Məhkəmə qərarları › İş №1(041)-65/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-65/2023

13.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-65/2023 13.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxxxx 1988-ci ildə Kürdəmir rayonu, Pirili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Pirili kəndində yaşayan- Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 iyun 2023-cü il tarixdə, saat 15 radələrində yaşadıqları Kürdəmir ayonu Pirili kəndində yerləşən çöl sahəsində həmkəndlisi Zərərçəkmiş şəxs onun əkin saəsinə gedən suyun qarşısını bağlaması səbəbindən şəxsi münasibətər zəminində aralarında baş vermiş mübahisə zamanı sonuncunun boğazından tutub sıxaraq yumruqla sifətindən və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə qəsdən vuraraq ona boyunun sağ yan səthində sıyrıqlar, əng birləşməsi əzələ-bağ aparatının gərilməsi, döş qəfəsinin sol yarısında qançır ilə müşayət olunan sağlamlığın qısa müddət pozumasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Raqif onun həmkəndlisidir. Mnasibətləri normal olmuş, aralarında heç bir ədavətləri olmamışdır. Onun yşadıqları kəndin ərazisində 0,20 ha yonca sahəsi vardır. xx.xx.2023-cü il tarixdə, saat təxminən 15 radələrində o, yonca sahəsini suvarmaq istəyərkən Raqif suyun qarşısını bağlamış və o, Raqifə yaxınlaşaraq suyu niyə bağladığını, sudan istifadə etmək üçün su pulu ödədəyini və su cuvarından icazə aldığını və növbə onun olduğunu bildirərək Raqifdən suyu açmasını xahiş etmiş, Raqif isə suyu açmayacağını bildirərərk onu nalayiq ifadələrlə təhqir etmişdir. Bir az sonra həmin yerə Raqin atası Qorxmaz və qardaşı da gəlmiş, onlar mübahisə etmiş, Raqifin atası Qorxmaz onu ağacla vursa da onlar 3 nəfər olduqları üçün onları vurmamışdır. O, Raqifi döyməmiş və ona heç bir xəsarət yetirməmişdir. O, ittiham olunması ilə razı deyildir. Odur ki, barəsində olan materiala xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Vilayət onun həmkəndlisir və münasibətləri normal olmuş, aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə tası Qorxmaz Kürdəmir ayonuna gedrkən su cuvarı ilə danışdığını və suyu öz tərəflərinə döndərib su çənlərini doldurmağı tapşırmış, o, da su kanalının üsünə gedərək şlüzü açımış və həmin vaxt Vilayət ona yaxınlaşaraq suyu niyə açdığını soruşmuş, o, da su cuvarından icazə alaraq su çənlərini doldurduqdan sonra suyu bağlayacağını desə də Vilayət onu nalayiq ifadələrlə təhqir edərək üstünə gəlib boğazından yapışaraq onu boğub yumruqla bir neçə dəfə onun sifət və bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə vurmuşdur. Həmin vaxtı atası onların yanına gəlmiş və onları aralamışdır. O, da öz telefonu ilə DİN-nin 102 xidmət mərkəzinə zəng edərək Vilayətin onu döyməsi barədə məlumat vermişdir. Onlar barışmamışlar. O, Vilayət ilə barışmaq istəmir, ona dəymiş ziyan ödənilməmişdir. Odur ki, Vilayətə qanuni cəza verilməsini xahiş etdi. Məhkəmə iclsında şahid qismində dindirilmiş Şahid ifadəsində göstəri ki, Raqif onun oğlu, Vilayət isə həmkndlsidir, onunla münasibətləri normal olmuş, aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə Kürdəmir ayouna gedərkən o, oğlu Raqifə su cuvarından icazə adığını və suyu öz tərəflərinə döndərib su çənləri doldurmağı tapşırmışdır. Rayondan qayıdıb gələndə Raqifin evdə olmadığını görüb onun hara getyini soruşmuş və evdən Raqifin suyu açmağa getdiyini demişlər. O, xəstə olduğu üçün yeriməkdə çətinlik çəkdiyi üçün əl ağaclnl götürüb su kanalına doğru getmiş və həmin vaxtı Vilatyətin Raqifin boğazından tutaraq boğduğunu görüb onlara yaxınlaşaraq Raqifi Vilayətin əlindən almış, Vilayət əli ilə də onu itələmiş və o, yerə yıxılmışdır. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 215 nömrəli aktından görünür ki, 1993-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər, boyunun sağ yan səthində sıyrıqlar,əng birləşməsi əzələ-bağ aparatının gərilməsi, döş qəfəsinin sol yarsında qançırın küt əşya təsirindən törənmişdir, törənmə müddəti xx.xx.2023-cü il tarixdə kənar şəxs tərəfindən əllə vurulması nəticəasində əmələ gəlməsi və ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olduğu göstərilmişdir. (bax iş vər. 37-38) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Pirili kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 226 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Kürdəmir rayonu Pirili kəndində yaşayır və ailə tərkibi 5 nəfərdən ibarət olmaqla, onlardan 3 nəfəri azyaşlıdır. (bax iş vər. 35) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Pirili kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunur, onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (bax iş vər. 36) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 32) İş materialalrına əlavə edilmiş AR “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5” Kürdəmir ayon Mərkəzi Xəstəxanası” X4 xx.xx.2023-cü il tarixli, 6-49/2-344/2023 saylı məktubundan görünür ki, Məmmədov X2 rayon Mərkəzi Xəstəxanası PHŞ-in Polikninika şöbəsndə həkim psixiatrın qeydiyyatında yoxdur.(bax iş vər.29) Beləliklə, əməli törətmiş şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli özü etiraf etməsə də, zərərçəkmiş şəxsin və şahid ifadəsi, işin digər materialları, habelə məhkəmədə tədqiq olunan sübutlarla tamamilə təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq AR CM-in 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmədə verdikləri ifadələrinə tənqidi yanaşaraq, onların göstərdikləri xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun himayəsində 3 azyaşlı uşağının olmasını və onun yaşayış yeri üzrə müsbət xarakterizə olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halı, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Məmmədov X2 rayonu Pirili kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Pirili kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar