Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-65/2024 04.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxxx 1985-ci ildə Kürdəmir şəhərində anadan olmuş, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə 1 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş 01 ay 19 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023cü il tarixdə cəza müddəti bitdiyinə görə qeydiyyatdan çıxarılmış, məhkumluğu qanunla müəyyən olunmuş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir rayon məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tanışı X7 narkotik vasitə heroin almaq üçün verdiyi 10 manat pul müqabilində sonuncunun xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində, Kürdəmir şəhəri, H.Əliyev prospekti ərazisində, X4 aldığı xeyli miqdarda, ümumi təmiz çəkisi 0,250 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Kürdəmir rayon polis söbəsinin əməkdaşları tərəfindən keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Kürdəmir şəhəri Vaqif küçəsi ərazisində saxlanılaraq RPŞ-nə gətirilib üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan göy rəngli şalvarın sağ ön cibindən 01 ədəd cəhrayı rəngli kağız bükümdə xeyli miqdarda təmiz çəkisi 0,250 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, o, anası ilə birlikdə ünvan 1 ünvanında yaşayır. O, hərdən bir narkotik vasitələrdən istifadə etsə də hazırda narkotik istifadə etmir və hazrki cinayət işində də heç bir günahı yoxdur. Belə ki, o, Usuba narkotik almaq üçün pul verməmişdir. Polis şöbəsində onu döyərək boynuna qoymuşlar. Əslində isə onun üzərindən heç bir narkotik vasitə aşkar edilməmişdir. Polis əməkdaşalrı onu döyərək narkotik vasitənin onun üzərində aşkar edilməsini boynuna almasını tapşırmış, o, da məcbur olub ibtidai istintaqda ifadə verərək hər şeyi boynuna almışdır. Polis şöbəsində Anar Xəlilov və Zamiq Sadıqov onu döyərək məcbur edib həmin ifadəni verməyə məcbur etmişlər. Barəsində həbs qətimkan tədbiri seçildikdən sonra o, Kürdəmir rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə aparılmış və sonra Gəncə şəhərinə istintaq təcridxanasına göndərilmişdir. O, təcridxana rəhbərliyinə xəsarət alması barədə məlumat verməmişdir. Odur ki, barəsində olan ittihamı rədd edilməsi və barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Təqsirləndirillən şəxs Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə video çəkilişlə sərbəst şəkildə ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən istifadə etdiyi üçün bir neçə dəfə məhkum olunmuş, xx.xx.2024-cü il tarixdə saat 11 radələrində tanışı X10 ilə hər biri 10 manat pul qoymuşlar, Usub gedib X4 20 manat pul müqabilində 02 ədəd bükümdə narkotik vasitə heroin aıb gətirmiş, həmin heroinin bir ədəd bükümünü ona vermiş, bir bükümünü isə özü götürüb üzərində şəxsi istifadə etmək üçün saxlamış, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Kürdəmir şəhəri Vaqif küçəsində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək RPŞ-yə gətirmişlər, şübhəli şəxs qismində tutulmuş, seçdiyi müdafiəçi ilə təmin olunmuş, bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmış, üzərində narkotik vasitə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd çəhrayı rəngli kağız büküm çıxarıb təqdim etmiş, daha sonra əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd alışqan və 01 ədəd “Argo” markalı siqaret paketi, həmin gödəkçəsinin sağön cibindən 01 ədəd qara rəngli papağı çıxarıb təqdim etmiş, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 01 ədəd cib dəsmalı, həmin gödəkçənin sağ ön cibindən 01 ədəd “Argo” markalı siqaret paketi, 01 ədəd “Veqas” markalı siqaret paketi aşkar olunmuş, bundan sonra 01 ədəd çəhrayı rəngli kağız büküm açılarkən içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, təqdim etdiyi 01 ədəd çəhrayı rəngli kağız büküm içərisində olan kütlə ilə birlikdə “Çin” istehsalı olan elektron tərəzidəçəkilmiş, təxmini çəkisinin 0.37 qram olması müəyyən edilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd alışqan, 02 ədəd “Argo” markalı siqaret paketi, 01 ədəd qara rəngli papaq, 01 ədəd cib dəsmalı, 01 ədəd “Veqas” markalı siqaret paketi işüçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, “Samsung” markalı mobil telefon isə ayrıca götürülmüş, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən üzərindən heç nə aşkar edilməmiş, aşkar edilmiş 01 ədəd kibrit qutusunda kütlə qablaşdırılaraq üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs həmçinin ifadəsində göstərmişdir ki, Pərvin Bağırovdan narkotik vasitə heroini Usub almış, həmin vaxt onların yanında olmamışdır. Saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zorakılıq edilməmiş, Kürdəmir rayon ərazisində başqa cinayət hadisəsi törətməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Kürdəmir RPŞ-də CAB-ın kibercinayətlərə qarşı əməliyyat müvəkkilli vəzifəsində işləyir, Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onunla münasibətləri normaldır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edərək məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs Kürdəmir şəhəri Vaqif küçəsində saxlanılıb Kürdəmir RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, RPŞ-nin müstəntiqi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmış, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet və ya narkotik maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd çəhrayı rəngli kağız büküm çıxarıb təqdim etmiş, daha sonra əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd alışqan və 01 ədəd “Argo” markalı siqaret paketi, həmin gödəkçəsinin sağ ön cibindən 01 ədəd qara rəngli papağı çıxarıb təqdim etmiş, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 01 ədəd cib dəsmalı, həmin gödəkçənin sağ ön cibindən 01 ədəd “Argo” markalı siqaret paketi, 01 ədəd “Veqas” markalı siqaret paketi aşkar olunmuş, bundan sonra 01 ədəd çəhrayı rəngli kağız büküm açılarkən içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, təqdim etdiyi 01 ədəd çəhrayı rəngli kağız büküm içərisində olan kütlə ilə birlikdə “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş, təxmini çəkisinin 0.37 qram olması müəyyən edilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd alışqan, 02 ədəd “Argo” markalı siqaret paketi, 01 ədəd qara rəngli papaq, 01 ədəd cib dəsmalı, 01 ədəd “Veqas” markalı siqaret paketi işüçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, “Samsung” markalı mobil telefon isə ayrıca götürülmüş, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən üzərindən heç nə aşkar edilməmiş, aşkar edilmiş 01 ədəd kibrit qutusunda kütlə qablaşdırılaraq üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini tanışı X10 ilə hərəsi 10 manat qoymaqla Usub gedib X4 alıb gətirmiş, sonra həmin heroini Usubla yarı bölmüşlər, şəxsi istifadə etməsi üçün üzərində saxlamışdır. Şahid1 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı saxlanılıb polis şöbəsinə gətirilən zaman və polis şöbəsində heç bir zor və güc tətbiq edilməmiş, onun narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstəri ki, Kürdəmir RPŞ-də CAB-ın əməliyyat müvəkkilli vəzifəsində işləyir, Kürdəmir şəhər sakini Təqsirləndirilən şəxs tanıyır, onunla heç bir əsdavəti olmamışdır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi barədə məxfi əməliyyat məlumatı daxil olduqdan sonra bu barədə RPŞ-in rəhbərliyinə raportla məruzə edərək məlumatı yoxlamaq məqsədilə təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilmiş, xx.xx.2024-cü il tarixdə saat 22:00 radələrində Təqsirləndirilən şəxs Kürdəmir şəhəri, Vaqif küçəsində saxlanılıb Kürdəmir RPŞ-yə gətirilmiş, polis şöbəsində Təqsirləndirilən şəxs seçdiyi müdafiəçi təyin olunmuş, RPŞ-nin müstəntiqi Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasında şübhəli olduğunu izah edərək onu təxirəsalınmaz əməliyyat-axtarış tədbirlənin keçirilməsi barədə qərarla tanış edib onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsinə etiraz etməmiş, daha sonra müstəntiq tərəfindən axtarış keçirilməmişdən qabaq iştirakçılara hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlanmış, Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya, predmet və ya narkotik maddə olub-olmaması soruşulmuş, əgər varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd çəhrayı rəngli kağız büküm çıxarıb təqdim etmiş, daha sonra əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd alışqan və 01 ədəd “Argo” markalı siqaret paketi, həmin gödəkçəsinin sağ ön cibindən 01 ədəd qara rəngli papağı çıxarıb təqdim etmiş, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 01 ədəd cib dəsmalı, həmin gödəkçənin sağ ön cibindən 01 ədəd “Argo” markalı siqaret paketi, 01 ədəd “Veqas” markalı siqaret paketi aşkar olunmuş, bundan sonra 01 ədəd çəhrayı rəngli kağız büküm açılarkən içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, təqdim etdiyi 01 ədəd çəhrayı rəngli kağız büküm içərisində olan kütlə ilə birlikdə “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş, təxmini çəkisinin 0.37 qram olması müəyyən edilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd alışqan, 02 ədəd “Argo” markalı siqaret paketi, 01 ədəd qara rəngli papaq, 01 ədəd cib dəsmalı, 01 ədəd “Veqas” markalı siqaret paketi işüçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, “Samsung” markalı mobil telefon isə ayrıca götürülmüş, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən üzərindən heç nə aşkar edilməmiş, aşkar edilmiş 01 ədəd kibrit qutusunda kütlə qablaşdırılaraq üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şifahi soğru zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş narkotik vasitə heroini tanışı X10 ilə hərəsi 10 manat qoymaqla Usub gedib X4 alıb gətirmiş, sonra həmin heroini Usubla yarı bölmüşlər, şəxsi istifadə etməsi üçün üzərində saxlamışdır. Şahid2 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı saxlanılıb polis şöbəsinə gətirilən zaman və polis şöbəsində heç bir zor və güc tətbiq edilməmiş, onun narkotik maddələrin satışı ilə məşğul olmasını eşitmədiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 da Şahid1 və Şahid2 ilə eyni məzmunda ifadə verib onların göstərdikləri faktları təsdiq etdi. Məhkmə iclasında şahid qismində dindirilmiş X10 oğlu ifadəsində göstərdi ki, Ziyad onu pul verməmiş və o, Pərvindən narkotik vasitə almamışdır. İbtidai istintasqda verdiyi ifadəni özü verməmiş və polis əməkdaşları ona imza etdirmişlər.Əslində isə ittiham aktında göstərildiyi kimi deyildir. X10 ibtidai istintaqda sərbəst şəkildə video çəkilişlə və müdafiəçinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, narkotik vasitə heroindən istifadə etdiyi üçün bir neçə dəfə məhkum olunmuşdur. xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində tanışı Təqsirləndirilən şəxs ilə hər biri 10 manat pul qoymuşlar, X4 20 manat pul müqabilində 02 ədəd bükümdə narkotik vasitə heroin almış, həmin heroinin bir ədəd bükümünü Ziyada vermiş, bir bükümünü isə şəxsi istifadə etmək üçün üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 21:30 radələrində Kürdəmir şəhəri Vaqif küçəsində piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları yaxınlaşaraq özlərini təqdim edib üzərində narkotik vasitə saxlamasında əsaslı şübhələrin olduğunu bildirərək onu barəsində qəbul etdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərarın məzmunu ilə tanış etmişlər. Bundan sonra polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmiş, RPŞ-də şübhəli şəxs qismində tutulduqdan sonra, hüquqları və vəzifələri izah edilmiş, dövlət hesabına müdafiəçi yadımından istifadə etmək hüququ izah edilmiş, təqdim edilmiş müdafiəçilərin siyahısından seçdiyi vəkil Müdafiəçi ilə təmin edilmiş, bundan sonra üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı üzərində narkotik vasitə və ya psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra əynində olan qara rəngli şalvarının sağ ön cibindən 01 ədəd çəhrayı rəngli kağız bükümü çıxarıb təqdim edərək içərisində “kakos” yəni narkotik vasitə heroin olduğunu bildirmiş, həmçinin əynində olan şalvarın sol ön cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu çıxarıb təqdim etmiş, 01 ədəd çəhrayı rəngli kağız büküm açılarkən içərisində qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, təqdim etdiyi 01 ədəd çəhrayı rəngli kağız büküm içərisində olan kütlə ilə birlikdə “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş, təxmini çəkisinin 0.37 qram olması müəyyən edilmiş, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sağ ön cibindən 01 ədəd qara rəngli papaq, əynində olan qara rəngli şalvarın sağ ön cibindən 01 ədəd alışqan, 4 manat pul əsginazı aşkar olunmuş, 01 ədəd çəhrayı rəngli kağız büküm içərisində olan kütlə ilə birlikdə içərisi boş ağ rəngli zərfdə qablaşdırılaraq üzəri “Azərbaycan Respublikası DİN-in №137” möhürü ilə möhürlənmiş, üzəri yazıldıqdan sonra ekspertizaya təqdim olunacağı bildirilmiş, 01 ədəd qara rəngli papaq, 01 ədəd alışqan və 4 manat pul əsginazı iş üçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, “Samsung” markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyindən ayrıca götürülmüşdür. Usub Əliyev həmçinin ifadəsində göstərmişdir ki, Ziyad Şıxalıyevlə birlikdə hərəsi 10 manat olmaqla pul qoyaraq Pərvin Bağırovdan narkotik vasitə heroini alarkən yanında heç kim eləcədə Ziyad olmamış, eləcədə Pərvin ona satdığı narkotik vasitə heroindən onun Ziyada da verəcəyindən məlumatı olmamışdır. Saxlanılan və polis şöbəsinə gətirilən zaman ona qarşı heç bir fiziki və psixi zorakılıq edilməmiş, Kürdəmir rayon ərazisində başqa cinayət hadisəsi törətməmişdir. Təqsirləndirilən şəxs şifahi vəsatətinə əsasən məhkməyə dəvət edilmiş X8 ifadəsində götərdi ki, o, Kürdəmir RPŞ CAB-nin rəisi vəzifəsində işləyir. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-yə gətirilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş və üzərindən heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı heroinin özüə məxsus olduğunu bildirmişdir. Həmin vaxtı müdafiəçisi ona hər hansı bir təzyiq olubolmamasını soruşmuş, lakin Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs PŞ-də döyülməmiş və ona heç bir fiziki təsir göstərilməmişdir. Təqsirləndirilən şəxs şifahi vəsatətinə əsasən məhkəməyə dəvət edilmiş X5 ifadəsində götərdi ki, o,Kürdəmir RPŞ İTB-də polis nəfəri işləyir. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Kürdəmir RPŞ-yə gətirilmiş müdafiəçinin iştirakı ilə üzərinə baxış keçirilmiş və üzərindən heroin aşkar edilmişdir. Şifahi sorğu zamanı heroinin özünə məxsus olduğunu bildirmişdir. Həmin vaxtı müdafiəçisi ona hər hansı bir təzyiq olubolmamasını soruşmuş, lakin Təqsirləndirilən şəxs heç bir təzyiq göstərilmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs PŞ-də döyülməmiş və ona heç bir fiziki təsir göstərilməmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-ci il tarixli 18/63 nömrəli rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən...”sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0.250 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. (bax İ cild, iş vər, 120-123) İş materiallarına əəlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 662 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. (bax cild İİ, vər 307) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-68/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Kürdəmir RMX-nin poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyyatında durmur. (bax cild İİ, vər, 43) xx.xx.2024-cü il tarixli “Şəxsi axtarış və götürmə keçirilməsi haqqında” protokoldan görünür ki, Kürdəmir RPŞ-nin İnzibati binasında Müdafiəçi iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş, daha sonra ona üzərində hər hansı bir qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ ön cibindən 01 ədəd çəhrayı rəngli kağız büküm çıxarıb təqdim etmiş, daha sonra əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd alışqan və 01 ədəd “Argo” markalı siqaret paketi, həmin gödəkçəsinin sağ ön cibindən 01 ədəd qara rəngli papağı çıxarıb təqdim etmiş, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli qış gödəkçəsinin sol ön cibindən 01 ədəd cib dəsmalı, həmin gödəkçənin sağ ön cibindən 01 ədəd “Argo” markalı siqaret paketi, 01 ədəd “Veqas” markalı siqaret paketi aşkar olunmuş, bundan sonra 01 ədəd çəhrayı rəngli kağız büküm açılarkən içərisində qəhvəyi rəngli, narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilmiş, təqdim etdiyi 01 ədəd çəhrayı rəngli kağız büküm içərisində olan kütlə ilə birlikdə “Çin” istehsalı olan elektron tərəzidə çəkilmiş, təxmini çəkisinin 0.37 qram olması müəyyən edilmiş, üzərinə keçirilən şəxsi axtarış zamanı aşkar olunmuş 01 ədəd alışqan, 02 ədəd “Argo” markalı siqaret paketi, 01 ədəd qara rəngli papaq, 01 ədəd cib dəsmalı, 01 ədəd “Veqas” markalı siqaret paketi işüçün əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmış, “Samsung” markalı mobil telefon isə ayrıca götürülmüş, bundan sonra müstəntiq tərəfindən üzərinə şəxsi axtarış keçirilərkən üzərindən heç nə aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmış, həmçinin xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitənin aşkar edilməsini özündə əks etdirən 01 ədəd disk protokola əlavə edilmişdir. (bax:İ i/v 74-75) İş üzrə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki,keçirilmiş əməliyyat tədbirləri zamanı alınmış məlumatlarla təsdiq olunur ki, Təqsirləndirilən şəxs tanışı X10 ilə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib öz aralarında bölüşmək barədə razılaşma əldə etdikdən sonra onun vasitəsilə xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində, Kürdəmir şəhəri H.Əliyev prospekti ərazisində, X4 xeyli miqdarda, ümumi təmiz cəkisi 0,250 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib üzərində saxlayaraq daşımış. Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz istifadəsi ilə məşğul olsa da, digər şəxslərə satmaqla məşğul olmamış, bu barədə heç bir məlumat daxil olmamışdır. (bax: i/v 253-254) İş materiallaırına əlavbə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu 1 saylı X11 Filialından daxil olan xx.xx.2024-cü il tarixli 3-17-1/2-20471-2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliklə bağlı əmək pensiyası və sosial müavinət almır. (bax cild İ,vər 48) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğıu xx.xx.2000-ci il tarixdə Ağır cinayətlər məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 177.1.2, 177.2.2, 177.2.3-cü maddələri ilə 03 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2003-cü il tarixdə Azərbaycan Respublikası MM-nin xx.xx.2003-cü il tarixli amnistiya qərarının 7.1-ci bəndinəəsasən azad olunub, xx.xx.2004-cü il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3-cü maddələri ilə 04 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə azad olunmuş, xx.xx.2009-cu il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3-cü maddələri ilə əmlakı müsadirə edilməklə 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitmiş, xx.xx.2014-cü il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 177.2.2, 177.2.3-cü maddələri ilə əmlakı müsadirə edilməklə 05 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddəti bitmiş, xx.xx.2019-cu il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası MM-nin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.4-ci bəndinə əsasən azadlqıdan məhrum etmə cəzasından azad olunub, xx.xx.2022-ci il tarixdə Kürdəmir rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Qaradağ rayon məhkəməsi qərarı ilə Azərbaycan Respublikası CM-nın 76-cı maddəsinə əsasən cəzasının çəkilməmiş 01 ay 19 gün müddətinə vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti bitdiyi üçün qeydiyyatdan çıxarılmışdır. Məhkumluğu ödənilməmişdir. (bax iş İİ cild vər. 19-23) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 284 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs subay olmaqla anası ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax İİ cild vər. 214) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətində həbs qətikan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. (bax cild İ, vər, 193-203) İş materiallarında olan Kürdəmir rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri 1 ay müddətinə uzadılmış və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini göstərsə də iş üzrə dindirilmiş şahid ifadələri, habelə iş materialları ilə, həmçinin Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi ilk izahatı ilə sübut olundu ki, o, hazırki cinayət əməlini törətmiş və onun əməli məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəsinə tənqidi yanaşaraq, onun göstərdiyi xüsusatlar işin faktiki hallarına uyğun olmamaqla məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusu ilə təkzib olunduğundan, onun ifadəsini məsuliyyətdən yayınmaq məqsədi ilə verilmiş əsassız ifadə kimi qiymətləndirir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması – miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən onun əməlində olan cinayətin residivini cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əvvəllər az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmasına və məhkumluğu ödənilmədən (götürülmədən) onun tərəfindən yenidən qəsdən cinayət törədilməsi barəsində cinayətin residivini yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində – onlar cəzanı çəkib qurtardıqları gundən iki il keçdikdə məhkumluğu olmayan şəxs hesab olunurlar. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qanuna uyğun olaraq cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı vardır və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və Ərazi narkoloji dispanseridə profilaktiki qeydiyyata götürülməlidir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən təyin edilmiş cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs cəza çəkməsinun başlanğıcı şübhəli şəxs kimi tutulduqları gündən, yəni 15 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,2 qram narkorik maddə olan heroinin qalığı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir.Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə videogörüntünün qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilməlidir. Təqsirləndirilən şəxs 31,95 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il 08 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəza çəkməsinin başlanğıcı 15 yanvar 2024-cü il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalan 0,2 qram narkorik maddə olan heroinin qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması barədə videogörüntünün qeydə alındığı 01 ədəd disk cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs 31,95 (otuz bir manat doxsan beş qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD- 210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-65/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-65/2024
04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver