Məhkəmə qərarları › İş №1(041)-60/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-60/2025

03.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-60/2025 03.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə maşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan Regional vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Kürdəmir rayonu, Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Sığırlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1, 152.1 və 221.2.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İttiham aktına görə, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində, təkrarən xx.xx.2024-cü il tarixdə saat 01 radələrində, təkrarən xx.xx.2024-cü il tarixdə saat 01 radələrində, təkrarən axırıncı dəfə isə xx.xx.2024-cü il tarixdə saat 01 radələrində yaşadığı Kürdəmir rayonu Sığırlı kəndində yerləşən fərdi yaşayış evinin özünə aid yataq otağında ailə qurmaq məqsədi ilə xx.xx.2009-cu il təvəllüdlü, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 razılığı əsasında, sonuncunun aşkar surətdə on dörd yaşına çatmış, lakin on altı yaşına çatmadığını bilərək onunla təbii yolla, eləcə də qeyri-təbii yolla seksual xarakterli hərəkətlər edərək təkrarən cinsi əlaqədə olmuşdur. Bundan başqa o, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqünə qoyub, ictimai qaydanı kobud surətdə pozan, şəxs üzərində zor tətbiq edilməsi, cəmiyyətə açıqca hörmətsizlik və laqeydlik ifadə edən, həmçinin özgənin əmlakını zədələnməsi və məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış qaydalarının pozuntusunu, yəni on altı yaşına çatmayan şəxsin erkən evliliyi faktını müəyyənləşdirməkdən ötrü xx.xx.2024-cü il tarixdə saat 14 radələrində yaşadığı Kürdəmir rayonu, Sığırlı kəndinə yerləşən evin həyətinə onun ailə üzvünün razılığı əsasında daxil olan, ictimai qaydanı qorunması üzrə vəzifəsini yerinə yetirən Zərərçəkmiş şəxs2-nin çəkiliş qrupunun operatoru işləyən X4 üstünə hucum edərək, sonuncunun çəkiliş zamanı əlində tutduğu 22.000 manat qiymətində olan “Sony PXW-Z280” markalı video kameranın qəsdən sındıraraq, nəticədə Zərərçəkmiş şəxs2-yə 22.000 manat-xeyli miqdarda ziyan vurmaqla ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərib özgənin əmlakının zədələnməsi və məhv edilməsi ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 186.1, 152.1 və 221.2.2-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Sığırlı kəndində yaşayır, şəhid ailəsidir, bacısı X15 ikinci Qarabağ müharibəsi zamanı şəhid olmuşdur. Zərərçəkmiş şəxs1 hazırda onun arvadıdır, Ayşən ilə həmkəndli olmuş, bir-birilərini sevmişlər, məqsədləri evlənmək olmuşdur. Ayşən xx.xx.2009-cu il təvəllüdlü olduğu üçün onunla el adəti ilə toy edə bilməmiş, Ayşənin valideynləri və eləcə də özünün validyenlərinin razılığı ilə Ayşənin ona qoşulub qaçması barədə qərara gəlmişlər, qabaqcadan planlaşdırdıqları kimi xx.xx.2024-cü il tarixdə təxminən saat 18 radələrində özünə məxsus “Vaz 2107” markalı ** KX *** dövlət qeydiyyat nişanlı göy rəngli minik avtomobili ilə Ayşənin yaşadığı evin yerləşdiyi küçəyə getmiş, Ayşənə anasının telefonu vasitəsilə küçədə olduğunu bildirmiş, bir neçə dəqiqədən sonra Ayşən küçəyə onun yanına gələrək onun avtomobilinə əyləşmiş, Ayşəni bacısı Elnarənin yaşadığı evə aparmış, orada təxminən 3-4 saat qaldıqdan sonra saat 23 radələrində Ayşənlə birlikdə yaşadığı evə gəlmiş, yaşadığı evdə özünə məxsus yataq otağında xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Ayşənin öz könüllü razılığı ilə onunla ilk dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuş, qızlıq pərdəsinin tamlığını pozmamaqla onunla cinsi əlaqəyə girmişdir. Bu minvalla birlikdə öz evində yaşamağa başlamışlar. xx.xx.2024-cü il tarixdə Kürdəmir RPŞ-nın əməkdaşları gəlib Ayşənin azyaşlı olduğunu və evlənməklərinin qanunsuz olduğunu bildirərək Ayşəni valideynlərinin evinə aparmışlar. xx.xx.2024-cü il tarixdə araşdırmanın bitdiyini düşünüb Ayşəni yenidən yaşadığı evə qaytarıb gətirmiş, yaşadığı evdə öz yataq otağında xx.xx.2024-cü il tarixdə gecə saat 01 radələrində Ayşənlə, hər ikisinin razılığı əsasında onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuş, həmçinin həmin vaxt təbii yolla qızlıq pərdəsini pozmamaqla cinsi əlaqədə olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadığı evdə olarkən evlərində atası Suraxan, anası Süsən, ondan və Ayşəndən başqa heç kim olmamışdır. Həmin vaxt həyətdən səs-küy gəldiyini eşidib evin pəncərəsindən həyətə baxdıqda, həyətdə Zərərçəkmiş şəxs2-nin əməkdaşları olduğunu görmüş, həmçinin bacısı Elnarə və əri Zabil, qardaşı Elqamın da həyətdə olduqlarını, Zərərçəkmiş şəxs2-nin əməkdaşlarının bacısıgil ilə mübahisə etdiyini görüb otaqdan çıxıb evin pilləkanı tərəfə gedib həyətə düşmüş və həmin vaxt Zabilin Elqanı həyətdə olan tövləyə salıb, onu sakitləşdirməyə çalışdığını görmüş, həyətdə çəkiliş edən operatora yaxınlaşıb onu çəkməməsi üçün onu kənarlaşdırmaq məqsədilə kameranı əli ilə vurmuş, həmin vaxt kameranın üzərində olan balaca ölçülü manitor qırılmış, sonra həyətdən çıxıb getmiş, Zərərçəkmiş şəxs2 nin işciləri həyətdə qalmışlar, hadisə təxminən yarım saat davam etmiş, səs-küyə qonşuluqda yaşayan Ayşənin nənəsi Baxca da gəlmiş, başqa heç kim olmamışdır. Hazırda Zərərçəkmiş şəxs1 ilə yetkinlik yaşına çatandan sonra el adəti üzrə toy edib ailə həyatı quracaqlar. Bacısı oğlu X11 Müharibəsində iştirak edərək şəhid olmuşdur. Hazırda Ayşənin və ailəsinin ona qarşı heç bir şikayəti və tələbi olmamasını, əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə istintaqında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxs qismində qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə münasibətləri normaldır. Elməddin ilə həmkəndli olmuşlar, birbirilərini sevmişlər, məqsədləri evlənmək olmuşdur. Elməddinin valideynləri onlara elçi gəlmişlər, həmin vaxt onun 16 yaşı tamam olmasa da onun və Elməddinin valideynlərinin, eləcədə öz razılıqları əsasında evlənmək məqsədilə Elməddinin onu qaçırtması qərarına gəlmişlər. Qabaqcadan planlaşdırmalarına əsasən xx.xx.2024-il tarixdə saat 18 radələridə Elməddin yaşadıqları evin yaxınlığına küçəyə gələrək ona xəbər etmiş, Elməddinin yanına gedərək onun gəldiyi avtomobilə əyləşmiş, həmin vaxt avtomobili Elməddin özü idarə etmiş, avtomobildə Elməddin avtomobildə tək olmuş, birlikdə Elməddinin bacısı Elnarənin Kürdəmir rayonu Sığırlı kəndində yerləşən yaşadığı evə getmişlər, orada 3-4 saat qaldıqdan sonra həmin gün saat 23 radələrində ikisi birlikdə Elməddinin öz yaşadığı evə gəlmişlər, öz evlərində valideynlərindən başqa heç kim olmamışdır. Orada bir qədər söhbət etdikdən sonra xx.xx.2024-cü il tarixdə saat 01 radələrində Elməddinin öz yataq otağında onunla ilk dəfə könüllü şəkildə qeyri-təbii yolla və təbii yolla cinsi cinsi əlaqədə olmuşdur. Həmin vaxt 16 yaşım tamam olmamış, Elməddinin bu barədə məlumatı olmuşdur. Həmin vaxtdan Elməddinlə birlikdə yaşamış, sonra xx.xx.2024-cü il tarixdə saat 01 radələrində təkrar Elməddinin öz yataq otağında onunla könüllü razılığı əsasında qeyri-təbii yolla eyni qaydada cinsi əlaqəyə girmiş, həmin vaxt da Elməddin onun qızlıq pərdəsini zədələməmişdir. Daha sonra xx.xx.2024-cü il tarixdə saat 01 radələrində təkrar Elməddinin öz yataq otağında onunla qeyri-təbii yolla cinsi əlaqəyə girmiş, həmin vaxt da Elməddin onun qızlıq pərdəsini zədələməmişdir. xx.xx.2024-cü il tarixdə polis əməkdaşları yaşadığı evə gəlmişlər, Elməddinlə aralarında olan məsələni onlara danışmış, polis əməkdaşları onu valideynlərinin evinə aparmışlar, orada qalmış, xx.xx.2024-cü il tarixdə Elməddin gəlib onu yenidən öz evinə aparmış, orada qalmış, həmin evdə Elməddinin atası Suraxan və anası Süsəndən başqa heç kim olmamış, xx.xx.2024-cü il tarixdə saat 01 radələrində yenidən Elməddinin öz yataq otağında onunla qeyri-təbii yolla əvvəlki qaydada cinsi əlqədə olmuş, qızlıq pərdəsini zədələməmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olarkən həyətdən səs küy gəlmiş, Elməddin pəncərədən baxıb qayıdaraq Zərərçəkmiş şəxs2-nin əməkdaşlarının gəldiklərini demiş və buna görə də otaqdan çölə çıxmamış, həyətdə nə baş verdiyini görə bilməmişdir. Təqsirləndirilən şəxs tərəfindən evlənmək məqsədilə cinsi əlaqədə olarkən ona qarşı heç bir fiziki və mənəvi zor tətbiq edilməmiş, Elməddin ilə könüllü olaraq qeyri-təbii yola, eləcədə təbii yolla cinsi əlaqəyə girmişdir. Hazırda yaşı az olduğu üçün rəsmi nikah qeyd edə bilməmişlər, yetkinlik yaşına çatanda rəsmi nikah qeyd edəcəklər. Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında yetkinlik yaşına çatmayan zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 doğma qızıdır. 2024-cü ilin oktyabr ayında qonşuları Suraxan və onun arvadı Süsən qızı Ayşən üçün oğlu Elməddinlə ailə qurmaqdan ötrü elçi gəlmişlər. El adətinə görə həmçinin onları qəbul etmiş və qızı Ayşəni Elməddinə ərə getməyə razılıq vermiş, Ayşənin özündən soruşanda Ayşən özü də Elməddinə ərə getməyə razı olmuşdur. xx.xx.2024-cü il tarixdə Elməddin ona zəng edərək Ayşəni gəlib aparcağını demiş, həmçinin Elməddin Ayşənin özü ilə bu barədə danışmışdı. Ayşən Elməddinlə razılaşmış və həmin günü Elməddin yaşadıqları evin yerləşdiyi küçəyə gəlmiş, Ayşən onlarla sağollaşıb, Elməddinlə birlikdə onun yaşadığı evə ailə qurmaq niyyəti ilə getmiş, sonradan bu barədə polislər bilib Ayşəni xx.xx.2024-cü il tarixdə onun evinə qaytarmışlar. Qızı Zərərçəkmiş şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs ilə evlənməsi barədə məcbur etməmişdir. Hazırda qızı yetkinlik yaşına çatmadığı üçün rəsmi nikah qeyd edib toy edə bilmirlər, lakin yetkinlik yaşına çatanda toy edəcəklər. Təqsirləndirilən şəxs qarşı heç bir şikayətləri və tələbləri yoxdur, gələcəkdə də olmayacaq. Məhkəmə istintaqında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs daha əvvəl tanımamış, onunla heç bir düşmənçiliyi, ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşları Şahid4 və Şahid3 “Təsir dairəsi” proqramı üçün reportaj hazırlamaq məqsədilə erkən nigahla bağlı daxil olmuş məlumat əsasında Kürdəmir rayonu Sığırlı kəndə getmişlər, həmin gün saat 10 radələrində Kürdəmir rayonu Sığırlı kəndində Şahid6 yaşadığı evin həyətində Xəzər TV-nin əməkdaşı X7 əlində olan “Sony PXW-Z280” markalı video kamera ilə çəkiliş edərkən Təqsirləndirilən şəxs qəflətən gəlib kameranı əli ilə qəsdən zərbə vuraraq sındırmış, eləcə də şirkətin əməkdaşlarının üstünə hücum edərək onlarla münqaişə etmişdir. Hadisə zamanı “Sony PXW-Z280” markalı video kameranın sınması nəticəsində Zərərçəkmiş şəxs2 MMC-yə 22.000 manat maddi ziyan dəymişdir. Hazırda dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir, ona qarşı heç bir şikayətləri və tələbləri yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2-də aparıcısı olduğu “Təsir dairəsi” proqramının qaynar xətt nömrəsinə daxil olan Kürdəmir rayonu Sığırlı kəndində erkən nigah olması ilə bağlı məlumat əsasında xx.xx.2024-cü il tarixdə proqramın işcisi Şahid3 və operator X7 ilə birlikdə Zərərçəkmiş şəxs2 MMC-yə məxsus avtomobil ilə Kürdəmir rayonu Sığırlı kəndinə məlumatda qeyd edilmiş sözü gedən ünvana getmişlər, şirkətin sürücüsü avtomobili kənarda saxlamış, Şahid3 və Zöhrab Şirinov ilə birlikdə məlumatda qeyd edilmiş həyətin küçə qapısının qarşısına gəlmişlər, orada sonradan adının Süsən olduğunu öyrəndiyi qadının icazəsi ilə onun həyətinə girmişlər, həyətdə soğru-sual zamanı Süsən adlı qadın faktı təsdiqlədiyi üçün Zöhrab Şirinov çəkiliş etməyə başlamışlar. Həyətdə olan Şahid1 çəkilişə etiraz etmiş, bu zaman Şahid5 əlində balta ilə üzərlərinə və kameraya hücum etmiş, Şahid2 onu sakitləşdirib aralaşdırmış, bundan sonra Təqsirləndirilən şəxs evdən həyətə düşərək Zöhrab Şirinovun əlində olan kameraya qəsdən əli ilə vuraraq kameranı sındırmış, bundan sonra Şahid1 Şahid3 üstünə cumub onunla əlbəyaxa olaraq ona xəsarət yetirmiş, buna görə də həyətdən çıxıb Kürdəmir RPŞ-na gələrək ərizə ilə müraciət edib hadisə barədə məlumat verərək günahkarların cəzalandırılmasını xahiş etmiş, hadisə təxminən 10 dəqiqə müddətində baş vermiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs2 MMC-yə məxsus “Sony PXW-Z280” markalı video kamera qırılmış və çəkiliş dayanmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs2-də yayımlanan “Təsir dairəsi” proqramının qaynar xətt nömrəsinə daxil olan Kürdəmir rayonu Sığırlı kəndində erkən nikah olması ilə bağlı məlumat əsasında xx.xx.2024-cü il tarixdə Şahid4 və operator X7 ilə birlikdə Zərərçəkmiş şəxs2 MMC-yə məxsus avtomobil ilə Kürdəmir rayonu Sığırlı kəndinə məlumatda qeyd edilmiş sözü gedən ünvana getmişlər, Şahid4 və Zöhrab Şirinov məlumatda qeyd edilmiş həyətin küçə qapısının qarşısına gəlmiş, orada sonradan adının Süsən olduğunu öyrəndiyi qadının icazəsi ilə onun həyətinə girmişlər, həyətdə sorğu-sual zamanı Süsən adlı qadın faktı təsdiqlədiyi üçün Zöhrab Şirinov çəkiliş etməyə başlamış, həyətdə olan Şahid1 çəkilişə etiraz etmiş, bu zaman Şahid5 əlində balta ilə üzərlərinə və kameraya hücum etmiş, Şahid2 onu sakitləşdirib aralaşdırmış, bundan sonra Təqsirləndirilən şəxs evdən həyətə düşərək Zöhrab Şirinovun əlində olan kameraya qəsdən əli ilə vuraraq kameranı sındırmış, bundan sonra Şahid1 üstünə cumub əlbəyaxa olaraq ona xəsarət yetirmişdir. Hadisə təxminən 10 dəqiqə müddətində baş vermiş, hadisə nəticəsində Zərərçəkmiş şəxs2 MMCyə məxsus “Sony PXW-Z280” markalı video kamera sınmış, nəticədə çəkiliş dayanmışdır. Erkən nikahla bağlı daxil olmuş məlumat əsasında çəkiliş etmək istədikdə Təqsirləndirilən şəxs heç bir əsaslı səbəb olmadan əli ilə kameraya qəsdən zərbə vuraraq sındırmışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 09 radələrində yuxudan oyanıb baltanı götürüb odun yığmağa getməsi üçün evdən mişar və ip götürərək ata evinin həyətinə gəlmiş, ata evinin həyət darvazasından içəri girdikdə bir nəfər tanımadığı şəxsin həyətdə video çəkdiyini və yanında 2 nəfər qadın olduğunu görmüş, əlindəki alətləri həyətdə yerə qoymuş, həmin şəxslər nə etdiklərini soruşduqda onlar heç bir cavab verməyərək anası Süsən ilə birlikdə pilləkənlə evə çıxmağa başlamışlar. Bu zaman anası adını sonradan Lalə kimi bildiyi qadına qardaşı Elməddinin yatdığını, eyvanda gözləməsini və oyadıb gələcəyini demiş, anası içəri girərək qardaşı Elməddini səsləmiş, bir müddət sonra eyvana çıxmış, bu zaman Lalə adlı şəxs içəri girmək istəmiş, lakin qardaşı Elməddin əli ilə mane olaraq onu içəri buraxmamışdır. Sonra bacısı Elnarə əri Zabil ilə birlikdə həyətə daxil olmuşlar, bacısı adını sonradan bildiyi Aytən adlı qadından niyə gəlmələri soruşduqda o, azyaşlı qız ilə evlilik olduğu üçün çəkilişə gəldiklərini bildirmiş, bacısı Elnarə də onlara çəkilişə icazə vermədiklərini, onu çəkməmələrini bildirərək həyətlərindən çıxmalarını istəmiş, videoçəkilişi aparan adını sonradan bildiyi Zöhrab adlı şəxs çəkilişə davam etdiyi üçün bacısı Elnarə ilə Aytən adlı şəxs arasında mübahisə düşmüş, onlar əlbəyaxa olmuşlar və Aytən adlı şəxs bacısının üzünü dırnağı ilə cırmış, bundan sonra onlara çəkiliş aparılmamasını demiş, lakin videoçəkilişə davam etdikləri üçün onları qorxutmaq istəmiş və özü ilə gətirərək yerə qoyduğu baltanı onları vurmaq yox qorxutmaq üçün götürmüş, onlardan həyətlərindən çıxmalarını istəmiş, bu zaman Zabil onu qucaqlayaraq həyətdə olan tövləyə salmış, tövlənin arxa qapısından çıxaraq öz evinə gedərkən polislərin də gəldiyini görmüş və bundan sonra öz evinə getmiş, həmin gün polislər onu Kürdəmir RPŞ-na dəvət etmişlər. Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşlarını vurmaq niyyəti olmamış, sadəcə olaraq həmin şəxsləri həyətdən çıxmaları üçün qorxutmaq niyyətində olmuşdur. Videokameranın kim tərəfindən və hansı şəraitdə sındırılması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstəri ki, Təqsirləndirilən şəxs doğma oğludur, Zərərçəkmiş şəxs1 isə qonşusudur. 2024-cü ilin oktyabr ayında özü və arvadı Süsən qonşusu Ayşən üçün oğlu Elməddinlə ailə qurmaqdan ötrü elçi getmişlər, el adətinə görə Ayşənin valideynləri razı olmuşlar, həmçinin Ayşən özü də Elməddinə ərə getməyə razı olmuş, eləcə də Ayşənin özündən soruşanda Ayşən özü də Elməddinə ərə getməyə razı olmuşdur. X5 nişanlanmışlar, onların toyunun təxminən xx.xx.2025-ci il tarixdə olması barədə planlaşmışdır. Razılığa əsasən Ayşəni toydan bir həftə qabaq Elməddin evinə gətirəcəkdi. xx.xx.2024-cü il tarixdə oğlu Elməddin Ayşənin yaşadığı evə gələrək, onu ailə qurmaq niyyəti ilə yaşadıqları evə gətirmiş, sonradan bu barədə polislər məlumat alaraq Elməddin Ayşəni xx.xx.2024-cü il tarixdə atasının evinə qaytarmış, xx.xx.2024-cü il tarixdə Ayşən yenidən Elməddinlə birlikdə yaşadıqları evə qayıtmış, xx.xx.2024-cü il tarixdə səhər saat 10 radələrində arvadı Süsən küçəyə çıxıb arxdan su götürərkən içəri daxil olaraq onun razılığı əsasında ardınca 3 nəfər şəxs həyətə girmişlər, Süsən təzə gəlini Ayşənin şəxsiyyət vəsiqəsini gətirmiş, bu zaman Şahid4 arvadı Süsənin ona verdiyi şəxsiyyət vəsiqəsinə baxıb bu şəxsiyyət vəsiqəsi təzə gəlini Ayşənə aid olmadığını demiş, bundan sonra onlara yaxınlaşıb nə məsələ olduğunu soruşduqda, Şahid4 onlara erkən nikahla bağlı məlumat daxil olduğunu, həmin məlumata görə Elməddin 16 yaşı tamam olmayan Ayşənlə evlənməsi barədə demiş, bu zaman yaşadıqları evin həyətinə digər oğlu Elqam girmiş, onlara çəkiliş aparmamasını etiraz etdikdə aralarında insident yaranmış, oğlu Elqam çəkiliş aparmamaq üçün əlində olan balta ilə onları həyətlərindən çıxmaq üçün qorxutmuş, bu zaman yaşadıqları evin həyətinə qızı Elnarə əri Zabillə birlikdə gəlmişlər. Zabil oğlu Elqama yaxınlaşıb onun əlindən baltanı alaraq küçəyə çıxartmış, bu vaxt qızı Elnarə Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşlarına çəkiliş aparılmasını etiraz etdikdə, onlardan Aytən adlı şəxslə mübahisə etməyə başlamış, onlar bir-birlərinin üzərinə hucum etmişlər. Sonra Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşları harasa zəng etmişlər və sonradan polislər həyətlərinə gəlib onlarla birlikdə Kürdəmir polis şöbəsinə gəlmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid9 Şahid6 ilə oxşar məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs doğma qardaşıdır, Zərərçəkmiş şəxs1 isə qonşusudur. Oğlu X11 müharibəsində şəhid olmuşdur. Onlar atalarının səhhəti ilə əlaqədar qardaşlarını tez evləndirmək istəmişlər. Ona görə də 2024-cü ilin oktyabr ayında Elməddinlə evlənməsi üçün qonşusu Ayşənə elçi getmişlər. El adətinə görə Ayşənin valideynləri, həmçinin Ayşən özü də Elməddinə ərə getməyə razı olmuşlar. Ayşənin özündən soruşanda Ayşən özüdə Elməddinə ərə getməyə razılıq vermişdir. Sonra Ayşənlə qardaşı Elməddin nişanlamışlar, onların toyunun təxminən xx.xx.2025-ci il tarixdə olması barədə öz aralarında razılaşmışlar. Razılaşmaya əsasən Ayşəni toydan bir həftə qabaq Elməddin yaşadığı evinə gətirəcəkdi. xx.xx.2024-cü il tarixdə Elməddin Ayşənin yaşadığı evə gedrəək onu ailə qurmaq niyyəti ilə öz yaşadığı evə gətirmiş, sonradan bu barədə polislər məlumat alıb gəldikləri üçün Elməddin Ayşəni xx.xx.2024-cü il tarixdə atasının evinə qaytarmış, xx.xx.2024-cü il tarixdə Ayşən yenidən Elməddinlə birlikdə Elməddinin evinə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə saat 10 radələrində qardaşı Elqam zəng edərək Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşları qardaşı Elməddinin erkən nikaha girməsi ilə bağlı ata evinə gələrək çəkiliş apardıqlarını demişdir. Bundan sonra əri Şahid2 ilə birlikdə onun idarə etdiyi avtomobillə atası Suraxanın evinə gəlmiş, həyətə daxil olduqda Zərərçəkmiş şəxs2-nin işçilərini, yəni iki nəfər qadın və bir nəfər operator kişinin olmasını görmüş, Zabil qardaşı Elqama yaxınlaşıb onun əlindən balatanı alaraq onu tövləyə salaraq arxa qapıdan küçəyə çıxarmış, bu zaman Zərərçəkmiş şəxs2-nin əməkdaşlarına çəkiliş aparılmasını etiraz etdikdə, sonradan adını bildiyi Aytən adlı şəxslə sözlü mübahisə etmdir. Bundan sonra qardaşı Elməddin evdən çıxaraq çəkilişə etiraz edib çəkiliş aparılan kameranı itələmiş, bu zaman kamera sınmışdır. daha sonra Zərərçəkmiş şəxs2-nin əməkdaşları harasa zəng etmişlər və sonradan polislər həyətlərinə gəlib onlarla birlikdə Kürdəmir polis şöbəsinə gəlmişlər. Şəhid ailəsi olmasını nəzərə alıb qardaşına köməklik edilməsini xahiş edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə məzmunda ifadə vermişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 doğma qızıdır. xx.xx.2024-cü il tarixdə Zərərçəkmiş şəxs2 MMC-nin əməkdaşlarının Elməddinin evinə gəldiyini və onlar arasında insident olduğunu bilmiş, hadisənin şahidi olmadığından bu barədə dəqiq heç-bir söz deyə bilməmiş, Ayşəndən Elməddinlə nə kimi münasibətdə olması barədə utandığından heç nə soruşmamışdır. Qızı Zərərçəkmiş şəxs1 həmkəndlisi Təqsirləndirilən şəxs ilə evlənməsi barədə məcbur etməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid7 Şahid8 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CMin 221.1-ci maddəsi ilə başlanmışdır (i/v 1); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 MMC zərərçəkmiş hüquqi şəxs qismində tanınmış, xx.xx.2024-cü il tarixdə verilmiş etibarnaməyə əsasən Nümayəndə iş üzrə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində tanınmışdır (i/v 82); xx.xx.2024-cü il tarixli qərardan görünür ki, həmin gün saat 16:00-da Təqsirləndirilən şəxs Азярбайъан Республикасы ЪМ-нин 221.1-ci маддясиндя нязярдя тутулан ъинайят ямялини törətməkdə şübhəli şəxs qismində tutulmuş, onun tutulma vaxtı azadlığının məhdudlaşdırıldığı vaxtdan, yəni həmin tarixdə saat 16:00-dan hesablanmışdır (i/v 100-101); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 zərəçəkmiş şəxs qismində tanınmşdır (i/v 146); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nın 221.1-ci maddəsindən həmin məcəllənin 152.1-ci və 221.2.2-ci maddələrinə tövsif edilmişdir (i/v 139); xx.xx.2025-ci il tarixli qərardan görünür Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci və 221.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi ibtidai istintaq materialları ilə sübut edildiyindən xx.xx.2025-ci il tarixdə о, həmin maddələr ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunmuşdur (i/v 165-166); X4 təqdim etdiyi, hadisə zamanı Zərərçəkmiş şəxs2 MMC-yə məxsus sındırılmış 01 ədəd “Sony PXW-Z280” markalı video kamera cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma yerinə təhvil verilmiş, həmçinin xx.xx.2024-cü il tarixdə saat 10 radələrində baş vermiş hadisənin qeydə alındığı 01(bir) ədəd DVD disk iş üzrə maddi sübut kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. (i/v 180-181); Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X16 Filialının verdiyi xx.xx.2025-ci il tarixli 3-17-1/2-3011-2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır (i/v 197); Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardan görünür Təqsirləndirilən şəxs barəsində 03 ay həbs qətimkan tədbiri seçilmişdir (i/v 198-202); Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır ( i/v 203). “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin verdiyi xx.xx.2025-ci il tarixli 18-1-49/2-38/2025 nömrəli məktubundan görünür ki, Bəşirov X2 RMX-nin poliklinika şöbəsində həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında durmur ( i/v 204); “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsinin verdiyi xx.xx.2025-ci il tarixli 18-1-49/2-37/2025 nömrəli məktubundan görünür ki, Kazımova X10 RMX-nin poliklinika şöbəsində həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında durmu ( i/v 205); məhkəmə-tibbi ekspertinin xx.xx.2025-ci il tarixli 408 saylı rəyindən görünür ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizasına əsaslanaraq və ilkin məlumatı nəzərə alaraq aşağıdakı nəticəyə gəlinir:

1. Zərərçəkmiş şəxs1 bədən səthi üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar edilmədi.

2. Zərərçəkmiş şəxs1 qızlıq pərdəsinin tamlığı pozulmayıb, anatomik quruluşu tamlığı pozulmadan onunla cinsi əlaqəyə girməyə imkan verir, cinsiyyət orqanı nahiyyəsində xəsarət və ya xəsarət izi aşkar edilmədi.

3. Zərərçəkmiş şəxs1 arxa keçərək nahiyyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyyəsində xəsarət və ya xəsarət izi aşkar olunmadıqda müddət haqqında fikir söyləmək mümkün deyildir (i/v 235-238); xx.xx.2025-ci il tarixdə ********* nömrəli qərardan görünür ki, cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nın 152.1-ci və 221.2.2-ci maddələrindən həmin məcəllənin 152.1-ci, 186.1-ci və 221.2.2-ci maddələrinə tövsif edilmişdir (i/v 274-275); xx.xx.2025-cü il tarixdə ********* nömrəli qərardan görünür kİ, cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 152.1, 186.1 və 221.2.2-ci maddələri ilə yenidən ittiham elan edilmişdir (i/v 277); Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının verdiyi xx.xx.2025-ci il tarixli 117 nömrəli rəydən görünür ki, Zərərçəkmiş şəxs1 hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi aşkar edilmir. Bunu cinayət işi materialları, həmin cinayət işindəki tibbi sənədlər, verilmiş ifadələr, anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri sübut edir. Yuxarıda göstərilənləri nəzərə alan ekspert psixoloq belə qənaətə gəlir ki, yoxlanılan şəxs Zərərçəkmiş şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərini və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə asan daxil olma kimi psixoloji əlamətlər aşkar olunur. Ekspert komisiyyası cinayət işi materiallarının, həmin cinayət işindəki tibbi sənədlərin, toplanmış anamnestik məlumatların, həmçinin hal-hazırki ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək qarşıya qoyulmuş sualları aşağıdakı kimi cavabvlandırır. Zərərçəkmiş şəxs1 psixi inkişafını nəzərə alaraq, o yaranmış şəraitin mahiyyətini tam dərk etmək və davranışının mümkün nəticələrini görə bilmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs1 əsas fərdi psixi xüsusiyyətləri aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərini və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə asan daxil olma, Zərərçəkmiş şəxs1 yaş xüsusiyyətlərini və intelektual inkişafı nəzərə alınmaqla onunla edilən hərəkətlər xarakter və mənasını anlaya bilmişdir. Zərərçəkmiş şəxs1 ona qarşı edilən hüquqazidd hərəkətlərdən əvvəl, baş vermiş hadisə zamanı və hadisədən sonra hansı adi psixi-emosional halda olmuşdur, Zərərçəkmiş şəxs1 özünün psixi yaş və fərdi yaş xüsusiyyətlərindən, intelektual inkişafı və emosional halından asılı olaraq müqavimət göstərmək qabiliyyətinə malik olmuşdur. Zərərçəkmiş şəxs1 psixi vəziyyətində hər hansı pozuntu müşahidə olunmur, Zərərçəkmiş şəxs1 əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Zərərçəkmiş şəxs1 təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir. Zərərçəkmiş şəxs1 özündən uydurmağa meyilli deyildir (i/v 288-291); iş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 01 radələrində yaşadığı Kürdəmir rayonu Sığırlı kəndində yerləşən fərdi yaşayış evində xx.xx.2009-cu il təvəllüdlü, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs1 razılığı ilə onunla cinsi əlaqədə olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 10 radələrində yaşadığı Kürdəmir rayonu Sığırlı kəndinə yerləşən evin həyat yanı sahəsində Zərərçəkmiş şəxs2-nin çəkiliş qrupunun operatoru işləyən X4 üstünə hucum edərək, sonuncunun çəkiliş zamanı əlində tutduğu “Sony PXW-Z280” markalı video kameranı əli ilə vuraraq sındırmışdır. Həmin hadisə zamanı hadisə yerində Şahid4 Qabil qızı, Şahid3, X7, Şahid6, Şahid9, Şahid1, X8 və Şahid2 başqa kənar şəxslər olmamış, hadisə təxminən 15- 20 dəqiqə müddətində baş vermişdir (i/v 293); Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin verdiyi xx.xx.2025-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur (i/v 245); Yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs1 atası Şahid8 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə məhkəməyə ünvanladığı birgə ərizələrində Təqsirləndirilən şəxs ilə barışdığını, Təqsirləndirilən şəxs ilə heç bir şikayətinin və tələbinin olmadığını bildirmişlər. X12 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, cinayət işi üzrə təqsirləndirilən şəxsin əməli nəticəsində Zərərçəkmiş şəxs2 MMC-nin əmlakına (videokamera) vurulmuş zərər tam ödənilmişdir. Bu səbəbdən də hazırda həmin zərərə dair hər hanslı iddia və tələbi yoxdur. zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərzəsində cinayət işi üzrə təqsirləndirilən şəxsin əməli nəticəsində Zərərçəkmiş şəxs2 MMC-nin əmlakına (videokamera) vurulmuş zərər tam ödənilmiş, eləcə də təqsirləndirilən şəxslə barışıq əldə edilmişdir. Bu səbəbdən də hazırda həmin zərərə dair hər hansı iddia və tələbi yoxdur. xx.xx.2021-ci il tarixli, 005654 nömrəli Şəhid ailəsi üzvünün vəsiqəsindən görünür ki, Şahid1 Surxan qızı Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququ vardır. İ-3804 Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, X6 ölümündən sonra “Vətən uğrunda” medalı ilə tərtif edilmişdir. İ-7921 Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, X6 ölümündən sonra “Cəsur döyüşçü” medalı ilə tərtif edilmişdir. İ-23649 Azərbaycan Respublikası Medalının Vəsiqəsindən görünür ki, X6 ölümündən sonra “Füzulinin azad olunmasına görə” medalı ilə tərtif edilmişdir. İş materiallarda olan olan videoçəkilişin əks olunduğu DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs1 arasında elçilik mərasimi keçirilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, material üzrə keçirilmiş ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, cinayət qanunu ilə nəzərdə tutulmuş təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməllərin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1, 152.1 və 221.2.2-ci maddələri ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 73-1.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 178.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqbinə isə xitam verilməlidir. 43.1.2-ci maddəsinin tələblərinə əsasən Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Məhkəmə təqsirləndirilən şəxs şəxsin ifadəsini və zərərçəkmiş hüquqi şəxsin nümayəndəsini dinləyərək, iş materiallarını araşdıraraq, təqsirləndirilən şəxsin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş hüquqi şəxslə barışmasını və ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş hüquqi şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə icraata xitam verilməli və o, həmin maddə ilə cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsə elan edilmiş digər ittihamlar- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1 və 221.2.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər— ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə— iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə —üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin yetkinlik yaşına çatdıqdan sonra onunla evlənmək niyyətini, şəhid ailəsi üzvü olmasını, bacısı oğlunun Vətən Müharibəsində iştirak edərək ölümündən sonra müxtəlif medallarla təltif olunmasını (CM-59.2), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini (CM-59.1.12-59.1.13) nəzərə alır və göstərilənləri onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 №-li qərarının 13-cü bəndində qeyd edilmişdir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, hər bir halda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Bu zaman cinayətin xarakterinin və ictimai təhlükəlilik dərəcəsinin nəzərə alınması ilə yanaşı, məhkəmələr eyni zamanda nəzərə almalıdırlar ki, hadisələrin təsadüfü axarı zəminində, ilk dəfə ağırlaşdırıcı hallar olmadan xuliqanlıq cinayəti törətmiş şəxslərə, o cümlədən yetkinlik yaşına çatmayanlara cəza təyin edilərkən, Azərbaycan Respublikası CM-nin 221.1 və 221.2-ci maddələrinin sanksiyasında daha ağır cəza növü kimi nəzərdə tutulan azadlıqdan məhrumetmə yalnız o vaxt təyin oluna bilər ki, həmin qanunda buna alternativ olan az ciddi cəza növlərinin təyin olunması, cəzanın məqsədini təmin edə bilməsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Həmin qərarda məhkəmələrə izah edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 5-ci bəndinə əsasən Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilərkən nəzərə almaq lazımdır ki, CM-in 59.1.8, 59.1.10 - 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar müəyyən edilərkən də CM-nin 62-ci maddəsində göstərilən əsaslar olduqda məhkəmə işin hallarını və təqsirkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq konkret cinayətə görə qanunla müəyyən edilən cəzadan da yüngül cəza təyin etməyə haqlıdır. Lakin, bu zaman CM-in 62-ci maddəsinə mütləq istinad edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.2-ci maddəsinə əsasən törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin olunması əsasları həmin Məcəllənin 62-ci maddəsi ilə müəyyən edilir. Həmin Məcəllənin 62-ci maddəsinə əsasən cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Qanunvericiliyin yuxarıda qeyd edilən normaların ümumiləşdirilmiş təhlilindən məlum olur ki, qanun norması hazırki vəziyyətdə təqsirləndirilən şəxsin cinayət işi üzrə əməlində cəzanı yüngülləşdirən kifayət qədər halların olması özlüyündə Cinayət Məcəlləsinin 152.1ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə əsas vermir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində mövcud olan cəzanı yüngülləşdirən halların məcmusu (şəxsin törətdiyi əməli etiraf edib səmimi peşmançılıq hissi keçirməsi, əvvəllər məhkum edilməməsi, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödəməsi, zərərçəkmiş şəxsə qarşı xoş bir niyyətin, yəni gələcəkdə evlənmək, ailə qurmaq məqsədinin olması, ailə üzvlərindən, bacısı oğlunun Vətən Müharibəsində iştirak edərək şəhid olması, onun ölümündən sonra ölkə rəhbərliyi tərəfindən müxtəlif medallarla təltif edilməsi, yaşadığı yer üzrə müsbət xarakterizə olunması) Cinayət Məcəlləsinin 62.2-ci maddəsinə əsasən müstəsna hal hesab edilməli və ona maddənin sanksiyasında müəyyən edilən cəzalardan daha yüngül cəza növü təyin edilməlidir. Təqsirləndirilən şəxsə maddənin sanksiyasında nəzərdə tutulmuş cəzalardan hansı növ daha yüngül cəzanın, habelə təyin ediləcək cəzanın həddinə münasibətdə məhkəmə ilkin olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən CM-nin 152-ci maddəsinə münasibətdə cinayət əməlinin törədilməsində məqsəd zərərçəkmiş şəxsə qarşı xoş bir niyyətin, yəni gələcəkdə evlənmək, ailə qurmaq məqsədi olmuşdur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs bu xoş niyyəti, onun ailə üzvlərinin el adəti ilə zərərçəkmiş şəxsin yaşadığı evə gedərək ona nişan mərasimi keçirmələridir. Bu halları iş materiallarında nişan mərasimində çəkilmiş videogörüntülər və fotoşəkillər də təsdiq edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən təqsirləndirilən şəxsin barəsində olan cəzanı yüngülləşdirən halları, xüsusilə, Təqsirləndirilən şəxs əməlindən səmimi peşmançılıq çəkməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, zərərçəkmiş şəxs şəxsin ona qarşı şikayət və tələblərinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq ödənilməsini, əvvəllər məhkum olunmamasını, zərərçəkmiş şəxsin yetkinlik yaşına çatdıqdan sonra onunla evlənmək niyyətini, şəhid ailəsi üzvü olmasını, bacısı oğlunun Vətən Müharibəsində iştirak edərək ölümündən sonra ölkə rəhbərliyi tərəfindən müxtəlif medallarla təltif olunmasını müstəsna hal kimi nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 152.1-ci maddəsində müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər. Buna görə də məhkəmə Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 152.1-ci maddəsinin sanksiyasında müəyyən ediləndən daha yüngül cəza növü olan azadlığın məhdudulaşdırılması cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunacaq cəzanın cinayət əməlini törətmiş şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 186.1, 152.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Cinayət Məcəlləsinin 186.1-ci madəsi ilə olan cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, həbsdə saxlanıldığı müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində müəyyən müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı (CM 69.3), barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilməli və «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır (CPM-198.1.). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən evində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasının çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə

H Ö K M E T D İ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1, 152.1 və 221.2.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışması və dəymiş ziyanı tamamilə ödəməsi ilə əlaqədar onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci madəsi ilə olan cinayət işi üzrə icraata xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsi ilə təyin edilmiş cəzalar qismən toplanmaqla Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 30 dekabr 2024-ci il tarixdən 03 iyun 2025-ci il tarixə qədər həbsdə saxlanıldığı 05 (beş) ay 04 (dörd) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 10 (on) ay 08 (səkkiz) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 01 (bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından dərhal azad edilsin, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Kürdəmir rayonunun Sığırlı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutlar – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş 01 ədəd “Sony PXW-Z280” markalı video kamera zərərçəkimş hüquqi şəxsə qaytarılsın, 02 ədəd DVD disk isə cinayət işinin materiallarına əlavə edilərək saxlanılsın. İş üzrə mülki iddia, məhkəmə məsrəfi, müsadirə ediləcək əmlakın olmaması nəzərə alınsın. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Sədrlik edən Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar