Məhkəmə qərarları › İş №1(041)-66/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-66/2024

12.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-66/2024 12.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclasının katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, evli, ünvan 1 ünvanında qeydiyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, ümumi təmiz çəkisi - 0.295 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir şəhəri, İ.Qayıbov küçəsində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan cins şalvarının sol ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0.295 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İ.Qayıbov küçəsi ev 5, mənzil 1 ünvanında yaşayır, evlidir, fərdi əməklə məşğul olur, psixotrop maddə metamfetamindən təxminən 3-4 aydır istifadə edir. xx.xx.2024-cü il tarixdə yaşadığı Kürdəmir şəhəri, İ.Qayıbov küçəsində piyada gəzərkən yerdə 01 ədəd siqaretin gümüşü kağızı diqqətini çəkmiş, bükümü götürüb baxdıqda içərisində “patı” yəni psixotrop maddə metamfetamin olduğunu görüb istifadə etmək üçün cibinə qoymuşdur. Həmin bükümün üstündən bir hissəsini götürüb çəkmə yolu ilə istifadə etmiş, qalanını isə əynində olan cins şalvarın cibinə saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində yaşadığı küçədə olan zaman polis əməkdaşları onu saxlayıb Kürdəmir rayon polis şöbəsinə aparmışlar. Şöbədə üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan cins şalvarının cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd bükümü çıxarıb təqdim etmişdir. 01 ədəd kağız büküm içərisindəki kütlə ilə birgə içərisi boş ağ zərfdə qablaşdırılmış və üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Əməlindən səmimi peşmançılıq çəkməsini və bir daha cinayət törətməyəcəyini nəzərə almasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərdi ki, Kürdəmir RPŞ-nin İTB-nin sahə polis nəfəri işləyir. Təqsirləndirilən şəxs Kürdəmir şəhər sakini kimi tanıyır. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində daşıması, qəbul etməsi üzərində saxlaması barədə məxfi əməliyyat məlumatı daxil olduğundan məlumatı yoxlamaq məqsədilə əməliyyat-axtarış tədbirləri keçirilmişdir. Həmin tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs Kürdəmir şəhəri İ.Qayıbov küçəsi ərazisində saxlanılaraq RPŞ-nə aparılmış, üzərinə keçirilən şəxsi axtarış zamanı İlqar əynində olan cins şalvarının cibindən 01 ədəd kağız büküm çıxarıb təqdim etmiş və içərisində “patı” yəni psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Təqdim etdiyi bükümə baxış zamanı psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Aşkar edilmiş kağız büküm içərisindəki kütlə ilə birgə içərisi boş ağ zərfdə qablaşdırılmış, üzəri yazıldıqdan sonra möhürlənərək ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin onun kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Cinayət işində olan və məhkəmə istintaqında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixdə tərtib edilmiş şəxsi axtarış keçirilmə haqqında protokoldan görünür ki, həmin tarixdə Kürdəmir RPŞ-nin İB-nin müstəntiqi, polis kapitanı X2, Kürdəmir RPŞ-nin KMQ-nun baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Kürdəmir RPŞ-nin İTBnin sahə polis nəfəri, polis serjantı Şahid2, Kürdəmir RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı X1 və Müdafiəçi1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində “patı” yəni psixotrop maddə metamfetamin olduğunu deyib əynində olan cins şalvarın ön sol cibindən 01 ədəd gümüşü rəngli kağız bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm müstəntiq tərəfindən açılıb baxılarkən içərisində kristal şəkilli, ağ rəngli psixotrop maddə metamfetaminə bənzər kütlə olduğu müəyyən edilmişdir. Həmin büküm müstəntiq tərəfindən “Çin” istehsalı elektron tərəzidə çəkilmiş və təxmini çəkisinin 0.37 qram olması müəyyən edilmişdir. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman 01 ədəd “Pramida” markalı siqaret paketi və 01 ədəd kibrit qutusu aşkar edilmişdir. Siqaret paketinin və kibrit qutusunun içərisinə baxış keçirilərkən qanunsuz əşya və predmet aşkar edilməmişdir. 01 ədəd “Pramida” markalı siqaret paketi və 01 ədəd kibrit qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs geri qaytarılmışdır. Aşkar edilmiş 01 ədəd kağız büküm içərisindəki kütlə ilə birlikdə 01 ədəd içərisi boş ağ rəngli zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərindən aşkar edilmiş kütlə ona məxsusdur, xx.xx.2024-cü il tarixdə axşam saatlarında yaşadığı küçənin yuxarı hissəsində yerdən tapmışdır. İstifadə etmək məqsədi ilə götürüb üzərində saxlamışdır. - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/161 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd kağız bükümdə təmiz çəkisi – 0.295 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - “TƏBİB” “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nın verdiyi xx.xx.2024-cü il tarixli 18-1-49/2-171/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. -Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF 1 saylı X4 Filialından daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2-37813/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə əmək pensiyası və ya sosial müavinət ödənilmir. -Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Kürdəmir rayon xalq məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 143-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində 02 il əməyə mütüləq cəlb edilməklə şərti cəza təyin edilmişdir. xx.xx.1998-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il Amnistiya qərarına əsasən azad edilmişdir. - məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 376 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. -"xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli 5356 nömrəli məktubdan görünür ki, Azercell Telekom MMC-də qısa nömrələrdən, xidmət nömrələrindən (internet üzərindən) göndərilən SMS mətnlərinin qeydiyyatı aparılmır. Məktuba əlavə edilmiş 01 ədəd diskdə olan Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmuş telefon danışıqları, həmin müddət ərzində abunəçilərin hansı ünvanda olmaları, habelə həmin nömrələrə daxil olan və çıxan zənglər barədə siyahılara baxış keçirilərkən müəyyən edilmişdir ki, CD diskdə 507434519-ant.xlsx, 507434519-k.m..xlsx və **********19.txt adlı 03 ədəd fayl vardır. 01 ədəd CD diskdə olan 03 ədəd fayla baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. -"xxxx" MMC-dən daxil olmuş xx.xx.2024-cü il tarixli AZF/LGL-4503/24 nömrəli məktuba əlavə edilmiş 01 ədəd diskdə olan Təqsirləndirilən şəxs istifadə etdiyi ***-***-**-** saylı nömrənin xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək olmuş telefon danışıqları, həmin müddət ərzində abunəçilərin hansı ünvanda olmaları, habelə həmin nömrələrə daxil olan və çıxan zənglər barədə siyahılara baxış keçirilərkən müəyyən edilmişdir ki, CD diskdə 04 ədəd fayl vardır. 01 ədəd CD diskdə olan 04 ədəd fayla baxış keçirilərkən iş üçün əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. - xx.xx.2024-cü il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, faktla bağlı şifahi sorğular verilmiş, Təqsirləndirilən şəxs yaşadığı ərazidə kəşfiyyat xarakterli sorğular keçirilmiş, yaxın ətrafı araşdırılmışdır. Keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə metamfetamini əldə etdiyi mənbəni müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddə metamfetamini əldə etməkdə, daşımaqda və saxlamaqda köməklik göstərən şəxs olmamışdır. Təqsirləndirilən şəxs kiməsə psixotrop maddə və narkotik vasitə satması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs psixotrop maddələrin və narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. - Kürdəmir RİHB-nın şəhər İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli arayışından və xasiyyətnaməsindən məlum olur ki, Təqsirləndirilən şəxs 3 nəfər ailə üzvü ilə (özü, atası və anası) ünvan 1 ünvanında yaşayır, onun barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxsə elan edilmiş ittiham Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsindən (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) ibarətdir, məhkəmə istintaqında təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmişdir. Məhkəmə qeyd edir ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsində verilmiş anlayışa görə narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. 1.0.10. narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahıları”nda metamfetaminin xeyli miqdar (təmiz halda qramlarla) daxil olmaqla, aşağı həddi 0.15 qram müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan cins şalvarının sol ön cibindən 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi – 0.295 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra – 0.245 qram qalığı cinayət işi üzrə maddi sübut qismində tanınaraq saxlanılmasından ötrü Kürdəmir RPŞ-nin saxlanc yerinə təhvil verilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafı, şahidlərin ifadələri, baxış protokolları, üzərinə baxış keçirilən zaman diskə köçürülmüş videogörüntü, ekspert rəyləri, habelə iş materiallarında olan digər sənədlərlə tam sübuta yetirilir. Ona görə də təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 25ci bəndində göstərilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-nin 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Törədilmiş cinayət əməlinə görə tətbiq ediləcək cəzanın adekvatlığını müəyyən etmək üçün qanunvericiliyin ümumi tələbləri ilə yanaşı cinayət törətmiş şəxsə münasibətdə effekliliyi və cəzanın məqsədlərinə çatmaq məqsədilə aşağıda qeyd edilən bəzi məsələlərə də diqqət yetirilməsini məhkəmə zəruri hesab edir. Cinayət qanunvericiliyinin ümumi tələbləri baxımından cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.(CM-nin 41-ci maddəsi). Qeyd edilən CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, məsuliyyətini yüngülləşdirən halların olmamasını nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuna müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi saxlanıldığı xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddət ona cəza təyin edilərkən nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.16-cı maddəsinə əsasən təqsirləndirilən şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin və məhz hansı tədbirlərin tətbiq edilməsinin mümkün olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində narkoloji ekspertizasının rəyi nəzərə alınmaqla Təqsirləndirilən şəxs tibbi xarakterli məcburi tədbir kimi narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli, həmçinin narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan və tədqiqata sərf edildikdən sonra qalıq qalmış, kustar üsulla hazırlanmış narkotik vasitə heroinin 0.236 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 01 ədəd disk iş üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 49.74 (qirx doqquz manat 74 qəpik) manat məbləğində məhkəmə məsrəfi (ekspertiza xərci) tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün Təqsirləndirilən şəxs təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə, ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübutun-narkotik vasitə olan metamfetaminin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat məbləğində xidmət haqqı ödənilməlidir Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət cəzasından çıxılmaqla üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin, barəsində həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli 12 iyun 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir Rayon Polis Şöbəsində saxlanılan, ümumi təmiz çəkisi 0.295 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin ekspertiza tədqiqatından sonra qalmış 0.245 qram qalığı hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 49.74 (qirx doqquz manat 74 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün İ.Ə.Səlomova təyin edilmiş narkomaniya xəstəliyindən məcburi müalicə, ekspertiza xərcinin ondan tutulması hissəsində cəzaçəkmə müəssisəsinin rəhbərliyinə, narkoloji kabinetdə qeydiyyata alınması, maddi sübutun-narkotik vasitə olan heroinin məhv edilməsi hissəsində icra edilməsi Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 90 (doxsan) manat xidmət haqqı ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsi ilə, bilavasitə həbsdə saxlanıldığı və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar