Azərbaycan Respublikası adından HÖKM Kürdəmir rayon İş № 1(041)-70/2024 30.05.2024 KÜRDƏMİR RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Müseyib Seyfəddin oğlunun sədrliyi, Cəbrayılzadə Fərid Bəybala oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxsnın iştirakı ilə xx.xx.1978-ci ildə Kürdəmir şəhərində anadan olmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsi, ev 5A-da qeydiyyatda olmaqla, yaşayan - Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına Kürdəmir şəhəri, Heydər Əliyev prospekti, 22 ünvanda məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Kürdəmir şəhər mərkəzi bazarında balıq satarkən əvvəllər tanıdığı, həmin bazarda balıq satan Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan sonuncunun ona təhqiredici söz deməsi üstündə mübahisə etməklə səs-küy salmış, ictimai qaydanı kobud surətdə pozan,cəmiyyıətə açıqca hörmətsizlik ifadə edən, səxs üərində zor ttbiq olunması ilə müşayət edilən hərəkətlər etməklə bazara gələn müştərilərin, işçilərin narahatçılığına səbəb olmuş, habelə onun bu kimi hərəkətlərinə görə ətrafa toplanmış bazarda olan işçilərə, müştərilərə məhəl qoymadan sakitləşməmiş və öz qərəzli davranış qaydalarına zidd olan hərəkətlərini davam etdirməklə, yumruqla Zərərçəkmiş şəxs qəsdən bir neçə dəfə vurub ona sol gözaltı nahiyədə qançırla müşayət edilən sağlamlığa zərərvurmayan xəsarət yetirməklə xuliqanlıq cinayətini törətmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, təxminən 4-5 ildir ki, Kürdəmir mərkəzi bazarında balıq satır. Zərərçəkmiş şəxs da tanıyır və münasibətləri normaldır. Belə ki, Zərərçəkmiş şəxs da onunla birlikdə balıq alveri edir. xx.xx.2024-cü il tarixdə onlar balıq satarkən qiymət üstündə aralarına mübahisə olmuş və Əlvan ona təhqiredici söz dediyi üçün əsəbləşərək yumruqla bir neçə dəfə Əlvanı sifət nahiyəsindən vurmuşdur. Həmin vaxtı bazarda olan tanışları və tanımadığı adamlar onları aralamış və sakitləşdirmişlər. Hazırda əməlindən peşmandır. O, Əlvan ilə barışmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Talehi tanıyır və münasibətləri normaldır. Belə ki, onlar birlikdə Kürdəmir mərkəzi bazarında balıq alveri ilə məşğuldurlar. Münasibətləri heç vaxt pis olmamış və aralarında heç bir ədavətləri olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində o,bazarda balıq satarkən o, Talehə yaxınlaşaraq “alver zəif gedir, gəl ikimiz də balığı eyni qiymətə sataq” demiş və zarafatla Talehə təhqiredici söz də demişdir. Bu zaman Taleh əsəbləşib yerindən duraraq onun üstünə gəlib yumruqla sifətindən bir neçə dəfə vurmuşdr. Bu zaman bazarda olan qardaşı Mətləb, tanışları və tanımadığı başqa şəxslər onları aralamış və Talehi sakitləşdirmişlər. Hazırda Cavidlə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Əlibaba oğlu ifadəsində göstərdi ki, Əlvan onun qardaşıdır. O, özü də bir müddət olar ki, Təqsirləndirilən şəxs tanıyır. Belə ki, qardaşı Əlvanla Taleh bir yerdə Kürdəmir mərkəzi bazarında balıq alveri edirlər. Onların münasibətlərinin həmişə yaxşı olduğunu görmüşdür. xx.xx.2024-cü il tarixdə bazarda olarkən bir az aralıda öz işi ilə məşğul olarkən adamların toplaşdını görüb onlara yaxınlaşanda Əlvanla Talehin mübahisə etiyini görmüş və onları başqa şəxslərlə birlikdə aralayaraq Talehi sakitləşdirmişdir. Sonradan o, Talehin Əlvanı yumruqla vurduğunu eşitmişdir. Həmin vaxtı oraya çoxlu adamalr toplaşmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Talehi və Əlvanı tanıyır. O, xx.xx.2024-cü il tarixdə ərzaq məhsulları almaq üçün Kürdəmir mərkəzi bazarına gəlmiş və orada Talehlə Əlvanın mübahisə etdiyini görmüşdür. Oraya çoxlu adam toplaşmışdır. Taleh Əlvan yumruqla vurmuşdur. İş üzrə təyin olunmuş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli, 181 nömrəli aktından görünür ki, 1963-cü il təvəllüdlü Zərərçəkmiş şəxsnın məhkəmə-tibb müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər, sol gözaltı nahiydə qançırın küt əşya təsirindən törənmişdir, törənmə müddətinin xx.xx.2024-cü tarixinə uyğun gəlir. Ağırlıq dərəcəsinə görə sağlamlığa zərərvurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilməyən kimi göstərilmişdir. (bax iş vər. 57-58) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2024-cü il tarixli, 531 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs 4 nəfərdən ibarət ailə tərkibi vardır və onlardan 2 nəfəri azyaşlıdır. (bax iş vər. 28) İş materiallarına əlavə edilmiş Kürdəmir rayon İHB-nin şəhər ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən Təqsirləndirilən şəxs verilmiş xasiyyətnamədən görünür ki, o, müsbət xarakterizə olunur, onun haqqında nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. (bax iş vər. 29) İş materialalrına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X6 şəxs Kürdəmir rayon X4 Hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 18-1-49/2-432/2024 saylı arayışından görünür ki, Səlimov X3 rayon X4 X5 şöbəsində həkim psixiatrın qeydiyyatında yoxdur. (bax iş vər.54) İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. (bax iş vər. 45) İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxsnın ərzisəindən görünür ki, o, əməli törətmiş Təqsirləndirilən şəxsla barışmış, ona qarşı hec bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxsnın törətmiş olduğu cinayət əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahid ifadələri, işin digər materialları, habelə məhkəmədə tədqiq olunan sübutlarla tamamilə təsdiq edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən onun cinayət əməli düzgün olaraq AR CM-in 221.1-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, əməli törətmiş şəxs Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 12 radələrində Kürdəmir şəhər mərkəzi bazarında balıq satarkən əvvəllər tanıdığı, həmin bazarda balıq satan Zərərçəkmiş şəxs ilə heç bir əsaslı səbəb olmadan, sonuncunun ona təhqiredici söz deməsi üstündə mübahisə etməklə səs-küy salmış, ictimai qaydanı kobud surətdə pozan,cəmiyyıətə açıqca hörmətsizlik ifadə edən, səxs üərində zor ttbiq olunması ilə müşayət edilən hərəkətlər etməklə bazara gələn müştərilərin, işçilərin narahatçılığına səbəb olmuş, habelə onun bu kimi hərəkətlərinə görə ətrafa toplanmış bazarda olan işçilərə,müştərilərə məhəl qoymadan sakitləşməmiş və öz qərəzli, davranış qaydalarına zidd olan hərəkətlərini davam etdirməklə, yumruqla Zərərçəkmiş şəxs qəsdən bir neçə dəfə vurub ona sol gözaltı nahiyədə qançırla müşayət edilən sağlamlığa zərərvurmayan xəsarət yetirməklə xuliqanlıq cinayətini törətmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirlidir və ona həmin maddənin sanksiyası daxilində cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsində göstərilir ki, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq çəkməsini, himayəsində 2 azyaşlı uşaqının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını və barışıq əldə etməsini iş üzrə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. İnsan Hüquqları və X2 Haqqında Konvensiyanın 6-ci maddəsinin (“Ədalətli məhkəmə araşdırması hüququ”) 1-ci bəndində göstərilir ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin məqsəd və motivini, onun cinayətin törədilməsi zamanı və hadisədən sonrakı davranışını və məsuliyyəti yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi məqsədə müvafiq sayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli, 01 nömrəli qərarının 13-cü bəndində göstərilir ki, məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən, cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla, hər bir halda, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaqla, təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 04 nömrəli qərarının 3-cü bəndində göstərilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdəın tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (təmamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə araşdırmaları zamanı müəyyən edildi ki, Səlimov X3 şəhəri, M.Ə.Sabir küçəsi, ev 5A-da yaşayır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdüdlarını tərk etməmək, yaşayış yerini axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulmalıdır. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli, barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirlmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarəti həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə mülki iddia, maddi ziyan və məhkəmə xərclərinin olmaması nəzərə alınmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 345- 347, 349, 351-354, 356, 358.2 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Kürdəmir rayonunun ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri olan Kürdəmir şəhəri, M.Ə.Sabir küçəsi, ev 5A-da yerləşən evi gecə saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə, cəzanı icra edən orqanı iş və ya yaşayış yerini dəyişdirilməsi barədə əvvəlcədın məlumatlandırmaq və spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarətin həyata keçirilməsi yaşayış yeri üzrə Kürdəmir rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə mülki iddia, maddi ziyan, ekspertiza və məhkəmə xərclərinin olmaması nəzərə alınsın. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Kürdəmir Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Müseyib Bayramov
Məhkəmə qərarları › İş №1(041)-70/2024
Kürdəmir Rayon Məhkəməsi Hökm — İş №1(041)-70/2024
30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver