Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-63/2024 30.07.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil, Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1978-ci ildə Kürdəmir rayonu Ərşəli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ortaixtisas təhsilli, Kürdəmir rayonu Ərşəli kənd orta məktəbində müəllim işləyən, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Ərşəli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində yaşadığı Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən çöl sahəsində həmkəndlisi xx.xx.1987-ci il təvəllüdlü Şahid4 ilə mübahisəli torpaq sahəsinin şumlanması ilə bağlı aralarında şəxsi münasibətlər zəmnində baş vermiş dava-dalaşı ictimai borcunu yerinə yetirməklə sakitləşdirmək istəyən, sonuncunun atası xx.xx.1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs sağ əlindən ağacla bir dəfə qəsdən vuraraq, ona sağ əlin V barmağının proksimal falanqasının fraqmentlərinin yerinidəyişən sınığı ilə müşayiət edilən, şəxsin həyatı üçün təhləkəli olmayan və Azərbaycan Respublikası CM-nın 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Şahid2 Hidayyət oğlu və Şahid1 Hidayyət oğlu qardaşları, Zərərçəkmiş şəxs və Şahid4 Sərdar oğlu həmkəndliləridir. Zərərçəkmiş şəxs və oğlu Şahid4lə aralarında olan mübahisəli torpaq sahəsi ilə bağlı münasibətləri pisdir. xx.xx.2024cü il tarixdə, saat 17:20 radələrində kənd nobatında olan qoyunlarını gətirmək üçün yaşadığı kəndin qabaq hissəsinə, çöl sahəsinə getmiş, həmin vaxtı qardaşları Nəsimi, Vilayət, həmkəndliləri Nüsrət, Radiq, Etibar, Süleyman, Alim, Qismət, Mehman, Sərdər və Cavidin çöl sahəsində olduqlarını, Vilayət və Cavidin əlbəyaxa dalaşdıqlarını, Sərdər və ətrafda olan şəxslərin isə onları aralaşdırmağa çalışdıqlarını görmüş, Vilayəti aralaşdırmağa çalışmış, Sərdəri ağacla eləcədə hər hansı əşya ilə vurmamışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, həmin hadisə zamanı Vilayəti yalnız Cavid döymüş, həmin vaxt Vilayət əsəbləşib DİN-nin 102 xidmətinə verdiyi məlumatda və Kürdəmir RPŞ-yə verdiyi ərizəsində Sərdərində onu döydüyünü bildirmişdir. Bundan başqa baş vermiş həmin hadisə zamanı özü, Vilayət və Nəsimi Sərdər və oğlu Cavidi döyməmiş, onlara qarşı heç bir fiziki zor tətbiq etməmişlər. Hadisə təxminən 15-20 dəqiqə davam etmiş, ətrafda yuxarıda adlarını qeyd etdiyi şəxslərdən başqa kənar şəxs olmamışdır. Odur ki, ədalətli qərar qəbul edərək onun barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Məhkəmənin iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Şahid1 Hidayyət oğlu həmkəndlisidir, onunla münasibətləri əvvəllər normal olmuş, ədavətləri olmamışdır. Ancaq son zamanlar aralarında olan torpaq məsələsi ilə bağlı onunla münasibətləri pisləşmişdir. Yaşadığı Ərşəli kəndin ərazisində ailələrinə məxsus rəsmi sənədləri olan 3,68 ha pay torpaq sahələri vardır, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində həmkəndlisi X7 onun sifarişi ilə özünə məxsus həmin torpaq sahəsinin bir hissəsini öz traktoru ilə şumlamış, oğlu Cavid də Yaşarın yanında olmuş, həmin gün saat 17:20 radələrində yaşadıqları kənd ərazisində olarkən Cavid zəng vurub həmkəndliləri Nəsimi, Vilayət və Ramilin torpaq sahələrinin yaxınlığında gəlib dayandıqlarını demiş, onunla mübahisə edəcəklərindən ehtiyat edərək Cavid onu yanına çağırmış, özünə məxsus “Vaz 21011” markalı avtomobil ilə Cavidin yanına pay torpaq sahəsinə getmiş, ora çatanda Nəsimiyə məxsus “Qazel” markalı avtomobilin onun pay torpaq sahəsinin baş tərəfində dayandığını, Nəsiminin də avtomobilin içərisində oturduğunu görmüş, yanında kimin olduğunu bilməmiş və Cavidin yanına getmiş, təxminən 01 saat Cavidin yanında dayanmış, traktor torpağı şumlamış, işi bitdikdən sonra Cavidi götürüb kəndə tərəf qayıtmış, Yaşar da traktorla ondan arxada gəlmiş, Nəsimin avtomobilinin yanından keçəndə Karrar kənd ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırov və bir neçə kənd sakininin toplaşdıqlarını görüb nə baş verdiyini öyrənmək üçün onların yanında dayanmış və avtomobildən yerə düşmüş, Nəsimidən nə baş verdiyini soruşanda Nəsimi “əkmək istədiyin yer sənin deyil, orada əkinçilik işləri aparmağa icazə verməyəcəm” demiş, Nəsimiyə 2023-cü ilin noyabr ayında çöl torpaq sahəsində oğlu Cavidi döyməsini və onu bağışladığını xatırlatdıqda Nəsimi “mənim qarşıma keçən oğlanı torpağın altına göndərirəm” demişdir. Şumladığı torpaq sahəsinin sənədini orada olan şəxslərə göstərmək məqsədilə gətirmək üçün avtomobilinə tərəf qayıtmış, bu zaman Nəsimi ünvanına nalayiq sözlər işlətdikdə oğlu Cavid Nəsimiyə iradını bildirmiş, Nəsimi Cavidin üstünə cumaraq onunla əlbəyaxa olmuş, Nəsimi yumruq və təpiklə Cavidinin bədəninin müxtəlif nahiyyələrindən vurmuş, həmçinin Nəsiminin qardaşı Vilayət də Cavidin qarın nahiyyəsindən yumruqla bir neçə dəfə vurmağa başlamış, Cavid aşağı əyilən kimi Nəsimi Cavidin əynində olan qış gödəkcəsini Cavidin başına keçirmişdir. Bundan sonra Nəsimi və Vilayət yumruq və təpiklə, digər qardaşları Ramil isə ağacla Cavidinin bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vuraraq onu döymüşlər, Cavidi onların əlindən almaq istəmiş, ancaq Nəsimi Cavidi buraxmamış, Cavidi onların əlindən almış və avtomobilinə tərəf aparmaq istəmiş, bu zaman Vilayət daşla çiyin nahiyyəsindən bir dəfə vurmuş, arxaya çevrilmiş, həmin vaxt Ramilin ağacla başından vurmaq istədiyini görüb sağ əliylə ağac zərbəsindən yayınmaq istəyəndə ağac sağ əl nahiyyəsindən bir dəfə dəymiş, həmin vaxt xəsarət almış, sağ əlində kəskin ağrı hiss etməyə başlamış, bundan sonra Nəsimi sağ topuq nahiyyəsindən təpiklə bir dəfə qəsdən vurmuş, Nəsimi və qardaşlarının onu və oğlunu döydüklərini görüb DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, bunu görən kimi Nəsimi və qardaşları qaçıb getmişlər, hadisə təxminən 15-20 dəqiqə müddətində davam etmiş, ətrafda Nəsimi ilə birlikdə hadisə yerinə gəlmiş yaxın qohumları Şahid9 (Vilayətin qayınatası), X2, X11, Şahid6, X7 və X3 olmuşlar. Onlar eləcədə hadisə yerində olmuş Karrar kənd ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırov da Nəsimi və qardaşlarının onu və oğlu Cavidi döyməklərini görmüşlər. Bundan başqa Nəsimi və digər şəxslər çıxıb getdikdən sonra oğlu ilə birlikdə hadisə yerində olarkən həmkəndlisi Şahid7 çöl sahəsindən gəlib yanlarından keçərkən onun qolunda və bədənində xəsarətlər olduğunu, eləcədə oğlu Cavidin də bədəni üzərində xəsarət olduğunu görmüş, aldığı xəsarətlərdən avtomobil idarə edə bilmədiyi üçün Ramal onun avtomobilini idarə edərək onu və oğlu Cavidi yaşadıqları evə aparmışdır. Onlar barışmamışlar və ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində qauni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Hidayyət oğlu ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə saat 17 radələrində qardaşı Vilayətlə birlikdə Kürdəmir rayonu Karrar qəsəbəsində olarkən həmkəndlisi Mehman Abasov qardaşına zəng vurub həmkəndlisi Yaşar Rzayevin trakotoru ilə kəndin örüş sahəsini şumladığını demiş və Yaşarın torpağı şumlamasına imkan verməmək üçün onun həmin sahəyə gəlməsini istəmişdir. Bunu eşidən kimi qardaşı Vilayətlə birlikdə həmin əraziyə getmiş, ora çatanda həqiqətən də yaşadığı kənd bələdiyyəsinə məxsus olan örüş sahəsinin şumlandığını görmüş, həmin vaxtı kəndin icra nümayəndəsi Əli Bağırovu ora dəvət edib ona həmin işlə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsini xahiş etmiş, bundan sonra Cavidlə atası Sərdər yanlarına yaxınlaşıb nə baş verdiyini soruşmuşlar. Həmin vaxt həmkəndliləri Süleyman, Alim və Etibar Sərdərə və Cavidə kənd bələdiyyəsinə məxsus olan torpaq sahəsini şumlatdırmalarına görə iradlarını bildirmişlər, Sərdər yaxınlaşıb həmin yerə gəlməsinə igörə ona iradını bildirmiş, Sərdər iradını bildirəndən sonra yanlarından uzaqlaşıb getmək istəyərkən qəflətən Cavid qardaşı Vilayətin üzərinə gəlib yumruqla sinəsindən, təpiklə sağ ayağından vurub yerə yıxmış, Cavid qardaşının üzərinə gəlib onu yenidən vurmaq istəyəndə bunu görən Sərdər dərhal qardaşını qucaqlayıb kənara çəkmək istəmiş, bu zaman Cavid yumruqla atası Sərdərin başından bir dəfə vurmuş, bunu görən həmkəndlisi Nüsrət, Radiq, Etibar, Süleyman, Alim, Qismət, Mehman və yaşadığı Karrar kənd ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırov onları sakitləşdirmişlər. Həmin vaxt onlara yaxınlaşmamış, qardaşı Vilayət öz mobil telefonu ilə DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, hadisə zamanı nə özü, nədəki qardaşları Vilayət və Ramil həmkəndliləri Cavid və atası Sərdəri vurmamış, onlara qarşı heç bir fiziki zor tətbiq etməmiş, onlara heç bir xəsarət yetirməmişlər. Hadisə yaşadıqları kənd ərazisində çöl sahəsində təxminən 15-20 dəqiqə müddətində baş vermiş, ətrafda yuxarıda adlarını qeyd etdiyi həmkəndlilərindən başqa kənar şəxs olmamış, həmin şəxslər hadisənin şahidi olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Hidayyət oğlu ifadəsində göstərdi ki, Şahid1 Hidayyət oğlu və Təqsirləndirilən şəxs qardaşları, Zərərçəkmiş şəxs və Şahid4 Sərdar oğlu həmkəndliləridirlər. Sərdər və Cavid ilə münasibətləri pisdir. Buna səbəb Cavid və atası Sərdər ilə aralarında olan mübahisəli torpaq sahəsinə sahiblik ilə bağlı olmuşdur. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Kürdəmir rayonu Karrar qəsəbəsində olarkən həmkəndlisi Mehman Abasov zəng vuraraq həmkəndliləri Yaşar Rzayevin traktoru ilə örüş sahəsini şumladığını demiş və ondan gəlib Yaşarın torpağı şumlamasına imkan verməməsini istəmiş, bunu eşidən kimi qardaşı Nəsimi ilə birlikdə həmin əraziyə getmiş, ora çatanda həqiqətəndə kəndin bələdiyyəsinə məxsus olan örüş sahəsinin şumlanmasını görmüş, Karrar kənd ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırovu ora dəvət edib ona həmin işlə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsini demiş, bundan sonra Cavidlə atası Sərdər yanlarına yaxınlaşıb nə baş verdiyini soruşmuş, həmin vaxt həmkəndliləri Süleyman, Alim və X6 bələdiyyəyə məxsus olan torpaq sahəsini Yaşara şumlatdırmalarına iradlarını bildirmişlər, Sərdər qardaşı Nəsimiyə yaxınlaşıb həmin yerə gəlməsinə iradını bildirmiş, Sərdər qardaşına iradını bildirəndən sonra yanlarından uzaqlaşıb getmək istəyərkən Cavid üzərinə gəlib yumruqla sinəsindən, təpiklə isə sağ ayağından vurub onu yerə yıxmış, Cavid üzərinə gəlib onu yenidən vurmaq istəyəndə bunu görən Sərdər dərhal yanına gəlib onu qucaqlayıb kənara çəkmiş, Cavid həmin vaxt yumruqla Sərdərin başından bir dəfə vurmuş, bunu görən həmkəndlisi Nüsrət, Radiq, Etibar, Süleyman, Alim, Qismət, Mehman və Əli Bağırov onları sakitləşdirib aralaşdırmış, bundan sonra DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat vermiş, hadisə təxminən 15-20 dəqiqə müddətində davam etmiş, ətrafda yuxarıda adlarını qeyd etdiyi şəxslərdən başqa kənar şəxs olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs həmkəndlisidir. Onunla münasibətləri normal olmuş, ədavətləri olmamışdır. Eləcədə Şahid1 Hidayyət oğlu və qardaşları da həmkəndliləridir. Onlarla da münasibətləri normal olmuş, ədavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində yaşadığı kənd ərazisində çöl sahəsindən heyvanları örüşdən gətirmiş, kəndin kənarında çöl sahəsində həmkəndlisi Sərdəri görmüş, Sərdər sakit formada sağ əlini tutaraq özünə məxsus avtomobilə söykənmiş, oğlu Cavid isə avtomobilin yanında yerdə yanüstə uzanmış, Sərdərdən nə baş verdiyini soruşanda o heç nə deməmiş, Cavid isə Nəsimi, Ramil və Vilayətin onları döydüklərini, belə ki, Ramilin əlində olan ağacla Sərdərin qoluna vurub xəsarət yetirdiyini, eləcədə Nəsiminin təpiklə Sərdərin topuğuna, Vilayət isə daşla kürəyinə vurduğunu, həmçinin Nəsimi və Vilayətin yumruq və təpiklə onun bədəninin müxtəlif nahiyyələrindən vurduqlarını, Ramilin isə ağacla topuq nahiyyəsindən qəsdən vuraraq ona xəsarət yetirdiyini demiş və atası Sərdərin avtomobili ilə onları Kürdəmir RMXna aparmasını istəmiş, Sərdərin avtomobili ilə onları yaşadıqları evə aparmışdır. Sərdərin avtomobilini magistral yolda idarə edə bilmədiyi üçün onları Kürdəmir RMX-na aparmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərdi ki, ləqəbi Radiqdir, Şahid2 Hidayyət oğlu, Şahid1 Hidayyət oğlu, Təqsirləndirilən şəxs qohumları, Zərərçəkmiş şəxs və Şahid4 Sərdar oğlu həmkəndliləridirlər. Onlarla münasibətləri yaxşıdır, ədavət və düşmənçilikləri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində kənd nobatında olan qoyunlarının dalınca Ərşəli kəndinin ərazisində yerləşən örüş sahəsinə gedərkən həmkəndliləri Yaşar Rzayevin trakotoru ilə kənd bələdiyyəsinə məxsus olan örüş sahəsini şumladığını görmüş, qohumları Nəsimi, Vilayət, Ramil, Nüsrət, həmkəndliləri Etibar, Süleyman, Alim, Qismət, Mehman bunu görüb yaşadıqları Karrar kənd ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırovu da yanlarına dəvət etmişlər. Əli Bağırov ora gələndən sonra ona həmin işlə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsini demişlər. Bundan sonra Cavidlə atası Sərdər yanlarına yaxınlaşıb nə baş verdiyini soruşmuşlar. Həmin vaxt həmkəndliləri Süleyman, Alim və Etibar Sərdərə bələdiyyəyə məxsus olan torpaq sahəsini şumlatdırmasına görə iradlarını bildirdikdə Sərdər Nəsimiyə yaxınlaşıb həmin yerə gəlməsinə görə iradını bildirmiş, sonra aralaşıb gedəndə Cavidlə Vilayət bir-biriləri ilə yaxalaşmışlar. Həmin vaxt qoyunlarını ordan götürüb onların yanından ayrılıb çıxıb getmişdir. Şahid8 həmçinin ifadəsində göstərmişdir ki, həmin qeyd edilən vaxtı yalnız qohumu Vilayətlə həmkəndlisi Cavidin bir-birləri ilə yaxalaşdıqlarını görmüş, sonra onların yanından ayrılıb çıxıb getmiş, onların arasında olan dava-dalaşı görməmiş, sonradan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı kənd ərazisində baş vermiş həmin hadisə zamanı Təqsirləndirilən şəxs ağacla onun sağ əlində qəsdən vuraraq xəsarət yetirməsini, Nəsiminin onun topuğundan təpiklə qəsdən vurduğunu, Vilayətin daşla onun çiynindən vurduğunu bildirməsini, eləcədə Şahid4 Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən qəsdən vuraraq onu döymələrini bildirməsini, həmçinin Şahid2 həmin hadisə zamanı Şahid4 onu döyməsini bildirməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Şahid1 Hidayyət oğlu həmkəndliləridir. Onların hər ikisi ilə münasibətləri normaldır, ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində Ərşəli kəndinin qarşı tərəfinə nobatdan gələn heyvanlarını qarşılamaq üçün getmiş, həmkəndliləri Nüsrət, Radiq, Etibar, Süleyman, Alim, Qismət, Mehman və Əli Bağırov orda olmuş, həmin vaxt Sərdar və oğlu Cavid oraya gəlmiş, Sərdar maşından düşdükdən sonra həmkəndlilərinə orda niyə toplaşdığını soruşmuş, həmin vaxt Cavid maşından düşərək Vilayətə nalayiq ifadələr işlətmiş, Cavid və Vilayət dava etməyə başlamış, Vilayətin qardaşı Ramil, Cavidin atası Sərdar onları aralaşdırmağa çalışmışlar, hadisə zamanı Ramilin əlində ağac olmasını görsə də həmin Ramilin həmin ağacla Sərdərin əlindən vurmasını görməmişdir. Sözü gedən hadisə təxminən 15-20 dəqiqə müddətində baş vermişdir. Şahid9 ifadəsində həmçinin göstərmişdir ki, sonradan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı kənd ərazisində baş vermiş həmin hadisə zamanı Təqsirləndirilən şəxs ağacla onun sağ əlində qəsdən vuraraq xəsarət yetirməsini, Nəsiminin onun topuğundan təpiklə qəsdən vurduğunu, Vilayətin daşla onun çiynindən vurduğunu bildirməsini, eləcədə Şahid4 Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən qəsdən vuraraq onu döymələrini bildirməsini, həmçinin Şahid2 həmin hadisə zamanı Şahid4 onu döyməsini bildirməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs atası, Şahid1 Hidayyət oğlu, Şahid2 Hidayyət oğlu və Təqsirləndirilən şəxs həmkəndliləridirlər, aralarında olan mübahisəli torpaq məsələsi ilə bağlı onlarla münasibətləri pisləşmişdir, xx.xx.2024-cü il tarixdə saat 16 radələrində həmkəndlisi Yaşarın traktoru ilə özlərinə məxsus pay torpaq sahəsini şumlatdırarkən həmkəndlisi Nəsiminin özünə məxsus “Qazel” markalı avtomobil, ilə pay torpaq sahəsinin yaxınlığında dayanmasını görüb onu döyəcəyindən ehtiyyat edərək, atası Sərdərə zəng vuraraq məlumat vermiş, təxminən 15-20 dəqiqə sonra atası Sərdər yanına gəlmiş, təxminən bir saat sonra Yaşar sahəni şumlayıb qurtarmış, atası Sərdər avtomobili ilə yaşadıqları kəndə tərəf qayıdarkən gəlib Nəsimin “Qazel” markalı avtomobilinin yanından keçəndə Karrar kənd ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırov və bir neçə kənd sakinlərinin toplaşıb dayandıqlarını görüb onların yanında dayanmışdır, atası avtomobildən düşüb onların yanına getmiş, o da avtomobildən yerə düşmüş, atasının yanında dayanmış, atası Nəsimidən nə baş verdiyini soruşmuş, Nəsimi “əkmək istədiyin yer sənin deyil, orada əkinçilik işləri aparmağa icazə verməyəcəm” demiş, atası Nəsimiyə 2023-cü ilin noyabr ayında çöl torpaq sahəsində onu döyməsini və atasının onu bağışlamasını xatırlatdıqda Nəsimi atasına “mənim qarşıma keçən oğlanı torpağın altına göndərirəm” demiş, atası da torpaq sahəsinin sənədini orada olan şəxslərə göstərmək məqsədilə gətirmək üçün avtomobilinə tərəf qayıtdıqda Nəsimi atasının ünvanına nalayiq sözlər işlətmiş, bu zaman Nəsimiyə iradını bildirmiş, Nəsimi də üstünə cumaraq onunla əlbəyaxa olmuş, yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən vurmuş, həmçinin Nəsiminin qardaşı Vilayət də qarın nahiyyəsindən yumruqla bir neçə dəfə vurmağa başlamış, zərbələrin təsirindən aşağı əyilən kimi Nəsimi əynində olan qış gödəkcəsini başına keçirmiş, ayağa qalxa bilməmiş, bu zaman Nəsimi və Vilayət yumruq və təpiklə, digər qardaşları Ramil isə ağacla bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vuraraq onu döymüşlər. Atası Sərdər onu onların əlindən almaq istəmiş, ancaq Nəsimi onu buraxmamış, atası onu onların əlindən almış, avtomobilə tərəf aparmaq istəmiş, bu zaman Vilayət daşla atasının çiyin nahiyyəsindən bir dəfə qəsdən vurmuş, atası arxaya çevrilmiş, həmin vaxt Ramil ağacla atasının başından vurmaq istəmiş, atası sağ əliylə ağac zərbəsindən yayınmaq istəyəndə ağac atasının sağ əl nahiyyəsindən bir dəfə dəyərək ona xəsarət yetirmiş, atası sağ əlində kəskin ağrı hiss etməyə başladığı üçün uca səslə qışqırmış, bundan sonra Nəsimi atasının sağ topuq nahiyyəsindən təpiklə bir dəfə qəsdən vurmuş, Nəsimi və qardaşlarının onu və atasını döymələri barədə atası Sərdər DİN-nin 102 xidmətinə zəng vuraraq məlumat vermiş, bunu görən kimi Nəsimi və qardaşları qaçıb getmişlər. Hadisə təxminən 15-20 dəqiqə müddətinə davam etmiş, ətrafda Nəsimi ilə birlikdə hadisə yerinə gəlmiş yaxın qohumları Şahid9 (Vilayətin qayınatası), X2, X11, Şahid6, Karrar kənd ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırov, X7, X3 hadisə yerində olmuşlar, bundan başqa Nəsimi və digər şəxslər çıxıb getdikdən sonra atası ilə birlikdə hadisə yerində qalmış, bir az sonra həmkəndlisi Şahid7 çöl sahəsindən gəlib yanlarından keçərkən atasının qolunda və bədənində xəsarətlər olduğunu, eləcədə onun da bədənində xəsarətlər olduğunu görmüş, atası aldığı xəsarətlərdən avtomobil idarə edə bilmədiyi üçün Ramal atasının avtomobilini sürərək onu və atasını yaşadıqları evə aparmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Əliheydər oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Şahid1 Hidayyət oğlu həmkəndliləridir. Onların hər ikisi ilə münasibətləri normaldır, ədavəti yoxdur. Özünə məxsus “Vaz 2106” markalı avtomobili var. xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu Ərşəli kəndi ərazisindən keçən hissəsində yolun kənarında dayanarkən kənd icra nümayəndəsi Əli Bağırov yanına gələrək onu kəndin qarşı hissəsinə torpaq sahələrinə aparmasını istəmiş, Əli Bağırovu kəndin çöl torpaq sahələri olan hissəsinə aparmış, kəndin qarşı hissəsində, Girdiman çayının bəndinin üzərində kəndin bir neçə sakinləri, eləcədə Şahid1 Hidayyət oğlu, Şahid2 Hidayyət oğlu və Təqsirləndirilən şəxs həmin yerdə olduqlarını görmüş, onların yanından keçib çöl sahəsinə getdikdə Yaşar Rzayevin traktor ilə yer şumladığını, Zərərçəkmiş şəxs və oğlu Şahid4 də onların yanında olduğunu görmüş, Əli Bağırov traktorun işini dayandıraraq qayıdıb bəndin üstünə kənd sakinlərinin yanına gəlmiş, bir az sonra Sərdər və Cavid də yanlarına gəlmişlər, Cavid avtomobildən düşüb Nəsimi və qardaşları Ramil və Vilayətin ünvanına nalayiq söyüşlər söyərək üstünə yerimiş, Sərdər Cavidin qarşısına keçəndə Cavid yumruqla Sərdərin başından vurmuş, Cavid sonra isə Vilayətin üstünə cumaraq onunla əlbəyaxa olmuş, Sərdər və Ramil də müdaxilə edərək onları aralaşdırmaq istəyəndə hamısı birlikdə yerə yıxılmışlar, sonra isə ayağa qalxmışlar. Şahid3 həmçinin ifadəsində göstərmişdir ki, həmin hadisə zamanı Təqsirləndirilən şəxs ağacla Zərərçəkmiş şəxs sağ əlindən vurmasını görməmişdir. Ancaq sonradan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı kənd ərazisində baş vermiş həmin hadisə zamanı Təqsirləndirilən şəxs ağacla onun sağ əlindən qəsdən vuraraq xəsarət yetirməsini, Nəsiminin onun topuğundan təpiklə qəsdən vurduğunu, Vilayətin daşla onun çiynindən vurduğunu bildirməsini, eləcədə Şahid4 Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən qəsdən vuraraq onu döymələrini bildirməsini, həmçinin Şahid2 həmin hadisə zamanı Şahid4 onu döyməsini bildirməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs həmkəndliləridir, onlarla münasibətləri normal olmuş, ədavətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 09:00 radələrində kəndin qoyun nobatında novbədə olarkən öz qoyunlarını və kənd sakinlərinin qoyunlarını kənd bələdiyyəsinə məxsus örüş sahəsinə aparmış, saat 17:20 radələrində qoyunları kəndin örüş sahəsindən kəndə tərəf gətirəndə örüş sahəsinin yaxınlığında həmkəndliləri Nəsiminin, Vilayətin, Ramilin, Radiqin, Etibarın, Süleymanın, Alimin, Nüsrətin, Qismətin, Mehmanın, Sərdərin, Cavidin və yaşadıqları Karrar kənd ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırovun söhbət etdiklərini görüb onlardan nə baş verdiyini soruşmuş, həmin vaxt bir neçə dəqiqə qabaq həmkəndliləri Vilayət və Cavidin bir-birləri ilə dalaşdıqalarını öyrənmiş, onların yanında çox dayanmayaraq çıxıb getmiş, sonradan Vilayət, Sərdər və Cavidin aralarında olan dava-dalaşla bağlı polisə şikayət etdiklərini öyrənmişdir. Şahid5 həmçinin ifadəsində göstərmişdir ki, həmin hadisə zamanı onların yanında olmamış, həmkəndliləri Sərdərin və Cavidin Vilayəti, eləcədə Nəsimi, Vilayət və Ramilin Sərdər və Cavidi döymələrini görməmişdir. Sonradan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı kənd ərazisində baş vermiş həmin hadisə zamanı Təqsirləndirilən şəxs ağacla onun sağ əlindən qəsdən vuraraq xəsarət yetirməsini, Nəsiminin onun topuğundan təpiklə qəsdən vurduğunu, Vilayətin daşla onun çiynindən vurduğunu bildirməsini, eləcədə Şahid4 Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən qəsdən vuraraq onu döymələrini bildirməsini, həmçinin Şahid2 həmin hadisə zamanı Şahid4 onu döyməsini bildirməsini eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şamil oğlu ifadəsində göstərdi ki, Şahid2 Hidayyət oğlu, Şahid1 Hidayyət oğlu, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs və Şahid4 Sərdar oğlu qohumlarıdır. Onlarla münasibətləri normal olmuş, ədavətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evdə olarkən həmkəndliləri Yaşar Rzayevin traktoru ilə kənd bələdiyyəsinə məxsus olan örüş sahəsini şumladığını eşidib ora getmiş, ora çatanda Nəsimi, Vilayət, Ramil, həmkəndliləri Etibar, Nüsrət, Alim, Qismət, Mehman və yaşadığı Karrar kənd ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırov orda dayanıb söhbət etdiklərini görmüş, Əli Bağırova həmin işlə bağlı hüquq mühafizə orqanlarına müraciət etməsini demişlər, bundan sonra Cavid və atası Sərdər yanlarına yaxınlaşıb nə baş verdiyini soruşmuş, həmin vaxtı həmkəndliləri Alim və Etibar Sərdərə kənd bələdiyyəsinə məxsus olan torpaq sahəsini şumlatdırmalarına iradlarını bildirmiş, Sərdər qohumu Nəsimiyə yaxınlaşıb həmin yerə gəlməsinə iradını bildirmiş, Cavid Vilayəti söyüb təhqir etmiş, buna görə Sərdər Cavidin yaxasından tutub onu ordan aralaşdırmış, sonra ordan çıxıb getmiş, səhəri günü qohumları Vilayət, Sərdər və Cavidin aralarında olan dava-dalaşla bağlı polisə şikayət etdiklərini eşitmişlər. Şahid6 həmçinin ifadəsində göstərmişdir ki, həmin hadisə zamanı yalnız Cavidin Vilayəti söyüb təhqir etdiyini, Sərdərin isə Cavidi ordan kənarlaşdırdığını görmüş, Nəsimi, Vilayət və Ramilin Sərdər və Cavidi döydüklərini görməmiş, həmin vaxt onlar mübahisə edərkən qoyunları nobatdan gəldiyinə görə qoyunlarını götürüb ordan uzaqlaşmışdır. Ancaq sonradan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində yaşadığı kənd ərazisində baş vermiş həmin hadisə zamanı Təqsirləndirilən şəxs ağacla onun sağ əlindən qəsdən vuraraq xəsarət yetirməsini, Nəsiminin onun topuğundan təpiklə qəsdən vurduğunu, Vilayətin daşla onun çiynindən vurduğunu bildirməsini, eləcədə Şahid4 Şahid1, Şahid2 və Təqsirləndirilən şəxs yumruq və təpiklə bədəninin müxtəlif nahiyyələrindən qəsdən vuraraq onu döymələrini bildirməsini, həmçinin Şahid2 həmin hadisə zamanı Şahid4 onu döyməsini bildirməsini eşitmişdir. Məhkəmədə təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vəsatətinə əsasən şahid qismində dindirilmiş X7 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs, Şahid1 Hidayyət oğlu və qardaşları həmkəndliləridirlər. Onlarla düşmənçiliyi və ədavəti yoxdur. xx.xx.2024-cü il tarixdə saat 15 radələrində Sərdərin oğlu Cavid zəng vuraraq ondan gəlib onun torpaq sahəsini şumlamasını istəmiş, gedib Cavidin torpaq sahəsini traktoru ilə şumlamağa başlamış, təxminən bir saat sonra Cavidin atası Sərdər də yanlarına gəlmiş, Sərdər gəldikdən bir saat sonra həmkəndlisi Etibarın avtomobili ilə Karrar kənd ərazi dairəsi üzrə nümayəndəsi Əli Bağırov və həmkəndlisi Şahid2 Hidayyət oğlu yanlarına gəlmişlər, X15 Rzayev ilə sahənin kənarında söhbət etmişlər, sonra Əli Bağırov yanında olan şəxslə birlikdə qayıdıb getmişlər, şum işlərini bitirdikdən sonra sahədən çıxmış, Sərdər də idarə etdiyi “Vaz 21011” markalı avtomobil ilə ondan təxminən 50 metr qarşıda getmiş, Sərdər gedib Girdiman çayının bəndinin üzərində dayanmış, Nəsimi, Vilayət, Ramil, Ehtibar, Əli Bağırov və kənd sakinlərindən bir neçə nəfəri də orada olmuşlar, yoluna heyvanlar çıxdığı üçün dayanmış, traktorda oturub bəndinin üzərində gedən prosesləri izləmiş, həmin vaxt Nəsiminin Cavidin əynində olan gödəkcəni başına keçirib Cavidi aşağı əyib yumruq və təpiklə vuraraq onu döydüyünü, Ramilin isə əlindəki ağacla Cavidi döydüyünü, Vilayət də yumruq və təpiklə Cavidin bədəninin müxtəlif nahiyyələrindən vuraraq onu döydüyünü, Cavidin atası Sərdər və Mehmanın onları aralaşdırmağa çalışdığını görmüş, həmin vaxt Ramil əlindəki ağacla Sərdərin sağ əlindən vurmuş, həmçinin Vilayət daşla Sərdərin sağ çiynindən vurmuş, Sərdər sağ əlini və çiynini tutataq qışqırmış, Sərdər DİN-nin 102 xidmətinə zəng vurmuş, Nəsimi və qardaşları, eləcədə yanında olan şəxslər qaçıb çıxıb getmişlər, bundan sonra çıxıb getmişdir. İş üzrə təyin olunmuş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 03 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədən səthində aşağıdakı xəsarətləri vardır: sağ əlin V barmağının proksimal falanqasının fraqmentlərin yerinidəyişən sınığı, sağ axıll vətəri üzərində sıyrıq xəsarətləri. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən əmələ gəlmişdir, törənmə müddəti qərarda göstərilən şəraitə və tarixə yəni xx.xx.2024-cü il tarixə uyğundur. Ağırlıq dərəcəsinə görə sağ əlin V barmağının proksimal falanqasının fraqmentlərin yerinidəyişən sınığı xəsarəti sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir, sağ axıll vətəri üzərində sıyrıq xəsarəti sağlamlığa zərərvurmayan olduğu üçün dərəcəsi təyin edilmir. (bax iş vər. 29-31) İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən çöl sahəsində Təqsirləndirilən şəxs aralarında baş vermiş şəxsi münasibətlər zəmnində mübahisə zəmnində əlində olan ağacla həmkəndlisi Zərərçəkmiş şəxs sağ əlindən qəsdən bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Həmçinin baş vermiş həmin hadisə zamanı Şahid4 həmkəndlisi Şahid2 Hidayyət oğlunun bədəninin müxtəlif nahiyyələrindən bir neçə dəfə qəsdən vuraraq onu döymüşdür. Eləcədə həmin hadisə zamanı Şahid1 Hidayyət oğlu və Şahid2 Hidayyət oğlu yumruq və təpiklə, Təqsirləndirilən şəxs isə əlindəki ağacla Şahid4 bədəninin müxtəlif nahiyyələrindən qəsdən bir neçə dəfə vuraraq onu döyüb xəsarət yetirmişlər. Hadisə təxminən 10-15 dəqiqə müddətində baş vermiş, Kürdəmir rayonu Ərşəli kənd sakinləri Şahid9, Radiq Hüseynov, Etibar İsrafilov, Şahid6 və Yaşar Rzayev hadisənin şahidi olmuşlar, sonradan Şahid7 hadisə yerinə gələrək Zərərçəkmiş şəxs və Şahid4 yaşadıqları evə aparmışdır. (bax iş vər, 65) İş materiallarına əlavə “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 6-49/2-261/2024 nömrəli məktubdan görünür ki, Hüseynov X5 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. (bax iş vər. 141) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Karrar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlyinin xx.xx.2024-cü il tarixli, 102 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu Ərşəli kəndində yaşayır və onun ailə tərkibi 3 nəfərdən ibarətdir. (bax iş vər.139). İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Ərşəli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarkaterizə olunur. (bax iş vər. 140). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. (bax iş vər. 152). Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi Kürdəmir rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli 706 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs sağ beyn yarımkürəsinin işemik insultu, xroniki beyin işemiyası, dissirkulyator ensofalopatiya, diskogen bel-oma radiklopatoyası, 167.8-beyin damarlarının digər dəqiqləşdirilməmiş zədələri diaqnozu ilə həkim nervpotoloqun qeydiyyatındadır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini göstərsə də iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin izahatı, şahid ifadələri, habelə iş materialları ilə sübut olundu ki, o, xx.xx.2024-cü il tarixdə saat 17:20 radələrində yaşadığı Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən çöl sahəsində həmkəndlisi xx.xx.1987-ci il təvəllüdlü Şahid4 ilə mübahisəli torpaq sahəsinin şumlanması ilə bağlı aralarında şəxsi münasibətlər zəmnində baş vermiş dava-dalaşı ictimai borcunu yerinə yetirməklə sakitləşdirmək istəyən, sonuncunun atası xx.xx.1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxs sağ əlindən ağacla bir dəfə qəsdən vuraraq, ona sağ əlin V barmağının proksimal falanqasının fraqmentlərinin yerinidəyişən sınığı ilə müşayiət edilən, şəxsin həyatı üçün təhləkəli olmayan və Azərbaycan Respublikası CM-nın 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Bununla məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli zərərçəkmiş şəxsin və şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin onun tərəfindən yetirilməməsini bildirməsi cinayət işi üzrə istintaq zamanı təsdiq olunmadığından onun ifadəsində öz müdafiəsi üçün gətirdiyi dəlillər törətdiyi cinayətə görə məsuliyyətə cəlb olunmaqdan boyun qaçırmaq, eləcə də, məsuliyyətini yüngülləşdirmək məqsədi daşımaqla toplanmış mötəbər sübutlarla təkzib edilmiş və cinayət işinin materiallarına uyğun olmamışdır. Təqsirləndirilən şəxs elan olunmuş ittihamla özünü təqsirli bilməməsi heç bir fakta və dəlilə əsaslanmır, özünün müdafiəsinə yönəlmişdir. Onun göstərdikləri xüsusatların işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və cəza almalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun yaşayış yeri üzrə müsbət xarakterizə olmasını, özünün xəstə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmişdir. (bax iş vər.242) Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonu Ərşəli kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının əvvəli onun cəzanı icra edən orqanda qeydiyyatda alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvəsini alanadək dəyişdirilmədən saxlanılmadır. Təqsirləndirilən şəxs barəsində olan hökmün icrası Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Ərşəli kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, spirtli içkilərin qəbul edildiyi yerə getməmək habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi sübut, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-63/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-63/2024
30.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver