Məhkəmə qərarları › İş №1(041)-7/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-7/2023

01.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-7/2023 01.03.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi iştirakı ilə xx.xx.1976-cı ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, evli, Kürdəmir rayonu Atakişili kəndində pasport qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xeyli miqdarda özgə əmlakını gizli olaraq talama məqsədi və tamah niyyəti ilə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Kürdəmir rayonu Atakişili kəndində yerləşən Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin həyətinə hasardan keçib, pəncərədən evə qanunsuz daxil olaraq, evin içərisində olan hər birinin 150 manat dəyəri olan cəmi 450 manat dəyərində 03 ədəd pəncərədəki dəmir barmaqlıqları, hər birinin 40 manat dəyəri olan cəmi 120 manat dəyərində divarda olan 03 ədəd “BK” markalı kondinsionerin motor hissəsini, hər birinin 3 kq çəkisi və 7 manat dəyəri olan, cəmi 4000 manat dəyərində bağ sahəsi ilə həyət arasında olan 5 ədəd dəmir məhəccərin və bağa açılan 02 ədəd dəmir qapının içərisində olan 570 ədəd dairəvi şəkilli dəmir bəzəkləri, evin həyətində olan qazanxanadan hər birinin 200 manat dəyəri olan cəmi 400 manat dəyərində 02 ədəd biri uzunsov, digəri yastı formalı 1 metr uzunluğundakı dəmir sobaları, evin həyətində olan quyunun üzərində qapaq kimi istifadə edilən 100 manat dəyəri olan 2x1.2 m boyunda dəmir lövhəni, hamam və tualetdə olan 300 manat dəyərində unitaz, tuj, rakvin, lampa, evin həyətinə çəkilmiş ümumiklikdə 1600 manat dəyəri olan 500 metr uzunluğunda “İldırım kablo 300/500” kabelləri, enerji ayrıcılarını və enerji yuvasını (şiti) gizli yolla talayaraq Zərərçəkmiş şəxs 6970 manat məbləğində xeyli miqdarda maddi ziyan vuraraq oğurlamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, o, ilk dəfədir ki, cinayət əməli törədir. Zərərçəkmiş şəxs tanımışdır. Orxan onlarla eyni küçədə yaşamışdır. Təxminən 20 ildir ki, onlar Bakı şəhərində yaşayır. Orxanın evində heç kimin yaşamadığını bilirmiş. Orxanın qaynı aradabir gəlib evə nəzarət edirmiş. O, Orxanın evində yaşayış olmadığından istifadə edib, xx.xx.2022-ci il tarixdə saat 19 radələrində yaşadığı evin həyətindən nərdivan qoyaraq evin hasarından keçib Orxanın həyətinə daxil olmuş və evin çöl tərəfindən nərdivan qoyaraq 03 ədəd kondinsionerin metal hissələrini, bağ sahəsi ilə həyət arasında olan dəmir məhəccərin dəmir bəzəklərini sökərək həyətə yığmışdır. Oradan həyətdə olan qazanxanaya girərək 02 ədəd sobanı götürüb həyətə gətirmiş, daha sonra eyvandakı açıq pencərədən evə daxil olaraq içəri otaqlardakı pəncərələrdə olan 03 ədəd dəmir barmaqlıqları sökərək həyətə aparmışdır. Həmçinin həyətdə quyunun üzərində qapaq kimi istifadə olunan dəmir lövhəni, hamam və tualetdə olan aksessuarları, 02 ədəd bağa açılan dəmir qapını, evin həyətinə çəkilmiş kabelləri, lampaları, ayrıcıları və şiti oğurlayıb həyətə yığmışdır. Oğurladığı əşyaların hamısını hasara nərdivan qoyaraq öz həyətinə hissə-hissə yığmışdır. Oğurladığı əşyaları evinin eyvanının altına yığmışdır. Səhəri gün saat 11 radələrində onunla hasar bir qonşu olan qardaşı Şahid3 çağıraraq özünə məxsus əşyaları aparıb satmaq istədiyini və yol pulunu verəcəyini bildirmişdir. Onlar bəzək əşyalarını aparıb Kürdəmir şəhər Bakı prospektində yerləşən Şərbala adlı metal qəbulu ilə məşğul olan şəxsə satmış, 270 kq dəmirə 102 manat pul almışdır. Bundan 3-4 gün sonra 1 dəfə eyni qaydada 270-300 kq çəkidə olan metalları Şərbala adlı şəxsə, 2 dəfə isə Kürdəmir şəhəri Babək prospektində yerləşən metal qəbulu məntəqəsinə apararaq Nemət adlı şəxsə satmışdır. O, ümumilikdə oğurladığı əşyaları qardaşına məxsus avtomobillə 4 dəfə metal qəbulu məntəqəsinə apararaq satmışdır. Zərərçəkmiş şəxs evindən oğurluq etməyi barədə heç kimə heç nə deməmişdir. O, oğurladığı əşyaları evin altına yığdığı üçün ailə üzvlərindən heç kim onları görməmişdir. O, Zərərçəkmiş şəxs məxsus evdən oğurluq edən zaman həyətin qapısı kilidli olmuş, lakin onu qırmamışdır. Evin içərisindəki qapıların heç biri qıfıllanmamışdır. O, heç bir kilidi qırmamış və həyətə hasarı aşmaqla daxil olmuşdur. O, bundan başqa heç bir cinayət törətməmişdir. O, Zərərçəkmiş şəxs məxsus evdən oğurladığını əşyaları satarkən həmin əşyaların özünə məxsus olduğunu deyib, inandırdıqdan sonra satmışdır. O, törətdiyi əməldən peşmandır. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, ilk dəfə cinayət hadisəi törətməsini və zərərçəkmiş şəxsə vurduğu maddi ziyanın tam ödənilməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Zərərçəkmiş şəxs dəfələrlə məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhəkəməyə teleqram göndərərək ailə vəziyyəti ilə əlaqədar məhkəmə iclasına gələ bilməyəcəyini, mənhkəmə iclasının onun iştirakı olmadan keçirilməsinə etirazının olmadığını və cinayət işi üzrə ona dəymiş 6970 manat maddi ziyanın tam ödənildiyi üçün təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işi üzrə Zərərçəkmiş şəxs ibtidai istintaqda verdiyi izahatında göstərmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Ü.Bünyatzadə küçəsi 17/14-də qeydiyyatdadır və orada yaşayır. Kürdəmir RPŞ-nə müraciətilə bağlı onu deyə bilər ki, əvvəllər ailəliklə Kürdəmir rayonu Atakişili kəndində, Cənub Məhəlləsi deyilən ərazidə yaşamışdır. Təxminən 20 ildən çoxdur ki, Bakı şəhərinə köçmüşdür. Kürdəmir rayonu Atakişili kəndində yerləşən evi isə boş qalmışdır. Qaynı Şahid1 arabir həmin həyətə gedib nəzarət edir. Son 1 ildir ki, həmin həyəti satmaq istədiyi üçün elektrik xətlərində də təmir işləri aparmışdır. xx.xx.2022-ci il tarixdə Ruslan ona zəng edərək həyətdən oğurluq edildiyini müəyyən etdiyini ona demişdir. Belə ki, naməlum şəxs hasarı aşmaq yolu ilə həyətə daxil olaraq pəncərəni qırıb içəri daxil olub, evin iç tərəfində olan 3 ədəd pəncərədəki dəmir barmaqlıqları, divarda olan BK markalı 3 ədəd kondisionerin əlvan metaldan olan motor hissəsini, bağ sahə ilə həyət arasında olan məhəccərlərin və 2 ədəd bağa açılan ortası eyni bəzəkdən olan 2 ədəd dəmir qapının bəzəklərini, qazanxanada olan 2 ədəd biri uzunsov, digəri yastı formalı, 1 metr uzunluğundakı dəmir sobanı, həyətdə olan quyunun üzərində qapaq kimi istifadə olunan 2x1.2 sm boyunda dəmir lövhəni, hamam və tualetlərdə olan aksesesuarları, evin həyətinə çəkilmiş kabelllərin, lampaları, ayrıcıların və şiti oğurlamışdır. O, işlərilə əlaqədar sonra gələrək şikayət etmişdir. 5 ədəd dəmir məhəccərin içərisində hər birində 75-80 ədəd dairəvi şəkilli dəmir bəzəklər var idi. Həmin bəzək aksesuarları hər birinin 3 kq-a qədər çəkisi vardı. Onları vəfat etmiş atası xüsusi düzəltdirmişdir. Həmin dəmirlərin oğurlanması nəticəsində ona təxminən 4000 manat maddi ziyan dəymişdir. Elektrik naqilləri 2021-ci ilin oktyabr ayında yenilənmişdir və onlara ümumi 1600 manat xərc çəkilmişdir. BK markalı kondisionerin 1 ədədinin qiyməti təxminən 40 manat, dəmir sobaların hər birinin 200 manat qiyməti olmuşdur. Quyunun üzərində olan dəmir lövhənin 100 manat qiyməti olmuş, otaqların pəncərələrində olan dəmir barmaqlıqların hər birinin 150 manat qiyməti olmuşdur. Hamamda olan aksesuarlara görə isə 300 manat maddi ziyan olmaqla, ümumilikdə ona 6970 manat maddi ziyan dəymişdir. Həyətin və evin qapısı kilidli olmuş və orada heç bir qırılma olmamışdır. Yəqin ki naməlum şəxs hasarı aşmaq yolu ilə həyətə daxil olub, evin pəncərəsini qırıb içəri daxil olmuş, oğurladığı əşyaları da yəqin ki, hasarın üzərindən aparmışdır. Məhəccərlərin bəzəkləri hissələrə sökülüb aparılmışdır. Qaynı Şahid1 sonuncu dəfə 04 mart 2022-ci il tarixdə həyətdə olmuşdur. Yəqin ki, oğurluq 03-31 mart 2022-ci il tarixləri arasında olmuşdur. O, oğurluq etməkdə qonşusu Təqsirləndirilən şəxs şübhələnir. Məhkəmə iclasının vaxtı və yeri yeri barədə Şahid1a lazimi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir məlumat vermədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin 317.1-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmiş və ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuşdur. İbtidai istintaqda verdiyi ifadəsində Şahid1 göstərmişdir ki, ünvan 2 ünvanda ailəsi ilə birlikdə yaşayır. Bacısının əri olan Zərərçəkmiş şəxs uzun illərdir ki, Bakı şəhərində yaşayır. Onların Kürdəmir şəhəri Cənub Məhəlləsində yerləşən evində yaşayış olmamışdır. O, 15-20 gündən bir həmin həyətə gedib təmizlik işləri aparıb həyətə nəzarət edirmiş. Evin həyətinin giriş qapısı və evin giriş qapısı kilidlənmirmiş. xx.xx.2022-ci il tarixdə həmin həyətə gedəndə görmüşdür ki, otaqların pəncərəsində olan dəmir barmaqlıqlardan 3 ədədi yerində yoxdur. Həyətə baxanda bağ sahəsi ilə həyət arasında olan 5 ədəd məhəccərin və bağa açılan 2 ədəd dəmir qapının bəzəklərinin sökülüb oğurlandığını aşkar etmişdir. Bu barədə polis şöbəsinə məlumat vermişdir. Polis əməkdaşları həyətə baxış edərkən evdə olan Sovet istehsalı olan BK-2900 markalı 3 ədəd kondisionerin motor hissəsinin, qazanxanada olan 2 ədəd biri uzunsov, digəri yastı formalı, 1 metr uzunluğundakı dəmir sobanın, həyətdə olan quyunun üzərində olan 2x1.2 sm boyunda dəmir lövhənin, hamam və tualetlərdə olan unitaz, tuj, rakvin aksesesuarların, evin həyətinə çəkilmiş 500 metr uzunluğunda kabellərin, lampaların, ayrıcıların və şitin oradan oğurlandığını müəyyən etmişdir. Həmin əşyalar yeznəsi Orxana məxsusdur. 5 ədəd dəmir məhəccərin və bağ qapısının hər birinin içərisində 75-80 ədəd dairəvi şəkilli dəmir bəzəklər olmuşdur. Həmin bəzək aksesuarlarının hər birinin 3 kq-a qədər çəkisi olmuşdur. 570 ədəd bəzək əşyalarının oğurlanması nəticəsində onlara təxminən 4000 manat maddi ziyan dəymişdir. Elektrik naqilləri 500 metr uzunluğunda olmuş, 1 il əvvəl yenilənmiş və onlara ümumi 1600 manat xərc çəkilmişdir. BK 2900 markalı kondisionerin 1 ədədinin qiyməti təxminən 40 manat olmuşdur. Dəmir sobaların hər birinin 200 manat qiyməti olmuşdur. Quyunun üzərində olan dəmir lövhənin 100 manat qiyməti olmuş, otaqların pəncərələrində olan dəmir barmaqlıqların isə hər birinin 150 manat qiyməti olmuşdur. Onlara ümumilikdə 6670 manat maddi ziyan dəymişdir. Həyətin və evin qapısı kilidli olmuş, orada heç bir qırılma olmamışdır. Yəqin ki, naməlum şəxs(lər) hasarı aşmaq yolu ilə həyətə daxil olaraq evin pəncərəsini qırıb içəri daxil olunmuşlar. Oğurlanan əşyalar da yəqin ki, hasarın üzərindən aparılmışdır. Məhəccərlərin bəzəkləri sökülüb aparılmışdır. Sonuncu dəfə 04 mart 2022-ci il tarixdə o, həmin həyətdə olmuşdur. Həmin vaxt oradan oğurluq olmasını hiss etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərdi ki, Kürdəmir şəhəri T.Qurbanov küçəsində qeydiyyatda olmaqla orada yaşayır və subaydır. O, yaşadığı həyətdə metal qəbulu ilə məşğul olur. Cavid və Şahid3 əvvəllər rayon sakini kimi tanımışdır. Lakin onların qanunsuz əməllərlə məşğul olmasını bilməmişdi. Təxminən xx.xx.2022-ci il tarixdə Raul idarə etdiyi VAZ 21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onun həyətinə gəlmişdir. Yanında olan qardaşı Cavid avtomobilin yük yerində tullantı dəmirləri olduğunu onu satmaq istədiyini söyləmişdir. O, dairəvi formalı, 24 sm diametri olan dəmirləri haradan əldə etdiyini soruşduqda Cavid, usta işlədiyini, öz həyətindən götürdüyünü söyləmişdir. Onu avtomobildən boşaldıb çəkmiş və 350 kq gəlmişdir. Ona 122 manat pul vermiş və onlar getmişlər. Bundan təxminən 4-5 gün sonra yenə eyni formalı dəmirdən gətirmiş, onu da çəkmiş, 250 kq çəkidə olmuş və 87 manat onlara pul vermişdir. Həmin qəbul etdiyi metalları o, Bakı şəhərində yerləşən “Sumqayıt Sənaye parkı”-na satmışdır. O, həmin dəmirlərin oğurluq olduğunu bilməmiş, Cavid ona usta işlədiyini, öz həyətindəki söküntü dəmir olduğunu söyləmişdir. Cavid onları öz həyətindən sökdüyünü dediyi üçün onların oğurluq əşya olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun qardaşıdır. O, özünə məxsus VAZ 21011 markalı ** BB *** dövlət qeydiyyat nışanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. Qardaşı Cavid onunla qalabir qonşudur. O, ustalıqla məşğul olur. Bəzən işlədiyi yerdən zibilliyə atılan metalları gətirib satdığını görmüşdür. Təxminən 2022-ci ilin mart ayının 10-nu qardaşı Cavid ona həyətində metallar olduğunu, onu metal qəbulu məntəqəsinə aparmağını və yol pulunu verəcəyini demişdir. O, onlara gedəndə həyətdə dairəvi formalı dəmir olmuşdur. O, onları haradan əldə etdiyini soruşduqda Cavid usta işlədiyi yerdən ona verildiyini söyləmişdir. Həyətdə olan dəmirləri avtomobilin arxasına yığmışlar. Onu Kürdəmir şəhəri Bakı prospektində yerləşən “Şərbala” adlı metal qəbulu ilə məşğul olan şəxsə satmışlar. 270 kq dəmirə 90 manat pul verilmişdir. Bundan sonra 3-4 gün ara ilə 5 dəfə həyətdən 270-300 kq çəkilərdə eyni formalı dəmirləri 2 dəfə Şərbala adlı şəxsə, 2 dəfə də Bakı prospektində yerləşən metal qəbulu məntəqəsinə aparmışdır. Qardaşı metalları satıb hər dəfə ona 10-15 manat pul vermişdir. O, onların oğurluq olduğunu bilməmişdir. O, qardaşı Cavidin satdığı metalların oğurluq olduğunu bilməmiş, Cavid metalları usta kimi işlədiyi yerdən zibilliyə atılan zaman götürdüyünü bildirmişdir. O, Cavidlə birlikdə satdığı əşyaların oğurluq olmasını, qonşusu Orxanın evindən oğurlanmasını sonradan polis əməkdaşlarından eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla ailə üzvləri ilə həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs onun əmisidir. Onunla qonşuluqda yaşayır. Təxminən 3-4 ay bundan əvvəl əmisi ona qonşunun həyətində dəmir olduğunu və onu həyətə gətirməyə kömək etməsini demişdir. O, isə razı olmamışdır. Müxtəlif vaxtlarda əmisinin həyətinə bir neçə taksinin gəlib getdiyini görmüşdür. Lakin onlardan yalnız ağ rəngli VAZ 2106 markalı avtomobili idarə edən Xaləddin adlı şəxsi tanıyır. Digərlərini xatırlamır. Əmisinin hardan nə oğurladığını bilmir. O,əmisi Cavidin qonşuları Orxanın evindən oğurluq etdiyini bilmirmiş. Atası bir neçə dəfə əmisinə məxsus metal əşyaları onunla birlikdə yığıb aparmışdır. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 663 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Kürdəmir rayonunun Atakişili kəndində yaşayır və himayəsində 4 nəfər vardır.. (bax iş vər. 154) İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Atakişili kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin və Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.155) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Bax İİ cild iş vər 95) İş materiallarına əlavə edilmiş “Kürdəmir rayon mərkəzi xəstəxanası” publik hüquqi şəxsindən daxil olan xx.xx.2022-ci il tarixli 631 nömrəli məktubdan görünür ki, Poladov X6 MRX-nın PHŞ-ın Polikilinika şöbəsində həkim psixatr və narkoloqun qeydiyyatında yoxdur. (bax iş vər 140) İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 05 sentyabr 2022-ci il tarixli 9/5891 saylı rəyində qeyd edilmişdir ki, Zərərçəkmiş şəxs məxsus mallar: 03 ədəd pəncərədəki 2x2.2 m ölçülü dəmir barmaqlıqların qiyməti 210 manat, 03 ədəd “BK” markalı kondinsionerin motor hissəsinin qiyməti 120 manat, hər birinin 3 kq çəkisi olan bağ sahəsi ilə həyət arasında olan 5 ədəd dəmir məhəccərin və bağa açılan 02 ədəd dəmir qapının içərisində olan 570 ədəd dairəvi şəkilli dəmir bəzəkləri qiyməti 1710 manat, 02 ədəd biri uzunsov, digəri yastı formalı 1 metr uzunluğundakı dəmir sobaların qiyməti 160 manat, 2x1.2 m boyunda dəmir lövhənin qiyməti 80 manat, hamam və tualetdə olan unitaz, tuj, rakvinin qiyməti 150 manat, evin həyətinə çəkilmiş “İldırım kablo 300/500” kabellərin qiyməti 500 manat, enerji ayrıcılarını və enerji yuvasının (şit) qiyməti 100 manatdır. Ekspertiza təyini haqqında qərarda göstərilən 9 adda malların orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 2022-ci ilin mart ayına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən - 3030,00 manat müəyyən edilmişdir. (bax iş vər 161-164) Beləliklə, məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs, törətmiş olduğu cinayət əməli özünü səmimi etirafı, zərərçəkmiş şəxsin ibtidai istintaqda verdiyi izahatı və şahid ifadələri ilə, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən C.Q.Poladun cinayət əməli düzgün olaraq AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif olunmuşdur. O, həmin maddələrlə təqsirlidir və cəza almalıdırlar. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlini etiraf edib əməlindən peşman olmasını, AR CM-nin 59.1.13-ci maddəsinə əsasən zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödənilməsini və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilmiş prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına, ailəsinin həyat şəraitinə təsirini və cəzanı yüngülləşdirən halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğluna cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi cəzanın məqsədini təmin edə bilər. Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilməli, barələrində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməli, barələrində seçimiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Kürdəmir rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 4(041)-49/2022 saylı, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında qərarda görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 31 may 2022-ci il tarixdən hesablanmışdır. (bax iş vər 97-98) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldıqları müddət bir günə iki gün hesabı ilə onlara təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmin Məcəllənin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, təqsirləndirilən şəxs Poladov X6 rayonun Atakişili kəndində qeydiyyatda olmaqla yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, spirtli içkilərin qəbul edildiyi yerə getməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tam ödənilməsi nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan və Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan 3 kq çəkisi olan 24 diametrli dairəvi şəkilli dəmir bəzək hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılmaslıdır. İş üzrə olan 50 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi Qubad qızı, Təqsirləndirilən şəxs məhkəmə dövründə hüquqlarının müdafiə edilməsi üçün Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.4-cü maddələrinə əsasən dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb edilmişdir. Cinayət işi materialı xx.xx.2022-ci il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. İşə baxılaraq 01 mart 2023-cü il tarixdə hökm çıxarılmışdır. Müdafiəçi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs məhkmədə hüquqlarının müdafiəsinə 50 saat vaxt sərf etmişlər. Azərbaycan Respublikası CPM-nin 193.5-ci maddəsinə əsasən bu Məcəllənin 193.2 və 193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat hər iş saatı üçün Azərbaycan Respublikası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» 03 may 2018ci il tarixli, 202 nömrəli qərarına əsasən hər iş saatı üçün 06 manat ödənilməlidir. Qeyd olunanlara əsasən Müdafiəçi Qubad qızına dövlət hesabına hər iş saatı üçün 06 manat olmaqla, 300 (üç yüz) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 357, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 09 ay, 02 gün bir günə iki gün hesabı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalından azad edilsin. Barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin. Qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Atakişili kəndində yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə vurulmuş 6970 (altı min doqquz yüz yetmiş) manat maddi ziyanın ödəniməsi nəzərə alınsın. İş üzrə maddi sübut kimi Kürdəmir RPŞ-nin maddi sübutların saxlanma kamerasında saxlanılan Zərərçəkmiş şəxs məxsus evdən oğurlanan 3 kq çəkisi olan 24 diametrli dairəvi şəkilli dəmir bəzək hökm qanuni qüvvəsini aldıqdan sonra sahibinə qaytarılsın. Təqsirləndirilən şəxs 50 manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə AZ.MEM, VÖEN-**********, Hesab № 2088501, X3, KOD-210005 VÖEN-********** Müxbir hesab AZ85NABZ**********003944 SWİFT-BİK CTREAZ22 nömrəli hesaba keçirilsin. İş üzrə mülki iddia və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Təqsirləndirləndirilən şəxslərin məhkəmədə hüquqlarının müdafiə edilməsi üçün dövlət hesabına 50 saat hər iş saatına 06 manat hesab edilməklə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, fərdi fəaliyyət göstərən vəkil X2 300 (üç yüz) manat ödənilsin. Hökmdən elan olunduğu 20 gün müddətində Kürdəmir rayon Məhkəməsi vasitəsi ilə, Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar