Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-69/2023 12.07.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsnın iştirakı ilə xx xxxxxx 1984-cü ildə Kürdəmir şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir şəhəri, A.Əhməd küçəsi, ev 4-də qeydiyyatda olmaqla, Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, ev 4-də yaşayan - Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə,saat 09 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən “Gilə” marketin qarşısında, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobu surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs söyüb təhqir edərək yumruqla bir neçə dəfə onun sifət nahiyəsinə qəsdən vuraraq ona sol almacıq nahiyəsinədə şişkinlik-qançır, sıyrıqlar, sol göz almasına qansızma ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirərərk xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Cənnatalı Heydarov onun qonşusudur və münasibətləri normal olmuş, aralarında heç bir ədvətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə,səhər saat 09 radələrində özünə məxsus avtomobilini yaşadığı evin qarşısıdnda saxlayıb evə girmiş, təxminən 5 dəqiqədən sonra küçədə avtomobil sinalının səsini eşidib, azyaşlı oğlu Tapdığı həyətə göndərmiş, oğlu tapdıq bir az sonra onn yanına gələrək qonşuları Cənnətalının öz avtomobiliini həyətlərinə salmaq istədiyini, lakin avtomobilin onun həyətinə giriş yolnu saxladığı üçün avtomobili geri çəkməyi demiş, o, da həyətə düşüb avtomobili geri çəkmək istəmiş, Cənətalı isə nalayiq ifadələr işlədərək onu söymüş, o, isə Cənnətalıya öz iradını bildimiş və sözlə aralarında mübahisə olmuşdur. Həmin mübahisədən 10 dəqiqə sonra o, oğlu Tapdığı idman məşğələsinə aparmış, Kürdəmir şəhəri, Heydər Əliyev prospektinə yerləşən “Gilə” marketin qarşısına getmiş və orada Cənnətalının atası Şahid2lə mübahisə etdiyini görüb ora yaxınlaşmıdır. Onların yanına çatanda Cənnətalının atası Tapdığı söydüyünü görüb o, da mübahisyə qoşularaq yumruqla Cənnətalını vurmuşdur. Atası və orada olan camaat onları aralamışdır. Hazırda əməlindən peşmandır. O, Cənnətalı ilə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Cavid onun qonşusudur və münasibətləri heç vaxt pis olmamış və aralarında heç bir ədavətləri olmamışdır. Özü taksi fəaliyyəti ilə məşğul olaraq ailəsii dlandırır. xx.xx.2023-cü il tarixdə, səhər saat 09 radələrində özünə məxsus avtomobili ilə yaşadığı evə gəlmiş və avtomobili həyətlərinə salma istəmiş, lakin Cavid öz avtomobilini həyətin qiriş qapısının qarşısnda saxladığı üçün avtomobili həyətə sala bilmiəmiş və siqnal verərək onun gəlib avtomobili kənara çəkməsini istəmiş, bir az sonra Cavidin oğlu Tapdıq gəlmiş, ondan atası Cavidin gəlib avtomobili kənara çəkməsini xhiş etmiş, bir az sonra Cavid gələrək bir başa onu nalayiq ifadələrlə təhqir edərək mübahisə etmiş və avtomobili kənara çəkmişdir. Səsə Cavidin arvadı Ayşən gəlmiş və Cavidi evlərinə aparmışdır. Bir az sonra o, avtomobilini minərək taksiçilik etmək üçün adamların çox olduğu yerə, yəni Kürdəmir şəhəri, Heydər Əliyev prospektində yerləşən “Gilə” market”ə getmiş və orada Cavidin atası Tapdığı görərək ona yaxınlaşıb Cavidin onu nalayiq ifadələrlə təhqir etməsinə irad bildirmiş, bu zaman Cavid də onların yanına gələrək təkrar olara onu nalayiq ifadələrlə təhqir edərək yumruqla onun sifət nahiyəsinə vurmuşdur. O, da bir başa Kürdəmir RPŞ-nə gələrək şikayət ərizəsi ilə müraciət etmişdir. Hazırda Cavidlə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Cavid onun əri, Cənnətalı isə onların qonşusudur. xx.xx.2023-cü il tarixdə, səhər saat 09 radələrində əri Cavid özünə məxsus avtomobilini yaşadığı evin qarşısıdnda saxlayıb evə girmiş, təxminən 5 dəqiqədən sonra küçədə avtomobil sinalının səsini eşidib, azyaşlı uşaqları Tapdıq həyətə düşərək bir az sonra geri qayıdaraq Cənnətalının öz avtomobiliini həyətlərinə salmaq istədiyini, lakin avtomobilin onun həyətinə giriş yolnu saxladığı üçün avtomobili geri çəkməyi demiş, Cavid də avtomobili geri çəkmək istəmiş, Cənətalı isə nalayiq ifadələr işlədərək Cavidi söymüş və sözlə aralarında mübahisə olmuş, o, Cavidi evə aparmışdır. Həmin mübahisədən 10 dəqiqə sonra Cavid uşaqları Tapdığı idman məşğələsinə aparmışdır. X4 ilə Kürdəmir şəhəri. Heydər Əliyev prospektinə yerləşən “Gilə” marketin qarşısında Cənnətalının Cavidin atası Şahid2lə mübahisə etdiyini görüb avidin də mübahisyə qoşularaq yumruqla Cənnətalını vurmasını eşitmişdir. Məhkəmənin təşəbbüsü ilə məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Cavid onun oğlu, Cənnətalı isə qonşularıdır. xx.xx.2023-cü il tarixdə o, Kürdəmir şəhəri, Heydər Əliyev prospektində yerləşən “Gilə” marketin qarşısında olarkən qonşuları Cənnətalı ona yaxınlaşraq səhər saatlarında Cavidin onu nalayiq ifadələrlə təhqir etməsinə etirazını bildirmiş və həmin vaxt Cavid də ora gəlmiş və sözlə Cənnətalı ilə mübahisə edərək yaxalaşmış və əsəbləşərək yumruqla Cənnətalını vurmuş, o və orada olan camaat Cavidlə Cənnətalını aralamışlar. Məhkəmə iclasında şahid qismiondə dindirilmiş, o, Cavidi və Cənnətalını tanıyır. xx.xx.2023-cü il tarixdə “Gilə” marketin qarşısında olakən Cavidlə Cənnətalının mübahisə etdiyini görüb onlara yaxınlaşmış və həmin vaxt onlar yaxalaşmış və o, da başqa adalmar kimi Cavidlə Cənnətalını biri-birilərindən aralamışdır. Həmin vaxtı orada nalayiq ifadələr işləndiyini eşitmişdir. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 230 nömrəli aktından görünür ki, 1960-cı il təvəllüdlü Zərərçəkmiş şəxsnın məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər, sol almacıq nahiyəsində şişkinlikqançır,sol gözün almasına qansızmanın küt əşya təsirindən törənmişdir, törənmə müddətinin xx.xx.2023-cü tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddirlər. (bax iş vər. 12-13) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-56-12/2-89 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 3 nəfərdən ibarət ailə tərkibi vardır və onlardan 2 nəfəri azyaşlıdır. (bax iş vər. 61) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunur, onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (bax iş vər. 62) İş materialalrına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X7 şəxs Kürdəmir rayon X5 Hüquqi şəxsin xx.xx.2023-cü il tarixli, PHŞ-6-49/2-373/2023 saylı arayışından görünür ki, Sədiyev X3 rayon X5 X6 şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. (bax iş vər.59) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. (bax iş vər. 65) Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri, işin digər materialları, habelə məhkəmədə tədqiq olunan sübutlarla tamamilə təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq AR CM-in 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə,saat 09 radələrində Kürdəmir şəhəri, H.Əliyev prospektində yerləşən “Gilə” marketin qarşısında, heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobu surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən,şəxs üzərində zor tətbiq olunması ilə müşayət edilən qərəzli hərəkətlərlə Zərərçəkmiş şəxs söyüb təhqir edərək yumruqla bir neçə dəfə onun sifət nahiyəsinə qəsdən vuraraq ona sol almacıq nahiyəsinədə şişkinlik-qançır, sıyrıqlar, sol göz almasına qansızma ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərərvurmaya aid edilən xəsarətlər yetirərərk xuliqanlıq cinayətini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və barışıq əldə etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 13-cü bəndində göstərilir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, hər bir halda, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Sədiyev X3 şəhəri, C.Cabbarlı küçəsi, ev 4-də yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzrəinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir şəhəri, C.Cabbarlı küçəsi, ev 4-də yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-69/2023
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-69/2023
12.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver