Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-69/2025 24.06.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi İmanov Xaliq Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi İsayev Orxan Mahir oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi qaydada fəaliyyət göstərən vəkil X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Kürdəmir rayonu, Şıxımlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir rayonu Şıxımlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə, Təqsirləndirilən şəxs, xx.xx.2024-cü il tarixdə saat 20 radələrində sərxoş vəziyyətdə Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən ictimai yer hesab edilən "Dan ulduzu" şadlıq sarayında keçirilən toy məclisi zamanı heç-bir əsaslı səbəb olmadan, özünün şəxsiyyətini digər şəxslərin şəxsiyyətlərinin fövqündə qoyub, ictimai qaydanı kobud surətdə pozmaqla, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, eləcədə şəxs üzərində zor tətbiq edilməsi ilə müşayət edilən hərəkətlər edərək toyda iştirak edən Zərərçəkmiş şəxs ünvanına nalayiq söyüşlər söyüb, üzərinə hucum edib onun üz və baş nahiyələrinə yumruqla qəsdən bir neçə dəfə vurub fiziki ağrı yetirib yerə yıxmaq üçün sinəsindən itələmiş, sonuncu müvazinətini saxlaya bilməyib yerə yıxılarkən başın ənsə nahiyəsi orada olan masanın ayağına dəymiş, nəticədə Zərərçəkmiş şəxs başın təpə nahiyyəsinin əzilmiş yarası ilə müşayiət edilən sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti yetirməklə 20-25 dəqiqə ərzində qərəzli xuliqanlıq etmişdir. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu Şıxımlı kəndində yaşayır. Əvvəllər cinayət törətməyə görə məhkumluğu olmamamışdır, heç kimlə ədavəti və düşmənçiliyi yoxdur. xx.xx.2024-cü il tarixdə saat 18 radələrində Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən "Dan Ulduzu" şadlıq sarayında qohumu Şahid2 qızının toy məclisi keçirilmiş, Əfqan tanımadığı Salyan rayon Qarabağlı kənd sakini ilə qohum olmuşdur. Həmin toy məclisində iştirak edib, yemək yeyərkən spirtli içki qəbul etmişdi. Qohumu Əfqanın yeni qohum olduğu şəxslər də toyda iştirak etmişdilər. Toy məclisi zamanı saat 20 radələrində Salyandan gələn qonaqlardan bir nəfəri musiqiçilərlə mahnı sifarişi üstündə sözlü mübahisə etməyə başlamış, Əfqan da həmin şəxsi sakitləşdirmək istəyərkən, onların yanına getmişdir. Dava olduğunu görərək o da mübahisə edənlərin yanına getmişdir. Dava sırasında vurularaq yerə yıxılmış, bundan sonra olan hadisələri isə xatırlamır. Təqsirləndirilən Təqsirləndirilən şəxs verilmiş suallara cavabında Zərərçəkmiş şəxs tanımadığını, hadisə zamanı içkili olduğundan kimisə vurduğunu xatırlamadığını, lakin törətdiyi əməldən peşiman olduğunu bildirdi. Məhkəmə istintaqında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində qardaşı Şahid1 Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən "Dan ulduzu" şadlıq sarayında toy məclisi başlamış, məclis normal axarında davam etmişdir, Salyan rayonundan da oraya qonaqlar gəlmişdilər. Daha sonra saat təxminən 20 radələrində bilmədiyi səbəblərdən məclisdə iştirak edən bir qrup şəxs arasında dava düşmüş, o da davanı sakitləşdirmək üçün onların yanına getmişdir. Bu zaman bir nəfər şəxs su butulkası ilə onun baş nahiyəsindən vurmuşdur. Vuran adamı görməmiş, kim olduğunu bilmir. O, isə masanın üstündə olan salfetkanı başına qoyub oradan Kürdəmir rayon xəstəxanasına getmışdir. Kürdəmir rayon xəstəxanasında ona tibbi yardım olunmuşdur. Şadlıq sarayında olan davadalaş təxminən 20-25 dəqiqə davam etmış, hadisə nəticəsində toy məclisi dağılmışdı. Halhazırda Təqsirləndirilən şəxs ilə barışıb, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, ailəsi il birlikdə Salyan rayonunda yaşayır. Kürdəmir rayonu Şıxımlı kənd sakini X4 qohumudur, Əfqanın qızı ilə ailə qurmaq məqsədi ilə nişanlanmışdır. xx.xx.2024-cü il tarixdə saat 17:00 radələrində Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən "Dan ulduzu" şadlıq sarayında toy məclisləri başlamışdı. Toyda onun qohumları iştirak etmiş, toy normal axarında davam etmişdir. Daha sonra saat təxminən 20 radələrində bilmədiyi səbəbdən toyda iştirak edənlər arasında dava düşmüşdür. Dava edənlərlə arasında məsafə uzaq olduğundan hadisəni dəqiqliyi ilə görə bilməmiş, çünki həmin zaman bəy masasında oturmuş və onların ətrafına şəxslər toplaşmışdı. Daha sonra şadlıq sarayının toy zalından həyat yoldaşı ilə birlikdə çıxıb getmişdir. Sonradan bilmişdir ki, qardaşı Qismətə xəsarət yetirən İntiqam adlı şəxs olub. Hadisə zamanı heç-kimə xəsarət yetirməmiş, nədə ki heçbir xəsarət almamışdı. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, təxminən 6 ay bundan əvvəl qızı X6 rayonu Qarabağlı kənd sakini Şahid1 ilə nişanlanmışdı. xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən "Dan Ulduzu" şadlıq sarayında qızı Sahibəyə toy məclisi təşkil etmişdir. Həmin toy məclisində qohumları, həmkəndliləri, kürəkəni Həsrət, Həsrətin ailəsi və yaxınları iştirak etmişdir. Toy günü saat 20 radələrində şadlıq sarayının həyətində siqaret çəkdikdən sonra içəri daxil olarkən bir qrup şəxsin toplaşdığını görərək onlara yaxınlaşmış, nə olduğunu soruşduqda ona qardaşı İntiqamla Zərərçəkmiş şəxs dalaşdığını demişlər. Daha sonra qardaşı İntiqamdan hadisəni soruşduqda xatırlamadığını bildirmişdir. Hadisə zamanı şadlıq sarayının çölündə olduğu üçün hadisəyə şəxsən şahid olmamış, Zərərçəkmiş şəxs kimin vurduğunu görməmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş Şahid5 Şahid2 ilə ilə eyni məzmunda ifadə verib onun göstərdikləri xüsusatları təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 28 oktyabr 2025-ci il tarixli cinayət işinin başlanması və aidiyyəti üzrə göndərilməsi haqqında qərardan görünür ki, toplanmış material üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmış və ibtidadi istintaq aparılması üçün aiddiyəti üzrə Kürdəmir RPŞ-nin İB-nə göndərilmişdir. - xx.xx.2024-cü il tarixli 173 saylı məhkəmə-tibbi ekspertinin rəyində göstərilmişdir ki, 1973-cü il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən bədən səthində aşağıdakı xəsarət vardır: sağ gözaltı nahiyədə qançır, sol körpücük və sağ baldırın ön səthində sıyrıqlar-küt əşya təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilmir. - məhkəmə-tibbi ekspertizanın 11 dekabr 2024-cü il tarixli 575 nömrəli rəyində göstərilir ki, 2001-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsinə, tibbi sənəddə qeyd olunanlara əsaslanaraq, başın təpə nahiyəsinin yaraları aşkar olunmuşdur. Həmin xəsarətlər küt əşyanın təsirindən törənmiş, qərarda göstərilən 26 aprel 2024-cü il tarixdə əmələ gəlməyə uyğundur. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. - iş üzrə verilmiş əməliyyat tapşırığının cavabında göstərilir ki, keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində xx.xx.2024-cü il tarixdə saat 20 radələrində Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən Dan Ulduzu şadlıq sarayında baş vermiş xuliqanlıq hadisəsində iştirak edən digər şəxslərin şəxsiyyətini müəyyən etmək olmamışdır. Həmçinin qeyd olunan hadisəni əlavə şahidi olmuş şəxsin (şəxslərin) şəxsiyyəti (şəxsiyyətləri) müəyyənləşdirimək mümkün olmamışdır. Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs başqa şəxslərə qarşı xuliqanlıq etməsi xususatı aşkar olunmamışdır. Həmin xususatlarla bağlı əməliyyataxtarış tədbirləri davam olunur, hər hansı müsbət nəticə əldə olunarsa bu barədə məlumat veriləcəkdir. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkum olmamışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində olan Dövlət Sosial Müdafiə Fondunun 1 saylı X7 Filialının 20 dekabr 2024-cü il tarixli, 3-17-1/2-312697/2024 nömrəli məktubdan görünür ki, Kürdəmir rayonu Şıxımlı kənd sakini Təqsirləndirilən şəxs əmək pensiyası və ya sosial müavinətin ödənilməsi barədə 1 saylı X7 Filialında məlumat aşkar edilməmişdir. - "Kürdəmir rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsindən daxil olan 23 dekabr 2024-cü il tarixli, 18-1-49/2-1280/2024 nömrəli məktubdan görünür ki, Kürdəmir rayonu Şıxımlı kənd sakini Təqsirləndirilən şəxs "Kürdəmir rayon mərkəzi xəstəxanası" publik hüquqi şəxsin poliklinika şöbəsində həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında durmur. -İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 10 dekabr 2024-cü il tarixdə, saat 18:50-də şübhəli şəxs qismində tutulmuş, xx.xx.2024-cü il tarixdə saat 18:10-da Kürdəmir RPŞ-nin müvəqqəti saxlama yerindən azad edilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs X5 məhkəməyə ərizə ilə müraciət edərək göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç-bir şikayəti və tələbi yoxdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslərin və şahidlərin məhkəmədə səsləndirdiyi və iş materiallarında olan ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertiza rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər – min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 2-ci bəndində məhkəmələrə izah olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsi başa düşülür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. CM-in 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; CM-in 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Məhkəmə, CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsini, həmin məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın tam ödənilməsi Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə, Təqsirləndirilən şəxs əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəzanın təyin edilməsi məsələsinə baxaraq, onun cəzasını yüngülləşdirən hallarla yanaşı CM-in 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini (az ağır cinayət olmasını), təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Bu baxımdan məhkəmə təqsirləndirilən şəxs barəsində cəza tətbiqi ilə əlaqədar Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin onun təqsirli bilindiyi 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini CM-nin 41.2-ci maddəsində nəzərdə tutulmuş cəzanın məqsədlərini təmin etmək üçün kifayət etdiyi qənaətinə gəlir. Azərbaycan Respublikası CM-nin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Qurbanov X2 rayonu Şıxımlı kəndində qeydiyatda olmaqla orada yaşayır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların müəyyən edilməməsi, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3) nəzərə alınmaqla, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş alternativ cəza növlərindən azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, gün ərzində axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı (CM- 52-1), şübhəli şəxs qismində saxlanıldığı 2 gün müddət onun cəzasından çıxılmalı, təyin olunmuş cəzanın icrası Kürdəmir rayon İcra və probasiya şöbəsinə həvalə olunmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. İş üzrə mülki iddia, maddi sübut, maddi ziyan və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, 09 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Rizvam oğlunun şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün, bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 08 (səkkiz) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yeri olan Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Üzərinə qoyulmuş vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə mülki iddia, maddi sübut, maddi ziyan, digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-69/2025
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-69/2025
24.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver