Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-67/2024 30.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi və Zərərçəkmiş şəxs iştirakı ilə xx.xx.1990-cı ildə Kürdəmir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşul olan, Kürdəmir rayonu Şahsevən kəndində qeydiyyatda olmaqla yaşayan- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 29 aprel 2024-ci il tarixdə saat 17 radələrində Kürdəmir rayonu Şahsevən kəndində yaşadığı evin həyətində, Bakı şəhərində işləyən arvadı X3 Şahsevən kəndindəki evinə gətirilməsini təmin etməsini qaynanası Zərərçəkmiş şəxs tələb etməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən bir dəfə vuraraq ona sağ göz almasına qansızma, sağ gözətrafı yumşaq toxumalarda şişkinlik-hemotoma ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Zərərçəkmiş şəxs onun qaynanası olduğunu, Zərərçəkmiş şəxs Ağdam şəhərində qeydiyyatda olmasına baxmayaraq bir neçə ildir ki onun evində yaşadığını, lakin arvadı X6 hazırda Bakı şəhərində işlədiyinə görə orada yaşadığını, 29 aprel 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evin həyətində qaynanası Rafiqə ilə mübahisələri olduğunu, belə ki ona “qızın Bakı şəhərindədir, onu gətizdir evə” deyərək irad tutduğunu, Rafiqə ona cavab qaytardığına görə yumruqla bir dəfə onun sifət nahiyyəsindən vurduğunu, sonradan Rafiqə polis şöbəsinə məlumat verdiyini, həmin vaxt həyətdə o və qaynanası Rafiqənin olduğunu, hadisəni başqa heç kimin görmədiyini göstərmişdir. O, Rafiqə ilə barışmış, ona dəymiş ziyanı tamamilə ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun kürəkəni olduğunu, Ağdam şəhərində qeydiyyatda olmğına baxmayaraq bir neçə ildir ki Kürdəmir rayonu Şahsevən kəndində ərdə olan qızı Ayşənin evində yaşadığını, qızı Ayşən Bakı şəhərində işlədiyinə görə orada yaşadığını, 29 aprel 2024-cü il tarixdə saat 17 radələrində yaşadığı evin həyətində kürəkəni Rəşadla aralarında mübahisələrinin olduğunu, belə ki Rəşad ona “qızın Bakı şəhərindədir, onu gətizdir evə” deyərək israr etdiyini, Rəşada “sən qızımı dolandıra bilmədiyinə görə qızım məcbur qalıb gedib Bakıda işləyir” bildirdiyini, mübahisə zamanı Rəşad hirslənərək yumruqla bir dəfə onun sifət nahiyyəsindən vurduğunu, sonradan isə bu barədə Kürdəmir rayon polis şöbəsinə məlumat verdiyini, həmin vaxt həyətdə o və kürəkəni Rəşadın olduğunu, hadisəni başqa heç kimin görmədiyini, lakin səslərini qonşuluqda yaşayan Rəşadın bacısı Şahid eşitdiyini göstərmişdir. Onlar barışmış, Rəşad ona dəyən ziyanı tamamilə ödəmişdir. Onun Rəşada qarşı heç bir şikayət və tələbi yoxdur. Odur ki, Rəşad barəsində olan materiala xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, Şahid izahatında Təqsirləndirilən şəxs onun qardaşı olduğunu, Rəşadın qaynanası Zərərçəkmiş şəxs bir neçə ildir ki Rəşadın evində yaşadığını, 29 aprel 2024-ci il tarixdə saat 17 radələrində qonşuluqda yaşayan qardaşı Rəşadla qaynanası Rəfiqənin mübahisə etmələri səslərini eşitdiyini, Rəşadın Rafiqəni vurub xəsarətləndirməsini bildiyini göstərmişdir. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-ci il tarixli 185 nömrəli rəyində göstərilmişdir ki, 1954-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətləri müəyyən edilmişdir: sağ göz almasında qansızma, sağ gözətrafı yumşaq toxumalarda şişkinlik-hemotoma. Həmin xəsarətlər küt əşya təsirindən törənmiş, müddəti xx.xx.2024-ci il tarixinə uyğundur, ağırlıq dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (bax iş vər. 09- 10) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Topalhəsənli kənd ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 275 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il təvəllüdlü bir azyaşlı uşağı vardır. (bax iş vər. 24) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin Topalhəsənli kənd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunur, onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (bax iş vər. 25) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamış, lakin Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan məhkəməyədək icraata materialına Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilmişdir. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadəsi, işin digər materialları, habelə məhkəmədə tədqiq olunan sübutlarla tamamilə təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq AR CM-in 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs 29 aprel 2024-ci il tarixdə saat 17 radələrində Kürdəmir rayonu Şahsevən kəndində yaşadığı evin həyətində, Bakı şəhərində işləyən arvadı X3 Şahsevən kəndindəki evinə gətirilməsini təmin etməsini qaynanası Zərərçəkmiş şəxs tələb etməsi səbəbindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı yumruqla Zərərçəkmiş şəxs sifət nahiyyəsinə qəsdən bir dəfə vuraraq ona sağ göz almasına qansızma, sağ gözətrafı yumşaq toxumalarda şişkinlik-hemotoma ilə müşayət olunan sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirmişdir. Məhkəmə iclasınsda zərərçəkmiş şəxs X5 əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdırığını və ona dəymiş ziyanı ödədiyini bildirmiş və Təqsirləndirilən şəxs barəsində olan məhkəməyədək sadələşdirilmiş icraat materilına xitam verilməsini xahiş etmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Kürdəmir rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə onun barəsində olan Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan cinayət işinə Azərbaycan Respublikası CMnin 73.2-ci maddəsi ilə yəni zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün cinayət işiə xitam verilərək o,cinayət məsuliyyətindən azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsin görə ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 15.2-ci maddəsinə görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəllənin 72-ci maddəsinin qeyd hissəsində göstərilir ki, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun işsiz olmasını, əməlindən peşman olmaqla, zərərçəkmiş şəxslə barışıb ona dəymiş maddi ziyanı tamamilə ödəməsini, hhimayəsində 1 azyaşlı uşaqın olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi yaşayış yeri üzrə mənfi xarakterizə olunmaqla, il ərzində eyni əməli təkrar törətməsini isə məsuliyyəti ağırlaşdıran hal kimi nəzərə alır. Məhkəmə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini, maddi vəziyyətini və onun cəmiyyətdən tamamilə təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdlrlması cəzasını təyin etməyi məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Əhmədov X4 rayonu Şahsevən kəndində yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Məhkəmədək sadələşdirilmiş icraat materialı xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2024-cü il tarixdə höküm çıxarılmışdır. Müdafiəçi məhkəmədə Təqsirləndirilən şəxs təhqiqat bölməsində və məhkəmədə hüquqlarının müdafiəsinə 05 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitsilə ödənilir. Müdafiəçinin Təqsirləndirilən şəxs müdafiəsinə görə sərf etdiyi hər iş saatı üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən Müdafiəçi 30 manat ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Şahsevən kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 05 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi 30 (otuz) manat ödənilsin. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-67/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-67/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver