Məhkəmə qərarları › İş №1(041)-61/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-61/2025

12.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-61/2025 12.08.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Əhmədova Aidə Sədrəddin qızının katibliyi, prokuror - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Şirvan Regional Vəkil Bürosunun vəkili, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1994-cü il tarixdə Kürdəmir rayonunda doğulmuş, orta təhsilli, fərdi əməklə məşğul olan, subay, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilməklə Gəncə 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi ilə xeyli miqdarda təmiz çəkisi 11,57 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, əldə etdiyi qurudulmuş marixuananın 5.58 qram çəkidə olan hissəsini 60 manat pul müqabilində xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən “Bəhmənoğlu” mağazanın yaxınlığında tanışı Şahid4 qanunsuz olaraq satmaq barədə razılaşma əldə etdikdən sonra ona qanunsuz satmış, xx.xx.2025-ci il tarixdə saat 12 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Şahid4 Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, sağ ayağında olan corabın içərisində yarım kibrit qutusunda təmiz çəkisi 5.58 qram xeyli miqdarda kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, xx.xx.2025-ci il tarixdə saat 14:20 radələrində Kürdəmir RPŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı o Kürdəmir şəhəri H.Əliyev prospektində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan gödəkçənin sol iç cibindən 01 ədəd kibrit qutusunda təmiz çəkisi 5.99 qram xeyli miqdarda kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Həmin hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 22 yanvar 2025-ci ildə, səhər saat 9, 10-a işləmiş bazarda kartof satırkən 5-6 nəfər gəlib ona yaxınlaşmışdır. Onlardan nə olduğunu soruşmuş, cavabında onlarla getməli olduğunu ona demişlər. Ona maşına əyləşməli olduğunu demişlər. O da maşına oturmuşdur. Onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ona Araza nəsə verib-verməməsini soruşmuşlar. Onlara cavabında heç nə vermədiyini demişdir. Sonra adını bilmədiyi polis əməkdaşları onu döymüş, təhqir etmiş, hədə-qorxu gəlmişlər. Döyüldüyündən özündə olmamışdır. Sonra ona hədə-qorxu gəlmişlər ki, boynuna almasa həyətlərinə narkotik maddə atacaqlar. O da əlacsızlıqdan boynuna alıb, etiraf etmişdir. O, Kürdəmir ərazisində, Bazar küçəsi deyilən yerdə tutulub. Təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin göstərdi ki, Şahid4 narkotik vasitə verməmişdir. İstintaq ifadəsini təsdiq etmir. İstintaq zamanı psixi və fiziki təzyiqlərə məruz qaldığından etirafedici ifadələr verməyə məcbur olmuşdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan təqsirləndirilən şəxs ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda göstərilən cinayət əməlini törətməkdə özünü təqsirli bilir. Kürdəmir rayonu ərazisində yerləşən Kalxoz bazarında kartof alveri ilə məşğul olur. ***-***-**-** saylı nömrəni istifadə edir. Narkotik vasitə qurudulmuş marixuanadan 1 ildir ki istifadə edir. Təxminən 2024-cü il tarixdə may ayında yaşadığı Kürdəmir rayonu, Atakişili kəndində yerləşən fərdi yaşayış evin yaxınlığında 2 ədəd çətənə kolu əkmişdir. Həmin çətənə kollarına qulluq edib diblərini boşaldıb, su vermişdir. Həmin çətənə kolları 2024-cü ilin avqust ayında yetişmişlər. Həmin çətənə kollarının yarpaqlarını dərib, orada olan dəmirin üstünə qoyub qurutmuşdur. Əldə etdiyi qurudulmuş marixuananın bir hissəsini kibrit qutularına, bir hissəsini polietilen torbaya qablaşdırmışdır. Həmin qurudulmuş marixuanaları hissə-hissə istifadə etməyə başlamışdır. Şahid4 təxminən 1 ildir ki tanıyır. Onunla ədavəti və düşmənçiliyi yoxdur. Arazla təxminən 18-19 yanvar 2025-ci il tarixdə görüşüb söhbət edərkən, ona “narkotik vasitə qurudulmuş marixuanam var, istəsən sənə verə bilərəm”demişdir. xx.xx.2025-ci il tarixdə saat 20-21 radələrində Araz ona məxsus olan ***-***-**-** saylı nömrəyə öz istifadəsində olan ***-***-**-** nömrəli zəng edərək onun üçün 01 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana satmasını istəmişdir. Araza bir ədəd kibrit qutusu marixuananı 60 manata satacağını demişdir. Araza pulu göndərməsi üçün özünə məxsus 4169-7388-5413-1665 saylı kartın şəkilin atmışdır. Araz da həmin plastik karta 60 manatı göndərmişdir. Arazla danışıb, təxminən 10-15 dəqiqə sonra Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən Bəhmənoğlunun marketin qarşısında görüşmüşlər. Araza orada bir ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı vermişdir. Qalan sonuncu bir ədəd kibrit qutusunda olan marixuananı istifadə etmək məqsədi ilə əynində olan gödəkçənin cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 14 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospekində olarkən, polis əməkdaşları yaxınlaşıb özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda daşımaqda əsaslı şübhələrin olduğunu bildirmişlər. Videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib, əynində olan gödəkçənin sol iç cibindən bir ədəd kibrit qutusunda olan marixuananı çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusuna polislər tərəfindən baxılmış, içərisində yaşıl rəngli kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutusu orada çəkilmiş və təxmini çəkisinin 9.11 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kibrit qutusu bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür. Bundan sonra RPŞ-nə gəlmiş, müstəntiq tərəfindən şübəli şəxs qismində tutulmuş, hüquq və vəzifləri izah edilmişdir. Dövlət hesabına müdafiəçi ilə təmin olundan sonra videoçəkiliş vasitəsi ilə üzərindən aşkar edilmiş zərfə qablaşdırılmışdır. Zərfə baxıb bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, 01 ədəd kibirit qutusundadır, zərfin tamlığı pozulmamış, onun üzərindəki isə öz imzasıdır. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu açılıb içərisinə baxıldıqda içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutu ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkinin 9.25 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutu ağ zərfdə qablaşdırılmış, üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Əvvəllər narkotik vasitənin satışı ilə məşğul olmsa da, bir dəfə Şahid4 narkotik vasitə qurudulmuş marixuananı 60 manata Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən “Bəhmənoğlu” marketin yaxınlığında satmışdır. Üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan 5.99 qram qurudulmuş marixuana özünə məxsusdur. İstifadə etmək məqsədi ilə həmin kütləni üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X10 ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmiş, rəis bu barədə razılıq verdikdən sonra, əməliyyat istintaq qrupu yaradılmış və əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2025-cü il tarixdə saat 14:20-da, özünün, Şahid2, X5, Şahid3, X6, X3 iştirakı ilə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Nəbiyev X8 şəhəri H.Əliyev prospektində saxlanılmışdır. Videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında Təqsirləndirilən şəxs bildirmişdir ki üzərində narkotik vasitə qurudulmuş marixuana vardır. O, əynində olan gödəkçənin sol iç cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılıb içərisinə baxıldıqda içərisindən 01 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu açılmış içərisinə baxıldıqda içərisindən yaşıl rəngli kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə çəkilmiş və təxmini çəkisi 9.11 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutusu bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür. Bu səbəbdən Təqsirləndirilən şəxs RPŞ-nə gətirilmişdir. Orada videoçəkilişlə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək qablaşdırılmış kütləyə baxış keçirilmişdir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, 1 ədəd kibirit qutusundadır. Həmin kibrit qutusuna baxış keçirilən zaman, içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutusu elektron tərəzidə çəkilmişdir və təxmini çəkisinin 9.25 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutusu ağ zərfdə qablaşdırılmışdır. Üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Verilmiş suallara cavabında şahid X11 həmçinin bildimişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik, ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı hər hansı bir zor və fiziki güc tətbiq edilməmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə Şahid4 60 manat pul müqabilində narkotik vasitə qurudulmuş marixuana satmışdır. Şahid4 başqa onun kiməsə narkotik vasitə və ya psixotrop maddə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmir RPŞ-nın əməkdaşı X9 və Şahid3 X11 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etmişlər. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs barəsində cinayət işi üzə şahid qismində dindirilərkən ona təziqlər olduğu üçün o, narkotik maddəni Təqsirləndirilən şəxs aldığını göstərmişdir. Əslində o, narkotik vasitəni özü əkmişdir. O, Ağakərimdən narkotik vasitə almamışdır. Onun səhvinə görə kiminsə cəzalanmasını istəmir. O, Ağakərimdən narkotik vasitə almamışdır. İbtidai istintaq zamanı onlar üzləşməmişlər, onları danışdırmamışlar və o, Ağakərimin üzünə durmamışdır. Bu işdə Ağakərimin heç bir günahı yoxdur. Azərbaycan Respublikası CPM-nin 327.1.3-cü maddəsinə əsasən iş üzrə Şahid4 ibtidai istintaq zamanı vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan şahid ifadə verdikdən və verilmiş suallara cavab verdikdən sonra onun məhkəməyədək icraat zamanı verdiyi ifadəsi və özünün barəsində olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxılarkən vermiş olduğu ifadələri elan edilmişdir. İş üzrə Şahid4 məhkəməyədək icraat zamanı vermiş olduğu ifadəsində bildirmişdir ki, evlidir, 2 azyaşlı oğlu var. Uşaqlarının hər ikisi asma xəstəsidir. Narkotik vasitə qurudulmuş marixuanadan bir neçə ildir ki istifadə edir. Təqsirləndirilən şəxs dostudur. Onunla ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Ağakərimə zəng edib “əlin girən yer varsa, mənə nəşə yəni narkotik vasitə qurudulmuş marixuana tapa bilərsən?”demişdir. Ağakərimdə “ dəqiq söz deyə bilmərəm 1 saata zada sənə hə yox deyəcəm”demişdir. Həmin gün saat 21 radələrində Ağakərimlə özünə məxsus ***-***-**-** saylı nömrə ilə Ağakərimin istifadəsində olan ***-***-**-** nömrəli ilə əlaqə saxlayaraq narkotik vasitəni təşkil etdiyini bildirmişdir. Ağakərim ona 4169-7388-5413-1665- nömrəli plastik kart atıb həmin karta 60 manat göndərməsini demişdir. Həmin karta öz kartından Ağakərimin dediyi karta 60 manatı göndərmişdir. Daha sonra Ağakərimlə Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən Bəhmənoğlu marketin qarşısında görüşmüş, və oorada 1 ədəd kibrit qutusunda narkotik vasitəni almışdır. Həmin kibrit qutusunda olan marixuananıın bir hissəsini çəkərək istifadə etmiş, qalan hissəsini isə yəni yarım kibrit qutusunda olan marixuananı siqaretin gümüşü kağızına büküb corabında gizlətmişdir. 21 yanvar 2025-ci il tarixdə, saat 12:20 şəhəri H.Əliyev prospektində piyada gəzərkən mənə Kürdəmir rayon Polis şöbəsinin əməkdaşları yaxınlaşıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda daşımaqda əsaslı şübhələrin olduğunu bildirmişlər. Videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib, sağ ayağında olan corabda gizlətdiyi marixuananı çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusuna polislər tərəfindən baxılmış, elektron tərəzidə çəkilmiş, içərisində yaşıl rəngli kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutusu bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür. Bundan sonra RPŞ-nə gəlmiş, müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifləri izah edilmişdir. Dövlət hesabına müdafiəçi ilə təmin olundan sonra Videoçəkiliş vasitəsi ilə üzərindən aşkar edilmiş zərfə qablaşdırılmış kütləyə baxış keçirmişlər. Videoçəkiliş başlandıqdan sonra şifahi suallara cavab olaraq bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, 01 ədəd kibirit qutusundadır. Təqdim edilmiş zərfə baxış keçirilərkən isə həmin zərf üzərindən aşkar edilən qurudulmuş marixuananın qablaşdırıldığını zərf olduğunu, zərfin tamlığı pozulmadığını, üzərində ki is öz imzası olmasını görmüşdür . Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd siqaretin gümüşü kağızına qablaşdırılmış içərisində yarım kibrit qutusunda yaşıl rəngli kəskin iyli narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutusu ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkisi, 7.32 qram olması müəyyən edilmişdir. Şifahi suallara cavab olaraq həmin kibrit qutusunda olan marixuananın ona məxsus olduğunu, həmin marixuananı Ağakərim Adlı tanışından 60 manat pul müqabilində əldə etdiyini, xx.xx.2025-ci il tarixdə saat 20 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində yerləşən Bəhrəmoğlu adlı marketin qarşısında görüşüb 60 manat pul verib aldığını, Ağakərimin həmin narkotik vasitəni kimdən alıb gətirdiyini bilmədiyini bildirmişdir. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində hər hansı cinayət əməli törətməmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan 5.58 qram qurudulmuş marixuana özünə məxsusdur. İstifadə etmək məqsədi ilə həmin kütləni üzərində saxlamışdır. ***-***-**-** saylı nömrəni istifadə edir. Həmin kütləni dostu Təqsirləndirilən şəxs 60 manat pul müqabilində xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Kürdəmir rayonnu Atakişili kəndində yerləşən Bəhmənoğlu marketin qarşısında almışdır. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(041)-56/2025 saylı hökmündən görünür ki, Şahid4 barəsində olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxarkən vermiş olduğu ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onun dostudur, aralarında ədavətləri və düşmənçilikləri yoxdur. xx.xx.2025-ci il tarixdə saat 19 radələrində Ağakərimə zəng edib narkotik maddə qurudulmuş marixuana tapmasını xahiş etmiş, aralarında razılıq əldə olunduqdan sonra həmin gün saat 21 radələrində onun kartına 60 manat göndərdikdən sonra Kürdəmir rayonu, Atakişili kəndi ərazisində yerləşən Bəhmənoğlu marketin qarşısında görüşmüş və orada 1 ədəd kibrit qutusunda narkotik vasitə almışdır. Həmin kibrit qutusunda olan marixuananın bir hissəsini çəkərək istifadə etmiş, qalan hissəsini isə siqaretin gümüşü kağızına büküb corabında gizlətmişdir. 21 yanvar 2025-ci il tarixdə, saat 12:20-də Kürdəmir şəhəri, H.Əliyev prospektində piyada gəzərkən hərəkətdə olarkən Kürdəmir RPŞ-nin polis əməkdaşları yaxınlaşıb üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirmişlər və videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı polis əməkdaşlarının təklifi əsasında üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib, sağ ayağında olan corabda gizlətdiyi marixuananı çıxarıb təqdim etmiş, narkotik vasitəni necə əldə etdiyini polis əməkdaşlarına izah etmişdir. Əməlindən səmimi peşmançılıq çəkməsinin nəzərə alınmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir (i.v. 1-2); xx.xx.2025-ci il tarixli “Əməliyyat axtarı tədbirinin keçirilməsi, şübhəli şəxsin üstünün yoxlanılması haqqında” protokolundan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 14:20 radələrində Kürdəmir şəhəri H,Əliyev prospektində video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X7, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı X5, RPŞ-nin İTB-nin sahə rəisi polis leytenantı Şahid3, RPŞ-nin TİB-nin sahə polis nəfəri polis baş serjantı X6, RPŞ-nin TİB-nin sahə polis nəfəri polis baş serjantı X3 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib, əynində olan gödəkçənin sol iç cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm E.Bünyatov tərəfindən açılıb içərisinə baxıldıqda içərisindən 01 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu açılmış içərsinə baxıldıqda içərisindən yaşıl rəngli kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə çəkilmiş və təxmini çəkisi 9.11 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutusu bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür (i.v.9-13); xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə, saat 16.00-da Nəbiyev X8 RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis kapitanı X13 tərəfindən cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i.v.29-30); Cinayət işində olan xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək qablaşdırılmış ağ rəngli zərfə baxış keçirilməsi haqqında protokolundan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis polkovnik-leytenantı X7, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri polis serjantı X6, Şirvan Regional Vəkillər Bürosunun vəkili X2 Təqsirləndirilən şəxs iştirakı aşkar edilmiş kütlənin qablaşdırıldığı zərfdə videoçəkilişlə baxış keçirilmişir. Videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, 1 ədəd kibirit qutusundadır. Ona təqdim edilmiş zərfə baxış keçirilərkən isə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin zərf onun üzərindən aşkar edilən qurudulmuş marixuananın qablşdırıldığını zərfdir, zərfin tamlığı pozulmamış, onun üzərində ki is öz imzasızıdr. Zərfin tamlığı tərəfimdən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman, içərisində yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutusu ÇİN istehsalı elektron tərəzidə çəkilmişdir. Təxmini çəkisi 9.25 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutusu ağ zərfdə qablaşdırılmışdır. Üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin kibrit qutusunda olan marixuanalar ona məxsusdur, həmin marixuananı özü əkib becərmişdir. İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Müdafiəçinin suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs bildirmişdir ki ona polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir, aşkar edilmiş marixuana onun özünə məxsusdur (i.v.36-38); Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 18/59 nömrəli rəyindən görünür ki, 1) Təqsirləndirilən şəxs üzərindən ..” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5.99 qram olan bitki mnşəli kütlə tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 5.99 qram, tədqiqata 0,02 qram sərf olunmuş, 5.97 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) təşkil edir (i.v. 45-48); Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/59 nömrəli rəyindən görünür ki, 1)Şahid4 üzərindən ..” sözləri və imzalar olan kağız paketdəki 1 ədəd gümüşü rəngli kağıza bükülmüş 01 ədəd yarımçıq halda kibri qutusunda təmiz çəkisi 5.58 qram olan bitki mnşəli kütlə tərkibində narkotik maddələr olan çətənə kannabis bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 5.58 qram, tədqiqata 0,02 qram sərf olunmuş, 5.56 qram qalıq qalmışdır (i.v.54-55); xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixdə barəsində Kürdəmir Rayon Məhkəməsinin 4(041)-13/2025-004 saylı qərarı ilə 03 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir (i.v.56-57, 82-87); İş materiallarına əlavə edilən Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(041)-13/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs oğllu barəsində 3 ay müddətinə həbs qətimkan tədbri seçilmiş, həbsetmənin əvvəli 22 yanvar 2025-ci il tarixdən hesablanmışdır (i.v.83-87); Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır (i.v.97); Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Atakişili kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnaməsindən Təqsirləndirilən şəxs ailə tərkibi xx.xx.1959-cu il təvəllüdlü atası X.X.Nəbiyev və xx.xx.1963-cü il təvəllüdlü S.Təqsirləndirilən şəxsadan ibarətdir, şəhər icra nümayəndəliyinə onun haqqında təqsirləndirici heç bir şikayət daxil olmamışdır (i.v. 104-105); İş üzrə təyin edilmiş əlavə məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 18/119 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitə marixuana ilə Şahid4 aşkar edilmiş narkotik vasitə marixuana orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkiblidir. Marixuananın təmiz çəkisi 5.56 qram, tədqiqata 0,02 qram sərf olunmuş, 5.54 qram qalıq qalmışdır. Marixuananın təmiz çəkisi 5.97 qram, tədqiqata 0,02 qram sərf olunmuş, 5.95 qram qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpikdir) (i.v.115-121); xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və Şahid4 satdığı ümumi təmiz çəkisi 11,57 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 11,49 qram qalığı iş üzrə əhəmiyyət kəsb etdiyindən iş üzrə maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5.99 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5.95 qram qalığı maddi sübut kimi tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil təhvil verilmişdir. Şahid4 üzərindən aşkar edilmiş 5.58 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5.54 qram qalığının ********* nömrəli cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır (i.v.123-124); xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu 1 saylı X21 Filialından alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlillyə görə pensiya, müavinət və təqaüd almır (i.v.127); “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli PHŞ-18-1-49/2-82/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur (i.v.128); xx.xx.2025-ci il tarixli, “Telefon məlumatları barədə CD diskə baxış keçirilməsi” və eyni tarixli Təqsirləndirilən şəxs məxsus məxsus mobil telefona baxış keçirilməsi barədə” protokollardan gösrünür ki, həmin mobil telefonun üzərində ***-***-**-** saylı nömrənin istifadə edildiyi, mobil telonda danışıqlar olan hissəyə baxış keçirilən zaman Şahid4 istifadəsində olan ***-***-**-** saylı nömrənin “Qarcol Volqa” kimi yazıldığı, həmin nömrə ilə xx.xx.2025-ci il tarixdə saat 21:00-da, və xx.xx.2025-ci il tarixdə saat 21:07-də danışdıqları müəyyən edilmişdir. Həmçinin, mobil telefonda olan “Bir bank” proqamına daxil olarkən xx.xx.2025-ci il tarixdə saat 20:40-da Şahid4 özünə məxsus ****6556 saylı kartdan Təqsirləndirilən şəxs məxsus ****1665 saylı plastik karta 60 manat pul göndərməsini özündə əks etdirən çekin olması müəyyən edilmişdir. Azercell MMC-dən daxil olmuş məktuba və diskə baxış keçirilərkən diskin içərisində 1645 adlı fayl var, həmin fayla daxil olduqda **********13.txt, abuneciler.xls, antena 2024.xls, antena 2025.xls adlı fayllar olduğu, həmin fayıllara baxış keçiirlən zaman Şahid4 istinfadəsində olmuş ***-***-**-** saylı nömrə ilə xx.xx.2025-ci il tarixdə dəfələrlə telefon əlaqəsi saxladığı müəyyən edilmişdir. Həmin faylda olan zənglərə əsasən ********** **********13 2025-01-20 14:56:30, ********** **********13 2025-01-20 15:00:02, ********** **********13 2025-01-20 15:03:, 42********** **********13 2025-01-20 19:07:01, **********13 **********05 2025-01-20 19:15:56, ********** **********13 2025-01-20 20:33:06, ********** **********13 2025-01-20 21:00:4319, ********** **********13 2025-01-20 21:07:46-da telefonla danışdıqları öz əksini tapmışdır (i.v.129-133); Şahid4 məxsus, şəxsi axtarış zamanı aşkar edilmiş Samsung markalı smartfon markalı mobil telefona baxış keçirilən zaman tərtib edilmiş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, baxış zamanı “Samsung markalı smartafon mobil telefon gələn və çıxan zənglər olan bölməsinə girərkən Şahid4 məxsus ***-***-**-** saylı mobil nömrənin telefonda “Kerim qaqa.xaliq” kimi yazıldığı,həmin nömrə ilə xx.xx.2025-ci il tarixdə saat 19:15- saniyədə 31 saniyyə, həmin gün 20:32-də 54 saniyə , həmin gün 21:07-də 12 saniyə danışıldığı müəyyən edilmişdir. Bundan sonra Şahid4 bildirmişdir ki özünə məxsus plastik kartdan telefonunda olan Birbank proqramı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus plastik karta 60 manat pl göndərmişdir. Şahid4 birbank proqramına baxış keçirilməsinə etiraz etməyib özü təhlükəsizlik kodunu daxil edərək proqrama girmişdir. Həmin proqramda tarixcə olan hisssinə girib baxdıqda xx.xx.2025-ci il tarixdə saat 20:40-da, qəbzin nömrəsi **********6 olan, köçürməni alan Ağ******N****** , ****1665 nömrəli kart hesabına 60 manat pulun köçürüldüyü müəyyən edilmişdir. Şahid4 də bildirmişdir ki, Təqsirləndirilən şəxs məxsus plastik karta 60 manat pulu köçürüb ondan narkotik vasitə qurudulmuş marixuana almışdır. Həmin yazılanlarda Ağakərimə göndərdiyi pulun öz əksini tapdığı çekdir (i.v.134-143); Gəncə şəhəri X1 Məcburi-Narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli, 391 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzəb çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i.v.165); İş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, eləcə də Şahid4 satdığı narkotik vasitə qurudulmuş marixuananı əldə etiyi mənbəyi müəyyən etmək olmamışdır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, saxlamasına, daşımasına köməklik göstərən olmamışdır. Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 21 radələrində Kürdəmir rayonu Atakişili kəndi ərazisində “Bəhmənoğlu” adlı marekein yaxınlığında 60 manat pul müqabilində Şahid4 bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuananı satmışdır. Təqsirləndirilən şəxs Şahid4 başqa kiməsə narkotik vasitə satması müəyyən edilməmişdir. Şahid4lə Təqsirləndirilən şəxs arasında hər hansı bir ədavət və düşmənçilik olmamışdır (i.v. 167); Məhkəmə iclasında tərəflərin iştirakı ilə videogörüntülər tədqiq edilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib, əynində olan gödəkçənin sol iç cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm Elman Bünyatov tərəfindən açılıb içərisinə baxıldıqda içərisindən 01 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu açılmış içərsinə baxıldıqda içərisindən yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə çəkilmiş və təxmini çəkisi 9.11 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutusu bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürnələrək götürülmüşdür; Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək qablaşdırılmış ağ rəngli zərfə baxış keçirilməsi barədə görüntülərdən görünür ki, Kürdəmir RPŞ-nin inzibati binasında Şirvan Regional Vəkillər Bürosunun vəkili X2 iştirakı aşkar edilmiş kütlənin qablaşdırıldığı zərfdə videoçəkilişlə baxış keçirilmiş, videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, 1 ədəd kibirit qutusundadır. Ona təqdim edilmiş zərfə baxış keçirilərkən isə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin zərf onun üzərindən aşkar edilən qurudulmuş marixuananın qablşdırıldığını zərfdir, zərfin tamlığı pozulmamış, onun üzərində ki is öz imzasızıdr. Zərfin tamlığı qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman, içərisində yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutusu elektron tərəzidə çəkilmişdir. Təxmini çəkisi 9.25 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutusu ağ zərfdə qablaşdırılmışdır. Üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin kibrit qutusunda olan marixuanalar ona məxsusdur, həmin marixuananı özü əkib becərmişdir. İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Müdafiəçinin suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs bildirmişdir ki ona polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir, aşkar edilmiş marixuana onun özünə məxsusdur. İş materiallarına əlavə edilmiş və məhkəmə istinaqında tədqiq edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi haqqında Kürdəmir rayon Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli 4(041)-13/2025-004 saylı qərarı və həmin qərar əsasında qeyd alınmış məhkəmə iclasının audio-video yazısından görünür ki, Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə məhkəmənin qapalı iclasında dindirilərkən ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə özünü təqsirli bildiyini, Şahid4 60 manat müqabilində narkotik vasitə olan qurudulmuş marixuana satdığını, ona qarşı polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə yol verilmədiyini izahatında göstərmişdir. Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məhkəmə iclasında hakimin və müdafiəçinin suallarını sərbəst olaraq cavablandırarkən həqiqətən narkotik vasitəni satdığını etiraf etmişdir. Həmçinin iş materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilmiş Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə məhkum olunması barədə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(041)- 56/2025 saylı hökmünün təsviri-əsaslandırıcı hissəsindən və həmin hökmlə bağlı qeydə alınmış məhkəmə audio-video yazılarından görünür ki, Şahid4 1 ədəd kibrit qutusunda narkotik vasitəni 60 manat pul müqabilində Təqsirləndirilən şəxs aldığını, pulu sonuncunun kartına göndərdiyini etiraf etmişdir. Hökmdən və məhkəmə iclasının qeydə alındığı audio-video yazılardan görünür ki, Şahid4 ifadəsində polis əməkdaşları tərəfindən hər hansı bir qanunsuz hərəkətlərə məruz qalmadığını, istər PŞ-də, istərsə də məhkəmədə sərbəst ifadə verdiyini bildirmişdir. Həmin hökm qanuni qüvvə minmiş, icraya yönəldilmiş, yuxarı instansiya məhkəməsində mübahisələndirilməmişdir. Göründüyü kimi, Şahid4 özü barəsində olan cinayət işi üzrə məhkəmə iclasında verdiyi ifadəsindən fərqli olaraq Təqsirləndirilən şəxslə bağlı olan cinayət işi üzrə məhkəmə iclasında fərqli ifadə vermişdir. Qeyd edilənlər onun Təqsirləndirilən şəxs müdafiə etməsi, guya ondan narkotik vasitəni almaması, ona göndərdiyi pulu borcu olduğu kimi qələmə verməsi, Təqsirləndirilən şəxs müdafiə etməsi kimi qiymətləndirilməlidir. Qeyd etmək lazımdır ki, Şahid4 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum olunması barədə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(041)- 56/2025 saylı hökmü Təqsirləndirilən şəxslə əlaqəli olduğundan, həmin hökm preyudisiya xarakteri daşıyır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. Göründüyü kimi, qanunverici cinayət prosesində sahədaxili- Cinayət- Prosessual Məcəlləsinin 142.1-ci maddəsi preyudisiyanı müəyyənləşdirmişdir. Belə ki, cinayət prosesində sahədaxili preyudisiyanın tətbiqi zamanı qüvvəyə minmiş məhkəmə hökmündə müəyyən olunan hallar və onların hüquqi qiyməti sonrakı cinayət işləri üzrə icraatda məcburidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarına əsasən preyudisiya, daha əvvəl baxılan iş üzrə sübutetmə predmetinə aid olan və qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyənləşdirilən halların bir daha sübuta yetirilməsi zərurətindən azad olunmanı nəzərdə tutur. Qanuni qüvvəyə minmiş məhkəmə hökmünün preyudisiallığı, həmin hökmün çıxarıldığı şəxslərin dairəsi ilə məhdudlaşır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi, 63-cü maddəsi və 127-ci maddəsinin Vİİİ hissəsinin tələbləri baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 142.1-ci maddəsinin müddəaları cinayət təqibi üzrə təqsirləndirilən şəxsə münasibətdə o halda şamil edilir ki, həmin şəxsin təqsirliyi və ya təqsirsizliyi məhkəmə müdafiəsi hüququndan irəli gələn təminatlara riayət edilməklə digər əlaqəli cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilmiş olsun. Məhkəmə, Təqsirləndirilən şəxs narkotik vasitənin ona məxsus olmaması və tanışı Şahid4 narkotik vasitə satmadığı barədə ifadəsinə tənqidi yanaşır və hesab edir ki, onun bu ifadəsi cinayət məsuliyyətindən yayınmaq məqsədi daşıyır. Belə ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı və barəsində həbs qətimkan tədbiri seçilərkən vermiş olduğu ifadələrində elan olunmuş ittihamda özünü təqsirli bilmiş, istintaq sənədləri və cinayət işi materialları ilə tanış olarkən ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi barədə özü və müdafiəçisi tərəfindən hər hansı vəsatət verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumun «Məhkəmə hökmü haqqında» 24 dekabr 2021-ci il tarixli, 15 №-li qərarının 25, 26, 27-ci bəndlərinə əsasən, təqsirləndirilən şəxsin məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdirməsi, ifadələrini dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin psixi və ya digər zorakılığın təsiri altında alınması ilə əlaqələndirdirsə də təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisinin cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərindən və ya qərarlarından hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət etmədiyini, bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılmamasını nəzərə alaraq məhkəmə iclasında verdiyi ifadəsini sübut kimi qəbul etmir. Məhkəmə iclasında tərəflərin iştirakı ilə tədqiq edilmiş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzədən qabaq Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib, əynində olan gödəkçənin sol iç cibindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm Elman Bünyatov tərəfindən açılıb içərisinə baxıldıqda içərisindən 01 ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusu açılmış içərsinə baxıldıqda içərisindən yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kütlə çəkilmiş və təxmini çəkisinin 9.11 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutusu bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürlənərək götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək qablaşdırılmış ağ rəngli zərfə baxış keçirilməsi zamanı qeydə alınmış videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Kürdəmir RPŞ-nin inzibati binasında Şirvan Regional Vəkillər Bürosunun vəkili X2 iştirakı aşkar edilmiş kütlənin qablaşdırıldığı zərfdə videoçəkilişlə baxış keçirilmiş, videoçəkiliş başlandıqdan sonra Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, onun üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, 1 ədəd kibirit qutusundadır. Ona təqdim edilmiş zərfə baxış keçirilərkən isə Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin zərf onun üzərindən aşkar edilən qurudulmuş marixuananın qablaşdırıldığı zərfdir, zərfin tamlığı pozulmamış, onun üzərindəki isə öz imzasızıdr. Zərfin tamlığı qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxdıqda içərisindən bir ədəd kibrit qutusu aşkar edilmişdir. Həmin kibrit qutusuna baxış keçirilən zaman, içərisində yaşıl rəngli qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edilmişdir. Həmin kibrit qutusu elektron tərəzidə çəkilmişdir. Təxmini çəkisinin 9.25 qram olması müəyyən edilmişdir. Həmin kibrit qutusu ağ zərfdə qablaşdırılmışdır. Üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Təqsirləndirilən şəxs şifahi suallara cavab olaraq bildirmişdir ki, həmin kibrit qutusunda olan marixuanalar ona məxsusdur, həmin marixuananı özü əkib becərmişdir. İstifadə etmək məqsədi ilə üzərində saxlamışdır. Müdafiəçinin suallarına cavab olaraq isə Təqsirləndirilən şəxs bildirmişdir ki ona polis əməkdaşları tərəfindən heç bir fiziki və psixi zor tətbiq edilməmişdir, aşkar edilmiş marixuana onun özünə məxsusdur. Bundan əlavə, məhkəmə nəzərə alır ki, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilmiş, şahidlər narkotik vasitə olan qrudulmuş marixuananın Təqsirləndirilən şəxs üzərindən çıxmasını, sonuncunun narkotik vasitə olan qrudulmuş marixuananın özünə məxsus olmasını bildirməsini, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs Şahid4 60 manat pul müqabilində narkotik vasitə qurudulmuş marixuana satdığını bildirməsini göstərmişlər. Məhkəmə, şahidlərə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməsini, ümumiyyətlə ifadələri arasında hər hansı ziddiyət olmamasını, təqsirləndirilən şəxsə isə bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət barədə xəbərdarlıq edilməməsini və təqsirləndirilən şəxsin yalan ifadə verməyə görə məsuliyyət daşımamasını nəzərə alaraq şahidlərin ifadələrinin daha mötəbər olmasına inanır və həmin ifadələrin iş materiallarında olan digər sübutlarla uzlaşdığından ittihamın sübuta yetirilməsi üçün kifayət hesab edir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid4 ifadəsində Təqsirləndirilən şəxs ilə münasibətinin olduğunu, narkotik vasitəni Ağakərimdən almadığını, özü əkdiyini, polis şöbəsində ona təziqlər olduğu üçün narkotik vasitəni Təqsirləndirilən şəxs aldığını dediyini, lakin Təqsirləndirilən şəxs ona narkotik vasitə satmadığını bildirsə də həm ibtidai istintaq zamanı, həm də Kürdəmir Rayon Məhkəməsində barəsində olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan cinayət işi üzrə məhkəmə istintaqı zamanı Şahid4 audio-video yazı vasitəsilə keçirilən məhkəmə iclasında üzərindən aşkar edilən narkotik vasitəni Təqsirləndirilən şəxs 60 manat müqabilində ona satdığını təsdiq etmiş və o, həmin hökmlə təqsirli bilinib məhkum edilmiş, hökmdən apellyasiya qaydasında şikayət və prostet verilməmiş, hökm qanuni qüvvəsini almışdır. Şahid4 polis əməkdaşları tərəfindən zorakılığa məruz qalması barədə prokurorluğa göndərilmiş məlumatla əlaqədar qəbul edilmiş Kürdəmir rayon prokurorluğunun xx.xx.2025-ci il tarixli qərarına əsasən, araşdırma zamanı Kürdəmir rayonunun Topalhəsənli kəndində yaşayan Şahid4 Kürdəmir RPŞ-nin əməliyyat üzrə rəis müavini Anar Əliyev tərəfindən Kürdəmir Rayon Məhkəməsinin icraatında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə şahid qismində Təqsirləndirilən şəxs əleyhinə ifadə verməyə məcbur edilməsi faktı öz təsdiqini tapmamış, materialda cinayət hadisəsi olmadığı müəyyən edilmişdir. Həmçinin qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmuş, əldə etdiyi narkotik vasitədən özü istifadə etməklə yanaşı, özünə nüfuz və ya digər şəxsi maraq naminə başqa şəxsə satmaqla yeni bir ictimai təhlükəli əməl törətmişdir. Təqsirləndirilən şəxs cinayət işi üzrə narkotik vasitənin ona məxsus olmaması barədə ifadəsində və tanışı Şahid4 narkotik vastə satmadığını, həmçinin Şahid4 Ağakərimin ona narkotik vasitə satmadığını bildirdikləri məhkəmə istintaqı zamanı təsdiq olunmadığından onların ifadəsində təqsirləndirilən şəxsin müdafiəsi üçün gətirdiyi dəlillər onun törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edilməli və cinayət işinin materiallarına uyğun olmadığından qəbul edilməməlidir. Belə ki, Təqsirləndirilən şəxs həm təhqiqat, həm də istintaq zamanı, barəsində həbs qətimkan tədbiri seçilərkən vermiş olduğu ifadələrində ona elan olunmuş ittihamda özünü təqsirli bilmiş, istintaq sənədləri və cinayət işi materialları ilə tanış olarkən ümumiyyətlə polis əməkdaşları tərəfindən ona təzyiq və təsir edilməsi barədə özü və müdafiəçisi tərəfindən hər hansı vəsatət verilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi özü etiraf etməsə də, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin məhkəmədə verdiyi və iş materiallarında olan ifadələri, ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və şahidlərin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəylərinin, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. 1.0.11. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 8-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyri-əmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Narkotik vasitələri əldə edən üçün vasitəçilik edib narkotik vasitə almış şəxsin bunu edərkən özünün də narkotiki istehlak etmək məqsədi olması halı şəxsi maraq kimi qiymətləndirilə bilməz. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır.(qərarın 9-cu bəndi) Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə tövsif olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün- ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma— üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin; 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; 132.1.6-cı maddəsinə əsasən maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «Narkotik vasitələr» adlı İ siyahının 109-cu qrafasına əsasən qurudulmuş marixuananın (kannabis) xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı hədləri 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində cəzasını yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəii ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), şübhəli və həbsdə saxlandığı müddət nəzərə alınmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılmalı, iş üzrə maddi sübutlar - Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5.99 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5.95 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, videoçəkilişlərin qeydə alındığı 02 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalı, ekspertiza tədqiqatının dəyəri olan 63,90 manat Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi üzrə narkolji kabinetdə qeydiyyata alınmaldır. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsinə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasının əvvəli tutulduğu andan, yəni 22 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 5.99 qram narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 5.95 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, videoçəkilişlərin qeydə alındığı 02 (iki) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 63,90 (altmış üç manat doxsan qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə ediləcək əmlakın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar