Məhkəmə qərarları › İş №1(041)-62/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-62/2024

22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-62/2024 22.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1993-cü ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayon X5 Hissəsində yanğınsöndürmə növbəsinin yanğınsöndürəni vəzifəsində işləyən, Kürdəmir şəhəri, M.Abdullayev küçəsi, ev 16-da qeydiyyatda olmaqla barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 22 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Kürdəmir şəhəri, Heydər Əliyev prospektində yerləşən “Paşa Market” adlı ərzaq mağazasının qarşısında xx.xx.1982-ci ildə Kürdəmir rayonu Sor-sor kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Kürdəmir rayonu Sor-sor kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs onunla kobud danışmasını bəhanə edib heç bir əsaslı səbəb olmadan sonuncuya qarşı digər şəxslərin gözü qarşısında nalayiq ifadələr işlətmiş, Zərərçəkmiş şəxs baş nahiyəsinə qəsdən bir neçə dəfə yumruq zərbələri vuraraq ona sol gicgah nahiyəsində hematoma ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olub, sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilməsi, zərərçəkmiş şəxsi nalayiq ifadələrlə təhqir etməklə şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında ifadə verən təqsirləndirilən şəxs X6 özünü təqsirli bilərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə saat 19:20 radələrində atası Şahid4 məxsus Kürdəmir şəhəri Heydər Əliyev prospektində yerləşən dərzixanadan çıxıb yaxınlıqda yerləşən “Paşa Market” adlı ərzaq mağazasına çörək almaqdan ötrü getmişdir. Piştaxtadan çörəyi götürüb kassaya ödəniş etməkdən ötrü yaxınlaşan zaman mağazanın qarşısında dayanan daha əvvəllər tanımadığı daha sonradan adının Elşad olduğunu öyrəndiyi şəxsin ona baxdığını düşünüb Şahid3 “Nə baxırsan üzümə” sözlərini demişdir. Bundan sonra o, Elşad adlı şəxsə yaxınlaşaraq mübahisə etməyə başlamışdır. Həmin vaxt mağazanın qarşısında daha əvvəllər tanımadığı üç nəfər kişi cinsindən olan şəxs olmuşdur. Onlardan ikisi yetişkin biri isə azyaşlı idi. O, daha əvvəllər tanımadığı daha sonradan adlarının Zərərçəkmiş şəxs və Şahid3 olduğunu öyrəndiyi şəxslərin içkili olduğunu görüb mübahisə yaranmasın deyə üzr istəyib yenidən mağazaya qayıtmışdır. Daha sonra o, Zərərçəkmiş şəxs və Şahid3 ilə birlikdə mağazanın qarşısına çıxaraq dinc qaydada aralarında yaranan mübahisəni həll etməyə çalışmışlar. Bu vaxt atası Şahid4 mağazanın qarşısında oğlu Nurlanın mübahisə etdiyini kənar şəxslərdən eşidib Zərərçəkmiş şəxs yaxınlaşaraq onu itələmiş və üzərinə gedərək ona yumruq zərbəsi atmağa çalışsa da ətraflarına toplaşan şəxslər buna icazə verməmişlər. Həmin vaxt o, Zərərçəkmiş şəxs atası Şahid4 qarşılıq verəcəyini düşünmüşdür. Buna görə də o, əsəblərini cilovlaya bilməyərək Zərərçəkmiş şəxs baş və bədən nahiyələrinə yumruq zərbələri atsa da, onların ikisi ona dəyməmiş sonuncu yumruq zərbəsi isə Zərərçəkmiş şəxs baş nahiyəsinə dəymişdir. Daha sonra o, geriyə çəkildikdən sonra Əlinin onun arxası ilə gələrək yumruq atdığını görmüş və yenidən onun üzərinə qaçaraq təpik və yumruq zərbələri atsa da, həmin zərbələrin heç biri ona dəyməmişdir. Daha sonra orada olan daha əvvəllər tanımadığı şəxslər onun ilə Zərərçəkmiş şəxs bir birindən ayırmağa başlamışlar. Zərərçəkmiş şəxs ilə aralarında yaranan mübahisə ətrafdaki şəxslərin ciddi narazılığına səbəb olmuşdur. Həmin vaxt ətraflarında səs küyə toplaşmış təxminən 10 nəfərə yaxın daha əvvəllər tanımadığı insan olmuşdur. Mübahisə bitdikdən sonra onlar aralaşaraq evə qayıtmışdır. Hazırda törətdiyi cinayət əməlinə görə peşmandır və o, Zərərçəkmiş şəxs üzr istəyərək onunla barışmış və ona dəymiş ziyanı tamamilə ödəmişdir. İlk dəfə cinayət əməli törətməsini, himayəsində 1 azyaşlı uşağının olamsaını və zərərçəkmiş şəxslə barışmasını nəzərə alıb ona həbslə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs bildirdi ki, 22 dekabr 2023-cü il tarixdə əmisi oğlu Cahid Kürdəmir şəhəri ərazisində yerləşən “Muradxan” şadlıq sarayında azyaşlı oğluna kiçik toy məclisi keçirmişdir. Həmin gün saat 19 radələrində o, bisi oğlu Elşad, Elşadın oğlu Turan və həmkəndlisi Mayısla birlikdə şadlıq sarayından çıxıb Kürdəmir şəhəri “dörd yol” adlanan əraziyə piyada getməyə başlamışlar. Yolda Mayıs onlardan ayrılmışdır. Kürdəmir şəhəri Heydər Əliyev prospektində “Paşa Market” adlı ərzaq mağazasının qarşısından keçən zaman Elşad orada dayanıb “gəl bu marketdən bazarlıq edək” sözlərini demiş, o, isə “buradan yox, dörd yol ərazisindəki marketlərdən bazarlıq edərik” sözlərini demişdir. Həmin vaxt mağazanın qarşısında təxminən 1 dəqiqəlik dayanıb bu söhbəti etmişlər. Onlar artıq oradan ayrılıb getmək istədiyi zaman sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs marketdən çıxaraq Elşada “nə baxırsan mənə bayaqdan” sözlərini demiş, Elşad isə ona “sənə baxmıram, marketə baxıram” sözlərini demişdir. Nurlan bundan sonra Elşadla sərt tonda danışmağa başlayaraq “marketə niyə baxırsan bəs” sözlərini demişdir. Həmin vaxt o, Elşadla Nurlana yaxınlaşıb Nurlana “marketə baxa bilmərik?” sözlərini demişdir. Bundan sonra Nurlan səbəbsiz yerə əsəbiləşərək onlarla nalayiq ifadələrlə danışmağa başlamışdır. Toy məclisində o və Elşad az miqdarda spirtli içki qəbul etmişdi. Belə ki, Nurlanın da hərəkətlərindən sərxoş olmasını hiss etmişdir. Mübahisə zamanı Elşadın da əsəbiləşdiyini görüb mübahisə yaranmasın deyə Nurlanı və Elşadı sakitləşdirməyə çalışmışdır. Həmin vaxt marketin qarşısında olan şəxslər də Nurlanı və Elşadı sakitləşdirməyə çalışmışlar. Bundan sonra Nurlan marketə daxil olmuş, lakin Nurlan mağazada da olan zaman Elşada söz atmağa davam etmişdir. Buna görə Elşad da Nurlanın arxasınca mağazaya girib Nurlanın ona dediyi nalayiq sözləri Nurlanın üzünə demişdir. O əvvəlcə mağazaya girsə də, içəridə çox adam olduğunu görüb marketin çölünə çıxıb Elşadı gözləməyə başlamışdır. Bundan sonra Nurlan marketdən çıxıb ona əsəbi olduğunu deyərək üzr istədi və o, Nurlanla sakitcə söhbət etməyə başlamışdır. Həmin vaxt sonradan Nurlanın atası Tərlan olduğunu öyrəndiyi şəxs onlara yaxınlaşaraq dalaşdıqlarını fikirləşib onu kənara itələyərək “rədd ol burdan” sözlərini demişdir. O, həmin kişini tanımadığı üçün onun üstünə qışqıraraq “a kişi sən kimsən, özün rədd ol, işinlə məşğul ol” sözlərini demişdir. Onun bu sözlərindən sonra Nurlan yenidən əsəbiləşərək onun üstümə hücum çəkib yumruqla baş nahiyəsindən, təpiklə ilə qarın nahiyəmdən bir neçə zərbə vurmuşdur. Həmin vaxt Nurlanın atası da onu vurmağa çalışsa da, kənardakı adamlar onu tutub saxlamışlar. Bundan sonra kənardakı tanımadığı şəxslər onları ayırdılar. Bundan sonra o, Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişdir. O, şikayət etdikdən bir müddət sonra Nurlan ondan üzr istədiyinə görə Nurlanla barışmışdır, hazırda ondan şikayəti və tələbi yoxdur. Nurlanın ondan üzr istəməsini nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilməsini istəyir. Odur ki, məhkəmədən X4 yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 2020-ci ildən bəri Kürdəmir şəhəri, Heydər Əliyev prospektində yerləşən “Paşa Market” adlı ərzaq mağazasında satıcı işləyir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, “Paşa Market” adlı ərzaq mağazasının qarşısında siqaret çəkən zaman Təqsirləndirilən şəxs tanımadığı daha sonradan adının Şahid3 olduğunu öyrəndiyi şəxsə “nə baxırsan üzümə” deyərək çölə çıxdığını görmüşdür. Həmin vaxt küçədə 3 nəfər cinsiyyəti kişi olan şəxs var idi. Onlardan ikisi yetişkin biri isə azyaşlı idi. Yetişkin şəxləri tanımasa da daha sonradan adlarının Şahid3 və Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Onların hərəkətlərindən sərxoş olduqları anlaşılırdı. Nurlanla Əli arasında mübahisə dinc qaydada ilk əvvəl sonlansa da, daha sonra Nurlan aldığı çörəyin ödənişini etməkdən ötrü içəri daxil olduqda Şahid3 və Zərərçəkmiş şəxs adlı şəxslərin onun ardınca içəri daxil olduqlarını gördüm. Həmin vaxt mən o, mübahisənin bitdiyini düşünüb mağazanın arxa hissəsində yerləşən “Süd məhsulları” bölməsi tərəfə keçmişdir. Təqsirləndirilən şəxs ərzaq mağazasının arxasında yerləşən dərzixananın sahibi Şahid4 oğludur. Həmin vaxt o, çöldə Şahid4 qışqırıq səsini eşidib yenidən çölə çıxmışdır. Çölə çıxan zaman Zərərçəkmiş şəxs Şahid4 və Təqsirləndirilən şəxsla qarşılıqlı olaraq bir birlərinə nalayiq ifadələr işlədərək dava etdiklərini görmüşdür. Şahid4 ürək xəstəsi olduğu üçün o, onu tutaraq sakitləşdirməyə çalışışdır. Hadisə vaxtı ətrafda təxminən 10 nəfərə yaxın daha əvvəllər tanımadığı şəxlər toplaşmışdır. Həmin şəxslər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruq təpik zərbələri atdığı üçün Nurlanı Talıbovu sakitləşdirməyə çalışırdılar. Mübahisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs atdığı yumruq zərbələrindən biri Zərərçəkmiş şəxs baş nahiyəsindən dəymişdir. Bu zaman Şahid4 təkrar Zərərçəkmiş şəxs üzərinə hücum çəkmək istəsə də o, Tərlanı tutmuşdur. Daha sonra mağazanın qarşısına toplaşan şəxslər Əli və Nurlanı ayırmış və mübahisə bitmişdir.Şahid2 əlavə olaraq ifadəsində göstərmişdir ki, mübashisənin yaranmasına səbəb Təqsirləndirilən şəxs “Paşa market” adlı ərzaq mağazasının içərisində olan zaman, mağazanın qarşısında dayan Şahid3 adlı şəxsə “Nə baxırsan üzümə” deməsi olmuşdur. Həmin vaxt ətrafda səs küyə toplaşmış təxminən 10 nəfərə yaxın insan olsa da, o, həmin şəxsləri tanımır. Baş vermiş hadisə nəticəsində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında yaranan mübahisə həmçinin onların birbirlərinə qarşı istifadə etdiklər nalayiq ifadələr müştərirlər arasında narazılığa səbəb olmuşdur. Həmçinin iş vaxtı Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs aralamaqdan ötrü işçilər və müştərilər çölə çıxmışdı. Buna görə də mağazada işlərin gedişatı bir müddət dayanmış və bununla da mağazanın normal iş fəaliyyəti pozulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Namiz oğlu ifadəsində göstərdi ki, 2020-ci ildən bəri Kürdəmir şəhəri, Heydər Əliyev prospektində yerləşən “Paşa Market” adlı ərzaq mağazasında satıcı işləyir. xx.xx.2023-cü il tarixdə saat 20 radələrində o, “Paşa Market” adlı ərzaq mağazasının qarşısında siqaret çəkən zaman Təqsirləndirilən şəxs tanımadığı daha sonradan adının Şahid3 olduğunu öyrəndiyi şəxsə “nə baxırsan üzümə” deyərək çölə çıxdığını görmüşdür. Həmin vaxt küçədə 3 nəfər cinsiyyəti kişi olan şəxs var idi. Onlardan ikisi yetişkin biri isə azyaşlı idi. Yetişkin şəxləri tanımasa da daha sonradan adlarının Şahid3 və Zərərçəkmiş şəxs olduğunu öyrənmişdir. Onların hərəkətlərindən sərxoş olduqları anlaşılırdı. Nurlanla Əli arasında mübahisə dinc qaydada ilk əvvəl sonlansa da, daha sonra Nurlan aldığı çörəyin ödənişini etməkdən ötrü içəri daxil olduqda Şahid3 və Zərərçəkmiş şəxs adlı şəxslərin onun ardınca içəri daxil olduqlarını gördüm. Həmin vaxt mən o, mübahisənin bitdiyini düşünüb mağazanın arxa hissəsində yerləşən “Süd məhsulları” bölməsi tərəfə keçmişdir. Təqsirləndirilən şəxs ərzaq mağazasının arxasında yerləşən dərzixananın sahibi Şahid4 oğludur. Həmin vaxt o, çöldə Şahid4 qışqırıq səsini eşidib yenidən çölə çıxmışdır. Çölə çıxan zaman Zərərçəkmiş şəxs Şahid4 və Təqsirləndirilən şəxsla qarşılıqlı olaraq bir birlərinə nalayiq ifadələr işlədərək dava etdiklərini görmüşdür. Şahid4 ürək xəstəsi olduğu üçün o, onu tutaraq sakitləşdirməyə çalışışdır. Hadisə vaxtı ətrafda təxminən 10 nəfərə yaxın daha əvvəllər tanımadığı şəxlər toplaşmışdır. Həmin şəxslər Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruq təpik zərbələri atdığı üçün Nurlanı Talıbovu sakitləşdirməyə çalışırdılar. Mübahisə vaxtı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs atdığı yumruq zərbələrindən biri Zərərçəkmiş şəxs baş nahiyəsindən dəymişdir. Bu zaman Şahid4 təkrar Zərərçəkmiş şəxs üzərinə hücum çəkmək istəsə də o, Tərlanı tutmuşdur. Daha sonra mağazanın qarşısına toplaşan şəxslər Əli və Nurlanı ayırmış və mübahisə bitmişdir. Şahid1 əlavə olaraq ifadəsində göstərmişdir ki, mübashisənin yaranmasına səbəb Təqsirləndirilən şəxs “Paşa market” adlı ərzaq mağazasının içərisində olan zaman, mağazanın qarşısında dayan Şahid3 adlı şəxsə “Nə baxırsan üzümə” deməsi olmuşdur. Həmin vaxt ətrafda səs küyə toplaşmış təxminən 10 nəfərə yaxın insan olsa da, o, həmin şəxsləri tanımır. Baş vermiş hadisə nəticəsində Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında yaranan mübahisə həmçinin onların bir-birlərinə qarşı istifadə etdiklər nalayiq ifadələr müştərirlər arasında narazılığa səbəb olmuşdur. Həmçinin iş vaxtı Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs aralamaqdan ötrü işçilər və müştərilər çölə çıxmışdı. Buna görə də mağazada işlərin gedişatı bir müddət dayanmış və bununla da mağazanın normal iş fəaliyyəti pozulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, 22 dekabr 2023-cü il tarixdə dayısı oğlu Cahid azyaşlı oğluna Kürdəmir şəhəri ərazisində yerləşən “Muradxan” şadlıq sarayında kiçik toy məclisi keçirmişdir. Həmin gün saat 19 radələrində o, dayısı oğlu, Zərərçəkmiş şəxs, oğlu Turan və həmkəndlisi Mayıs ilə birlikdə şadlıq sarayından çıxıb Kürdəmir şəhəri “dörd yol” adlanan əraziyə piyada getməyə başlamışlar. Yolda Mayıs onlardan ayrılmışdır. Kürdəmir şəhəri Heydər Əliyev prospektində “Paşa Market” adlı ərzaq mağazasının qarşısından keçən zaman o, orada dayanıb “gəl bu marketdən bazarlıq edək” sözlərini demişdir. Əli isə “buradan yox, dörd yol ərazisindəki marketlərdən bazarlıq edərik” sözlərini demişdir. Onlar həmin vaxt mağazanın qarşısında təxminən 1 dəqiqəlik dayanıb bu söhbəti etmişlər. Onlar artıq oradan ayrılıb getmək istədiyi zaman sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi şəxs marketdən çıxaraq ona “nə baxırsan mənə bayaqdan” sözlərini demişdir. O, T.Nuralana “sənə baxmıram, marketə baxıram” sözlərini demişdir. Nurlan bundan sonra onunla sərt tonda danışmağa başlayaraq “marketə niyə baxırsan bəs” sözlərini demişdir. Həmin vaxt Q.Əli onlara yaxınlaşıb Nurlana “marketə baxa bilmərik?” sözlərini demişdir. Bundan sonra Nurlan səbəbsiz yerə əsəbiləşərək onlarla nalayiq ifadələrlə danışmağa başlamışdır. Toy məclisində o və Əli az miqdarda spirtli içki qəbul etmişlər. O, Nurlanın da hərəkətlərindən sərxoş olmasını hiss etmişdir. Həmin vaxt marketin qarşısında olan şəxslər onu ilə Nurlanı mübahisə yaranmasın deyə sakitləşdirməyə çalışmışlar. Bundan sonra Nurlan marketə daxil olmasına baxmayaraq yenə də ona söz atmağa davam etdirmişdir. Buna görə o da Nurlanın arxasınca mağazaya girib Nurlanın ona dediyi nalayiq sözləri Nurlanın üzünə demişdir. Həmin vaxt Əli mağazaya girsə də, içəridə çox adam olduğunu görüb marketin çölünə çıxıb onu gözləməyə başlamışdır. Bundan sonra Nurlan marketdən çıxıb onlara əsəbi olduğunu deyərək üzr istəmiş və onlar T.Nurlan ilə sakitcə söhbət etməyə başlamışlar. Həmin vaxt sonradan Nurlanın atası Tərlan olduğunu öyrəndiyi şəxs onlara yaxınlaşaraq dalaşdıqlarınnı düşünüb Əlini kənara itələyərək “rədd ol burdan” sözlərini demişdir. Əli həmin kişini tanımadığım üçün onun üstünə qışqıraraq “a kişi sən kimsən, özün rədd ol, işinlə məşğul ol” sözlərini demişdir. Əlinin bu sözlərimdən sonra Nurlan yenidən əsəbiləşərək əlinin üzərinə hücum çəkib yumruqla baş nahiyəsindən, təpiklə qarın nahiyəsindən bir neçə zərbə vurmuşdur. Həmin vaxt Nurlanın atası da Əlini vurmağa çalışsa da, kənardakı adamlar onu tutub saxlamışlar. Bundan sonra kənardakı tanımadığı şəxslər onları ayırmışlar. Bundan sonra onlar Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək baş vermiş hadisə barədə məlumat vermişlər.Şahid3 ifadəsində əlavə olaraq göstərmişdir ki, “Paşa Market”in qarşısında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs mübahisə təxminən 10 dəqiqə çəkmişdir. Təqsirləndirilən şəxs “Paşa Market”in qarşısında onun ilə səbəbsiz yerə mübahisə yaratması və Q.Əlini döyməsi nəticəsində orada marketin normal iş fəaliyyəti demək olar ki, pozulmuşdur. Kənarda olan şəxslər mübahisəyə görə onların ətrafına toplaşmışlar. Həmin vaxt Təqsirləndirilən şəxsla və onun arasında mübahisə olsa da, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs yumruq və təpik zərbələri endirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Oğlu Təqsirləndirilən şəxs Kürdəmir DYMH-də yanğınsöndürən vəzifəsində çalışır. O, xx.xx.2023-cü il tarixdə oğlu Təqsirləndirilən şəxs ilə birlikdə Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən ona məxsus dərzixanada olmuşdur. Daha sonra oğlu Təqsirləndirilən şəxs çörək almaqdan ötrü ona məxsus dərzixananın yaxınlığında yerləşən “Paşa Market” adlı ərzaq mağazasına getmişdir. Həmin tarixdə axşam saat 18:30 radələrində bir nəfər tanımadığı şəxsin dərzixanaya gələrək ona oğlu Təqsirləndirilən şəxs “Paşa Market” adlı ərzaq mağazasının qarşısında mübahisə etdiyini demişdir. Daha sonra o, dərhal oğlunun yanına gedərək daha sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsin oğlu ilə mübahisə etdiyini görmüş, ona qəzəblənərək çıxıb getməsini tələb etmişdir və onu əli ilə itələmişdir. Daha sonra Zərərçəkmiş şəxs yumruq ilə vurmaq istəsə də, səs-küylərinə toplaşan şəhər sakinləri onu tutmuşlar. Bu vaxt oğlu Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs üzərinə qaçaraq bir neçə yumruq və təpik zərbələri atmışdır. Həmin vaxt ətraflaraına toplaşan şəxslər onu tutduqları üçün o, oğlu Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında keçən davanı tam görə bilməmişdir. Mübahisə vaxtı ətraflarına 10 nəfərə yaxın şəhər sakinləri toplaşmışdır. Həmin şəxslərin adlarını bilməsə də, bəzilərinin “Paşa market” adlı ərzaq mağazasının işçiləri olduğunu qeyd etmişdir. Şahid4 ifadəsində əlavə olaraq göstərmişdir ki, “Paşa Market”in qarşısında Əli Zərərçəkmiş şəxsla mübahisələri təxminən 10 dəqiqə çəkmişdir. Zərərçəkmiş şəxsla mübahisə etdiklərini görən şəxslər onları ayırmağa başlamışlar. Mübahisə ictimai yerdə, “Paşa Market”in qarşısında olduğu üçün və oraya təxminən 10 nəfər şəxs toplaşdığından ola bilsin ki, ictimai qayda və marketin normal iş fəaliyyəti pozulmuşdur. Həmin vaxt ətraflarında səs küyə toplaşmış təxminən 10 nəfərə yaxın tanımadığı insan var idi. Mübahisənin yaranmasına səbəb Zərərçəkmiş şəxs oğlu Təqsirləndirilən şəxs İlə mübahisə etdiyini gördüyü üçün ona yaxınlaşaraq itələyib oğlundan uzaq durmasını tələb etməsi olmuşdur. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 635 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar olunan xəsarət-sol gicgah nahiyəsində hematoma küt əşya təsirindən törənmiş, müddəti qərarın təsviri hissəsində göstərilən 22 dekabr 2023-cü il tarixə uyğun gəlir və ağırlıq dərəcəsinə görə, sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. (bax iş vər, 20-21) İş materiallarına əlavə edilmiş Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədə Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmüşdur. (bax iş vər, 83) İş materiallarına əlavə edilmiş Kürdəmir Rayon İcra Hakimiyyəti Başçısının Kürdəmir şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 486 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Tərlən oğlunun himayəsində xx.xx.2023-cü il təvəllüdlü qızı vardır. (bax iş vər, 80) İş materiallarında olan X2 Sistemindən əldə olunmuş məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər,110) Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli məhkəmə araşdırmaları zamanı onun özünün etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə iş materiallarında olan digər rəsmi sənədlərlə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinərək, ona maddənin sanksiyasında nəzərdə tutulan cəza təyin edilməlidir. “İnsan Hüquq və X3 Haqqında” Konvensiyanın 6-cı maddəsinin («Ədalətli məhkəmə araşdırması hüququ») 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxs X4 cəza təyin edərkən onun törətdiyi əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikas Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəısinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidenti Sərəncamının 13.3-ci bəndinə əsasən məhkəmələr cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar. Həmin Sərəncamın 13.4-ci bəndinə əsasən cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli 1 nömrəli qərarının 13-cü bəndində göstərilir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, hər bir halda, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Məhkəmə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, təqsirini etiraf etməklə törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, himayəsində 1 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə araşdırmaları zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cəzasını yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, hadisə zamanı və törətdiyi cinayət hadisəsindən sonrakı davranışını, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, onun ailəsindən, cəmiyyətdən təcrid olunmadan islah olunmasını mümkün sayır və onun barəsində, ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan cərimə cəzası təyin etməyi məqsədə uyğun hesab edir. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətikan tədbiri hökm qanuni qüvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk hökm qanuni qüvvəsini aldıqdan sonra cinayət işi materiallarına əlavə edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə tapşırılmalıdır. İş üzrə mülki iddia, ekspertiza və məhkəmə xərci yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-nin 349, 351-353, 356 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 1000 (bir min) manat cərimə cəzası təyin edilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə tapşırılsın. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk hökm qanuni qüvvəsini aldıqdan sonra cinayət işi materiallarına əlavə edilsin. İş üzrə mülki iddia, ekspertiza və məhkəmə xərci olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən : Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar