Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-7/2024 22.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X48 Xalıq oğlunun sədrliyi Məhkəmə iclas katibi Gülalıyev Orxan Vəzir oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Müdafiəçi Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1981-ci ildə Kürdəmir rayonu Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, işləmyən, məhkumluğu olmayan, evli, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin binasında (Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, vahid niyyətlə xx.xx.1968-ci ildə Kürdəmir rayonu Sor-Sor kəndində anadan olmuş, evli, məhkum olunmayan, fərdi əməklə məşqul olan, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonu Sor-Sor kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs11 2600 manat müqabilində qızı X29 şəhər 8 №-li uşaq bağcasına təsərrüfat işləri üzrə müdir vəzifəsinə düzəldəcəyini yalandan vəd edib inandıraraq, Zərərçəkmiş şəxs11 xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Kürdəmir şəhəri Babək küçəsində yerləşən “Kapital Bankın” qarşısında 1500 manat pulunu və sonuncudan xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Kürdəmir şəhəri Babək küçəsində yerləşən “Kapital Bankın” qarşısında 1100 manat pulunu alıb ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs11 2600 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.1973-cü ildə Kürdəmir rayonu Xırdapay kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şıxımlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs4 2500 manat müqabilində arvadı Şahid2 Kürdəmir şəhər 6 №-li tam orta məktəbinə laborant kimi işə düzəldəcəyini yalan vəd edib inandıraraq, Zərərçəkmiş şəxs4 xx.xx.2022-ci il tarixdə saat 09 radələrində Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən V.Qurbanov adına “Köhnəbazar” (Şıxımlı) kənd tam orta məktəbinin qarşısında, sonuncunun 2500 manat pulunu alıb ələ keçirərək, Zərərçəkmiş şəxs4 həmin məbləqdə ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.1976-cı ildə Kürdəmir rayonu Mürtülü kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mürtülü kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs6 2500 manat müqabilində arvadı Şahid3 V.Qurbanov adına Kürdəmir rayonu Köhnəbazar (Şıxımlı) kənd tam orta məktəbinə laborant kimi işə düzəldəcəyini yalan vəd edib inandıraraq, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Zərərçəkmiş şəxs6 yaşadığı Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən evinin qarşısında, sonuncudan 2500 manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs6 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.1996-cı ildə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs1 2000 manat müqabilində Kürdəmir rayonu Atakişili kənd tam orta məktəbinə gənclərin çağırışaqədərki hərbi hazırlıq müəllimi kimi işə düzəldəcəyini yalan vəd edib inandıraraq, Zərərçəkmiş şəxs1 xx.xx.2022-ci il tarixdə saat 17 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində mərkəzi poçtun yaxınlığında, sonuncunun 2000 manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.1993-cü ildə Kürdəmir rayonu Qaraqocalı kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Qaraqocalı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs8 2500 manat müqabilində X2nı Kürdəmir şəhər 6 nömrəli tam orta məktəbinə laborant kimi işə düzəldəcəyini yalan vəd edib inandıraraq, Səməd Yahyayevdən xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri Babək küçəsində, sonuncunun 2500 manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs8a həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.1987-ci ildə Kürdəmir rayonu Şahsevən kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Şıxımlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs2 2500 manat müqabilində Kürdəmir şəhər 5 nömrəli tam orta məktəbə laborant kimi işə düzəldəcəyini yalan vəd edib inandıraraq, Zərərçəkmiş şəxs2 xx.xx.2023-cü il tarixdə saat 16 radələrində yaşadığı Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən evinin qarşısında, sonuncunun 2000 manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.1972-ci ildə Kürdəmir rayonu Şıxımlı kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Kürdəmir rayonu Mürtülü kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs7 2700 manat müqabilində bibisi Şahid4 V.Qurbanov adına Kürdəmir rayon “Köhnəbazar”(Şıxımlı) kənd tam orta məktəbinə laborant kimi işə düzəldəcəyini yalan vəd edib inandıraraq, Zərərçəkmiş şəxs7 xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Kürdəmir şəhəri X40 küçəsində yerləşən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin X44” X47 Kürdəmir rayon mərkəzi xəstəxanasının X39rşısında, sonuncunun 2700 manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs7 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.1956-cı ildə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmuş, evli, məhkum olunmayan, fərdi əməklə məşqul olan, təqaüdçü, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs10 3000 manat müqabilində gəlini Şahid8 Kürdəmir şəhər 5 №-li tam orta məktəbinə laborant kimi işə düzəldəcəyini yalandan vəd edib inandıraraq, Zərərçəkmiş şəxs10 xx.xx.2023-cü il tarixdə saat 12 radələrində Kürdəmir şəhəri X40 küçəsində yerləşən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin X44” X47 Kürdəmir rayon mərkəzi xəstəxanasının X39rşısında, sonuncunun 3000 manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs10 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.1988-ci ildə Kürdəmir rayonu Dəyirmanlı kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşqul olan, Kürdəmir rayonu Dəyirmanlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs3 2500 manat müqabilində arvadı X16 Kürdəmir şəhər 2 nömrəli tam orta məktəbinə laborant kimi işə düzəldəcəyini yalan vəd edib inandıraraq, Zərərçəkmiş şəxs3 xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Kürdəmir rayonu Dəyirmanlı kəndində, sonuncunun 2500 manat pulunu alıb ələ keçirməklə, ümumilikdə zərərçəkmiş şəxs B.B. Babayevə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.1965-ci ildə Kürdəmir rayonu Yenikənd kəndində anadan olmuş, evli, məhkum olunmayan, fərdi əməklə məşqul olan, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs13 3000 manat müqabilində arvadı X17 Kürdəmir şəhəri Heydər Əliyev adına müzeyə təmsilçi kimi işə düzəldəcəyini yalandan vəd edib inandıraraq, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində sonuncunun yaşadığı Kürdəmir rayonu Yenikənd kəndində yerləşən evinin qarşısına gələrək, orada Zərərçəkmiş şəxs13 3000 manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs13 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, vahid niyyətlə xx.xx.1991-ci ildə Kürdəmir şəhərində anadan olmuş, evli, məhkum olunmayan, fərdi əməklə məşqul olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ünvan 10 ünvanda yaşayan Zərərçəkmiş şəxs12 4700 manat müqabilində ünvan 11 orta məktəbinə kitabxanaçı kimi işə düzəldəcəyini yalandan vəd edib inandıraraq, Zərərçəkmiş şəxs12 15 fevral 2023-cü il tarixdə saat 11 radələrində Kürdəmir şəhəri X40 küçəsində yerləşən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin X44” X47 Kürdəmir rayon xəstəxanasının X39rşında, sonuncunun 2500 manat pulunu və 22 fevral 2023-cü il tarixdə saat 11 radələrində Kürdəmir şəhəri X40 küçəsində yerləşən Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrinin X44” X47 Kürdəmir rayon mərkəzi xəstəxanasının X39rşında 2200 manat pulunu alıb ələ keçirməklə, ümumilikdə zərərçəkmiş şəxs X.R. Babayevaya 4700 manat maddi ziyan vurub ona qarşı dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.1969-cu ildə Kürdəmir rayonunda anadan olmuş, evli, məhkum olunmayan, fərdi əməklə məşqul olan, orta ixtissas təhsilli, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonu Yenikənd kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs14 3000 manat müqabilində gəlini X14 rayonu Atakişili kənd tam orta məktəbinə bədən tərbiyəsi müəlliməsi kimi işə düzəldəcəyini yalandan vəd edib inandıraraq, Zərərçəkmiş şəxs14 həmkəndlisi X4 vasitəsi ilə göndərdiyi 3000 manat pulu xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən V.Qurbanov adına “Köhnəbazar” (Şıxımlı) kənd tam orta məktəbinin inzibatı binasında Yadigar Kazımovadan alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs14 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə xx.xx.1970-ci ildə Kürdəmir rayonu Atakişili kəndində anadan olmuş, evli, məhkum olunmayan, fərdi əməklə məşqul olan, Azərbaycan Respublikası vətəndaşı, Kürdəmir rayonu Atakişili kəndində qeydiyyatda omaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs9 3000 manat müqabilində qızı Şahid10 Kürdəmir rayonunda yerləşən məktəblərin birinə müəllim-psixoloq kimi işə düzəldəcəyini yalandan vəd edib inandıraraq, Zərərçəkmiş şəxs9 xx.xx.2023-cü il tarixdə saat 15 radələrində Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən V.Qurbanov adına “Köhnəbazar” (Şıxımlı) tam orta məktəbinin qarşısında, sonuncunun 3000 manat pulunu alıb ələ keçirməklə, Zərərçəkmiş şəxs9 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə, vahid niyyətlə xx.xx.1958-ci ildə Kürdəmir rayonu Qaraqocalı kəndində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Kürdəmir rayonu Qaraqocalı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Zərərçəkmiş şəxs5 3900 manat müqabilində gəlini X7 Kürdəmir rayonu ərazisində olan məktəblərin birinə müəllimə kimi işə düzəldəcəyini yalan vəd edib inandıraraq, Zərərçəkmiş şəxs5 xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri H.Əliyev prospektində, sonuncunun 3100 manat pulunu və xx.xx.2023-cü il tarixdə saat 10 radələrində Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən V.Qurbanov adına “Köhnəbazar” (Şıxımlı) kənd tam orta məktəbinin qarşısında 800 manat pulunu alıb ələ keçirməklə, ümumilikdə Zərərçəkmiş şəxs5 3900 manat maddi ziyan vurmaqla dələduzluq etmişdir Məhkəmə istintaqında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam şəkildə təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə Kürdəmir rayonu, Atakişili kəndində yaşayır, ali təhsillidir. Vüqar Qurbanov adına Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən “Köhnəbazar” kənd tam orta məktəbində gənclərin çağırışaqədər ki hərbi hazırlıq müəllimi işləyib, Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan Zərərçəkmiş şəxs4, Kürdəmir rayonu Mürtülü kəndində yaşayan Zərərçəkmiş şəxs6, Kürdəmir rayonu Yenikənd kəndində yaşayan Zərərçəkmiş şəxs1, Kürdəmir rayonu Qaraqocalı kəndində yaşayan Zərərçəkmiş şəxs8, Kürdəmir rayonu Qaraqocalı kəndində yaşayan Zərərçəkmiş şəxs5, Kürdəmir rayonu Şıxımlı kəndində yaşayan Zərərçəkmiş şəxs2, Kürdəmir rayonu Mürtülü kəndində yaşayan Zərərçəkmiş şəxs7, Kürdəmir rayonu Dəyirmanlı kəndində yaşayan Zərərçəkmiş şəxs3, Kürdəmir rayonu Aran qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs12, Kürdəmir rayonu Yenikənd kəndində yaşayan Zərərçəkmiş şəxs13, Kürdəmir rayonu Sor-Sor kəndində yaşayan Zərərçəkmiş şəxs11 və Şahid9, Kürdəmir rayonu Atakişili kəndində yaşayan Zərərçəkmiş şəxs9, Kürdəmir rayonu Yenikənd kəndində yaşayan Zərərçəkmiş şəxs10 və Kürdəmir rayonu Dəyirmanı kəndində yaşayan Zərərçəkmiş şəxs14 müxtəlif vasitələrlə tanımışdır. 2021-ci ildə müsabiqə yolu ilə şəxslərin pulsuz olaraq imtahanlardan keçdiyini görüb, Yevlax şəhərində yerləşən Regional Təhsil İdarəsində tanışı olduğunu, onun vasitəsilə şəxsləri işə düzəltmək imkanını tanışlarına, həmçinin iş yoldaşlarına bildirmişdir. 2022-cü ilin mart ayında Kürdəmir rayonu Sor-Sor kənd sakini Zərərçəkmiş şəxs11 ona zəng edib, qızı Çınarənin orta ixtissas təhsilli olduğunu, onu Kürdəmir rayon ərazisində təhsil sektoruna işə düzəltmək istədiyini bildirmişdir. Razılaşmalarına əsasən xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Ayaz və onun qızı Çınarə ilə birlikdə Kürdəmir şəhəri Babək prospektində yerləşən Kapital-Bankın qarşısında görüşmüşlər. Çınarənin sənədlərinə baxıb, onlara Çınarəni Kürdəmir şəhər ərazisində yerləşən 8 №-li bağçaya təsərrüfat müdüri vəzifəsinə düzəldə biləcəyini demiş və bunun müqabilində onlardan 2600 manat alaraq öz ehtiyacına xərcləmişdir. 2022-ci ilin noyabr ayının ortalarında Yadigar müəllimə ona zəng edərək tanışı Şahid2 Kürdəmir rayonu təhsil sektoruna işə düzəlmək istədiyini demiş və ona Mətanətin, eləcə də onun əri İlhamın nömrəsini vermişdir. İlhamla, eləcədə Mətanətlə telefonla danışıb onlara yalandan təhsil sektorunda geniş imkanları olduğunu bildirmiş və İlham ona yaşadığı Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində çayxanada xidmətçi işlədiyini, arvadı Şahid2 hazırda işsiz evdar qadın olduğunu, neçə müddətdir ki, onun hər hansısa dövlət işində işə düzəlməsi üçün tanışlarına soraq etsə də, arvadı üçün bir iş tapmadığını bildirmişdir. O, İlhama arvadı Mətanəti Kürdəmir şəhəri 6-li məktəbdə laborant vəzifəsinə işə düzəltməyı yalandan söz vermiş və həmin işə görə İlhamdan 2500 manat pul istəmişdir. İlham onunla razılaşmış, 20 noyabr 2022-ci il tarixdə saat 09 radələrində İlhamın yaşadığı Kürdəmir rayonu Şıxımlı kəndində gələrək, küçədə İlhamdan 2500 (iki min beş yüz) manat pulu və Mətanətin şəxsiyyət vəsiqəsiniin sürətini, sağlamlıq haqqında arayışını, icra nümayəndəliyindən alınmış arayışı, ¾ ölçüdə fotoşəkilinı alıb çıxıb getmişdir. İlhamla aralarında olan razılaşma və söz-söhbəti yalnız şifahi şəkildə olmuşdur. İlham ona 2500 manat pulu verərkən yanlarında heç kim olmamış, Mətanətə aid sənədləri sonradan itirmişdir. Həmin pulu öz ehtiyaclarına xərcləmiş, həmin puldan heç-kimə verməmişdir. Bundan başqa işdə olarkən iş yoldaşı Yadigar müəllimə eltisi Şahid3 işə düzəlmək istədiyini demiş, onu Kürdəmir rayon ərazisində təhsil sektoruna pul müqabilində işə düzəldə biləcəyini bildirəndən sonra Yadigar müəllimə kiminləsə telefonla danışmış və ona Zərərçəkmiş şəxs6 mobil nömrəsini vermişdi və o Malikə zəng etmişdir. Malik ona bildirmişdir ki, arvadı Şahid3 işsizdir, evdar qadındır, neçə müddətdir ki, onu hər hansısa dövlət işində işə düzəlməsi üçün tanışlarına soraq etmiş, lakin bir nəticə əldə etməmişdir. Bir neçə gündən sonra Maliklə Kürdəmir rayonu Şıxımlı kənd ərazisində görüşmüş, söhbət zamanı Malikə Lətafətin şəxsiyyət vəsiqəsinin sürətini, sağlamlıq haqqında arayışını, yaşadığı icra nümayəndəliyindən arayışını, ¾ ölçüdə fotoşəkilini hazırlayıb 2500 (iki min beş yüz) pulla birlikdə təqdim etməsini, həmçinin Lətafəti yaxın müddət ərzində Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbə laborant kimi işə düzəldəcəyini söz vermişdir. Malik onunla razılaşmış, 28 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Maliklə telefon danışıqlarına əsasən, onunla Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən yaşadığı evində görüşmüş, ondan 2500 (iki min beş yüz) manat pulu və arvadı Lətafətin sənədlərini götürüb, yenidən ona yaxın müddət ərzində arvadı Lətafəti Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbə laborant kimi əmrini verdirəcəyini söz vermişdir. Maliklə razılaşmaları və söz-söhbətləri, yalnız şifahi şəkildə heç-kim iştirak etmədən olmuşdur. Həmin pulu öz ehtiyaclarına xərcləmiş, həmin puldan heç-kimə verməmişdir. Səhəri gün məktəbdə Yadigar müəllimə ilə görüşüb, ona vakant yerlər dolduğunu, sonra kürəkəni Əbülhəsəni işə düzəldə bilməyəcəyini bildirmişdir. Yadigar müəllimə isə ona, bu axşam Əbülhəsənlə danışacağını ona demişdir. 2022-ci ilin dekabr ayının əvvələrində Əbülhəsən ona zəng etmiş, onunla Kürdəmir rayonu Şıxımlı kənd ərazisində işlədiyi məktəbin qarşısında görüşmüş və Əbülhəsənə, onu Kürdəmir rayonu Atakişili kənd orta məktəbinə gənclərin çağırışaqədərki hərbi müəllim vəzifəsinə düzəldə biləcəyimi söz vermiş, həmçinin həmin işin düzəlməyinə görə ondan 2000 manat alacağını, pulla birlikdə şəxsiyyət vəsiqəsinin sürətini, sağlamlıq haqqında arayışı, yaşadığı icra nümayəndəliyindən arayışı, ¾ ölçüdə fotoşəkillərini ona verməsini demiş və Əbülhəsən onunla razılaşmışdır. 08 dekabr 2022-cü il tarixdə səhər saatlarında Əbülhəsənə zəng edib, həmin günü saat 17 radələrində Kürdəmir şəhəri Heydər Əliyev küçəsində mərkəzi poçtun yaxınlığında görüşüb, ondan işə düzəltmək adı ilə 2000 (iki min) manat pulunu, eləcə də dediyi sənədləri almış, ondan pulu alanda yanlarında başqa şəxs olmamışdır. Həmin pulu öz ehtiyaclarına xərcləmiş, həmin puldan heç-kimə verməmişdir. Həmin ərəfələrdə Əlibala müəllimlə işdə görüşmüş, ondan yaxın qohumlarından Kürdəmir rayon ərazisində təhsil sektoruna işə düzəlmək üçün şəxslərin olub-olmamasını soruşmuşdur. Əlibala müəllim tanışı Səməd adlı şəxsin arvadı Rüfanəni işə düzəltmək istədiyini ona bildirmişdir. Sonra Əlibala müəllimdən Səmədin nömrəsini götürüb ona zəng etmişdir. 2022-ci ilin dekabr ayının əvvələrində Səmədlə Kürdəmir rayonu Şıxımlı kənd ərazisində görüşmüş və ona arvadı Rüfanəni Kürdəmir şəhəri 6-li məktəbdə laborant vəzifəsinə düzəldə biləcəyinə yalandan söz vermiş, həmçinin həmin işin düzəlməyinə görə Səməddən 2500 manat pul istəmişdir. Daha sonra Səmədə zəng edib 12 dekabr 2023-cü il tarixdə 2500 manat pulla birlikdə, arvadı Rüfanənin şəxsiyyət vəsiqəsiniin sürətini, sağlamlıq haqqında arayışı, yaşadığı icra nümayəndəliyindən arayışı təqdim etməsini bildirmiş və Səməd onunla razılaşmışdır. 12 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri Babək küçəsində Səmədlə görüşüb ondan arvadı Rüfanəni işə düzəltmək üçün 2500 manat pulu və dediyi sənədləri almışdır. Səmədlə razılaşmaları və söz-söhbətləri, yalnız şifahi şəkildə heç-kim iştirak etmədən olmuşdur. Həmin pulu öz ehtiyaclarına xərcləmiş, həmin puldan heç-kimə verməmişdir. Bundan sonra işlədiyi məktəbdə Yadigar müəllimə ilə görüşüb ona demişdir ki, hazırda vakant yerlər var tanışı varsa işə düzəldə bilər və tanışlarına bu barədə bildirsin. 2023-cü ilin əvvəlində Yadigar müəllimə məktəbdə onunla görüşüb tanışı Əfsanə barədə söhbət etmiş, o isə Əfsanəni Kürdəmir şəhər 5-li məktəbdə labarant kimi işə düzəldə biləcəyini demiş, Yadigar müəllimə ona Əfsanənin və Qiyasın telefon nömrəsini vermişdir. Sonradan Qiyasla əlaqə saxlayıb onunla danışmış, Qiyasla, həmçinin Əfsanə ilə həmin işin düzəlməsi üçün onlarla 2500 manata razılaşmış, belə ki 2000 manatı nəğd şəkildə alacağını, 500 manatı isə Əfsanənin əmri veriləndən sonra alacağını onlara demiş və Əfsanəyə 2000 manat pulla birlikdə şəxsiyyət vəsiqəsiniin sürətini, sağlamlıq haqqında arayışını, yaşadığı icra nümayəndəliyindən arayışını və ¾ ölçüdə fotoşəkilini verməsini demişdir. Bir müddət sonra Qiyas ona zəng edib pulun və Əfsanəyə aid sənədlərin tam hazır olduğunu bildirmişdir. Səhəri günü, yəni 10 yanvar 2023-cü il tarixdə saat 16 radələrində onların yaşadığı Kürdəmir rayonu Şıxımlı kəndindəki evlərinə getmiş, Əfsanənin və Qiyasın yanında, Əfsanədən 2000 manatı və dediyi sənədləri alıb çıxıb getmişdir. Əfsanə ilə razılaşmaları və söz-söhbətləri, yalnız şifahi şəkildə Qiyasın iştirakı ilə olmuşdur. Həmin pulu öz ehtiyaclarına xərcləmiş, həmin puldan heç-kimə verməmişdir. Daha sonra Zərərçəkmiş şəxs7 ilə təsadüfən Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində rastlaşıb onunla söhbət etmiş və Rövşən ona məktəbdə hər hansı boş iş yer olsa ona bildirməyi xahiş etmişdir. Rövşənə demişdir ki, iş var, lakin bir qədər xərc tələb olunur. Sonra Rövşən onunla telefonla danışmış və ona bibisi Dursunu işə düzəltmək istədiyini demiş, Rövşənə bildirmişdir ki, Dursunu 2700 manat müqabilində Kürdəmir rayon Şıxımlı kəndində yerləşən V.Qurbanov adına Köhnəbazar tam orta məktəbinə laborant vəzifəsinə işə düzəldə bilər. Rövşən onunla razılaşmış, xx.xx.2023-ci il tarixdə saat 11 radələrində Kürdəmir rayon Mərkəzi xəstəxananın qarşısında, yəni Kürdəmir şəhəri X40 küçəsində Rövşənlə görüşüb ondan 2700 manat pulunu almış və ona söz vermişdir ki, bir ay ərzində bibisi Dursunu Kürdəmir rayon Şıxımlı kəndində yerləşən V.Qurbanov adına Köhnəbazar tam orta məktəbinə laborant vəzifəsinə düzəldəcək. Sonra Dursunun şəxsiyyət vəsiqəsiniin sürətini, sağıamlıq haqqında arayışı, yaşadığı icra nümayəndəliyindən arayışı və ¾ ölçüdə fotoşəkilini Rövşəndən almışdır. Rövşənlə razılaşmaları və söz-söhbətləri, yalnız şifahi şəkildə heç-kim iştirak etmədən olmuşdur. Həmin pulu öz ehtiyaclarına xərcləmiş,həmin puldan heç-kimə verməmişdir. 2023-cü ilin fevral ayında məktəbdə olarkən Yadigar müəlləmə ondan kürəkəni Əbülhəsənin işini soruşmuş, eyni zamanda bir nəfər həmyerlisinin gəlini Fərqanənin işə düzəltmək istəməsini bildirmişdir. Yadigar müəllimədən həmin şəxsin nömrəsini, yəni Zərərçəkmiş şəxs10 nömrəsini almış və Nizami kişinin mobil telefonuna zəng edərək özünü təqdim etməklə danışmışdır. Sonra Nizami onu evinə dəvət edərək, oturub bu barədə söhbət etməsini təklif etmişdir. Həmin günü Nizaminin yaşadığı Kürdəmir rayonu Yenikənd kəndində yerləşən evinə gedib, onu inandırmaq üçün əvvəlcə gəlini Fərqanənin tərcüməyi halını, ¾ ölçüdə 04 ədəd fotoşəkilini, yaşayış yeri üzrə arayışı və şəxsiyyət vəsiqəsinin sürətini istəmiş və ona, sənədlər tam hazır olduqda 3000 manat pulla birlikdə təqdim etməsini demişdir. Telefon danışıqlarına əsasən, Nizami ilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrındə Kürdəmir RMX-nın qarşısında görüşüb, ondan 3000 manat pulu və qeyd etdiyi sənədləri almışdır. Nizamiyə özünə inandırmaq üçün gəlini Fərqanəni Yevlax şəhərində yerləşən Aran Regional təhsil idarəsinə ərizə yazmaq üçün göndərmişdir ki, bəlkə onu işi alınar. Nizaminin gəlini Fərqanə Yevlax şəhərinə gedərək, orada Aran Regional təhsil idarəsində işə qəbul olunması haqqında ərizə yazmışdı. Sonradan Fərqanəyə aid sənədləri itirmiş, Nizamidən aldığı 3000 manat pulu öz ehtiyaclarına xərcləmiş, həmin puldan heç-kimə verməmişdir. Bundan sonra, yəni 2023-cü ilin yanvar ayının ortalarında Kürdəmir rayonu Dəyirmanlı kənd sakini Zərərçəkmiş şəxs3 ona zəng etmiş və onunla görüşmək istədiyini demişdir. 2023-cü ilin fevral ayının əvvələrində Bəhruzla Kürdəmir rayonu Şıxımlı kənd ərazisində, işlədiyi məktəbin qarşısında görüşmüş, Bəhruz ona arvadı Şəhlanı işə düzəltmək istədiyini demişdir. O, isə Bəhruza arvadı Şəhlanı Kürdəmir şəhər 2 nömrəli tam orta məktəbinə laborant kimi işə düzəldə biləcəyini, həmçinin həmin işin düzəlməyinə görə Bəhruzdan 2500 manat pul istəmiş, həmçinin işə düzəltmək ilə bağlı ondan arvadı Şəhlanın şəxsiyyət vəsiqəsinin sürətini, həmçinin barəsində sağlamlıq haqqında arayışı, yaşadığı icra nümayəndəliyindən arayışı, ¾ ölçüdə fotoşəkilləri hazırlayıb, 2500 manat pulla birlikdə ona təqdim etməsini bildirmişdir. Bəhruz ona sənədləri düzətdikdən sonra zəng etmiş və 13 fevral 2023-cü il tarixdə saat 11 radələrində Bəhruzun yaşadığı Kürdəmir rayonu Dəyirmanlı kəndində yerləşən evinə getmiş, evin qarşısında Bəhruzdan arvadı Şəhlaya aid sənədləri və 2500 manat pulu əlbə-əl almışdır. Bəhruz 2500 manat pulu ona verərkən yanlarında başqa şəxs olmamışdır. Bəhruzla razılaşmaları və söz-söhbətləri, yalnız şifahi şəkildə heç-kim iştirak etmədən olmuşdur. Həmin pulu öz ehtiyaclarına xərcləmiş, həmin puldan heç-kimə verməmişdir. 2023-cü ilin fevral ayında işə düzəltmək adı ilə pul aldığı Zərərçəkmiş şəxs3 ona zəng edib qohumu Zərərçəkmiş şəxs13 arvadını işə düzəltmək istədəyini bildirmışdır. O, isə Bəhruza heç-bir problem olmadığını demişdir. Sonradan qiyabi tanıdığı Zərərçəkmiş şəxs13 zəng edib arvadı Afaqı məktəbə texniki işçi kimi işə düzəldə biləcəyini bildirmiş, lakin ona Kürdəmir rayon ərazisində olan məktəblərdə boş vakant yerlər olmadığını, hal-hazırda Kürdəmir şəhər Heydər Əliyev muzeyində təmsilçi kimi bir vakant yer olduğunu əgər istəsə həmin yerə 3000 manat müqabilində arvadı Afaqı müzeyin təmsilçisi kimi işə düzəldə biləcəyini demişdir. Sonradan Hafis onunla Kürdəmir rayonu Şıxımlı kəndində görüşmüş, Hafis ona arvadı Afaqın razı olduğunu, 3000 manat pulu, həmçinin sənədləri yaxın müddətə düzəldəcəyini demişdir. Sonradan Hafis ona yenidən zəng etmiş, Hafisi daha da inandırmaq üçün arvadı Afaqın adına tərcüməyi halı, ¾ ölçüdə 04 ədəd fotoşəkilini, yaşayış yeri üzrə arayışı və şəxsiyyət vəsiqəsinin sürətini hazırlayıb 3000 manat pulla birlikdə ona vərməsini demişdir. 21 fevral 2023-cü il tarixdə saat 10 radələrində Hafisin yaşadığı Kürdəmir rayonu Yenikənd kəndində yerləşən evinə gedib, evin qarşısıda Hafisdən arvadı Afaqa aid qeyd etdiyi sənədləri və 3000 manat pulu əlbə-əl almışdır. Sonradan Afaqa aid sənədləri itirmiş, həmin pulu öz ehtiyaclarına xərcləmiş, həmin puldan heç-kimə verməmişdir. Bundan başqa, 2023-cü ilin fevral ayının əvvəlində Zərərçəkmiş şəxs2 ona zəng vuraraq, onun qohumu Xanımqızı Kürdəmir rayonu təhsil sektoruna işə düzəlmək istədiyini demiş, Xanımqızla və onun anası Vəzifə ilə Kürdəmir rayon Xəstəxanasının qarşısında görüşmüş, söhbət zamanı Xanımqızın təhsili olmadığını öyrənib onu baha qiymətə, yəni Kürdəmir şəhər 3 nömrəli tam orta məktəbə kitabxanaçı kimi işə düzəldə biləcəyinə və bunun müqabilində ondan 4700 manat pul istəmişdir. Xanımqız onun dediyi ilə razılaşmış və ona 4700 manat pulu iki dəfəyə verəcəyimi demişdir. 15 fevral 2023-cü il tarixdə Xanımqız ona zəng edib, sənədləri tam düzəltdiyini və pulun 2500 manatı hazır olduğunu demişdir. Həmin gün saat 11 radələrində Kürdəmir şəhəri X40 küçəsində yerləşən Mərkəzi rayon xəstəxanasının qarşında Xanımqız və onun anası Vəzifə ilə görüşüb, Xanımqızdan əlbə-əl 2500 manat pulu, həmçinin Xanımqıza aid sənədləri almışdır. 22 fevral 2023-cü il tarixdə saat 11 radələrində Kürdəmir şəhəri X40 küçəsində yerləşən Mərkəzi xəstəxanasının qarşına Xanımqız anası Vəzifə ilə gələrək, ona əlbə-əl pulun qalan hissəsini, yəni 2200 manatı vermişdi. Xanımqızla bütün razılaşmaları və söz-söhbətləri, yalnız şifahi şəkildə olmuşdur. Həmin pulu öz ehtiyaclarına xərcləmiş, həmin puldan heçkimə verməmişdir. Bundan başqa, 2023-cü ilin fevral ayının axırlarında Yadigar müəllimə ona həmkəndlisi Qumru gəlinini Kürdəmir rayonu təhsil sektoruna işə düzəltmək istədiyini bildirmişdir. Yadigar müəllimədən Qumrunun mobil nömrəsini alıb ona zəng etmış. Sonra Yadigar müəlliməyə Qumrunun gəlini Nərgizi Kürdəmir rayonu Atakişili kənd orta məktəbinə bədən tərbiyəsi müəllimi kimi 3000 manat müqabilində işə düzəldə biləcəyini demişdir. Sonra Qumru xanımla mütamadı olaraq telefonla əlaqə saxlamış, ona pulu Yadigar müəllimə ilə göndərməsini xahiş etrmişdir. 09 mart 2023-cü il tarixdə saat 15 radələrində Yadigar müəllimədən Qumru xanımın göndərdiyi 3000 manat pulu almışdır. Həmin pulu öz ehtiyaclarına xərcləmiş, həmin puldan heç-kimə verməmişdir. 2023-cü ilin mart ayının əvvələrində Kürdəmir rayon təhsil şöbəsində təssadüfən Zərərçəkmiş şəxs9 ilə görüşmüş və söhbət zamanı Zərərçəkmiş şəxs9 ona qızı Günayı işə düzəlmək üçün təhsil şöbəsinə gəldiyini bildirmişdir. O, isə Mərdana onun təhsil sektorunda imkanlarının geniş olduğunu, onun yaxın qohumlarından hazırda Kürdəmir rayon ərazisində məktəb direktoru vəzifəsində işlədiyini demişdir. X27 Kürdəmir rayonu Atakişili məktəbinə və ya Kürdəmir rayonu Muradxan məktəbinə, ixtissasına görə müəllim psixoloq kimi işə düzəldə biləcəyini, lakin həmin işə düzəlmək üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. Mərdan onun mobil telefon nömrəsini götürüb onunla əlaqə saxlayacağını bildirmişdir. Sonradan Mərdan onunla bir neçə dəfə qızı Günayla birlikdə telefon əlaqəsi saxlamış, söhbət zamanı Günaya Kürdəmir rayon ərazilərində olan məktəblərin birinə 3000 manat müqabilində müəllim-psixoloq kimi işə düzəldəcəyini bir daha onlara demişdir. X22 aid sənədlərin kserosürətlərini, sağlamlıq haqqında arayışı, yaşayış yeri üzrə haqqında arayışlar istəmiş və 3000 manat pul həmçinin, sənədlər hazır olanda ona verməsini demişdir. Sonradan Mərdanın telefon nömrəsini itirmiş, buna görə də tanışı Dursun adlı qohumları olan qadına, Mərdanın evinə pul dalınca göndərmiş və Dursundan, Mərdananın evinə gedərək Mərdana “bu gün Günayın işi ilə bağlı Yevlax şəhərinə çıxdığını və təcili pulun ona verməsi” barədə deməsini xahiş etmişdir. Həmin günü 11 mart 2023-cü il tarixdə saat 15 radələrində Mərdanla Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən məktəbin qarşısında görüşmüş və Mərdan ona əlbə-əl 3000 manat pulu vermişdir. Təxminən 3-4 gün keçmişdir ki, Mərdanı inandırmaq üçün zəng edib yalandan ona demişdir ki, Yevlax şəhərindədir qızı Günayı orada qəbula girmək üçün gözləyir, lakin həmin vaxtı Kürdəmir şəhərində olmuşdur. Mərdanı inandırmaq üçün Günayı 3 dəfə Yevlax şəhərinə Aran regional təhsil idarəsinə göndərmişdir. Sonradan Günaya aid sənədləri itirmiş, həmin pulları öz ehtiyaclarına xərcləmiş, həmin puldan heç-kimə verməmişdir. 2022-ci ilin dekabr ayının ortalarında Kürdəmir rayonu Köhnəbazar deyilən yerdə çayxanada təsadüfən Şəfayətlə rastlaşmış, söhbət zamanı Şəfayət ona gəlini X7 işə düzəltmək istədiyini, gəlini Lütviyyə orta ixtissas təhsilli olduğunu, lakin heç-yerdə işləmədiyini, evdar qadın olduğunu ona bildirmişdir. Söhbət zamanı Şəfayətə əlaqələrinin geniş olduğunu, əgər istəsə gəlini Lütviyyəni Kürdəmir rayon ərazisində olan məktəblərin birinə müəllimə vəzifəsinə düzəldə biləcəyini və bunun müqabilində 3900 manat pul lazım olduğunu ona demişdir. Şəfayət onun təklifi ilə razılaşaraq ona, yaxın gün ərzində hər hansı məlumat verəcəyini bildirmişdir. Sonradan Şəfayət onunla bir neçə dəfə telefon əlaqəsi saxlamış, 15 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Kürdəmir şəhər Heydər Əliyev küçəsində yerləşən Kürdəmir rayon Məhkəməsinin qarşısında görüşüb ondan gəlinini işə düzəltmək adı ilə 3100 manat pul almış, pulun qalan 800 manatı isə Şəfayət ona 2-3 ay müddətində verməsinə söz vermişdir. 31 mart 2023-cü il tarixdə saat 10 radələrində Kürdəmir rayonu Şıxımlı kəndində V.Qurbanov adına tam orta məktəbin qarşısında Şəfayətlə yenidən görüşüb ondan qalan 800 manatı, gəlini Lütviyyənin şəxsiyyət vəsiqəsinin kserosürətini, eləcədə diplomunun kserosürətlərini almışdır. Şəfayətə söz vermişdir ki, bir həftə ərzində gəlini Lütviyyəni müəllim kimi əmri veriləcəkdir. Həmin zaman yanlarında kənar şəxs olmamışdır. Şəfayət ilkin ərizəsində 4500 manat göstərsədə, Şəfayətdən 3900 manat pul almışdır. Həmin pulu öz ehtiyaclarına xərcləmiş və həmin puldan heç-kimə verməmişdir. İstintaq dövründə və məhkəmə istintaqı zamanı aldığı pulların bir qismini Kürdəmir rayonu üzrə təhsil sektorunun əməkdaşları X10, X19, onunla bir məktəbdə işləyən X5 və X20 verməsi barədə ifadələrini əsassız hesab edir, həmin vaxt onların adlarını çəkməkdə əsas məqsədi zərərçəkmiş şəxslərə borclarını qaytarmaqda ona köməklik göstərilməsi olmuşdur ki, sonradan qohumlarının köməkliyi ilə məsələni özü həll etmişdir. Hazırda vurduğu ziyani zərərçəkmiş əxslərə tam şəkildə ödəmiş, onlarla barışmış, zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməlindən peşman olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanı tamamilə ödədiyini, ailə vəziyyətini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, yaşadığı Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində çayxanada xidmətçi işləyir. Arvadı Şahid2 işsizdir, evdar qadındır. Neçə müddətdir ki, onu hər hansısa dövlət işində işə düzəlməsi üçün tanışlarına soraq etmişdir. 2022-ci ilin noyabr ayının əvvəlində arvadı Mətanətin tanışı Yadigar adlı müəllimə ona “Köhnəbazar” adlanan məktəbdə Samir adlı hərbi müəllimi olduğunu, işə düzəltmə işlərinə baxdığını və Mətanəti işə düzəldə biləcəyini demiş və Samirin telefon nömrəsini onlara vermişdir. Samirlə əlaqə saxlayıb danışdıqdan sonra Samir ona arvadı Mətanəti Kürdəmir şəhəri 6 nömrəli məktəbdə laborant vəzifəsinə düzəltməyə söz vermiş və həmin işə görə onunla 2500 manata razılaşmışdır. Bundan sonra 20 noyabr 2023-cü il tarixdə saat 09 radələrində yaşadığı Kürdəmir rayonu Şıxımlı kəndində Samir ondan 2500 manat pulu almış, lakin uzun müddət keçməsinə baxmayaraq, arvadı Mətanəti işə düzəltməmiş, bu səbəbdən də aldanılmağını bilib Kürdəmir RPŞ-nə gələrək ərizə yazmışdır. Samirlə razılaşmaları və söz-söhbətləri yalnız şifahi şəkildə olmuş, Samirə pulu verərkən yanlarında heç kim olmamışdır Hazırda Təqsirləndirilən şəxs vurduğu ziyanı tam şəkildə ödəmişdir, onunla barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, Samir Kürdəmir rayonu Köhnəbazar (Şıxımlı) kəndində yerləşən məktəbdə hərbi müəllim kimi işləmişdir, onunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Arvadı Şahid3 hər hansısa dövlət işində işə düzəlməsi üçün tanışlarına soraq etdiyinə görə qardaşı arvadı Yadigar müəllimə ona zəng edib onunla birlikdə işləyən Samir adlı şəxsin şəxsləri işə düzəltməsini bildirmişdir. Bundan sonra Samirin telefon nömrəsini Yadigar müəllimdən götürüb onunla danışmış, 26 noyabr 2022-ci il tarixdə Samirlə Kürdəmir rayonu Şıxımlı kənd ərazisində görüşmüş və Samir arvadı Lətafəti Kürdəmir rayonu V. Qurbanov adına Şıxımlı kənd orta məktəbində laborant vəzifəsinə düzəldə biləcəyinə ona söz vermişdir. Həmçinin həmin işin düzəlməsinə görə onunla 2500 manata razılaşmışdır. Yadigar müəllimə Samirlə onun arasında olan söhbətə qarşımamış və müdaxilə etməmişdir. 26 noyabr 2022-ci il tarixdə saat 16 radələrində Kürdəmir rayonu Şıxımlı kəndində Təqsirləndirilən şəxs, arvadı Lətafəti işə düzəltmək üçün 2500 manat pul vermiş, sonradan aldanıldığını başa düşüb Samir barəsində şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbsəinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilib, Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Köhnəbazar (Şıxımlı) kəndində yerləşən məktəbdə işləyən hərbi müəllim kimi tanımış, onunla heç-bir düşmənçiliyi və ədavəti olmamışdır. Orta ixtissas təhsilli olduğundan, hər hansısa dövlət işində işə düzəlməsi üçün tanışlarına soraq edərkən Təqsirləndirilən şəxs müxtəlif şəxsləri pul müqabilində işə düzəltdiyini bilmişdir. Samirin telefon nömrəsini alaraq onunla danışmış, 2022-ci ilin dekabr ayının əvvələrində Samirlə Kürdəmir rayonu Şıxımlı kənd ərazisində, yəni onun işlədiyi məktəbin qarşısında görüşmüş və Samir onu Kürdəmir rayonu Atakişili kənd orta məktəbinə çağırışa qədər hərbi müəllim vəzifəsinə düzəldə biləcəyinə söz vermiş, həmin işin düzəlməyinə görə Samir ondan 2000 manat pul istəmişdir. Aralarında razılıq əldə olunduqdan sonra 08 dekabr 2022-cü il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri Heydər Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığında Təqsirləndirilən şəxs onu işə düzəltmək üçün 2000 manat pul vermişdir. Lakin Samirin onu aldatdığını biləndən sonra şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilib, onunla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında zərərçəkmiş şəxs X18 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir rayon sakini kimi tanıyır, həmçinin onun Kürdəmir rayonu Köhnəbazar kəndində yerləşən məktəbdə hərbi müəllim kimi işlədiyini bilmişdir, aralarında heç-bir düşmənçiliyi və ədavəti olmamışdır. X2 işsizdir, evdar qadındır, neçə müddətdir ki, onu hər hansısa dövlət işində işə düzəlməsi üçün tanışlarına soraq etmişdir. Əlibala müəllimlə təsadüfən Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində rastlaşıb onunla bu barədə söhbət edərkən Əlibala müəllim, ona birlikdə işlədiyi Samir adlı şəxsin şəxsləri işə düzəltdiyini demiş, buna görə də Samirin telefon nömrəsini Əlibala müəllimdən götürüb onunla danışmışdır. 2022-ci ilin dekabr ayının əvvələrində Samirlə Kürdəmir rayonu Şıxımlı kənd ərazisində görüşmüş və söhbət zamanı Samir ona arvadı Rüfanəni Kürdəmir şəhər 6 nömrəli məktəbdə laborant vəzifəsinə düzəldə biləcəyinə söz vermiş, həmçinin həmin işin düzəlməsinə görə onunla 2500 manata razılaşmışdır. 12 dekabr 2023-cü il tarixdə saat 16 radələrində Kürdəmir şəhəri Babək küçəsində Təqsirləndirilən şəxs 2500 manat pulla birlikdə, arvadı Rüfanənin şəxsiyyət vəsiqəsiniin sürətini, sağlamlıq haqqında arayış, yaşadığı icra nümayəndəliyindən arayış, sənəd üçün fotoşəkillərini vermişdir. Sonradan aldanılmağını bilib, Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Həmçinin Əlibala müəllim Samirlə onun arasında olan söhbətə qarışmamış və müdaxilə etməmişdir. Bütün söhbətləri Samirin özü ilə olmuşdur. İşin düzəlmədiyini görüb Samirdən pulunu geri istəsə də, Samir ona pulunu qaytarmadığı üçün şikayət ərizsəi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onunla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs Kürdəmir rayonu Köhnəbazar kəndində yerləşən məktəbdə işləyən müəllim kimi tanıyır, onunla düşmənçiliyi və ədavəti yoxdur. 2022-ci ilin dekabr ayının ortalarında Kürdəmir rayonu Köhnəbazar deyilən yerdə çayxanada təsadüfən Samirlə rastlaşmış, aralarında gedən söhbət zamanı Samirə dolanışığının yaxşı olmadığını, gəlini X7 işə düzəltmək istədiyini demişdir. Bu zaman Samir ona əlaqələrinin geniş olduğunu, əgər istəsə gəlini Lütviyyəni Kürdəmir rayon ərazisində olan məktəblərin birinə müəllimə vəzifəsinə düzəldə biləcəyini, bunun üçün 3900 manat pul lazım olduğunu bildirmişdir. Samirin təklifi ilə razılaıaraq 15 dekabr 2022-ci il tarixdə saat 16 radələrində Kürdəmir rayon Məhkəməsinin qarşısında görüşüb ona 3100 manat pul vermiş, qalan 800 manatı isə 31 mart 2023-cü il tarixdə saat 10 radələrində Kürdəmir rayonu Şıxımlı kəndində V.Qurbanov adına məktəbinin qarşısında vermişdir. Xeyli vaxt keçsə də Samir sözünə əməl etməmiş, ona müxtəlif bəhanələr gətirərək gəlini Lütviyyəni işə düzəltməmişdir. Buna görə də Samir barəsində Kürdəmir rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənildiyindən Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvələr tanımamışdır. Bir neçə müddət əvvəl tanışlarına hər hansısa dövlət işi olduqda ona xəbər etmələrini xahiş etmişdir. 2023-cü ilin əvvəlində tanışı Yadigar müəllimə ona zəng vuraraq Köhnəbazar adlanan məktəbdə Samir adlı hərbi müəllim olduğunu, şəxsləri işə düzəltməsini bildirmiş, Yadigar müəlliməyə Samirdən onu hansı işə düzəldə bilməyini ondan soruşmasını və ona bu barədə məlumat verməsini xahiş etmişdir. Bir neçə gündən sonra Yadigar müəllimə ona zəng edib Samirlə məktəbdə görüşdüyünü, onun barəsində söhbət etdiyini və söhbət zamanı Samir ona Kürdəmir şəhər 5 nömrəli məktəbdə laborant işi olduğunu, həmin işə onu düzəltmək üçün 2500 manat pul istədiyini bildirmişdir. Yadigardan Samirin telefon nömrəsini alaraq Samirlə əlaqə saxlayıb onunla danışmış, Samirlə həmin işə görə 2500 manata razılaşmışlər. Təqsirləndirilən şəxs onu işə düzəltmək məqsədi ilə 10 yanvar 2023-cü il tarixdə saat 16 radələrində onun yaşadığı Kürdəmir rayonu Şıxımlı kəndindəki evinə gələrək, əri Qiyasın yanında ondan 2000 manat pul almış, lakin onu işə düzəltməmişdir. Aldanılmağını bilib şikayət ərizəsi ilə Kürdəmir RPŞ-nə müraciət etmişdir. Hazırd ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onunla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs7 WhatsApp vasitəsilə görüntülü ifadə verərək bildirdi ki, səhəti ilə bağlı məhkəmə iclasında iştirak edə bilmir. Təqsirləndirilən şəxs bibisi Şahid4 Səfa qızını Kürdəmir rayonu Şıxımlı kəndində yeləşən V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbinə laborant vəzifəsinə işə düzəldəcəyinə söz vermiş və bunun müqabilində xx.xx.2023-ci il tarixdə saat 11 radələrində Kürdəmir rayon Mərkəzi xəstəxananın qarşısında ona 2700 manat pul vermişdir. İşin düzəlmədiyini görüb Samirdən pulunu geri istəsə də, Samir ona pulunu qaytarmadığı üçün şikayət ərizsəi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənildiyindən Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir rayon sakini kimi tanıyır, onuna heç-bir düşmənçiliyi və ədavəti yoxdur. Arvadı Şəhla orta ixtissas təhsilli olduğundan, onu hər hansısa dövlət işinə düzəltməsi üçün tanışlarına soraq edərkən Təqsirləndirilən şəxs müxtəlif şəxsləri pul müqabilində işə düzəldtdiyini eşitmişdir. Buna görə də 2023-cü ilin yanvar ayının ortalarında Samirin telefon nömrəsini onun işlədiyi məktəbdən öyrənib onunla danışmış, 2023-cü ilin fevral ayının əvvələrində Samirlə Kürdəmir rayonu Şıxımlı kənd ərazisində, yəni Samirin işlədiyi məktəbin qarşısında görüşmüş və Samir ona arvadı Şəhlanı 2500 manata Kürdəmir rayonu Atakişili kənd orta məktəbinə laborant kimi düzəldə biləcəyinə söz vermişdir. 13 fevral 2023-cü il tarixdə saat 11 radələrində yaşadığı evdə olarkən Samir onun yaşadığı Kürdəmir rayonu Dəyirmanlı kəndində yerləşən evinə gəlmiş, yaşadığı evin darvazasının qarşında ona arvadı Şəhlaya aid sənədləri və 2500 manat pulu əlbə-əl vermişdir. Samirin ona qarşı dələduzluq etməsini başa düşdükdən sonra şikayət ərizəsi ilə Kürdəmir polis şöbəsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən onunla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs14 ifadəsində göstərmişdir ki, gəlini X6 işə düzəltmək məqsədi ilə, bir neçə müddət əvvəl tanışlarına dövlət işi olduqda ona xəbər etmələrini xahiş etmişdir. 2023-cü ilin fevral ayının axırlarında Yadigar müəllimə ilə telefonla danışarkən, Yadigar ona Təqsirləndirilən şəxs adlı müəllim olduğunu, onun yeznəsini Kürdəmir rayon ərazisində təhsil sektoruna işə düzəltdiyini bildirmiş, o da Yadigar müəlliməyə həmin şəxsin onun gəlini Nərgizi işə düzəldə bilərsə ona deməsini xahiş etmişdir. Bundan sonra Yadigar müəllimə ona zəng edib Samirin gəlini Nərgizi Kürdəmir şəhəri 3 nömrəli məktəbdə kitabxanaçı kimi 3000 manat müqabilində işə düzəldə biləcəyini demiş, Yadigar müəllimə ilə razılaşaraq Samirin nömrəsini götürüb onunla mütamadı olaraq əlaqə saxlamışdır. Aralarında gedən söhbət zamanı Samir ona iş üçün 3000 manat pul lazım olduğunu, Yadigar müəllimə vasitəsiylə ona göndərməsini və gəlininin işinin 100 faiz həll eəcəyini bildirmişdir. 09 mart 2023-cü il tarixdə saat 14 radələrində Yadigar müəlliməyə zəng edərək, gəlini Nərgizin işini düzəltmək üçün Samirə çatacağı pulu gəlib ondan götürməsini xahiş etmiş, təxminən 10-15 dəqiqə sonra Yadigar müəllimə onun evinə gələrək Samirə çatan 3000 manatı ondan götürmüşdür. Həmin günü günorta saatlarında Yadigar müəllimə ona zəng edərək 3000 manatı Samirə çatdırdığını demiş, bundan sonra Samirin özü ilə əlaqə saxlamış və Samir Yadigar müəllimədən 3000 manat pulu aldığını ona etiraf etmişdir. İşin düzəlmədiyini görüb Samirdən pulunu geri istəsə də, Samir ona pulunu qaytarmadığı üçün şikayət ərizsəi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən onunla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs11 ifadəsində göstərmişdir ki, rayon sakinlərindən Samirin pul müqabilində şəxsləri Kürdəmir rayon ərazisində texniki işçi kimi təhsil sektoruna işə düzəltməsini eşitmiş, bu barədə maraqlanıb Samirin telefonunu əldə edərək ona zəng etmiş, qızı Çinarənin orta ixtissas təhsilli olduğunu deyib, Kürdəmir rayon ərazisində təhsil sektoruna işə düzəltmək istədiyini bildirmişdir. Samir ona görüş yerini təyin etmiş və gələndə Çinarənin bütün sənədlərinin kserosurətlərini gətirməsini bildirmişdir. Razılıqlarına görə xx.xx.2022-ci il tarixdə saat 11 radələrində qızı Çınarə ilə birlikdə Kürdəmir şəhəri Babək prospektində yerləşən “Kapital Bank”ın qarşısında Samirlə görüşmüş, Samir qızı Çinarənin sənədlərinə baxıb, qızı Çınarəni Kürdəmir şəhər ərazisində yerləşən 8 №-li bağçaya təsərrüfat müdüri vəzifəsinə düzəldə biləcəyini və bunun müqabilində onlardan 2600 manat pul istəmişdir. Aralarında razılıq əldə olunduqdan sonra 2600 manat pulu Samirə vermişdir. Samir qızı Çınarəni işə düzəltmək adı ilə ondan ümumilkdə 2600 manat alaraq ələ keçirməklə, ona qarşı dələduzluq etdiyini başa düşdükdən sonra şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişlər. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, Təqsirləndirilən şəxs barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanıyır, onunla heç-bir düşmənçiliyi və ədavəti yoxdur. 2023-cü ilin mart ayının əvvələrində qızı Günayı işə düzəltmək üçün Kürdəmir rayon təhsil şöbəsinə getmiş, təsadüfən orada Samiri görmüş, qızı Günayın işə düzəlmək üçün təhsil şöbəsinə gəldiyini ona demişdir. Samir təhsil sektorunda imkanlarının geniş olduğunu, yaxın qohumlarının hazırda Kürdəmir rayon ərazisində məktəb direktoru vəzifəsində işlədiklərini və qızını Kürdəmir rayonu Atakişili kənd məktəbinə və ya Kürdəmir rayonu Muradxan kənd məktəbinə müəllim psixoloq kimi işə düzəldə biləcəyini, lakin həmin işlərini həll edə bilməsi üçün 3000 manat pul lazım olduğunu demişdir. Bu barədə qızı Günaya demiş və Günay onunla razılaşdıqdan sonra Samirlə telefon vasitəsiylə əlaqə saxlayaraq söhbət etmişlər və söhbət zamanı Samir ona Günaya aid sənədlərin kserosürətlərini, sağlamlıq haqqında və yaşayış yeri üzrə arayışları və 3000 manat pulu istəmişdir. Aralarında razılıq əldə olunduqdan sonra 11 mart 2023-cü tarixdə Samir onun evinə Dursun adlı qohumunu göndərmiş və Dursun ona qızı Günayın işi ilə bağlı Samirin Yevlax şəhərinə gedəcəyini, 3000 manat pulun təcili ona çatmalı olduğunu bildirmişdir. Bütün sənədləri düzəltdiyi üçün həmin gün Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən məktəbin qarşısında Samirlə görüşüb əlbə-əl 3000 manat pulu və qızı Günaya aid sənədləri ona vermişdir. Sonradan aldanıldığını başa düşmüş və şikayət ərizəsi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən onunla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvələr tanımamışdır. 2023-cü ilin fevral ayının əvvəlində dayısının arvadı Zərərçəkmiş şəxs2 ona zəng vuraraq Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində yerləşən “Köhnəbazar” adlanan məktəbdə Samir adlı müəllimin işə düzəltmək işlərinə baxdığını, hətta onun özünü də işə düzəldəcəyini bildirmişdir. Əfsanəyə Samirdən onu hansı işə düzəldə biləcəyini soruşmasını və ona bu barədə məlumat verməsini xahiş etmişdir. Bir neçə gün sonra Əfsanə ona zəng edib Samirin nömrəsini vermiş, Samirlə danışdırdan sonra anası ilə birlikdə Kürdəmir rayon Xəstəxanasının qarşısında görüşüb onunla ətraflı söhbət etmişlər. Söhbət zamanı Samir onun barəsində anket məlumatlarını öyrənib hər hansı təhsili olmadığından, onu işə baha qiymətə dözəldə biləcəyini və bunun müqabilində 4700 manat pul lazım olacağını bildirmişdir. Bundan sonra 15 fevral 2023-cü il tarixdə Kürdəmir şəhəri X40 küçəsində yerləşən Mərkəzi xəstəxananın qarşısında 2500 manat və 22 fevral 2023-cü il tarixdə eyni yerdə 2200 manat pulu əlbə-əl Samirə vermişdir. İşin düzəlmədiyini görüb Samirdən pulunu geri istəsə də, Samir ona pulunu qaytarmadığı üçün şikayət ərizsəi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən onunla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs13 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir rayon sakini kimi tanıyır, onunla heç-bir düşmənçiliyi və ədavəti yoxdur. X43 hökümət işinə düzəltmək üçüin tanışlarıma soraq etmiş, 2023 cü ilin fevral ayının əvvələrində bacısı oğlu Zərərçəkmiş şəxs3 ona zəng edərək Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən Köhnəbazar tam orta məktəbdə hərbi müəllim işləyən Samir adlı şəxsin şəxsləri müəyyən pul müqabilində təhsil sektorlarına işə düzəltdiyini demişdir. Bəhruzdan Samirin mobil nömrəsini alıb zəng etmış, söhbət zamanı Samir ona Kürdəmir şəhər Heydər Əliyev adına muzeyin təmsilçisi kimi boş vakant yer olduğunu, əgər istərsə arvadı Afaqı həmin yerə 3000 manata işə düzəldə biləcəyini demişdir. Aralarında razılıq əldə olunduqdan sonra 21 fevral 2023-cü il tarixdə saat 10 radələrində Samir yaşadığı evin qarşısına gələrək, həyat yoldaşına aid sənədləri və 3000 manat pulu əlbə-əl Samirə vermişdir. Sonradan Samirin onu aldatdığını başa düşüb, ondan Kürdəmir rayon polis şöbəsinə şikayət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən onunla barışmış, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdlr, keçən ilin fevral ayının əvvələrində qonşusu Yadigar onlara zəng edərək, Samir adında tanışı olduğunu, işə düzəltmək işlərinə baxdığını bildirmişdir. Onunla birlikdə yaşayan gəlini Şahid8 işə düzətmək istədiyindən Samirlə telefonla danışmışdır. Samir onun yaşadığı evin həyətinə gəlmiş, işə düzəlmək üçün gəlini Fərqanəyə aid zəruri olan sənədləri Samirə vermiş, həmçinin Samir ona gəlini Fərqanəni Kürdəmir şəhər 5 saylı məktəbə laborant kimi işə düzəldəcəyini vəd verərək ondan 3000 manat pul istəmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Beynəlxalq Bankının Kürdəmır rayon filialından 3100 manat kredit pul götürmüş və həmin gün saat 12 radələrində Kürdəmir RMX-nın qarşısında 3000 manat pulu Samirə vermişdir. Təqsirləndirilən şəxs verdiyi sözə əməl etməyib gəlini Fərqanəni işə düzəltməmişdir. İşin düzəlmədiyini görüb Samirdən pulunu geri istəsə də, Samir ona pulunu qaytarmadığı üçün şikayət ərizsəi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan tam ödənildiyindən Təqsirləndirilən şəxsla barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqında Şahid2 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, evdar qadındır, heç-kimlə düşmənçiliyi və ədavəti yoxdur. Bir müddət əvvəl uşaqlarının müəlliməsi Yadigar xanımla telefonla danışarkən əgər hər hansı iş yeri olsa ona deməsini xahiş etmişdir. Yadigar müəllimə ona zəng edərək onunla birlikdə işləyən Samir adlı şəxsin onun kürəkənini işə düzəltdiyini və Samir ona əgər başqa iş istəyən şəxslər olsa ona deməsini bildirmişdir. Yadigar müəllimədən Samirin mobil nömrəsini alıb əri İlhama vermiş, əri İlham isə Samirə zəng edib işlə bağlı danışmışdır. Samir onu 2500 manat müqabilində Kürdəmir şəhər 6 nömrəli məktəbə laborant kimi işə düzəldə biləcəyini demişdir. Samirin təklifi ilə razılaşmışlar. 20 noyabr 2022-ci il tarixdə Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən V.Qurbanov adına məktəbin qarşında əri İlhamla Samir görüşmüşlər və əri onu işə düzəltmək adı ilə Samirə 2500 manat pul vermişdir. Həmin görüşdə özü iştirak etməmiş və orada kimlərin olub-olmamasını bilməmişdir. Hazırda onlara dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən tam şəkildə ödənilmişdir, onların Samirə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə istintaqında Şahid3 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, evdar qadındır. 2022-ci ilin noyabr ayının sonlarında evdə olarkən, qayınının arvadı Yadigar əri Malikə zəng edərək tanışı və onunla bir yerdə işləyən Samir adlı şəxsin, Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən Köhnəbazar tam orta məktəbinə onu laborant kimi işə düzəldə biləcəyini demiş, əri ilə bu barədə danışıb razılaşmış və əri Malik Yadigar müəllimədən Samirin mobil nömrəsini götürmüşdür. 28 noyabr 2022-ci il tarixdə axşam üstü əri Malik evə gələrək Kürdəmir yaronu Şıxımlı kəndində yerləşən V.Qurbanov adına məktəbin qarşısında Samirlə görüşdüyünü və onu işə düzəltmək üçün Samirə 2500 manat pulu verdiyini demişdir. Həmin görüşdə özü iştirak etməmiş və orada kimlərin olubolmamasını bilməmişdir. Hazırda onlara dəymiş ziyan tam şəkildə ödənilmişdir. Məhkəmə istintaqında Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 onun arvadıdır, arvadı Kürdəmir şəhərində yerləşən “Bolmart” ticarət mərkəzində satıcı işləyir, satıcı işi onu yorduğu üçün hər hansısa dövlət işi olduqda dövlət işinə düzəlmək üçün dosta-tanışa xəbər göndərmişdir. Bür müddət əvvəl arvadı Əfsanə Yadigar adlı tanışının ona Köhnəbazar adlanan məktəbdə Samir adlı hərbi müəllim olduğunu, həmin şəxsin təhsil sektorunda şəxsləri işə düzəltdiyini bildirmişdir. Sonra Yadigar arvadı Əfsanəyə Samirin telefon nömrəsini vermiş və Samirlə əlaqə saxlayıb danışarkən həmin işə görə 2500 manata razılaşmışlar, arvadı Əfsanə ilk olaraq 2000 manat, sonra isə 500 manatı işə düzəldikdən sonra Samirə verəcəyinə söz vermişdir. Təqsirləndirilən şəxs 10 yanvar 2023cü il tarixdə saat 16 radələrində yaşadıqları Kürdəmir rayonu Şıxımlı kəndindəki evlərinə gələrək onun yanında, arvadı Əfsanədən 2000 manat pul almışdır. Məhkəmə prosesi zamanı Samir onlardan aldığı pulu qaytarmışdır. Məhkəmə istintaqında Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs təxminən üç ildir ki, tanıyır, onunla düşmənçiliyi və ədavəti olmamışdır. İşsizdir, buna görə də iş axtarır. Samirin şəxsləri məktəbə texniki işci kimi düzəldə biləciyini eşitmiş, bu barədə ondan soruşmuş, Samir ona Köhnəbazar kənd tam orta məktəbinə laborant kimi işə düzəldə biləcəyini deyərək ondan 2700 manat pul istəmişdir. Samirlə razılaşdıqdan sonra qardaşı oğlu Rövşənə bu barədə deyib ondan pul barədə kömək etməsini xahiş etmiş, Rövşən də onun əvəzinə xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Kürdəmir rayonu Şıxımlı kəndi ərazisində V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbinin qarşısında, Təqsirləndirilən şəxs 2700 manat pul vermişdir. Samirə 2700 manatı verən zaman qardaşı oğlu Rövşənin yanında olmamışdır, ancaq sonradan Samir ona Rövşəndən 2700 manat pul aldğını etiraf etmiş və işini də yaxın vaxtlarda düzəldəcəyinə söz vermişdir. Ancaq söz verdiyi vaxt tamam olsa da, Samir işi düzəldə bilməyərək aldığı pulu qaytarmamışdı. Buna görə də qardaşı Rövşən Samir barəsində Kürdəmir rayon polis şöbəsinə şikayət etmişdi. Hazırda onlara dəymiş ziyan ödənilmişdir. Məhkəmə istintaqında şahid X8 ifadəsində göstərmişdir ki, heç bir yerdə işləmir, evdar qadındır, heç-kimlə düşmənçiliyi və ədavəti yoxdur. Tanışı, eləcədə həmkəndlisi olan Yadigar müəllimə ilə telefonla danışarakən gəlini Fərqanə üçün hər hansı iş yeri olsa ona deməsini xahiş etmişdir. Bir qədər keçdikdən sonra Yadigar müəllimə zəng edərək onunla birlikdə işləyən Samir adlı şəxsin onun kürəkənini işə düzəltdiyini və Samir ona başqa iş istəyən şəxslər olsa deməsini bildirmişdir. Yadigar müəllimədən Samirin mobil nömrəsini alıb əri Nizami vasitəsiylə Samirə zəng etmişlər və gəlini Fərqanəni işə düzəlməsi ilə bağlı söhbət etmişlər. Söhbət zamanı Samir onlara əlaqələrinin geniş olduğunu və 3000 manat müqabilində Fərqanəni Kürdəmir şəhəri 5 nömrəli məktəbə laborant kimi işə düzəldə biləcəyini demişdir. Əri Nizami, gəlini və özü Samirin təklifi ilə razılaşmışlar. Samirə pul vermək üçün əri Nizami Beynəlxalq bankdan 3100 manat kredit götürmüş, həmin puldan 3000 manatını 06 fevral 2023-cü il tarixdə Kürdəmir şəhəri X40 küçəsində yerləşən Kürdəmir rayonu Mərkəzi Xəstənasının qarşısında Samirə vermişdir. Həmin görüşdə özü iştirak etməmiş və orada kimlərin olub-olmamasını bilməmişdir. Hazırda onlara dəymiş ziyan ödənilmişdir. Məhkəmə istintaqında şahid X11 ifadəsində şahid- qaynanası X3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmiş və sonda hazırda onlara dəymiş ziyanın ödənildiyini bildirmişdir. Məhkəmə istintaqında Şahid11 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əvvələr tanımayıb, onunla heç-bir düşmənçiliyi və ədavəti yoxdur, Xanımqız onun qızıdır, qızı bir neçə müddət əvvəl tanışlarına soraq edərək işləmək üçün dövlət işi olduqda ona xəbər etmələrini xahiş etmişdir. 2023-cü ilin fevral ayının əvvəlində qardaşı arvadı Zərərçəkmiş şəxs2 onlara zəng vuraraq, Köhnəbazar adlanan məktəbdə Samir adlı müəllim olduğunu, başqa şəxsləri işə düzəltdiyini, onun özünü də işə düzəldəcəyini demişdir. Bir neçə gündən sonra Əfsanə onlara zəng edib Samirin nömrəsini vermiş və Xanımqız Samirin mobil nömrəsinə zənd edərək Kürdəmir rayon Xəstəxanasının qarşısında Samirlə görüşüb ətraflı söhbət etmişlər. Söhbət zamanı Samir Xanımqız barədə olan anket məlumatlarını öyrənib, Xanımqızın hər hansı təhsili olmadığından, onu işə baha qiymətə düzəltmək olduğunu və bunun müqabilində 4700 manat pul lazım olmasını demişdir. Söhbət zamanı Samir Xanımqıza onu Kürdəmir şəhər 3 saylı məktəbə kitabxanaçı kimi düzəlməsinə söz vermiş, Samirlə razılaşmışlar və ona 4700 manat pulu iki dəfəyə verəcəklərini demişlər. Bundan sonra 15 fevral 2023-cü il tarixdə saat 11 radələrində Kürdəmir şəhəri X40 küçəsində yerləşən Mərkəzi rayon xəstəxanasının qarşında Samirlə görüşüb, ona əlbə-əl 2500 manat pulu və sənədləri Samirə vermişdir. Təxminən bir həftə sonra Samir Xanımqıza zəng edərək pulun qalan hissəsini, yəni 2200 manatını da istədiyinə görə Xanımqızla birlikdə 22 fevral 2023-cü il tarixdə saat 11 radələrində Samirin təyin etdiyi yerə Kürdəmir şəhəri X40 küçəsində yerləşən Mərkəzi xəstəxanasının qarşına gələrək 2200 manat pulu Samirə vermişlər. Hazırda onlara dəymiş ziyan ödənilmişdir. Məhkəmə istintaqında Şahid9 ifadəsində göstərdi ki, heç bir yerdə işləmir, subaydır, Təqsirləndirilən şəxs tanımamış, onunla heç-bir düşmənçiliyi və ədavəti olmamışdır. Bir müddət əvvəl atası Ayaz evə gələrək ona rayon sakinlərindən Samir adlı şəxsin pul müqabilində Kürdəmir rayon ərazisində şəxsləri texniki işçi kimi Kürdəmir rayon təhsil sektoruna işə düzəltməsi barədə eşitdiyini, bundan sonra atası bu barədə maraqlanıb Samirin telefon nömrəsini əldə edərək Samirlə danişib öz aralarında razılığa gəlmişlər. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində atası Ayazla birlikdə Kürdəmir şəhəri Babək prospektində yerləşən Kapital-Bankın qarşısında Samirlə görüşmüşlər. Samir onun sənədlərinə baxıb, hazırda Kürdəmir şəhər ərazisində yerləşən 8 №-li bağçaya təsərrüfat müdüri vəzifəsi boş olduğunu, onu ora düzəldə biləcəyini və bunun müqabilində onlardan 2600 manat pul istəmişdir. Samirin təklifi ilə razılaşmışlar, lakin üstlərində, eləcədə evlərində həmin məbləğdə pulun olmadığını Samirə bildirmişlər. Samir isə onlara pulun 1500 manatını bu gün, qalan 1100 manatını isə 10 gündən sonra, yəni xx.xx.2022-ci il tarixdə ona çatmalı olmasını demişdir. Həmin gün saat 14 radələrində atası Ayazla birlikdə Kürdəmir şəhəri Babək küçəsində Kapital Bankın qarşısında Samirlə görüşüb 1500 manat pulu vermişlər. Daha sonra xx.xx.2022-ci il tarixdə saat 14 radələrində Kürdəmir şəhəri Babək küçəsində Kapital Bankın qarşısında atası Ayazla birlikdə 1100 manat pulu Təqsirləndirilən şəxs əlbə-əl vermişlər. İşin düzəlmədiyini görüb Samirdən pulunu geri istəsələr də, Samir pulu qaytarmadığı üçün atası şikayət ərizsəi ilə Kürdəmir rayon polis şöbəsinə müraciət etmişdir. Hazırda onlara dəymiş ziyan ödənilmişdir. Məhkəmə istintaqında şahid X25 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs təxminən dörd ildir ki, tanıyır. Samir onun işlədiyi məktəbdə gənclərin çağırışa qədərki hərbi hazırlıq müəllimi işləyir, münasibətləri normal olub, ədavəti və düşmənçiliyi olmayıb. 2022-ci ilin sonlarında Samir dəfələrlə məktəbdə işləyən müəllimlərə və ona əlaqələrinin geniş olduğunu, təhsil sektoruna işə adam düzəldə biləcəyini demişdir. Əvvəllər onun dediklərinə fikir verməmiş, lakin 2022-ci ilin dekabr ayında tanışı Səməd zəng vuraraq arvadı Rüfanəni məktəbdə işləmiş və yenicə çıxmış laborant Sarayın yerinə işə düzəltmək üçün köməklik etməsini ondan xahiş etmişdir. Səmədə işə qəbul məsələnin yalnız Yevlax şəhərində yerləşən Aran Regional təhsil idarəsi tərəfindən həyəta keçirildiyini bilidirmiş, yanında olan Samir söhbəti eşitmiş, ondan kim olduğunu soruşmuş, ona tanışı Səməd olduğunu demiş, Samir Səmədin arvadını işə düzəltməkdə köməklik edəcəyini bildirmişdir. Səmədə zəng vuraraq Samirlə əlaqə saxlamasını təklif etmişdir. Üç-dörd gün sonra qonşusu Şəfayət onun evinə gəlmiş, gəlini işsiz olduğunu deyərək, Samirin mobil nömrəsini istəmiş və Şəfayətə Samirin nömrəsini vermişdir. Bir neçə gün sonra Səmədin atası Babasəmid də zəng vuraraq qızını işə düzəltmək istədiyini bildirmiş, Babəsimidə Samirin nömrəsini verməyərək oğlu Səmədin arvadını işi düzələndən sonra qızının işi barədə Samirə müraciət edə biləcəyini demişdir. Sonradan eşidib ki, Təqsirləndirilən şəxs Səmədi və Şəfayəti işə düzəltmək adı ilə aldadraq pullarını ələ keçirmişdir. Onların görüşlərində iştirak etməmiş və hazırda bu barədə dəqiq bir söz deyə bilmir. Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə heç-kimə görə hər hansı məbləğdə pul almamış, eləcə də Samirin həmin şəxslərdən nə qədər pul alımasını dəqiqiq bilmir, xəbəri olmayıb və görməmişdir. Həmçinin 2022-ci ilin noyabr-dekabr aylarında hərbiçi olan tanışından 1500 manat pul alıb Samirə verməmiş, Samir həmin xususatı yalandan özündən uydurmuşdur. Təqsirləndirilən şəxs əlaqələndirdikləri şəxslərin ondan narazı olduqlarını ona demiş və həmin şəxslərə pulların qaytarmasını Samirdən tələb etmiş, əks tədqiqrdə ondan şikayət etdirəcəyini Samirə bildirdiyindən, Samir qərəzli olduğu üçün onun barəsində yalan ifadə vermişdir. Təqsirləndirilən şəxs aldığı pullardan heç-bir mənfəət əldə etməmiş, hər-hansı mənfəət əldə etmək fikiri olmamış, nədə ki Təqsirləndirilən şəxs ona pul verməmişdir. Onda olan məlumata görə Təqsirləndirilən şəxs işə düzəltmək adı ilə aldığı pulları qaytarmışdır. Məhkəmə istintaqında şahid X12 ifadəsində göstərdi ki, hal-hazırda Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən Vüqar Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbində müəllimə işəyir, Təqsirləndirilən şəxs onunla eyni məktəbdə, gənclərin çağırışa qədər hərbi hazırlıq müəllimi işləyir. Təqsirləndirilən şəxsla münasibətləri normal olmuş, aralarında ədavətləri və düşmənçilikləri olmamışdır. 2022-ci ilin noyabr ayının əvvələrində Samir ona, Kürdəmir rayonu ərazisində yerləşən məktəblərdə iş yerləri üçün vakansiyalar olduğunu, həmin iş yerlərinə onun vasitəsi pul müqabilində şəxsləri işə düzəldə biləcəyini demişdir. Həmin vaxt Kürdəmir süd emalı zavodunda fəhlə işləyən kürəkəni X1 Samirin vasitəsi ilə Kürdəmir rayon ərazisində təhsil sektorunda hər-hansı işə düzəldə biləcəyini düşünmüş, bu barədə kürəkəni Əbülhəsənə demişdir. Sonradan Əbülhəsən özü Samirlə görüşüb, onunla söhbət etmişdir. Samir imkanlarının geniş olması barədə onu tam olaraq inandırmış və ona təkrar-təkrar başqa şəxslər işə düzəlmək istəsə ona məlumat verməsini demişdir. Eyni mövzuda olan söhbəti Samir həmçinin onunla eyni məktəbdə işləyən müəllim kolleqalarına da demişdir. Təqsirləndirilən şəxs bacısı Kürdəmir rayonu Muradxan kənd orta məktəbində, qardaşı arvadı isə Kürdəmir rayonu Atakişili kənd orta məktəbində direktor vəzifəsində işləyir və ona görə Samirə inanmışdır. Qohumlarına və tanışlarına yaxın zamanda kürəkəni Əbülhəsəni Samirin vasitəsi ilə məktəbə hərbi müəllim düzəldəyəcəyini və hazırda Samirin sözünə əsasən Kürdəmir rayonu təhsil sektorunda boş vakant yerlər olduğunu, həmin yerə Samir şəxsləri işə düzəldə biləcəyini demişdir. 2022-ci ilin noyabr ayının ortalarında tanışı Şahid2 Kürdəmir rayonu təhsil sektoruna işə düzəlmək istədiyini ona zəng edərək demiş, o isə Mətanətə bu işlə iş yoldaşı Samirin məşğul olduğunu bildirmişdir. Bundan sonra Mətanətə, eləcə də onun əri İlhama Təqsirləndirilən şəxs nömrəsini, eləcədə Samirə onların nömrəsini vermişdir. Samir İlhama arvadı Mətanəti Kürdəmir şəhəri 6 nömrəli məktəbdə laborant vəzifəsinə düzltdirməyə söz vermiş və həmin işə görə İlhamdan 2500 manat pulla birlikdə Mətanətin şəxsiyyət vəsiqəsiniin sürətini, sağlamlıq haqqında arayışını, yerli icra nümayəndəliyindən arayışını, ¾ ölçüdə fotoşəkilinı istəmişdir. Şahid2 ona 2022-cü ilin noyabr ayının sonlarında Samir yaşadıqları Kürdəmir rayonu Şıxımlı kəndində gələrək İlhamdan 2500 manat pulu və qeyd edilən sənədləri almasını ona demişdir. Bundan başqa, qohumu Şahid3 ona məktəbdə müəllimlər otağında olarkən zəng edərək, kürəkəni Əbülhəsənin işə düzəlməsini ondan soruşmuş, Lətafətə bu yaxın vaxtlarda Əbülhəsənin işi düzələcəyini bildirmişdir. Lətafətlə telefonla danışarkən Samir otaqda oturub dərsinin vaxtını gözləmişdir. Samir onun eltisi Şahid3 ilə söhbətini eşidib, ona demişdir ki, Kürdəmir rayon ərazisində təhsil sektoruna pul müqabilində Lətafəti işə düzəldə bilər. Sonra bu barədə Lətafətlə danışmış və qaynı Zərərçəkmiş şəxs6 mobil nömrəsini Samirə vermişdir. Bundan sonra dərs vaxtı olduğu üçün sinif otağına girmişdir. Sonradan Lətafətlə telefonla danışarkən Təqsirləndirilən şəxs ondan şəxsiyyət vəsiqəsinin sürətini, sağlamlıq haqqında arayışını, yaşadığı icra nümayəndəliyindən arayışını, ¾ ölçüdə fotoşəkilini hazırlayıb 2500 pulla birlikdə istəməsini bildirmişdir. Sonradan Lətafət ona demişdir ki, 2022-ci ilin noyabr ayının axırlarında Samir, Lətafəti işə düzəltmək üçün Malikdən Kürdəmir rayonu Şıxımlı kəndində məktəbin qarşısında görüşüb ondan 2500 manat pulu və Lətafətin sənədlərini götürmüş, yaxın müddət ərzində Lətafəti Kürdəmir rayonu Şıxımlı kəndində yerləşən V.Qurbanov adına Köhnəbazar kənd tam orta məktəbə laborant kimi əmrini verilməsinə söz vermişdir. Səhəri gün məktəbdə Samir ilə görüşmüş və Samir ona boş vakant yerlərin dolmasını, Əbülhəsəni işə düzəldə bilməyəcəyini ona bildirmişdir. Sonra Əbülhəsənə zəng edib bu barədə ona demişdir. Həmin günü axşam üstü Əbülhəsən ona zəng edərək demişdir ki, Samir ondan işə düzəlmək üçün şəxsiyyət vəsiqəsinin sürətini, sağlamlıq haqqında arayışı, yaşadığı icra nümayəndəliyindən arayışı, ¾ ölçüdə fotoşəkillərini və 2000 manat pul istəyir. Əbülhəsənə qərar sənindir necə istəsən qərar verərsən demişdir. Sonradan, yəni 08 dekabr 2022-cü il tarixdə axşam saatlarında kürəkəni X24 şəhəri Heydər Əliyev küçəsində mərkəzi poçtun yaxınlığında görüşmüş, ondan işə düzəltmək adı ilə 2000 manat pulu, eləcədə şəxsiyyət vəsiqəsinin surətini, sağlamlıq haqqında arayışını, yaşadığı icra nümayəndəliyindən arayışını, ¾ ölçüdə fotoşəkillərini almışdır. 2023-cü ilin əvvəlində Əfsanə ona zəng edib təhsil sektoruna işə düzəltmək istəyini demiş, ona kürəkəni Əbülhəsəni Samir tərəfindən işə düzəldilməsini, yaxın günlərdə kürəkəni Əbülhəsənin əmri veriləcəyini bildirmişdir. Əfsanə ondan xahiş etmişdir ki, həmin şəxsin, yəni Samirin nömrəsini ona versin, Samirin nömrəsini Əfsanəyə vermiş və bu barədə Samirlə söhbət edib ona məlumat verəcəyini demişdir. Səhəri günü Samirlə görüşüb tanışı Əfsanə barədə söhbət etmiş, Samir ona Əfsanəni Kürdəmir şəhər 5 nömrəli məktəbdə laborant kimi işə düzəldə biləcəyini demişdir. Sonra Əfsanənin və onun əri Qiyasın telefon nömrəsini Samirə vermişdir. Sonradan Əfsanədən eşidib bilmişdir ki, Təqsirləndirilən şəxs Əfsanəni işə düzəltmək məqsədi ilə onların yaşadığı Kürdəmir rayonu Şıxımlı kəndindəki evlərinə gədərək Əfsanədən 2000 manatı, Əfsanənin sənədlərini almışdır. Bundan başqa qonşusu Zərərçəkmiş şəxs10 Xaləddin oğlunun arvadı Qızbəst ona zəng edərək gəlinin işə düzəlmək istədiyini demişdir. Söhbət zamanı Qızbəstə bu işlə bağlı iş yoldaşı Samir məşqul olduğunu və kürəkəni Əbülhəsənidə yaxın günlərdə işə düzəldəcəyini bildirmişdir. Qonşusu Qızbəst ondan xahiş etmişdir ki, bu barədə Samirlə danışıb ona hər hansı xəbər versin. Səhəri gün Samirlə görüşüb, ondan kürəkəni Əbülhəsənin işi barədə soruşmuş, Samir isə ona bu yaxınlarda kürəkəni Əbülhəsənin əmri veriləcəyini, tam arxayın olmasını bildirmişdir. Söhbət zamanı Samirə demişdir ki, bir nəfər həmyerlisi var gəlini Fərqanənin işə düzəltmək istəyir. Samir ondan qonşusu Zərərçəkmiş şəxs10 mobil nömrəsini almış və Nizami kişinin mobil telefonuna zəng etmişdir. Onların söhbətlərinə müdaxilə etməmışdır. Sonradan Qızbəstdən eşidib bilmişdir ki, 2023-cü ilin fevral ayının əvvəllərində Kürdəmir RMX-nın qarşısında Samir qonşusu Nizami ilə görüşüb, ondan gəlini Fərqanəni işə düzəltmək üçün 3000 manat pul və Fərqanəyə aid sənədləri almışdır. 2023-cü ilin fevral ayının ortalarında və ya axırlarında qonşusu Zərərçəkmiş şəxs14 ona zəng edərək kürəkəni Əbülhəsəni işə düzəlməsini eşidərək ondan, həmin şəxsin gəlinini Kürdəmir rayonu təhsil sektoruna işə düzəldə bilməyi barədə soruşmuşdur. O, isə Qumruya səhər həmin şəxslə danışıb ona bir xəbər edəcəyini demişdir. Səhəri günü Samirlə məktəbdə görüşüb ondan Qumrunun gəlini işə düzəldə bilib-bilməməsini soruşmuş, Samir isə boş vakant yerlərin olmasını, Qumrunun gəlinini işə düzəldə biləcəyini ona demişdir. Bundan sonra Samir ondan Qumrunu mobil nömrəsini alıb onun yanında Qumruya zəng etmişdir. Telefon danışığı zamanı Samir Qumruya gəlini Nərgizi Kürdəmir şəhəri 3 nömrəli məktəbdə kitabxanaçı kimi düzəldə bilməsini demişdir. Sonra Qumru ilə Samir mütamadi olaraq telefonla əlaqə saxlamışlar. 09 mart 20213-cü il tarixdə günorat vaxtları Samir ona zəng edib harada olduğunu soruşmuş, o isə evdə olduğunu bildirmişdir. Samir ona, Qumrunun gəlini Nərgizin işini düzəltmək üçün Yevlax şəhərinə getməli olduğunu demiş və Qumru xanım bu gün 3000 manat pulu təcili ona çatdırmasını bildirmişdir. Bundan sonra Samirə Qumrunun özünə zəng et və ona vəziyyəti izah et demişdir. Bir qədər keçmiş Qumru xanım ona zəng edib onunla danışmış və ondan Samirə çatacaq 3000 manat pulu gəlib onun evindən götürməsini xahiş etmişdir. Sonra Samir yenə zəng edib ondan Qumrudan pulu alıb ona çatdırmasını xahiş etmişdir. Qumrudan 3000 manat pulu götürüb, həmin gün Samirə vermişdir. Samirin onun barəsində dedikləri yalan və uydurmadır. Kürəkəni Əbülhəsənin, tanışı Mətanətin, qaynı Maliki, tanışı Əfsanənin, qonşusu Zərərçəkmiş şəxs10, həmyerlisi Zərərçəkmiş şəxs14 Samirlə tanış etsədə və onların mobil nömrərələrini Samirə versə də, lakin onların söhbətlərinə müdaxilə etməmiş, Samirlə heçvaxt əlbir olmamış, Samirdən işə düzəltmək adı ilə pul almamış, Samirlə əlbir olub heçkimi işə düzəltməmişdir. Həmçinin Mətanətin, Lətafətin, kürəkəni Əbülhəsənin, tanışı Zərərçəkmiş şəxs14vanın, tanışı Əfsanənin, Zərərçəkmiş şəxs10 pullarından bir qismini Samirdən almamış və həmin işlərə görə pul almaqda niyyəti olmamışdır. Təqsirləndirilən şəxs əlaqələndirdikləri şəxslərin narazı olduqlarını ona demiş və həmin pulları qaytarmasını Samirdən bir neçə dəfə tələb etmiş, əks tədqiqrdə ondan şikayət etdirəcəyini Təqsirləndirilən şəxs demişdir. Samir onun kürəkəni Əbülhəsənidə aldadıb 2000 manatını ələ keçirmişdi. Bu səbəbdəndə Təqsirləndirilən şəxs ondan qərəzli olduğu üçün barəsində yalan ifadə vermişdi. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: - X13 ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə protokolunda Yadigar Kazımova ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə deyərək bir daha təsdiq etmiş, Təqsirləndirilən şəxs isə şübhəli şəxs qismində dindirilərkən ifadəsində gösdərdiyi xususatları təkzib etmişdir. -Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Nizami rayon Məhkəməsinin xx.xx.2014-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğndə cərimə cəzasına məhkum olunmuşdur. xx.xx.2019-cu il tarixdə Bərdə RPŞ-si tərfindən Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, xx.xx.2019-cu il tarixdə CPM-nin 39.1.3-cü maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. -“Kürdəmir rayon mərkəzi xəstəxanası” X47in verdiyin 24 may 2023-cü il tarixli, PH-6-49/2-307/2023 nömrəli məktubdan görünür ki, Kürdəmir rayonu Atakişili kənd sakini Təqsirləndirilən şəxs “Kürdəmir rayon mərkəzi xəstəxanası” X47 poliklinika şöbəsində həkim narkoloqun və həkim psixiatrın qeydiyyatında durmur. - məhkəmə kompüter texniki ekspertizasının 27 aprel 2023-cü il tarixli 5/564 nömrəli rəyindən görünür ki, 1) təqdim edilmiş bir ədəd sensor ekran və “Android 9” əməliyyat sistemi ilə təhciz olunmuş “TECNO CAMON 12 Air” markalı “TECNO CCA” modelli mobil smartfon hal- hazırda işlək vəziyyətdə olub, istifadə üçün yararlıdır. 2) Təqdim edilmiş mobil smartfonun proqram təminatında imei kod olmadığından, “SİM’ danışıq kartı yerləşən yuvada və arxa məlumat lövhəsində “imei” kod göstərilməməsi səbəbindən mobil telefonun imei kodunu müəyyən etmək mümkün olmadı. 3) təqdim edilmiş TECNO CANON 12 AİR markalı “TECNO CCA' modelli mobil yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş (telefon kitabçası, daxil olan zəglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar, “Whatsapp”, “Whatsapp Business” proqram təminatında aparılmış məlumat mübadiləsi və s.) məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş 06 (altı) DVD-R tipli optik diskə). - Təqsirləndirilən şəxs könüllü olaraq istifadəsində olan “TECNO CAMON 12 Air” markalı mobil telefonuna baxış keçirilmişdir. Telefon baxış zamanı müəyyən olunur ki, telefon tam işlək vəziyyətdədir, bütün funksiyalı işləyir, istifadə üçün tam yararlıdır. Telefon “TECNO CAMON 12 Air” markalı “TECNO CCA” modelli mobil smartfonun yaddaşından toplanmış hal-hazırda mövcud olan və pozulmuş (telefon kitabçası, daxil olan zənglər, yığılan zənglər, buraxılmış zənglər, foto, audio və video fayllar, “Whatsapp”, “Whatsapp Business” proqram təminatında aparılmış məlumat mübadiləsi olan məlumatlar bərpa olunaraq eyni qaydada rəyə əlavə olunmuş 06 ədəd diskə köçürülmüşdür. Telefonda və 06 diskdə olan məlumatlar bir-birinə uygundur və eynidir. Həmin məlumatları nəzərdən keçirdikdə, Təqsirləndirilən şəxs X26 ilə, X12 ilə, X25 ilə və digərləri əlbir olub şəxslərdən pul almaları ilə əlaqədar hər-hansı məlumat yoxdur və aşkar olunmamışdır. Telefonda olan bütün məlumatlar kompüter texniki ekspertiza tərəfindən rəyə əlavə olunmuş 06 ədəd DVD diskə köçürüldüyündən, telefon Təqsirləndirilən şəxs ərizəsi nəzərə alınaraq işlək vəziyyətdə ona qaytarılmış və 06 ədəd DVD disk cinayət işinə əlavə olunmuşdur. - Təqsirləndirilən şəxs götürlmüş “TECNO CAMON 12 Air” markalı mobil telefon maddi sübut qismində qiymətləndirilməmiş, həmin telefonun yaddaşı kompüter texniki ekspertiza tərəfindən köçürülmüş 06 ədəd DVD disk gələcəkdə məhkəmə istintaq zamanı əhəmiyyət kəsb etməsini nəzərə alaraq qeyd olunan disklər maddi sübut kimi tanınaraq cinayət işinə əlavə olunmuşdur. - cinayət işinə əlavə olunmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs ilə Kürdəmir rayonu Şıxımlı kənd ərazisində yerləşən V.Qurbanov adına “Köhnəbazar” (Şıxımlı) kənd tam orta məktəbi üzrə xx.xx.2020-ci il tarixli 12/1 əmrinə əsasən bağlanmış müqavilə ilə məktəbin gəncləri çağırışaqədərki hərbi hazırlıq müəllimi işləmiş, xx.xx.2023cü il tarixdə iş fəaliyyətinə xitam verilmişdir. - Təqsirləndirilən şəxs 15 aprel 2023-cü il tarixdən 08 may 2023-cü il tarixədək həbsdə olmuş, 08 may 2023-cü il tarixdən 15 iyul 2023-cü il tarixdək barəsində ev dustağlığı qətimkan tədbiri seçilmiş, 27 sentyabr 2023-cü il tarixdə isə barəsndə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. -Kürdəmir rayon İHB-nın Atakişili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixdə verdiyi arayışlarda Təqsirləndirilən şəxs 4 nəfər ailə üzvü ilə (özü, arvadı, xx.xx.2004-cü il təvəllüdlü oğulu Ayhan və xx.xx.2007-ci il təvəllüdlü qızı Jalə) Kürdəmir rayonu, Atakişili kəndində yaşadıqları qeyd edilmiş, tarixi və nömrəsi göstərilməyən xasiyyətnamədə müsbət xarakterizə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün yuxarıda qeyd edilən hallarla bağlı etirafı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə işdə olan rəsmi sənədlərlə tam sübuta yetirilir. Məhkəmə istintaqında müəyyən edildi ki, təqsirləndirilən şəxs Əkbərov X28 rayonu Şıxımlı kənd ərazisində yerləşən V.Qurbanov adına “Köhnəbazar” (Şıxımlı) kənd tam orta məktəbində gəncləri çağırışaqədərki hərbi hazırlıq müəllimi işləyərkən, 2021-ci ildə müsabiqə yolu ilə şəxslərin pulsuz olaraq imtahanlardan keçərək təhsil sektorunda işə qəbul edildiklərini görüb, Aran Regional Təhsil İdarəsində tanışı olduğunu, onun vasitəsilə şəxsləri işə düzəltmək imkanını tanışlarına, həmçinin iş yoldaşlarına bildirməklə müxtəlif vasitələrlə tanıdığı zərərçəkmiş şəxsləri və onların qohumlarını işə düzəltmək adı ilə aldadaraq, hər birindən ayrı-ayrılıqda müxtəlif məbləğlərdə pullarını alıb mənimsəmişdir. Təqsirləndirilən şəxs konkret ad çəkməsə də, zərərçəkmiş şəxsləri özünə inandırmaq üçün tələb etdiyi pulla bərabər onların sənədlərini (şəxsiyyət vəsiqələriniin surətini, sağlamlıq haqqında arayışı, yaşadıqları ərazi üzrə icra nümayəndəliyindən arayışı, sənəd üçün fotoşəkilləri və sair) də alaraq özündə saxlamış, bəzilərini bir neçə dəfə Yevlax şəhərində yerləşən Aran Regional Təhsil İdarəsinə ərizə yazmaq üçün göndərmişdir. Göstərilən əsaslara və hallara görə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin dələduzluq, rüşvətxorluqda vasitəçilik etmə adı ilə dələduzluq, rüşvətxorluqda yalançı vasitəçi - psevdorüşvətçi və sair kimi tövsif edilməsinə xüsusi diqqət yetirilməlidir. Məhkəmə qeyd edir ki, bu məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən 2022-ci ilin 31 oktyabr tarixində “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Qərar, 2023-cü il 17 aprel tarixində isə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” Qərardad qəbul edilmişdir. Həmin Qərar və Qərardadda ifadə olunmuş Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri nəzərə alınaraq “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 2015-ci il 11 iyun tarixli 7 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 19 may 2023-cü il tarixli Qərarında “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 36-cı bəndi yeni redaksiyada verilmişdir. Həmin qərarda qeyd edilmişdir ki, dələduzluğun törədilməsi zamanı aldadılmış və ya etibarından sui-istifadə edilmiş və öz əmlakını bunun nəticəsində başqa şəxsə vermiş zərər çəkmiş şəxs bir qayda olaraq qısa və ya uzun müddətdən sonra əmlakının geri qaytarılmasını ehtimal edir, gözləyir, lakin əmlakı ələ keçirmiş şəxs onu qaytarmaq niyyətində olmadığından və öz ehtiyaclarına sərf etdiyindən buna nail ola bilmir. Rüşvət vermə və ya rüşvət verməyə cəhd etmə cinayətlərinin törədilməsi zamanı isə şəxs tərəfindən istər vəzifəli şəxsə, istərsə də rüşvətxorluqda vasitəçilik etmiş və ya rüşvətxorluqda vasitəçilik etmək adı ilə dələduzluq etmiş şəxsə verilmiş pul, qiymətli kağızlar və ya sair maddi nemətlər onları vermiş şəxsin subyektiv qiymətləndirilməsində artıq rüşvətin predmetinə çevrilir və həmin şəxs bu maddi nemətlərin nə vaxtsa qaytarılmasına yox, rüşvətin müqabilində onun xeyrinə vəzifəli şəxs tərəfindən qanuni və ya qanunsuz hərəkətlərin (hərəkətsizliyin) edilməsini gözləyir. Özgənin əmlakını ələ keçirmək məqsədi ilə vəzifəli şəxs öz qulluq mövqeyinə görə onun səlahiyyətlərinə aid olmayan hər hansı hərəkətin (hərəkətsizliyin) edilməsini vəd edib aldadaraq və ya etibardan sui-istifadə edərək pul, qiymətli kağızlar və ya sair maddi nemətlər aldıqda təqsirkarın əməli dələduzluq kimi qiymətləndirilməlidir. Şəxs heç bir səlahiyyətə malik olmayan digər şəxsdən onun xeyrinə olan hər hansı hərəkətin (hərəkətsizliyin) vəzifəli şəxs tərəfindən edilməsində köməklik göstərilməsini xahiş etdikdə və onun razılığını aldıqdan sonra bunun müqabilində vəzifəli şəxsə çatdırılması üçün vasitəçiyə pul və ya sair nemətlər verdikdə, lakin vasitəçi pulu və ya sair nemətləri hansısa vəzifəli şəxsə çatdırmaq niyyətində olmayaraq, yəni aldatmaqla və ya etibardan sui-istifadə etməklə ələ keçirdikdə sonuncunun əməli dələduzluq kimi qiymətləndirilir. Rüşvət verməyə cəhd edən şəxsin təşəbbüsü ilə vəzifəli şəxsə vermək məqsədi ilə pul və ya sair maddi nemətləri almış şəxs ondan asılı olmayan səbəblərdən (məsələn, vəzifəli şəxslə sövdələşmənin baş tutmaması, hüquq mühafizə orqanları tərəfindən ifşa edilməsi, son nəticədə rüşvət kimi verməli olduğu maddi nemətləri mənimsəmək niyyətinin yaranması və sair) rüşvətin predmetini səlahiyyətli şəxsə verə bilmədikdə onun əməli dələduzluq deyil, rüşvət verməyə cəhd etmədə iştirakçılıq və işin hallarından asılı olaraq özgənin əmlakını mənimsəmə kimi qiymətləndirilir. Vəzifəli şəxsə rüşvət vermək barədə təşəbbüsü bu yolla özgə əmlakını ələ keçirmək məqsədini həyata keçirən şəxsin özü irəli sürdükdə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarında və Konstitusiya Məhkəməsi Palatasının “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında (bu Qərar və Qərardad birlikdə götürülməklə, onların təsviri-əsaslandırıcı hissələrində) ifadə olunmuş hüquqi mövqelərə əsasən təqsirkarın əməli CM-in 178.1-ci maddəsinin dispozisiyası ilə əhatə olunduğundan və burada rüşvət verməyə təhrik etmə cinayətinin (CM-in 32.4, 312-ci maddələri) tərkibinin yaranması üçün zəruri olan obyektiv və subyektiv əlamətlər mövcud olmadığından əməl qeyd edilən cinayətlərin ideal məcmusu kimi deyil, yalnız CM-in 178-ci maddəsi ilə dələduzluq cinayəti kimi tövsif olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 2004-cü il 11 iyun tarixli 688-İİQD nömrəli Azərbaycan Respublikası Qanununun İİİ hissəsinin 9-cu bəndinin və İV hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2005-ci il 25 yanvar tarixli Qərarına əsasən “Konstitusiya Məhkəməsinin qərarının yüksək hüquqi qüvvəsi onun bütün hissələrinə, habelə həmin qərarın əsasını təşkil edən hüquqi mövqelərə də şamil olunur. Lakin Konstitusiya Məhkəməsinin hüquqi mövqeləri bəzən müstəqil əhəmiyyət qazanır. Konstitusiya Məhkəməsinin hüquqi mövqelərinin qüvvəsi onun qərarlarının hüquqi qüvvəsinə bərabər olduğundan və ümumi xarakter daşıdığından yalnız konstitusiya işinin predmetini təşkil etmiş hala deyil, hüququn mənbəyi kimi hüquq tətbiqetmə təcrübəsində rast gəlinən analoji hallara da şamil edilməlidir”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatası da “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsinin həmin Məcəllənin 312-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsi barədə Şəki Apellyasiya Məhkəməsinin müraciətinə dair” 2023-cü il 17 aprel tarixli Qərardadında müraciətdə qaldırılan məsələnin Cinayət Məcəlləsinin müvafiq normalarına və həmin normalara dair Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında əks olunmuş hüquqi mövqelərə uyğun həll edilməsinin mümkün olduğunu nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsinin müraciətini icraata qəbul etməkdən imtina etmiş və bu zaman sözügedən məsələ üzrə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyini əks etdirən mənbə kimi “Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarının təsviri-əsaslandırıcı hissəsinin müddəalarına xüsusilə istinad etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun 2022-ci il 14 iyul tarixli Qərarının təsviriəsaslandırıcı hissəsində isə qeyd olunmuşdur ki, psevdorüşvətçiyə “rüşvət” şəklində pul və sair nemətlər verilməsi halında “rüşvət verməyə təhrik kimi görünən hərəkətlər əslində dələduzluğun üsuludur. Bundan əlavə, yalançı vasitəçi rüşvət verənlə rüşvət alan arasında korrupsiya razılaşmasının əldə olunmasına çalışmır, ona görə də onun əməli korrupsiya cinayətinin obyektinə zərər vura, yəni dövlət orqanlarını nüfuzdan sala bilməz. Yalançı vəsitəçinin niyyəti dövlət qulluğunun mənafeyinə deyil, müstəsna olaraq əmlak münasibətlərinə zərər vurmağa yönəlib”. Konstitusiya Məhkəməsinin Palatası da məhz bu yanaşmadan çıxış edərək və bununla da həmin yanaşmanı müdafiə etdiyini bir daha nümayiş etdirərək 2023-cü il 17 aprel tarixli Qərardadında qeyd etmişdir ki, “yalançı vasitəçilik zamanı şəxs öz vasitəçilik xidmətini vəd edib rüşvət verəndən guya vəzifəli şəxsə ötürmək üçün rüşvət şəklində pul və sair maddi nemətlər alır, lakin faktiki olaraq alınanları mənimsəyərək dələduzluq əməlini törətmiş olur. Müvafiq olaraq bu halda rüşvət vermə cinayət əməlinin obyekti olan dövlət qulluğunun mənafeyi və s. ilə bağlı ictimai münasibətlər deyil, mülkiyyət hüquq münasibətləri təhlükə altına alınır”. Şərh edilmiş bütün bu hallarda təqsirkara rüşvət şəklində pul və sair maddi nemətlər vermiş şəxsin əməli rüşvət verməyə cəhd kimi CM-in 29,312-ci maddələri ilə tövsif edilir, CM-in 312-ci maddəsinin Qeydində nəzərdə tutulmuş hallar müəyyən edilmədikdə həmin şəxslərin də cinayət məsuliyyətinə cəlb edilmələri məsələsi qanuna müvafiq qaydada həll edilir. Bu xarakterli işlər üzrə zərərçəkmiş şəxs qismində tanınma, cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi və yaxud ələ keçirilmiş əmlakın xüsusi müsadirəsi kimi məsələlər həll olunarkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1, 178-ci maddələrinin və 312-ci maddəsinin Qeyd hissəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2022-ci il 14 iyul tarixli Qərarı rəhbər tutulmalıdır. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun həmin Qərarına əsasən “Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipi baxımından rüşvət verən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 312-ci maddəsinin Qeyd hissəsinə uyğun olaraq rüşvət vermə haqqında müvafiq dövlət orqanına könüllü məlumat verdiyinə görə cinayət məsuliyyətindən azad edildiyindən barəsində törədilmiş dələduzluq cinayət işi üzrə onun zərərçəkmiş qismində tanınması mümkün hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu barəsində dələduzluq cinayəti törədilmiş şəxs cinayət prosesində zərərçəkmiş şəxs qismində tanındığı halda, təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-in 73-1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməsini mümkün saydığından və bunu həmin maddədə göstərilən hallarla, o cümlədən dəymiş ziyanın tamamilə ödənilməsi ilə şərtləndirdiyindən ziyanın zərərçəkmiş şəxsə ödənilməsi ilə əlaqədar artıq dələduzluq əməli nəticəsində ələ keçirilmiş əmlak və yaxud onun dəyərinə barəbər təqsirləndirilən şəxsə məxsus digər əmlak xüsusi müsadirə edilə bilməz. Hər hansı xidmət göstərmək, güzəşt etmək və müstəsna olaraq yalnız vəzifəli şəxslərə aid olan digər səlahiyyətləri həyata keçirmək hüququ olmayan şəxs tərəfindən zərərçəkmiş şəxsə onun xeyrinə hər hansı hərəkətin edilməsində köməklik göstərəcəyini vəd edərək vəzifəli şəxsə vermək adı ilə deyil, özü üçün hər hansı əmlakın və ya əmlaka olan hüququn verilməsini istəyib aldatma və ya etibardan suiistifadə etmə yolu ilə həmin əmlakın (əmlaka olan hüququn) ələ keçirilməsi də yalnız dələduzluq kimi qiymətləndirilməlidir”. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə qanunvericiliyin tələbi baxımından hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddə ilə nəzərdə tutulan cinayət əməlini törətdiyi üçün təqsirə görə məsuliyyət prinsipi baxımından cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. İş materiallarına əlavə edilmiş, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs8 Babasəməd oğlunun, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs14, Zərərçəkmiş şəxs11, Zərərçəkmiş şəxs9, Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13, Zərərçəkmiş şəxs10 Nualı oğlunun məhkəməyə təqdim etdikləri ərizələrindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan tam şəkildə ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və ya tələblərinin olmadığını bildirmişlər. Təqsirləndirilən şəxsə tərbiq edilməli olan cəza məsələsinə gəldikdə isə məhkəmə qeyd edir ki, “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 11 iyun tarixli 7 nömrəli qərarının 39-cu bəndində məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs şəxsiyyətini səciyyələndirilən hallar:xx.xx.1981-ci ildə Kürdəmir rayonu, Atakişili kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, hazırda işsiz, əvvələr məhkum olmuş, lakin qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş və götürülmüş, evli, yaşayış yeri üzrə müsbət xarakterizə olunur, Kürdəmir rayonu, Atakişili kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır. Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə, törətdiyi cinayəti səmimi etiraf edərək əməlindən səmimi peşimançılıq çəkməsini həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-nin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə onun cəmiyyətdən tam təcrid edilmədən islah olunmasının mümkünlüyünü nəzərə alaraq, ona CM-nin 178.2.2 və maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasını təyin etməyi məqsədəmüvafiq sayır. Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınaraq, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən qəti cəza təyin edilməlidir. İş üzrə 39.900 manat maddi ziyanın 19550 manat hissəsinin ibtidai istintaq müddətində, qalan 20350 manat hissəsinin isə işə məhkəmədə baxılan müddətdə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından maddi sübutlar məsələsinin necə həll edilməli olması məsələsinə baxaraq bu nəticəyə gəlir ki, iş üzrə maddi sübut olan 06 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə, CPM-in 346.1.20-ci maddəsinin tələblərinə əsasən seçilmiş qətimkan tədbirinin ləğv edilməli və ya dəyişdirilməli olub-olmadığı məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə, CPM-in 346.1.21-ci maddəsinin tələblərinə əsasən məhkəmə məsrəflərinin kimin üzərinə və hansı məbləğdə qoyulmalı olduğu məsələsinə baxaraq bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 53.65 (əlli üç manat 65 qəpik) manat ekspertiza xərci tutulub Məhkəmə ekspertizası mərkəzinin hesabına ödənilməlidir. Hökmün icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat məbləğində xidmət haqqı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 5000 (beş min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs həbsdə və ev dustaqlığında olduğu müddət nəzərə alınaraq təyin edilmiş cəza yüngülləşdirilərək, üzərində qəti olaraq 3000 (üç min) manat cərimə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan 06 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 53.65 (əlli üç manat 65 qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin hesabına keçirilsin. Hökmün icrası Kürdəmir rayon icra və probasiya şöbəsinə həvalə edilsin. Cinayət nəticəsində dəymiş 39.900 (otuz doqquz min doqquz yüz) manat ziyanın Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxslərə tamamilə ödənilməsi nəzərə alınsın. İş üzrə mülki iddia və digər məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Məhkəmədə Təqsirləndirilən şəxs göstərilən hüquqi yardıma görə Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şirvan Regional Vəkil bürosunun vəkili Müdafiəçi 300 (üç yüz) manat xidmət haqqı ödənilsin. Hökmdən 20 gün müddətində Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin cinayət kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə Azərbaycan Respublikası CPM-nin 384.1-ci maddəsində nəzərdə tutulmuş müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: X.X.İMANOV
Məhkəmə qərarları › İş №1(041)-7/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-7/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver