Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-63/2025 22.07.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçilər fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 və Müdafiəçi4 Zərərçəkmiş şəxs Şahid4 Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1990-cı ildə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə; xx.xx.1990-cı ildə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu, Yenikənd kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Cinayət işi üzrə ittiham aktına əsasən, Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, özgənin əmlakını gizli yolla talama məqsədi və tamah niyyəti ilə xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində, xx.xx.2005-ci ildə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmaqla həmin kəndə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən saxlanc yeri hesab olunan hinin qarşısına gələrək aralarında olan rol bölgüsünə əsasən hər ikisi dama qanunsuz daxil olmaqla, oradan ümumi qiyməti təxminən 400 manat olan 08 ədəd hindquşlarını gizli yolla talayaraq zərərçəkmiş şəxs S. Yunusluya ümumilikdə 400 (dörd yüz) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olmuş bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni özgə əmlakını gizli olaraq talamışdır. Cinayət işi üzrə ittiham aktına əsasən, Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, özgənin Əmlakını gizli yolla talama məqsədi və tamah niyyəti ilə xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində, xx.xx.2005-ci ildə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmaqla həmin kəndə yaşayan Zərərçəkmiş şəxs yaşadığı evin həyətində yerləşən saxlanc yeri hesab olunan hinin qarşısına gələrək aralarında olan rol bölgüsünə əsasən hər ikisi hinə qanunsuz daxil olmaqla, oradan ümumi qiyməti təxminən 400 manat olan 08 ədəd hindquşlarını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 400 (dörd yüz) manat maddi ziyan vurmaqla qabaqcadan əlbir olmuş bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla oğurluq etmiş, yəni özgə əmlakını gizli olaraq talamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid4 həmkəndlisidir. Onunla münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. Maddi vəziyyəti pis olduğuna görə oğurluq edərək pul əldə etmək fikrinə düşmüş, bununla bağlı həmkəndlisi və tanışı Təqsirləndirilən şəxs2 demişdir. Talehə qohumu Şahid1 yaşadığı evin həyətinə girərək, orada hindquşlarını oğurlamalarını təklif etmiş, Sənanın həyətində hindquşları olmasını bilmiş, Taleh razılaşmış, bundan sonra Taleh onun telefonu ilə tanışı Eldosta zəng vuraraq ona fəhlə işlədikləri yerdə əmək haqqı əvəzində hindquşu verdiklərini demiş və ondan satması üçün müştəri tapmasını istəmiş, Eldost da “gətirin bizə müştəri taparıq" demiş, xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində Taleh ilə birlikdə həmkəndlisi Sənanın yaşadığı evin yerləşdiyi küçəyə getmiş, Sənanın həyətindəki damın yerini bildiyi üçün həyətin həmin dam olan hissəsindən hasara dırmaşaraq həyətə keçmiş, ətrafda heç kim olmamış, həyətdəki damın qapısı dəmir ilə bağlanmış halda olmuş, onu açıb dama girmişlər, oradakı hindquşlarından 08 ədədini gizli şəkildə götürüb hasarın həyətə girdikləni yerindən çıxmışlar. 08 ədəd hindquşlarını özləri ilə gətirdikləri torbaya qoyaraq Eldostun yaşadığı Kürdəmir rayonu Qağacılı kəndində yerləşən evinə getmiş, Eldosta həmin hindquşlarını Talehin işlədiyi yerdən əmək haqqı əvəzində verdiklərini və satmaq lazım olduğunu demiş, Eldost həmin hindquşlarını Ağsu bazarında satmaq mümkün olduğunu deyərək bunun üçün qonşusundan tanımadıqları taksi sürücüsünə zəng vuraraq onları Ağsu rayonuna aparmasını xahiş etmiş, həmin şəxs gələnə qədər həmin hindquşlarından bir ədədini kəsib Eldosta bişirməsi üçün vermiş, bir ədədini isə onlara köməklik etdiyinə görə Eldosta vermişlər, kəsdikləri hindquşunu yemişlər. 06 ədəd hindquşlarını isə xx.xx.2025-ci il tarixdə saat 05 radələrində həmin taksi sürücüsü ilə Ağsu rayonuna bazara aparmış, orada 06 ədədini 100 manata tanımadıqları şəxsə satmışlar, əldə etdikləri pulun 20 manatını taksiyə vermişlər, qalan 80 manatını isə Taleh ilə yarı bölmüşlər. Həmin hindquşlarının oğurluq olmasını heç kim bilməmiş, tanışı Təqsirləndirilən şəxs2 başqa bu işdən heç kimin məlumatı olmamış, heç kim köməklik etməmişdir. Təqsirləndirilən şəxs1 sonda törətdiyi əməlindən peşman olduğunu, dəymiş ziyanı tamamilə ödədiyini, himayəsində iki uşağının olmasını nəzərə alaraq, barəsində yüngül cəza təyin olunmasını xahiş etdi. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid1 həmkəndlisidir. Onunla münasibətləri normal olmuş, ədavət və düşmənçilikləri olmamışdır. Tanışı Təqsirləndirilən şəxs1 ona həmkəndliləri Şahid1 həyətindəki hində hindquşlarının olduğunu deyərək həmin hindquşlarını oğurlamağı təklif etmiş, maddi vəziyyəti pis olduğuna görə Aqilin oğurluq etmək barədə təklifini qəbul etmiş, Aqil ona hindquşları satmaqda uzaq qohumu olan Eldostun kömək edə biləcəyini demiş və ona əgər soruşan olarsa hinduşlarını işlədiyi yerdən əmək haqqı əvəzinə verdiklərini deməsini istəmişdir. Bundan sonra Aqilin telefonu ilə tanışı Eldosta zəng vuraraq ona guya onlara işlədikləri yerdən hindquşları verdiklərini deyərək həmin hindquşlarını satmaqda ona kömək etməsini istəmişdir. Eldost razılaşaraq hindquşlarını onun həyətində gətirmələrini demişdir. xx.xx.2025-ci il tarixdə saat 23:30 radələrində Aqil ilə birlikdə həmkəndlisi Sənanın yaşadığı evin yerləşdiyi küçəyə getmişlər. Aqil Sananın həyətindəki damın yerini və həmin damda hindquşları olduğunu bildiyinə görə həyətin həmin dam olan hissəsindən hasara dırmaşaraq həyətə keçmişlər, ətrafda heç kim olmamış, həyətdəki damın qapısı dəmir ilə bağlanmış, onu açıb dama girmiş, oradakı hindquşlarından 08 ədədını gizli şəkildə götürüb həyətə girdikləri yerdən çıxaraq oğurlamışlar. 08 ədəd hindquşlarını özləri ilə gətirdikləri torbaya yığaraq Eldostun yaşadığı Kürdəmir rayonu Qağacılı kəndində yerləşən evinə getmişdir. Eldosta hindquşlarını işlədikləri yerdə əmək haqqı əvəzində verdiklərini deyərək satmaqda onlara kömək etməsini demişlər. Eldost həmin hindquşlarını Ağsu rayonunda bazarda satmaq mümkün olduğun bunun üçün qonşusundan tanımadıqları taksi sürücüsünə zəng vuraraq onları Ağsu rayonuna aparmasını xahiş etmiş, həmin şəxs gələnə qədər hindquşlarından bir ədədini kəsib bişirmişlər, bir ədədini isə onlara köməklik etdiyinə görə Eldosta vermişdir, kəsdiləri hindquşunu yemişlər, 06 ədəd hindquşlarını isə xx.xx.2025-ci il tarixdə saat 05 radələrində həmin taksi sürücüsü ilə Ağsu rayonuna bazara aparmışlar, bazarda hindquşlarının 06 ədədini 100 manata tanımadıqları şəxsə satmış, əldə etdikləri pulun 20 manatını taksiyə vermişlər, qalan 80 manatı isə Aqil ilə yarı bölmüşlər. Həmin hinuquşlarının oğurluq olmasını heç kim bilməmiş, heç kim onlara köməklik etməmişdir. Təqsirləndirilən şəxs2 sonda törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyini, himayəsində 1 azyaşlı övladı olmasının nəzərə alınmasını xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs əvəzinə zərərçəkmiş şəxs qismində tanınmış Şahid4 ifadəsində bildirdi ki, Sehran onun oğlu, Şahid1 isə əridir. Oğlu Sehran işləmək məqsədilə Rusiyaya, əri Sənan isə Gürcüstana getdikləri üçün məhkəmə iclaslarına gələ bilmədiklərindən, iş üzrə zərərçəkmiş şəxs kimi tanınmasına razılığını bildirmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və münasibətləri olmamışdır. Kürdəmir rayonu Yenikənd kəndində yaşayırlar, evin həyətində 15 ədəd hindquşları saxlamış, hindquşlarına uşaqları ilə birlikdə baxıb nəzarət etmişdir. Hindquşlarını yaşadıqları evin həyətindəki damda saxlayır, hər gün səhər damın qapısını açıb hayətə buraxıb axşam dama salmış, damın qapısı dəmir ilə bağlamışdır. xx.xx.2025ci il tarixdə axşam saatlarında hindquşlarını dama salıb, qapını bağlamış, xx.xx.2025-ci il tarixdə səhər saatlarında hindquşlarını açıb buraxmaq istəyəndə damın qapısının açılmış halda olduğunu, dəmirin yerində olmadığını, 15 ədəd hindquşlarından 08 ədədinin yerində olmadığını görmüş, əri Sənan bu barədə Kürdəmir RPŞ-nə ərizə ilə müraciət edərək, 08 ədəd hindquşlarını oğurlayan şəxsin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Hal-hazırda dəymiş ziyan onlara ödənildiyindən təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı şikayətləri və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. xx.xx.2025-ci il tarixdə saat 02 radələrində həmkəndlisi Şahid2 zəng vuraraq Ağsu rayonuna bazara getmək lazım olduğunu demiş, həmin gun saat 05 radələrində Eldostun yaşadığı evə getmiş, Aqil və Talehin Eldostun evində olduğunu görmüşdür. Eldost həmin vaxt Aqil və Talehin 06 ədəd hindquşları olduğunu və satmaq üçün onları Ağsu rayonuna aparmasını istəmiş, razılaşaraq Aqil, Taleh və Eldostu Ağsu rayonuna bazara aparmış, Eldost ona maşında gözləməsini demiş, onlar hər üçü bazarda avtomobildən düşüb gedib hindquşlarını satıb yenidən avtomobilə qayıtmışlar və rayona gəlmişdir. Taleh yol haqqı olaraq ona 20 manat pul vermiş, həmin hindquşlarının oğurluq olmasından məlumatı olmamış, bu barədə polis şöbəsində öyrənmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qohumudur. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən Aqil zəng vuraraq yanında olan Təqsirləndirilən şəxs2 ilə telefonla danışdırmış. Taleh ona 05 ədəd hindquşu olduğunu və satdığını demiş, hinduşqanın hardan əldə etdiyini soruşanda Taleh bir nəfər şəxsin həyətində fəhlə işlədiyini və pul əvəzində ona hindquşu verdiklərini demiş, Talehə hundquşlarını onlara gətirməsini demiş, Taleh həmin gün təxminən 23:30 radələrində təkrar zəng vuraraq hindquşunun 08 ədəd olduğunu demiş, bir az sonra Taleh və Aqil onun yaşadığı evə gəlmişlər, onların əlində 08 ədəd hindquşu olduğunu görüb hindquşlarının oğurluq olub-olmadığını bir daha soruşduqda Aqil və Taleh hindquşlarının oğurluq olmadığını deyərək satmaqda ona kömək etməsini əvəzində ona 30 manat pul verəcəklərini demişlər. Aqil və Talehdən pul istəməmiş, onlar da ona əvəzində bir ədəd hindquşu vermişlər, sonra onlar ondan 10 manat borc pul alaraq gedib araq alıb gətirib həmin hindquşlarının bir ədədini kəsib yeyib içmişlər. Bundan sonra həmkəndlisi olan taksi surücüsü işləyən Şahid3 zəng vuraraq onu Ağsu bazarına aparmasını istəmiş, Fədail gəlmiş, Taleh Aqil və o birlikdə Fədailin avtomobili ilə Ağsu rayonuna getmişlər. Ağsu bazarında Taleh hindquşlarının 06 ədədini tanımadıqları şəxsə 100 manata satmış, qayıdıb gəlmişlər. Taleh Fədailə yol haqqı olaraq 20 manat pul vermişdir. Şahid2 ifadəsinin sonunda bildirdi ki, hindquşlarının oğurluq olması barədə onun və taksi sürücüsü Şahid3 məlumatı olmamışdır. Cinayət işində olan və məhkəmə baxışında tədqiq edilmiş: - "İn-west" şirkətinin xx.xx.2025-ci il tarixli arayışında sorğuda əlamətləri göstərilmiş 01 ədəd hindquşunun hazırki dövrdə orta bazar qiymətinin təxminən 50 manat olması göstərilmişdir. - "Kürdəmir rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsdən daxil olan xx.xx.2025ci il tarixli 18-1-49/2-102/2025 nömrəli məktubdan görünür ki, Yunusov X1 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. - "Kürdəmir rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsdən daxil olan xx.xx.2025ci il tarixli 18-1-49/2-103/2025 nömrəli məktubdan görünür ki, Osmanov X2 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın qeydiyyatında durmur, 10.02 2024-cu il tarixdən narkoloji qeydiyyatda durur. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 əvvəllər cinayət törətməyə görə məhkum olunmamışdır. - Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədə göstərilmişdir ki, Osmanov X2 rayon məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nın 128-ci maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş, cərimə tam ödənilmişdir, Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə CM-nın 237.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il 8 ay 26 gun müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası ödənilməmiş və götürülməmişdir. - Kürdəmir rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli arayışından məlum olur ki, Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmündə göstərilən 1 il 8 ay 26 gun azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 01 il 05 ay 02 gün təşkil edir. - Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X4 Filialından daxil olan xx.xx.2025-ci il tarixli 3-17-1/2-30076-2025 nömrəli məktubdan görünür ki, X3 əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. - Kürdəmir RİHB-nın Yenikənd kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs1 4 nəfər ailə üzvü ilə (özü, arvadı, 2017-ci il təvəllüdlü oğlu Turan və 2014-cü il təvəllüdlü qızı Aylin) Kürdəmir rayonu Yenikənd kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. - Kürdəmir RİHB-nın Yenikənd kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2025-ci il tarixli arayışından və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs2 3 nəfər ailə üzvü ilə (özü, arvadı, 2020-ci il təvəllüdlü oğlu Sakit) Kürdəmir rayonu Yenikənd kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə edilir. - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törətməsi ilkin ibtidai istintaq materialları ilə sübut edildiyindən o, həmin maddə ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməli törətməsi ilkin ibtidai istintaq materialları ilə sübut edildiyindən, təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuşdur. - xx.xx.2025-ci il tarixli qərarlardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. - Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(041)-10/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair vəsatət və təqdimat təmin edilməmiş, Təqsirləndirilən şəxs2 məhkəmə iclas zalından azad edilmişdir. - Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(106)-14/2025 saylı qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 4(041)-10/2025 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs2 barəsində 02 (iki) ay 13 (on üç) gün həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 03 fevral 2025-ci il tarixdən hesablanmışdır. - xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünün yoxlanması məqsədi ilə, Kürdəmir rayonu Yenikənd kəndinə gedərək, Şahid1 məxsus evə necə daxil olduğunu və necə oğurluq etdiyini əyani olaraq göstərib, ifadəsində göstərdiyi xüsusatları bir daha orada təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmişdir. - xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 ifadəsinin düzgünlüyünün yoxlanması məqsədi ilə, Kürdəmir rayonu Yenikənd kəndinə gedərək, Şahid1 məxsus evə necə daxil olduğunu və necə oğurluq etdiyini əyani olaraq göstərib, ifadəsində göstərdiyi xüsusatları bir daha orada təsdiq etmişdir. Bu barədə protokol tərtib edilmişdir. - Zərərçəkmiş şəxs Şahid4 xx.xx.2025-ci il tarixli ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş maddi ziyan ödənilmişdir, təqsirləndirilən şəxslərlə barışmışdır. Beləliklə, məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli özlərinin səmimi etirafı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə işdə olan sənədlərlə tamamilə sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 3 mart 2005-ci il tarixli, 1 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibibin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə, həmin şəxslər talama hadisəsini görmüş olsalar belə, təqsirkarın əməli özgə əmlakının talanması hesab edilməlidir. Həmin Qərarın 19-cu bəndində qeyd edilmişdir ki, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. 20. Yaşayış sahəsi dedikdə, yaşayış və qeyri-yaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, digər qurğular aiddir. 21. Şəxs “daxil olmaq” əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun təqsirləndirilən şəxslərin özünün, zərərçəkmiş şəxsin, şahid ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi oğurluq əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə tamamilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsinə gəldikdə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsində göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs2 orta təhsilli, evli olması, işləməməsi, daimi yaşayış yerinin olması, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs1 orta təhsilli, evli olması, işləməməsi, daimi yaşayış yerinin olması, məhkumluğunun olmaması, yaşayış yeri üzrə müsbət xarakterizə olması onun şəxsiyyətini səciyyələndirən hallardır. Təqsirləndirilən şəxs2 münasibətdə himayəsində azyaşlı uşağın olması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.13-cü maddələrinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Məhkumluğu ödənilmədən təkrarən yenidən az ağır cinayət törətməsini məhkəmə cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 münasibətdə himayəsində azyaşlı uşağların olması və cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.1.13-cü maddələrinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirilir. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs2 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları, məhkumluğu ödənilmədən təkrarən yenidən az ağır cinayət törətməsini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan müddət həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Kürdəmir rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(041)-10/2025 saylı qərarı ilə məhkəmə iclas zalından azad edilmiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 4(106)-14/2025 saylı qərarı ilə Kürdəmir Rayon Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli, 4(041)-10/2025 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs2 barəsində 02 (iki) ay 13 (on üç) gün həddində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs2 qəti cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 67.1 və 69.3-cü maddələrinin tələbləri nəzərə alınmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli 03 fevral 2025-ci il tarixdən hesablanmalı, şübhəli şəxs qismində saxlanıldığıl 2 gün müddət onun cəzasından çıxarılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs1 şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət əməli nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanın tam ödənilməsini və zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını, ilk dəfə cinayət törətməsini, məsuliyyətini yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən, yaşayış yeri üzrə azadlığını məhdudlaşdırmaqla islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Yunusov X1 rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla orada yaşayır. Azərbaycan Respublikasının CM-nin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə faktiki yaşayış yeri olan Kürdəmir rayonu Yenikənd kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, habelə hazırki cinayətin xarakterini nəzərə alaraq spirtli içkilər qəbul edilən yerlərə getməmək kimi əlavə vəzifə qoyulmalı, cəzasının əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il saat 21:30-dan xx.xx.2025-ci il saat 19:00-dək müddətdə şübhəli şəxs qismində tutularaq Kürdəmir RPŞ MSY-da saxlanılmışdır. Təqsirləndirilən şəxs1 qəti cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 69.3-cü və CPM-nin 158.6-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. İş üzrə mülki iddia, maddi sübut və digər məhkəmə xərclərinin olmaması və 400 manat maddi ziyanın zərərçəkmiş şəxsə tam olaraq ödənilməsi nəzərə alınmalıdır. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli Qərarına əsasən Azərbaycan Respublikasının CPM- 193.2, 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Bu Qərarla müəyyən edilən məbləğlər müdafiəçinin (vəkilin) təqdim etdiyi hesabata uyğun olaraq cinayət prosesini həyata keçirən orqanın əsaslandırılmış qərarı və ya məhkəmənin əsaslandırılmış qərardadı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına ayrıca sətirlə nəzərdə tutulmuş vəsait hesabına Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən vəkil qurumuna və ya fərdi qaydada fəaliyyət göstərən vəkilə nağdsız qaydada ödənilir. Məhkəmə iş üzrə keçirilən məhkəmə iclaslarının sayını və cinayət işinin məhkəmə baxışında olma müddətini nəzərə alaraq, vəkil Müdafiəçi4 və vəkil Müdafiəçi3 göstərdikləri hüquqi yardıma görə 220 manat (20 saatx11 manat) ödənilməsini məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublaiksı Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökm üzrə təyin edilmiş cəzaya Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 01 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 05 ay 02 gün hissəsi qismən birləşdirilməklə ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 03 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yeri olan Kürdəmir rayonu, Yenikənd kəndində yerləşən evini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayon ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri, habelə hazırki cinayətin xarakterini nəzərə alaraq spirtli içkilər qəbul edilən yerlərə getməmək kimi əlavə vəzifə qoyulsun. Hökmün icrası və üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut və digər məhkəmə xərclərinin olmaması və 400 manat maddi ziyanın zərərçəkmiş şəxsə tam olaraq ödənilməsi nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs2 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi3 220 (iki yüz iyirmi) manat xidmət haqqı ödənilsin. Məhkəmədə Təqsirləndirilən şəxs1 göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi4 220 (iki yüz iyirmi) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-63/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-63/2025
22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver