Məhkəmə qərarları › İş №1(041)-7/2025

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-7/2025

21.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-7/2025 21.01.2025 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ X15 Sabir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Quliyeva Sürəyya İsmayıl qızının katibliyi Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı ildə Kürdəmir rayonu, Sığırlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Kürdəmir rayon X5 X10 xəstəliklər şöbəsinin həkim-infeksionisti işləyən, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Kürdəmir Rayon X5 X10 xəstəliklər şöbəsinin müdiri vəzifəsini icra edən, Kürdəmir rayonu Sığırlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 314.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 19 sentyabr 2012-ci il tarixli 70 saylı əmri ilə təsdiq edilmiş “Həkim-infeksionistin nümunəvi vəzifə təlimatı”nın 7-ci bəndinə əsasən həkim-infeksionist müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etməli, 8-ci bəndinə əsasən mövcud qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etməli və nəzarət etməli, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etməli olduğu halda bunları etməyərək, həmçinin həmin vəzifə təlimatının 24.1-ci bəndinə əsasən təşkilati-sərəncamverici funksiyalara malik vəzifəli şəxs qismində ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və keyfiyyətli həyata keçirilməsinə şəxsən məsuliyyət daşıdığı halda, həmin tələblərə əməl etməyərək Kürdəmir Rayon X5 X10 xəstəliklər şöbəsinin müdiri vəzifəsini icra etdiyi dövrdə, yəni xx.xx.2023-cü il tarixdə Kürdəmir Rayon X5 Hüquqi Şəxsinə müraciət etmiş, Kürdəmir rayonu Qağacılı kənd sakini, xx.xx.2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs vəziyyətini düzgün qiymətləndirməyərək ona düzgün olmayan “Ağırlaşması olmayan qızılca?” diaqnozu təyin etmiş, təyin edilmiş diaqnozu dəqiqləşdirmək üçün hər hansı bir instrumental və laborator müayinələr aparmamış, diaqnoz əsaslandırılmamış, xəstədə ağciyərlərin hemorragik pnevmoniyasını müəyyən etməmiş, xəstənin vəziyyətinin ağırlıq dərəcəsini nəzərə alaraq təcili hospitalizasiya etməli, protokol üzrə adekvat müalicəyə cəlb etməli olduğu halda bunları etməmiş, bununla da göstərdiyi tibbi xidmətin yetərsizliyi, yəni hospitalizasiya aparmaması və müalicə taktikası seçməməsi nəticəsində xəstə Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə ağciyərlərdə hemorragik pnevmoniya, acaqlı qansızmalar, atelektaz emfizema fonunda baş vermiş kəskin tənəffüs çatışmazlığı səbəbindən ölmüş, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs ölümündən ibarət ağır nəticəyə səbəb olan səhlənkarlıq cinayəti törətmişdir. Məhkəmə baxışında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, 2003-2011-ci ilədək Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında həkim-pediatr, 2011-ci il hal-hazıradək isə Kürdəmir RMX-də həkim-infeksionist kimi işləyir. Kürdəmir rayonu Qağacılı kənd sakini, xx.xx.2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs 21 noyabr 2023-cü il tarixdə saat 18 radələrində 380C qızdırma, halsızlıq, iştahsızlıq, səpki və öskürək şikayətləri ilə Kürdəmir RMX-nin yoluxucu xəstəliklər şöbəsinə daxil olmuşdur. Zərərçəkmiş şəxs xəstəxanaya atası və babası gətirmişdir. Babasının deməsinə görə Rüfət 8-10 gündür xəstə olmuşdur. Xəstəlik əvvəlcə temperaturla, sonra isə öskürəklə başlamışdır. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə də qızdırması səbəbindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri Şahid qəbulunda olmuşdur. Xəstə ev şəraitində müalicə alsa da, ümumi vəziyyəti düzəlməmiş, səpkilərin və öskürəyin başlaması ilə əlaqədar yenidən xəstəxanaya müraciət etmişdir. O, Zərərçəkmiş şəxs profilaktik peyvəndləri olmadığını öyrənmişdir. O, Zərərçəkmiş şəxs müayinə etdikdən sonra xəstənin 38,20C qızdırması olduğunu görmüşdür. Konyuktiva qızarmış, dəri və selikli qişalar solğun olmuş, əsnəyi hiperemiyalı olmuşdur. Xəstəni müayinə etdikdən sonra ona “B05.9-ağırlaşması olmayan qızılca” diaqnozunu qoymaqla stasionar müalicəyə ehtiyacı olmamasını müəyyən etsə də, xəstənin yaxınlarına analiz, rentgen və stasionar şəraitdə müalicə məsləhət görmüşdür. Lakin yaxınları Zərərçəkmiş şəxs stasionara yerləşdirmək istəmədiklərini bildirmişdir. Bundan sonra o, Zərərçəkmiş şəxs müalicə üçün əlavə vitaminlər yazmaqla evinə göndərmişdir. 23 noyabr 2023-cü il tarixdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında olarkən Zərərçəkmiş şəxs ölməsi barədə məlumat almışdır. Təqsirləndirilən şəxs əlavə olaraq göstərdi ki, xx.xx.2023-cü il tarixdə o, Zərərçəkmiş şəxs müayinə edərək şikayətlərinə və əlamətlərinə ona “B05.9-ağırlaşması olmayan qızılca?” ilkin diaqnozunu qoymuşdur. İlkin mərhələdə xəstənin ağciyərlərində hemorragik pnevmoniyanın olduğunu müəyyən edə bilməzdi. O, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə müayinə edərkən xəstənin bədən səthində səpkilərin yeni formalaşmağa başlamasını və ağız daxilində də səpkilərin olmasını aşkar edib ona əsasən xəstəyə “Ağırlaşması olmayan qızılca?” ilkin diaqnozu təyin etmişdir. “Ağırlaşması olmayan qızılca” diaqnozu tibbi sığorta tərəfindən qarşılanmadığından, eləcə də xəstənin ailəsinin maddi vəziyyətinin kafi olmasını nəzərə alıb onlara analizlər, rentgen və stasionar müşahidəni məsləhət görsə də, sonuncular buna razılaşmamış, lazım gələrsə xəstəni yenidən xəstəxanaya gətirəcəklərini bildirmişlər. 18 noyabr 2023-cü il tarixdə də xəstə Zərərçəkmiş şəxs xəstəxanaya həkim-infeksionist Şahid qəbulunda olmuş, həmin müayinədə xəstəyə müalicə yazılmışdır. O, həmin müalicəyə əsaslanaraq xəstəyəi sadəcə olaraq məsləhətlər verərək bəzi vitaminlər yazmışdır. Xəstəyə xx.xx.2023-cü il tarixdə də vitaminlər və öskürək dərmanı yazıldığından və o, “Ağırlaşması olmayan qızılca?” diaqnozu qoyduğu üçün xəstəyə əlavə olaraq yalnız vitamin C qəbul etməsini bildirmişdir. O, xəstə yaxınlarına analizlər, rentgen və stasionar müşahidəni məsləhət görmüşdür. Lakin xəstə yaxınları Zərərçəkmiş şəxs yüksək temperaturunun olmadığını görüb stasionar müalicədən imtina edərək onu evə aparmaq istəmişlər. Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Şahid xx.xx.2023-cü il tarixdən 15 günlük məzuniyyətə çıxdığından həmin tarixdən Yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsini o, icra etmişdir. Həmçinin, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı verdiyi ifadələrində, eləcə də məhkəmə istintaqı zamanı verdiyi ifadələrində ona qarşı elan olunmuş ittihamda özünü təqsirli bilməsə də, son sözündə əməlini etiraf etdiyini, zərər çəkmiş şəxslə barışdığını bildirdi. Zərər çəkmiş şəxsin hüquqi varisi X12 izahatında göstərdi ki, Zərərçəkmiş şəxs onun böyük oğludur. 16 noyabr 2023-cü il tarixdən etibarən oğlu Rüfətin qızdırması yaranmışdır. Rüfətin qızdırması iki gün davam etdiyi üçün onlar Rüfəti 18 noyabr 2023-cü il tarixdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına gətirmişlər və Rüfət Baris həkim tərəfindən müayinə olunmuşdur. Baris həkim Rüfətin qızılca xəstəliyinə tutulduğunu deyərək öskürəyə və allergiyaya qarşı, eləcə də vitamin siropları yazmış və onlar evə gəlmişlər. 21 noyabr 2023-cü il tarixdə Rüfətin bədənində səpkilər yaranmağa başlamış və həmin gün Rüfətin burnundan qan gəldiyi və temperaturu artdığı üçün onu yenidən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparmışlar. X11 həkim müayinə etmişdir. Eltun həkim oğlunun qızılca olduğunu demiş, Rüfətə yeni resept yazaraq onları evə göndərmişdir. 2023-cü ilin noyabr ayının 22-dən 23-nə keçən gecə Rüfət narahat olmuş, arabir öskürmüşdür. 23 noyabr 2023-cü il tarixdə saat 9-a qalmış xəstəxanaya getmək üçün onlar evdən çıxdıqları vaxt Rüfət özündən getmişdir. Rüfəti dərhal atası Adilin maşını ilə xəstəxanaya gətirmişlər. Xəstəxanaya daxil olduqda isə oğlu Rüfətin artıq öldüyünü bildirmişlər. Roman Qəribov əlavə olaraq bildirdi ki, oğlu Zərərçəkmiş şəxs qızılca əleyhinə peyvənd etməmişlər. Onlar ümumiyyətlə Rüfətə heç bir peyvənd etdirməmişlər. Rüfət 14 noyabr 2023-cü il tarixdə qripləmiş, həmçinin qulaq ağrısı olmuşdur. Eltun həkim Rüfətlə bağlı nə analiz, nə rentgen istəməmiş və stasionar müşahidə təklif etməmişdir. Həmçinin zərər çəkmiş şəxsin hüquqi varisi X12 təqsirləndirilən şəxs Elton Musayevə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Şahid ifadəsində göstərdi ki, o, 1988-ci ilin fevral ayından Kürdəmir Rayon Mərkəzi Xəstəxanasında həkim-infeksionist işləmişdir. O, 2004-cü ildən Kürdəmir RMX-nin Yoluxucu xəstəliklər şöbənin müdiri vəzifəsində işləyir. 18 noyabr 2023-cü il tarixdən 02 dekabr 2023-cü il tarixədək növbəti əmək məzuniyyətində olmuşdur. Məzuniyyətdə olduğu dövrdə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsini həkimi Təqsirləndirilən şəxsa həvalə edilmişdir. Həmin şöbədə həkim kimi Təqsirləndirilən şəxslə o, işləmişdir. 18 noyabr 2023-cü il tarixdə məzuniyyətdə olmağına baxmayaraq, həmin gün xəstəxanada olduğu üçün Kürdəmir rayonu Qağacılı kənd sakini, xx.xx.2019-cu il təvəllüdlü Zərərçəkmiş şəxs müayinə etmişdir. O, xəstəni müayinə edərək J06.9-yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş kəskin infeksiyası diaqnozu qoymuşdur. Zərərçəkmiş şəxs öskürəyə və allergiyaya qarşı vitaminlər yazaraq onu evə göndərmişdir. 19 noyabr 2023-cü il tarixdə o, öz müalicəsi ilə əlaqədar Türkiyə Respublikasına getmiş və 27 noyabr 2023-cü il tarixdə qayıtmışdır. Qayıtdıqdan sonra Zərərçəkmiş şəxs 23 noyabr 2023-cü il tarixdə qızılca xəstəliyindən vəfat etdiyini öyrənmişdir. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir RMX-nin Yoluxucu xəstəliklər şöbəsinin həkimi Təqsirləndirilən şəxs müayinə etmişdir. Eltun həkimin Zərərçəkmiş şəxs hansı formada müayinə etməsi və hansı tədbirləri görməsi barədə məlumatı yoxdur. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq məhkəməyədək icraat zamanı və məhkəmə istintaqı zamanı əldə edilmiş, həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmayan sənədləri və digər iş materiallarını da iş üzrə mötəbər sübutlar kimi qəbul edir. Belə ki, cinayət işində olan və məhkəmə istintaqı zamanı elan olunaraq tədqiq olunmuş: - Məhkəmə tibbi ekspertizasının 22 dekabr 2023-cü il tarixli, 40 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində heç bir xəsarət aşkar olunmamış, Zərərçəkmiş şəxs ölümünə səbəb ağ ciyərlərdə hemorragik pnevmoniya, acaqlı qansızmalar, atelektaz və emfizema fonunda baş vermiş kəskin tənəffüs çatışmazlığı olmuşdur. Ölüm meyit müayinə olunandan 2-3 saat əvvəl baş vermişdir. - Komisyon məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, KEŞ-64 nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir Rayon Mərkəzi PHŞ-nə müraciət etmişdir. Obyektiv müayinə əsasında ona “Ağırlaşması olmayan qızılca?” diaqnozu təyin edilmişdir. Təyin edilmiş diaqnoz sual altında qoyulmuş və diaqnozun dəqiqləşdirilməsi üçün hər hansı bir instrumental müayinələr (rentgen, laborator, kompüter tomoqrafiya və s.) aparılmamışdır. Meyitin xarici məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində səpkilərin; meyitin daxili müayinəsi və həmçinin məhkəmə-histoloji müayinələrində isə ağciyərlərdə hemorragik pnevmoniyanın olduğu müəyyən edilmişdir. Beləliklə, Zərərçəkmiş şəxs təyin edilmiş diaqnoz düzgün olmamış, qızılca xəstəliyinin əlamətləri qeyd edilsə də, ağciyərlərin hemorragik pnevmoniyası müəyyən edilməmişdir. 2. Zərərçəkmiş şəxs adına Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin möhürü ilə təsdiq edilmiş A4 vərəqində olan qeydiyyatlardan görünür ki, uşağa müalicə həkimi Təqsirləndirilən şəxs tərəfindən yalnız məsləhətlər verilmişdir. Hər hansı bir müalicə haqqında qeydiyyat yoxdur. Beləliklə, xəstənin vəziyyəti düzgün qiymətləndirilməmiş, diaqnoz əsaslandırılmamış və heç bir müalicə taktikası seçilməmişdir.

3. Zərərçəkmiş şəxs vəziyyətinin və xəstəliyinin ağırlıq dərəcəsinin müəyyən edilməsi üçün hər hansı bir instrumental və laborator müayinələr aparılmamışdır. 4. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir RMX PHŞ-nə müraciəti zamanı ona hər hansı bir tibbi yardım göstərilməsi haqqında qeydiyyat yoxdur. Uşağın vəziyyətinin ağırlıq dərəcəsini nəzərə alaraq o, təcili hospitalizasiya edilməli və protokol üzrə adekvat müalicəyə cəlb olunmali idi. 5. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 09:10-da Kürdəmir RMX PHŞ-in X13 daxil olmuş və onda hər hansı bir həyat əlamətləri qeyd edilməmişdir. Zərərçəkmiş şəxs meyiti müayinə olunmuş və onun ölümünə səbəb “Ağciyərlərdə hemorrogik pnevmoniya fonunda baş vermiş kəskin tənəssüf çatışmazlığı”nın olduğu müəyyən edilmişdir. Bununla da Kürdəmir RMX PHŞ-ndə göstərilmiş tibbi xidmətin yetərsiz (hospitalizasiyasının aparılmaması və müalicə taktikasının seçilməməsi) ilə baş vermiş ölüm arasında səbəbli əlaqə vardır. Buna məsul şəxslər müayinə edən Təqsirləndirilən şəxs, şöbə müdiri və xəstəxananın rəhbərliyidir. 6. Zərərçəkmiş şəxs Kürdəmir RMX PHŞ-ndə göstərilmiş tibbi xidmət qüsurlu olmuş, bu da səhiyyə sistemində mövcud olan xx.xx.2012-ci il tarixli 70 saylı əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”nın 24.1ci bəndinin (ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və tam həcmdə icra edilməməsi) pozulması kimi qiymətləndirilir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi Publik Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 901 saylı təkrar komisyon ekspert rəyindən görünür ki, 1.TƏBİB-in Qızılca xəstəliyinin idarə olunması üzrə təlimatına əsasaən qızılcaya yoluxmuş 5 yaşdan aşağı olan xəstələrə “Vitamin A” drman pereaparatı təyin olunması nəzərdə tutulur. Digər vitaminlərin təyinatı haqqında qeydiyyat yoxdur. X8 “Vitamin A” dərman pereaparatı təyin olunması haqqında tərtib edilmiş ambulator kitabçada qeydiyyat yoxdur.Tibbi protokola əsasən “Qızılcaya şübhəli yoluxma hallarının idarə alqoritmi”nə əsasən xəstədə qıcolma,huşun itməsi,respirator disstres sindromu,kəskin iştahsızlıq,qiddan imtina edilməsi,davamlı qusmalar,dərin və ya yayılmış ağız yaraları,dehidratasiya,yuxarı tənəffüs yollarının iltihabı ilə əlsaəqli stridor və s. Qeyd edildiyi halda xəstəyə stasionar müalicə,vitamin A təyini,sepsisə şübhə olduqda güclü antibiotiklərin təyini və dəstəkləyici terapiyanın aparılması nəzərdə tutulur Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə Kürdəmir RMX PHŞ-də müayinəsi zamanı ona hər hansı bir müalicıənin yazılması qeyd edilməmişdir. Xəstəyə analizlər,rentgen müayinə və stasionar müalicə məsləhət görülmüşdür. xx.xx.2023-cü il tarixdə saat 0910-da xəstə Kürəmir RMX-sı PHŞ-in təcili yarım bölməsinə daxil olmuş və onda həyat əlamətləri olmamışdır. Qeyd olunanları nəzərə alaraq,Zərərçəkmiş şəxs xəstəxanaya ilkin müraciəti zamanı ona qızılca diaqnozunun və onun ağırlaşmalarının olması dəqiqləşdirilməsli olduğu halda dəqiqləşdirilməmişdir. Xəstəliyin ağırlıq dərəcəsi stasionar şəraitdə dəqiqləşdirilkdidən sonra adekvat müalicə taktikası seçilməli idi. Xüsusilə də nəzərə alınsa ki xəstənin buna böyük ehtiyacı var idi. 2. Qızılca xəstəliyi zamanı bədən səpkiləri ilə yanaşı laborator analizlərdən-qan serumunda qızılca virusuna qarşı “İgM” əks cisimləri və ya nazofarengial yaxmada PZR vasirtəsi ilə virusun RNT-sı təyinatə aparıla bilərdi. Zərərçəkmiş şəxs kliniki ağaırlaşması olmayan olmayan qızılca diaqnozu təyin olunsa da,diaqnoz sual altında qoyulmuş və mövcud ola biləcək ağırlaşmalar dəqiqləşdirilməmişdir. Belə olan halda xəstənin ambulator nəzəarətə götürülməsi və Kürdəmir GEM-ə bildiriş verilməsi X3 və Təbib-in qızılca xəstəliyinin idarə olunmasıı üzrə təlimatına uyğun olmamışdır. 3. Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli,64/KEŞ nömrəli komissyon məhkəmə-tibbi ekspertiza rəyində xəstənin hospitalizasının aparılmaması və müalicə taktikasının seçilməməsi ilə baş vermiş ölüm arasında səbəbli əlaqənin olduöu qeyd edilmişdir. Hospitilizasiyanın aparılmaması və müalicə taktikasının seçilməməsi xəstədə mövcud olan vəziyyətin daha da ağırlaşmasına və hemorragik pnevmoniyanın inkişafına şərait yaratmışdır. Bu baxımdan tibbi xidmətdə buraxılmış qüsurlar sonda xəstənin ölmünə səbəb olmuşdur. 4. Klinik gedişinə görə qızılca xəstəliyinin tipik və atipik formaları vardır. Qızılca zamanı ağırlaşma kimi diffuz hemorragik pnevmoniya inkişaf edə bilər. Hemorragik pnevmoniyanın inkişafı orqanizimin funkusiyasından asılıdır,müddəti isə müxtəlif ola bilər.

5. Müalicə həkiminin təyinatıə əsasında xəstənin instrumental və laborator müayinələrə göndərilməsi ilkin diaqnozun və onun ağırlaşmalalrının olun-olmaması üçün aparılır. Abmulator xəstələr üçün müıyyən edilmiş müayinələr xəsə və ya yaxınları tərəfindən,satsioan müalicədə olan xəstələr isə tibb personalı tərəfindən icra edilir.İnstrumental və laborator müayinəlrə aparılmış olsa idi,mövcud olan qızılca xəstəliyi fonunda xəstədə yanaşı aöırlaşmalar müəyyən oluna bilərdi. Tam diaqnoz və xəstənin vəziyyəti(xəstəliyin ağöırlıq dərəcəsi) vaxtında müəyyən olunardı və buna müvafiq stasionar şəraitdə adekvat müalicələr aparıla bilərdi.6. Zərərçəkmiş şəxs Kürdəmir RMXnda göstərilmiş tibbi xidmət qüsurlu olmuş,bu da səhiyyə sistemində qüvvədə olan, Səhiyyə Nazirliyinin xx.xx.2012-ci il tarixli,70 saylı əmrlə təsdiq edilmiş”ibb müəsissələrində çalışan tibb, əczaçılıq və digər ixtissaslar üzrə işçilərin nümunəvi təlimatları”nın 24.1-ci bəndinin (ona həvalə olunmuş vəzifə öhdəliklərinin vaxtında və tam həcmdə icra edilməməsi) pozulması kimi qiymətləndirilir. - Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 07 dekabr 2023-cü il tarixli, 18-1- 49/2-805/2023 nömrəli məktubundan görünür ki, Kürdəmir rayonu Qağacılı kənd sakini, xx.xx.2019-cu il təvəllüdlü Qəribli X6 Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Poliklinika şöbəsində həkim psixiatr və narkoloqun qeydiyaytında yoxdur. Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə saat 09:10-da heç bir həyat əlaməti olmadan Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-in X13 daxil olmuşdur. - Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 11 dekabr 2023-cü il tarixli, 18-1- 49/2-817/2023 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs valideynləri qızılca peyvəndindən imtina etdikləri üçün Zərərçəkmiş şəxs Qızılca peyvəndi olunmamışdır. - Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin 07 may 2024-cü il tarixl, 18-1- 49/2-430/2024 nömrəli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-in Yoluxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsi həkim Təqsirləndirilən şəxs həvalə edilmişdir. - Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-in xx.xx.2023-cü il tarixli, 18-1-49/2- 805/2023 saylı məktubundan görünür ki, Kürdəmir rayon Qağacılı kənd sakini xx.xx.2019cu il təvəllüdlü X1 ryon Mərkəzi Xəstəxanası PHŞ-in Polikninika şöbəsində həkim psixiatrı və narkoloqun qeydiyaytında yoxdur. - Zərərçəkmiş şəxs Kürdəmir RMX PHŞ-ə müraciəti ilə əlaqədar xəstə qeydiyyatı sistemindən çıxarışdan görünür ki, xəstə xx.xx.2023-cü il tarixdə ambulator həkim Zahid Əhmədov tərəfindən ümumi tibbi baxış keçirilmişdir. xx.xx.2023-cü il tarixdə ambulator İnfeksiya Polikninikasında həkim Şahid tərəfindən baxış keçirilmiş və dəqiqləşdirilməmiş bağırsaq helmintozları dqiaqnozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə amblator həkim Şahid tərəfindən qəbl edilmiş və yuxarı tənəffüs yolalrının dəqiqləşdirilməmiş kəskin infeksiyası iqanozu qoyulmuşdur. xx.xx.2023-cü il tarixdə amblator LOR polikninikasında həkim Faiq Şıxaliyev tərəfindən qəbuil edilmiş, qulaq kiri tıxacı diaqozu qoyulmuşdur.xx.xx.2023-cü il tarixdə ambulator həkim İnfeksiya polikninikasında həkim Təqsirləndirilən şəxs tərəfindən qəbul edilmiş və diaqnoz qoyulmamışdır. xx.xx.2023-cü il tarixdə ambulator İnfeksiya Polikninikasında həkim Təqsirləndirilən şəxs tərəfindən qəbul edilmiş və ağırlaşması olmayan qızılca diaqnozu qoyuluşdur. xx.xx.2023-cü il tarixdə TTYda həkim V.Nurməmmədov tərəfindən qəbul edilmişdir heç bir diqanoz qoyulmamışdır. - Kürdəmir Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin xx.xx.2023-cü il tarixli, 18-1-49/2- 430/2024 saylı məktubundan görünür ki, xx.xx.20232-cü il tarixli,18-1-49/3-12204/2023 saylı əmrlə xx.xx.2023-cü il tarixdən xx.xx.202023-cü tarixədək Kürdəmir rayon Mərkəzi Xəstəxanası PHŞ-in yolxucu xəstəliklər şöbəsinin müdiri vəzifəsi həkim Təqsirləndirilən şəxs həvalə edilmişdir. -Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İbnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.20234-cü il tarixli,368 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki nəfər yetkinlik yaşına çatmayan övladı var. -- Kürdəmir rayon İcra Hakimiyyəti Başçısının Sığırlı kənd İbnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxst oğlunun adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri ürə müsbət xarakterizə olunur. - X2 Sistemindən əldə olunmuş məhkumluq məlumatlarından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsinə əsasən “səhlənkarlıq, yəni vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasına səbəb olduqda, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda” cinayət əməlidir. Göründüyü kimi bu cinayətin obyektiv cəhəti 1) vəzifəli şəxsin işə vicdansız və ya laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi,2)fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə və ya dövlətin və ya cəmiyyətin qanunla qorunan mənafelərinə mühüm zərər vurulmasında ifadə olunan ictimai təhlükəli nəticənin olması,3)ictimai təhlükəli əməllə nəticə arasında səbəbli əlaqənin olması zəruri əlamətləri özündə əks etdirir. Səhlənkarlıq cinayət əməlinin subyekti vəzifəli şəxs olmalıdır.Vəzifəli şəxslərin öz xidməti vəzifəsini yerinə yetirməməsi dedikdə, qanunla,qanunvericilik aktları (təlimat, əsasnamə və.s.) ilə, əmək müqaviləsi ilə, yuxarı vəzifəli şəxsin əmri ilə həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi üçün obyektiv və subyektiv imkanların olmasına baxmayaraq, həmin vəzifələrin icra edilməməsi başa düşülür. Lazımi qaydada yerinə yetirməmə dedikdə isə vəzifəli şəxsin öz vəzifəsini tam, vaxtında və dəqiq icra etməməsi başa düşülür. Burdan anlaşılan odur ki, səhlənkarlıq cinayət əməlinin subyekti yalnız vəzifəli şəxs ola bilər. Burada vəzifəli şəxsin öz xidməti vəzifəsini yerinə yetirməməsi və ya lazımi qaydada yerinə yetirməməsi onun öz işinə vicdansız və ya laqeyd münasibətinin nəticəsi olmalıdır. İşə vicdansız və ya laqeyd münasibət dedikdə, vəzifəli şəxsin öz məsuliyyətini lazımi qaydada dərk etməməsi, öz xidməti vəzifələrinə laqeyd yanaşması, qulluq mənafeyini başqa mənafelərə nisbətən ikinci dərəcəli hesab etməsi və s. başa düşülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsinin “Qeyd” hissəsində nəzərdə tutulmuş “vəzifəli şəxs” anlayışının şərh olunmasına dair 19 iyul 2013-cü il tarixli qərarında şərh edilmişdir ki, hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli olan şəxslər sırasına,məsələn, yalnız ixtisasartırma və ya imtahan komissiyasının üzvü olan müəllimləri deyil,tələbələrdən və ya təhsil alan digər şəxslərdən imtahanları qəbul edən müəllimləri də aid etmək olar. Göstərilənlər nəinki təhsil sahəsində öz vəzifələrini həyata keçirən şəxslərin, o cümlədən digər xidmət sahələrində çalışan və hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyəti olan şəxslərin də vəzifəli şəxslər sırasına aid olunmasını istisna etmir. Dövlət və ya bələdiyyə orqanlarında yardımçı heyət (kargüzar, makinaçı, kuryer, liftçi və digərləri)- vəzifəli şəxslərin fəaliyyətinin təmin olunması üçün köməkçi maddi-texniki əməliyyatları həyata keçirən əməkdaşlardır. Onlar müvafiq orqanların səlahiyyətlərinin həyata keçirilməsi fəaliyyətində bilavasitə iştirak etmirlər, dövlət və ya bələdiyyə orqanları aparatlarının fəaliyyətinin maddi-texniki və məlumat prosessinin təminatı ilə məşğuldurlar. Azərbaycan Respublikası Konstitusiyasının 27-ci maddəsinə əsasən hər kəsin yaşamaq hüququ vardır. Konstitusiyanın 41-ci madəsinə əsasən İ. Hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır. İİ. Dövlət müxtəlif mülkiyyət növləri əsasında fəaliyyət göstərən səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri tədbirlər görür,sanitariya-epidemiologiya salamatlığına təminat verir, tibbi sığortanın müxtəlif növləri üçün imkanlar yaradır. İİİ. İnsanların həyatı və sağlamlığı üçün təhlükə törədən faktları və halları gizlədən vəzifəli şəxslər qanun əsasında məsuliyyətə cəlb edilirlər. Tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, zərərçəkmiş şəxs mərhum Zərərçəkmiş şəxs sağlamlıq hüququnun təmin olunması üzrə üzərinə götürdüyü öz vəzifələrini həyata keçirən (lazımi səviyyədə həyata keçirməyən) tibbi xidmət sahələrində çalışan və zərər çəkmiş şəxsə münasibətdə hüquqi əhəmiyyətli hərəkətləri etməyə səlahiyyətli olan yolxucu xəstəliklər üzrə həkim, iş üzrə Təqsirləndirilən şəxs üzərinə götürdüyü öhdəlikləri həyata keçirərkən vəzifəli şəxs qismində çıxış etmişdir. Müəyyən edilmişdir ki, xəstənin tam müayinəsinin aparılması istiqamətində tədbirlər görülmədiyinə görə onun vəziyyətinin ağırlığı düzgün qiymətləndirilməmiş, xəstənin huşu, bədən hərarəti, dəri örtüklərinin rəngi, Zərərçəkmiş şəxs xəstəxanaya ilkin müraciəti zamanı ona qızılca diaqnozunun və onun ağırlaşmalarının olması dəqiqləşdirilməsli olduğu halda dəqiqləşdirilməməsi, xəstəliyin ağırlıq dərəcəsi stasionar şəraitdə dəqiqləşdirilkdidən sonra adekvat müalicə taktikası seçilməməsi, bədən səpkiləri ilə yanaşı laborator analizlərdən-qan serumunda qızılca virusuna qarşı “İgM” əks cisimləri və ya nazofarengial yaxmada PZR vasitəsi ilə virusun RNT-sı təyinatə aparılmaması, Zərərçəkmiş şəxs kliniki ağaırlaşması olmayan qızılca diaqnozu təyin olunsa da, diaqnoz sual altında qoyulmuş və mövcud ola biləcək ağırlaşmaların dəqiqləşdirilməməsi, X3 və Təbib-in qızılca xəstəliyinin idarə olunmasıı üzrə təlimatına uyğun olaraq xəstənin ambulator nəzəarətə götürülməsi və Kürdəmir GEM-ə bildiriş verilməməsi, Zərərçəkmiş şəxs adına tərtib edilmiş xx.xx.2024-cü il tarixli,64/KEŞ nömrəli komissyon məhkəmə-tibbi ekspertiza rəyində xəstənin hospitalizasının aparılmaması və müalicə taktikasının seçilməməsi, hospitilizasiyanın aparılmaması və müalicə taktikasının seçilməməsi xəstədə mövcud olan vəziyyətin daha da ağırlaşmasına və hemorragik pnevmoniyanın inkişafına şərait yaratması, tibbi xidmətdə buraxılmış qüsurlar sonda xəstənin ölmünə səbəb olmuş, onun tərəfindən göstərilən tibbi qüsurlarla xəstənin vəziyyətinin ağırlaşması arasında səbəbli əlaqə vardır, nəticədə Zərərçəkmiş şəxs səhhətinin sonrakı müayinə və müalicələrə tabe olmayan həddə ağırlaşmaqla ehtiyatsızlıqdan 23 noyabr 2023-cü il tarixdə “ağciyərlərdə hemorragik pnevmoniya, acaqlı qansızmalar, atelektaz emfizema fonunda baş vermiş kəskin tənəffüs çatışmazlığı səbəbindən ölməsinə səbəb olan səhlənkarlıq etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirinin 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmri ilə təsdiq edilmiş “Təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimin nümunəvi vəzifə təlimatının 6-cı, 7-ci bəndlərinə əsasən təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkim tibbi praktikada tədbiqinə icazə verilmiş müasir diaqnostika və müalicə metodlarından istifadə etməklə öz ixtisası üzrə peşakar səviyyədə tibbi yardım göstərməli, müəyyən edilmiş standartlara və tələblərə uyğun olaraq xəstəyə tibbi yardım göstərilməsi taktikasını müəyyən edir. Diaqnoz qoyur. Məhkəmə iş üzrə bir neçə məhkəmə-tibbi ekspert rəylərini digər sübutlarla müqayisəli şəkildə təhlil edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirmiş, toplanmış bütün sübutların məcmusunu ittiham hökmünün çıxarılmasına kifayət hesab etmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq, belə bir nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs olaraq öz işinə vicdansız və laqeyd münasibət göstərməsi nəticəsində xidməti vəzifələrini lazımi qaydada yerinə yetirməməsi ehtiyatsızlıqdan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ölümünə səbəb olan səhlənkarlıq cinayəti törətmişdir. Həmin əməl isə Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin tərkibini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs əməlinin CM-nin 314.2-ci maddəsi ilə tövsifi ilə razılaşır və hesab edir ki, o təqsirli bilindiyi maddənin sanksiyası həddində cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən aşağıdakıların qeyd edilməsini zəruri sayır. Təqsirləndirilən şəxs iş və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, zərər çəkmiş şəxsin hüquqi varisinin şikayət və tələbinin olmaması, himayəsində yetkinlik yaşına çatmayan övladı olması onun əməlində cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında “ Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı Qərarın 23-cü bəndinə görə, hökm çıxarıldığı vaxt şəxsin artıq müəyyən vəzifəni tutmaması və yaxud fəaliyyət növü ilə məşğul olmaması onun barəsində əlavə cəza kimi müəyyən vəzifə tutmaq hüququndan və yaxud müəyyən fəaliyyətlə məşğul olmaq hüququndan məhrum etmə cəzasının tətbiq edilməsini istisna etmir. CM-nin 46.1-ci maddəsinə müvafiq olaraq müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə kimi alternativ qaydada təsbit edilən cəzalardan birincisi, yəni müəyyən vəzifə tutma yalnız dövlət orqanlarında və yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın qadağan edilməsi şəklində tətbiq edilə bilər. Digər orqanlarda müəyyən vəzifə tutma hüququndan məhrum etmə qismində əlavə cəzanın təyin edilməsinə yol verilmir. Bu cəzalardan ikincisi, yəni müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə isə konkret orqanda, konkret vəzifənin tutulmasını deyil, bu və ya digər fəaliyyət növü ilə (misal üçün tibb sahəsində, pedoqoji sahədə) məşğul olmanı ehtiva etdiyi üçün bu və ya digər sahə üzrə fəaliyyətə qoyulan qadağa da yalnız dövlət və yerli özünüidarə orqanları ilə (onlara aid olan müəssisələrlə) məhdudlaşa bilməz və təqsirkar şəxsə müəyyən olunmuş zaman ərzində istənilən yerdə (o cümlədən istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində) konkret fəaliyyət növü ilə məşğul olmanın qadağan edilməsi şəklində tətbiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın nüvünü və həddini müəyyən edərkən, onun əməlində cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halın olmamasını nəzərə alır və hesab edir ki, ona təqsirləndirildiyi cinayət qanunu normasındə nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, törədilmiş cinayətin ictimai təhlükəliliyini və törədilmə mexanizmini nəzərə alaraq, Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsə istər dövlət, istərsə də özəl tibb və yaxud tədris müəssisələrində həkim peşə fəaliyyəti ilə məşğul olmaq hüququndan məhrum etmə əlavə cəzanın təyin edilməsi ədalətlidir, cəza təyin etmənin bütün prinsiplərinə uyğundur və cəzanın məqsədlərinə nail olunması üçün yeterlidir. Təqsirləndirilən şəxs üzərinə müəyyən məhdudiyyətlər və vəzifələr qoyulmaqla, vəzifələrin yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli, azadlığın məhdudlaşdırılması cəzasını çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan, əlavə cəzanın müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 314.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə həkim peşə fəaliyyəti (dövlət və ya özəl tibbi və yaxud tədris müəssisələrində) ilə məşğul olmaq hüququndan məhrum etmə əlavə cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir rayonu Sığırlı kəndində yerləşən evini gecə saat 23.00-dan səhər saat 07.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə həkim peşə fəaliyyəti (dövlət və ya özəl tibbi və yaxud tədris müəssisələrində) ilə məşğul olmaq hüququndan məhrum etmə cəzasının müddəti hökm qanuni qüvvəyə mindiyi andan hesablansın. Təqsirləndirilən şəxs barəsində olan “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən elan olunduğu gündən 20 gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Marif Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar