Məhkəmə qərarları › İş №1(041)-59/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-59/2025

30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-59/2025 30.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi - fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəməsinin inzibati binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə xeyli miqdarda təmiz çəkisi 1.46 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, həmin psixotrop maddə metamfetaminin 0,056 qram hissəsini 10 manat pul müqabilində satacağı barədə razılaşma əldə etdikdən sonra xx.xx.2024-ci il tarixdə saat 14 radələrində Kürdəmir şəhəri Aşıq Bilal küçəsində tanışı X8 qanunsuz olaraq satmış, xx.xx.2024-cü il tarixdə saat 15.00-da Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı X19 şəhəri Ağamusa Axundov küçəsində saxlanılaraq üzərində keçirilən üst yoxlaması zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibində olan 01 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən 02 ədəd kağız bükümdə hər birinin təmiz çəkisi 0.038 qram və 0.018 qram, ümumi təmiz çəkisi 0.056 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, xx.xx.2024-ci il tarixdə saat 03:10-da tədbirlərin davamı olaraq Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs Kürdəmir şəhəri H.Əliyev küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sağ yan iç cibində 0.058 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüş, həmçinin Təqsirləndirilən şəxs razılığı əsasında həmin tarixdə ünvan 1 ünvanında yerləşən evinə keçirilən axtarış zamanı evinin yataq otağında yerləşən kətilin üzərində olan aynanın arxasından 01 ədəd polietilen kəsiyi bükümdə xeyli miqdarda təmiz çəkisi 1.346 qram Baxşalı Ağayevin üzərindən və öz üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamin ilə eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqında dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, psixotrop maddə metamfetamindən hərdən istifadə edir. Metamfetamini telefonda “WhatsApp” vasitəsilə tanımadığı İran vətəndaşı ilə əlaqə saxlayıb ondan almışdır. Sonuncu dəfə xx.xx.2024-cü il tarixdə X16 vətəndaşı ilə “WhatsApp” vasitəsi ilə əlaqə saxlayıb ondan 2.0 qram psixotrop maddə metamfetamin almaq istəmiş, həmin şəxsin kart hesabına 60 manat pul göndərmiş, həmin şəxs ona konum yollamış, həmin konumdakı ünvan Cəlilabad rayonu ərazisində olmuş, Cəlilabad rayonuna gedərək oradan 2.0 qram metamfetamin götürmüş və Kürdəmir rayonuna qayıtmış, həmin gün həmin metamfetaminin 0.5 qram hissəsini Baxşalıya pay vermiş, sonra yaşadığı evə gəlmiş, xx.xx.2024-cü il tarixdə Baxşalı zəng edib psixotrop maddə metamfetamin istədiyini ancaq pulunun olmadığını, pul əvəzində ona özündə olan qurudulmuş marixuananı verəcəyini bildirmiş, həmin gün yəni xx.xx.2024-cü il tarixdə saat 14 radələrində yaşadığı evin yerləşdiyi küçədə Baxşalı ilə görüşüb ona 02 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin vermiş, Baxşalı da qarşılığında ona 01 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuana vermiş, sonra yaşadığı evə getdiyini deyib ondan aralaşmış, xx.xx.2024-cü il tarixdə saat 03 radələrində Kürdəmir şəhəri “dördyol” adlanan ərazidə taksiyə əyləşib yaşadığı evə gedib oradan da Kürdəmir rayonu Xırdapay kəndinə getmiş, orada Kamrandan ona olan 20 manat borcunu istəmiş, lakin Kamran üzərində pulu olmadığını və 20 manat pulu kartdan çıxarıb ona verə biləcəyini demiş, bundan sonra Kamranla birlikdə Kürdəmir rayonu H.Əliyev prospektində olan bankomatdan pul çıxarmaq üçün getmiş, bankomatın qarşısında taksidən düşüb pul çıxarmaq istəyən zaman Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında əsaslı şübhələrin olduğunu bildirmişlər. Bundan sonra videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı üzərində olan “Samsung A10” markalı mobil telefon götrülmüş, sonra onu Kürdəmir RPŞ-yə gətirmişlər. Orada 4 saat gözlədikdən sonra üzərində şəxsi axtarış keçirilmiş, üzərində hər hansı qanunsuz əşya saxlayıb saxlamadığı soruşulmuş, üzərində qanunsuz hər hansı əşya olmadığnı bildirmişdir. Üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qış gödəkcəsinin cibinə dağılmış psixotrop maddə metamfetamin hissəcikləri aşkar olunduğu üçün həmin gödəkcə qablaşdırılaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra yaşadığı evə baxış keçirilməsi istənilmiş, etiraz etməmiş, bununla bağlı ərizə yazmış, yaşadığı evə baxış keçirilən zaman stolun üzərində aynanın arxasından 01 ədəd politelin kəsiyində psixotrop maddə metamfetamin aşkar olunaraq götürülüb qablaşdırılmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, B.B.Ağayev polislərin qorxusundan yalandan ona narkotik vasitə satdığını bildirmiş, Baxşalı Ağayevə psixotrop maddə metamfetamin satmamışdır, həmin kütləni ona bir dəfə pay olaraq vermiş, daha sonra isə qurudulmuş marixuana əvəzində vermişdir. İfadəsinin sonunda üzərində narkotik vasitə olmadığını və bu günə qədər heç kimə narkotik vasitə satmadığını, bütün bunların polis əməkdaşları tərəfindən ona qarşı qurulmuş plan olduğunu bildirərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləmiş, xx.xx.2024-cü il tarixdə Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla yaşayan X4 qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında Baxşalı Ağayevin üstünün yoxlanılması və zərurət yarandıqda digər təxirəsalınmaz əməliyyataxtarış tədbirləri keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərar qəbul edilmiş və RPŞnin rəisinin müvafiq əmri əsasında əməliyyat qrupu yaradılmışdır. Həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı X11 xx.xx.2024-cü il tarixdə saat 15:00-da Kürdəmir şəhəri Ağamusa Axundov küçəsində saxlanılmış, X8 hüquq və vəzifələri, o cümlədən müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmişdir. X1 zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan tərəfimizdən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl X8 paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmiş, bu təklifdən sonra X11 əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 01 ədəd siqaret qutusunun içərisindən 02 ədəd kağız bükümü çıxarıb təqdim edərək, içərisində psixotrop maddə metamfetamin olduğunu bildirmiş, həmin 02 ədəd kağız bükümə baxış keçirilmiş, içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən olunmuş, həmin kütlələr qablaşdırılaraq saxlanılan şəxs, iştirakçılar və müstəntiq tərəfindən imzalanaraq götürülmüşdür. X11 verilən suallara cavab olaraq bildirmişdir ki, aşkar edilmiş kütlələr psixotrop maddə metamfetamindir, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində tanışı X5 10 manata almış, şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra şifahi soğru zamanı X11 üzərindən aşkar olunan kütlənin psixotrop maddə metamfetamin olduğunu, həmin vasitəni Nurlan adlı şəxsdən 10 manat pul müqabilində əldə etdiyini, 15- 20 gündür istifadə etməyə başladığını, Nurlan adlı şəxsdən bazar küçəsində əldə etdiyini, Nurlan adlı şəxslə mobil telefon vasitəsi ilə əlaqə saxladığını, Nurlana psixotrop maddə metamfetamin lazım olduğunu və onda olub olmadığını soruşduğunu, Nurlanın da hazırda olduğunu və verə biləcəyini bildirdiyini, əvvəllərdə Nurlandan 4-5 dəfə psixotrop maddə metamfetamin aldığını, Nurlan adlı şəxslə mobil telefonunun üzərində olan ***-***-**-** saylı nömrə ilə əlaqə saxladığını, üzərində aşkar olunan kütlənin bir istifadəlik olduğunu, Nurlandan 5 manat pul müqabilində əvvəllər də əldə etdiyini, Nurlanla görüşüb ona pulu verdiyini, üzərində aşkar olunan kütlənin satmaq niyyəti olmadığını bildirmişdir. Keçirilmiş tədbirlərin davamı olaraq xx.xx.2024-cü il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edib üzərində saxlaması, daşıması və satması barədə daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 03:10-da Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılmış, Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən müdafiə hüququnun olması, müvafiq araşdırma zamanı öz vəsaiti hesabına, bu vəsaitə maddi gücü çatmadığı halda dövlət büdcəsinin hesabına müdafiəçi ilə təmin olunmaq hüququ izah olunaraq hüquq və vəzifələri barədə bildiriş verilmiş, Təqsirləndirilən şəxs saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan tərəfimizdən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncunun saxlanıldığı yerdə üstünün yoxlanılmasına başlanılmışdır. Üstündə yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edilmişdir. Bundan sonra şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya olmadığını bildirmiş, Təqsirləndirilən şəxs üzərinə üst yoxlaması keçirilmiş, heç nə aşkar edilməmiş, Təqsirləndirilən şəxs üstünü yoxlama Kürdəmir şəhəri H.Əliyev prospekti ərazisində keçirilmiş, bundan sonra Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-na gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcəsinin sağ ic cibində psixotrop maddə metamfetaminə bənzər xırda kütlələr olması müəyyən edilmiş, bundan sonra həmin kütlələr 01 ədəd qara rəngli gödəkcə ilə birlikdə götürülmüş, üzərindən hər hansı qanunsuz əşya və ya predment aşkar edilməmiş, bundan sonra təqdim etdiyi, 03 ədəd salfetə, 02 ədəd etibarsız 200 manata, 37 manat pula və 01 ədəd “Rothmans” markalı siqaret qutusuna baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, bundan sonra 01 ədəd gödəkcə qablaşdırılmış, üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmiş, üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxs ərizə ilə razılığı əsasında onun yaşadığı Kürdəmir şəhəri A,Bilal küçəsində yerləşən evinə baxış zamanı oradan 01 ədəd bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq ekspertizaya təqdim olunması üçün müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Verilən suallara cavab olaraq Şahid2 bildirdi ki, keçirdikləri əməliyyat-axtarış tədbirləri zamanı nə Baxşalı Ağayevə, nə də ki, Təqsirləndirilən şəxs qarşı heç bir fiziki təsir və təzyiq göstərilməmiş, hər ikisinin üzərinə keçirilən baxış videoçəkiliş vasitəsilə fasiləsiz qeydə alınmışdır. Baxşalı Ağayevin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə metanfetamini 10 manat pul qarşılığında aldığını və şəxsi istifadə etmək üçün üzərində saxladığını etiraf etmişdir. Məhkəmə istintaqında şahid Kürdəmir RPŞ-nın NMQ-nın baş əməliyyat müvəkkili, polis polkovnik leytenantı Şahid1, Kürdəmir RPŞ-nın CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid3, Kürdəmir RPŞ-nın PPXB-nın polis nəfəri, polis serjantları Şahid4 və Kürdəmir RPŞ-nin MSY-nin konvoy polis nəfəri Qasımov X15 RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, onunla eyni məzmunda ifadə verərək göstərilən halları bir daha təsdiq etdilər. Məhkəmə istintaqında Şahid7 ifadəsində göstərmişdir ki, özünə məxsus "Vaz 2106" markalı ** DC *** dövlət qeydiyyat nişanlı minik avtomobili vardır. Həmin avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs rayon sakini tanıyır, heç bir ədavət və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə Nurlan onu yolda saxlayaraq evlərinə aparmasını istəmiş. Onu evlərinə aparmış, Nurlan ona küçədə onu gözləməyini bildirmiş. Daha sonra evdən çıxaraq maşına əyləşmiş və Kürdəmir rayonu Xırdapay kəndinə getmişlər. X24 Kamran adlı şəxslə görüşmüş və hər ikisi birlikdə onun avtomobilinə əyləşərək, onları Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən Kürdəmir mərkəzi poçtunun qarşısına aparmasını istəmişlər. Nurlan söhbət zamanı Kamranın ona 20 manat borclu olduğunu, onu verəcəyini demişdir. Kamran avtomobildən yerə düşüb bankomata tərəf getmiş, bu vaxt Kürdəmir RPŞ-nın əməkdaşları onlara yaxınlaşaraq Təqsirləndirilən şəxs narkotik vasitələrin satışında şübhəli olduğunu bildirmiş və Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə baxış keçirilmişdir. Videoçəkiliş zamanı Təqsirləndirilən şəxs üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə istintaqında şahid X11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanışıdır, onunla münasibətləri normaldır, ədavət və düşmənçiliyi yoxdur, Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddə satışı ilə məşğul olmasını bildiyindən, xx.xx.2024cü il tarixdə saat 14 onunla telefon əlaqəsi saxlayıb psixotrop maddə metamfetamin olubolmamasını soruşmuş, Nurlan psixotrop maddə metamfetamini olduğunu demiş, bundan sonra Nurlanın yaşadığı Kürdəmir rayonu “Təzə bazar” adlanan yerin arxa küçəsinə getmiş, həmin yerdə Nurlanla görüşüb ona 10 manat pul vermiş, Nurlan da həmin pulun qarşılığında 02 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin vermiş, bundan sonra Nurlandan aralaşıb yaşadığı evə gedərkən Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşıb, özlərini təqdim edərək, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında əsaslı şübhələrin olduğunu bildirərək videoçəkiliş vasitəsi ilə üzərində yoxlama aparılarkən 02 ədəd bükümdə psixotrop maddə metamfetamini onlara təqdim etmiş və 10 manat müqabilində Nurlandan aldığını etiraf etmişdir. Verilmiş suallara cavab olaraq şahid bildirmişdir ki, Təqsirləndirilən şəxs daha öncələr də dəfələrlə narkotik vasitə almışdır. Nurlan ona pay olaraq narkotik vasitə verməmiş və birlikdə istifadə etməmiş, nə də ki, Nurlana qurudulmuş marixuana verməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin nəticəsində götürülmüş əşyalara baxış keçirilməsi və onların götürülməsi haqqında” protokoldan görünür ki, Kürdəmir RPŞnin İnzibati binasında müdafiəçi X12 iştirakı ilə video çəkilişlə Baxşalı Ağayevin üzərindən aşkar edilərək götürülüb qablaşdırılmış psixotrop maddə metamfetaminə bənzər kütlə zərfdən çıxarılıb müstəntiq tərəfindən baxış keçirilmiş, daha sonra yenidən qablaşdırılmışdır. - xx.xx.2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və X4 üzərində aşkar edilən psixotrop maddə metanfetaminə bənzər kütləyə keçirilən baxışı özündə əks etdirən 1 ədəd DVD diskdə olan görüntüdən məlum olur ki, X11 üzərindən aşkar olunan narkotik vasitəni Təqsirləndirilən şəxs 10 manat pul müqabilində aldığını etiraf etmiş, müdafiəçi Qədir Qədirovun sualına cavab olaraq polis əməkdaşları tərəfindən saxlanılarkən ona qarşı hər hansı psixi və fiziki güc tətbiq edilmədiyini bildirmişdir. - xx.xx.2024-cü il tarixli tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdə saat 03:10-dan hesablanmışdır. - xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Kürdəmir şəhəri H.Əliyev prospektində video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olmadığını bildirmişdir. Bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərinə üst yoxlaması keçirilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. - xx.xx.2024-cü il tarixdə “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə baxış zamanı evin yataq otağında axtarış zamanı ilkin olaraq ona məxsus dolabda olan paltarlar axtarış keçrilən zaman gödəkcənin cibində olan 03 ədəd yaddaş kartları götürüldü. Bundan sonra evdə olan əşyalarına baxış keçirilən zaman iki çarpayının arasında olan stolun üzərində yerləşən aynanın arxasından 01 ədəd polietilen kəsiyi aşkar olundu. Bundan sonra polietilen kəsiyi açılaraq içərisinə keçirilən baxış zamanı psixotrop maddə metamfetaminə bənzər kütlə olması müəyyən edildi. Bundan sonra həmin kütlə Çin istesalı olan elektron tərəzidə polietilen kəsiyi ilə birlikdə çəkilərkən çəkisinin 2.23 qram olması müəyyən edildi. Bundan sonra həmin kütlə qablaşdırılaraq üzəri iştirakçılar tərəfindən imzalandı. Aşkar edilmiş vasitənin tərkibinin müəyyən edilməsi ilə bağlı ƏN-nın MEM-in Şirvan Regional bölməsinə göndərilməsi üçün RPŞ-nin 137 saylı möhürü ilə möhürləndi. - İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 18/973 nömrəli rəyində qeyd olunmuşdur ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus 01 ədəd gödəkcə...” sözləri yazılmış polietilen torbada 01 ədəd qış gödəkcəsinin iç cibində təmiz çəksi – 0.058 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı...” sözləri yazılmış kağız paketdə 01 ədəd bükümdə təmiz çəksi – 1.346 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Təqsirləndirilən şəxs aşkar olunmuş psixotrop maddə metamfetamin ilə X3 aşkar olunaraq götürülmüş psixotrop maddə metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkblidir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir. - xx.xx.2025-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs ilə X11 ifadələrində göstərdikləri xüsusatları bir-birilərinin üzünə demişlər, belə ki, Baxşalı Ağayev tanışı Təqsirləndirilən şəxs üzünə demişdir ki, xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Kürdəmir şəhəri A.Bilal küçəsində ondan 10 manat pul müqabilində 02 ədəd bükümdə psixotrop maddə metamfetamin almışdır. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(041)-103/2024 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli şübhəli şəxs kimi tutulduğu 19 dekabr 2025-ci il tarixdən, saat 03.30-dan hesablanmışdır. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X22 Filialından daxil olan xx.xx.2025-ci il tarixli 3-17-1/2-11299-2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. - “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2025-ci il tarixli 18-1-49/2-232/2025 nömrəli məktubdan görünür ki, Kərimov X13 RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. - Təqsirləndirilən şəxs X3 aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 0.040 qram qalığı, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş psixotrop maddə metamfetaminin 1.424 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin Maddi sübutların saxlanma yerinə təhvil verilmiş, Baxşalı Ağayev və Təqsirləndirilən şəxs üzərlərində şəxsi axtarış keçirilən zaman və üzərlərindən aşkar edilmiş kütlələrin təhvil-təslimi zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 05(beş) ədəd disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işində saxlanılmışdır. - İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs naməlum mənbədən 1.46 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində və yaşadığı evdə saxlamış, həmin psixotrop maddə metamfetaminin bir hissəsini xx.xx.2024-ci il tarixdə saat 14 radələrində Kürdəmir şəhəri Aşıq Bilal küçəsində tanışı X8 10 manat pul müqabilində satmışdır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş psixotrop maddə metamfetamini hansı mənbədən, hansı tarixdə və hansı şəraitdə əldə etməsi barədə məlumat əldə edilməmişdir. - Kürdəmir rayon məhkəməsinin “anten məlumatlarının götürülməsinə dair” xx.xx.2025-ci il tarixli qərarı "xxxx" MMC tərəfindən icra olunduqdan sonra Kürdəmir RPŞna göndərilmiş, bir ədəd diskin içərisinə tərəfimdən baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən məlumatlar götürülmüşdür. Buna görə də həmin disk sübut növü qismində qiymətləndirilməlidir, həmin diskin cinayət işinə əlavə olunması nəzərə alınmalıdır. - Cinayət işi üzrə təyin edilərək keçirilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 159 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs psixotrop maddə istifadə edir, psixotrop maddə metamfetamindən sui-istifadı nəticəsində yaranmış narkamaniya xəstəliyintən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. - Kürdəmir RİHB-nın Kürdəmir şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli arayışından və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs 3 nəfər ailə üzvü ilə (özü, 2008-ci il təvəllüdlü oğlu Şəmsi və 2009-cu il təvəllüdlü qızı Aynur) ünvan 5 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. - İş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs arvadı X6 xx.xx.2025-ci il tarixdə ölmüşdür. - Təqsirləndirilən şəxs anası X10 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində arvadı öldüyü üçün Təqsirləndirilən şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2009-cu il təvəllüdlü X9 onun himayəsinə keçməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli saymaması barədə ifadəsinə işdə olan sübutlara istinadən hüquqi qiymət verərək məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan sübutlardan da görünür ki, Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış 0.056 qram psixotrop maddə metamfetamini 10 manat pul müqabilində xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Kürdəmir şəhəri Aşıq Bilal küçəsində tanışı X2, xx.xx.2024-cü il saat 15:00 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı X19 şəhəri Ağamusa Axundov küçəsində saxlanıldıqdan sonra, üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli qış gödəkcəsinin sağ cibində olan 01 ədəd “Sobranie” markalı siqaret qutusunun içərisindən 02 ədəd kağız bükümdə hər birinin təmiz çəkisi 0.038 qram və 0.018 qram, ümumi təmiz çəkisi 0.056 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan əlavə, cinayət işi üzrə şahid qismində dindirilmiş X11 həm ibtidai araşdırma zamanı, həm də məhkəmə istintaqında ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bundan öncə də narkotik vasitə almış, sonuncu dəfə xx.xx.2024-cü il tarixdə saat 14 radələrində Kürdəmir şəhəri əzasidində olan zaman Nurlan adlı tanışı ilə telefon əlaqəsi saxlayıb onda psixotrop maddə metamfetamin olub-olmamasını soruşmuş, Nurlan psixotrop maddə metamfetamini olduğunu demiş, Nurlana 10 manat pulu olduğunu deyərək həmin maddəni ona satmasını istəmiş, Nurlan onunla razılaşmış, sonra Nurlanın yaşadığı Kürdəmir rayonu “Təzə bazar” adlanan yerin arxa küçəsinə getmiş, həmin yerdə Nurlanla görüşüb ona 10 manat pul vermiş, Nurlan da həmin pulun qarşılığında 02 ədəd kağız bükümdə psixotrop maddə metamfetamin vermişdir. Məhkəmə Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o törətdiyi cinayət əməlinə görə cinayət məsuliyyətindən yayınmaq və özünün müdafiəsi üçün seçdiyi tərzdə bu məzmunda ifadə verir. Məhkəmə istintaqında təqsirləndirilən şəxsin ifadəsi araşdırılmış, tədqiq edilən sübutlarla onun ifadəsində göstərilən dəlillər öz təsdiqini tapmamışdır. Beləliklə, məhkəmə araşdırmaları zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini özü etiraf etməsə də, iş üzrə dindirilmiş şahidlərin ifadələri, baxış protokolları, məhkəmə- bioloji və narkoloji ekspertizalarının rəyləri, şəxsi axtarış protokolları, şəxsi axtarış zamanı çəkilmiş DVD disk, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.(qərarın 9-cu bəndi) Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayəthüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs orta təhsilli, himayəsində 17 yaşında oğlu və 16 yaşında qızının olması, fərdi əməklə məşğul olması, daimi yaşayış yerinin olması, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar və CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. İnsan Hüquqları və X7 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunmalı və ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən həbsdə saxlanılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı şübhəli şəxs kimi tutulduğu gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, təmiz çəkisi-1,460 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra - 1.444 qram qalığının Təqsirləndirilən şəxs aid hissəsi - 1,424 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd qış gödəkçəsi özünə qaytarılmalı, Baxşalı Ağayevin üzərində şəxsi axtarış aparılan zaman və üzərindən aşkar edilmiş kütlənin təhvil-təslimi zamanı, eləcə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və yaşadığı evə baxış zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Psixotrop maddə metanfetaminin X8 aid – 0,04 qram qalığının başqa iş üzrə maddi sübut olması nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, 63.90 manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs aid hissəsi yəni 31.95 manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün əsas cəza üzrə, məhkəmə məsrəfinin təqsirləndirilən şəxsdən tutulması Təqsirləndirilən şəxs cəza çəkəcəyi cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, maddi sübutun- kustar üsulla hazırlanmış narkotik vasitə marixuananın məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. “Məhkəmə hökmü haqqında” 21 dekabr 2021-ci il tarixli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 nömrəli Qərarının 55-ci bəndində qeyd edilmişdir ki, azadlıqdan məhrum etmə cəzasına məhkum edilən şəxslərin himayəsində yetkinlik yaşına çatmayan baxımsız uşaqlar olduqda, hökmün nəticəvi hissəsində belə uşaqların qohumların razılığı ilə onların və yaxud qəyyumluq və himayəçilik orqanlarının himayəsinə verilmələri göstərilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs anası X10 məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində arvadı öldüyü üçün Təqsirləndirilən şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2009-cu il təvəllüdlü X9 onun himayəsinə keçməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2009-cu il təvəllüdlü X9 nənəsi X10 himayəsinə keçməsinə dair razılıq ərizəsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən 23 saat hüquqi yardıma görə 253 manat Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək ona 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli 19 dekabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs və X3 aşkar edilmiş ümumi təmiz çəkisi - 1,460 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra – 1,444 qram qalığının Təqsirləndirilən şəxs aid hissəsi – 1,424 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, X8 aid hissəsi – 0,04 qram qalığının başqa iş üzrə maddi sübut olması nəzərə alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan 01 (bir) ədəd qış gödəkçəsi Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut olan Baxşalı Ağayevin üzərində şəxsi axtarış aparılan zaman və üzərindən aşkar edilmiş kütlənin təhvil-təslimi zamanı, eləcə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman və yaşadığı evə baxış zamanı aparılmış videoçəkilişlərin qeydə alındığı 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. 63.90 manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs aid hissəsi yəni 31.95 manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs övladları xx.xx.2008-ci il təvəllüdlü X18 və xx.xx.2009-cu il təvəllüdlü X14 yetkinlik yaşına çatanadək nənələri X10 himayəsinə verilsin. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən 23 saat hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 253 (iki yüz əlli üç) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar