Məhkəmə qərarları › İş №1(041)-62/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-62/2023

11.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-62/2023 11.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Gülalıyev Orxan Vəzir oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1980-ci il tarixdə Kürdəmir rayonu, Şilyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, dul, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair sadələşdirilmiş icraat materialına məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 07 iyun 2023-cü il tarixdə, saat 08 radələrində yaşadığı ünvan 2 ünvanındakı evdə qaynanası Zərərçəkmiş şəxs gecələr onun yanına başqa kişinin gəlib getməsində günahlandırması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı masanın üstündəki su dolçasını Zərərçəkmiş şəxs sifətinin sol tərəfinə qəsdən bir dəfə vuraraq ona sol alın-gicgah nahiyyəsində hemotoma, sol göz yarığının daralması və sol göz almasına qansızma ilə müşaiyət olunan paraorbital qançırla müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında ifadə verən Təqsirləndirilən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə özünü təqsirli bilməyərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynanasıdır, əri X6 6 il əvvəl etdiyindən iki azyaşlı uşaqları ilə birlikdə qaynanası Mariyanın evində ayrı-ayrı otaqlarda yaşayır. Son vaxtlar qaynanası Mariya onu başqa kişi ilə münasibətinin olmasında günahlandırdığı üçün münasibətləri pozulmuşdur. 07 iyun 2023-cü il tarixdə səhər saat 08 radələrində yaşadığları evdə qaynanası Mariya onunla mübahisə edib yanına gecələr yad kişinin gəlib getməsini bildirdiyi üçün aralarında mübahisə düşmüş, mübahisə vaxtı Mariya onun üzərə yeridiyindən onu qorxutmaq məqsədi ilə masanın üstündə olan qalın şüşəli su dolçasını əlinə götürmüş və Mariyanı özündən aralamaq üçün onu itələmiş, sonra əsəbindən əlində olan su dolçasını yerə çırpıb sındırmış, lakin qaynanasını vurmamış və heç bir xəsarət yetirməmişdir. Həmin vaxt Mariya qapıdan çölə, yəni küçəyə çıxmış və geri qayıtdıqda sifətinin sol tərəfindən xəsarət olduğunu görmüşdür, hesab edir ki, Mariya çölə çıxıb özü-özünə xəsarət yetirmişdir. Mübahisə vaxtı evdə onlardan başqa qaynatası Qəhrəmanın olub. Hadisəni onlardan başqa heç kim görməmiş və eşitməmişdir. Cinayət qanunu ilə nəzərdə tutulan əməli törətmiş şəxs Təqsirləndirilən şəxs göstərilənləri nəzərə alaraq barəsində ədalətli qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs onun gəlinidir, oğlu Əliyev Rövşən 6 il bundan əvvəl vəfat edib, gəlini Günel iki azyaşlı uşaqları ilə birlikdə onunla bir evdə yaşayır. Son vaxtlar gəlini Günelin yanına tanımadığı kişinin gəlib getməsini eşitmişdir. 07 iyun 2023-cü il tarixdə səhər saat 08 radələrində yaşadığları evdə olarkən gecələr yanına yad kişinin gəlib getdiyinə görə gəlini Günelə irad tutmuş, lakin Günel bunları boynuna almayıb onu şərləməkdə ittiham edərək onunla mübahisə etmiş və masanın üstündə olan qalın şüşəli su dolçasını götürüb sifətinin sol tərəfinə bir dəfə vurmuşdur. Zərbənin təsirindən başının sol tərəfi sol gözü əzilmişdir. Bundan sonra baş verənlər barədə polisə zəng vuraraq məlumat vermişdir. Günel həmin vaxt əsəbindən həmin su dolçasını yerə vuraraq sındırmışdır. Gəlini Günel tərəfindən döyülməsi barədə qardaşı Ələstana zəng vuraraq məlumat verib. Hadisə zamanı orada onlardan başqa əri Qəhrəmandan başqa heç kəs olmamışdır. X12 barışmayıb, ondan şikayətcidir. Odur ki, Təqsirləndirilən şəxs barəsində qanuna müvafiq qaydada tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun bacısı, Təqsirləndirilən şəxs isə bacısının gəlinidir, Günelin əri X6 6 il bundan əvvəl rəhmətə gedib, Günel iki azyaşlı uşaqları ilə birlikdə bacısı Mariyanın evində yaşayır. 07 iyun 2023-cü il tarixdə günorta vaxtı Mariya ona zəng vuraraq gəlini Günelin su dolçası ilə sifətimin sol tərəfinə vuraraq xəsarət yetirdiyini deyib. Dərhal məsələni aydınlaşdırmaq üçün onlara gədib və Mariyanın sifətinin sol tərəfində xəsarətlər olduğunu görüb. Mariya bu barədə polis şöbəsinə müraciət edib. Məhkəmə iclasında şahid qismində dinidirilmiş X2 ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs onun qonşusu Təqsirləndirilən şəxs isə Mariyanın gəlinidir, Günelin əri X6 6 il bundan əvvəl rəhmətə getmişdir. Günel iki azyaşlı uşaqları ilə birlikdə Mariyanın evində yaşayır. Dəfələrlə Mariyanın həyətinə tanımadığı cavan kişinin gəlib getdiyini görmüşdür. 07 iyun 2023cü il tarixdə Günelin qayananası Mariyanın sifətinə su dolçası ilə vurub xəsarət yetirməsini eşitsə də lakin hadisəni görmədiyini göstərmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilən Şahid5 da şahid X2 ilə eyni məzmunda ifadə verib həmin faktları təsdiq etdi. Məhkəmə iclasnın vaxtı və yeri barədə Şahid1 lazımi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 təhqiqata verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun arvadı Təqsirləndirilən şəxs isə gəlini olduğunu, oğlu X6 6 il bundan əvvəl rəhmətə getdiyini, elə bu səbəbdən də Günel iki azyaşlı uşaqları ilə birlikdə onunla bir evdə yaşadığını, son vaxtlar gecələr gəlinləri Günelin yanına tanımadığları kişinin gəlib getməsini eşitdiyini, 07 iyun 2023-cü il tarixdə səhər saat 08 radələrində yaşadığları evdə Mariya ilə Günelin arasında mübahisələri olduğunu, belə ki Mariya Günelin yanına gecələr yad kişinin gəlib getməsinə görə ona irad tutduğunu, lakin Günel bunları boynuna almadığını, guya Mariyanın onu şərlədiyini bildirərək masanın üstündə olan qalın şüşəli su dolçasını götürüb Mariyanın sifətinin sol tərəfinə bir dəfə vurduğunu, həmin vaxt Mariyanın başının sol tərəfi sol gözü əzilərək xəsarət aldığını, sonradan Mariya bu barədə polisə zəng vuraraq müraciət etdiyini, Günel də həmin su dolçasını yerə vuraraq sındırdığını, Mariya Günel tərəfindən döyülməsi barədə qardaşı Ələstana zəng vuraraq məlumat verdiyini, hadisə zamanı evdə o və həmin şəxslərdən başqa heç kimin olmadığını göstərmişdir. Məhkəmə iclasnın vaxtı və yeri barədə Şahid3 lazimi qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 təhqiqata verdiyi izahatında göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qonşusu Təqsirləndirilən şəxs isə Mariyanın gəlini olduğunu, Günelin əri X6 6 il bundan əvvəl rəhmətə getdiyini, elə bu səbəbdən də Günel iki azyaşlı uşaqları ilə birlikdə Mariyanın evində yaşadığını, dəfələrlə Mariyanın həyətinə tanımadığı cavan kişinin gəlib getməsini gördüyünü, lakin həmin şəxsi tanımadığını, 07 iyun 2023-cü il tarixdə Günelin qayananası Mariyanın sifətinə su dolçası ilə vurub xəsarət yetirməsini eşitsə də lakin hadisəni görmədiyini göstərmişdir. İş materiallarında olan Məhkəmə-tibb ekspertinin xx.xx.2023-cü il tarixli 219 nömrəli rəyində göstərilmişdir ki, 1948-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər müəyyən edilmişdir: sol alın-gicgah nahiyyəsində hemotoma, sol göz yarığının daralması və sol göz almasına qansızma ilə müşaiyət olunan paraorbital qançır. Həmin xəsarətlər küt əşya təsirindən törənmiş, müddəti xx.xx.2023-cü il tarixinə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə məhkəmə-tibb ekspertizasından müayinədən keçərkən gəlini Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə evdə su dolçasını onun sifətinin sol tərəfinə vurması nəticəsində xəsarət almasını bildirmişdir. (bax iş vər. 9). İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX PHŞ-nın poliklinka şöbəsində həkim psixiatrın qeydiyyatında durmur. (bax iş vər. 27) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. (bax iş vər. 28) İş materiallarına əlavə edilmiş Küdəmir rayon İcra Hakimiyyəti Başçının Şəhər İnzibati Ərazi Dairəsi üzrə İca Nümayəndliyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, ünvan 3 ünvanda qeydiyyatda olan Təqsirləndirilən şəxs ailə üzvləri xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2012-ci il təvəllüdlü X7r. (bax iş vər. 30) İş materiallarına əlavə edilmiş Küdəmir rayon İcra Hakimiyyəti Başçının Şəhər İnzibati Ərazi Dairəsi üzrə İca Nümayəndliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xx.xx.2013-cü il tarixli xasiyyətnamədən görünür ki, o, Kürdəmir şəhərində yaşadığı müddət ərzində küçə sakinləri, eləcədə, şəhər ictimaiyyəti tərəfindən şəhər üzrə nümayəndəliyinə təqsirləndirici heç bir şikayət daxil olmamışdır. (bax iş vər. 31) Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını onun CM-nin 59.1.4-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırmaları zamanı CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən biri-digərini tamamlayan mötəbər və mümkün sübutlara əsaslanaraq, Azərbaycan Respulikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək hesab edir ki, Təqsirləndirilən şəxs 07 iyun 2023cü il tarixdə, saat 08 radələrində yaşadığı ünvan 4 ünvanındakı evdə qaynanası Zərərçəkmiş şəxs gecələr onun yanına başqa kişinin gəlib getməsində günahlandırması səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı masanın üstündəki su dolçasını Zərərçəkmiş şəxs sifətinin sol tərəfinə qəsdən bir dəfə vuraraq ona sol alın-gicgah nahiyyəsində hemotoma, sol göz yarığının daralması və sol göz almasına qansızma ilə müşaiyət olunan paraorbital qançırla müşayiət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Beləliklə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə araşdırmaları zamanı, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi, habelə iş materiallarında olan digər rəsmi sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli təhqiqat orqanı təərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək, ona maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. Məhkəmə həmçinin cinayət əməlini törədən şəxs Təqsirləndirilən şəxs ifadəsinə tənqidi yanaşır və hesab edir ki, o, cinayət məsuliyyətindən boyun qaçırmaq üçün törətdiyi cinayət əməlini etiraf etmir və bu məzmunda ifadə verir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməməsi, verdiyi ifadə, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertiza rəyi ilə, habelə iş materiallarında olan sənədlərlə tam təkzib olunur. “İnsan Hüquq və X3 Haqqında” Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikas Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəısinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun ailəsindən, cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Əliyeva X8 şəhəri, T.İsmayılov küçəsi ev 3 ünvanında qeydiyyatda olmaqla yaşayır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməli, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, məhkəmə xərci və maddi sübut yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilsin, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan ünvan 1 ünvanını axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonu ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddianın, maddi ziyanın, məhkəmə xərclərinin və maddi sübutların olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu vaxtdan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlı̇ k edən Museyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar