Məhkəmə qərarları › İş №1(041)-70/2023

Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-70/2023

02.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-70/2023 02.08.2023 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, zərərçəkmiş Kürdəmir rayonu Karrar Bələdiyyəsinin sədri X12 və X13 nümayəndəsi Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxxxx 1982-ci ildə Kürdəmir rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, Kürdəmir rayonu Ərşəli tam orta məktəbdə müəllim işləyən, məhkumluğu olmayan, evli, Kürdəmir rayonu Ərşəli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş- Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs vahid qəsdlə 2022-ci ilin noyabr ayında, Kürdəmir rayonu Karrar bələdiyyəsinə məxsus, Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən kənd təssürafatlı kateqoriyalı, örüş təyinatlı torpaq sahəsinin 1,78 ha torpaq sahəsini, həmçinin Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə X6 Peşə Liseyinə məxsus Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən 100 ha kənd təssürafatlı kateqoriyalı, əkin təyinatlı torpaq sahəsinin 2.20 ha sahəsini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan qanunsuz zəbt edərək əkin əkib becərməklə öz başına tutmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittiham üzrə tam təqsirli bilərək göstərdi ki, xx.xx.1985-ci ildə Kürdəmir rayonu Ərşəli kəndini su basdığına görə, ona və digər ailələrə kəndin digər yerindən təzə torpaq sahəsi verilmişdir. 1994-cu ildən etibarən isə qardaşı Vilayət Ərşəli kəndi ərazisində 0.12 ha torpaq sahəsi kəndin köhnə bələdiyyə sədri Rza Rzayev tərəfindən verilmiş, onun yanında isə digər qardaşı Ramilə 0.12 ha torpaq sahəsi verilmişdir. Bundan sonra isə keçmiş Kürdəmir rayonu Ərşəli kənd bələdiyyəsinin sədri Rza Rzayev 5-6 metri uzununa addımlayaraq həmin torpaq sahəsinidə yol kimi pay verilmişdir. Bununla da birlikdə təxminən 0,30-0,36 ha torpaq sahəsi olmişdur. Bundan sonra isə 2022-ci ildəona və bacısı oğlu Mikayılada Vilayətgillə sərhəddən hərəsinə 0,12 ha torpaq sahəsi almışlar və hamısı birlikdəbir ailə olduqlarına görə torpaq sahələrini birləşmişdilər. Lakin torpaq sahənin sənədini verməmişlər. 2007-ci ildə keçmiş Kürdəmir rayonu Ərşəli kənd bələdiyyəsinin sədri Rza Rzayev bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 4 ha torpaq sahəsini 99 il müddətində icarəyə verilmişdir. Həmin gündən etibarən isə həmin torpaq sahəsini əkib becərməklə məşğul olmuşlar. Həmin torpaq sahəsi dörd künc şəkildədir. 2021-ci ildə həyətyanı sahəsində olan 0,12 ha torpaq sahəni sənədləşdirmək üçün Zərərçəkmiş şəxs1 şifahi formada müraciət etmişdir. Sahiblə söhbət etdikdən sonra onunla 0,12 ha torpaq sahəsini sənədləşdirməsi üçün 2500 manata razılaşmışlar. Buna görə də, qardaşı Vilayət və atası Hidayətin iştirakı ilə Sahiblə görüşüb 2500 manatı ona vermişlər. Sahib isə sənədləşdirmə işlərini aparması üçün 1 ay vaxt istəmişdir. Lakin, Sahib bir ay ərzində heç bir iş görməmiş, əksinə isə RPŞnə çağırıb torpaq zəbt etdiyini və torpağı boşaltmasını demişdir. Bununla bağlı RPŞ-nin TB-də araşdırma aparılmışdır. Küçəyə çıxıb Sahibə zəng edib “ bu nə məsələdir”demiş, sahib isə “Naftalandayam istirahət edirəm, müalicə edirəm çıxanda danışarıq”demişdir. Evə gedib Sahibə təkrar zəng edərək “məndən 2500 manat pul alıb məni niyə polisə verirsən”demişdir, Sahib isə söyüş söyüb ona pul vermədiyini demişdir. Bundan sonra Kürdəmir rayon prokurorluğuna şikayət etdiyinə görə orada da araşdırma aparılmışdır. Rayon prokurorluğunda izahat verərkən atasının və qardaşının yanında Sahibə 2500 manat verdiyini bildirmişdir. Bundan sonra Sahiblə aralarında ədavət yaranmış və o onun mülkiyyətində olan torpaq sahəsini alıb digər həmkəndlisinə satmaq istəmişdir. 2023-cü ildə isə Sahib onun iştirakı olmadan ona 99 illik müqavilə ilə verilmiş 4 ha torpaq sahəsinə dair qərarı ləğv etdiyini öyrənmişdir. Lakin həmin torpaq hazırda da istifadəsindədir, bu günki günədək də torpağa aid vergini hər il ödəmişdir. Zərərçəkmiş şəxs1 onun və qardaşı Vilayətdən etdiyi şikayətlər əsassızdır, həmçinin onun müqaviləsini əsassız ləğv etmişdir. Bundan sonra müstəntiqin, bələdiyyəsədri Zərərçəkmiş şəxs1, özünün,qardaşı Şahid1, iki nəfər hal şahidinin, 16 saylı Ucar ərazi dairəsinin əməkdaşları ilə birlikdə qardaşı Vilayətin torpaq sahəsinə və özünün əkib becərdiyi torpaq sahəyə baxış keçirilmiş, istifadə etdiyi torpaqları ölçülmüşdür. Vilayət torpaq sahəsini özünün kimi qeyd etsədə, o orada heç bir çəpərləmə işləri aparmamışdır, torpaq sahəsinə giriş-çıxış sərbəst şəkildə həyata keçirmək mümkündür. Öz torpaq sahəsi ölçüləndən sonra X17 məxsus, Kürdəmir rayonu Ərşəli kəndi ərazisində yerləşən əkin sahəsindən 2.20 ha torpaq sahəsini, 1.78 ha isə Karrar bələdiyyəsinə məxsus torpaq sahəsini zəbt etdiyini öyrənmişdir. Hazırda da, zəbt etdiyi torpaq sahələrini buraxır, və sahiblərinə qaytarmaq istəyir. Zərərçəkmiş şəxs1 dedikləri yalandır, çünki 99 illik müqavilə ilə 4 ha torpaq sahəsini 2007-ci ildə icarəyə götürüb istifadə edir. Həmçinin 1,78 ha torpaq sahəsini isəölçü işləri aparandan sonra bilmiş, həmin torpaq sahəsinidə buraxmağa hazırdır. 2004-cü ildə Vilayət və digər qardaşı Ramil hərəsinə 0,12 ha olmaqla cəmi 0,24 ha torpaq sahəsini köhnə bələdiyyəsiRzayev Rzadan almışdılar, həmin torpaq sahələrinində sənədləri var, Rza isəözü uzununa 5-6 metri ölçüb yol kimi pay qismində vermişdir. Bundan sonra isə 0,12 ha torpaq sahəsini 2021-ci ildə Sahibdən 2.500 manata almışdır. Lakin Sahib sənəd vermir və pulunu rüşfət kimi almışdır. Bacısı oğlu X3 ata və anası rəhmətə getdiyinə görə o müxtəlif instansiyalara müraciət etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını, ilk dəfə cinayət hadisəsi törətməsini və zərərçəkmiş hüquqi şəxslərdən zəbt etdiyi torpaq sahələrini qaytarmaqla vurduğu maddi ziyanı ödəməsini, özünün Kürdəmir rayonu Ərşəli kənd tam orta məktəbində çağırışaqədərki hazırlıq fənni üzrə müəllimi işlədiyini, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını, torpaq sahəsini zəbt etməkə səhvə yol verdiyini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Karrar Bələdiyyəsinin nümayəndəsi və sədri vəzifəsini icra edən X12 izahatında göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır. Kürdəmir rayonu Ərşəli kəndidə inzibati ərazinə daxildir. Nəsimi və qardaşı Vilayətdə Kürdəmir rayonu Ərşəli kəndində yaşayırlar. 2004-cü ildə Kürdəmir rayon Ərşəli kənd bələdiyyəsinin sədri Rza Rzayev kənd bələdiyyəsinə məxsus olan torpaq sahəsindən 0.12 ha torpaq sahəsini Şahid1 həyətyanı sahə qismində vermişdir. Buna baxmayaraq Vilayət ona verilən torpaq sahəsini istifadə etməyərək başqa yerdən qeyri qanuni qanunsuz olaraq 0,80 ha torpaq sahəsini zəbt edib kənarlarını bağlayıb şumlamışdır. Bundan başqa 2007-ci ildə keçmiş Kürdəmir rayonu Ərşəli kənd bələdiyyəsinin sədri Rza Rzayev bələdiyyə mülkiyyətində olan örüş təyinatlı torpaq sahəsindən Ərşəli kənd sakini Təqsirləndirilən şəxs 4 ha torpaq sahəsini 99 il müddətində vermişdir. Həmin torpaq sahəsini örüş təyinatlı olmasına baxmayaraq keçmiş bələdiyyə sədri torpağın təyinatını dəyişərək torpaq icarəsi müqaviləsində əkin təyinatlı olduğunu bildirmişdir. Bələdiyyə haqqında qanunvericilikdə bələdiyyə mülkiyyətində olan torpaq sahəsi vətəndaşlara 10 ildən 15 il müddətində icarəyə verilə bilər. Nəsiminin torpağa icarə müqaviləsi xx.xx.2022ci il tarixdə bitmişdir. Azərbaycan Respblikası Torpaq Məcəlləsinin 16-cı maddəsinin tələblərinə əsasən Kürdəmir rayonu Ərşəli bələdiyyəsi (indiki Karrar) tərəfindən xx.xx.2007-ci il tarixli 5 saylı qərarı ilə müddəti xx.xx.2022-ci iil tarixdə bitdiyi üçün Kürdəmir rayon Karrar bələdiyyəsinin xx.xx.2022-ci il tarixli 11 saylı iclas qərarı ilə həmin müqaviləyə xitam verilərək vətəndaş Təqsirləndirilən şəxs torpaqdan itifadə etməməsi barədə ona xx.xx.2022-ci ildə rəsmi məktub göndərilmiş və həmin torpaq sahəsinin açıq müsabiqəyə çıxarılması bildirilmişdir. Lakin buna baxmayaraq Nəsimi 2022-ci ilin noyabr ayının ortalarında bələdiyyə məxsus 5,78 ha örüş torpaq sahəsini şümlayaraq taxıl əkmişdir. Buna görə də, xx.xx.2022-ci i tarixdə o və Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları ilə birgə akt tərtib etmişlər. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları, RPŞ-nin müstəntiqi Natiq Həsənovun, Təqsirləndirilən şəxs, Şahid1 və iki nəfər şəxsin iştirakı ilə torpaq sahələri ölçülmüş, bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. 2004-cü ildə Kürdəmir rayon Ərşəli bələdiyyəsinin sədri Rza Rzayev kənd bələdiyyəsinə məxsus olan torpaq sahəsindən 0.12 ha torpaq sahəsini Şahid1 həyətyani sahə üçün vermişdir. Buna baxmayaraq Vilayət ona verilən torpaq sahəsini istifadə etməyərək başqa həmin ildən etibarən Kürdəmir rayonu Karrar kənd bələdiyyəsinə məxsus 0.80 ha torpaq sahəsini qeyri qanuni qanunsuz olaraq zəbt edib kənarlarına hasar kimi nəsə çəkmişdir. Həmin torpağı o özünün ki kimi təqdim edərək həmin torpağa girişinə imkan verməmişdir. Təqsirləndirilən şəxs keçmiş Ərşəli kənd bələdiyyəsi Rza Rzayev tərəfindən 99 illik icarə müqaviləsi əsasında verilmiş 4 ha torpaq sahəsinin icrarə müqaviləsinin bitməsi barədə ona xx.xx.2022-ci ildə rəsmi məktub göndərilmişdir. Nəsimin iştirakı olmadan Karrar kənd bələdiyyəsinin katibi Mais Bayramov, Bələdiyyənin üzvü X16, Bağırova Hicran Tahir qızının və digərlərinin iştirakı ilə iclas keçirilmişdir. Həmin iclas protokollaşdırılmış və 5 gün sonra isə Regional Ədliyyə Şöbəsinə təhvil verilmişdir. Nəsimi yalan danışır, ona vergi ödəməsi üçün məktub göndərməmiş və onu məcbur eləməmişdir. Nəsimi öz başına olaraq vergi ödəmişdir. Nəsimiyə xx.xx.2007-ci il tarixli 5 saylı qərarı ilə 4 ha torpaq sahəsi verilsə də, o Kürdəmir rayonu Karrar bələdiyyəsinə məxsus 1,78 ha örüş torpaq sahəsini əlavə olaraq zəbt etmişdir.Nəsimi 2007-ci ildən etibarən ona torpaq sahəsi verilərkən əlavə olaraq da 1,78 ha bələdiyyə məxsus örüş sahəsini zəbt etmiş və istifadə etmişdir.xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyət Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları, RPŞ-nin müstəntiqi Natiq Həsənovun, Təqsirləndirilən şəxs, Şahid1 və iki nəfər şəxsin iştirakı ilə torpaq sahələri ölçülmüş, bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğu imzalarla təsdiq olunmuşdur. Həmin ölçülməyə əsasən isə Təqsirləndirilən şəxs Karrar bələdiyyəsinə məxsus 1.66 ha yox, 1.78 ha torpaq sahəsini zəbt etdiyi müəyyən edilmişdir. Həmçinin, həmin ölçünün nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs Kürdəmir rayon Peşə liseyinin ərazisindən də 2.20 ha torpaq sahəsini zəbt edərək əkmişdir. M.Ə.Bayramov həmçinin ifadəsində bələdiyyəyə məxsus torpaq sahəsinin qaytarıldığını təqsirləndirilən şəxslə barışaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə zərərçəkmiş hüquqi şəxs X13 nümayəndəsi Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, X13 inzibati təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində işləyir. Kürdəmir rayonu Ərşəli kəndi ərazisində, X17 məxsus 100 ha torpaq sahəsi vardır. Həmin torpaq sahəsi əkin təyinatlıdır. Kürdəmir rayonu Ərşəli kəndində yaşayan Hüseynov X5 Peşə Liseyinə məxsus torpaq sahəsinin yanında özünə məxus torpaq sahəsini əkib becərərkən, X17 məxsus 2.20 ha torpaq sahəsinidə qanunsuz zəbt edərək əkin əkmişdir. Bu barədəəvvəl məlumatı olmasa da, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Ucar ərazi şöbəsindən məktub daxil olaraq, onlara məxsus torpaq sahəsinin zəbt olunduğunu bildirmişdilər. Bu görə də idarə Kürdəmir RPŞ-nə həmin torpaq sahəsinin boşaldılmasıüçün məktub göndərmişdir. Özüdə zərərçəkmiş hüquqi şəxs X13 nümayəndəsi qismində tanınmışdır. Hazırda, Təqsirləndirilən şəxsla şifahi qaydada profilakti söhbətlər aparılmış və o idarəyə məxsus zəbt etdiyi torpaq sahəsini boşaldaraq idarəyə təhvil verildiyini bildirmişdir. Təqsirləndirilən şəxsla barışdığlarını, ona qarşı heç bir şikayətləri olmadığını və Təqsirləndirilən şəxs həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, xx.xx.1985-ci ildə Kürdəmir rayonu Ərşəli kəndini su basdığına görə, ona və digər ailələrə kəndin digər yerindən təzə torpaq sahəsi verilmişdir. 1994-cu ildən etibarən isə onaƏrşəli kəndi ərazisində 0.12 ha torpaq sahəsini kəndin köhnə bələdiyyə sədri Şahid4 tərəfindən verilmiş, onun yanında isə digər qardaşı Ramilə 0.12 ha torpaq sahəsi verilmişdir. Bundan sonra isə Rza 5-6 metri uzununa addımlayaraq həmin torpaq sahəsinidəonlara yol kimi pay vermişdir. Bununla da birlikdə təxminən 0,30-0,36 ha torpaq sahəsi olmuşdur. Bundan sonra isə 2022-ci ildəo və bacısı oğlu Mikayılla və qardaşı Nəsimiyə hərəsinə 0,12 ha torpaq sahəsi almışlar və hamısıbir ailə olduqlarına görə torpaq sahələrini birləşmişdilər. Lakin Nəsimiyə torpaq sahəsinin sənədini verməmişlər.2007-ci ildə keçmiş Kürdəmir rayonu Ərşəli kənd bələdiyyəsinin sədri Rza Rzayev bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən 4 ha torpaq sahəsini 99 il müddətində Nəsimiyə icarəyə vermişdir. Həmin gündən etibarən isə Nəsimi həmin torpaq sahəsini əkib becərməklə məşğul olur. Həmin torpaq sahəsi dördküncdür, torpağın aşağı hissəsində isə əmisi X1 aid 1,66 ha torpaq sahəsi var. 2021-ci ildə həyətaynı sahələrində olan 0,12 ha torpaq sahəsini Nəsimi sənədləşdirmək üçün Zərərçəkmiş şəxs1 şifahi formada müraciət etmişdir. Sahiblə söhbət etdikdən sonra onunla 0,12 ha torpaq sahəsini sənədləşdirməsi üçün 2500 manata razılaşmışlar. Buna görə də qardaşı Nəsimi və atası Hidayətin iştirakı ilə Sahiblə görüşüb 2500 manatı ona vermişlər. Sahib isə sənədləşdirmə işlərini aparması üçün 1 ay vaxt istəmişdir. Lakin, o bir ay ərzində heç bir iş görməmiş, əksinə isə Nəsimini RPŞ-nə çağırıb torpaq zəbt etdiyini və torpağı boşaltmasını demişlər. Bununla bağlıKürdəmir RPŞ-nin TBdə araşdırma aparılmış. Nəsimi Sahibə zəng edib pulunu geri istəsə də Sahib pul aldığını inkar etmişdir. Nəsimidə bundan sonra Kürdəmir rayon prokurorluğuna şikayət etdiyinə görə orada da araşdırma aparılmışdır. Rayon prokurorluğun da izahat verərkəndə atasının qardaşının yanında Sahibə 2500 manat verdiklərini bildirmişlər. Bundan sonra Sahiblə aralarında ədavət yaranmış və o Nəsiminin mülkiyyətində olan torpaq sahəsini alıb digər həmkəndlilərinə satmaq istəyir. 2023-cü ildə isə Sahib Nəsiminin iştirakı olmadan Nəsimiyə 99 illik müqavilə ilə verilmiş 4 ha torpaq sahəsinə dair qərarı ləğv etdiyini öyrənmişlər. Lakin həmin torpaq Nəsiminin hazırda da istifadəsindədir, bu günki günədək də Nəsimi torpağa aid vergisini hər il ödəmişdir. Zərərçəkmiş şəxs1 onun və qardaşı Nəsimidən etdiyi şikayətlər əsassızdır, həmçinin onun Nəsiminin müqaviləsini əsassız ləğv etmişdir. Zərərçəkmiş şəxs1 dedikləri yalandır, çünki Nəsimi 99 illik müqavilə ilə 4 ha torpaq sahəsini 2007-ci ildə icarəyə götürüb istifadə edir. 1,66 ha torpaq sahəsi isə onun əmisi X1 məxsusdur, oda həmin torpağı 1990-cı illərin əvvəllərindən istifadə edir. Nəsimi və özü Kürdəmir rayonu Karrar kənd bələdiyyəsinə məxus torpaq sahəsini zəbt etməmişlər. 2004-cü ildə özü və digər qardaşı Ramil hərəsinə 0,12 ha olmaqla cəmi 0,24 ha torpaq sahəsini köhnə bələdiyyə sədri Rzadan almışlar, həmin torpaq sahələrinində sənədləri var, Rza isə özü uzununa 5-6 metri ölçüb yol kimi pay qismində vermişdir. Bundan sonra isə Nəsimi 0,12 ha torpaq sahəsini 2021-ci ildə Sahibdən 2.500 manata almışdır. Həmin torpaq sahəsinin kənarlarını hasarlamamış, əkin işləri aparmamışdır. Həmin torpaq sahəsinə giriş-çıxış sərbəst şəkildədir. Zərərçəkmiş şəxs1 qanunsuz olaraq və heç bir əsassız Nəsiməyə məxsus 4 ha torpaq sahəsinin 99 illik müqaviləsini ləğv etmişdr. Bu barədə RPŞ-dəöyrənmişlər, lakin onun guya keçirdiyi bələdiyyə iclasında o və ailə üzvləri iştirak etməmişdir. Bu barədə dəonlara heç bir şifahi və rəsmi formada məlumat verilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid1 həmkəndliləridir. Onlarla ədavəti və düşmənçiliyi yoxdur. Nəsimidə kimi kənd təsərrüfatı ilə məşğul olur. Nəsimi ilə torpaqları isə ayrı-ayrı yerlərdə yerləşirlər. Nəsimi uzun illərdir ki Kürdəmir rayonu Karrar bələdiyyəsinə məxsus Kürdəmir rayonu Ərşəli kəndində, pay torpaqlarının kənarında 6 hektara yaxın torpaq sahəsini qanunsuz olaraq zəbt edib, şumlayaraq əkin işləri aparmışdır. Nəsimi şumlama və əkin işlərini əsasən gecə saatlarında edir. Bundan başqa qardaşı Vilayət Kürdəmir rayonu Ərşəli kəndinin içində, peşə məktəbinin torpaq sahəsinin yanında olan bələdiyyənin ehtiyyat torpaq fonduna məxsus 0,76 ha torpaq sahəsini zəbt etmişdir. Vilayət həmin torpaq sahəsini hasarlayıb və şumalamışdır. Nəsimi öz başına kənd bələdiyyəsinə məxsus 6 ha yaxın torpaq sahəsinin təyinatını dəyişmişdir, həmin torpaq sahəsini Nəsimi tək özü zəbt edərək əkin işləri aparmışdır. Ondan başqa həmin torpaq sahəsində heç kim iş görməmişdir.Nəsimi uzun müddətdir ki, torpaq sahəsini zəbt edərək əkmişdir. Sonuncu dəfə isə 2022-ci ilin noyabr ayında Nəsimi həmin zəbt etdiyi torpaq sahəsini şumlayaraq əkin əkmişdir. Şahid1 2022-ci ilin aprel ayından 0.76 ha torpaq sahəsini zəbt edərək, hasarlayıb şumlatdırmışdır. Lakin əkin əkməmişdir. Nəsimi yalan danışır, çünki o 5.66 ha torpaq sahəsini özü tək başına zəbt edib əkin işləri görmüşdür. Əmisi Gülsalam isə ora da əkin işləri apardığını görməmişdir. Gülsalam tamam başqa bir yerdə, 2 ha yaxın torpaq sahəsini əkib becərir. Çünki, Nəsimi 5.66 ha torpaq sahəsini özüəkib becərir, Gülsalam ilə aralarında böyük arx vardır, həmin arx onların torpaq sahələrini ayırır. Buna görə də Nəsimi məsuliyyətdən yayınmaq üçün yalandan elə izahat vermişdir. Vilayət və Nəsimi yalan danışırlar, həmin torpaq sahəsini Vilayət tək özü hasarlayıb özüşumlamışdır. Vilayət özü bilərəkdən elə deyib ki, çünki onları hamısı bir ailədirlər. Onların pay torpaqları kəndin başqa yerindədir, həmin torpaq sahəsində evdə tikiblər. Zəbt etdiyi torpaq sahəsi isə tamam başqa yerdə yerləşir. Onların özünə məxsus traktorları var, və həmin traktorla onlar öz torpaqlarını şumlamışdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid1 həmkəndliləridir. Onlarla ədavəti və düşmənçiliyi yoxdur. Nəsimidə kimi kənd təsərrüfatı ilə məşğul olur. Nəsimi ilə torpaqları isə ayrı-ayrı yerlərdə yerləşirlər. Nəsimi uzun illərdir ki Kürdəmir rayonu Karrar bələdiyyəsinə məxsus Kürdəmir rayonu Ərşəli kəndində, pay torpaqlarının kənarında 6 hektara yaxın torpaq sahəsini qanunsuz olaraq zəbt edib, şumlayaraq əkin işləri aparmışdır. Nəsimi şumlama və əkin işlərini əsasən gecə saatlarında edir. Bundan başqa qardaşı Vilayət Kürdəmir rayonu Ərşəli kəndinin içində, peşə məktəbinin torpaq sahəsinin yanında olan bələdiyyənin ehtiyyat torpaq fonduna məxsus 0,76 ha torpaq sahəsini zəbt etmişdir. Vilayət həmin torpaq sahəsini hasarlayıb və şumalamışdır. Nəsimi öz başına kənd bələdiyyəsinə məxsus 6 ha yaxın torpaq sahəsinin təyinatını dəyişmişdir, həmin torpaq sahəsini Nəsimi tək özü zəbt edərək əkin işləri aparmışdır. Ondan başqa həmin torpaq sahəsində heç kim iş görməmişdir.Nəsimi uzun müddətdir ki, torpaq sahəsini zəbt edərək əkmişdir. Sonuncu dəfə isə 2022-ci ilin noyabr ayında Nəsimi həmin zəbt etdiyi torpaq sahəsini şumlayaraq əkin əkmişdir. Şahid1 2022-ci ilin aprel ayından 0.76 ha torpaq sahəsini zəbt edərək, hasarlayıb şumlatdırmışdır. Lakin əkin əkməmişdir. Nəsimi yalan danışır, çünki o 5.66 ha torpaq sahəsini özü tək başına zəbt edib əkin işləri görmüşdür. Əmisi Gülsalam isə ora da əkin işləri apardığını görməmişdir. Gülsalam tamam başqa bir yerdə, 2 ha yaxın torpaq sahəsini əkib becərir. Çünki, Nəsimi 5.66 ha torpaq sahəsini özüəkib becərir, Gülsalam ilə aralarında böyük arx vardır, həmin arx onların torpaq sahələrini ayırır. Buna görə də Nəsimi məsuliyyətdən yayınmaq üçün yalandan elə izahat vermişdir. Vilayət və Nəsimi yalan danışırlar, həmin torpaq sahəsini Vilayət tək özü hasarlayıb özüşumlamışdır. Vilayət özü bilərəkdən elə deyib ki, çünki onları hamısı bir ailədirlər. Onların pay torpaqları kəndin başqa yerindədir, həmin torpaq sahəsində evdə tikiblər. Zəbt etdiyi torpaq sahəsi isə tamam başqa yerdə yerləşir. Onların özünə məxsus traktorları var, və həmin traktorla onlar öz torpaqlarını şumlamışdılar. O,bələdiyyədən həyətyanı torpaq sahəsi istəsə də Nəsimi torpaqları zəbt etdiyi üçün hələ də həyətyanıə torpaq sahəsi ala bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid1 həmkəndliləridir. Onlarla ədavəti və düşmənçiliyi yoxdur. Nəsimidə kimi kənd təsərrüfatı ilə məşğul olur. Nəsimi ilə torpaqları isə ayrı-ayrı yerlərdə yerləşirlər. Nəsimi uzun illərdir ki Kürdəmir rayonu Karrar bələdiyyəsinə məxsus Kürdəmir rayonu Ərşəli kəndində, pay torpaqlarının kənarında 6 hektara yaxın torpaq sahəsini qanunsuz olaraq zəbt edib, şumlayaraq əkin işləri aparmışdır. Nəsimi şumlama və əkin işlərini əsasən gecə saatlarında edir. Bundan başqa qardaşı Vilayət Kürdəmir rayonu Ərşəli kəndinin içində, peşə məktəbinin torpaq sahəsinin yanında olan bələdiyyənin ehtiyyat torpaq fonduna məxsus 0,76 ha torpaq sahəsini zəbt etmişdir. Vilayət həmin torpaq sahəsini hasarlayıb və şumalamışdır. Nəsimi öz başına kənd bələdiyyəsinə məxsus 6 ha yaxın torpaq sahəsinin təyinatını dəyişmişdir, həmin torpaq sahəsini Nəsimi tək özü zəbt edərək əkin işləri aparmışdır. Ondan başqa həmin torpaq sahəsində heç kim iş görməmişdir.Nəsimi uzun müddətdir ki, torpaq sahəsini zəbt edərək əkmişdir. Sonuncu dəfə isə 2022-ci ilin noyabr ayında Nəsimi həmin zəbt etdiyi torpaq sahəsini şumlayaraq əkin əkmişdir. Şahid1 2022-ci ilin aprel ayından 0.76 ha torpaq sahəsini zəbt edərək, hasarlayıb şumlatdırmışdır. Lakin əkin əkməmişdir. Nəsimi yalan danışır, çünki o 5.66 ha torpaq sahəsini özü tək başına zəbt edib əkin işləri görmüşdür. Əmisi Gülsalam isə ora da əkin işləri apardığını görməmişdir. Gülsalam tamam başqa bir yerdə, 2 ha yaxın torpaq sahəsini əkib becərir. Çünki, Nəsimi 5.66 ha torpaq sahəsini özüəkib becərir, Gülsalam ilə aralarında böyük arx vardır, həmin arx onların torpaq sahələrini ayırır. Buna görə də Nəsimi məsuliyyətdən yayınmaq üçün yalandan elə izahat vermişdir. Vilayət və Nəsimi yalan danışırlar, həmin torpaq sahəsini Vilayət tək özü hasarlayıb özüşumlamışdır. Vilayət özü bilərəkdən elə deyib ki, çünki onları hamısı bir ailədirlər. Onların pay torpaqları kəndin başqa yerindədir, həmin torpaq sahəsində evdə tikiblər. Zəbt etdiyi torpaq sahəsi isə tamam başqa yerdə yerləşir.Onların özünə məxsus traktorları var, və həmin traktorla onlar öz torpaqlarınışumlamışdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və Şahid1 həmkəndliləridir. Onlarla ədavəti və düşmənçiliyi yoxdur. Nəsimidə kimi kənd təsərrüfatı ilə məşğul olur. Nəsimi ilə torpaqları isə ayrı-ayrı yerlərdə yerləşirlər. Nəsimi uzun illərdir ki Kürdəmir rayonu Karrar bələdiyyəsinə məxsus Kürdəmir rayonu Ərşəli kəndində, pay torpaqlarının kənarında 6 hektara yaxın torpaq sahəsini qanunsuz olaraq zəbt edib, şumlayaraq əkin işləri aparmışdır. Nəsimi şumlama və əkin işlərini əsasən gecə saatlarında edir. Bundan başqa qardaşı Vilayət Kürdəmir rayonu Ərşəli kəndinin içində, peşə məktəbinin torpaq sahəsinin yanında olan bələdiyyənin ehtiyyat torpaq fonduna məxsus 0,76 ha torpaq sahəsini zəbt etmişdir. Vilayət həmin torpaq sahəsini hasarlayıb və şumalamışdır. Nəsimi öz başına kənd bələdiyyəsinə məxsus 6 ha yaxın torpaq sahəsinin təyinatını dəyişmişdir, həmin torpaq sahəsini Nəsimi tək özü zəbt edərək əkin işləri aparmışdır. Ondan başqa həmin torpaq sahəsində heç kim iş görməmişdir.Nəsimi uzun müddətdir ki, torpaq sahəsini zəbt edərək əkmişdir. Sonuncu dəfə isə 2022-ci ilin noyabr ayında Nəsimi həmin zəbt etdiyi torpaq sahəsini şumlayaraq əkin əkmişdir. Şahid1 2022-ci ilin aprel ayından 0.76 ha torpaq sahəsini zəbt edərək, hasarlayıb şumlatdırmışdır. Lakin əkin əkməmişdir. Nəsimi yalan danışır, çünki o 5.66 ha torpaq sahəsini özü tək başına zəbt edib əkin işləri görmüşdür. Əmisi Gülsalam isə ora da əkin işləri apardığını görməmişdir. Gülsalam tamam başqa bir yerdə, 2 ha yaxın torpaq sahəsini əkib becərir. Çünki, Nəsimi 5.66 ha torpaq sahəsini özüəkib becərir, Gülsalam ilə aralarında böyük arx vardır, həmin arx onların torpaq sahələrini ayırır. Buna görə də Nəsimi məsuliyyətdən yayınmaq üçün yalandan elə izahat vermişdir. Vilayət və Nəsimi yalan danışırlar, həmin torpaq sahəsini Vilayət tək özü hasarlayıb özüşumlamışdır. Vilayət özü bilərəkdən elə deyib ki, çünki onları hamısı bir ailədirlər. Onların pay torpaqları kəndin başqa yerindədir, həmin torpaq sahəsində evdə tikiblər. Zəbt etdiyi torpaq sahəsi isə tamam başqa yerdə yerləşir.Onların özünə məxsus traktorları var, və həmin traktorla onlar öz torpaqlarınışumlamışdılar. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Karrar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 593 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaqı vardır. (bax iş vər. 202) İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqsəinin surətindən görünür ki, X7 xx.xx.2009-ci il təvəllüdlidir. İş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqsəinin surətindən görünür ki, X9 xx.xx.2007-ci il təvəllüdlidir. İş materiallarına əlavə edilmiş AZ-İV 194024 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2018-ci il təvəllüdlidir. İş materiallarına əlavə edilmiş Cəlal Cavadov adına 2 avqust 2023-ci il tarixli 10 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2003-ci ildə hərbi rəhbər təyin olunmuş və hazırda məktəbdə çağırışaqədərki hazırlıq fənni üzrə müəllim işləyir. İş materiallarına əlavə edilmiş Kürdəmir RİHB-nın Karrar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin və Təqsirləndirilən şəxs adına verilmiş xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (bax iş vər.203) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (Bax iş vər 124) İş materialalrına əlavə edilmiş “TƏBİB” PHŞ-nin “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli PHŞ-6-49/2-301/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “Kürdəmir rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin Poliklinika şöbəsində həkim psixiatrın və narkoloqun qeydiyyatında durmur. (bax iş vər,123) İş matereillarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 16 saylı Ucar ərazi idarəsindən daxil olmuş məktubda göstərilir ki, Kürdəmir rayonu Ərşəli kəndində yerləşən 0.76 ha torpaq sahəsi olaraq məktubda qeyd olunan torpaq sahəsinə idarənin mütəxəsisləri tərəfindən ölçmə işləri aparılmış, naturada göstərilən bələdiyyə mülkiyətinə aid torpaq sahəsinin faktiki ölçüləri 0.80 ha olaraq müəyyən edilmişdir. 5.66 ha olaraq qeyd olunan torpaq sahəsində də idarənin mütəxəsissləri tərəfindən ölçmə işləri aparılmış, naturada göstərilən torpaq sahəsinin faktiki ölçüləri 7.98 ha olaraq müəyyən edilmişdir. 7.98 ha torpaq sahəsinin 5.78 ha hissəsi bələdiyyə mülkiyyətinə məxsus örüş torpaq sahəsinə, 2.20 ha hissəsi isə dövlət mülkiyyətinə aid olan X13 ərazisinə düşür.(bax iş vər,115-117) İş materialalrına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Hüseynov X5 Regional “ASAN xidmət” mərkəzində notariat ofisinə verdiyi **********171 saylı ərizəyə əsasən Kürdəmir rayonu Karrar kənd Bələdiyyəsi ilə bağladığı müqaviləsinə əsasən ona 4 ha torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsindən başqa 2.20 ha torpaq sahəsini də heç bir müqavilə olmadan təsərrüfat sahəsi kimi istifadə etmişdir. Hal-hazırda həmin 2.20 ha torpaq sahəsini onunla bağlanmış icarə müqaviləsi tərkibində olmadığına görə geri qaytarmasına etirazı yoxdur. (bax iş vər,155) İş materialalrına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə Hüseynov X5 regional “ASAN xidmət” mərkəzində notariat ofisinə verdiyi **********258 saylı ərizəyə əsasən Kürdəmir rayonu Karrar kənd Bələdiyyəsi ilə bağladığı müqaviləsinə əsasən ona 4 ha torpaq sahəsi ayrılmışdır. Bu torpaq sahəsindən başqa 1.78 ha torpaq sahəsini də heç bir müqavilə olmadan təsərrüfat sahəsi kimi istifadə etmişdir. Hal hazırda həmin 1.78 ha torpaq sahəsini onunla bağlanmış icarə müqaviləsi tərkibində olmadığına görə geri qaytarmasına etirazı yoxdur. (bax iş vər,156) İş materialalrına əlavə edilmiş Torpaq İcarəsi müqaviləsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci ildə 05 saylı qərarla 4 ha əkin torpaq sahəsi 99 illik müqavilə əsasında verilmişdir.(bax iş vər,30-32) İş materialalrına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Kürdəmir rayon Karrar bələdiyyəsinin 11 saylı iclasının 11 nömrəli protokolundan çıxarışından görünür ki, Kürdəmir rayonu Ərşəli (indiki Karrar) bələdiyyəsinin xx.xx.2007-ci il tarixli 05 saylı qərarı ilə Təqsirləndirilən şəxs ğlu ilə bağlanmış icarə müqaviləsinə icarə müqaviləsi bağlanarkən qanunverciliyin tələbləri gözlənilmədiyi üçün və Azərbaycan Respublikası Torpaq məcələssinin tələblərinə əsasən, icarə müqaviləsinin müddəti bitdiyi üçün xitam verilmişdir.(bax iş vər,68-69) Beləliklə, məhkəmə istintaqında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli özünün qismən etirafı, zərərçəkmiş hüquqi şəxslərin nümayəndələrinin izahatları və şahid ifadələri ilə, habelə işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Ona görə də məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən N.H.Hüsenovun əməlləri isə AR CM-nin 188.3-cü maddəsi ilə tövsif olunmuşdur. O, həmin maddə ilə təqsirlidir və cəza almalır. İnsan Hüquqları və X4 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs cəza təyin edərkən onun əməlindən peşman olmasını, AR CM-nin 59.1.4, 59.1.12 və 59.1.13-ci maddələrinə əsasən zərərçəkmiş hüquqi şəxslərə vurduqları ziyanı ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, habelə himayəsində 3 azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş hüquqi şəxslərin ondan şikayəti olmadığını, onarla barışdığını, özünün Ərşəli kənd orta məktəbində çağırışaqədərki hazırlıq fənni üzrə müəllim işləməsini, ailəsinin yeganə qazanc gətirən şəxs olmasını iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran halllar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini və xarakterini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən tamamilə təcrid olunmadan islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildikləri maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuna müvafiq hesab edir. Məhkəmə həmçinin yuxarıda qeyd edilən yüngülləşdirici halları nəzərə alıb, onun cəza çəkmədən islah olunmasını mümkün sayaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsində göstərilir ki, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsində göstərilir ki, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinin tələbinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müəyyən edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 25-ci bəndində göstərilir ki, “şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən bir və ya bir neçə növ cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər. Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də, məhkəmələr, zəruri olduqda, işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq, məhkumun üzərinə CM-nin 70.5-ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışına nəzarət hazırda yaşadığı Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməli və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinin tələbinə əsasən sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerlərini dəyişməməsi barədə vəzifələr qoyulmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181.1-ci maddəsinə əsasən sınaq müddəti məhkəmənin hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin CM-nin 41.2-ci maddəsin əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdər hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəratinə təsiri nəzərə alınır. “Məhkəmələr və Hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Məhkəmə Təqsirləndirilən şəxs barələrində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirini hökm qanuni qüvvəyə minənədək dəyişdirməməyi məqsədə uyğun hesab edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəzası 01 il sınaq müddəti müəyyən edilməklə şərti hesab edilsin. Sınaq müddəti hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə onun davranışına nəzarət edən Kürdəmir rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış və iş yerini dəyişməmək vəzifələri qoyulsun. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətinə Kürdəmir rayon məhkəməsi vasitəsilə Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Müseyib Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar