Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-68/2023 20.09.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi2 və zərərçəkmiş şəxs X4 iştirakı ilə xx xxxx 2003-ci ildə Oğuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, subay, əvvəllər məhkum olunmayan, Oğuz rayonu Calut kəndində qeydiyyatda olmaqla, hazırda ünvan 1 ünvanda kirayadə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqsədi ilə, eləcədə tamah niyyəti ilə xx.xx.2023-ci il tarixdə saat 11 radələrində Kürdəmir rayonu Məcburi Köçkünlər şəhərciyi bina 17 mənzil 3-də yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evində qonaq qismində olarkən, vahid niyyətlə yataq otağında yerləşən saxlanc yeri hesab edilən sandıqın qıflını qanunsuz olaraq açıb, oradan 01 ədəd 6 qramlıq 720 manat dəyərində olan qızıl üzüyü, 01 ədəd 5 qramlıq 750 əyyarlı 600 manat qiymətində qızıl üzüyü, 01 ədəd 7 qaramlıq 750 əyyarlı 840 manat qiymətində qızıl üzüyü, 18 qramlıq 585 əyyarlı 2160 manat qiymətində olan dəst şəkilndə qızıldan 01 ədəd üzüyü və 01 cüt sırğanı, 12 qramlıq 585 əyyarlı 1440 manat qiymətində olan qızıldan ibaraət 01 ədəd dəstli, yəni 01 ədəd üzüyü və 01 cüt sırğanı, 01 ədəd 14 qramlıq 585 əyyarlı 1680 manat qiymətində olan qızıl qolbağı, 01 ədəd 7 qramlıq 585 əyyarlı 840 manat qiymətində olan qızldan 01 ədəd ağ qaşlı üzüyü və 01 ədəd 32 qıramlıq 585 əyyarlı 3840 manat qiymətində qızıl boyunbağını gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə12120 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla əmlakını oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, xx.xx.2023-ci il tarixdə anası ilə tanışı Raminin qardaşının toyu olduğu üçün Kürdəmir rayonuna gəldiklərini, Ramilin evində anası ilə birlikdə qaldığını, xx.xx.2023-ci il tarixdə Raminin qardaşının toyu olduqdan sonra evə gəldiklərini, evdə olan zaman Raminin yoldaşı Aygünün qızılları sandıqa yığdığını gördüyünü, bundan sonra həmin otaqdan çıxdıqlarını, Aygün səhərlər işə getdiyini, xx.xx.2023-ci il tarixdə Bakı şəhərinə gedəndə Aygün işdə olmayanda sandıqdakı qızılları götürüb getdiyini, xx.xx.2023-ci il tarixdə saat təxminən 11 radələrində Aygün işə getdikdən sonra yataq otağına girdiyini, Sandığın üstündə bankanın içərisində olan açarı götürüb sandığı acdığını, açdıqdan sonra sandığın içərisində olan sarı rəngli üzük qabının içərisində 2 ədəd üzük olmasını gördüyünü, həmin 2 ədəd üzüyü götürüb cibinə qoyduğunu, üzüyün qabını isə döşəyin altında gizlətdiyini, sonra sandıqda qırmızı rəngli qab olduğunu görüb onu açdıqda içərisində 01 ədəd boyunbağı 01 ədəd qolbağ, 04 ədəd üzük və 02 cüt sırğa olmasını gördüyünü, sonra onları götürüb sandığı bağlayıb açarı yerinə qoyduğunu, bundan sonra Bakı şəhərinə getdiyini, sonra Bakı şəhəri Nizami rayonu ərazisində olan qızıl alınan yerə gedərək orada 01 ədəd üzüyü 180 manata satdıdığını, bundan sona evə gedən zamanı yolun digər tərəfində olan qızıl alınan yerə girib 01 ədəd 11 qramlıq sepi 600 manata satdığını, sonra həmin pulun 350 manatını kartına ataraq yaşadığı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsinə gəldiyini, 50 manatını işığın pulunu, 90 manat pulu qaza, 20 manat suya, 160 manat pulu isə evin kirayəsinə verdiyini, sonra kirayə qalıdığı evdən çıxaraq Bakı şəhəri Xətai rayonu ərazisinə gəlib qızıl alınan yerlərin birində 01 ədəd 7 qıramllıq qolbağı 600 manata satdığını, sonra Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində 250 manat verib kirayə ev tutduğunu, 50 manatını isə ev tapdığı üçün maklerə verdiyini, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Nizami rayonu ərzisində olan qızıl alışı yerində 01 ədəd üzüyü və 02 ədəd sırğanı ümumilikdə 7 qıram qızılı 240 manata satdığını, sonra 02 ədəd üzüyü Nizami rayonu ərazisində olan qızıl alış yerində 300 manata satdığını, 01 üzük və 01 cüt sırğanı yaşadığı evdə gizlətdiyini, lakin sonradan Raminin polisə qızıllarının oğurlanması barədə ərizə verməsini bildikdə həmin qızılların yerini anası Samirəyə dediyini, Samirənin qızlları götürüb Kürdəmir rayonuna getdiyini, qalan pullarıda öz şəxsi ehtiyacları üçün xərclədiyini, maddi imkanları cox pis olduğundan kirayə qaldıqları üçün evin kirayə pulunu verə bilmədiyini, buna görədə Kürdəmir rayonunda olan zaman Raminin arvadı Aygünün qızlları sandığa yığdığılnı görərək onları oğurlamaq qərarına gəldiyini, oğurluq nəticəsində əldə etdiyi pulları şəxsi və ailəsinin tələbatlarını ödəmək üçün xərclədiyini, ümimilikdə 06 ədəd üzük, 01 ədəd boyunbağı, 01 ədəd qolbağ və 02 cüt sırğa oğurladığını, 04 ədəd üzük, 01 ədəd boyunbağı 01 ədəd qolbağ və 01 cüt sırğanı ümumilikdə 1920 manat pula satdığını, lakin 01 ədəd üzük və 02 sırğanı isə yaşadığı evdə gizlətdiyini, qızılları satdığı yerlər tam yadında olmadığı üçün hansılar olmasını dəqiq bilmədiyini, həmin yerlərdə mağazalar cox olduğunu, qızılları satdıqda anasının xəstə olduğunu və qızlların da ona məxsus olmasını deyərək satdığını, qızılları oğurlayan zaman heç kim onu görmədiyini və ona heç kim köməklik göstərmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın qismən ödənilməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmənin iclasında zərərçəkmiş şəxs X6 ifadəsində göstərdi ki, xx.xx.2023-ci il tarixdə saat təxminən 21 radələrində qardaşı Pünhanın toyunda iştirak etmək üçün Samirə və qızı Ayşənin onun yaşadığı evə gəldiklərini, xx.xx.2023-ci il tarixdə qardaşı Pühnanın toy məclisi keçrildikdən sonra Samirə və Ayşənin onun yaşadığı evə gəldiklərini, toy günü axşamı arvadı Aygünün qızlları sandığa yığan zaman onlarda qonaq olan Ayşən və Aygünün qızılların hara qoyulmasını gördüklərini, xx.xx.2023-ci il tarixdə Ayşənin, xx.xx.2023-ci il tarixdə isə anası Samirənin Bakı şəhərinə getdiyini, xx.xx.2023ci il tarixdə arvadı Aygünün sandığı acıb qızllara baxan zaman qızllarının olmadığını dediyini, həmin zaman Ayşənin qızılları oğurlamasından şübhələnib anası Samirəyə dediklərini, bundan sonra Samirənin onlara zəng edərək qızılları qızının oğurladığını və həmin qızlardan 01 ədəd üzüyü, 01 cüt sırğanın onda olmasını dediyini, bundan sonra bu barədə polisə məlumat verdiklərini, 01 ədəd 750 əyyarlı 6 qramlıq üzük, 01 ədəd 750 əyyarlı 5 qramlıq üzük, 01 ədəd 83 əyyarlı 7 qaramlıq üzük, 01 ədəd üzük və 01 cüt sırğa ümumilikdə 83 əyyarlı 18 qramlıq kompekti, 01 ədəd üzük 01 cüt sırğa 83 əyyarlı ümumilikdə 12 qram kompelkti və 01 ədəd 83 əyyarlı 14 qıramlıq qolbağ, 01 ədəd 7 qramlıq 83 əyyarlı ağ qaş üzük, 01 ədəd 32 qıramlıq 83 əyyarlı boyunbağı oğurlandığını, hər birinin qıramı 120 manat olmaqla ümumilikdə 12120 manat maddi ziyan dəydiyini, qızılların oğurlanmasını arvadı Aygünün aşkar etdiyini, həmin zaman evə gəldikdə Aygün və ondan başqa evdə heç kim olmadığını bildirmişdir. O, ekspert rəyi ilə razı olmadığını, ona dəymiş ziyanın 12120 manat olduğunu bildirmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs həmçinin ifadəsində bildirdi ki, ona dəymiş ziyan tam ödənilməmişdir. O, şikayətçidir və Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2023-ci il tarixdə Raminin qardaşının toyu olduğu üçün Kürdəmir rayonuna gəldiklərini, Ramilin evində qızı Ayşənlə birlikdə qaldığını, xx.xx.2023-ci il tarixdə Raminin qardaşının toyu olduqdan sonra təxminən 3 gün Raminin evində qaldığını, xx.xx.2023-ci il tarixdə qızı Ayşənin kirayə yaşadıqları evi boşaltmaq üçün Bakı şəhərinə getdiyini, Ayşəndən 1 gün sonra xx.xx.2023-ci il tarixdə Bakı şəhərinə getdiyini, Raminin xx.xx.2023ci il tarixdə ona zəng edərək evindən qızıllarının oğurlanmasını və həmin qızlları qızı Ayşənin oğurladığını dediyini, bundan sonra qızı Ayşənə Raminin dediklərini dedikdə Ayşənin ona əvvəlcə qızılları götürmədiyini desədə sonradan qızılları yatdığı otağda döşəyin altına qoymasını dediyini, bundan sonra 01 ədəd üzüy və 1 cüt sırğanı götürərək Kürdəmir rayonuna Raminin evinə gəldiyini, Ramilin evində olan zaman onlara həmin qızlları qızı Ayşənin oğurlamasını dediyini, Ayşənin oğurluq etməsindən xəbəri olmadığını, Raminin ona qızılların oğurlandığını, qızlları sandığa qoyan zaman Ayşənində onların yanında olmasını dediyinin, qızı Ayşənin əvvəllər oğurluqu olmadığını, lakin son zamanlar evə geç geç gəldiyini, onun sözünə qulaq asmadığını, nə işlə məşğul olduğundan xəbəri olmadığını, Ayşənin deməsinən tapdığı 01 ədəd üzük və 1 cüt sırğa olduğunu, həmin qızllarıda təqdim etdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5i ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun oğlu olduğunu, Raminin onlardan ayrı yaşadığını, oğlu Pünhanın xx.xx.2023-ci il tarixdə toy məclisi olduğunu, həmin vaxtlar Raminin tanışları Samirə adlı şəxsidə iştirak etməsi üçün toy məclisinə dəvəd etdiyini, Samirədə 1 gün əvvəl qızı Ayşənlə birlikdə Raminin yaşadığı evə gəlib həmin evdə gecələdiklərini, xx.xx.2023-ci il tarixdə toy məclisindən sonra Ayşən və Samirənin Raminlə birlikdə onun yaşadığı evə gəldiklərini, Raminin arvadı Aygünün toyda taxmış olduğu qızılları qonaq otağında yerləşən sandığa yığdığını və həmin vaxtı Samirənin qızı Ayşənin bunu gördüyünü, xx.xx.2023-ci il tarixdə Ayşənin gəlini Aygünün evdə olmamasından istifadə edib sandığı açaraq qızılları götürüb Bakı şəhərinə getdiyini, lakin Samirəin Raminin evində qaldığını, Samirənin də bir gün sonra yəni xx.xx.2023-ci il tarixdə Bakı şəhərinə qayıtdığını, xx.xx.2023-ci il tarixdə gəlni Aygünün qızıllarını sandıqda yoxlayarkən qızılların olmadığını gördüyünü, Raminə dedikdən sonra Raminin bu barədə polisə məlumat verdiyini, oğurluq nəticəsində Raminə 12120 manat maddi ziyan dəydiyini, Raminin evində yerləşən sandıqdan 01 ədəd 750 əyyarlı 6 qramlıq üzük, 01 ədəd 750 əyyarlı 5 qramlıq üzük, 01 ədəd 83 əyyarlı 7 qaramlıq üzük, 01 ədəd üzük və 01 cüt sırğa ümumilikdə 83 əyyarlı 18 qramlıq kompekti, 01 ədəd üzük 01 cüt sırğa 83 əyyarlı ümumilikdə 12 qram kompelkti və 01 ədəd 83 əyyarlı 14 qıramlıq qolbağ, 01 ədəd 7 qramlıq 83 əyyarlı ağ qaş üzük, 01 ədəd 32 qıramlıq 83 əyyarlı boyunbağı oğurlandığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şahid4 lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. İş üzrə Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Nizami rayonu Qara qarayev prospekti 115 ünvanda yerləşən mağazada vətəndaşlardan qızıl alışı və satışı ilə məşğul olduğunu, rəsmi olaraq bu barədə Vergilər nazirliyinin razılığını aldığını, xx.xx.2023-ci il tarixdə mağazasında səhər saatlarında olarkən sonradan adını bildiyi Təqsirləndirilən şəxs mağazaya gələrək, qızıldan 1 taylı sırğa və üstü gümüşü olan üzük verdiyini, həmin qızılları hardan əldə etməsini və oğurluq olubolmadığını soruşduqda Ayşənin ona qızılların anasının olduğunu və xəstə olduğundan satmasını bildirdiyini, Ayşənin bu sözünə inanıb həmin qızılları 240 manat pul müqabilində aldığını, qızılı aldıqda xüsusi qeydiyyat kitabında qeydiyyata alıb, şəxsiyyət vəsiqəsinin sürətini çıxardığını, həmin qızılların oğurluq olmasından xəbəri olmadığını, həmin qızlları aldığı digər qızıllarla birlikdə əridilməyə verdiyini, hərdəfə qızılları kim yüksək qiymətlə götürsə həmin adama satdığını, buna görədə kimə satması yadında olmadığını, lakin Təqsirləndirilən şəxs aldığı qızılın qeydiyyatın apardığı kitabda sürətini təqdim edə biləcəyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Şahid2 lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. İş üzrə Şahid2 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Bakı şəhəri Xətari rayonu Əhmədli metrosunun çıxışında “Mas Silver” mağazasında qızıl qəbulu və satışı işi ilə məşğul olduğunu, xx.xx.2023-ci il tarixdə saat 18 radələrində bir nəfər qadının adını sonradan bildiyi Təqsirləndirilən şəxs həmin mağazaya gələrək qızıl qolbağı olmasını və satdığını dediyini, Ayşəndən həmin qolbağın kimə məxsus olduğunu soruşduqda Ayşənin qolbağın anasına məxsus olduğunu, anasının xəbəri olduğunu və evinin kirayə pulunu verə bilmədikləri üçün satmasını bildirdiyini, Ayşənin bu sözünə inanıb həmin qolbağın çəkisini müəyyən etmək üçün çəkdiyini, həmin qolbağın çəkisi 8 qram olması müəyyən etdiyini, bundan sonra Ayşənə qramı 75 manat 60 qəpikdən hesablayıb 605 manat pul verdiyini və Ayşənin çıxıb getdiyini, qolbağın oğurluq olmasını bilmədiyini, həmin şəxsdən qızılın oğurluq olub olmadığını soruşduqda, həmin şəxsin ona qızılın oğurluq olmadığını, anasına məxsus olduğunu və evin kirayə pulunu verməsi üçün pul lazım olduğundan satdığını dediyini, həmin şəxsə inanıb həmin qızılı ondan 605 manata aldığını, həmin qızılı əridib qızılları təmir etməkdə istifadə etdiyini bildirmişdir. Məhkəmə iclasında Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2023-ci il tarixdə saat təxminən 21 radələrində qardaşı Pünhanın toyunda iştirak etmək üçün Samirə və qızı Ayşənin onun yaşadığı evə gəldiklərini, xx.xx.2023-ci il tarixdə qardaşı Pühnanın toy məclisi keçrildikdən sonra Samirə və Ayşənin onun yaşadığı evə gəldiklərini, toy günü axşamı arvadı Aygünün qızlları sandığa yığan zaman onlarda qonaq olan Ayşən və Aygünün qızılların hara qoyulmasını gördüklərini, xx.xx.2023-ci il tarixdə Ayşənin, xx.xx.2023-ci il tarixdə isə anası Samirənin Bakı şəhərinə getdiyini, xx.xx.2023-ci il tarixdə arvadı Aygünün sandığı acıb qızllara baxan zaman qızllarının olmadığını dediyini, həmin zaman Ayşənin qızılları oğurlamasından şübhələnib anası Samirəyə dediklərini, bundan sonra Samirənin onlara zəng edərək qızılları qızının oğurladığını və həmin qızlardan 01 ədəd üzüyü, 01 cüt sırğanın onda olmasını dediyini, bundan sonra bu barədə polisə məlumat verdiklərini, 01 ədəd 750 əyyarlı 6 qramlıq üzük, 01 ədəd 750 əyyarlı 5 qramlıq üzük, 01 ədəd 83 əyyarlı 7 qaramlıq üzük, 01 ədəd üzük və 01 cüt sırğa ümumilikdə 83 əyyarlı 18 qramlıq kompekti, 01 ədəd üzük 01 cüt sırğa 83 əyyarlı ümumilikdə 12 qram kompelkti və 01 ədəd 83 əyyarlı 14 qıramlıq qolbağ, 01 ədəd 7 qramlıq 83 əyyarlı ağ qaş üzük, 01 ədəd 32 qıramlıq 83 əyyarlı boyunbağı oğurlandığını, hər birinin qıramı 120 manat olmaqla ümumilikdə 12120 manat maddi ziyan dəydiyini, qızılların oğurlanmasını arvadı Aygünün aşkar etdiyini, həmin zaman evə gəldikdə Aygün və ondan başqa evdə heç kim olmadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş Oğuz RİHB-nın Calut kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-68-12/2-77-2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs subay olmaqla, valideynləri ilə birlikdə Bakı şəhərində yaşayır. (bax iş vər. 103) İş materiallarına əlavə edilmiş Oğuz RİHB-nın Calut kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.104) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər.78) İş materiallarına əlavə edilmiş Oğuz Mərkəzi rayon Xəstəxanası PHŞ-in xx.xx.2023-cü il tarixli, 6-64/2-407/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Oğuz MRXPHŞ-ın Polikilinika şöbəsinin narkoloq eləcədə psixiatr həkiminin qeydiyyatında durmur. (bax iş vər.117) İş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-ci il tarixli 9/4538 rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarda göstərilən qızıl zinət əşyalarının 2023-cü ilin mart ayına orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 8300.0 manat müəyyən edilir. Qiymətləndirilən malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. (bax iş vər.119-121) İş materiallarına əlavə edilmiş X4 ərizəsindən görünür ki, o, ekspert rəyi ilə razı olmadığını ona dəymiş ziyanın ümumi məbləğinin 12120 olmasını göstərmişdir. (iş.v.123) İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli “cinayət törətməkdə şübhəli bilinən şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23.00-da şübhəli şəxs kimi tutlmuşdur. (Bax iş vər 77-78) İş materiallarına əlavə ediliş xx.xx.2023-cü il tarixli “təqsirlədirilən şəxs barəsində başqa yerıə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30-da MSY-dən azad edilmişdir. (bax iş vər 90) Təqsirləndirilən şəxs məhkəməyə üzrlü səbəblər olmadan gəlmədiyinə və qaçıb gizləndiyinə görə məhkəmənin xx.xx.2023-cü il tarixli qərarına əsasən onun barəsində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilmiş və barəsində həbs qətimkan tədbi seçilərək axtarış elan edilmişdir. Kürdəmir RPŞ-in əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 22:00-da saxlanılaraq Kürdəmir RPŞ MSY-nə təhvil verilmişdir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün səmimi etirafı, zərərçəkmiş şəxsin və şahidin ifadələri ilə, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs cinayət əməli düzgün olaraq AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. O, həmin maddələrlə təqsirlidir və cəza almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edib əməlindən peşman olmalasını, AR CM-nin 59.1.14-ci maddəsinə əsasən zərərçəkmiş şəxsə vurduğu maddi ziyanı qismən ödəməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. İnsan Hüquqları və X3 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun həbsdə saxlanıldığı iki gün ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, cəzanın əvvəli həbs olunduğu vaxtdan, yəni 13 sentyabr 2023-cü il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs qətimkan” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd üzük və 01 çüt sırğa hökm qanuni qüvvəsini aldıqdan sonra zərərçəkmişə qaytarılmalıdır. Təqsirləndirilən şəxs 50 manat ekspertiza xərci alınaraq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə 12120 manatdan 1440 manatın ödənilməsi, mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişlər. Cinayət işi materialı xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq xx.xx.2023-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi2 məhkəmədə iştirak edərək Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsinə ümumilkdə 25 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən hər iş saatı üçün 06 manat ödənilməlidir. Qeyd olunanlara əsasən Müdafiəçi2 dövlət hesabına hər iş saatı üçün 06 manat olmaqla, hər birini 150 (bir yüz əlli) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 357, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi həbsdə saxlanıldığı 02 gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını umumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkməsinin əvvəli həbsə alındığı 13 sentyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd üzük və 01 çüt sırğa hökm qanuni qüvvəsini aldıqdan sonra zərərşəkmişə qaytarılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X2, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə 12120 manat maddi ziyandan 1440 manatın ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirilən şəxsnun məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 25 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi2 150 (bir yüz əlli) manat ödənilsin. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə, bilavasitə və ya həbsdə saxlama yeri müdiriyyəti vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-68/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-68/2023
20.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver