Məhkəmə qərarları › İş №1(041)-62/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-62/2025

20.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-62/2025 20.05.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Mehdiyev Rahid Baxşəli oğlunun sədrliyi, Şahbazova Göyçək Kamil qızının katibliyi, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci ildə Şamaxı rayonu Qubalı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Hacıqabul rayonu, Qubalı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi 30,77 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2025-ci il tarixdə saat 13:20 radələrində Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Kürdəmir rayonu, Sığırlı kəndi ərazisində saxlanılaraq üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan qara rəngli qış gödəkçəsinin sağ iç cibindən 01 ədəd sol iç cibindən 07 ədəd ümumilikdə 08 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 3.39 qram, 3.84 qram, 3.77 qram, 4.48 qram, 3.29 qram, 4.98 qram, 3.49 qram, 3.53 qram ümumi təmiz çəkisi 30.77 qram orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eyni tərkibli kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, evlidir, 2 azyaşlı oğlu var, nar alveri lə məşğul olmaqla ailəsini dolandırır, təxminən 2 ay əvvəl Qarabağ zonasında olarkən oradan yabanı halda bitən 01 ədəd çətənə kolunu dərib yarpaqlarını yığmış, yığdığı çətənə yarpaqlarını yaşadığı evə gətirib həyətində qurutmuşdur. Qurutduğu çətənə kollarını şax qalmaları və ətirlərinin getməməsi üçün kibrit qutularına presləyib yığaraq təxminən 12 ədəd kibrit qutusu dolu marixuana düzəltmişdir. Hazırladığı kibrit qutularını hissə hissə çəkmiş, 8 ədəd qalan kibrit qutularını 7 ədədini ayırıb polietilen torbaya yığıb əynində olan gödəkçənin sağ iç cibinə, 1 ədəd kirbit qutusunu tək halda gödəkçənin sol iç cibinə qoymuşdur. xx.xx.2025-ci il tarixdə saat 12 radələrində yaşadığı kənddən çıxıb Kürdəmir rayonu Sığırlı kəndinə nar almaq üçün getmiş, Sığırlı kəndi ərazisində olarkən Kürdəmir rayon Polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda daşımaqda əsaslı şübhələrin olduğunu bildirmişlər. Videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu etiraf edib, əynində olan gödəkçənin sağ iç cibindən bir ədəd polietilen torbaya qablaşdırılmış halda içərisində 07 ədəd kibrit qutusu və gödəkçənin sol iç cibindən isə bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş suallara cavabında həmçinin göstərdi ki, həmin kibrit qutularına polislər tərəfindən baxılmış, içərilərində yaşıl rəngli kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kibrit qutuları bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürlənərək götürülmüşdür. Saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zorakılıq edilməmiş, Kürdəmir rayon ərazisində başqa cinayət hadisəsi törətməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə narkotik vasitə və ya psixotrop maddə olmayıb. Həmin narkotik vasitələri özü istifadə etmək məqsədilə saxlamış, satışı ilə məşğul olmamışdır. Əməlindən peşimandır. Ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis polkovnikleytenantıdır, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Kürdəmir rayonu ərazisində üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 13:10-da özünün keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində, Tağıyev X10 rayonu Sığırlı kəndində saxlanılmış, videoçəkiliş vasitəsi ilə üzərinə keçirilən şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirərək əyində olan gödəkçənin sağ iç cibindən bir ədəd polietilen torbaya qablaşdırılmış 07 ədəd kibrit qutusu və gödəkçənin sol iç cibindən isə bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Şahid Elman Büynatov verilmiş suallara cavabında həmçinin bildirdi ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilən kibrit qutularına baxılmış, içərilərində yaşıl rəngli kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kibrit qutuları bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürlənərək götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs RPŞ-nə aparılaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, müdafiəçi ilə təmin olunduqdan sonra videoçəkiliş zamanı olanları etiraf etmişdir. Həmçinin kibrit qutuları elektron tərəzi vasitəsiyə çəkilmiş və təxmini çəkiləri 8.20, 7.59, 6.65 , 6.63, 6.52,6.36, 6.88, 6.50 qram olduğu müəyyən edilmişdir. Həmin kibrit qutuları polietilen torbaya qablaşdırılaraq ağ zərfdə qablaşdırılmış, üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Kürdəmmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkilli polis polkovnik-leytenantı Məmmədov X8 Elman Bayram oğlu ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etmişlər. Cinayət işində olan və məhkəmə iclasında tədqiq edilmiş: - 18 yanvar 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunması ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə fakta görə cinayət işi başlanılmışdır (i/v: 1-2); - xx.xx.2025-ci il tarixin Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış protokolundan görünür ki, xx.xx.2025-cü il tarixdə saat 13:10 radələrində Kürdəmir rayonu Sığırlı kəndində video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı X5,Kürdəmir RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid3, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı X6, Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1, Kürdəmir RPŞ-nin İTB-nin polis sahə nəfəri polis serjantı X2 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış keçirilməzədən qabaq X16 Tağıyevə paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə qurudulmuş marixuana var. Bunu deyib əynində olan gödəkçənin sağ iç cibindən bir ədəd polietilen torbaya qablaşdırılmış halda içərisində 07 ədəd kibrit qutusu və gödəkçənin sol iç cibindən isə bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutularına baxılmış içərilərində yaşıl rəngli kəskin iyli, qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kibrit qutuları bir ədəd ağ zərfdə qablaşdırılmış, üzəri yazılaraq möhürlənərək götürülmüşdür (i/v: 9-11); - xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, həmin gün saat 15:00-da Təqsirləndirilən şəxs cinayət işi başlananadək Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur (i/v 29-30); - xx.xx.2025-ci il tarixli Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar edilərək qablaşdırılmış ağ rəngli zərfə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis polkovnik-leytenantı X5,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kürdəmir RPŞ-nin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid1,Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kürdəmir RPŞ-nin PPXB-nin əməliyyat polis nəfəri X7,Şirvan Regional Vəkillər Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakı keçirilmişdir. Təqsirləndirilən şəxs zərfə baxıb bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə narkotik vasitə qurudulmuş marixuanadır, 8 ədəd kibirit qutusundadır. zərfin tamlığı pozulmamış, onun üzərində ki is öz imzasıdır. Zərfin tamlığı müstəntiq tərəfindən qayçı ilə kəsilərək pozulmuş, içərisinə baxıldıqda içərisindən bir ədəd polietilen torbaya qablaşdırılmış, kibrit qutuları aşkar edilmişdir. Həmin polietilen torba müstəntiq tərəfindən açılıb içərisinə baxıldıqda içərisindən 8 ədəd kibrit qutuları aşkar edilmişdir. Həmin kibrit qutularına baxış keçirilən zaman, hər bir kibrit qutusunun içərisində yaxşı preslənmiş vəziyyətdə yaşıl rəngli kəskin iyli qurudulmuş marixuanaya bənzər kütlələr olması müəyyən edilmişdir. Həmin kibrit qutuları ÇİN istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkiləri, 8.20, 7.59, 6.65 , 6.63, 6.52,6.36, 6.88, 6.50 qram olmaları müəyyən edilmişdir. Həmin kibrit qutuları polietilen torbaya qablaşdırılaraq ağ zərfdə qablaşdırılmışdır. Üzəri yazılandan sonra möhürlənərək götürülmüşdür. Şifahi suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Kürdəmir rayonu, eləcə də Respublika ərazisində heç bir cinayət əməli törətməmişdir. Üzərindən aşkar edilmiş 08 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanadır, özünə məxsusdur. İstifadə etmək məqsədi ilə həmin kütlələri üzərində saxlamışdır (i/v: 33-35); - məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 18/42 nömrəli rəyindən görünür ki, 1) Təqsirləndirilən şəxs üzərindən.” sözləri və imzalar olan kağız paketdə ümumi sayı 08 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkisi 3.39qr, 3.84 qr, 3.77 qr, 4.48 qr, 3.29 qr, 4.98 qr, 3.49 qr, 3.53 qr ümumi çəkisi 30.77 qram bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və tərkibləriə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 30.77 qram, tədqiqata sərf olundu 0,16 qram, qalıq 30.61 qram. Ekspertiza tədqiqatının dəyəri 31,95 (otuz bir manat doxsan beş qəpik) təşkil edir (i/v: 42- 45); - xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ittiham elan edilmiş, həmin tarixdə barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir (i/v: 47-48, 63); - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayətin predmeti olan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 30.77 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 30.61 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir (i/v: 71); - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmayıb (i/v 74); Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 5(041)-4/2025 nömrəli qərarına əsasən, Hacıqabul rayon X18 kəndində qeydiyyatda olmaqla yaşayan xx.xx.1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxsn güdülməsi ilə əlaqədar qəbul edilmiş “təxirə salınmadan əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə” Kürdəmir RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili Elman Bünyatov tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli qərar insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından qanuni və əsaslı hesab edilmişdir. (i/v: 76-78); - Hacıqabul Rayon İcra Hakimiyyəti başçısının İkinci Udullu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli, 31 nömrəli arayış və xasiyyətnaməsindən görünür ki, Tağıyev X9 rayonunun Qubalı kəndində qeydiyyatdadır, ailə tərkibi həyat yoldaşıxx.xx.1989-cu il təvəllüdlü G.H.Tağıyeva, oğlu- xx.xx.2012-ci il təvəllüdlü R.R.Tağızadə və oğlu - xx.xx.2013-cü il təvəllüdlü R.R.Tağızadədən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə edilir (i/v: 95-96); İş üzrə verilmiş əməliyyat tapşırığının ********* saylı cavabından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuananı əldə etiyi mənbəyi müəyyən etmək olmamışdır. Hər hansı bir şəxsə narkotik vasitə satması və onun başqa cinayət əməli törətməsi haqqında məlumat əldə edilməmişdir. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə etməsinə, saxlamasına, daşımasına köməklik göstərən olmamışdır (i/v: 101); - “TƏBİB” PHŞ-nin “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2025-ci il tarixli PHŞ-18-1-41/2-173/2025 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Hacıqabul rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur (i/v: 102); - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 295 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür (i/v: 103); Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi, yəni narkotik vasitə olan marixuananı şəxsi istehlak miqdarından artıq əldə edib saxlaması özünün etirafı, şahid ifadələri, məhkəməbioloji ekspertizasının, ambulator məhkəmə-narkoloji ekspertizasının rəyləri ilə, habelə işdə olan digər rəsmi sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununa əsasən İ siyahının 109.1-ci bəndinə əsasən qurudulmuş marixuananın şəxsi istehlak miqdarından artıq miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 5 qram müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən əməlini etiraf edərək peşman olmasını bildirməsini, onun yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində iki azyaşlı uşaqlarının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 08 nömrəli qərarının 27-ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti cəzaçəkmə müddətinə daxil edilməli və on qəti olaraq təyin olunmuş cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-dan xx.xx.2025-ci il tarixdə saat 12:00-dək müddətdə şübhəli şəxs qismində tutularaq RPŞ-nin MSY-də saxlanılmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Tağıyev X9 rayonu, Qubalı kəndində qeydiyyatda olmaqla orada yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Hacıqabul rayonu, Qubalı kəndində yerləşən evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübutlar – Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 30.77 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonra qalan 30.61 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, keçirilən şəxsi axtarış və baxış zamanı videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Ekspertiza tədqiqatının dəyəri 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Müdafiəçi2 təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsinə 29 aprel 2025-ci il tarixə kimi 16,5 saat, 29 aprel 2025-ci il tarixdən hazırki vaxta qədər 5 saat vaxt sərf etmişdir. 16,5 saat vaxta görə 99 manat, 5 saat vaxta görə 55 manat, ümumilikdə 154 manat pul müdafiəçiyə xidmət haqqı hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Qeyd olunanlara əsasən dövlət büdcəsindən Təqsirləndirilən şəxs məkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 154 (yüz əlli dörd) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 17 yanvar 2025-ci il tarixdən 19 yanvar 2025-ci il tarixə qədər şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə daimi yaşayış yeri olan Hacıqabul rayonu, Qubalı kəndində yerləşən evini axşam saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Hacıqabul rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübutlar – Kürdəmir RPŞ-nin maddi sübutların saxlanılması anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, ümumi təmiz çəkisi 30,77 qram olan narkotik vasitə qurudulmuş marixunanın ekspertiza tədqiqatından sonra qalıq qalan 30,61 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, keçirilən şəxsi axtarış və baxış zamanı videoçəkilişin qeydə alındığı 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olan 31 (otuz bir) manat 95 (doxsan beş) qəpik Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X4, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22 hesaba keçirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 tərəfindən 29 aprel 2025-ci il tarixə kimi 16,5 saat, 29 aprel 2025-ci il tarixdən hazırki vaxta qədər 5 saat vaxt sərf etməklə hüquqi yardım göstərdiyindən, 16,5 saat vaxta görə 99 manat, 5 saat vaxta görə 55 manat olmaqla, ümumilikdə Müdafiəçi2 Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına 154 (yüz əlli dörd) manat ödənilsin və hüquqi yardımın ödənilməsinin icrası Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. İş üzrə mülki iddia və maddi ziyanın olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətinə Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Rahid Mehdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar