Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-6/2025 05.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Abşeron Rayon Vəki Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, X3 oğlununun iştirakları ilə, xx.xx.1985-ci ildə Bolqarıstan Respublikasında doğulmuş, Türkiyə Cumhuriyyətinin vətəndaşı, subay, ali təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 2-də müvəqqəti yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Belə ki, o, xx.xx.2023-cü il tarixdə saat 23:40 radələrində etibarnamə əsasında idarə etdiyi X8 adına olan “KİA OPTİMA” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonu, Atakişili kəndindən keçən 40-cı kilomterliyində İmişli rayonu istiqamətində hərəkətdə olarkən «X15» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunlara riayət etməyib, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq nəqliyyat vasitəsini tam dayandırma həddinə gətirməyib hərəkətini davam etdirərək həmin yolu soldan sağa doğru keçən piyada ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan vuraraq onun açıq kəllə-beyin travması, baş beynin əzilməsi ilə, alın, sağ gicgah və beyinəsası sümüklərin sınığı, sağ bazu, sağ bud-çanaq, sağ baldır sümüklərinin açıq sınıqları, qarnın açıq travması, bədən səthində çoxsaylı sıyrıqları ilə müşaiyət olunan dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri almaqla travmatik şok nəticəsində ölümünə, həmin yolun sağ kənarında dayanmış piyada Bərdə rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla yaşayan, xx.xx.1990-cı il təvəllüdlü Şahid1 vuraraq isə onun sağ pəncədə hematoma və sıyrıq, hərəkət məhdudluğu ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığa yüngül zərərvuran xəsarət almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadəsi, ekspertiza rəyləri, habelə işin tədqiq olunmuş digər halları ilə sübuta yetir. Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə Bakıdan təxmini olaraq saat 10 radələrində çıxmışdır. Saat 12 radələrində yol pis olduğundan 70-75 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmçinin yol hərəkətli və dalğalı olduğu üçün yüksək sürətlə hərəkət etməmişdir. Qarşıda avomobil dayanmış, həmin avtomobilin ön fara işıqları gözünə düşmüşdür. Dayanmış avtomobilin işıqları açıq olduğu üçün həmin avtomobilin gəlməsini, yoxsa getməsini anlaya bilməmişdir. O, sarı xəttin üstünə keçməmişdir, öz hərəkət yolunda olmuşdur. Yolunda düz hərəkətdə olduğu zaman piyadanı vurmuşdur. Həmin avtomobildə qəza işıqları açıq olamamışdır. Verilmiş suallara cavabında Təqsirləndirilən şəxs bildirmişdir ki, o, piyadanı ümumiyyətlə görməmişdir. O, sadəcə olaraq avtomobilin yanına yaxınlaşdıqda qaraltını görmüşdür. Bundan sonra hadisə baş vermişdir. Yolun eni 7-10 metr, idarə etdiyi avtomobilin sürəti isə 70-80 km/saat olmuşdur. O, on ildən çoxdur ki, Azərbaycanda yaşayır. Hazırda azərbaycanlı qadınla qeyri-rəsmi olaraq birgə yaşayır, lakin uşaqları yoxdur. Nikahlarını rəsmiləşdirmək üçün xx.xx.2025-ci il tarixdə müraciət etmişlər. Hadisədə onun təqsiri olmamışdır. Barəsində bəraət hökmü qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı tərcüməçi Şahid3 və müdafiəçisi X9 iştirakları ilə vermiş olduğu ifadəsində bildirmişdir ki, özünü Azərbaycan Respublikası CM-in 263.2-ci maddəsi ilə təqsirli bilir. O, ünvan 2 ünvanında tək yaşayır. xx.xx.2023-cü il tarixdə saat 21.30 radələrində Bakı şəhərindən etibarnamə əsasında idarə etdiyi “KİA Optima minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı Ağcabədi şəhərinə getmək üçün yola düşmüşdür. Saat 23.40 radələrində Kürdəmir rayonu Mollakənd kəndi istiqamətində hərəkətdə olarkən qarşıdakı avtomobilin işıqları gözünə düşdüyü üçün anidən avtomobilinin qarşısına seçə bilmədiyi muaniyə çıxmış və onu vurmuşdur. Avtomobilin ön şüşəsi sınmış və o, tormoz edərək avtomobili yolun sağında saxlamışdır. O, avtomobildən düşüb nə vurduğuna baxmaq üçün piyada geri gəldikdə, yerdə bir nəfər qadının cansız bədənini görmüşdür. Bir qədər irəlidə isə mübahisə edən 2 nəfərdən biri yolun sağındakı avtomobilə minərək onun istiqamətində dönmə hərəkətdi etmiş və avtomobili cansız bədənin yanında saxlamışdır. Həmin şəxs telefonla zəng edərək polisə məlumat vermiş və qısa müddət ərzində polis əməkdaşları gələrək hadisə yerini müayinə etmişlər. Hadisə Kürdəmir rayonu Mollakənd kəndi istiqamətində baş vermişdir. Yolun örtüyü asfalt və quru vəziyyətdə olmuşdur. Hadisə zamanı o, avtomobildə tək olmuşdur. Qarşıdan gələn avtomobilin işığı gözünə düşdüyü üçün, həmçinin hadisə çox ani bir zamanda baş verdiyi üçün o, hadisənin qarşısını almaq üçün heç bir hərəkət etməmişdir. O, həmin günü spirtli içki qəbul etməmişdir. O, Kürdəmir rayonundan Mollakənd kəndi istiqamətinə hərəkət etmişdir. Hadisə zamanı orada adlarını sonradan bildiyi Şahid2 və Şahid1 olmuşdur. Hadisə zamanı heç bir xəsarət almamışdır. Hadisə zamanı adını sonradan bildiyi Zərərçəkmiş şəxs vəfat etdiyini bilsə də, başqa kimin xəsarət almasını bilmir. Hadisə zamanı idarə etdiyi avtomobili 60 km/saat sürətlə hərəkət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X6 göstərmişdir ki, ünvan 1 ünvanında yaşayır. Mərhum anası Zərərçəkmiş şəxs 51 yaşı olmuş, lakin hər hansı bir xəstəliyi olmamışdır. O, anası ilə birlikdə yaşamışdır. xx.xx.2023-cü il tarixdə anası Natəvanın Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonu, Atakişili kəndindən keçən 40-cı kilomterliyində yol nəqliyyat hadisəsi nəticəsində ölməsi barədə ona məlumat verilmişdir. Bundan sonra ekspertiza keçirildikdən sonra ansını dəfn etmişlər. Onun və ailə üzvlərinin sürücü Təqsirləndirilən şəxs ilə heç bir düşmənçilik, qərəzli münasibətləri olmamışdır. Verilmiş suallara cavabında zərərçəkmiş şəxsin hüquqi varisi X6 göstərmişdir ki, Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə belə onu bağışlayır. Təqsirləndirilən şəxs ilə tam barışmışdır, dəymiş ziyan ona ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur və gələcəkdə də olmayacaqdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs Şahid1 göstərmişdir ki, mərhum Zərərçəkmiş şəxs onun iş yoldaşı olmuşdur. xx.xx.2023-cü il tarixdə mərhum Zərərçəkmiş şəxs ilə birlikdə Bakı şəhərindən malları götürüb evə yola çıxmışlar. Kürdəmirə çatmış, ordan dönüb Ağcabədi istiqamətinə hərəkətdə olmuşdur. Kürdəmir rayonu, Mollakənd istiqamətində, həmin yolu 10 kilometr qət etdikdən sonra saat 23:40 radələrində bir nəfər şəxsin sərxoş halda piyada hərəkət etdiyini görmüşdür. Həmin şəxs özünü avtomobilin qarşısına atmışdır. O, avtomobili ona vurmaqdan çəkərkən avtomobilin yan hissəsi ona dəymişdir. Avtomobili 4- 5 metr məsafə getdikdən sonra saxlamış və yerə düşmüşdür. Telefonun işığı ilə baxmış, görə bilmədiyi üçün avtomobili ilə geri qaytarmış, gəldiyi istiqamətin əks tərəfində maşını işlək və işıqları yanılı vəziyyətdə saxlamış, həm də qəza işıqlarını yandırmışdır. Mərhum Natəvana vurduğu adamın ölə biləcəyini və bundan da qorxa biləcəyini və bunun üçün də maşından düşməməsini demişdir. Özü isə isə gəldiyi istiqamətə keçmişdir. O, həmin şəxsə yaxınlaşıb yaxasından tutaraq yolun ortasında nə gəzdiyini və niyə özünü öldürmək istədiyini soruşmuşdur. Hər ikisi sarı xəttin üstündə dayanmışdır. Bu zaman 70-80 metr məsafədən işıq görünmüşdür. Mərhum onu adı ilə çağırmışdır. O da yolun kənarında mübahisə etdiyindən arxaya çevrilib baxa bilməmişdir. Amma hiss etmişdir ki, həmin an mərhum maşından düşmüşdür. Onun yolla gələn avtomobilin işığını görməsi və avtomobilin onlara çatması arasında 3-5 saniyə olmuşdur. Həmin zaman onun bir ayağı sarı xəttin üzərində, digər ayağı isə yolun ehtiyyat hissəsində olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs da avtomobildən düşüb iti addımlarla onlara tərəf gəlmişdir. Bu zaman 70-80 metr məsafədən gələn avtomobili görmüşdür. Onların dayandığı yerlə maşınının arasında 4-5 metr məsafə olardı. Mərhum maşının qarşısından keçdiyi zaman, avtomobilin onları vuracağını anlayıb özünün vurduğu adamı itələmişdir. Maşın onu və mərhum Natəvan Abdullayevi vurmuşdur. Verilmiş suallara cavabında Şahid1 həmçinin göstərmişdir ki, hadisə nəticəsində huşunu itirmişdir, ayıldıqdan sonra ayağının qanamasını görmüşdür. Daha sonra o mərhum Natəvanı çağırmış, lakin səsini eşitməmişdir. İlk növbədə öz avtomobilinə tərəf qaçmış, arxa qapını açmış və Natəvanın orada olmadığını görmüşdir. Sonra avtomobilinə əyləşib ondan 70-80 metr məsafədə yolun kənarında saxlayan Nurayın yanına getmişdir. O, ilk öncə piyada getmək istəmişdir, lakin ayağının vəziyətinin pis olduğunu görmüş, ona görə də avtomobilə əyləşib getmişdir. Hava qaranlıq olmuşdur. O, avtomobilini saatda 60-70 km sürətlə hərəkət etdirmişdir. Səbəb isə təzyiqinin olması və gözlərinin zəif görməsi olmuşdur. Özünün xəsarət almağı ilə bağlı heç bir şikayəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, o, Kürdəmir rayonu, Qocalı kəndində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə saat 19 radələrində həyat yoldaşı Elnarə, qızı Nazənin və oğlu Elcan ilə birlikdə Kürdəmir rayonu, Yenikənd kəndində yaşayan qayınanasının evinə gəlmişdir. O, evdə olarkən bir qədər içki içmişdir. O, həyat yoldaşı və uşaqlarını qayınanasının yaşadığı evdə qoymuş, piyada Kürdəmir rayonu, H.Əliyev prospektinə gəlmişdir. H.Əliyev prospektindən piyada öz evinə getmək üçün yola çıxmışdır. Kürdəmir rayonu, Atakişili ərazisində yolun kənarı ilə piyada hərəkətdə olan zaman anidən sol nahiyəsindən bir avtomobil onu vurub yerə yıxmışdır. Avtomobil bir qədər irəlidə saxlamışdır və sürücüsü yerə düşərək ona “əmi nə oldu” deyə səslənmişdir. Bundan sonra o, huşunu itirmişdir. O, özünə gəldikdə ətrafda xeyli insan toplaşdığını və yerdə bir nəfər qadının cansız bədənini görmüşdür. Verilmiş suallara cavabında Şahid2 həmçinin göstərmişdir ki, qaynanasıgildən, yəni Yenikənd kəndindən 4 yola qədər piyada gəlmişdir. Yaşadığı evə, Qocalı kəndinə getmək istəmişdir. İpək yolunu keçmiş, Mollakənd ərazisinə tərəf, yolun sağ ehtiyyat hissəsi ilə getmişdir. Həmin vaxt qış ayı və gecə 12 radələri olmuşdur. Hadisə nəticəsində o, huşunu itirmişdir. Ayılanda polis əməkdaşlarını görmüşdür. Onlar ona hadisə olduğunu dedikləri zamana kimi onun hadisə olduğundan xəbəri olmamışdır. Hadisə günü o, qaynanasıgilə getməzdən əvvəl evdən içkili vəziyyətdə çıxmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, 3 ilə yaxındır ki, işləri ilə əlaqədar olaraq Kürdəmirə gəlib-getmişdir. İstintaqın rəisi Elşən Mürsəliyevlə Bakıda işləyəndə tanış olmuşdur. Tez-tez işi ilə əlaqədar olaraq onunla görüşmüşdür. Tərcümə işləri lazım olduqda ona köməklik etmişdir. Dekabrın 2-si gecəsi Elşən Mürsəliyev ona zəng edərək, tərcüməçiyə ehtiyacı olduğunu bildirmişdir. Onlar Xırdalan rayonunda yerləşən 5 №-li məktəbin yanında görüşmüş, birlikdə Kürdəmir RPŞ-nə gəlmişlər. O, içəri girəndə Təqsirləndirilən şəxs Azəbaycan dilində mükəmməl danışdığını görmüşdür. O, Elşən müəllimə “bəs mənə demişdiz xarici vətandaşdı. Amma yaxşı Azərbaycan dilində danışır” demişdir. Elşən müəllim də ona “xarici vətəndaşdı, amma Azərbaycanda uzun illər yaşayıb deyə yaxşı bilir” demişdir. Hətta Təqsirləndirilən şəxs özü ifadəsində Azərbaycan dilində yaxşı danışdığını bildirmişdir. Sonra Elşən müəllim onları tanış etmiş və otağına getmişdir. Təqsirləndirilən şəxs ifadəsin vermiş, o da imzalamışdır. Sonra Elşən müəllim onu evinə aparmışdır. Yenidən Elşən müəllim martın 28-29-u zəng edərək tərcüməçiyə ehtiyacı olduğunu demiş və onu gəlib olduğu yerdən götürmüşdür. Təqsirləndirilən şəxs qismində cəlb edilməsi ilə bağlı ifadəsini vemiş, daha sonra imzalamışdır. Sonuncu dəfə isə mayın 6-sında vəkil Əli müəllim də gəlmişdir. Verilmiş suallara cavabında Şahid3 göstərmişdir ki, Elşən Mürsəliyevlə ortaq dostları vasitəsi ilə münasibətləri yaranmışdır. İl ərzində 3-4 dəfə işdən əlavə də görüşmüşlər. Elşən ona zəng vurmuş, bir neçə dəqiqə sonra isə Xırdalanda 5 saylı məktəbin yanından onu götürmüşdür. Onlar Kürdəmir RPŞ-nə çatdıqda Təqsirləndirilən şəxs başqa otaqda 4-5 nəfər də tanımadığı şəxslər olmuşdur. O, əvvəllər də Kürdəmir rayonuna iş ilə bağlı gəlmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanılması və icraata götürülməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işinin başlanılmış, iş icraata qəbul edilmişdir (i.v. 1); xx.xx.2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Ağsu-Kürdəmir-İmişli yolunun Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən 40-cı km-liyində yerləşir. Hadisə yerində şərti ölçülər avtomobilin İmişli rayonu istiqamətində götürülərək aparılmışdır. Hadisə yerinə qaranlıq vaxtı süni işıq altında, quru və aydın hava şəraitində baxış keçirilmişdir. Hadisə baş verən yerdə nəqliyyat vasitələrinin hərəkət sürəti 60 km/saata qədərdir, belə ki, hadisə baş verən ərazi 60 km/saat sürətlə olan 3.24 yol nişanın təsiri altına düşür. Hadisə yerində müşahidə kamerası yoxdur. Yol iki tərəflidir, 2 zolaqdan ibarətdir, istiqamət zolaqları biri-birindən ağ qırıq-qırıq xətlə ayrılmışdır. Yolun sağ və sol tərəfində 2.5 metr ölçüdə ehtiyat hissələri vardır, yolun ümumi eni 9.1 metrdir. Asfalt üzərində lak, boya, qan və detal qırıntıları, eləcə də digər izlər aşkar olunmuşdur (i.v 4-16); xx.xx.2024-cü il tarixli 408 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs hadisə vaxtı ayıq olmuşdur (i.v 19); xx.xx.2024-cü il tarixli 409 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şahid1 hadisə vaxtı vaxtı ayıq olmuşdur (i.v 20); xx.xx.2024-cü il tarixli 410 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şahid2 hadisə vaxtı yüngül dərəcədə sərxoş olmuşdur (i.v 21); Təqsirləndirilən şəxs BC 759969 seriyalı “B” kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, onun sürücülük hüququ vardır və sürücülük huququndan məhrum edilməmişdir (xx.xx.2023-xx.xx.2024) (i.v 33); Cinayət işinə əlavə olunmuş AE № 003925 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “KİA OPTİMA MİNİK” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 4 ünvanında yaşayan X12 məxsusdur, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, Təqsirləndirilən şəxs nəqliyyat vasitəsini idarə etmək, eləcə də onun üzərində sərəncam vermək hüququ vardır (i.v 34, 38); Şahid1 AC 920365 seriyalı “BC” kateqoriyalı sürücülük vəsiqəsindən görünür ki, onun avtomobil idarə etmək hüququ vardır və sürücülük hüququnda məhrum edilməmişdir (i.v 45); AD № 702897 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “MİTSUBİSHİ PAJERO-İO MİNİK” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobil ünvan 5 ünvanında yaşayan X10 məxsusdur, xx.xx.2023-cü il tarixli nəqliyyat vasitəsinə sərəncam verilməsinə dair etibarnamədən görünür ki, Şahid1 nəqliyyat vasitəsini idarə etmək, eləcə də onun üzərində sərəncam vermək hüququ vardır (i.v 46-47); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X6 iş üzrə Zərərçəkmiş şəxs hüquqi varisi qismində tanınmışdır (i.v 95); xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi “KİA Optima minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobildə quraşdırılmış “Podofo” markalı video qeydiyyat aparatından götürülmüş xx.xx.2023-cü il tarixdə Ağsu-Kürdəmir- İmişli yolunun Kürdəmir rayonu Atakişili kəndi ərazisindən keçən 40-cı km-liyində baş vermiş yol nəqliyyat hadisəsi zamanı qeydə alınmış videogörüntünün köçürüldüyü DVD markalı diskin işin hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan iş üzrə maddi sübut kimi tanınmış və DVD markalı disk cinayət işində saxlanmışdır (i.v 103-104); Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 4401 K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan afetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (i.v 110-113); Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 4401 A/K saylı rəyindən görünür ki, Şahid1 götürülmüş qan nümunəsinin tərkibində metil, etil, propil, butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenilalkilamin qrupuna aid olan afetamin və metamfetamin, fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi (i.v 114-116); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 43 nömrəli rəyində göstərilmişdir ki, X2 meyitinin xarici və daxili müayinəsi zamanı aşkar olunan xəsarətlər – açıq kəllə-beyin travması, baş beyinin əzilməsi ilə, alın, sağ gicgah və beyinəsası sümüklərin sınığı, sağ bazu, sağ bud-çanaq, sağ baldır sümüklərinin açıq sınıqları, qarnın açıq travması, bədən səthində çoxsaylı sıyrıqlar - küt əşya təsirindən törənmiş, həyatidir, xx.xx.2023-cü il tarixdə hərəkətdə olan minik avtomobilinin piyadanı vurması nəticəsində əmələ gələ bilərdi və ağırlıq dərəcəsinə görə, canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmanın əlamətlərinə aid edilir. X1 ölümünə səbəb yuxarıda qeyd olunan xəsarətlər nəticəsində baş vermiş travmatik şok olmuşdur. İlkin meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən ölüm meyit müayinə olunandan 10-12 saat əvvəl baş vermişdir (i.v 117-120); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 592 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthində heç bir xəsarət aşkar olunmadı (i.v 121-122); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 596 nömrəli rəyində göstərilmişdir ki, Şahid2 bədən səthində heç bir xəsarət aşkar olunmadı (i.v 123-124); Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 591 nömrəli rəyində göstərilmişdir ki, Şahid1 bədən səthində aşkar olunan xəsarətlər – sağ pəncədə hematoma və sıyrıq, hərəkət məhdudluğu - küt əşya təsirindən törənmiş, xx.xx.2023-cü il tarixdə yolnəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdi. – Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir (i.v 132-134); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v 135); Əməliyyat tapşırığına verilmiş xx.xx.2024-cü il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23:40 radələrində etibarnamə əsasında idarə etdiyi X8 adına olan “KİA OPTİMA” minik markalı, **-DY-*** dövlat qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-İmişli avtomobil yolunun Kürdəmir rayonu, Atakişili kəndindən keçən 40-cı kilomterliyində piyada xx.xx.1972-ci il təvəllüdlü Zərərçəkmiş şəxs və piyada xx.xx.1990-cı il təvəllüdlü Şahid1 vurmuşdur. Zərərçəkmiş şəxs hadisə yerində vəfat etmişdir. Hadisə zamanı avtomobildə Təqsirləndirilən şəxs tək olmuşdur. Hadisəni həmin zaman piyada Şahid1 və piyada Şahid2 görmüşlər (i.v 136); Kürdəmir RPŞ-nin DYPB-dən daxil olmuş xx.xx.2024-cü il tarixli məktubda qeyd olunmuşdur ki, DİN-nin BDYPİ-nin mərkəzi məlumat sistemində yoxlanılarkən, Təqsirləndirilən şəxs avtomobil idarə etmək üçün xx.xx.2024-cü il tarixədək etbarlıq müddəti olan, "B" dərəcəli BC 759969 nömrəli sürücülük vəsiqəsinin olması, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmaması, həmçinin onun “KİA OPTİMA” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsinin olması və həmin avtomobilin ünvan 4 ünvanında qeydiyyatda olan X12 məxsus olması müəyyən olunmuşdur. Bundan başqa, Şahid1 avtomobil idarə etmək üçün xx.xx.2029-cu il tarixədək etbarlıq müddəti olan, "BC" dərəcəli AC 920365 nömrəli sürücülük vəsiqəsinin olması, onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmaması, həmçinin onun “Mitsubishi Pajero-İO minik” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etmək üçün etibarnaməsinin olması və həmin avtomobilin ünvan 5 ünvanında qeydiyyatda olan X10 məxsus olması müəyyən olunmuşdur (i.v 138); Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/635 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlardan görünür ki,
1. Kia Optima markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “X15” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur.
2. Sürücü Abbasov X7 Pajero İO markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobili hərəkəti istiqamətində yol çiyni olduğu vəziyyətdə yolun hərəkət hissəsində dayandırdığından onun hərəkətlərində “X15” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı Mitsubishi Pajero İO markalı avtomobil hadisə iştirakçısı olmadığından sürücü Şahid1 hərəkətlərində “X15” Azərbaycan Respublikasının Qanununun 52-ci maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən olunması üçün xüsusi texniki bilik tələb olunmadığından yol-nəqliyyat hadisələri ekspertinin səlahiyyətlərinə aid deyil. Hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və məhkəmə tərəfindən qiymətləndirilə bilər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (yüz iyirmi səkkiz) manat təşkil edir (i.v 139-142); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şahid1 iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v 146-147); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir (i.v 162); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i.v 196-198); xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məxsus və yolnəqliyyat hadisəsi törətdiyi “KİA Optima minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınaraq və saxlanılması üçün sonuncuya qaytarılmışdır (i.v 86, 200-201); Zərərçəkmiş şəxs hüquqi varisi X6 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində anası Zərərçəkmiş şəxs ölməsi ilə bağlı Şahid1 və heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir (i.v 202); Zərərçəkmiş şəxs hüquqi varisi X6 xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2023-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində anası Zərərçəkmiş şəxs ölməsi ilə bağlı sürücü Təqsirləndirilən şəxs və heç bir şikayət və tələblərinin olmadığını bildirmişdir (i.v 206); xx.xx.2024-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istintaqa təqdim edilmiş videogörüntü xx.xx.2023-cü il tarixdə saat 23:35:50-də başlayır, saat 23:39:41-də bitir. Videogörüntü ümumilikdə 3 dəqiqə 51 saniyə davam edir və diskə baxış xususi proqramlar vasitəsi ilə, yəni diskin sürət dövrüyyəsi 0,5 qədər azaldılaraq, diskin görüntüsü bir qədər işıqlandırmaqla baxış keçirilməyə başlanmışdır. Həmçinin videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, İmişli rayonu istiqamətinə doğru hərəkətdə olan avtomobil Türkiyə Respublikası vətəndaşı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “KİA Optima minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Əks istiqamətdə dayanan işqları yanmış vəziyyətdə olan avtomobil isə Bərdə rayonu Qaradağlı kəndində yaşayan Şahid1 idarə etdiyi “Mitsubishi-Pajero-İO” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobildir. Təqsirləndirilən şəxs saat 23:39:29-da həmin qarşıdakı avtomobilə uzaqvuran işığını yandırıb söndürür, saat 23:39:34-də qarşıdakı avtomobilin öncə sağ, sonra isə sol işığın (qabaq faraların) qarşışından piyada keçir və saat 23:39:36-da hadisə baş verərək piyadanı hərəkət zolağının İmişli rayonu istiqamətində təxminən yolun ortasında avtomobil tərəfindən vurulması əks olunur. Baxış zamanı müəyyən olunmuşdur ki, piyada yolun Kürdəmir rayonu istiqamətində dayanan “Mitsubishi-Pajero-İO” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sağ işığının qarşından keçərkən İmişli rayonu istiqamətinə doğru hərəkətdə olan avtomobil Təqsirləndirilən şəxs idarə etdiyi “KİA Optima minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadanın vurulma yerinə qədər yolun ortasında olan 5 ədəd ağ qırıq-qırıq xətti və ağ qırıq-qırıq xətlərin arasında yerləşən 6 ədəd boş asfalt örtüklü ərazini qət edib, növbəti 6-cı ağ qırıq-qırıq xəttin başlanğıcında piyada təxminən yolun orta nahiyəsində olarkən avtomobil tərəfindən vurulması əks olunmuşdur (i.v 203); xx.xx.2024-cü il tarixli “hadisə yerinə əlavə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istintaqa təqdim etdiyi görüntüyə əsasən müqasiyəli şəkildə hadisə yerinə əlavə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs etibarnamə əsasında idarə etdiyi “KİA Optima minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağsu-Kürdəmir-İmişli yolu ilə İmişli rayonu istiqamətinə doğru hərəkətdə olarkən piyadanın əks istiqamətdə dayanan işqları yanmış vəziyyətdə olan “Mitsubishi Pajero-İO” minik markalı avtomobilin qabaq sağ işığının (farasının) qarşından keçərkən, Təqsirləndirilən şəxs idarə etdiyi “KİA Optima minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin vurulma yerinə qədər yolun ortasında olan 5 ədəd 1.7 üfüqi nişanlanma olan ağ qırıq-qırıq xətləri və ağ qırıq-qırıq xətlərin arasında yerləşən 6 ədəd boş asfalt örtüklü ərazini qət etməsi müəyyən olunmuşdur. Həmin məsafə diskdə olan görüntülərlə müasiyəli şəkildə ölçüldükdə 69 metr olması müəyyən edilmişdir. Belə ki, protokol tərtib olunarkən müəyyən olunur ki, “KİA Optima minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkəti üçün təhlükə yaranan anda, yəni piyada əks istiqamətdə dayanan işıqları yanmış vəziyyətdə olan “Mitsubishi Pajeri-İO” minik markalı avtomobilin qabağ sağ farasının qarşısından keçərkən, “KİA Optima minik” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobil piyadanın vurulma yerindən 69 metr ara məsafəsində olmuş, həmin məsafəni 2 saniyyə ərzində qət etmiş və piyada yolun təxminən orta hissəsində vurulmuşdur (i.v 208-211); Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin miqrasiya proseslərinin təhlili və informasiya təminatı baş idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Türkiyə Respublikasının vətəndaşı, xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Dövlət Miqrasiya Xidmətində daimi yaşama ilə bağlı müraciəti qeydə alınmamışdır. Təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətinə əsasən təyin edilərək keçirilmiş və alınıb iş materiallarına əlavə edilmiş kompleks video-texniki və əlavə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/2923-4/1647 nömrəli ekspert rəyindən görünür ki: 1.2.5.”MOVİ6644” adlı vieoyazıdakı görüntülərdə piyadaların yolu küçməyə başladığı kadrları müəyyən etmək mümkün olmadığından “KİA OPTİMA markalı avtomobilin hərəkət istiqamətində piyadanın yolu soldan sağa keçməsi zamanəı sərf etdiyi vaxt,qət etdiyi məsafəni və həmin andan “Kia Optima” markalı,**-DY-*** dövlət qeydiyat nişanlı avtomobilin piyadanı vurduğu yerdən hansı ara məsafəsində olmasını müəyyən etmək mümkün olmamışdır.
3. Ekspertizaya təqdim olunmuş “MOVİ6644” adlı videoyazıya görə “KİA OPTİMA” markalı avtomobilin tədqiqi hissədə qeyd olunan S=60 m məsafədə orta sürəti Vor=105 km/saat olmuşdur. 4.”MOVİ6644” adı videoyazıya görə piyada “Mitsubishi Pajero-İO” markalı avtomobilin sağ farasının qarşısından keçdiyi andan “KİA OPTİMA” markalı avtomobillə vurduğu ana kimi t=2.228 san,”Mitsubishi Pajero-İO” markal avtomobilin sol farasının qarşısından keçdiyi andan “KİA OPTİMA” markalı avtomobillə vurduğu ana kimi isə t=1.166 san vaxt keçmişdir. 6.”MOVİ6644” adlı videoyazıya görə piyadanın “Mitsubishi Pajero-İO” markalı avtomobilin sağ farasıın önündən keçdiyi andan piyadanın vrulmasına kimi “KİA OPTİMA” markalıavtomobilin 5 qırıq xətt və qırıq xəttlər arasındakı məsafənin 5 misli qədər,əlavə olaraq qırıq xətt arasındakıməsafənin 5/8 hissəsi qədər məsafə (9X5/8=5.625 metr) qət etmişdir.Yəni “kia optima” markalı avtomobil piyadanın “Mitsubishi Pajero-İO” markalı avtomobilin sağ farasının önndən keçdiyini andan piyadanı vurana kimi 65.6 m məsafə qət etmişdir. 7.8.”KİA OPTİMA” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin surucüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “X15” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24”Maksimum sürətin məhdudlaşdırılması”yol nişanı), 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “X15” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlalaşdırılması” yol nişanı) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 250 (iki yüz əlli) manat təşkil edir; Təqsirləndirlən şəxsin müdafiəçisi tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli fəxri fərmandan görünür ki, “Atena Aqro MMC” şirkətinin texniki rəhbəri Təqsirləndirilən şəxs işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün aparılan döyüş fəaliyyətləri dövründə göstərdiyi texniki dəstəyə görə “N” saylı hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif edilmişdir; Zərərçəkmiş şəxsin hüquqi varisi X6 və zərərçəkmiş şəxs Şahid1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizələrdən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını, onunla barışdığını və dəymiş ziyanın ödənildiyini bildirmişlər; Məhkəmə, Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsinə dair ifadəsinə tənqidi yanaşır və hesab edir ki, Təqsirləndirilən şəxs bu ifadələri cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi iş üzrə toplanmış sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/635 saylı rəyində göstərilmişdir ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlardan görünür ki, Kia Optima markalı, ** DY *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “X15” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Eyni zamanda, təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətinə əsasən təyin edilərək keçirilmiş kompleks video-texniki və əlavə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/2923-4/1647 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş “MOVİ6644” adlı videoyazıya görə “KİA OPTİMA” markalı avtomobilin tədqiqi hissədə qeyd olunan S=60 m məsafədə orta sürəti Vor=105 km/saat olmuşdur. ”MOVİ6644” adı videoyazıya görə piyada “Mitsubishi Pajero-İO” markalı avtomobilin sağ farasının qarşısından keçdiyi andan “KİA OPTİMA” markalı avtomobillə vurduğu ana kimi t=2.228 san,”Mitsubishi Pajero- İO” markal avtomobilin sol farasının qarşısından keçdiyi andan “KİA OPTİMA” markalı avtomobillə vurduğu ana kimi isə t=1.166 san vaxt keçmişdir. ”MOVİ6644” adlı videoyazıya görə piyadanın “Mitsubishi Pajero-İO” markalı avtomobilin sağ farasıın önündən keçdiyi andan piyadanın vrulmasına kimi “KİA OPTİMA” markalı avtomobilin 5 qırıq xətt və qırıq xəttlər arasındakı məsafənin 5 misli qədər, əlavə olaraq qırıq xətt arasındakı məsafənin 5/8 hissəsi qədər məsafə (9X5/8=5.625 metr) qət etmişdir. Yəni “kia optima” markalı avtomobil piyadanın “Mitsubishi Pajero-İO” markalı avtomobilin sağ farasının önündən keçdiyi andan piyadanı vurana kimi 65.6 m məsafə qət etmişdir. ”KİA OPTİMA” markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə “X15” Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24”Maksimum sürətin məhdudlaşdırılması”yol nişanı), 50-ci maddənin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş, həmin maddələrin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “X15” Azərbaycan Respublikası Qanunun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlalaşdırılması” yol nişanı) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Kompleks video-texniki və əlavə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/2923-4/1647 nömrəli rəyinin təsviri hissəsində qeyd edilir ki, videoyazıya görə «KİA OPTİMA» markalı avtomobilin sürətinin müəyyən olunması üzrə tədqiqatda məsafə 1(041) -75/2024 saylı cinayət işinin 1-ci cildinin 211-ci vərəqindəki hadisə yerinə baxış protokoluna əlavə olunmuş ölçmələr sxemindən, zaman isə “Kinovea” proqram təminatının “saniyəölçən” funksiyasından istifadə etməklə əldə olunmuşdur. Sxemdə «KİA OPTİMA» markalı avtomobilin hərəkəti istiqamətində yolun ortasında olan ağ qırıq xəttlərin uzunluğunun 3 metr, ağ qırıq xəttlər arasında olan asfalt örtüklü hissənin uzunluğunun isə 9 metr olduğu göstərilmişdir. Aparılmış tədqiqatlar nəticəsində «KİA OPTİMA» markalı avtomobilin hadisə yerinə çatmamış, hərəkəti istiqamətində solda, yolun ortasında olan üfüqi 5 ədəd ağ nişanlama xəttini və ağ xəttlər arasında 5 ədəd asfalt örtüklü məsafəni t=2,05 san müddətində qət etdiyi müəyyən olunmuşdur. Yəni, «KİA OPTİMA» markalı avtomobilin S=60 m məsafəni t=2,05 san müddətində qət etdiyi müəyyən olunmuşdur. Qeyd olunanlar nəzərə alındıqda «KİA OPTİMA» markalı avtomobilin göstərilən məsafədə orta sürəti üçün Vor=S/t=60 m:2,05 san=29,26m/san=105,3km/saat≈105 km/saat alınır. “MOVİ6644” adlı videoyazıdakı görüntülərin vizual analizi piyadanın videoyazının 6527-ci kadrında (00:03:43.693-cü san) “Mitsubishi Pajero-İO” markalı avtomobilin sağ farasından düşən işıq şüalarının kəskin dəyişməsi piyadanın faranın önündən keçdiyi, videoyazının 6558-ci kadrında (00:03:44.755-ci san) “Mitsubishi Pajero-İO” markalı avtomobilin sol farasının önündən keçdiyi və videoyazının 6592-ci kadrında (00:03:45.921-ci san) «KİA OPTİMA» markalı avtomobil tərəfindən vurulduğunu göstərmişdir. Beləliklə aparılmış tədqiqatlardan müəyyən oldu ki, piyada (Zərərçəkmiş şəxs) “Mitsubishi Pajero-İO” markalı avtomobilin sağ farasının qarşısından keçdiyi andan «KİA OPTİMA» markalı avtomobillə vurulduğu ana kimi t=2,228 san vaxt keçmişdir. “Mitsubishi Pajero-İO” markalı avtomobilin sol farasının qarşısından keçdiyi andan «KİA OPTİMA» markalı avtomobillə vurulduğu ana kimi t=1,166 san vaxt keçmişdir. Aparılmış tədqiqatlar videoyazının 6527-ci kadrında (00:03:43.693-cü san) piyadanın “Mitsubishi Pajero-İO” markalı avtomobilin sağ farasının önündən keçdiyini göstərmişdir. Həmin andan piyadanın vurulmasına kimi «KİA OPTİMA» markalı avtomobil 5 qırıq xətt və qırıq xəttlər arasındakı məsafənin 5 misli qədər (ağ xəttlər arasında 5 ədəd asfalt örtüklü məsafə), əlavə olaraq qırıq xətt arasındakı məsafənin 5/8 qədər məsafə (9X5/8 = 5,625 metr) qət etmişdir. Yəni, «KİA OPTİMA» markalı avtomobil piyadanın “Mitsubishi Pajero-İO” markalı avtomobilin sağ farasının önündən keçdiyi andan piyadanı vurana kimi 65,6 m məsafə qət etmişdir. Göründüyü kimi hərəkət üçün təhlükə yaranan anda nəqliyyat vasitəsinin sürücüsü “X15” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalıdır. Həmin maddənin tələblərinə əsasən sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməlidir. Sürücü nəqliyyat vasitəsini hadisə baş verən sahədə icazə veriləndən artıq sürətlə hərəkət etdirdiyindən, onun hərəkətlərində “X15” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Həmin maddənin tələblərinə əsasən qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud onları ləğv edir. (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanının tələblərinə əsasən nəqliyyat vasitələri nişanda göstərilən sürətdən çox olmayan sürətlə hərəkət etməlidirlər). Hadisə baş verən sahədə icazə verilən hərəkət sürətə uyğun nəqliyyat vasitəsinin tam dayanma yolu piyada vurulana qədər qət etdiyi məsafəni keçməyə başladığı anda faktiki sürətə uyğun onun hadisə yerindən ola biləcəyi məsafəsindən kiçik olduğundan (Sd.i<Sa), nəqliyyat vasitəsinin sürücüsünün hərəkətlərində “X15” Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı) tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. Ona görə də sürücünün hərəkətlərində “X15” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «Maksimum sürətin məhdudlaşdırılması» yol nişanı) tələblərinə uyğunsuzluq olmuş və həmin maddələrin tələblərinə riayət etməklə sürücünün hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Beləliklə məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/635 saylı və təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatətinə əsasən təyin edilərək keçirilmiş kompleks video-texniki və əlavə yol nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli, 8/2923-4/1647 nömrəli rəylərində Təqsirləndirilən şəxs hərəkətlərində «X15» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olduğu və onun hadisənin qarşısını almağa texniki imkanı olduğu qeyd edilmişdir. Məhkəmə hesab edir ki, müdafiə tərəfinin özünün hadisə yerinin sxemini dəyişərək məhkəməyə təqdim etdiyi, lakin iş materiallarına uyğun olmayan hadisə yerinin mexanizmi, bir məqsədə- yəni təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən yayındırmağa yönəlmişdir. Lakin təqsirləndirilən şəxsin öz avtomobilində quraşdırılmış və istintaq orqanına özü tərəfindən təqdim edilmiş video görüntülər hadisənin birbaşa və obyektiv şəkildə əks etdirməsi ilə onun sürət həddini aşdığını sübut edir. Həmçinin, müdafiə tərəfinin təşəbbüsü ilə bu video görüntülər əsasında təyin edilmiş və alınaraq iş materiallarına əlavə edilmiş kompleks video-texniki və əlavə yol nəqliyyat hadisələri ekspertizasının rəyləri müdafiə tərəfinin təqdim etdiyi sxemə və mexanizmə uyğun gəlmir, yəni hadisənin baş verməsinin müdafiə tərəfinin iddia etdiyi kimi deyil, məhz videomaterialda göstərildiyi kimi baş verdiyini təsdiq edir. Beləliklə video sübutun etibarlılığı müdafiə tərəfinin arqumentllərini üstələyir. Qeyd olunmalıdır ki, təqsirləndirilən şəxsin öz avtomobilində quraşdırılmış aparatda qeydə alınmış və istintaq orqanına təqdim edilmiş video görüntülər işin tam, hərtərəfli və obyektiv araşdırılması üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “Yol-nəqliyyat hadisələri ilə əlaqədar təhlükəsizlik tədbirlərinin gücləndirilməsi və yol hərəkətinin tənzimlənməsi sahəsində idarəetmənin şəffaflığının artırılması ilə bağlı tədbirlər haqqında” 26 dekabr 2012-ci il tarixli Sərəncamının 3.4-ci bəndində göstərilir ki, yol-nəqliyyat hadisəsinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altındadırsa, həmin hadisədən dərhal sonra müvafiq görüntülərin elektron daşıyıcıda təhqiqat və ya istintaq materiallarına əlavə edilməsini təmin edilməlidir. Bundan əlavə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 12-ci bəndinə əsasən yol-nəqliyyat hadisələri videomüşahidə vasitələri ilə qeydə alındıqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Göründüyü kimi, Təqsirləndirilən şəxs öz avtomobilində quraşdırdığı aparatda qeydə alınmış və istintaq orqanına təqdim edilmiş video görüntülər kompleks ekspertizaya təqdim edilməklə, yol nəqliyyat hadisəsinin necə baş verməsi, yol şəraiti, yol hərəkəti iştirakçılarının baş vermiş hadisədə iştirakları, sürücünün avtomobili idarə etməsi, hava şəraiti, hadisə yerində olan nəqliyyat vasitələrinin vəziyyəti, yol nişanları, hadisənin baş verməsi anı ekspertlər tərəfindən müqayisəli şəkildə, iş materialları ilə ətraflı təhlil edilmiş, Təqsirləndirilən şəxsın hadisənin qarşısını almağa texniki imkanı olduğu və onun hərəkətlərində “X15” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğunsuzluq olması sübut olunmuşdur. Məhkəmə qeyd edir ki, şahid ifadələri, əməliyyat tapşırığına cavab, məhkəməkimyəvi, məhkəmə-tibbi və məhkəmə yol-nəqliyyat hadisələri ekspertizalarının rəyləri, alınmış ifadələr, hadisə yerinə baxış protokolu, hadisə yerinin sxemi, baxış keçirilməsi və götürmə haqqında protokol və yol-nəqliyyat hadisəsinin əks olunduğu 01 ədəd DVD disk ilə Təqsirləndirilən şəxs hadisəni törətməsi bir daha sübut olunmuş, Təqsirləndirilən şəxs tərəfindən ittiham olunan cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Onun öz müdafiəsi üçün gətirdiyi dəlillər törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edilmiş və cinayət işinin materiallarına uyğun olmamışdır. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə əsasən bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 52.1. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Bir ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına və ya azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə bu Məcəllənin 58.3-cü maddəsində göstərilmiş hallar nəzərə alınmaqla Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilə bilər. 52.1-1. Barəsində Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası tətbiq edilmiş şəxsin Azərbaycan Respublikasına gəlmək hüququ onun məhkumluğu ödənilənədək və ya götürülənədək məhdudlaşdırılır. 52.2. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəza növü aşağıdakı şəxslərə şamil edilmir: 52.2.1. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək beş il Azərbaycan Respublikasının ərazisində daimi yaşayan şəxslərə; 52.2.2. barəsində ittiham hökmü qanuni qüvvəyə minənədək Azərbaycan Respublikasının vətəndaşı ilə nikahda olan şəxslərə; 52.2.3. Azərbaycan Respublikasında doğulmuş şəxslərə; 52.2.4. valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxslərə; 52.2.5. qaçqın statusuna malik olan və ya Azərbaycan Respublikası tərəfindən siyasi sığınacaq verilmiş şəxslərə; 52.2.6. himayəsində Azərbaycan Respublikasının vətəndaşı olan yetkinlik yaşına çatmayan uşağı, fəaliyyət qabiliyyəti olmayan və ya orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxs olan şəxslərə; 52.2.7. məcburi çıxarıldığı zaman gedəcəyi ölkədə işgəncəyə və ya təqibə məruz qala biləcəyinə ciddi əsaslar olduğu ehtimal edilən və ya məcburi çıxarılması milli təhlükəsizliyin təmin edilməsi mənafeyinə zidd olan şəxslərə. 52.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlə bu Məcəllənin 52.1-52.2-ci maddələri arasında ziddiyyət yaranarsa beynəlxalq müqavilələr tətbiq edilir. 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 3.0.8-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasında daimi yaşayan – bu Məcəllə ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxsdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, işğal altında olan torpaqlarımızın düşmən tapdağından azad edilməsi üçün aparılan döyüş fəaliyyətləri dövründə göstərdiyi texniki dəstəyə görə “N” saylı hərbi hissə komandiri tərəfindən fəxri fərmanla təltif edilməsini, zərərçəkmiş şəxsin yaxın qohumu olan hüquqi varisi və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını (CM-59.1.12), cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa Təqsirləndirilən şəxs 10 ildən artıq müddətdə Azərbaycan Respublikasının ərazisində olması onun Azərbaycan Respublikasının ərazisində daimi yaşayan anlamını istisna edir. Azərbaycan Respublikasında daimi yaşayan – Azərbaycan Respublikasının Miqrasiya Qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə almış əcnəbi və ya vətəndaşlığı olmayan şəxs kimi başa düşülür. Həmin məcəlləyə əsasən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunlarda və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edir və vəzifələri yerinə yetirməlidirlər. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut kimi tanınmış “KİA OPTİMA” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillin mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalı, 01 ədəd DVD disk iş materiallarında saxlanılmalı (CPM-132), ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Reaspublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qismində qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılma əlavə cəzası təyin edilsin və təyin edilmiş əsas cəzanı çəkib qurtardıqdan sonra icra edilsin. İş üzrə maddi sübut kimi tanınmış “KİA OPTİMA” minik markalı, **-DY-*** dövlət qeydiyyat nişanlı avtomobillin mülkiyyətçisi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. Aparılmış ekspertiza tədqiqatlarının ümumi dəyəri 378 (üç yüz yetmiş səkkiz) manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 gün müddətində və Azərbaycan Respublikası CPM-nin 385-ci maddəsində müəyyən edilmiş qaydada Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Hakim: Rahid Mehdiyev