Məhkəmə qərarları › İş №1(041)-69/2024

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-69/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-69/2024 04.06.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə xx xxxxx 1981-ci ildə Kürdəmir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvəllər məhkum olunmamış, evli, Kürdəmir rayonu Xınıslı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, xeyli miqdarda, ümumi təmiz çəkisi 15.99 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamış, xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində, Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı Kürdəmir rayonu Xırdapay kəndi ərazisində saxlanılaraq rayon polis şöbəsinə gətirildikdən sonra üzərinə keçirilən şəxsi axtarış zamanı, əynində olan boz rəngli şalvarın sağ ön cibindən 01 ədəd kibrit qutusu içərisində təmiz çəkisi – 10.19 qram və 01 ədəd “Rothmans” markalı siqaret qutusu içərisində olan 01 ədəd kibrit qutusunda təmiz çəkisi – 5.80 qram, xeyli miqdarda, ümumi çəkisi – 15.99 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilir. O, Kürdəmir rayonu Xınıslı kəndində ailəsi ilə birlikdə yaşayır və Zəngilan rayonunda işləyir. O, narkotik vasitə qurudulmuş marixuanadan bir neçə ildir ki, arabir istifadə edir. xx.xx.2024cü il tarixdə Zəngilan rayonu ərazisində yolun kənarında yabanı halda bitən çətənə bitkilərindən yığıb toplamış, 02 ədəd kibrit qutusuna yığmış və şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə gecə vaxtı Kürdəmir rayonuna gəlmiş və Kürdəmir rayonu Xırdapay kəndi ərazisində qeyri-rəsmi yaşadığı qadın X1 yaşadığı evə getmişdir. Bir müddət sonra aralarında mübahisə yaranmış və Aytac evdən çıxıb getmişdir. O, da yaşadığı Kürdəmir rayonu Xınıslı kəndinə getmək üçün küçəyə çıxmışdır. xx.xx.2024-cü il tarixdə saat 01:00 radələrində küçədə piyada hərəkətdə olarkən Kürdəmir RPŞ-nin əməkdaşları onu saxlayıb narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək Kürdəmir RPŞ-yə gətirmişlər. Kürdəmir RPŞ-də şübhəli şəxs qismində tutulmuş və seçdiyi müdafiəçi ilə təmin olunmuşdur. Bundan sonra üzərində videoçəkiliş vasitəsi ilə şəxsi axtarış aparılmağa başlanılmışdır. Ondan üzərində narkotik vasitə olub-olmaması soruşulmuş və əgər varsa təqdim etməyi bildirilmişdir. O, əynində olan boz rəngli şalvarın sağ ön cibindən içərisində qurudulmuş marixuana olan 01 ədəd kibrit qutusu və “Rothmans” markalı siqaret qutusu içərisindəki 01 ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Müstəntiq tərəfindən həmin qutuların içərisinə baxdıqda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə olması aşkar olunmuşdur. Bundan başqa üzərində olan 01 ədəd “Redmi 11” markalı və “F+” markalı mobil telefonları çıxarıb təqdim etmişdir. Həmin telefonlar iş üçün əhəmiyyət kəsb etdiyindən ayrıca götürülmüşdür. Üzərindən aşkar edilmiş 02 ədəd kibrit qutusu 01 ədəd içərisi boş ağ rəngli zərfə qoyularaq üzəri “Azərbaycan Respublikası DİN №-137” möhürü ilə möhürlənmişdir. Zərf iştirakçılar tərəfindən imzalanmış və ekspertizaya təqdim olunacağı bildirilmişdir. Əynində olan boz rəngli şalvarın sağ ön cibindən çıxarıb təqdim etdiyi 02 ədəd kibrit qutusundakı 15.99 qram narkotik vasitə qurudulmuş marixuananı xx.xx.2024-cü il tarixdə Zəngilan rayonu ərazisində yolun kənarında çətənə bitkilərindən toplayıb şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Polis şöbəsinə gətirilərkən ona heç bir formada təzyiq göstərilməmişdir. O, Kürdəmir rayonu ərazisində, eləcə də Respublika ərazisində başqa heç bir cinayət əməli törətməmişdir. Üzərindən aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuanadan başqa evində və ya başqa yerdə ona məxsus marixuana və ya hər hansı digər narkotik vasitə yoxdur. O, narkotik vasitənin heç bir növünün satışı ilə məşğul olmamışdır. Təqsirləndirilən şəxs həmçinin əməlindən peşman olduğunu bildirib, himayəsində azyaşlı uşağının olmasını nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Kürdəmir RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. Kürdəmir rayonu Xınıslı kəndində yaşayan Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə edib üzərində saxlaması, daşıması və istifadə etməsi barədə məxfi mənbədən əməliyyat məlumatı daxil olmuşdur. Həmin məlumatın yoxlanılması üçün RPŞ-nin rəisinə raportla məruzə edilmişdir. Rəis bu barədə razılıq verdikdən sonra əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs bir qədər kənardan izləyib, saat 01:00 radələrində Kürdəmir rayonu Xırdapay kəndi ərazisində piyada gəzərkən saxlayıb, özlərini təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamasında əsaslı şübhəli olduğunu bildirib RPŞ-yə gətirmişlər. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq, hüquq və vəzifələri izah edilmişdir. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkillərin siyahısı ilə tanış olaraq, özünün seçdiyi Müdafiəçi ilə təmin edilmişdir. Təqsirləndirilən şəxs üzərində, paltarında narkotik vasitə saxlamasında əsaslı şübhəli bilindiyini bildirərək üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı, müstəntiq Təqsirləndirilən şəxs yenidən hüquq və vəzifələrini izah edib təklif etmişdir ki, üzərində qanunsuz əşya və predmet vardırsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu bildirərək əynində olan boz rəngli şalvarın sağ ön cibindən 01 ədəd kibrit qutusunu və “Rothmans” markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. 01 ədəd kibrit qutusu və siqaret qutusu müstəntiq tərəfindən açılıb içərisinə baxıldıqda kibrit qutusunda, eləcə də siqaret qutusunun içərisində olan kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarın sol ön cibindən 01 ədəd “F+” markalı və 01 ədəd “Redmi 11” markalı mobil telefonu, 01 ədəd “LD” markalı siqareti, 02 manat 80 qəpik pulu və özünə məxsus şəxsiyyət vəsiqəsini çıxarıb təqdim etmişdir. Daha sonra müstəntiq tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən heç bir əşya və predmet aşkar olunmamışdır. Şifahi qaydada sorğu-sual olunan zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, təqdim etdiyi kibrit qutularındakı kütlələr narkotik vasitə qurudulmuş marixuanadır, xx.xx.2024-cü il tarixdə Zəngilan rayonu ərazisindən tapıb şəxsi istifadə etmək üçün üzərində saxlamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunan içərisində narkotik vasitəyə bənzər kütlə olan 02 ədəd kibrit qutusu 01 ədəd içərisi boş zərfə qoyulmuş və üzəri “Azərbaycan Respublikası DİN №137” möhürü ilə möhürlənmişdir. Zərf şübhəli şəxs, onun müdafiəçisi və şahidlər tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, lakin onunla heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı ona qarşı heç bir zor və fiziki güc tətbiq edilməmişdir. Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satdığını eşitməmişdir. Məhkəmə iclasında şahid qismində ***-***-**-** nömrəli telefonla dindirilmiş Kürdəmir RPŞ NMQ-də əməliyyat müvəkkili vəzifəsində işləmiş, hazırda isə Salyan RPŞ-nin rəis müavini Şahid1 da Şahid2 ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etdi. İş materiallarında olan kompleks məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli 3-16-16/2-18/153 nömrəli rəyində qeyd olunmuşdur ki,tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd nəm halda olan kibrit qutusunun içərisində təmiz çəkisi – 10.19 qram və 01 ədəd siqaret qutusunun içərisində olan kibrit qutusunda təmiz çəkisi – 5.80 qram, ümumi çəkisi – 15.99 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Nəm halda olan kibrit qutusundakı marixuana yarıkiflənmiş vəziyyətdə olduğundan digər kibrit qutusundakı marixuana ilə eynilik tədqiqatı aparmaq mümkün olmadı. Marixuananın təmiz çəkisi – 15,99 qram, tədqiqata cəmi 0,04 qram(hər ob.-0,02 qram) sərf edildikdən sonra 15,95 qram qalıq qalmışdır. (bax iş vər,38-41) İş materialalrında olan “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2024-cü il tarixli 18-1-49/2-136/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər,70) İş üzrə təyin edilərək keçirilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli 356 nömrəli rəyinə əsasən Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (bax iş vər. 100) İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (bax iş vər. 94) İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF 1 saylı X9 Filialından daxil olmuş xx.xx.2024-cü il tarixli 3-17-1/2- 38038/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs əlilliyə görə əmək pensiyası və ya sosial müavinət ödənilmir. (bax iş vər .83) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Karrar qəsəbə İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 66 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 2 uşaqları olmaqla 3 nəfərdən ibarət tərkibdə ailə üzvləri vardır və onlardan 1-i İİ qrup əlildir. (bax iş vər. 73) İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2004-ci il təvəllüdlidir. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Karrar qəsəbə İnzibati Ərazi Dairəsi üzrə üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. (bax iş vər. 187) İş materiallarına əlavə edilmiş cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 01.20-də tutulmuşdur. (bax iş vər. 21-22) İş materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməklə MSY-dən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-ci il tarixdə saat 12.30-da MSY-dən azad edilmişdir. (bax iş vər. 62-63) Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq, hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünün etirafı, şahidlərin ifadələri ilə, maddi sübutlar, ekspertiza rəyləri, habelə məhkəmədə təqdiq olunan sübutlarla tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli heç bir şübhə doğurmayan sübutlar əsasında düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və ona müvafiq olaraq təqsirləndirildiyi maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 nömrəli qərarının 5-ci bəndində göstərilir ki, Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşmançılıq çəkməsini, himayəsində 1 azyaşlı uşaqın olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzanın təyin olunmasını məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İnsan Hüquqları və X6 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddət ona təyin edilmiş cəzasından çıxılmaqla üzərində qəti olaraq cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəza çəkməsinin əvvəli həbs olunduğu gündən, yəni 04 iyun 2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsində göstərilir ki, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Bağırov X5 rayon polikilinikasının narkoloji kabinetində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi Kürdəmir rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qrudulmuş marixuananın 15,95 qram qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs 49,74 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilməli, barəsində həbs qətimkan tədbri seçilərək məhkəmə iclas zalından dərhal həbs edilməli, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlandığı 02 gün ona təyin edilmiş cəzasdan çıxılmaqla üzərində qəti olaraq 04 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəza çəkməsinin başlanğıcı 04 iyun 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin və barəsində həbs qətimkan tədbiri seçilərək məhkəmə zalından həbs edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetində profilaktiki qeydiyyata götürülsün. Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspertiza tədqiqatından sonra qrudulmuş marixuananın 15,95 qram qalığı hökm qanuni qüvvəsini aldıqan sonra məhv edilsin. Təqsirləndirilən şəxs 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxsə hökmün surəti verildiyi) andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar