Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-66/2023 02.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Zərərçəkmiş şəxs iştirakı ilə xx xxxx 1997-ci il tarixdə Ağdam rayonu Şurabad kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağdam rayonu Şurabad kəndində qeydiyyatda olmaqla, Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 564 ailəlik məcburi köçkünlər qəsəbəsi bina 6 mənzil 6-da yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə: xx xxxxxxxx 1995-ci il tarixdə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Ağdamkənd kəndində qeydiyyatda olmaqla, Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən 564 ailəlik məcburi köçkünlər qəsəbəsi bina 4 mənzil 21-da yaşayan, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə vahid qəsdlə tanışı xx.xx.1995-ci ildə Kürdəmir şəhərində anadan olmuş, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Ağdamkənd kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən 564 ailəlik qaçqınlar və məcburi köçkünlər şəhərciyi bina 4 mənzil 21-də yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cü il tarixdək olan müddət ərzində, xx.xx.1992-ci ildə Kürdəmir rayonu Xırdapay kəndində anadan olmuş, evli, ali təhsilli, əvəllər məhkum olunmamış, Azərişıq ASC-nin Kürdəmir Elektrik şəbəkəsində mühəndis vəzifəsində işləyən, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus, Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu Xırdapay kəndi ərazisindən keçən hissəsində, yolun kənarında yerləşən “Üç qardaş” kafesinin həyətindən qiyməti 300 manat olan 01 ədəd dəmir manqalı, sonra isə həmin kafenin plastik materialdan hazırlanmış arxa qapısının şüşəsini sındırıb qapını açaraq saxlanc yeri hesab edilən kafenin içərisinə qanunsuz daxil olmaqla oradan hər birinin qiyməti 5.0 manat olan 21 ədəd saxsıdan hazırlanmış çaydanı, qiyməti 400 manat olan 01 ədəd dəmir sobanı, qiyməti 120 manat olan 01 ədəd qaz sobasını və qiyməti 100 manat olan 01 ədəd qaz sobasının balonunu, daha sonra isə vahid qəsdlə əhatə olunan hərəkətlərini tək olaraq davam etdirməklə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-cü il tarixədək olan müddət ərzində günorta saatlarında həmin kafenin içərisindən hər birinin qiyməti 18 manat olan 32 ədəd stulu, hər birinin qiyməti 150 manat olan üç ədəd stolu, hər birinin qiyməti 3.0 manat olan 30 ədəd şişi, hər birinin qiyməti 1.5 manat olan 30 ədəd taxtadan çaydan altlığını, hər birinin qiyməti 500 manat olan iki ədəd soyuducu mühərrikini, ümumi qiyməti 300 manat olan 50 ədəd irili-xırdalı boşqabı, ümumi qiyməti 600 manat olan 30 ədəd irili-xırdalı aliminum qazanı, qiyməti 500 manat olan bir ədəd 2.5 ton həcmdə dəmir su çənini, qiyməti 150 manat olan bir ədəd dəmir manqalı və qiyməti 300 manat olan bir ədəd dəmir manqalı, hər birinin qiyməti 5 manat olan 15 ədəd plasmas materialdan hazırlanmış çörək qabını gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilkdə 4811 manat maddi ziyan vurmaqla oğurlamışdır. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli yolla talama məqsədi ilə vahid qəsdlə, tanışı xx.xx.1997-ci ildə Ağdam rayonu Şurabad kəndində anadan olmuş, subay, orta təhsilli, Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.1-ci maddəsi ilə 01 il islah işləri cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Aministiya qərarının 2.8-ci bəndinə əsasən təyin edilmiş islah işləri cəzasından azad edilmiş, məhkumluğu ödənilmiş və götürülmüş, Ağdam rayonu Şurabad kəndində qeydiyyatda olmaqla Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən 564 ailəlik məcburi köçkünlər şəhərciyi bina 6 mənzil 6-da yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs təşkil edərək, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixdək olan müddət ərzində xx.xx.1992-ci ildə Kürdəmir rayonu Xırdapay kəndində anadan olmuş, evli, ali təhsilli, əvəllər məhkum olunmamış, Azərişıq ASC-nin Kürdəmir Elektrik şəbəkəsində mühəndis vəzifəsində işləyən, Kürdəmir rayonu Xırdapay kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs məxsus, Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu Xırdapay kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Üç qardaş” kafesinin həyətindən dəyəri 300 manat olan 01 ədəd manqalı, sonra isə kafenin plastik materialdan hazırlanmış arxa qapısının şüşəsini sındırıb qapını açaraq saxlanc yeri hesab edilən, yəni kafenin içərisinə qanunsuz daxil olub oradan hər birinin dəyəri 5.0 manat olan 21 ədəd saxsıdan hazırlanmış çaydanı, dəyəri 400 manat olan 01 ədəd dəmir sobanı, dəyəri 120 manat olan 01 ədəd qaz sobasını və dəyəri 100 manat olan 01 ədəd qaz sobası balonunu gizli yolla talayaraq Zərərçəkmiş şəxs cəmi 1025 (bir min iyirmi beş) manat maddi ziyan vurmaqla oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, əvvəllər oğurluq cinayəti törətdiyi üçün məhkum olunmuşdur. Heç bir yerdə işləmir, maddi vəziyyəti pisdir. Pul əldə etmək üçün oğurluq etməyi fikiləşmişdir. xx.xx.2022-ci il tarixdə tanışı Təqsirləndirilən şəxs2 ilə birlikdə özünə məxsus Vaz 2106 markalı ** BF *** dövlət qeydiyyat nişanlı qəhvəyi rəngli minik avtomobili ilə Bakı-Qazax avtomobil yolu ilə Kürdəmir rayonu Şilyan kəndi tərəfdən gəlirərkən yolun Kürdəmir rayonu Xırdapay kəndi ərazisindən keçən hissəsində sağ kənarında yerləşən “Üç qardaş” kafesinin həyətinə tərəf dönmüş, kafenin binasının biri yolun kənarında, digəri isə yoldan təxminən 50- 60 metr kənarda yerləşmişdir. Kənarda olan kafenin həyətində avtomobili saxlayıb yerə düşmüş, kafedə heç kim olmadığını görüb kafenin qarşısında talvarının altında olan bir ədəd təxminən 1.5 metr uzunluqda dəmir manqalı götürüb avtomobilinin arxa yük yerinə qoyaraq Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən metal qəbulu məntəqəsinə getmiş, metal qəbulu məntəqəsini işlədən Xəyala manqalı 35.0 manata satmış, pulunu Eltun ilə yarı bölmüş, ertəsi gün yenə də avtomobili ilə Eltun ilə birlikdə həmin kafeyə gedərək kafenin arxa tərəfində mətbəx tərəfdən olan plastik materialdan hazırlanmış giriş qapısının şüşəsini sındırıb əlini salıb qapının zamokunu arxadan açaraq kafeyə daxil olmuş, kafenin içərisində çoxlu əşyalar olmuş, minik avtomobili ilə getdikləri üçün həmin əşyaların hamısını gətirmək mümkün olmamış, buna görə də kafenin mətbəxindən 01 ədəd masaüstü qaz sobası, qaz sobasının 01 ədəd balonunu, təxminən 21 ədəd saxsı materialdan olan çaydanı götürüb avtomobilinə yükləyib Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən kafeni işlədən Sabir adlı şəxsin yanına gəlmiş, çaydanların 01 ədədini 2.0 manatdan Sabirə satmışlar, qaz sobasını və qaz sobasının balonunu isə aparıb Xəyala hər birini 7 manata satmışlar, əldə etdikləri pulları yarı bölmüşlər, ertəsi gün Eltunla həmin kafeyə yenidən getmişlər, kafenin içərisindən zaldan 01 ədəd dəmir odun sobasını oğurlayıb avtomobilə qoyaraq aparıb Xəyala satmışlar, Xəyal sobanı onlardan 55.0 manata almış, əldə etdikləri pulu yarı bölmüşlər. Bundan sonra xx.xx.2022-ci il tarixdə Eltun onunla birlikdə oğurluğa getmək istəməmiş, bundan sonra xx.xx.2022-ci il tarixədək dəqiq tarixini xatırlamadığı müxtəlif günlərdə Zərərçəkmiş şəxs məxsus “Üç qardaş” kafesinə tək gedərək kafenin içərisindən 16 ədəd stul oğurlamış, öz avtomobili ilə aparıb bir ədədini 4.0 manatdan Sabirə satmış, bundan başqa oradan 03 ədəd masa oğurlamış, avtomobil ilə aparıb hər birini 10 manatdan Sabirə satmış, bundan başqa həmin kafenin mətbəxində olan soyuducunun və zalda olan soyuducunun mühərriklərini söküb aparıb Xəyala hər birini 6.0 manat olmaqla satdmış, bundan başqa həmin kafenin mətbəxindən 73 ədəd irili-xırdalı boşqabları, 30 ədəd şişləri, 30 ədəd taxta çaydan altlığını, 15 ədəd plasmas materialdan olan çörək qabılarını, eləcədə 30 ədəd balaca aliminum qazanları oğurlamış, qazanların hamısını 30 manata Xəyala satmış, boşqabların hamısını 15 manata, şişlərin hamısını 10 manata, çörəkqabıların hamısını 10 manata, çaydan altlıqlarının isə hamısını 5 manata Sabirə satmış, daha sonra bundan başqa kafedən bir ədəd dəmir su çənini oğurlayıb aparıb Xəyala 50 manata satmış, əldə etdiyi pulları şəxsi ehtiyaclarına xərcləmış, bundan başqa həmin kafedə olan 16 ədəd stulu da oğurlamış, həmin stulları isə Sabirin kafesinə aparıb satmaq istəyəndə orada yaxınlıqda olan tanımadığı şəxsə bir ədədini 6 manatdan satmış, oğurluqları edən zaman onu eləcədə Eltunla onu heç kim görməmişdir. O, həmin kafeyə daxil olanda orada olan əşyaları görüb həmin əşyaların bir qismini oğurlamaq niyyətləri yaranmış, ancaq əşyaları bir dəfəyə oğurluyub aparmaq üçün vasitələri olmadığı və eləcədə həmin əşyaların hamısını bir dəfəyə oğurlayıb apararaq kənardan diqqət çəkəcəklərindən ehtiyyat etdikləri üçün seçdikləri həmin əşyaları hissə-hissə oğurlayıb aparıb satmışlar. Həmin kafeyə Eltunla üç dəfə oğurluğa girərək oradan bir ədəd iri dəmir manqal, bir ədəd iri dəmir odun sobası, bir ədəd masaüstü qaz sobası, bir ədəd qaz sobasının balonu və 21 ədəd çaydan oğurlamışlar, qalan əşyaları isə kafeyə tək girərək oğurlamışdır. Oğurlayıb əldə etdikləri əşyaları satdıqaları şəxslər əşyaların oğurluq olmasını bilməmişlər, onlara həmin əşyaların özlərinə məxsus olduğunu deyib inandırmışlar. “Üç qardaş” kafesindən oğurluq edərkən onları heç kim görməmiş, heç kim bu işlə bağlı onlara köməklik etməmişdir. Polis şöbəsində ona qarşı heç bir formada təzyiq göstərilməmişdir. Zərərçəkmiş şəxslə barışaraq oğurlanmış əşyaların bəzilərini qaytarmışlar. Təqsirləndirilən şəxs1 ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyandan qismən ödəməsini, qalan pulu da tezliklə ödəyəcəyini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini bildirib, ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, Heç bir yerdə işləmirəm, maddi vəziyyəti pisdir, bunun üçün oğurluq etmək fikinə düşmüş, xx.xx.2022-ci il tarixdə günorta saatlarında qonşusu Təqsirləndirilən şəxs1 Vaz 2106 markalı qəhvəyi rəngli ** BF *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu Xırdapay kəndi ərazisindən keçən hissəsində hərəkətdə olarkən sözü gedən “Üç qardaş” kafesinin həyətinə tərəf dönüb irəli gedib avtomobili kafenin həyətində saxlamışlar. kafedən oğurluq etmək məqsədilə avtomobildən yerə düşərək kafenin həyətində talvarın altında olan bir ədəd dəmir manqalı gizli şəkildə götürüb oğurlayaraq Ramizin avtomobilinin arxa yük yerinə qoyub kafenin həyətindən çıxmışlar, oğurladıqları bir ədəd dəmir manqalı Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən metal alveri ilə məşğul olan Xəyal adlı şəxsə 35.0 manata satmışlar, əldə etdiyikləri pulu Ramiz ilə yarı bölmüş, payına düşən 17 manat pulu şəxsi ehtiyacları üçün xərcləmiş, ertəsi gün günorta saatlarında Ramiz ilə birlikdə Ramizin avtomobili ilə həmin kafeyə getmiş, kafenin plastik materialdan olan arxa qapısının şüşəsini Ramiz sındırmış, qapını arxadan açıb içəri girdikdə kafenin mətbəxində olan 01 ədəd masaüsta qaz sobasını, qaz sobasının 01 ədəd qaz balonunu, 21 ədəd saxsı materialdan olan çaydanı götürüb Ramizin avtomobilinin arxa yük yerinə yıxmışlar, çaydanları aparıb Kürdəmir şəhəri H.Əliyev prospektində yerləşən kafeni işlədən Sabirə hər birini 2.0 manatdan, qaz sobasını və qaz sobasının balonunu isə Xəyala hər birini 7 manata satmışlar, əldə etdikləri pulları yarı bölərək şəxsi ehtiyaclarına xərcləmişlər. O, Təqsirləndirilən şəxs1 ilə birlikdə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müddətdə “Üç qardaş” kafesindən üç dəfə oğurluq edərək oradan bir ədəd iri dəmir manqal, bir ədəd iri dəmir odun sobası, bir ədəd masaüstü qaz sobası, bir ədəd qaz sobasının balonu və 21 ədəd çaydan oğurlamışdır. xx.xx.2022-ci il tarixdə Ramizlə birlikdə oğurluq etmək fikrindən daşınmış, oğurluq etmək istəməmiş, həmin vaxtdan sonra Ramizlə birlikdə oğurluğa getməmişdir. Həmçinin Ramiz ilə həmin kafedən oğurluq edən zaman yanlarında başqa heç kim olmamış, oğurladıqları əşyaları satarkən alan şəxslər əşyaların oğurluq olmasını bilməmiş, əşyaları alan şəxsləri əşyaların onlara məxsus olmasını deyərək inandırmışlar. Kafeyə oğurluğa girərkən orada olan əşyaları görüb həmin vaxt həmin əşyaların bir qismini oğurlamaq niyyətləri yaranmış, ancaq əşyaları bir dəfəyə oğurluyub aparmaq üçün vəsaitləri olmadığı və həmçinin həmin əşyaların hamısını bir dəfəyə oğurlayıb apararaq kənardan diqqət çəkəcəklərindən ehtiyyat etdikləri üçün seçdikləri əşyaları hissə-hissə oğurlayıb aparıb satmışlar. “Üç qardaş” kafesindən oğurluq edərkən onları heç kim görməmiş, heç kim bu işlə bağlı onlara köməklik etməmişdir. Polis şöbəsində ona qarşı heç bir formada təzyiq göstərilməmişdir. Kürdəmir rayonu, eləcə də Azərbaycan Respublikası ərazisində hər hansı başqa cinayət əməli törətməmişdir.Oğurluq nəticəsində əldə etdiyi pulları öz tələbatına xərcləmişdir. İlk dəfədir ki oğurluq edib, etdiyi əmələ görə də çox peşmandır. Təqsirləndirilən şəxs2 ifadəsində əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurulan maddi ziyanın qismən ödəməsini və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bakı-Qazax avtomobil yolunun Kürdəmir rayonu Xırdapay kəndi ərazisindən keçən hissəsində yolun kənarında yerləşən “Üç qardaş” kafesi ona məxsusdur, kafenin yolun kənarında binası və yoldan təxminən 50 metr içəri tərəfdə bir binası vardır. Kafe təxminən 5-6 aydır ki, işləmir, kafedə nəzarətçi yoxdur. Hərdən özü kafeyə gedib-gələrək orada olan əşyaları yoxlayıb nəzarət etmişdir. Sonuncu dəfə xx.xx.2022-ci ildə kafeyə gedərək orada olan əşyaların yerində olub-olmadığını yoxlamış, əşyalar hamısı yerində olmuşdur. xx.xx.2023-cü il tarixdə kafeyə gedib yoxladıqda kafenin həyətindən talvarın altında olan bir ədəd dəmir manqalın yerində olmadığını, həmçinin kafenin arxa hissəsində mətbəxin plastik materialdan olan giriş qapısının şüşəsinin və kilidinin sındırıldığını, qapının açıq olduğunu, qapıdan içəri girdikdə mətbəxdə olan və kafenin zalında olan aşağıda göstərilən əşyaların yerində olmadığını aşkar etmişdir. Hər birinin qiyməti 150 manat olan 3 ədəd stol, hər birinin qiyməti 18 manat olan 32 ədəd stul, qiyməti 400 manat olan 01 ədəd dəmir odun sobası, qiyməti 120 manat olan 01 ədəd qaz sobası, qiyməti 100 manat olan 01 ədəd qaz sobası üçün bir ədəd qaz balonu, hər birinin qiyməti 3.0 manat olan 30 ədəd şiş, hər birinin qiyməti 5.0 manat olan 21 ədəd saxsı çaydan, hər birinin qiyməti 1.5 manat olan 30 ədəd taxtadan çaydan altlığı, hər birinin qiyməti 500 manat olan 2 ədəd soyuducu mühərriki, ümumi qiyməti 300 manat olan təxminən 50 ədəd irili-xırdalı boşqab, ümumi qiyməti 600 manat olan təxminən 30 ədəd irili-xırdalı aliminum qazanlar, qiyməti 500 manat olan 1 ədəd 2.5 ton həcmdə dəmir su çəni, birinin qiyməti 150 manat digəri isə 300 manat olan 2 ədəd dəmir manqal, bir ədədinin qiyməti 5 manat olan 15 ədəd plasmas çörəkqabı oğurlanmışdır. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4811 manat maddi ziyan dəymişdir. Həmin ziyandan 1308 manat ödənilmiş, qalan hissəsi ödənilməmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində təqsirləndirilən şəxslər tərəfindən ona vurulan maddi ziyandan qismən ödənildiyindən təqsirləndirilən şəxslərə ağır cəza verilməsini istəmir, təqsirləndirilən şəxslərlə barışaraq onlara həbslə bağlı olmayan yüngül cəza verilməsini və mülki iddianın təmin edilməsini xahiş edərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində “köhnəbazar” adlanan yerdə metal qəbulu məntəqəsi işlədir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış, onlarla heç bir ədavəti düşmənçilyi olmamış, xx.xx.2022-ci ildə Ramizlə Eltun yanına gəlmişlər, özləri ilə 01 ədəd dəmir manqal gətirmişlər, həmin manqalı 35.0 manata almışdır. Daha sonra Ramiz və Eltun həmin ərəfədə dəqiq tarixini xatırlamadığı müxtəlif günlərdə 01 ədəd dəmir odun sobasını, 01 ədəd masa üstü qaz sobasını, 01 ədəd qaz sobasının balonu gətirmişlər və həmin əşyaları da onlardan pulunu verərək almışdır. Daha sonra Ramiz tək gələrək 02 ədəd soyuducu mühərriki, 01 ədəd dəmir su çəni, 01 ədəd dəmir manqal, 30 ədəd aliminum qazanlar gətirmiş, həmin əşyaları da Ramizdən pulunu verib almışdır. Aldığı metal əşyaları metal qəbulu məntəqəsində olan metallara qarışdırıb metal əritmə zavoduna satmışdır. Ramiz və Eltunun ona gətirib satdıqları, eləcədə Ramizin tək gətirib satdığı əşyaların oğurluq olmaları barədə məlumatı olmamışdır, əşyaları alan zaman yanında heç kim olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Şahid1 lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 317.1-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Kürdəmir şəhəri H.Əliyev prospektində icarə əsasında kafe işlədir, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 rayon sakini kimi çoxdan tanıyır, onlarla heç bir ədavət və düşmənçiliyi olmamış, münasibəti normal olmuşdur. Kürdəmir şəhəri H.Əliyev prospektində kafe işlədir, xx.xx.2022-ci il tarixdə axşam saatlarında Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz 2106 markalı ** BF *** dövlət qeydiyyat nişanlı qəhvəyi rəngli minik avtomobili ilə kafeyə gəlmiş, avtomobilin yük yerində olan saxsı çaydanları satdığını deyərək həmin 21 ədəd çaydanı Ramizdən hər birini iki manat olmaqla alaraq kafeyə qoymuşdur. Bundan sonra müxtəlif günlərdə gündüz saatlarında Ramiz 16 ədəd stul və 3 ədəd masa gətirib stulları bir ədədini 4 manata və masaları isə 10 manatdan almış, daha sonra Ramiz yenə də yanına gələrək kabab bişirmək üçün istifadə olunan 30 ədəd şiş, 15 ədəd plasmas çörəkqabı, 73 ədəd boşqabları və 30 ədəd taxtadan çaydan altlıqlarını gətirib sataraq pulunu alıb getmişdir. Boşqabları 15 manata, şişləri 10 manata, çörəkqabılarını ümumilikdə 10 manata və çaydan altlıqlarını isə hamısını biryerdə 10 manata almışdır. Bəzi əşyaları gətirib satarkən Ramizin yanında Eltun olmuş, qalan vaxt isə Ramiz onun yanına tək gələrək müxtəlif əşyalar satmış, pulunu alaraq çıxıb getmişdir.Şahid1 həmçinin ifadəsində bildirmişdir ki, Ramizdən aldığı əşyaların oğurluq olması barədə məlumatı olmamış, Ramizdən əşyaların hardan gətirib satdığını soruşanda Ramiz and içib onu əşyaların hamısının evindən gətirib pula ehtiyacı olduğu üçün satdığı barədə inandırmışdır. Ramizdən aldığı əşyalardan yalnız çaydan altlıqlarını yarasız olduqları üçün zibilə tullamış, qalan əşyaların hamısının özündə olduğunu demiş və təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Kürdəmir-Ucar Göyçay rayonları Mənzil Kommunal İstismr Sahəsinin xx.xx.2023-cü il tarixli, 185 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam rayonundan məcburi köçkün olmaqla, ailəsi ilə birlikdə Kürdəmir rayon 564 ailəlik qəsəbədə bina 6, mənzil 6-da yaşayır. (bax iş vər. 200) İş materialalrına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu il təvəllüdlü Yaqub adlı oğlu vardır.(bax iş,vər 197) İş materialalrına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il təvəllüdlü Uğur adlı oğlu vardır. (bax iş,vər 198) İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs1 adına verilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Kürdəmir-Ucar Göyçay rayonları Mənzil Kommunal İstismar Sahəsinin arayışından görünür ki, onun barəsində hər hansı bir şikayət daxil olmamışdır. (bax iş vər. 201) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Kürdəmir-Ucar Göyçay rayonları Mənzil Kommunal İstismr Sahəsinin xx.xx.2023-cü il tarixli, 055 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Ağdam rayonundan məcburi köçkün olmaqla, ailəsi ilə birlikdə Kürdəmir rayon 564 ailəlik qəsəbədə bina 4, mənzil 21-də yaşayır. (bax iş vər. 107) İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs2 adına verilmiş Azərbaycan Respublikası Qaçqınların və X4 üzrə Dövlət Komitəsinin Kürdəmir-Ucar Göyçay rayonları Mənzil Kommunal İstismr Sahəsinin arayışından görünür ki, onun barəsində hər hansı bir şikayət daxil olmamışdır. (bax iş vər. 106) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Əhmədov X5 rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi üçün qazancının və digər gəlirlərinin 20 faizi dövlət nəfinə tutulmaqla 01 il müddətinə islah işlərinə məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən təyin edilmiş islah işləri cəzasından azad edilmişdir. (bax iş vər 150-151) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum edilməmişdir. (bax iş vər.148-149) İş materiallarına əlavə olunmuş Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 6-49/2-111-2023 nömrəli məktubdan görünür ki, Əhmədov X5 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur. (bax iş vər. 146) İş materialalrına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2023-cü il tarixli 6-49/2-114-2023 nömrəli məktubdan görünür ki, Quliyev X6 RMX-nin poliklinika şöbəsində həkim psixiatrın və həkim narkoloqun qeydiyyatında durmur.(bax iş,vər 147) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli 3-13-11/2-795/23 saylı məktubda göstərilmişdir ki, müqayisəli molekulyar-genetik tədqiqat nəticəsində müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs məxsus obyektdən götürülmüş və təqdim edilmiş 01 ədəd “Argo” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs1 (xx/xx/1997 Ağdam rayonu) məxsusdur. (bax iş,vər.21) İş materiallarına əlavə olunmuş Məhkəmə-əməttəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 9/1645 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 5 adda malların (masa və oturacaqlar nümunə əsasında hər birindən 1 ədəd təqdim edilmişdir) istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr-2023-cü ilin yanvar aylarına olan orta bazar qiyməti ilə ümumi qiyməti təxminən 613.00 manat, təqdim edilməyən 10 adda malların istifadədə olması nəzərə alınmaqla 2022-ci ilin noyabr-2023-cü ilin yanvar aylarına olan orta bazar qiyməti ilə ümumi qiyməti nəzəri qaydada təxminən 1013.00 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş ərizədən görünür ki, cinayət işi üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək, təyin edilərək keçirilmiş məhkəmə əmtəəşünaslıq ekspertizasının 9/1645 nömrəli xx.xx.2023-cü il tarixli rəyi ilə tanış olduğunu, rəydə göstərilənlərlə razı olmadığını bildirmişdir, əşyaların qiymətlərinin onun bildirdiyi kimi, yəni bir ədəd stol 150 manat, bir ədəd stul 18 manat, 01 ədəd dəmir odun sobası 400 manat, 01 ədəd qaz sobası 120 manat, 01 ədəd qaz sobası üçün bir ədəd qaz balonu 100 manat, 01 ədəd şiş 3.0 manat, 01 ədəd saxsı çaydan 5.0 manat, 01 ədəd taxtadan çaydan altlığı 1.5 manat, 01 ədəd soyuducu mühərriki 500 manat, 50 ədəd irili-xırdalı boşqab ümumilikdə 300 manat, 01 ədəd 2.5 ton həcmdə dəmir su çəni 500 manat, 01 ədəd dəmir manqal 150 manat və 01 ədəd dəmir manqal 300 manat kimi qiymətləndirilməsini, həmçinin rəydə ona məxsus qazanların qiymətləri barədə heç nə yazılmamışdır, ona görə də həmin qazanların ümumilikdə 600 manat qiymətləndirilməsini, ümumilikdə ona dəymiş maddi ziyanın cəmi 4811 manat kimi qəbul edilməsini xahiş etmişdir. (bax iş vər. 175) Beləliklə, məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli özlərinin səmimi etirafı, zərərçəkmiş şəxsin izahatı və şahid ifadələri ilə, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli düzgün olaraq AR CM-nin 177.2.1 və 177.2.3cü maddələri ilə tövsif olunmuşdur. Onlar həmin maddələrlə təqsirlidirlər və cəza almalıdırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsində göstərilir ki, qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Həmin Məcəllənin 34.8-ci maddəsinin tələbinə görə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilən əməllər bu Məcəllə ilə nəzərdə tutulan əsaslara və hədlərə uyğun olaraq daha ciddi cəzalara səbəb olur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli, 01 nömrəli qərarının 11-ci bəndində göstərilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən, talanmış əmlakı apararsa, törədilən cinayətin aşkar ediləcəyi hallarda, digər iştirakçıları sığortalayarsa), onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq, birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların törətdikləri cinayət əməlini etiraf edib əməllərindən peşman olmalarını, CM-nin 59.1.4, 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən zərərçəkmiş şəxslə barışaraq vurduqları ziyanı qismən ödəmələrini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını, Təqsirləndirilən şəxs1 himayəsində 2 azyaşlı uşağının olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası CM-nin 64-ci maddəsinə əsasən iştirakçılıqla törədilmiş cinayətə görə cəza təyin edilərkən iştirakçılardan hər birinin cinayətin törədilməsində faktiki iştirakının xarakteri və dərəcəsi, cinayətkar məqsədə nail olunmasında belə iştirakın əhəmiyyəti, vurulmuş zərərin həcminə və xarakterinə onun təsiri nəzərə alınır. Cəzanı yüngülləşdirən və ya ağırlaşdıran hallar iştirakçılardan birinə aid olduqda, cəza təyin edilərkən yalnız həmin şəxsə münasibətdə nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən onların şəxsiyyətini, cəzasını yüngülləşdirən halları, təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, nəzərə alaraq, onlara ittiham olunduğu maddələrin sanksiyasında nəzərdə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 69.3-cü maddasində göstərilir ki, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə, saat 18.15-də şübhəli şəxs qismində tutulmuş və xx.xx.2023-cü il tarixdə, saat 15.30-da Kürdəmir RPŞ-nin MSY-dən azad edilmişdir.(bax iş vər 65-66,99-100) Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Ağdam rayonunda qeydiyyatda olmaqla, Kürdəmir rayonunda məcburi qaçqınlar üçün inşa edilmiş 564 ailəlik qəsəbədə yaşayırlar. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin əvvəli onların cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzərlərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarəti həyata keçrilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə zərərçəkmiş Zərərçəkmiş şəxs 3638 manat mülki iddianın və 56,38 manat ödənilmiş dövlət rüsumunun verilməsinə dair ərizəsinə baxaraq hesab edir ki, ərizədə göstərilənlər, yəni Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs maddi ziyan vurması ilə bağlı iş materiallarında kifayət qədər sübutlar vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi ilə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6-cı maddəsinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası CPM-nin 12.2-ci maddəsinin tələbinə görə cinayətin əlamətləri olan əməldən zərərçəkmiş şəxsin bu Məcəllədə nəzərdə tutulmuş qaydada cinayət təqibinin başlanmasını tələb etməyə, onun həyata keçirilməsində zərərçəkmiş şəxs və ya xüsusi ittihamçı qismində istirak etməyə, habelə vurulmuş mənəvi, fiziki və maddi ziyana görə kompensasiya almağa hüququ vardır. Həmin Məcəllənin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəğticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs dəymiş 4811 manat maddi ziyandan 1308 manat ödənilmiş, 3503 manatı ödənilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, mülki iddia tələbi qismən təmin edilməklə vurulmuş 4811 manat maddi ziyanın ödənilməmiş 3503 manatdan 2700 manatı mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və 808 manat isə Təqsirləndirilən şəxs2 alınıb müılki iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Həmçinin 56,38 manat ödənilmiş dövlət rüsumu da Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada alınıb Zərərçəkmiş şəxs verilməlidir. Mülki iddia qalan hissədə təmin edilməməlidir. İş üzrə 50 manat ekspertiza xərci təqsirləndirilən şəxslərdən müştərək qaydada alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə maddi sübut olan 21 ədəd çaydanın, 16 ədəd stulun, 3 ədəd masanın, 30 ədəd şişin, 15 ədəd plasmas çörəkqabının və 73 ədəd şüşə boşqabların zərərçəkmiş Zərərçəkmiş şəxs ərizəsinə əsasən özünə qaytarılması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 357, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Xırdapay kəndində yerləşən 564 ailəlik məcburi köçkünlər qəsəbəsi bina 6 mənzil 6-da yerləşən mənzili gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 il 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı 02 gün azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 2 il 08 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Xırdapay kəndi ərazisində yerləşən 564 ailəlik məcburi köçkünlər qəsəbəsi bina 4 mənzil 21-da yerləşən mənzili gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs2 üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutlar: 21 ədəd çaydan, 16 ədəd stul, 3 ədəd masa, 30 ədəd şiş, 15 ədəd plasmas çörəkqabı və 73 ədəd şüşə boşqablar, Zərərçəkmiş şəxs verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli ) manat ekspertiza xərci ttularaq ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN- **********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia qismən təmin edilsin. Vurulmuş maddi ziyana görə 2700 manat Təqsirləndirilən şəxs1 və 808 manat isə Təqsirləndirilən şəxs2 alınıb Zərərçəkmiş şəxs verilsin. 56,38 manat ödənilmiş dövlət rüsumu təqsirləndirilən şəxslərdən müştərək qaydada alınıb Zərərçəkmiş şəxs ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-66/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-66/2023
02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver