Məhkəmə qərarları › İş №1(041)-6/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-6/2024

15.03.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-6/2024 15.03.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş prokurorluğun dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs2n və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi6 qzının, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi5 iştirakı ilə xx xxxxxx 1985-ci ildə Kürdəmir şəhərində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Kürdəmir rayonu Ərşəli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1, 32.4, 177.2.2, 32.4, 177.2.3 və 234.2-ci maddələri ilə: xx xxxxxx 1985-ci ildə Kürdəmir şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, xx.xx.2021-ci il tarixdə Kürdəmir rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə: xx xxxxxx 1994-cü ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, subay, Kürdəmir rayonu Ərşəli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə: xx xxxx 1999-cu ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir rayonu Ərşəli kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi - 0,552 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi - 12,09 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən ona məxsus torpaq sahəsindəki yarımtikilidə və üzərində saxlamış, həmin narkotik vasitə heroinin bir qismini yəni - 0,410 qram hissəsini xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Ərşəli kənd ərazisində tanışı Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs2 40 manata satmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılaraq Kürdəmir RPŞ-yə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol ön yuxarı cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda - 0.304 qram çəkidə kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, istintaq və əməliyyat axtarış tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində o, yaşadığı Ərşəli kəndi ərazisində yerləşən ona məxsus torpaq sahəsindəki yarımtikiliyə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair həmin tarixli qərar əsasında baxış keçirilərkən, giriş qapısının içəri tərəfinin üst hissəsindən 01 ədəd polietilen bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda - 11.98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin yarımtikilinin içərisində olan masanın üzərindən 01 ədəd gümüşü rəngli bükümdə şəxsi istehlak miqdarında - 0,11 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin masanın üstündə X4 üzərindən götürülmüş kustar usulla hazırlanmış narkotik vasitə heroinlə eyni tərkibli olan, şəxsi istehlak miqdarında - 0,142 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, həmçinin tamah niyyətlə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 2023-cü ilin yanvar ayının əvvəllərində saat 22 radələrində Kürdəmir rayonu Ərşəli kəndində yerləşən X1 məxsus evin həyətində yerləşən toyuq hininə qanunsuz daxil olaraq, 80 manat dəyərində 01 ədəd diri çəkisi 5 kq olan, dişi cinsli hind quşunu və 90 manat dəyərində 01 ədəd diri çəkisi 8 kq olan, erkək hind quşunu gizli şəkildə talayaraq Zərərçəkmiş şəxs2 170 manat maddi ziyan vurmaqla oğurluq cinayəti törətməyə təhrik etmişdir. Bundan başqa, o təkrarən, özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs3 2023-cü ilin mart ayının əvvəllərində saat 04 radələrində Kürdəmir rayonu Ərşəli kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətində yerləşən tövləyə qanunsuz daxil olaraq 260 manat dəyərində 01 ədəd diri çəkisi 37-38 kq olan, erkək cinsli kiçik buynuzlu quzu heyvanını gizli şəkildə talayaraq Zərərçəkmiş şəxs1 260 manat maddi ziyan vurmaqla oğurluq cinayəti törətməyə təhrik etmişdir. Bundan başqa, o təkrarən, özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Kürdəmir rayonu Ərşəli kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətində yerləşən tövləyə qanunsuz daxil olaraq oradan 250 manat dəyərində 01 ədəd diri çəkisi 30-35 kq olan, dişi cinsli kiçik buynuzlu quzu heyvanını gizli şəkildə talayaraq Zərərçəkmiş şəxs3 250 manat maddi ziyan vurmaqla oğurluq cinayəti törətməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Kürdəmir rayonu Ərşəli kənd ərazisində tanışı Təqsirləndirilən şəxs1 40 manata satış məqsədi ilə qanunsuz olaraq - 0.410 qram narkotik vasitə olan heroin alaraq üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Kürdəmir şəhəri, Koroğlu küçəsi ərazisində həmin narkotik vasitə heroinin bir qismini, yəni - 0.106 qram hissəsini 8 (səkkiz) manat müqabilində ünvan 4 ünvanda yaşayan X12 qanunsuz olaraq satmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində X18 şəhəri ərazisində saxlanılaraq Kürdəmir RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümündə - 0.106 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, istintaq və əməliyyat axtarış tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, xx.xx.2023-ci il tarixdə saat 18:30 radələrində Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol ön yuxarı cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi - 0.304 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs3 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, həmçinin tamah niyyətlə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs1 təhriki ilə tanışı Təqsirləndirilən şəxs4 Əşrad oğlu ilə öz aralarında bölüşdürdükləri rollara uyğun olaraq 2023-cü ilin yanvar ayının əvvəllərində saat 22 radələrində Kürdəmir rayonu Ərşəli kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətində yerləşən toyuq hininə qanunsuz daxil olaraq, 80 manat dəyərində 01 ədəd diri çəkisi 5 kq olan, dişi cinsli hind quşunu və 90 manat dəyərində 01 ədəd diri çəkisi 8 kq olan erkək hind quşunu gizli yolla oğurlayaraq Zərərçəkmiş şəxs2 170 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs1 təhriki ilə 2023-cü ilin mart ayının əvvəllərində saat 04 radələrində Kürdəmir rayonu Ərşəli kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətində yerləşən tövləyə qanunsuz daxil olaraq 260 manat dəyərində 01 ədəd diri çəkisi 37-38 kq, erkək cinsli quzunu gizli yolla oğurlayaraq Gülbəz Mirzəliyevaya 260 manat məbləğində maddi ziyan vurmuşdur. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs1 təhriki ilə, xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Kürdəmir rayonu Ərşəli kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətinə yerləşən tövləyə qanunsuz daxil olaraq oradan 250 manat dəyərində 01 ədəd, diri çəkisi 30-35 kq olan, dişi cinsli quzunu gizli yolla oğurlayaraq Zərərçəkmiş şəxs3 250 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs4 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, həmçinin tamah niyyətlə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs1 təhriki ilə tanışı Təqsirləndirilən şəxs3 ilə öz aralarında bölüşdürdükləri rollara uyğun olaraq 2023-cü ilin yanvar ayının əvvəllərində saat 22 radələrində Kürdəmir rayonu Ərşəli kəndində yerləşən Zərərçəkmiş şəxs2 məxsus evin həyətində yerləşən toyuq hininə qanunsuz daxil olaraq, 80 manat dəyərində 01 ədəd diri çəkisi 5 kq olan, dişi cinsli hind quşunu və 90 manat dəyərində 01 ədəd diri çəkisi 8 kq olan erkək hind quşunu gizli yolla oğurlayaraq Zərərçəkmiş şəxs2 170 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs1 qeyd edilən əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1, 32.4, 177.2.2, 32.4, 177.2.3 və 234.2, Təqsirləndirilən şəxs2 qeyd edilən əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2, Təqsirləndirilən şəxs3 qeyd edilən əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3, Təqsirləndirilən şəxs4 əməli isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ona elan olmuş ittiham üzrə qismən təqsirli bilərək göstərdi ki, o, Kürdəmir rayonu Ərşəli kəndində ailə üzvlərilə birlikdə yaşayır. Onun əsl adı Famildir, lakin kənd camaatı onu Kamil kimi tanıyır. 2011-ci ildə narkotik vasitələrin satışı ilə məşğul olduğuna görə məhkum olunmuşdur. 2013-cü ildə cəzasının sonu ilə azadlığa çıxmışdır. O, narkotik vasitə marixuanadan bir neçə ildir ki, istifadə etmişdir, ancaq narkotik vasitə heroindən isə təxminən 6-7 ay istifadə etmişdir. Təxminən iki aya yaxındır ki, narkotik vasitədən istifadə etmir və hazırda müalicə alır. Yaşadığı kənd ərazisindəki evindən təxminən 1000 metr aralıda özünə məxsus 40 sot torpaq sahəsi vardır, həmin torpaq sahəsində təsərüffat işləri ilə məşğul olur, sahədə iki otaqlı yarımtikili də vardır və hərdən orada dincəlir. Narkotik vasitə istifadə etdiyi zamanlarda həmin otağın bəzi yerlərində narkotik vasitə gizlətmişdir, onların bəzilərini istifadə etmiş, bəziləri isə qalmışdır. xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində yaşadığı kənd ərazisində həmin torpaq sahəsində olarkən Kürdəmir RPŞ-nin əməkdaşları gəlib həmin yarımtikiliyə baxış keçirmək istədiklərini demişlər, onun razılıq ərizəsi əsasında polislər həmin yarımtikiliyə baxış keçirmişlər. Baxış zamanı otağın giriş qapısının üst hissəsində taxtanın arasında 01 ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana, otada stolun üzərindən 01 ədəd gümüşü kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunaraq qablaşdırılıb götürülmüşdür. Həmçinin otağın içərisində ona məxsus olmayan, ora necə gəldiyini bilmədiyi 01 baş quzu heyvanı aşkar olunmuşdur. Daha sonra onu Kürdəmir RPŞ-na gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, ondan üzərində narkotik vasitə olubolmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. Üzərində hər hansı narkotik vasitə və qanunsuz əşya olmadığını bildirmiş, bundan sonra üzərində şəxsi axtarış keçirilən zaman heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tanıyır. Onlarla ədavəti və düşmənçiliyi yoxdur. 2023-cü ilin yanvar ayının əvvəllərində, Yelmar ona demişdir ki, 02 ədəd hind quşu var, anası satmaq istəyir. O, qiymətini soruşduqda Yelmar 30 manata satdığını demişdir. Yelmarla söhbət zamanı onunla həmin hind quşlarını 20 manata alacağı barədə razılaşmışdır. Həmin günü axşam saatlarında Yelmar gətirib ona 02 ədəd hind quşu vermiş, o, da onun müqabilində ona 20 manat pul vermişdir. Yelmar və Rəfat kənd ərazisində fəhləçilik edirmişlər. Yelmar təxminən 3 ay əvvəl onun yanına gələrək, demişdir ki, “bir qapıda fəhlə işləmişəm, pulun əvəzində isə mənə 1 baş 7-8 kiloqramlıq quzu veriblər və onu satmaq istəyirəm”. O, da ondan quzunu neçiyə satdığını soruşduqda Yelmar 70 manata satdığını bildirmişdir. Onun üstündə 50 manat pul olduğuna görə, 50 manatı ona verib quzu almış, yerdə qalan 20 manatı isə 1-2 günə verəcəyini demişdir. Təxminın bir iki gün sonra da o, Yelmara 20 manatı vermişdir. xx.xx.2023-cü il tarixdə ona məxsus Kürdəmir rayonu Ərşəli kəndində yerləşən yarımtikilinin həyətində yer şumlatdırırmış. Xalası oğlu X7 da onun yanında biyan kötüklərinin təmizlənməsinə köməklik etmişdir. Traktorçu gedəndə, Yelmar onun yanına gəlmişdir. Yelmara damın arxasında olan su arxını göstərib həmin arxı torpaqla doldurmasını və bunun müqabilində isə 15 manat pul verəcəyini demişdir. Yelmara da qabaqcadan 15 manat pul vermişdir. Yelmara o, pulu verəndən sonra çıxıb getmişdir. Yelmar isə beli götürüb arxa doğru getmişdir. Sonradan isə yaşadığı evə getmişdir. Səhəri günü isə onun həmin yarımtikilisinə razılıq ərizəsi əsasında baxış keçirilmiş, baxış zamanı yarımtikilinin içərisindən 01 baş qoyun və digər narkotik vasitələr aşkar olunmuşdur. Qoyunun ora kim tərəfindən gətirilib qoyulmasından isə xəbəri olmamışdır. Yardımçı tikilidə aşkar olunmuş 12,09 qram qurudulmuş marixuana ona məxsusdur, istifadə etdiyi zamanlarda orada gizlətmişdir, yadından çıxıb qalıb orada qalmışdır, o şəxsi istifadəsi üçün olmuşdur. Həmin bükümün içərisində olan qurudulmuş marixuananı yaşadığı kənd ərazisindən çöl sahəsindən tapmışdır. Ancaq oradan aşkar edilmiş heroin və 01 baş quzu heyvanı ona məxsus olmamışdır, onların otaqda hardan olmasını, hansı şəraitdə otağa gəlməsini bilmir. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa heç bir cinayət əməli törətməmişdir. Ona məxsus yarımtikilidən aşkar olunan narkotik vasitə olan marixuanadan və heroindən başqa evində və ya başqa yerdə ona məxsus narkotik vasitə yoxdur. Təqsirləndirilən şəxs2 yalan danışır və qərəzli olaraq onun barəsində ifadə verib. O, Aqilə narkotik vasitə və psixotrop maddə satmamışdır. O, heç kimə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Aqil yalan deyir. O, nə onunla telefonla danışmış nə də ki, onunla görüşüb narkotik vasitə satmışdır. O, Təqsirləndirilən şəxs2lə telefonla danışdığını xatırlamır. Yelmar yalan danışır, o, Yelmardan xx.xx.2023-cü il tarixdə qoyun almamışdır. O, ona yuxarıda qeyd etdiyi kimi 15 manat pulu xx.xx.2023-cü il tarixdə vermişdir ki, arxı doldursun. Dəqiq bilmir ki, Yelmar onun barəsində niyə elə danışıb. Rəfat və Yelmar yalan danışırlar. O, Rəfata və Yelmara oğurluq etməyi nə deməmiş nə də ki, təklif etməmişdir. O, Yelmardan 20 manata 02 ədəd hind quşu alsa da oğurluq olduğunu bilməmişdir. Yelmar hind quşlarının onlara məxsus olmasını və anasının satmaq istəməsini bildirmişdir. O, hind quşlarını 20 manata alarkən isə Rəfatı görməmişdir. O, sön sözündə oğurluq hissəsi üzrə özünü təqsirli bildiyini, narkotik vasitənin satışına görə özünü təqsirli bilmədiyini göstərdi. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ona elan olmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, narkotik vasitələrdən istifadə etsə də heç kimə narkotik vasitə satmamışdır. İstintaq Bölməsində verdiyi ifadəsi ona təzyiq edildiyi üçün narkotik vasitəni Röyal adlı şəxsə satdığını demişdir. Ona məxsus karta 08 manat pul köçürülməmişdir və o, Röyalla danışmamışdır. Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, O, narkotik vasitə heroindən təxminən 20 ildir ki, istifadə edir. El içində onu “Zaval” deyə cağırıldığını bildirmişdir. Bir neçə il bundan qabaq Kürdəmir rayon sakini Kamil adlı şəxslə həbsdə olan zaman tanış olmuşdur və onun narkotik vasitələr satdığını bilmişdir. xx.xx.2023-cü il tarixdə saat 18 radələrinə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrədən Kamilin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng vuraraq ondan istifadə etməyi üçün heroin və metamfetamin istəmiş və Kamil də demişdir ki, “Ərşəli kəndinə gəl apar”. O, da dörd yol dairəsindən Bakı şəhəri istiqamətində hərəkət edən tanımadığı mikroavtobusa minərək Kürdəmir rayonu Ərşəli kəndinə getmiş, Bakı - Qazax avtomobil yolunun Ərşəli kəndi ərazisindən keçən hissəsində “Bığ” restoranı ilə üzbəüz yolun bubiri tərəfində düşmüş, Kamilin yaşadığı evə tərəfə, Ərşəli kənd orta məktəbinin yaxınlığına getmişdir. Orada küçədə Kamil ilə görüşmüş, Kamilə 40 manat pul vermiş, Kamil də ona bir bükümdə heroin, bir bükümdə isə metamfetamin yəni “patı” vermişdir. Ayrılıb çıxıb gəlmiş, həmin heroinin bir hissəsini və metafmetaminin hamısını istifadə etmiş və heroinin bir hissəsini isə istifadə etmək üçün cibində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində piyada hərəkətdə olan zaman Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmiş və onu RPŞ-yə gətirmişlər. RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində şəxsi axtarış aparılmağa başlanılmış, ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. O, əynində olan qara rəngli gödəkcənin sol ön yuxarı cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Bundan sonra üzərində axtarış aparılmış, başqa qanunsuz əşya və predmet aşkar olunmamışdır. Bükümün içərisinə baxış zamanı içərisində narkotik vasitə heroin olması müəyyən olunmuşdur. Aşkar olunan kağız bükümdə olan kütlə 01 ədəd zərfə qoyulmuş, üzəri “Azərbaycan Respublikası DİN №-137” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar olunan 0.304 qram narkotik vasitə heroini xx.xx.2023-cü il tarixdə Ərşəli kəndi ərazisində həmin kənd sakini “Kamil” adlı şəxsdən 40 manata almışdır və mütəmadi olaraq narkotik vasitə istifadə edir. Narkotik vasitəni Kamildən alan zaman yanlarında heç kim olmamışdır. Röyalın ona pul borcu olmuş, kart hesabıma atdığı pul da həmin borcla bağlı olmuşdur. Pulu karta atdıqdan sonra Röyal yanına gəlmiş, narkotiklə bağlı ağrılarının olduğunu demiş və ona narkotik vasitə verməyini istəmişdir. O, da ona özündə olan narkotik vasitədən vermişdir. Həmin narkotik vasitəni həmin ərəfədə Bakı şəhərindən tanımadığı şəxsdən almışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, son sözündə isə özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilərək ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs3 ona ittiham olunmuş ittihamla özünü təqsirli bilərək izahatında göstərdi ki, o, Kürdəmir rayonu Ərşəli kəndində ailə üzvlərilə birlikdə yaşayır, subaydır və kənd ərazisində fəhləçiliklə məşğul olur. Təqsirləndirilən şəxs4 onun həmkənlisidir, həmçinin də qohumudur. Təqsirləndirilən şəxs1 da, onun həmkəndlisidir, onun adı Famil olsa da kənd camaatı onu Kamil kimi tanıyır. Onlarla ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə səhər saatlarında Famillə görüşəndə ona demişdir ki, “mənim üçün qoyun tap gətir”. O, da buna görə, Rəfatın yaşadığı evinə gedib ona birlikdə oğurluq etməyi təklif etmişdir. Rəfat da onunla razılaşmışdır və qərara gəlmişlər ki, həmkəndliləri və Rəfatın qonşusu Zərərçəkmiş şəxs3 həyətində olan qoyunlardan oğurlasınlar. Həmin günü saat 22 radələrində Rəfatla Ruhəngizin həyətinə keçib, ağacların arasında oturub gözləmişlər ki, gecə yarısı olsun və tövləyə girib heyvan oğurlasınlar. Həmin günü saat 04 radələrində tövlənin qabağında qəhər kimi yerdən tullanmışlar. Onlar orada olan qoyunlardan 01 baş dişi qoyunu oğurlayıb qəhərdən çıxarmış və çəpərdən keçib Familin yarımtikilisinə gətirib salmışlar. Familə zəng etsələr də zəng çatmamışdır. Həmin günü saat 08 radələrində Rəfatla o, birlikdə Famillə yarımtikilinin qabağında görüşmüşlər. Kamil o heyvanın əvəzində ona 15, 25 və 10 manat, Rəfata da eyni qaydada pul vermişdir. Onlar pulu götürüb çıxıb getmişlər. Rəfatla xx.xx.2023-cü il tarixdə saat 22 radələrində Kürdəmir rayonu Ərşəli kəndində, Rəfatın həyətində qərara gəlmişlər ki, oğurluq etsinlər. Famil özü orada olmamış, onlar aparıb qoyunu onun yarımtikilsinə salıb, qapını bağlayıb çıxıb gəlmişlər. Famil Rəfatla ona pulu verərkən yanında heç kim olmamışdır. Rəfatla xx.xx.2023-cü il tarixdə saat 22 radələrində yaşadıqları kəndin mərkəzində görüşmüşlər və o, saat 04 radələrinə kimi onun yanında olmuşdur. O, onun yanından ayrılmamışdır. Bundan başqa, 2023-cü ilin yanvar ayının əvvəllərində Təqsirləndirilən şəxs1 ona demişdir ki, “qoyun və hind quşu oğurla gətir mən alım”. O, da onunla razılaşmışdır. O, 2023-cü ilin yanvar ayının əvvəllərində Rəfata təklif etmişdir ki, “gedək həmkəndlimiz Ayselgildən hind quşları oğurlayaq”. Rəfat da onunla razılaşmışdır. Həmin gün saat 22-23 radələrində Rəfatla o, Zərərçəkmiş şəxs2 yaşadığı ev tərəfə getmişlər. O, Rəfatla öz aralarında rolları bölüşüb qərara gəlmişlər ki, Rəfat küçədə dayanıb qaravul edəcək, o, isə tövləyə girib hind quşlarını oğurlayacaq. Öz aralarında bölüşdükləri rollara uyğun olaraq, o, tövləyə girib 02 ədəd hind quşlarını oğurlayıb küçəyə çıxartmışdır. Birini Rəfata vermiş, digərini isə özü götürmüşdür. Onlar hind quşlarını Familin yarımtikilisinə qədər gətirmişlər. Orada isə Rəfat özündə olan hind quşunu ona vermiş və o, da hind quşlarını aparıb Familə hər birini 10 manata satmışdır. Sonra geri qayıdıb Rəfata 10 manat pul vermişdir.Bundan başqa, Təqsirləndirilən şəxs1 ona dəfələrlə qoyun oğurlamağı dediyindən xx.xx.2023-cü il tarixdə Novruz bayramını qeyd etmək üçün o, qərara gəlmişdir ki, tək oğurluq etsin. xx.xx.2023-cü il tarixdə gecə saat 01 radələrində onlarla eyni küçədə yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına tək gəlmişdir. Gülbəstgilin tövləsinin küçəyə açılan mavi rəngli qapısı olmuşdur. O, qaz borusunun üzərinə çıxaraq oradan qapının üstündən tullanıb tövləyə keçmişdir. Tövlədə olan qoyun və keçilərin içərisindən 01 baş quzu götürüb eyni qaydada küçəyə çıxmışdır. Həmin 01 baş quzunu səhər saatlarında Familin yanına gətirərək bir qapıda fəhlə işlədiyini, pulun əvəzində isə ona 1 baş quzu verdiklərini və onu satmaq istədiyini bildirmişdir. Famil də ondan quzunu neçiyə satdığını soruşduqda o, 70 manata satdığını bildirmişdir. Famil üstündə 50 manat pul olduğunu bildirib ona 50 manat verərək quzunu almışdır və yerdə qalan 20 manatı isə 1-2 günə verəcəyini demişdir. Təxminən bir iki gün sonra da o, 20 manatı vermişdir. Rəfatla 2023-cü ilin yanvar ayının əvvələrində saat 22-23 radələrində Kürdəmir rayonu Ərşəli kəndində qərara gəlmişlər ki, oğurluq etsinlər. Onlar Təqsirləndirilən şəxs1 məxsus yarımtikiliyə hind quşlarını aparıb satarkən Famil özü orada olmuş, başqa heç kim olmamışdır. Famil hər bir hind quşuna 10 manat verməklə ümumilikdə 20 manat pul vermişdir. Həmin zaman Rəfat kənarda dayanıb onu gözləmiş, Famil isə Rəfatı görməmişdir. Təqsirləndirilən şəxs3 həmçinin ifadəsində göstərdi ki, zərərçəkmiş şəxslərə dəymiş ziyan tamailə ödənilmiş və barışmışlar. Əməlindən peşman olmasını, dəymiş ziyanın tamailə ödənilməsini, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, himayəsində xəstə anasının olmasını və ailənin yeganıə gəlirgətirəni olmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs4 ona ittiahm olunmuş maddə ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, O, Kürdəmir rayonu Ərşəli kəndində ailə üzvlərilə birlikdə yaşayır və kənd ərazisində fəhləçiliklə məşğul olur. Evlidir, bir yaşında oğlu var. Təqsirləndirilən şəxs3 onun barəsində verdiyi ifadə ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs1 onun həmkəndlisidir, onun adı Famil olsa da kənd camaatı onu Kamil kimi tanıyır. Yelmar və Famil ilə ədavəti və düşmənçiliyi yoxdur. Təxminən 1-2 ay əvvəl Təqsirləndirilən şəxs1 ona demişdir ki, “qoyun oğurla gətir mən alım”. O, isə onunla razılaşmamışdır. Sonradan isə Famil ona təklif etmişdir ki, onun üçün hind quşu oğurlayb gətirsin. Lakin o, yenidən onunla razılaşmamışdır. Həmin ərəfələrdə, yəni təxminən 2023cü ilin yanvar ayının əvvəllərində Yelmar ona təklif etmişdir ki, “gedək Ayselgildən hind quşları oğurlayaq”. O, da Yelmarla razılaşmışdır. Həmin gün saat 22-23 radələrində Yelmarla o ikisi Ayselin yaşadığı ev tərəfə getmişlər. Onlar yelmarla öz aralarında rolları bölüşüb qərara gəlmişlər ki, o, küçədə dayanıb qaravul edəcək, Yelmar isə tövləyə girib hind quşlarını oğurlayacaq. Öz aralarında bölüşdükləri rollara uyğun olaraq, Yelmar tövləyə girib 02 ədəd hind quşlarını oğurlayıb küçəyə çıxartmışdır. Birini ona vermiş, digərini isə özü götürmüşdür. O, hind quşunu Familin yarımtikilisinə qədər gətirmişdir. Orada isə hind quşunu Yelmara vermişdir. Yemar hind quşlarını Familə aparıb hər birini 10 manata satmışdır. Daha sonra Yelmar geri qayıdaraq ona 10 manat pul vermişdir. Zərərçəkmiş şəxs3 onun həmkəndlisidir, həmçinin də qonşusudur. xx.xx.2023-cü il tarixdə saat 08 radələrindən, saat 17:00 –dək müddətdə usta kimi işləmişdir. Həmin günü saat 17 radələrində isə yaşadığı evə gəlib, əl-üzünü yuyub yemək yedikdən sonra, uşağı ilə biraz oynayıb yatmışdır. Evdən çıxmamağını ailə üzvləri də təsdiq edə bilərlər. O, Yelmarla birlikdə oğurluq etməmişdir. Yelmarın dedikləri yalan və böhtan xarakterlidir. Yelmar yalan danışır, həmin günü Yelmar onlara gəlməyib və o, onunla birlikdə oğurluq etməmişdir. Həmçinin də Təqsirləndirilən şəxs1 da onun dediklərini təsdiq edə bilər. Çünki Famil onun həmkəndlisi olsa da o, ona qoyun aparıb satmamışdır. O, sadəcə Yelmarla birlikdə Zərərçəkmiş şəxs2 məxsus 02 ədəd hind quşu oğurlamışdır. Famil ona bir neçə dəfə hind quşu və qoyun oğurlayıb gətirib ona satmağı təklif etsə də o, onunla razılaşmamışdır. Famil konkret kiməsə məxsus heyvanları oğurlamağını deməmişdir. O, ümumi şəkildə deymişdir ki, heyvanları oğurlayıb gətirib ona satsın. O, Yelmarın Runəngizgildən və Gülbəstgildən oğurluq etməsini bilməmişdir və bu barədə ona heç bir şey deməmişdir. Təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs4 həmçinin ifadəsində göstərdi ki, haqırda əməlindən peşmandır, ilk dəfədir ki, cinayət məsulıiyyətinə cəlb edilr. Dəymiş ziyan tamamilə zərərçəkmiş şəxslərə ödənilmiş,onlar barışmışlar. Zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Himayəsində 2 azyaşlı uşaqlarının olmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclaısnın vaxtı və yeri barədə Zərərçəkmiş şəxs3 lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə ərizə göndərərək ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə heç bir etirazının olmadığın,ona dəymiş ziyanın tamamilə ödənildiyini,barışdıqlarını və onun heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs X5 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, şəxsi təsərrüfatında 15 baş qoyun, 10 baş isə quzu saxlayır. Həmin heyvanları o, yaşadığı evin həyətində yerləşən tövlədə saxlayır. xx.xx.2023-cü il tarixdə saat təxminən 19:30 radələrində o, heyvanlarına yem və su verib, sayıb tövləyə salmışdır. Səhəri günü yəni xx.xx.2023-cü il tarixdə saat 07 radələrində tövləni açıb baxanda görmüşdür ki, 1 baş quzusu yoxdur. O, quzunu axtaranda görmüşdür ki, həyətində olan dəmir “setkanın” üstü əzilib və başa düşmüşdür ki, kimsə onun həyətinə daxil olub ona məxsus quzunu oğurlamışdır. Buna görə də O, Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Xəstə olduğu üçün əri Qismət onun yerinə ərizə vermişdir, lakin həmin quzular ona məxsusdur. Həmin oğurlanmış quzu dişi cinsli, 5 aylıq, diri çəkisi 30-35 kq, təxminən qiyməti 200 manat olmuşdur. Məhkəmə iclaısnın vaxtı və yeri barədə Zərərçəkmiş şəxs1 lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə ərizə göndərərək ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə heç bir etirazının olmadığın, ona dəymiş ziyanın tamamilə ödənildiyini,barışdıqlarını və onun heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Ərşəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, heç bir yerdə rəsmi işləmir. Şəxsi təsərrüfatla məşğul olur. Şəxsi təsərrüfatında 18 baş xırda buynuzlu heyvan saxlayır. Həmin heyvanları o, yaşadığı evin həyətində olan tövlədə saxlayır. Tövlənin qapısı taxtadandır, kilid yerinə də dəmir keçirib bağlayır. Təxminən 2023-cü ilin mart ayının əvvəllərində o, heyvanlarına yem və su verib tövləyə salmışdır. Səhəri günü saat 07 radələrində yuxudan durub qoyunlara baxanda görmüşdür ki, tövlənin qapısı açıqdır, lakin heyvanları içəridədir. O, heyvanlarını sayanda görmüşdür ki, 01 baş erkək cinsli qoyunu yoxdur. 01 baş qoyuna görə şikayət etməyi özünə ayıb bildiyi üçün şikayət etməmişdir. Lakin sonradan öyrənmişdir ki, həmin qoyununu həmkəndlisi Yelmar oğurlayıb. Buna görə də o, RPŞ-nə gəlib ərizə il müraciət etmişdir. Həmin qoyun 1 yaşlı olmuş, diri çəkisi 35-40 kq, ağ rəngli, erkək cinsli, dəyəri təxminən 260 manat olmuşdur. Yelmar onun həmkəndlisidir, kirvəsidir, onunla ədavəti və düşmənçiliyi yoxdur. Tövlənin qapısında və ya hər hansı yerində sındırılma və zədələnmə yoxdur. Ona məxsus oğurlanmış qoyunun dəyəri 260 manatdır. Məhkəmə iclaısnın vaxtı və yeri barədə Zərərçəkmiş şəxs2 lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə ərizə göndərərək ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclaslarına gələ bilməyəcəyini, məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsinə heç bir etirazının olmadığın, ona dəymiş ziyanın tamamilə ödənildiyini,barışdıqlarını və onun heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Zərərçəkmiş şəxs2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir rayonu Ərşəli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, heç bir yerdə rəsmi işləmir. Şəxsi təsərrüfatla məşğul olur. Şəxsi təsərrüfatında hind quşları və toyuq-cücə saxlayır. 2023-cü ilin yanvar ayında 4 ədəd hind quşu, 60-70 ədəd isə toyuq cücəsi olmuşdur. Həmin hind quşlarını da toyuq-cücə ilə birlikdə toyuq hinində saxlamışdır. Təxminən 2023-cü ilin yanvar ayının əvvəllərində quşlara su və yem verib hininə salmışdır, ağzını isə bağlamışdır. Səhəri günü quşlara yem vermək üçün gələndə hinin ağzının açıq olduğunu görmüşdür. Hinə baxanda isə 2 ədəd hind quşunun olmadığını görmüşdür. Həmin hind quşlarının axtarsa da tapa bilməmişdir. O, 02 ədəd hind quşuna görə şikayət etməyi özünə ayıb bildiyi üçün şikayət etməmişdir. Lakin sonradan öyrənmişdir ki, həmin hind quşlarını həmkəndlisi Rəfatla Yelmar birlikdə oğurlamışlar. Buna görə də o, RPŞ-nə gəlib ərizə ilə müraciət etmişdir. Həmin hind quşları qara rəngli, birinin diri çəkisi 5 kq, dişi cinsli olmaqla 80 manat dəyəri olmuş, digər hind quşunun diri çəkisi 8 kq, erkək hind quşu olmaqla 90 manat qiyməti olmuşdur. Yelmar və Rəfat onun həmkəndlisidir, onlarla ədavəti və düşmənçiliyi olmamışdır. Hinin qapısında və ya hər hansı yerində heç bir sındırılma və zədələnmə olmamışdır. O, hinin qapısını dəmir keçəcəklə bağlamışdır. Ona məxsus oğurlanmış hind quşunun dişi olanı 80 manat, erkək olanı isə 90 manat dəyərində olmuşdur. Ona ümumilikdə 170 manat zərər dəymişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 Kürdəmir rayon sakini kimi tanıyır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs2 qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və üzərində saxlaması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs2 bir qədər kənardan izləyib, saat 18:30 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində piyada gəzərkən saxlayıb, özlərini təqdim edərək, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib RPŞ-nə gətirmişlər. Təqsirləndirilən şəxs2 müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs2 ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi4 ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs2 yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra o, üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan qara rəngli gödəkcənin sol ön yuxarı cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qanunsuz əşya və predment aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmiş, içərisində heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi qaydada sorğu-sual olunan zaman Təqsirləndirilən şəxs2 01 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitəni Kürdəmir rayonu Ərşəli kəndi ərazisində həmin kənd sakini Kamil adlı şəxsdən 40 manata aldığını, bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə gümüşü rəngli kağıza bükərək şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan 01 ədəd gümüşü rəngli kağız büküm 01 ədəd zərfə qoyulmuş, üzəri möhürlənmişdir. Zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs1 yaşadığı Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən ona məxsus yarımtikilidə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin tarixdə saat 11:30 radələrində Təqsirləndirilən şəxs1 məxsus yarımtikilinin giriş qapısının qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs1 ünvana dəvət olunmuş, xidməti vəsiqələrini ona nümayiş etdirərək, özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs1 ona məxsus yarımtikilidə narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirərək hüquq və vəzifələri izah edilmişdir. Ona yarımtikiliyə baxış keçirmək istədiklərini demişlər. Təqsirləndirilən şəxs1 buna etiraz etməmiş, ərizə ilə razılığını bildirmiş və ona məxsus yarımtikilidə narkotik vasitələrinin olmadığını deyərək baxış keçirilməsini istəmişdir. Baxış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus yarımtikiliyə daxil olduqda oranın iç-içə iki otaqlı olması, girişdəki otaqda sol tərəfdə 01 baş quzu olması, otaqda orta hissədə masa olması, sol otaqda köhnə əşyaların olması görünmüşdür. Ortada olan masanın üzərində alışqan və müxtəlif kağız parçaları və bükümlər olmuş, bükümlər açılıb içərisinə baxıldıqda 01 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Eləcə də otağın giriş qapısının üst tərəfində 01 ədəd polietilen bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş və aşkar edilmiş narkotik vasitələrə bənzər kütlələr hamısı 01 ədəd polietilen torbada qablaşdırılaraq üzəri yazılmış, iştirak edən şəxslər tərəfindən imzalanmış və üzəri möhürlənmişdir. Təqsirləndirilən şəxs1 baxış zamanı aşkar olunmuş 01 baş quzu heyvanının ona məxsus olmadığını bildirdiyi üçün 01 baş kiçik buynuzlu heyvan ayrıca götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs1 RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs1 müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquqları və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs1 üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs1 yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra o, üzərində qanunsuz heç bir əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qanunsuz əşya və predment aşkar olunmamışdır. Təqsirləndirilən şəxs2 rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs1 rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs2 qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs1 qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. X17 xx.xx.2023-cü il şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs2 8 manata ona satdığını bildirmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs1 40 manata ona satdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri Şahid2 da X15 ilə birlikdə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. Təqsirləndirilən şəxs2 müdafiəçisinin vəsatətinə əsasən dindirilmiş başqa iş üzrə həbs olunub Bakı İstintaq Təcridxanasında saxlanılan X17 ilə onlayn əlaqə saxlanılmış və o, ifadəsində Təqsirləndirilən şəxs2 narkotik vasitə almadığını bildirmişdir. X17 şahid qismində ibtidai istintaq zamanı sərbəst formada ifadəsi alınarkn ifadəsində göstərmişdir ki, o, narkotik vasitə heroindən bir neçə ildir ki, istifadə edir. xx.xx.2023-ci il tarixdə saat 16 radələrində narkotik vasitə heroin almaq üçün Kürdəmir şəhər Koroğlu küçəsində yaşayan tanışı “zaval” ləqəbli Aqil adlı şəxsin yaşadığı evin qarşısına getmiş, özünün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsilə Aqilin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, ondan narkotik vasitə heroin istəmişdir. Aqil heroin olduğunu və onun kart hesabına pulu ödəyini, bundan sonra heroini ona verəcəyini demişdir. O, da “Billur” kafesinin yanındakı marketə gedərək, oradakı “Emanat” pul köçürmə aparatından 8.0 manat pulu Aqilin “Beynəlxalq bank” kart hesabına vurmuş və Aqilin yaşadığı binanın qarşısına getmişdir. Aqil evinin eyvanına çıxaraq 01 ədəd gümüşü rəngli kağız bükümdə olan heroini ona tullamışdır. O, heroini götürüb əynində olan qara rəngli cins şalvarının sağ ön cibinə qoymuşdur. O, Aqildən aldığı heroini istifadə etmək üçün piyada getdikdə Kürdəmir şəhəri, Aran qəsəbəsi ərazisində Kürdəmir RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək onu Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. O, da bildirmişdir ki, üzərində narkotik vasitə olan heroin vardır. O, əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etmişdir. Bundan sonra ondan üzərində başqa qanunsuz əşya və ya ümumiyyətlə hər hansı bir əşyanın olub-olmaması soruşulmuş və əgər vardırsa təqdim etməyi bildirilmişdir. O, üzərində heç bir əşya olmadığını demişdir. Bundan sonra üzərinə müstəntiq tərəfindən şəxsi axtarış keçirilmiş, heç bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi 01 ədəd gümüşü rəngli büküm açılmış, içərisinə baxış zamanı narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən olunmuşdur. Həmin büküm içərisində olan kütlə ilə birgə 01 ədəd içərisi boş zərfə qoyulmuş və üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərflər onun, müdafiəçisi və şahidlər tərəfindən imzalanaraq ekspertizaya təqdim olunacağı bildirilmişdir. O, bir neçə ildir ki, narkotik vasitədən istifadə edir, üzərindən aşkar olunan narkotik vasitə heroini Kürdəmir şəhəri, Koroğlu küçəsində yaşayan tanışı “Zaval” ləqəbli Aqil adlı şəxsdən alaraq istifadə etmək üçün üzərində saxlamışdır. Təqsirləndirilən şəxs2 tanışıdır, onun narkotik vasitə alveri ilə məşğul olduğunu bilmişdir. Aqil düz demir. Onun Aqilə borcu olmamışdır, o, narkotik vasitə almaq üçün onunla danışdıqdan sonra onun bank kartına 8 manat pul göndərmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/82 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Röyal Əhmədovun üzərindən...” sözləri yazılmış kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,106 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Heroinin təmiz çəkisi-0,106 qram, tədqiqata sərf edildi-0,04 qram,0,066 qram qalıq qalmışdır. (bax İ cild, iş vər, 48-50) İş üzrə təyin edilərək keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/175 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs2 üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi - 0,304 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 bükümdə və X9 üzərindən aşkar olunmuş 1 bükümdə, cəmi 2 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroin- təmiz çəkisi-0,304 qram,tədqiqata sərf edildi-0,03 qram,0,274 qram qalıq qalmışdır. Heroinin təmiz çəkisi-0,066 qram, tədqiqata sərf edildi-0,03 qram, 0,036 qram qalıq qalmışdır. (bax, İ cild,iş və 58-62) İş üzrə təyin edilrək keçirilmiş kompleks məhkəmə-kimyəvi və məhkəmə bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 18/397-18/398 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərindəki ağ kağızda: “...Təqsirləndirilən şəxs1 yarımtikilisində...” sözləri yazılmış və imza olan üzəri yapışqan lentlə bağlanmış 01 ədəd polietilen torba bağlamadakı: 1 ədəd “gümüşü” rəngli falqa kəsiyi bükümündə təmiz çəkisi - 0,11 qram, 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi – 11,98 qram, ümumi çəkisi – 12,09 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır; - 1 ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi – 0,142 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir; - 1 ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi – 0,454 qram olan maddə narkotik və psixotrop maddələrə aid deyildir. Marixuananın ümumi çəkisi 12,09 qram,tədqiqata sərf edildi-0,04 qram (hər obyektdən-0,02qram),12,05 qram qalıq qalmışdır. Heroinin təmiz çəkisi, 0,142 qram, tədqiqata sər olundu-0,05 qram, 0,092 qram qalıq qalmışdır. Ağ rəngli maddənin təmiz çəkisi-0,454 qram, tədqiqata sərf olundu-0,05 qram, 0,404 qram qalıq qalmışdır. (bax İ cild, iş vər 185-188) İş üzrə təyin edilmiş əlavə məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 18/399 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş 1 bükümdə, Təqsirləndirilən şəxs1 yarımtikilisində aşkar olunmuş 1 bükümdə, cəmi 2 ədəd bükümdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkib komponentlərinə görə eyni tərkiblidir. Heroinin təmiz çəkisi-0,274 qram, tədqiqata sərf edildi-0,05 qram, 0,224 qram qalıq qalmışdır. (bax İ cild,iş vər 201-203) İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 406 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 3-cü qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (bax İ cild, iş vər )126 İş üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 677 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür.(bax İİİ cild,iş vər, 8) İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı X13, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis mayoru, Şahid1, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid2 və Müdafiəçi4 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərinə şəxsi axtarış aparmışdır. Təqsirləndirilən şəxs2 üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs2 yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra o, üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan qara rəngli gödəkcənin sol ön yuxarı cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qanunsuz əşya və predment aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs2 təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmiş, içərisində heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi qaydada sorğu-sual olunan zaman Təqsirləndirilən şəxs2 01 ədəd gümüşü rəngli kağız bükümdə olan narkotik vasitəni bir gün bundan əvvəl Kürdəmir rayonu Ərşəli kəndi ərazisində həmin kənd sakini Kamil adlı şəxsdən 40 manata aldığını, bir hissəsini istifadə etdiyini, qalan hissəsini isə gümüşü rəngli kağıza bükərək şəxsi istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunan 01 ədəd gümüşü rəngli kağız büküm 01 ədəd zərfə qoyulmuş, üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır.(bax: İ cild – i/v 29-30) İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı X13, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis mayoru, Şahid1, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid2 və Müdafiəçi1 iştirakı ilə X9 üzərinə şəxsi axtarış aparmışdır. Röyal Əhmədova üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Röyal Əhmədova yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra o, üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan qara rəngli cins şalvarın sağ ön cibindən 01 ədəd gümüşü rəngli bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş və heç bir qanunsuz əşya və predment aşkar olunmamışdır. Bundan sonra Röyal Əhmədovun təqdim etdiyi 01 ədəd gümüşü rəngli kağız bükümə baxış keçirilmiş, içərisində heroinə bənzər kütlə olduğu müəyyən olunmuşdur. Şifahi qaydada sorğu-sual olunan zaman Röyal Əhmədova 01 ədəd gümüşü rəngli bükümdə olan narkotik vasitəni tanışı “zaval” ləqəbli Aqil adlı şəxsdən 8 manata aldığını, istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Röyal Əhmədov polis şöbəsinə gətirilərkən hec bir təsirə məruz qalmadığnı göstərmişdir Bundan sonra X9 üzərindən aşkar olunan 01 ədəd gümüşü rəngli büküm 01 ədəd zərfə qoyulmuş, üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. (bax: İ cild – i/v 43-47) İş materiallarında olan xx.xx.2023-cü il tarixdə tərtib edilmiş baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə saat 11:30 radələrində Kürdəmir RPŞ-nin İB-nin baş müstəntiqi, polis kapitanı X13, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis mayoru, Şahid1, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Şahid2, Kürdəmir rayonu İcra Hakimiyyətinin Karrar kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini işləyən İxtiyar Məmmədovun iştirakı ilə Təqsirləndirilən şəxs1 məxsus yarımtikilinin giriş qapısının qarşısına gəlmişlər. Təqsirləndirilən şəxs1 ünvana dəvət olunmuş, xidməti vəsiqələrini ona nümayiş etdirərək, özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs1 ona məxsus yarımtikilidə narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirərək hüquq və vəzifələri izah edilmişdir. Ona yarımtikiliyə baxış keçirmək istədiklərini demişlər. Təqsirləndirilən şəxs1 buna etiraz etməmiş, ərizə ilə razılığını bildirmiş və ona məxsus yarımtikilidə narkotik vasitələrinin olmadığını deyərək baxış keçirilməsini istəmişdir. Baxış videoçəkiliş vasitəsilə həyata keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 məxsus yarımtikiliyə daxil olduqda oranın iç-içə iki otaqlı olması, girişdəki otaqda sol tərəfdə 01 baş quzu olması, otaqda orta hissədə masa olması, sol otaqda köhnə əşyaların olması görünmüşdür. Ortada olan masanın üzərində alışqan və müxtəlif kağız parçaları və bükümlər olmuş, bükümlər açılıb içərisinə baxıldıqda 01 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə heroinə bənzər kütlə, 01 ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə və 01 ədəd ağ rəngli kağız bükümdə psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Eləcə də otağın giriş qapısının üst tərəfində 01 ədəd polietilen bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş və aşkar edilmiş narkotik vasitələrə bənzər kütlələr hamısı 01 ədəd polietilen torbada qablaşdırılaraq üzəri yazılmış, iştirak edən şəxslər tərəfindən imzalanmış və üzəri “Azərbaycan Respublikası DİN-in №137” saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs1 baxış zamanı aşkar olunmuş 01 baş quzu heyvanının ona məxsus olmadığını bildirdiyi üçün 01 baş kiçik buynuzlu heyvan ayrıca götürülmüşdür. (Bax: İ cild – i/v 151-152) İş materiallarında olan Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs3 arasında üzləşdirmə protokoluna əsasən Təqsirləndirilən şəxs3 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (bax: İİ cild – i/v 96-97) İş materiallarında olan Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs4 arasında üzləşdirmə protokoluna əsaəsn, Təqsirləndirilən şəxs4 ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs1 üzünə qarşı demişdir. (bax: İİ cild – i/v 98-99) İş materiallarında olan Təqsirləndirilən şəxs4 ifadəsinin düzgünlüyünün yoxlanması protokolundan görünür ki, Kürdəmir rayonu Ərşəli kəndinə gedərək, Zərərçəkmiş şəxs2 məxsus evin həyətində yerləşən toyuq hininə necə daxil olduğunu və necə oğurluq etdiyini əyani olaraq göstərib, ifadəsində göstərdiyi xüsusatları bir daha orada təsdiq etmişdir. (bax: İİİ cild – i/v 76-79) İş materiallarında olan Təqsirləndirilən şəxs3 ifadəsinin düzgünlüyünün yoxlanması protokolundan görünür ki, Kürdəmir rayonu Ərşəli kəndinə gedərək, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs3 məxsus evin həyətində yerləşən toyuq hininə və tövləyə necə daxil olduğunu və necə oğurluq etdiyini əyani olaraq göstərib, ifadəsində göstərdiyi xüsusatları bir daha orada təsdiq etmişdir. Bu barədə protokollar tərtib edilmiş və fotoşəkilləri çəkilərək cinayət işinə əlavə edilmişdir. Bax: İİİ cild – i/v 99-110 İş materiallarında olan Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünün yoxlanması protokolundan görünür ki, Kürdəmir rayonu Ərşəli kəndinə gedərək Təqsirləndirilən şəxs3 ona 01 baş qoyunu və 02 ədəd hind quşunu harda satmasını əyani olaraq göstərib, ifadəsində göstərdiyi xüsusatları bir daha orada təsdiq etmişdir. (bax: İV cild – i/v 111-113) İş materiallarında olan 01 ədəd diskə baxış keçirilən zaman müəyyən olunmuşdur ki, diskdə 1 ədəd “new recording” adlı audio yazıda iki şəxsin telefon danışığıdır. Həmin yazıda 1-ci danışan şəxs digərinə “Kamil” adı ilə səslənərək salam verir və özünün “Zaval” olduğunu bildirir. Onlar qarşılıqlı salamlaşdıqdan sonra 1-ci şəxs digərinə o gün zəng etdiyini, lakin cavab vermədiyini bildirir. Daha sonra 1-ci şəxs digərindən o gün götürdüyündən qalıb-qalmadığını soruşur, 2-ci şəxs isə yox deyərək bayaq 1 qram malı olduğunu, onu da itirdiyini və dəli olduğunu bildirir. 1-ci şəxs 2-ciyə 35 manata pulu olduğunu verə biləcəyini deyir. 2-ci şəxs isə yenidən 1 saat olar ki, itirdiyini bildirir. 1-ci şəxs olub-olmayacağını soruşduqda 2-ci şəxs telefon nömrəsini bildiyini və axşam xəbər edəcəyini bildirir. (bax: İİ cild – i/v 241-242) İş materiallarına əlavə edilmiş əməliyyat tapşırığına xx.xx.2023-cü il tarixli cavabdan görünür ki, faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs1 yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmışdır. Keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs1 yaşadığı Kürdəmir rayonu Ərşəli kənd ərazisində yerləşən yarımtikiliyə baxış keçirilən zaman aşkar edilmiş ümumi təmiz çəkisi - 0,142 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi - 12,09 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı hansı şəraitdə və hansı mənbədən əldə etməsini, həmçinin həqiqətəndə Təqsirləndirilən şəxs2 narkotik vasitə heroin və psixotrop maddə metamfetamin satıb-satmamasını müəyyən etmək üçün bir sıra əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı müəyyən olunmuşdur ki, həqiqətəndə xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Ərşəli kənd ərazisində narkotik vasitə heroini və psixotrop maddə metamfetamini 40 (qırx) manat müqabilində Təqsirləndirilən şəxs2 qanunsuz olaraq satmışdır. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni və psixotrop maddəni necə və hansı mənbədən əldə etməsini təsdiq edən və sübut kimi istifadə oluna bilən məlumatlar əldə edilməmişdir.(bax: İİ cild - i/v 236) Təqsirləndirilən şəxs2 müdafiəçisinin vəsatətinə əsasən "xxxx"MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, AZF/LGL-1859/24 saylı məktubdan görünür ki, "xxxx" MMC “Whats App” proqramı vasitəsi ilə göndərilmiş mətnlərə dair məlumatların təqdim edilməsi üçün texniki imkanın olmadığı gösrtərilmişdir. İş materialalrına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X22 daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-86/2023 nömrəli məktubdan görünür ki, Baxşiyev X14 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur, narkoloqun qeydiyyatında durur.(bax İ cild,iş vər 108) İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” X22 daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-222/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur.(bax İİ cild,iş vər,233) İş materialalrına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF X24 1 saylı Mərkəzi Aran regional filialından daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-1/2-40610/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 İİİ (üçüncü) dərəcəli əlilliyə görə sosial müavinət təyin edilmişdir.(bax İ cild,iş vər,112) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF X24 1 saylı Mərkəzi Aran regional filialından daxil olmuş xx.xx.2023-cü il tarixli 3-17-1/2-83466/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 əlilliyə görə əmək pensiyası və ya sosial müavinət ödənilmir.(bax İİ cild,iş vər,250) İş materialalrına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 barəsində sonuncu dəfə xx.xx.2021-ci il tarixdə Kürdəmir rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən 02 il 02 ay 02 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon məhkəməsinin qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. xx.xx.2022-ci il tarixdə cəza müddəti başa çatmışdır. Məhkumluğu ödənilməmişdir. (bax İ cild, iş vər 123-125) İş materialalrına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2011-ci il tarixdə Kürdəmir rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinə əsasən 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013-cü il tarixli Amnistiya qərarına əsasən cəzadan azad edilmişdir. (bax İİ cild, iş vər, 234-235) İş materialalrına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Karrar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 468 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində dörd azyaşlı uşaqları vardır. (bax İİ cild iş vər. 86) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Karrar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs1 adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax İİ cild vər. 234) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Karrar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 453 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində iki azyaşlı uşaqları vardır. (bax İİİ cild iş vər. 59) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Karrar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs4 adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax İİİ cild vər. 60) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Karrar kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs3 adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İH-i Kürdəmir rayon mənzil İstismar sahəsinin xx.xx.2023-cü il tarixli, 182 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 valideynləri ilə birlikdə yaşayır. (bax İ cild iş vər. 110) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İH-i Mənzil İstismar sahəsinin xx.xx.2023-cü il, 183 nömrəli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş İ cild vər. 111) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özlərini təqsirli bilmədiklərini göstərsələr də, iş üzrə dindirilmiş şahid ifadələri, habelə iş materialları ilə, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ibtidai istintaqda verdiyi ilk izahatı ilə sübut olundu ki, Təqsirləndirilən şəxs1 istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi - 0,552 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini və şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi - 12,09 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar usulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən ona məxsus torpaq sahəsindəki yarımtikilidə və üzərində saxlamış, həmin narkotik vasitə heroinin bir qismini yəni - 0,410 qram hissəsini xx.xx.2023-cü il tarixdə saat 18 radələrində yaşadığı Ərşəli kənd ərazisində tanışı Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs2 40 manata satmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 18:30 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində saxlanılaraq Kürdəmir RPŞ-na gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcənin sol ön yuxarı cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə, şəxsi istehlak miqdarından artıq miqdarda - 0.304 qram çəkidə kustar usulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüş, istintaq və əməliyyat axtarış tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı xx.xx.2023-cü il tarixdə saat 11:30 radələrində o, yaşadığı Ərşəli kəndi ərazisində yerləşən ona məxsus torpaq sahəsindəki yarımtikiliyə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair həmin tarixli qərar əsasında baxış keçirilərkən, giriş qapısının içəri tərəfinin üst hissəsindən 01 ədəd polietilen bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda - 11.98 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, həmçinin yarımtikilinin içərisində olan masanın üzərindən 01 ədəd gümüşü rəngli bükümdə şəxsi istehlak miqdarında - 0,11 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana və həmin masanın üstündə X4 üzərindən götürülmüş kustar usulla hazırlanmış narkotik vasitə heroinlə eyni tərkibli olan, şəxsi istehlak miqdarında - 0,142 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar olunaraq götürülmüşdür. Bundan başqa, o, özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə, həmçinin tamah niyyətlə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib tanışları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 2023-cü ilin yanvar ayının əvvəllərində saat 22 radələrində Kürdəmir rayonu Ərşəli kəndində yerləşən X1 məxsus evin həyətində yerləşən toyuq hininə qanunsuz daxil olaraq, 80 manat dəyərində 01 ədəd diri çəkisi 5 kq olan, dişi cinsli hind quşunu və 90 manat dəyərində 01 ədəd diri çəkisi 8 kq olan, erkək hind quşunu gizli şəkildə talayaraq Zərərçəkmiş şəxs2 170 manat maddi ziyan vurmaqla oğurluq cinayəti törətməyə təhrik etmişdir. Bundan başqa, o təkrarən, özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs3 2023-cü ilin mart ayının əvvəllərində saat 04 radələrində Kürdəmir rayonu Ərşəli kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus evin həyətində yerləşən tövləyə qanunsuz daxil olaraq 260 manat dəyərində 01 ədəd diri çəkisi 37-38 kq olan, erkək cinsli kiçik buynuzlu quzu heyvanını gizli şəkildə talayaraq Zərərçəkmiş şəxs1 260 manat maddi ziyan vurmaqla oğurluq cinayəti törətməyə təhrik etmişdir. Bundan başqa, o təkrarən, özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Kürdəmir rayonu Ərşəli kəndində yerləşən Zərərçəkmiş şəxs3 məxsus evin həyətində yerləşən tövləyə qanunsuz daxil olaraq oradan 250 manat dəyərində 01 ədəd diri çəkisi 30-35 kq olan, dişi cinsli kiçik buynuzlu quzu heyvanını gizli şəkildə talayaraq Zərərçəkmiş şəxs3 250 manat maddi ziyan vurmaqla oğurluq cinayəti törətməyə təhrik etmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 18 radələrində Kürdəmir rayonu Ərşəli kənd ərazisində tanışı Təqsirləndirilən şəxs1 40 manata satış məqsədi ilə qanunsuz olaraq - 0.410 qram narkotik vasitə olan heroin alaraq üzərində saxlayıb daşımış, xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Kürdəmir şəhəri, Koroğlu küçəsi ərazisində həmin narkotik vasitə heroinin bir qismini, yəni - 0.106 qram hissəsini 8 (səkkiz) manat müqabilində ünvan 4 ünvanında yaşayan X12 qanunsuz olaraq satmış, keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.2023-cü il tarixdə saat 17:00 radələrində X18 şəhəri ərazisində saxlanılaraq Kürdəmir RPŞ-yə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümündə - 0.106 qram çəkidə narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüş, istintaq və əməliyyat axtarış tədbirlərinin davamı olaraq keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı, xx.xx.2023-ci il tarixdə saat 18:30 radələrində Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir şəhəri ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərində keçirilən şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sol ön yuxarı cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi - 0.304 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülmüşdür. X20 ibtidai istintaqda verdiyi ilkin ifadəsində Famil İsgəndərovdan aldığı narkotik vasitən heroinin bir hissəsini özündə saxladığı, bir hissəsini isə 8 manat müqabilində Röyal Əhmədova satdığını bildirmişdir. Bununla bağlı Röyal Əhmədovun üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılması barədə videoçəkilişdə olan görüntülərdən görünür ki, Röyal Əhmədov 8 manat pul müqabilində narkotik vasitə olan heroini “Zaval” adlı şəxsdən yəni Aqil Baxşıyevdən aldığını göstərmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisinin vəsatətinə əsasən "xxxx"MMC-dən alınmış xx.xx.2024-cü il tarixli, AZF/LGL-1859/24 saylı məktuba əlavə edilmiş diskdəki telefon danışıqlarından görünür ki, Röyal Əhmədov istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsilə Aqilin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsilə qarşılıqlı olaraq xx.xx.2023-ci il tarixdə saat 16 radələrində zənglər etmişlər. Həmin zənglərin tarixinə və saatlarına diqqət etdikdə, Röyal Əhmədovun göstərdiyi kimi, xx.xx.2023-ci il tarixdə saat 16 radələrində Aqil Baxşıyevdən zəng edərək narkotik vasitə istədiyini bildirməsi öz təsdiqini tapır. Röyal Əhmədov şahid qismində dindirilərkən ifadəsində xx.xx.2023-ci il tarixdə saat 16 radələrində narkotik vasitə heroin almaq üçün Kürdəmir şəhər Koroğlu küçəsində yaşayan tanışı “zaval” ləqəbli Aqil adlı şəxsin yaşadığı evin qarşısına getmiş, özünün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsilə Aqilin istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək, ondan narkotik vasitə heroin istəmişdir. Göründüyü kimi, X25 Baxşıyevdən narkotik vasitə alması ifadəsi ilə yanaşı həmin vaxt qeydə alınmış telefon zəngləri ilə təsdiq olunur. Eyni zamanda Aqil Baxşıyevin məhkəmədə son söz söyləyərkən özünü Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməsi, onun narkotik vasitəni satmasını bir daha təsdiq edir. Röyal Əhmədovun məhkəmə istintaqında ibtidai istintaqdan fərqli olaraq ifadəsini dəyişməsini onun başqa iş üzrə həbs olmasını və hazırda həbsdə olması ilə izah etmək olar. Bundan əlavə Təqsirləndirilən şəxs1 Aqil Baxşıyevə narkotik vasitə satmadığını bildirsədə, lakin aralarında olan telefon danışıqlarından və RPŞ-nin CAB-nin əldə etdiyi telefon səs yazılarından məlum olur ki, X27 İskəndərovdan pul müqabilində narkotik vasitə istəmiş, Təqsirləndirilən şəxs1 isə onunla telefon əlaqəsi saxlayacağını bildirmişdir. Həmçinin Azərsell MMC-dən daxil olmuş 19 iyun 2023-ci il tarixli 13312 nömrəli məktuba əlavə edilmiş diskə baxış zamanı Təqsirləndirilən şəxs1 istifadəsində olmuş 050 -516-27-16 nömrəli möbil telefona daxil olmuş SMS mətnlərindən görünür ki, o, narkotik vasitələrin satışı ilə məşğuldur. (bax.iş.v.İİİ cild, 176-177) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon Məhkəməsinin xx.xx.2024-ci il tarixli Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında 4 (041)- 41/2023 saylı qərarından görünür ki, Aqil Baxşıyevə narkotik vasitəni pulsuz verdiyini göstərmişdir. Həmçinin, Təqsirləndirilən şəxs1 ibtidai istintaqda təqsirləndirilən şəxs qismində əlavə dindirilərkən ona Аzərbaycan Respublikası CM-nin 32.4-cü, 177.2.1, 32.4, 177.2.2, 32.4, 177.2.3 və 234.2-ci maddələri ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək özünü Аzərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini, ona məxsus Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən torpaq sahəsindəki yarımtikiliyə baxış keçirilərkən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın ona məxsus olmasını, narkotik vasitə heroinin isə ona məxsus olmamasını və Aqil Baxşıyevə narkotik vasitə və psixotrop maddə satmamasını bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 oğurluq etməyə təhrik etmədiyini, Təqsirləndirilən şəxs4 ona satdığı 1 baş quzu və 02 ədəd hind quşunun oğurluq olduğunu bilmədiyini, Zərərçəkmiş şəxs3 məxsus 01 baş quzunun isə onun daxmasına necə və kim tərəfindən qoyulmasından məlumatı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs1 məxsus Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən torpaq sahəsindəki yarımtikiliyə baxış keçirilərkən aşkar olunan narkotik vasitə qurudulmuş marixuananın çəkisinin şəxsi istehlak miqdarının yuxarı həddindən çox olması, Röyal Əhmədovun, Aqil Baxşıyevin və Təqsirləndirilən şəxs1 üzərlərindən aşkar edilmiş narkotik vasitə heroinlərin tərkiblərinə və xarici əlamətlərinə görə eynilik təşkil etməsi, həmin narkotik vasitələri satış məqsədilə əldə edib daşıyaraq saxlamasına və satmasına dəlalət etmişdir. Baxış keçirilərkən aşkar olunan narkotik vasitələr olan heroinin və qurudulmuş marixuananın və 01 baş quzunun Təqsirləndirilən şəxs1 tərəfindən oraya qoyulmaması faktı cinayət işi üzrə istintaq zamanı təsdiq olunmadığından onun ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edilməli və cinayət işinin materiallarına uyğun olmadığından qəbul edilməməlidir. Bununla məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduqları cinayət əməli şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq, onların göstərdikləri xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onların ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 32.4, 177.2.1, 32.4, 177.2.2, 32.4, 177.2.3 və 234.2, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 234.2, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif olunmuşdur. Onlar həmin maddələrlə təqsirlidir və onlara müvafiq olaraq təqsirləndirildikləri maddələrin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməlləri istintaq zamanı Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddəsin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 4 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9-cü bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikası CMin 177.2.1, 177.2.2 və 177.2.3-cü və Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında" 3 mart 2005-ci il tarixli 1 nömrəli qərarının 2-ci bəndinə əsasən, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Ali Məhkəmə Plenumunun qeyd olunan qərarının 19-cu bəndinə əsasən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. "Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq" anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qeyd olunan qərarının 20-21-ci bəndlərində göstərilmişdir ki, yaşayış sahəsi dedikdə yaşayış və qeyri yaşayış sahələri də daxil olmaqla mülkiyyət formasından asılı olmayaraq mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edərkən Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4, A.Ş.Baxşıyevin törətdikləri cinayət əməlini etiraf edib əməllərindən peşman olmalarını, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 himayələrində azyaşlı uşaqlarının olmasını, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 zərərçəkmiş şəxslərə vurduqları ziyanı ödəmələrini, barışmalarını və onlara qarşı şikayət və tələblərinin olmamasını, onların yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs2 İİİ qrup əlil olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onların cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, cinayət qanununun təqsirli bilindikləri maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzasını Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə azadlığın məhdudlaşdırılması cəzasını təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzalar AR CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamalı, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə edilməli və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülməlidir. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində profilaktiki qeydiyyatda olması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Ərşəli kəndində yerləşən evi gecə saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalı, onların üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan X8 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sol ön yuxarı cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə aşkar edilmiş heroinin ekspertiza tədqiqatından sonra – 0,224 qram qalığı və Təqsirləndirilən şəxs1 məxsus Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən torpaq sahəsindəki yarımtikiliyə baxış keçirilərkən, giriş qapısının içəri tərəfinin üst hissəsindən 01 ədəd polietilen bükümdə və yarımtikilinin içərisində olan masanın üzərindəki 01 ədəd gümüşü rəngli bükümün içərisində aşkar edilmiş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 12,05 qram qalığı, həmin masanın üzərindəki 01 ədəd kağız bükümdə heroinin ekspertiza tədqiqatından sonra – 0,092 qram qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilməli, Kürdəmir rayonu Ərşəli kənd sakini Zərərçəkmiş şəxs3 məxsus Təqsirləndirilən şəxs3 oğurladığı 01 baş quzunun Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs1 və X6 müştərək qaydada 248,7manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olmuşdur. xx.xx.2023-cü il tarixdən barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 18.40-da şübhəli şəxs kimi tutulmuş, Kürdəmir rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs3 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilərək saxlandığı Kürdəmir RPŞ MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs4 xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilərək saxlandığı Kürdəmir RPŞ MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2un cəza çəkməsinin başlanğıcı həbsə alındıqları gündən, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 isə cəza çəkmələrinin başlanığıcı cəzanı icra edən orqanda qeydiyyata alındıqları gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsnə əsasən cinayətlərin məcmuyuna cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs2 məhkəmə dövründə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs3 məhkəmə dövründə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi6, Təqsirləndirilən şəxs4 məhkəmə dövründə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi5 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişlər. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçilər vəkil Müdafiəçi4, vəkil Müdafiəçi6 və vəkil Müdafiəçi5 məhkəmədə iştirak edərək hər biri ayrı-ayrılıqda təqsirləndirilən şəxslərin hüquqlarının müdafisəinə ümumilkdə 70 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən hər iş saatı üçün 06 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 357, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1, 32.4, 177.2.2, 32.4, 177.2.3 və 234.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 177.2.1, 32.4, 177.2.2, 32.4, 177.2.3-cü maddələri ilə 2 il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə 3 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 3 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 həbsdə saxlanıldığı 4 ay 16 gün ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 3 il 4 ay 14 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı 15 mart 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbri seçilərək məhkəmə iclas zalından dərhal həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinsin və o, 3 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin başlanğıcı xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 ərazi narkoloji kabinetində profilaktiki qeydiyyatda olması nəzərə alınsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 həbsdə saxlanıldığı 2 gün ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 il 8 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Ərşəli kəndində yerləşən evi gecə saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs3 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 həbsdə saxlanıldığı 2 gün ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq 1 il 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Ərşəli kəndində yerləşən evi gecə saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs4 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan X8 üzərinə keçirilən şəxsi axtarış və götürmə zamanı əynində olan qara rəngli gödəkcənin sol ön yuxarı cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə aşkar edilmiş heroinin ekspertiza tədqiqatından sonra – 0,224 qram qalığı və Təqsirləndirilən şəxs1 məxsus Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən torpaq sahəsindəki yarımtikiliyə baxış keçirilərkən, giriş qapısının içəri tərəfinin üst hissəsindən 01 ədəd polietilen bükümdə və yarımtikilinin içərisində olan masanın üzərindəki 01 ədəd gümüşü rəngli bükümün içərisində aşkar edilmiş çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra – 12,05 qram qalığı, həmin masanın üzərindəki 01 ədəd kağız bükümdə heroinin ekspertiza tədqiqatından sonra – 0,092 qram qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 baş quzunun qanuni sahibi Kürdəmir rayonu Ərşəli kənd sakini Zərərçəkmiş şəxs3 təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və X6 müştərək qaydada 248,7 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Təqsirləndirilən şəxslərin məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 70 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi4, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi6, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi5 hər birinə 420(dörd yüz iyirmi) manat ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslərə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar