkmə müəssisəsinə qaytarılmış, xx.xx.1994-cü il tarixdə Xətai rayon xalq məhkəməsi tərəfindən Azərbaycan SSR cinayət məcəlləsinin 185-ci maddəsinin 2-ci hissəsi, 226-1-ci maddəsinin 1-ci hissəsi, 38, 39 maddələri ilə 07 il azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəzasının sonu ilə azad olunmuş, xx.xx.2002-ci il tarixdə İmişli rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CMnın 234.2, 93.1.4-cü maddələri ilə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad olunmuş, xx.xx.2010-cu il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad olunmuş, xx.xx.2017-ci il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə 04 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə 05 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci ildə cəzasının sonu ilə azad olunmuşdur. Məhkumluğu ödənilməmişdir. (bax iş vər. 105-108). İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın şəhər X5 üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 458/1 nömrəli arayışından görünür ki, o, arvadı ilə birlikdə Kürdəmir şəhəri, R.Behbudov küçəsi, 1-də yaşayır. (bax iş vər.166) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nın şəhər X5 üzrə Nümayəndəliyinin və Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər. 167) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı hec bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu ödənilmiş sayılır. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və götürülməmişdir. Odur ki, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır. Azərbaycan Respublikası CM-nin 83.1-ci maddəsinin tələbinə görə cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 15.4-cü maddəsinə əsasən onun törətdiyi əvvəlki cinayət əməli az ağır cinayət hesab olunur. İş materiallarından göründüyü kimi Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş yenidən qəsdən xx.xx.2024-cü il tarixdə hazırki cinayət hadisəsini törətmişdir. 25 iyun 2024-ci il tarixdə Təqsirləndirilən şəxs və məhkəmə tərkibinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Hadisə yeri Kürdəmir şəhərinin mərkəzində Bakı Tiflis dəmir yolunun yaxınlığındadır. Bundan əlavə hadisə yerinin yaxınlığında Kürdəmir dəmir yolu vağzalı, Kürdəmir rayon Polis Şöbəsi, müxtəlif ictimai iaşə obyektləri fəaliyyət göstərir. Təqsirləndirilən şəxs göstərdiyinə görə orada yerləşən cayxananın yaxınlığında sərxoş olduğlarından bir biri ilə dalaşmışlar. Nəticədə onun tərəfindən Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirmişdir. Göstərdiyi yer ictimai yer hesab olunmaqla insanların mütəmadi olaraq toplaşdığı məkandır. Həmin yerdə müxtəlif dövlət təşkilatları və ictimai iaşə obyektləri fəaliyyət göstərdiyindən insanlar kütləvi yığışması aşıq aşkar müəyyən olunur. Təqsirləndirilən şəxs göstərdiyi yer ictimai yer olduğundan və həmin yerdə əsaslı səbəb olmadan sərxoş vəziyyətdə üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən bıçağ ilə ətrafda toplaşmış insanlara və cəmiyyətdə təşəkkül tapmış adət ənənələrə məhəl qoymadan zor tətbiq edərək Zərərçəkmiş şəxs bədən xəsarəti yetirməsi qərəzli xuliqanlıq hərəkətləri kimi qəbul olunmalıdır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respiblikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarının 2-ci bəndinə əsasən Cinayət Məcəlləsinin xuliqanlığa görə məsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə, təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. X6 4-ci bəndinə əsaəsn Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Qərarın 9-ci bəndində xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə, silah dedikdə, hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib - edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah, həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan, lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respiblikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-cü il tarixli Qərarına əsasən silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3cü maddəsinin “tətbiq etməklə” müddəası xuliqanlıq hərəkətləri zamanı silah və ya silah qismində istifadə edilən əşyaların vasitəsi ilə sağlamlığa zərər vurulmasını, yaxud həyat və ya sağlamlıq üçün real təhlükə yarandığı halları ehtiva edir. Azərbaycan Respublikası CM-in 23-cü maddəsinə əsasən səbəbindən asılı olmayaraq (alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə nəticəsində) sərxoş halda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad olunmur. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli onun özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri, ekspertiza rəyləri ilə, habelə işdə olan rəsmi sənədlərlə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun əməlindən səmimi peşiman olmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngulləşdirən hal kimi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən əməlində cinayətlərin residivinin olmasını və cinayəti sərxoş vəziyyətdə törətməsini isə cəzanı ağırlaşdınan hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Ona görə də Təqsirləndirilən şəxs cinayətin residivinə görə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəza təyin etmənin ümumi prinsiplərini nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəsasını təyin etməyi qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən o, təyin olunmuş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli həbsə alındığı gündən 05 yanvar 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34,38 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə Kürdəmir rayon polis şöbəsində saxlanılan maddi sübut, bir ədəd bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş mülki iddia, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə 40 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən 240 (iki yüz qırx) manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 05 yanvar 2024-cü il tarxdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan 01 ədəd bıçaq hökmü qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə mülki iddianın, maddi ziyanın və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs 34,38 (otuz dörd manat otuz səkkiz qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 40 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 240 (iki yüz qırx) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar